Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-639/2021 26.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi- Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1989-cu il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğun olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 31A, mənzil 29da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edib saxlamaqla daşımış, 31 may 2021-ci il tarixdə saat 22.55 radələrində Qaradağ RPİ-nin 11-ci PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanının qarşısında saxlanılaraq Təqsirləndirilən şəxs üzərində dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağız kəsiyinə bükülmüş bükümdə ümumi təmiz çəkisi 0,638 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 (iki) ədəd şəffaf rəngli sellafon bükümündə ayrı ayrılıqda təmiz çəkiləri 0,130 qram və 1,286 qram, ümumilikdə təmiz çəkisi 1,416 qram olan psixatrop maddə olan metamfetamini, 01 ədəd gümüşü rəngli siqaret bükümündə təmiz çəkisi 0,088 qram olan narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 09.06.2021-ci il tarixdə səhər saatlarında idarə etdiyi “Kia Rio” markalı, ** TD *** dövlət nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri, Azərbaycan prospekti ərazisində qəza törətdikdən sonra hadisə yerindən qaçması səbəbindən Sumqayıt ŞPİ-nin PPX-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİnin 4-cü PB-nə gətirilmiş, PB-də xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ arxa cibindən 02 (iki) ədəd şəffaf rəngli sellafon bükümündə ayrı ayrılıqda təmiz çəkiləri 0,130 qram və 1,286 qram, ümumilikdə təmiz çəkisi 1,416 qram olan psixatrop maddə olan metamfetamini, 01 ədəd gümüşü rəngli siqaret bükümündə təmiz çəkisi 0,088 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ruhi-əsəb xəstəliyindən əziyyət çəkirmiş, neçə ildir ki, narkotik vasitə qəbul edir. 30 may 2021-ci il tarixdə Yasamal rayonu, Kaktus restoranı yaxınlığında əvvəllər tanımadığı, lakin narkotik vasitə satdığını bildiyi bir nəfər ilə rastlaşmış, sonuncu şəxsdən 01 ədəd bükümdə kakos deyilən narkotik vasitə olan heroin alıb istifadə etmək üçün cibinə qoymuşdur. 31 may 2021-ci il tarixdə saat 22 radələrində yaşadığı evin qarşısında, küçədə olan zaman iki nəfər mülki geyimdə özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirən şəxslər ondan kim olduğunu soruşmuşlar. O da Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Qaradağ RPİ-nin 11-ci Polis bölməsinə dəvət etmişlər. Polis Bölməsində o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, dəvət edilmiş müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Həmin zaman o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Büküm içərisində kakos deyilən narkotik vasitə olan heroin olduğunu, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bunda başqa o, bildirmişdir ki, 09.06.2021-ci il tarixdə saat 09:30-da Suqmayıt şəhəri, Azərbaycan prospekti Aliminium zavodunun arxa tərəf hissəsində idarə etdiyi KİA RİO markalı **-TO-*** dövlət nömrə nişanlı avtomobili ilə qəza törətmişdir. Bundan sonra qorxduğu üçün hadisə yerini tərk edərək yol boyunca piyada hərəkət edən zaman həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən şübhəli bilindiyi üçün saxlanılmışdır. Bundan sonra o, üzərində narkotik vasitə olduğunu bildirmişdir. Buna görə də, onu saxlayan PPXT-nın əməkdaşları onu aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparmışlar. PB-də olan zaman onun üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. O, buna etiraz etməmiş, sonra videoçəkiliş vasitəsi ilə şəxsi axtarış başlamışdır. Bundan sonra onun üzərində qanunla qadağan olunmuş hər hansı predmetin olduğu soruşulmuş və əgər varsa həmin predmeti təqdim etməyi xahiş olunmuşdur. O, əynində olan qara rəngli şalvarın sağ arxa cibində saxlamış olduğu 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Təqdim etdiyi şəffaf rəngli sellafon büküm açılmış və içərisində 01 ədəd qızılı rəngli siqaret kağızı bükümün, 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümün və 01 ədəd şəffaf rəngli sellofan bükümün olduğu müəyən edilmişdir. Aşkar edilmiş 01 ədəd qızılı siqaret kağızı bükümdə açılmış və içərisində 01 ədəd şəffaf rəngli sellofan büküm olduğu müəyyən olunmuşdur. Həmin şəffaf rəngli sellofan büküm açılmış və içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sonra aşkar edilmiş digər şəffaf rəngli sellofan büküm açılmış və içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Gümüşü rəngli siqaret kağızı büküm açılmış və içərisində qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı o, üzərindən aşkar olunmuş həmin narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmadığını demişdir. Belə ki, taksi fəaliyyəti ilə məşğul olarkən 09.06.2021-ci il tarixdə avtomobilinə 2 qadın müştəri qismində əyləşdiyini, sonuncuların avtomobildə icazə almadan narkotik vasitə çəkmək istədiklərini, lakin onun sonunculara avtomobili idarə edən zaman mane olduğunu, bu zaman aralarında münaqişə yarandığını, münaqişə zamanı onun idarəetməni itirərək qəza törətdiyini, qəzadan sonra sonuncu qadınların hadisə yerindən qaçıb getdiklərini, avtomobildən sənədlərini götürən zaman avtomobilə narkotik vasitə atdıqlarını aşkar etdiyini bildirmişdir. Həmin narkotik vasitəni əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoyduğunu bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən saxlanılaraq PB-ə gətirililmiş və üzərində aşkar edilmiş gümüşü rəngli büküm çəkilmiş və qablaşdırılaraq ekspertzaya göndərilmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 09.06.2021-ci il tarixdə xidmət etdiyi PB-də olan zaman Sumqayıt ŞPİ-nin PPXT-nın əməkdaşları tərəfindən ərazidə şübhə yaratdığı üçün saxlanlılmış və saxlanılan zaman üzərində narkotik vasitə və psixotrop maddənin olduğunu deyən Təqsirləndirilən şəxs PBə gətirilmişdir. Sonuncuya qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, əldə etməkdə vasitəçilik etmə və gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Video çəkiliş ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmiş, həmçinin Təqsirləndirilən şəxs video çəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra video çəkiliş davam etməklə üzərində olan əşyaları təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs bu zaman əynində olan qara rəngli şalvarın sağ arxa cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Təqdim edilmiş sellofan büküm açıldıqda içərisində 01 ədəd qızılı rəngli siqaret kağızında bükümün, 01 ədəd gümüşü rəngli siqaret kağızında bükümün, 01 ədəd şəffaf rəngli sellofan bükümün olduğu müəyyən edilmişdir. Bundan sonra qızılı rəngli siqaret bükümü açılmış və içərisində şəffaf rəngli sellofan bükümün olduğu müəyyən edilmişdir. Həmin şəffaf rəngli sellofan bükümün içərisinə baxıldıqda ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlənin olduğu müəyyən olunmuşdur. Sonra aşkar edilmiş digər şəffaf rəngli sellofan bükümə baxıldıqda içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlənin olduğu, gümüşü rəngli siqaret kağızı bükümə baxış keçirilərkən içərisində qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin özünə məxsus olmadığını, taksi fəaliyyəti ilə məşğul olduğunu, 09.06.2021-ci il tarixdə avtomobilə sərnişin qismində əyləşmiş 02 nəfər qadının onun avtomobilində icazəsi olmadan narkotik vasitə qəbul etmək istədiyini, lakin həmin şəxslərə mane olduğunu, bu səbəbdən aralarında mübahisə yarandığını, mübahisə zamanı idarəetməni itirdiyini və qəza törətdiyini, qəzadan dərhal sonra həmin qadınların avtomobildən düşərək getdikərini, daha sonra avtomobildən sənədlərini götürüb enən zaman həmin qadınların avtomobilinə narkotik vasitə atdıqlarını aşkar etdiyini, narkotik vasitəni sənədləri ilə birlikdə cibinə qoyduğunu, yol ilə hərəkət edən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını və saxlanılan zaman üzərində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahid Sumqayıt ŞPİ-nin 4-cü PBnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfərləri Şahid3 və Şahid4 Şahid1 göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə bənzər məzmunlu ifadə vermişdir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Qaradağ RPİ-nin 11 PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir, rütbəsi polis baş leytenantıdır. 31.05.2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 31A, mənzil 29-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcə də satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Qaradağ RPİ-nin 11-ci PB-nın baş əməliyyat müvəkkilləri, polis mayoru Şahid6, sahə inspektoru, polis leytenantın Şahid7, PB-nin baş təhqiqatçısı, polis mayoru Qüdrət Əliyevdən ibarət əməliyyat qrupu təşkil etmişdir. Saat 22:55-də Təqsirləndirilən şəxs görüb Bakı şəhəri, Qaradağ rayonu Qobustabn qəsəbəsi, Salyan yolu ev 30-un qarşısında saxlamışlar və özlərini təqdim etdikdən sonra ondan özünü təqdim etməsini xahiş etmişlər. Sonuncu şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, əldə etməkdə vasitəçilik etmə və gəzdirməkdə şübhəli bilindiyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim edilmiş, həmçinin ona şərait olmadığı üçün PB-nə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə xidməti avtomobillə Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmişdir. PB-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan video çəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra video çəkiliş davam etməklə üzərində olan əşyaları təqdim etməsini xahiş etmişlər. Bu zaman o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş narkotik vasitəyə bənzər kütləni təqdim etmişdir. Ondan təqdim etdiyi 01 ədəd qızılı rəngli siqaret kağızında bükülünün içərisində nə olduğu soruşulmuş, sonuncu həmin 01 ədəd siqaretin qızılı rəngli kağzında bükülünün içərisində narkotik vasitə olan «heroin» olduğunu bildirmişdir. Həmin 01 ədəd qızılı rəngli siqaret kağızında bükülünün içərisinə baxarkən qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə heroin olduğunu bildirmiş, həmin narkotik vasitəni 30.05.2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisindəki Kaktus restoranının qarşısında tanımadığı şəxsdən 10 manata özü istifadə etmək üçün aldığını, aldığı narkotik vasitəni üzərində saxlayaraq istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahid Qaradağ RPİ-nin 11-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid6, sahə inspektoru, polis leytenantı Şahid7 Şahid5 göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə bənzər məzmunlu ifadə vermişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 01.06.2021-ci il tarixli, 6/2201 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində « Vət.Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,638 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi – 0,638 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,588 qram. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 09.06.2021-ci il tarixli, 6/2341 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №128”-li dairəvi əksi olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,088 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 2 (iki) ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkisi 0,130 qr və 1,286 qr, ümumi təmiz çəkisi 1,416 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələr”-in İ siyahısına daxildir. Qeyd: heroinin təmiz çəkisi – 0,088 qram, tədqiqata sərf edildi – 0,04 qram, qalıq – 0,044 qram. Qeyd: metamfetamin təmiz çəkisi – 1,416 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 1,316 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekpsertizasının 19.06.2021-ci il tarixli, 1984 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixatrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, nakomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,588 qram və 0,044 qram çəkidə narkotik vasitə heroin və 1,316 qram çəkidə psixotrop maddə metamfetamin Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 02 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31.05.2021-ci il tarixdən 02.06.2021-ci il tarixədək şübhəli şəxs qimsində tutulmuş, 02.06.2021-ci il tarixdə MSYdən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09.06.2021-ci il tarixdən 10.06.2021-ci il tarixədək şübhəli şəxs qimsində tutulmuş, 10.06.2021-ci il tarixdə MSYdən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhər Qaradağ rayon 129 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası X2 İ Qarabağ döyüşləri zamanı Xocalı rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs atası X1 İ Qarabağ döyüşləri zamanı Xocalı rayonu uğrunda gedən döyüşlərdə şəhid olmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən cinayətlərin təkrar törədilməsini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 31.05.2021-ci il tarixdən 02.06.2021-ci il tarixədək və 09.06.2021-ci il tarixdən 10.06.2021-ci il tarixədək həbsdə olduğu 04 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 26.11.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 02 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,588 qram və 0,044 qram çəkidə narkotik vasitə heroin və 1,316 qram çəkidə psixatrop maddə metamfetamin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 195,82 (yüz doxsan beş manat səksən iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 31.05.2021-ci il tarixdən 02.06.2021-ci il tarixədək və 09.06.2021-ci il tarixdən 10.06.2021-ci il tarixədək həbsdə olduğu 04 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26.11.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,588 qram və 0,044 qram çəkidə narkotik vasitə heroin və 1,316 qram çəkidə psixatrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 02 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 195,82 (yüz doxsan beş manat səksən iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-639/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-639/2021
26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver