Məhkəmə qərarları › İş №1(060)-638/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-638/2023

20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-638/2023 20.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın, Zərərçəkmiş şəxs:Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1981-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2an, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 00:00 radələrində rəsmi nigahda olduğu həyat yoldaşı Zərərçəkmiş şəxs ilə arasında şəxsi münasibət zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır, onlar 2015-ci ildə ailə həyatı qurmuşlar və bu nigahdan iki uşağı olmuşdur. Onunla münasibətləri yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə o həyat yoldaşı Sevda və 2 azyaşlı uşaqları ilə birlikdə idarə etdiyi VAZ2107 markalı 99SM833 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Corat bağlarında yaşayan bacanağıgilə qonaq getmişlər. Daha sonra burada olan masa arxasında baldızı Sevil ilə onun həyat yoldaşı Əli arasında mübahisə yaranmış, sonra o həmin mübahisədən əsəbiləşərək öz ailəsini götürmüş və idarə etdiyi avtomaşına əyləşərək yaşadıqları ünvana yola çıxmışlar. Bundan sonra yolda olan zaman Sevdailə aralarında danışan zaman o bacısı Sevilin tərəfini saxlamış, sonra o Sevdaya irad bildirmiş, bununla bağlı aralarında mübahisə yaranmış, mübahisə zamanı o Sevdanı söymüş və bu zaman Sevda ona cavab qaytarmış, belə olan halda o əsəbiləşərək arxa otuaracaqda əyləşmiş Sevdaya bir dəfə yumruqla zərbə endirmiş və həmin zərbə Sevdanın burnuna dəymiş və onun burnundan qan açılmış, sonra o yaşadığı evin qarşısında avtomaşını saxlamış və o düşərək evə getmişdir. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəkdir. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, onlar 2015-ci ildə ailə həyatı qurmuşlar və bu nigahdan 2 uşağı anadan olmuşdur. Onunla münasibətləri yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə bazar günü olmasından o həyat yoldaşı Seymur və 2 azyaşşlı uşaqları ilə onun avtomaşını ilə Sumqayıt şəhəri, Corat bağlarında yaşayan bacısıgilə qonaq getmişlər. Daha sonra burada olan masa arxasında bacısı Sevil ilə onun həyat yoldaşı Əli arasında mübahisə yaranmış, sonra Seymur həmin mübahisədən əsəbiləşərək evə getməklərini istəmiş və o uşaqları götürərək avtomaşına minmiş və o bu zaman arxada uşaqlarla əyləşmişdir. Daha sonra həmin mübahisə ilə bağlı yolda olan zaman aralaında mübahisə yaranmış, mübahisə zamanı o Seymurun cavabını qaytarmış və bu zaman Seymur əsəbiləşərək ona yumruqla zərbə endirmiş və həmin zərbə onun burnuna dəymiş və burnundan qan açılmışdır. Bundan sonra Seymur yaşadıqları evin yaxınlığında avtomaşını saxlamış, sonra o uşaqlarla birlikdə avtomaşından düşmüş, Seymur isə avtomaşını sürüb çıxıb getmişdir. Sonra evə gələrək burda burnunu yumuşdur. Səhəri gün o burnunda olan xəsarətlə bağlı xəstəxanaya müraciət etmiş və burada burnunun sınması müəyyən edilmişdir. Həmin üddətdən sonra Seymur onunla heç bir əlaqə saxlamamış və onunla maraqlanmamış, heç bir üzrxahlıq etməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, ona dəyən maddi və mənəvi zərərin tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü X4 adlı və xx.xx.2022-ci il təvəllüdlü X3 adlı 2 azyaşlı uşağı vardır. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 906 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır:burun tənəffüsünün pozulması ilə müşayiət olunmuş burun sümüklərinin sınığı, burun nahiyyənin qançır-şişkinlyi və səthi əzilmiş-cırılmış yarası. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdır, müayinə üçün Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 2283 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt şəhər 1 saylı xəstəxananın 272 saylı, xx.xx.2023cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. İş materiallarında olan 12 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 127.1, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilən norma 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmişdir və həmin vaxtdan sonra Təqsirləndirilən şəxs həmin əsasla məsuliyyətdən azad olunmamışdır. Ona görə də, həmin maddənin tətbiq edilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar