Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-64/2021 07.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs3, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs4, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1996-cı ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 31/71, mənzil 11-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Sumqayıt şəhəri 11-ci, ev 22, mənzil 53-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri 5-ci mikrorayon, ev 59/2, mənzil 13-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1981-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Q.Quliyev küçəsi, ev 8, mənzil 1-də qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu, M.Şərif küçəsi, ev 3, mənzil 24-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 12 avqust 2020-ci il saat 21 radələrində Təqsirləndirilən şəxs2 ilə, Təqsirləndirilən şəxs4 ilə, Təqsirləndirilən şəxs3 ilə və istintaqa şəxsiyyətləri məlum olmayan bir qrup şəxslərlə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərə yol verərərək Zərərçəkmiş şəxs “Facebook” sosial şəbəkəsindəki pofilində dini mövzuda rəy verməsi ilə bağlı sonuncunu Sumqayıt şəhəri St. Sumqayıt qəsəbəsi ərazisində Bakı-Quba yolunun 36-cı klometirliyinə aparmış, orada sosial şəbəkədə onun adından yazılmış ifadələrə görə üzr istəməsini tələb edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs təhqir edərək əynində olan paltarını dartmaqla və əli ilə sinə nahiyyələrindən vuraraq zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 12 avqust 2020-ci il saat 21 radələrində Təqsirləndirilən şəxs1 Asif oğlu ilə, Təqsirləndirilən şəxs4 ilə, Təqsirləndirilən şəxs3 ilə və istintaqa şəxsiyyətləri məlum olmayan bir qrup şəxslərlə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərə yol verərərək Zərərçəkmiş şəxs “Facebook” sosial şəbəkəsindəki pofilində dini mövzuda rəy verməsi ilə bağlı sonuncunu Sumqayıt şəhəri St. Sumqayıt qəsəbəsi ərazisində Bakı-Quba yolunun 36-cı klometirliyinə aparmış, orada sosial şəbəkədə onun adından yazılmış ifadələrə görə üzr istəməsini tələb edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs təhqir edərək təpiklə kürəyindən və əli ilə bədəninin müxtəlif nahiyyələrindən vuraraq zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 12 avqust 2020-ci il saat 21 radələrində Təqsirləndirilən şəxs1 Asif oğlu ilə, Təqsirləndirilən şəxs4 ilə, Təqsirləndirilən şəxs2 ilə və istintaqa şəxsiyyətləri məlum olmayan bir qrup şəxslərlə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərə yol verərərək Zərərçəkmiş şəxs “Facebook” sosial şəbəkəsindəki pofilində dini mövzuda rəy verməsi ilə bağlı sonuncunu Sumqayıt şəhəri St. Sumqayıt qəsəbəsi ərazisində Bakı-Quba yolunun 36-cı klometirliyinə aparmış, orada sosial şəbəkədə onun adından yazılmış ifadələrə görə üzr istəməsini tələb edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs təhqir edərək sifət və sinəsindən əli ilə vuraraq zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs3 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs4 12 avqust 2020-ci il saat 21 radələrində Təqsirləndirilən şəxs1 Asif oğlu ilə, Təqsirləndirilən şəxs3 ilə, Təqsirləndirilən şəxs2 ilə və istintaqa şəxsiyyətləri məlum olmayan bir qrup şəxslərlə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərə yol verərərək Zərərçəkmiş şəxs “Facebook” sosial şəbəkəsindəki pofilində dini mövzuda rəy verməsi ilə bağlı sonuncunu Sumqayıt şəhəri St. Sumqayıt qəsəbəsi ərazisində Bakı-Quba yolunun 36-cı klometirliyinə aparmış, orada sosial şəbəkədə onun adından yazılmış ifadələrə görə üzr istəməsini tələb edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs təhqir edərək əli ilə sifət nahiyyələrindən vuraraq zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs4 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən iki ilə yaxındır ki, Əhlisünnə namazı qılır. Ailə üzvlərindən başqa qohumlarından namaz qılan yoxdur. Sosial şəbəkələrdən “Facebook” sosial şəbəkəsində istifadə edir və həmin sosial şəbəkədə onun profili «Məlikov Abbas»-dır. O, boş vaxtlarında həmin şəbəkələrə girib baxır. 12.08.2020-ci il tarixdə saat təxminən 18 radələrində öz telefonunun statusuna baxarkən görmüşdür ki, statusda bir nəfərin şəkilini qoyublar və axtardıqlarını deyirlər. Həmin statusta çox adam sonradan ona adı bəlli olan Səbuhinin şəkillərini qoymuşdular və Səbuhini axtardıqlarını deyirdilər. O, Səbuhinin statusda qoyulan şəkilində yanında olan şəxsi tanımışdır. Belə ki, həmin şəxs bir neçə il bundan qabaq onunla bir yerdə Sumqayıt şəhərində məşq edən Adil olduğunu tanımış o, digər onunla məşq edən hal hazırda nömrəsini xatırlamadığı Xəyyam adlı dostuna zəng vuraraq Səbuhinin nömrəsini ondan almış, sonra o, Adilə zəng vurmuş, lakin Adil onu tanımamışdır. O, Adilə tanışlıq verəndən sonra Adildən Zərərçəkmiş şəxs tanıyıb tanımadığını soruşmuş, Adildə ona demiş ki, tanıyır dostudur həmdə qonşuluqda yaşayır. Adilə demişdir ki, Səbuhi ilə danışsın, əgər Səbuhi evdədirsə o, gəlir Səbuhi ilə işi var. Bundan sonra o, dostları namaz qılanlar Mamedə və Abdulzahirə zəng vuraraq onlarla Sumqayıt şəhəri «Karvan» ticarət mərkəzinin yaxınlığına çağırmış və saat təxminən 20 radələrində Mamed və Abdulzahirlə görüşmüş, həmin vaxt onların yanında bir nəfərdə olduğunu, sifətdən tanısada, lakin adını bilmir. Mamed öz idarə etdiyi «Az Samad» markalı nömrəsini xatırlamadığı maşınla gəlmişdir. O, onlara demişdir ki, Səbuhini tapmış St.Sumqayıtda yaşayır. Onlar birlikdə St.Sumqayıtda qaçqınlar qalan şəhərciyə getmişlər, orada o, Adillə zəngləşib görüşmüş, Adillə o, yaşadığı evin blokuna çıxmış və onun mobil telefonu ilə Adil Səbuhiyə zəng vuraraq aşağı düşməsini bildirmişdir. Səbuhi də tək gəlmiş və onlara çatanda o, Səbuhiyə demişdir ki, otur maşina gedək söhbət edək. Səbuhi əvvəl oturmaq istəməsə də o, Səbuhiyə demişdir ki, narahat olma gedib söhbət edəcəklər görək nə məsələdir. Səbuhi də Mamedin maşınına əyləşmiş və o, Mamed bir də Abdulzahir Mamedin maşını ilə yaxınlıqda olan boş əraziyə getmişlər. Orada Səbuhi ilə söhbət etmişlər Səbuhi demişdir ki, o, sosial şəbəkədə söyüş yazmamış, onun dediyini telefona çəkmişlər. Bundan sonra Səbuhini Mamedin maşına əyləşlər, orada o, Mamed, Abdulzahir və həmin adını bilmədiyi şəxs yenə də Səbuhidən sosial şəbəkədə din qardaşlarını ünvanına söyüşlər yazıb yazmamasını soruşmuş, lakin Səbuhi yenədə bildirmişdir ki, o, söyüş yazmayıb onun profilini kimsə sındırıb və onun adından yazıblar. Onlar oradan yenə də başqa bir yerə getmək istəmişlər ki, onları gəlib digər din qardaşları tapmasın. Məqsəd də o idi ki, Səbuhini axtaran şəxslər Səbuhini öldürəcəklərini deyirdilər. Ona görə də onlar tez-tez yerlərini dəyişirdlər. Yolda Adil ona zəng vuraraq demişdir ki, Səbuhinin atası Səbuhini axtarır narahatdır nə vaxt gələcəksiniz. O da Adilə demişdir ki, narahat olma gələcəklər. Səbuhidən atasının nömrəsini soruşmuş, həmin nömrəyə zəng vuraraq Səbuhiyə demişdir ki, “atana de narahat olmasın gələcəksən”. Səbuhi də atası ilə onun telefonu ilə danışmış və bildirmişdir ki, “narahat olma uşaqlarla bir yerdəyik gələcəyəm”. Onlar qaranlıq olduğu üçün xatırlamadığı bir yerdə maşını saxlamış və Səbuhiyə demişdir ki, “sən bizə köməklik elə görüm sənin dediyin kimidirsə kimsə sənin parolunu sındırıb bizi təhqir edibsə həmin adamı tapmaqda köməklik elə”. Səbuhi də demişdir ki, onun profilindən istifadə edən şəxsi tanımır. Onlar maşında Bakı-Quba yolun kənarında saat təxminən 21 radələrində söhbət edən vaxt oraya yolun kənarında bir neçə maşın gəlib saxlamış, maşından təxminən 15- 20 nəfər əllərində telefonun fanarını yandırıb onların yanına gəlmişlər. Həmin şəxsləri o, birinci dəfə idi ki, görürdü. Həmin şəxslər onların maşının qapısını açaraq Səbuhidən soruşmuşlar ki, “sənsən bizi təhqir edən”. Səbuhidə and içmişdir ki, o deyil. Bu vaxt Səbuhini maşından çıxardılar ki, “səni aparırıq öldürməyə”. O, Mamed və Abdulzahir və həmin onlarla gedən adını bilmədiyi şəxs imkan verməmişlər ki, Səbuhini aparsınlar. Bundan sonra həmin şəxslər Səbuhini döyərək telefona çəkdikdən sonra isə Səbuhini otuzdurdular və ona etdiyi əməlləri özünə etmiş kimi dedizdirdilər. Bundan sonra hərə öz maşınına qaçaraq oradan uzaqlaşdılar. Onlarda öz maşınlarına əyləşib Sumqayıt şəhərinə gəlmişlər. Zərərçəkmiş şəxs hadisə olan zaman vurmamışdır. Hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs ona qarşı şikayəti yoxdur. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdə Yasamal rayon Məhkəməsinin hökümü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-cü maddəsi ilə azadlığın məhdudlaşması cəzasına məhkum olunmuş və hazırda cəza çəkir. Təxminən 4-5 ilə yaxındır ki, Əhlisünnə namazı qılır, ailə üzvlərindən başqa qohumlarından namaz qılan yoxdur. Sosial şəbəkələrdən istifadə etmir. 12.08.2020-ci il tarixdə xatırlamadığı dostlarının hansısınsa telefonunda görmüşdür ki, Səbuhi adlı şəxs sosial şəbəkədə Əhlisünnə namazını qılanların qadınlarının ünvanına təhqiredici sözlər yazıb. Əhlisünnə namazı qılan qardaşlarda həmin şəxsi axtarırdılar. 12.08.2020-ci il tarixdə tanışları Ruslan və Sarvanla telefon əlaqəsi saxlayaraq Osmanlı dönərin qarşısında görüşüb dönər yeməyə razılaşmışlar və o, tək Sumqayıt şəhəri ərazisində yerləşən Osmanlı dönər evinnin qarşısına gəlib orada Ruslan və Sarvanı gözləyərkən təsadüfən orada üç nəfər cavan sifətləri saqqalı şəxsləri görmüşdür. Həmin şəxslər sosial şəbəkədə yayılan həmin söhbətdən danışarkən o, həmin şəxslərə yaxınlaşıb demişdir ki, həmin söhbətdən nə məlumatınız var həmin şəxslərdə ona demişdir ki, həmin şəxsin yerini müəyyən ediblər St.Sumqayıtdadır ora gedəcəklər. Həmin şəxslərlə söhbət edən zaman Bakı şəhərində yaşayan tanışı Pərviz adlı şəxs ona zəng vuraraq bildirmişdir ki, sosial şəbəkələrdə Səbuhi adlı şəxs Əhlisünnə namazını qılanları təhqir edib. O da Pərvizə demişdir ki, bəli o da eşitmiş, yanında qardaşlar var onlar danışır, həmin şəxslər bildirmiş ki, Səbuhini qardaşlar tapıb yerini bilirlər oraya gedirlər. Pərvizdə ondan xahiş etmişdir ki, onu da gözləsinlər o da görsün ki, həmin şəxs kimdir. O da həmin üç nəfər şəxsdən xahiş etmişdir ki, onu da gözləsinlər onlarla getsinlər. Həmin şəxslər də razılaşmış və bildirmişlər ki, onları təhqir edən şəxsi Bakı Quba yoluna tərəf yəni Müşviq qəsəbəsinə yaxın aparıblar. Bu vaxt Sarvan və Ruslanda oraya gəlmiş və olanları danışmışdır. O, Sarvan və Ruslan onun idarə etdiyi Opel Vektra maşınına əyləşərək həmin tanımadığı şəxslərdə öz maşınlarına əyləşərək dalqabaq oradan Müşviq qəsəbəsi istiqamətinə gedərkən Sumqayıt şəhərinin çıxacağında Pərvizdə oraya öz maşını ilə tək gəlmiş və onlarla birlikdə Bakı-Sumqayıt yoluna getmişlər. Oraya çatanda görmüşlər ki, sonradan tanıdığı Səbuhi dayanıb bir neçə şəxs onun başına yığışıb söhbət edirlər və Səbuhidə üzr istəyib ona görə də o, bir söz deməyib Ruslan və Sarvanla evə qayıtmışdır. Zərərçəkmiş şəxs hadisə olan zaman vurmamışdır. Hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs ona qarşı şikayəti yoxdur. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2006-cı il tarixdən Əhlisünnə namazı qılır. O, tez-tez “Facebook” sosial şəbəkəsində istifadə edir və həmin sosial şəbəkədə onun profili «Abdulzahir Məmədkərim»-dir. Onun əsil adı Zahir olsada ona qardaşlar arasında Abdulzahir deyirlər. Təqsirləndirilən şəxs1 təxminən bir ilə yaxındır ki, tanıyır. Belə ki, Səbuhi ilə o, əvvəllər bir işdə işlədiklərinə görə tanımış və Səbuhi özüdə Əhlisünnə namazı qılır. 12.08.2020-ci il tarixdə o, “Facebook” sosial şəbəkəsində öz profilinə baxarkən bir nəfərin Zərərçəkmiş şəxs kimi sosial şəbəkədə öz profilində bütün Əhlisünnə təriqətini təhqir etmişdir. Zərərçəkmiş şəxs bu hərəkətləri ona pis təsir etdiyindən onun qrupunda olan bütün dostlarından həmin şəxsi soruşmuş və “Facebook” sosial şəbəkəsində adı ona məlum olan Zərərçəkmiş şəxs şəkilini götürüb paylaşmışdır. Dostu Təqsirləndirilən şəxs1 ona telefonda demişdir ki, həmin Zərərçəkmiş şəxs yanında olan şəxsi tanıyır əvvələr onunla məşq yoldaşı olub. O da Səbuhiyə demişdir ki, həmin şəxsi tapıb onunla söhbət etsinlər. Bir neçə dəqiqədən sonra Səbuhi ona zəng vuraraq demişdir ki, həmin şəxsin yerini müəyyən edib o, St.Sumqayıt qaçqınlar şəhərciyində yaşayır. O, Səbuhi ilə saat təxminən 19 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən «Cavid» ticarət mərkəzinin yaxınlığında görüşmüş, Səbuhi həmin yerə tək gəlmişdir. Onlara maşın lazım olduğu üçün dostu Sumqayıt şəhəri Kotej qəsəbəsində yaşayan Xasməmmədə öz aralarında Mamed deyilər dostu hazırda nömrəsini xatırlamadığı Xasməmmədə zəng vurub yanlarına çağırmışlar. Xasməmməd oraya nömrəsini və markasını xatırlamadığı öz maşını ilə tək gəlmiş, Xasməmmədə demişdir ki, bir nəfər öz profilində onları təhqir edib onun yerini müəyyən edib onun ardınca gedirlər. Xasməmməd özüdə namaz qıldığı üçün onlara qoşulmuş və onlar üçü də Abşeron rayon ərazisində yerləşən qaçqınlar şəhərciyinə getmişlər. Səbuhi maşından düşüb həmin şəhərcikdə yaşayan dostu ilə görüşüb oradan da gedib sonradan ona adı bəlli olan Əhlisünnə təriqətini təhqir etmiş Zərərçəkmiş şəxs özü ilə onların yanına gətirmiş və o, orada Zərərçəkmiş şəxsla biraz gəzişərək söhbət etmişdir ki, nəyə görə öz səhifəsində onları təhqir edib. Zərərçəkmiş şəxs bildirmişdir ki, o, yazmamış onun profilini qırıblar adından yazıblar. O da Zərərçəkmiş şəxs demişdir ki, sənin adından necə yaza bilərlər ki, sənin şəkillərin həmin profildə çıxır. O, Zərərçəkmiş şəxs demişdir ki, “əgər sən deyilsənsə gəl səni telefona çəksin üzr istə sən olmasanda həmin adama öz sözünü de çıxsın ortaya”. Səbuhi də razılaşmış və o, Zərərçəkmiş şəxs telefonuna çəkdikdən sonra onlar gedib Xasməmmədin maşınında əyləşmişlər. O, Zərərçəkmiş şəxs sözünə inanmayıb birlikdə qaçqın şəhərciyindən çıxıb qabağa gedib dayanmışlar və o, Səbuhinin danışığından bilmişdir ki, Zərərçəkmiş şəxs onları aldadır onun özü həmin təhqirləri yazıb. Ona görə də onlar maşınla birazda qabağa getmişlər və Bakı-Quba yolunda maşını saxlamışlar. Həmin vaxt o, əsəbləşib Zərərçəkmiş şəxs çənəsindən və sifətində yumruqla vurmuş, bu vaxt görmüşdür ki, kənardan bir neçə maşın gəlib saxlamış və həmin maşınlardan çoxlu tanımadığı şəxslər gəlmişlər. Orada adamlar çoxaldığına görə onlar yəni dostu Səbuhi, Xasməmməd və o, oradan uzaqlaşıb getmişlər. Həmin günü o, sosial şəbəkəyə baxanda görmüşdür ki, Zərərçəkmiş şəxs döyülməsini paylaşıblar. Zərərçəkmiş şəxs ilə barışmışdır. Əməlindən peşmandır ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 4-5 ilə yaxındır ki, Əhlisünnə namazı qılır və tez-tez “Facebook” sosial şəbəkəsində istifadə edir. Zərərçəkmiş şəxsla əvvəllər heç bir ədavəti düşmənçiliyi olmayıb. 12.08.2020-ci il tarixdə saat təxminən 21 radələrində yaşadığı Bakı şəhərində olarkən o, öz mobil telefonunda statuslara baxarkən dəqiq yadında deyil kimsə statusda sonradan adı ona bəlli olan Səbuhi adlı şəxsin Əhlisünnə namazı qılan şəxslərin ünvanına nalayiq söyüş və təhqirlərin deməsini görmüş, Səbuhinin həmin söyüş və təhqirləri ona pis təsir etmiş, həmçinin statusta paylaşmışdılar ki, Səbuhini axtarırlar. O, Sumqayıt şəhərində yaşayan dostu Təqsirləndirilən şəxs2 zəng vuraraq demişdir ki, bu nə məsələdir onları niyə təhqir edirlər. Turalda ona demişdir ki, həmin şəxs bilinir kimdi və özü yanlarına gəlir. O da Turala demişdir ki, Sumqayıt şəhərinə gəlir ki, görsün həmin şəxs kimdir. Turalda ona demişdir ki, gəlirsənsə gəl. O da tək öz idarə etdiyi «Fort Fusi» markalı dövlət nömrə nişanını xatırlamadığı avtomaşınıyla Sumqayıt şəhərinə gəlmiş, Sumqayıt şəhərinin girəcəyində Turalla görüşmüş, həmin vaxt oraya Turalla bərabər tanıdıqları Ruslan, Sarvan və tanımadığı 5-6 nəfərdə gəlmişdir. Oradan onlar Bakı–Quba yoluna getmiş və görmüşdür ki, təxminən 10-15 nəfər Səbuhini saxlayıblar və Səbuhi ilə söhbət edirdilər. O da Səbuhiyə yaxınlaşmış və soruşmuşdür ki, söymüsən deyib bir dəfə Səbuhinin sifət nahiyyəsindən şillə ilə vurmuş, lakin sifətinin hansı nahiyyəsinə dəyməsini dəqiq görməmişdir. Bundan sonra oradan uzaqlaşıb getmişlər. Zərərçəkmiş şəxs ilə barışmışdır. Əməlindən peşmandır ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, qaydasız döyüş idman növü ilə məşqul olur, habelə bu idman növü üzrə dərs keçir. Karantin rejimi başlayandan sonra fəaliyyətini dayandırmışdır. O, İslam dinin şiə təriqətinin qaydalarına uyğun olaraq ibadət edir və özünü şiə təriqətinin üzvü hesab edir. Sosial şəbəkələrdən də istifadə edir. Onun “Facebook” sosial şəbəkəsində “Zərərçəkmiş şəxs” adlı profili var, həmin profilindən daimi istifadə edir. Təxminən bir həftə bundan əvvəl “Facebook” sosial şəbəkəsində “Müslim TV”, “Rafizilərin iç üzü” adlı səhifələrdə “Əlhəmdullah, şiələrin qadınları bizim cariyələrimizdi, şiələr siyğədən əmələ gələnlərdi” və s. təhqir edici ifadələrin işləndiyini görüb həmin səhifələrdə şərh yazıb həmin nalayiq ifadələrin sosial şəbəkələrdən silinməsini tələb etmişdir. Həmin vaxtı tanımadığı digər şəxslər də həmin ifadələrin silinməsini tələb etmişlər və həmin paylaşımla bağlı şiə və süni təriqətinin “Sələfilər” qolu arasında qızğın mübahisə yaranmışdır. Bundan sonra o, öz profil səhifəsində “Suriyadan gələn əxilərin huriləri görəsən haradadır”, bu paylaşıma görə “Sələfilər”lə onun və digər “şiə”lərin arasında qızğın mübahisə yarandı və onlar mübahisəni ancaq paylaşımın şərh hissəsində edirdilər. Bu paylaşımdan sonra 12 avqust 2020-ci il tarixdə onun profil səhifəsi naməlum şəxlər tərəfindən sındırılaraq ələ keçirildi və orada “Sələfilər peysərdi” paylaşımı edildi. Həmin vaxtı o, öz profil səhifəsinə də daxil ola bilməmişdir. 12 avqust 2020-ci il tarixdə axşam təxminən saat 21:20 radələrində yaşadığı Abşeron rayonu, Stansiya Sumqayıt qəsəbəsi, “Yeni şəhərcik” massivi, ev 4, mənzil 18-də olan zaman qonşusu Adil gəlib ona demişdir ki, 5 dəqiəyə “sələfilər” gəlirlər səninlə söhbət etməyə. Təxminən saat 21:24-də Adil onun 055 989 59 49 saylı mobil telefonuna nömrəsinin qeydiyyatdan keçdiyi yadında qalmayan qonşusunun mobil nömrəsindən “Watsapp” vasitəsi ilə yazmışdır ki, “qaqa mənəm, Adil, gəliblər, düş aşağı”. Bunu görüb o, aşağı həyətə düşmüş və görmüş ki, boz rəngli “Priora” markalı, dövlət qeydiyyat nişanı yadında qalmayan avtomobil həyətlərində dayanıb, maşının içərisində 3 nəfər “Sələfilər”ə aid formada saqqallı şəxslərin olduğunu görmüş və həmin şəxslərdən sonradan ona istintaq vaxtı görüb tanıdığı adlarını sonradan bildiyi Səbuhi, Zahir və orta yaşlı, hündür boylu, dolu bədənli, qısa saqqallı, dərisinin rəngi ağ olan, xüsusi əlaməti olmayan, ağ köynək geyinmiş sürücü gəliblər avtomaşında qabaqda əyləşən Zahir idi arxada isə əyləşən Səbuhi adlı şəxs idi. Onlar ona demiş ki, gedək kənarda söhbət edək, aramızda olan problemi həll edək getsin, narahat olma biz kişiyik, namusumuz, qeyrətimiz var, sən təksən, biz səni vurası deyilik. O da onların maşınında arxa oturacaqda əyləşmiş və sürücü maşını “Bakı-Quba” magistral yoluna sürmüş və orada təxminən bir neçə nəfər adam olduğunu görmüş, sürücü orada maşını saxlamış və onlar aşağı düşərək kənara çəkilib söhbət edərkən o, onlara demişdir ki, sonuncu kəlməni profilində o, yazmamışdır, profilini sındırıblar. Onlar da demişdir ki, əgər düz deyirsənsə əxi qardaşlarımız var, proqromistdilər, gedək onlarla aydınlaşdıraq. Bundan sonra onu yenidən maşına otuzdurub Müşfiq yolu istiqamətində təxminən 500 metr gedib yolun kənarında dayanmışlar və orada səkiyə düşüb söhbət edərkən onu maşınla aparan 3 nəfər şəxs əlinə telefonu götürüb kameranı ona tutaraq demişlər ki, əgər sən yazmamısansa onda de ki, mən yazmamışam, sonra da gedək proqromistin yanına telefonu verək o, yoxlasın ki, həqiqətən sən yazmısan, yoxsa profilin oğurlanmışdır. O da orada razılaşmış və demişdir ki, “Mənim profilimdən yazılan sözü mən yazmamışam, profili oğurlayıblar, özüm profilimə girə bilməmişəm, mənim profilimdən yazıldığı üçün üzr istəyirəm, ancaq gedirik proqromistin yanına ki, görək bunu kim yazıb”. Həmin danışığını onlar telefonun kamerası ilə çəkmişlər və bundan sonra demişlər ki, gedək telefonunu götür, gedək proqromistin yanına. O da maşına minib onlarla birlikdə yaşadığı ünvana gedərkən, Bakı-Quba magistral yolunda onların yaşayış massivlərinə dönən zaman yanında oturan bir nəfərə zəng gəldi və ona proqramist nəsə dedi və belə başa düşmüş ki, proqramist onun dediyini təsdiq elədi və ona görə də telefonunu götürməyə ehtiyac qalmadı. Bu vaxtı görmədiyi bir maşın da gələrək arxada dayanmış və təxminən 50-60 yaş arasında, dolu bədənli, orta boylu, uzun və geniş saqqallı, başında “Çeçenka” papaq, əynində göy-ağ-qara palasalı köynək, əlində qara rəngli əsası, adı təxminən “Abdulrəhman” olan tanımadığı kişi gəlib yanında oturmuş və ona demiş ki, “sənin başını kəsəcəm mən, rafizi, münafiq, kafir, yaxşı edirik sizin başınızı kəsirik, siyğədən əmələ gələn şiələrdi”. O da ona demiş ki, ona qalsa sizdə misiya nikahı var, siz niyə ona əməl edirsiz. Həmin vaxtı o əlini arxasına atanda ona demişlər ki, “Abdul lazım deyil, gözlə hələ.” Bu vaxtı sürücüyə zəng gəlmiş və maşını irəliyə sürüb təxminən 1 km məsafə qət etmişlər və “Kosmonovatlar”ın körpüsünə çatmamış avtomobili saxlmışlar. Təxminən orada 5 dəqiqə gözləyəndən sonra ora bir neçə maşın gəlmiş, maşından çoxlu adam düşmüş və onların maşında Səbuhi ilə o qalmışdır. Orada təxminən tanımadığı bir neçə şəxs var idi. Təxminən 5 dəqiqə onlar söhbət etdikdən sonra onu tanımadığı adamlar maşından aşağı düşürdüb səkiyə tərəf aparmış və orada kimsə demiş ki, telefonunuzu çıxardıb işığını yandırın və onu çəkin. Bunu edəndən sonra onlar “Allahu əkbər” deyib üstünə tökülmüşlər və tanımadığı adamlar əlayağını tutmuş, qalanları isə onu yumruq-təpiklə vurmuşlar. Həmin vaxt sonradan yəni istintaq vaxtı tanıdıqlarından Səbuhi onun yaxasından tutmuş və dartışdıraraq sinəsindən yumruqla vurmuş, o, möhkəm ağrı keçirmiş və paltarında boynunu sıyırdığından paltarın bir hisəsi cırılmışdır. Pərviz sifət nahiyyəsindən şillə ilə vuraraq sifətinə yəni göz ətrafına xəsarət yetirmiş, Zahirdə sifətinə şillə ilə və yumruqla sinəsindən vurmuşdur. Bu vaxtı Əbdul rəhman kimi çağırılan şəxs də əlində olan əsa ilə başına, gözünə vurmuş, qalan tanımadığı adamlar da onu vuraraq söyüb təhqir etmişlər. Həmin vaxtı yoldan keçən avtomobillər saxlasalar da onların uzun saqqallı vəhabilər olduğunu görüb qorxaraq oradan qaçıb getmişlər. Həmin vaxtı saqqallılardan biri hamıya dedi ki, çökün aşağı, hamı aşağı çökdü, o da onlarla birlikdə aşağı çökmüş, bu vaxt Tural onun kürək nahiyəsinə təpiklə və sifətinə vuranda o, əlini sifətinə tutmuş o, isə onun bədəninin müxtəlif nahiyyələrindən vurmuşdur. Hava qaranlıq olduğu üçün Turalın onun hansı nahiyyəsindən vurmasını görməmişdir. Onlar yenə telefonu çıxartmış və demişlər ki, “de ki, qələt eləmişəm, özümə söymüşəm və s.” Onların qorxusundan demiş ki, “mən eləmişəmsə üzr istəyirəm, amma onu mən etməmişəm.” Bu vaxtı Abdulrəhman kimi çağırılan şəxs əsası ilə yenə onun başına vumuş, digər tanımadığı şəxs də başına vurmuşlar. Onları tanımır, lakin görsə üzdən tanıya bilər. 4 nəfərdən başqa digərlərinin əlamətlərini hazırda deyə bilməsə də onları görsə tanıya bilər. Onu döydükdən sonra onlar maşınlarına oturub oradan Quba istiqamətində sürüb getmişlər, bundan sonra özü piyada evə getmişdir. Təqsirləndirilən şəxslərlə barışmışdır. Ona dəymiş ziyan tam ödənildiyindən onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Onlara hər hansı cəza verilməsini xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs notarial ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə barışmışdır. Ona dəymiş ziyan tam ödənildiyindən onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən iki ilə yaxındır ki, tanıyır. Belə ki, Səbuhi ilə o, qonşu yaşayır və onunla dostdur. 12.08.2020-ci il tarixdə saat təxminən 20 radələri olardı onun istifadəsində olan ***-***-**-** nömrəsinə ***-***-**-** nömrədən zəng gəlmişdir. O, telefonu açıb və telefonda bir nəfər ona özünü Səbuhi kimi təqdim edib və ona bildirmişdir ki, onunla uşaq vaxtı bir yerdə məşq edən Səbuhidir. O da demişdir ki, Turalın qardaşı Səbuhisən o da demişdir ki, hə həmin Səbuhidir. Onunla hal əhvalını soruşduqdan sonra dostu Zərərçəkmiş şəxs ondan soruşmuşdur. Ona demişdir ki, “Facebook”da onların şəkilini bir yerdə görmüşdür tanıyırsan bu oğlan kimdir deyə soruşmuşdur. O da demişdir ki, dostu Səbuhidir. Telefonda danışan Səbuhi ona demişdir ki, dostu Səbuhi onun tanışıdır, bizi görüşdürə bilərsən ona supriz etmək istəyir. O da demişdir ki, gələr onların qəsəbələrinə görüşdürər. Bundan sonra telefonu söndürüb və o, dostu Səbuhinin evinə getmişdir. Görmüşdür ki, Səbuhi atası ilə evlərinin şkafının qapısını düzəldir. O, onlarla görüşəndən sonra Səbuhini padyezə çağırıb və orada Səbuhiyə demişdir ki, bir nəfər var səninlə görüşmək istəyir. Səbuhidə ona demişdir ki, kimdir nəyə görə görüşmək istəyir. O da Səbuhiyə demişdir ki, o, həmin şəxsi uşaqlıqda bir yerdə məşq etmişlər oradan tanıyır. Səbuhidə ona demişdir ki, heç bir problem yoxdur gələr görüşərlər. Sonra o, Səbuhiyə demişdir ki, həyətdə uşaqlar danışırlar ki, güya Səbuhi kiməsə “Facebook”da söyüb. Ona Səbuhi demişdir ki, kimsə onun profilini qırıb oğurlayıb oradan onun adından istifadə ediblər. Bundan sonra o, evə getmişdir. Saat təxminən 21 radələri olardı onun mobil telefonuna Səbuhi zəng vuraraq bildirmişdir ki, qəsəbədədir harda görüşsünlər. O da Səbuhiyə demişdir ki, qəsəbənin girişində köşk var ora gəl orada görüşək. O da həmin qəsəbədə yaşayan dostu Yunusla qəsəbənin girişində olan köşkün qarşısına getmişdir. Həmin vaxt Səbuhi onların yanına tək gəlib və o, əvvəl Səbuhini tanımasada, lakin yaxınlaşanda tanımışdır ki, onunla uşaqlıqda məşq edən Səbuhidir. Səbuhi onun yanına gəlib və onlar görüşndən sonra Səbuhinin telefonu ilə vatsapda dostu Səbuhiyə yazmışdır ki, hardasan. Lakin dostu Səbuhi cavab yazmadığı üçün o, Səbuhiyə zəng vurub və bildirmişdir ki, həmin adam gəlib gözləyir düşsün gəlsin. Dostu Səbuhi bildirmişdir ki, iki dəqiqəyə düşür. Dostu Səbuhi gələnə kimi o, digər Səbuhidən soruşmuşdur ki, nə məsələdir Səbuhidə bildirmişdir ki, hər şey qaydasındadır narahatçılıq yoxdur söhbət edəcəklər. Dostu Səbuhi gəlmiş o biri Səbuhi ilə görüşmüş heç bir söhbət etməmişlər. Həmin vaxt qardaşı Qadir avtobusdan düşüb və onların yanlarına gəlmişdir. Dostu Səbuhi ilə digər Səbuhi isə Səbuhinin gəldiyi maşına əyləşib getmişlər. Səbuhinin gəldiyi maşın qaranlıq olduğu üçün markasını bilməmişdir. Lakin maşının içərisində dörd nəfərdə olmuşdur. Onlar gedəndən sonra o da evə getmişdir. O, 1-2 saatdan sonra dostu Səbuhiyə zəng etsədə ona zəng çatmamışdır. Sonra o, məşq yoldaşı Səbuhiyə zəng vurmuşdur ki, hardasız Səbuhi ona demişdir ki, narahat olmasın qayıdırlar. Təxminən saat 00:05 radələri olardı ona məşq yoldaşı Səbuhi zəng vuraraq bildirmişdir ki, Bakıdan gələnlər onun sözünə qulaq asmayıb uşağın başına oyun açdılar. O da Səbuhiyə demişdir ki, bəs sən dedin ki, danışıb qayıdırıq bu nə işdir başıma açmısan. Səbuhidə ona demişdir ki, narahat olma sənlik bir şey yoxdur deyib telefonu söndürmüşdür. O, ondan sonra hər iki Səbuhilərə zəng vursada lakin heç birinə zəng çatmamışdır. Səhərisi günü onu polisə çağıranda ona məlum olmuşdur ki, Səbuhini vəhabilər döyüblər. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid7 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2010-cu il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökümü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə 04 il azadlığdan məhrum edilib və 2014-cü il tarixdə azadlığa buraxılmışdır. 2004-cü il tarixdə əsgərlikdə xidmətdə olan vaxt Əhlisünnə namazı qılmağa başlamışdır. Ailə üzvlərindən namaz qılan yoxdur. Sosial şəbəkələrdən istifadə etmir. 12.08.2020-ci il tarixdə saat yadında deyil axşam vaxtı olardı Sumqayıt şəhərində yerləşən Osmanlı dönər evinə getmişdir ki, dönər alsın evə getsin. Dönər alarkən üç nəfər şəxsində dönər almaq istədiklərini və həmin dönər evinin qarşısında gözlədiklərini görmüşdür. O da dönər sifariş etmişdir və gözləyərkən həmin üç nəfər tanımadığı şəxslərin biri birləri ilə söhbət edərkən bir nəfərin sosial şəbəkədə Əhlisünnə namazını qılanları təhqir etdiyini eşitmişdir. O, özüdə Əhlisünnə namazı qıldığı üçün həmin şəxslərə yaxınlaşıb demişdir ki, o da Əhlisünnə namazı qılır nə məsələdir. Həmin şəxslər ona demişlər ki, bir nəfər Sosial şəbəkədə onları təhqir edib və həmin şəxsi tapdıqlarını demişlər. O, həmin yazını oxuyub və ona pis təsir etmişdir. Belə ki, həmin yazıda qeyd edilmişdir ki, Vahabi olmaq üçün gərək peysər olasan, Əxilərin bacıları babatdır baxıb qüsula qaldım qüsulum pozuldu, qızlarını rəqs etmək üçün göndərsinlər yanıma. Bu sözlər ona pis təsir etmiş və onda maraq yaranmışdır ki, görsün həmin şəxs kimdir. Həmin üç nəfər ona demişdir ki, onları təhqir edən şəxsi Abşeron rayonu Qaçqınlar şəhərciyinin yaxınlığında tutublar oradadır. O, tanımadığı bir taksiyə əyləşib deyilən yerə getmişdir. Lakin o, oraya çatanda heç kim olmamışdır. Orada tanımadığı bir taksi sürücüsü dayanmışdır, o, həmin sürücüdən soruşmuşdur ki, buraya bir neçə adam toplaşdığını görməmişdir. Həmin sürücü ona demişdir ki, bir neçə dəqiqə bundan qabaq burada bir neçə şəxslər vardı üzü nasosnu tərəfə Quba yolu ilə getdilər. O da gəldiyi taksi ilə həmin istiqamətə getmişdir. Tağıyev qəsəbəsinin körpüsünə az qalmış görmüşdür ki, yolun kənarında üzü Quba yoluna tərəf sağda maşınlar dayanıb. O, taksidən düşüb və taksini yola salmışdır. Taksini yola salanda bu vaxt yolun alt tərəfindən bir neçə şəxsin gəldiyini görmüşdür. Həmin şəxsləin üzlərində saqqalları vardır. O, bildirmişdir ki, onları təhqir edəndən ötrü gəlmişdir, həmin şəxslərdə ona demişlər ki, artıq həmin şəxsi cəzalandırmışıq və üzr istəyib qayıdırıq. O da tanımadığı qara rəngli markasını bilmədiyi maşına əyləşmişdir. Maşında tanımadığı şəxslər olmuşdur. Onlardan souşmuşdur ki, nətər oldu. Ona bildirmişlər ki, həmin şəxs onlardan üzür istədi və həmin şəxsin üzür istədiyinə görə buraxıblar. O da həmin şəxslərlə birlikdə Tağıyev qəsəbəsinə gəlib və orada maşından düşüb taksi saxladıb evə getmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o Zərərçəkmiş şəxs 2007-ci ildən tanıyır. Belə ki, Səbuhi ilə qonşu olmuşdur. Qaçqınlar üçün şəhərciyə köçəndədə yenə də qonşudular. Səbuhi ilə münasibəti yaxşıdır heç bir ədavəti düşmənçiliyi yoxdur. O, əvvəllər namaz qılsada lakin sonradan səhhəti yol verməmişdir. O, əvvəl Sumqayıt şəhər ərazisində yerləşən «Karvan» ticarət mərkəzində alver edirmiş, lakin məlum hadisələrlə əlaqədar olaraq Karvan ticarət mərkəzi bağlanmışdır. O da məcbur olub öz maşını ilə taksi fəaliyyəti ilə yaşadığı qəsəbənin yaxınlığında məşğul olmuşdur. 12.08.2020-ci il tarixdə yenədə yaşadığı evin yaxınlığında özünə məxsus “Mercedes” markalı avtomaşınla taksi dayanmışdır. Saat təxminən 21 radələri olardı hava qaralmış və yaşadığı evə maşını ilə gedən zaman görmüşdür ki, şəhərciyin girəcəyində təxminən 15-20 nəfər yolun kənarında dayanıblar. O, həmin şəxslərin yanından keçəndə görmüşdür ki, qonşusu Səbuhi həmin şəxslərin içərisindədir mübahisə edirlər. O, maşını saxlayıb onlara tərəf gedəndə görmüşdür ki, həmin şəxslərdən 2-3 saqqallıdır qalanları isə sifətlərində az tükləri var. O, həmin şəxslərə yaxınlaşıb Səbuhini göstərib demişdir ki, onun qonşusudur nə məsələdir mübahisə edirsiniz. Həmin şəxslərdən biri ona yaxınlaşıb qolundan tutub kənara çəkərək ona öz mobil telefonunda yazını göstərib bildirmişdir ki, onun anasına bacısına bu cür yazsalar necə olar. O, hava qaranlıq olduğu üçün həmin yazını yaxşı oxuya bilməmişdir ki, nə yazılıb. Sonra həmin şəxslərdən biri ona demişdir ki, bir dənə video çəkirik qurtarır. O da görmüşdür ki, sakit danışırlar. Ona görə də o, oradan uzaqlaşıb getmişdir. Səhərisi günü o, eşitmişdir ki, həmin şəxslər Səbuhini aparıb döymüşlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 12.08.2020-ci il tarixdə saat 21 radələrində Zahid adlı dostu ona zəng edərək bildirmişdir ki, bir nəfər şəxs sosial şəbəkədə onların haqqında nalaiq sözlər bildirib və buna görə də onlar həmin şəxsə etirazlarını bidirmək üçün toplaşacaqlar və onun da orada olmağını ondan xaiş etmişdir. Onun həmin şəxslə dostluq münasibətləri olduğundan onun təklifindən imtina edə bilməyib və bazar tərəfdə yerləşən “Osmanlı” dönərxanasının qarşısında yığışmışlar. O, orada olarkan təxminən 8-10 nəfər olub və onlar orada həmin şəxslə söhbət etmək üçün gözləyirmişlər. Bir müddətdən sonra aralarında tanımadığı bir şəxs onlara bildirmişdir ki, görüş St. Sumqayıt deyilən ərazidədi və o, maşınına əyləşərək həmin əraziyə getmişdir. Ora çatanda görmüşdür ki, gənc yaşlarında bir nəfər çökərək oturub və üzü zədələnmiş haldadır. Orada təxminən 15-20 nəfər olub və o, çatan kimi onlardan biri bildirmişdir ki, artıq dağılışmaq lazımdır və o da öz maşınına əyləşərək öz evinə yola düşmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, O, Sumqayıt şəhəri 18-ci mikrorayon bina 29 mənzil 42-də ailəsi ilə birlikdə yaşayır. O, 19.11.2015-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur, cəzasını tam çəkib qurtarmışdır. Onun özünə məxsus xalçayuma sexi var, həmin xalçayuma sexi Sumqayıt şəhəri Stansiya Sumqayıt qəsəbəsi ərazisində yerləşir. O, islam dinin “Sələfi” təriqətinin qaydalarına uyğun olaraq ibadət edir və özünü “Sələfi” təriqətinin üzvü hesab edir, sosial şəbəkələrdən də istifadə edir. Onun “Facebook” sosial şəbəkəsində “Mirzeyev Mirze” adlı profili var, həmin profilindən daimi istifadə edir. Həmçinin onun “İnstagram” sosial şəbəkəsində də “Mirzeyev Mirze” adlı profili var, həmin profilindən də daimi istifadə edir. Zərərçəkmiş şəxs tanımır, onunla əvvəllər heç bir münasibəti olmamışdır. Baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, təxminən bir neçə gün əvvəl Zərərçəkmiş şəxs Facebook sosial şəbəkəsində “Sələfilər peysərdir” məzmunlu, həmçinin “Sələfi” təriqətinin üzvü olan şəxslərə təhqir edici məzmunlu paylaşımlar etmişdir və həmin paylaşımlar “Sələfi” təriqətinin üzvləri arasında yayılmışdır. 12 avqust 2020-ci il tarixdə təxminən saat 21 radələrində o, Sumqayıt şəhəri Stansiya Sumqayıt qəsəbəsi ərazisində yerləşən Xalçayuma sexindən işdən çıxarkən öz mobil nömrəsinə “Whatsap” proqramı ilə xatırlamadığı tanışları Facebook sosial şəbəkəsində “Sələfilər” barəsində təhqir edici paylaşımlar edən şəxsin adının Səbuhi olduğunu və Sumqayıt şəhəri St.Sumqayıt qəsəbəsi məcburi köçkünlər üçün tikilmiş yeni qəsəbədə yaşadığı barədə və uşaqların Səbuhinin yaşadığı ünvana getmələri barədə status paylaşmışlar. O da işdən çıxıb Səbuhinin yaşadığı ünvana tərəf getmişdir. O, qəsəbənin girişinə çatanda, yolun kənarında çoxlu sayda “Sələfi” təriqətinin üzvü olan adamlar görmüşdür. Orada təxminən 25-30 nəfər adam olardı və Zərərçəkmiş şəxs da orada olmuşdur. Səbuhi həmin vaxt deyirmiş ki, Facebook sosial şəbəkəsində həmin yazıları o, yazmayıb, kimsə onun profilini sındırıb onun adından həmin yazıları paylaşmışdır. Həmin vaxt orada olan bir nəfər hündür boylu saqqallı təxminən 30-35 yaş arası olan oğlan heç kəsə Səbuhini vurmağa icazə vermirmiş və deyirmiş ki, əgər həmin yazıları Səbuhi yazmayıbsa onu videoya çəkək və o, Facebookda etdiyi paylaşımlarını təkzib etsin. Səbuhi də bununla razılaşıb və öz telefonu ilə onu video çəkdikdən sonra paylaşacağını demişdir. Səbuhi belə dedikdən sonra ətrafa yığılmış şəxslər hamı dağılmış və o da hamı kimi çıxıb getmişdir. O, sabahısı gün bilmişdir ki, o, gedəndən sonra Səbuhini döyüb video çəkib onun video görüntüsünü Facebook sosial şəbəkəsində paylaşmışlar. O, Səbuhini kimlərin döydüyünü bilmir, bu barədə heç bir məlumatı olmadığını bildirmişdir. Lakin o, hadisə baş verən gün onu görmüşdür, o, Səbuhini görəndə onu heç kəs döyməmişdir, onun üzərində heç bir xəsarət olmamışdır. O, özü də Səbuhinin döyülməsi videosunu, həmçinin onun sələfilərə söyməməsi barədə videosunu Facebook sosial şəbəkəsində görmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid6 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, özü Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən Mədinə ət dükanında qəssab işləyir. Bildirmişdir ki, Sərvan onun uşaqlıq dostudur. Onlar 29 saylı orta məktəbdə təhsil almıışdır. Sərvan ondan bir sinif aşağı təhsil almışdır. Eləcə o, hər həftənin cümə günləri Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən Cümə məscidinə namaz qılmaq üçün gedirmiş. Bildirmişdir ki, 12.08.2020-ci il tarixdə axşam saat 20:00 radələrində o, işlətdiyi dükanı bağlayıb özünə məxsus “Opel Astra”markalı, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib Sumqayıt şəhəri, 42–ci məhəllə ərazisindəki “Qayalı” marketin yaxınlığına gəlmişdir ki, həmin marketin qarşısındakı meyvə tərəvəz dükanından ev üçün meyvə tərəvəz alsın. Həmin vaxtı Sərvan vatsap vasitəsi ilə onun mobil telefonuna iki nəfər arasında facebook vasitəsi ilə olan söhbəti və oğlan şəkilləri göndərib ondan həmin oğlanı tanıyıb-tanımadığını soruşmuşdur. O, Sərvana vatsap vasitəsi ilə mesaj göndərib həmin şəxsi tanımadığını, ancaq onun tanış gəldiyini demişdir. O, həmin söhbətlərə baxdıqda həmin oğlanın əhli məzhəbi necə söydüyünü görmüşdür. Bir müddət sonra tanışı Xalid onun mobil telefonuna zəng vurub demişdir ki, əhli sünnə məzhəbini söyən şəxs tapılmışdır. Həmin şəxs Stansiya Sumqayıt qəsəbəsindəki qaçqınlar şəhərciyində yaşayır, əxilərlə oraya gedirlər. O, Xalidə demişdir ki, oranı o da yaxşı tanıyır, o da oraya gələcəyini bildirmişdir. Sonra o, avtomobili ilə Stansiya Sumqayıt qəsəbəsi ərazisindəki Bakı Quba yolunun kənarına getmişdir. O, avtomobili qəsəbənin girişindən bir qədər aralıda saxlamışdır. Piyada qəsəbənin girişinə tərəf gəlmişdir. Görmüşdür ki, qəsəbənin giriş tərəfindən xeyli şəxs toplaşıb. Orada yüksək səs küy olmuşdur. Orada olan şəxslər bir-biriləri ilə ucadan mübahisə edirmişlər. O, orada tanışı Mahmudu görmüşdür. Onunla salamlaşmışdır. Mahmud ondan burada nə etdiyini soruşmuşdur. O, Mahmuda demişdir ki, salamatçılıqdır. Sonra o, avtomobilinə minib Sumqayıt şəhəri, aviakassa olan yerə gəlmişdir. Çünki Sərvan vatsap vasitəsi ilə ona yazmışdır ki, aviakassanın yaxınlığındadır. O, aviakassanın yanına gəldikdə Sərvanın təxminən 10 nəfər tanımadığı şəxslə dayandığını görmüşdür. Sərvan ondan nə baş verdiyini soruşmuşdur. O, Sərvana demişdir ki, Stansiya Sumqayıt qəsəbəsinə getdikdə oraya toplaşan şəxslər dağılışmışlar. Sərvanın yanında olan bir nəfər tanımadığı oğlan demişdir ki, ona vatsap vasitəsi ilə konum atıblar, söyüş söyən şəxs onların yanındadır. Onların yanına getməyini istəmişlər. Sonra Sərvan və yanındakı şəxslər təxminən 3 avtomobilə əyləşib çıxıb getmişlər. O, oradan yaşadığı evə gəlmişdir. Evə gəldikdən sonra o, Sərvan və Xalidin mobil telefonuna zəng vurub danışmaq istəmişlər. Onlara demək istəyirmiş ki, dava söhbətlərinə getməsinlər. Lakin onlar onun telefonuna cavab verməmişlər. Sonra o, evdə şam edərkən onun mobil telefonuna vatsap vasitəsi ilə xatırlamadığı tanışı həmin oğlanın üzr istəməsi barədə videonu göndərmişlər. Bir neçə dəqiqədən sonra Sərvan onun mobil telefonuna vatsap vasitəsi ilə həmin şəxsin döyülmə videosunu atmışdır. O, Sərvana səsli mesaj göndərərək bu hərəkətin doğru olmadığını, şəriətə zidd olduğunu demişdir. 14.08.2020-ci il tarixdə o işlətdiyi qəssab dükanını gəlib açmışdır. Bir neçə dəqiqə sonra polis əməkdaşları dükana gəlib onu Sumqayıt şəhər polis idarəsinə dəvət etmişlər. O, onlarla birlikdə Sumqayıt şəhər polis idarəsinə gəlmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qiyabi tanıyır. Bildirmişdir ki, Səbuhinin onun uşaqlıq dostu Adilin məhlə yoldaşı olmaqla St.Sumqayıtda yaşadığını təxmini bilir. Zərərçəkmiş şəxsla heç bir düşmənçilik və ədavət münasibəti olmamışdır. Qeyd etmişdir ki, islam dinin sələfi təriqəti üzrə təxminən 1 ildir ki ibadət edir. Sosial şəbəkələrdən yalnız whatsapdan istifadə edir. Facebook və instagram sosial şəbəkələrindən arabir vaxtlarda dini savadını artırmaqdan ötrü istifadə edir. Facebookda istifadəçi adını hazırda xatırlamır. İnstagram sosial şəbəkəsində 3 ya 4 istifadə səhifəsi vardır. Onların hər ikisinin də istifadə adı “usama”dır. 12.08.2020-ci il tarixdə təxminən saat 18-19 radələrində evdən çıxdığı zaman vhatsap sosial şəbəkəsində Seymur adlı tanışının statusunda facebook sosial şəbəkəsinə məxsus link atdığını görüb həmin linkə daxil olmuşdur. Zərərçəkmiş şəxs adl şəxsin “vəhabi və sələfi olmaq üçün gərək peysər olasan” ifadəsi yazdığını həmin statusun şərh bölməsində bir neçə şəxsin ona nalayiq cavablar verdiyini görmüşdür. Buna baxmayaraq o, Zərərçəkmiş şəxs statsusna heç bir komment əlavə etməmişdir. Təxminən saat 20 radələrində onun istifadəsində olan mobil nömrəyə tanışlarından biri zəng edib Səbuhi ilə az sonra Bakı-Quba yolu tərəfdə görüşəcəylərini bildirmişlər. Həmin görüşdə iştrak etmək üçün 12.08.2020-ci il tarixdə təxminən saat 22 radələrində Sumqayıt şəhəri Bakı-Quba yoluna getmişlər. Yolun kənarında bir neçə maşın dayanmışdır. Həmin maşınların kimə məxsus olmasını bildirmişdir. Lakin maşınların ətrafında dayanmış şəxslərin saqqallarından onlarında sələfi olduqları və Səbuhi ilə görüşmək üçün oraya gəldikləri aydın başa düşülürmüş. O, oraya çatdıqdan 5 dəqiqə sonra Səbuhu Qasımovu həmin yerə gətirmişlər. Zərərçəkmiş şəxsla söhbət edən zaman o, Facebook sosial şəbəkəsində ki paylaşımı onun etmədiyini bildirmişdir. Onlar oradan çıxıb Müşfiq yolu istiqəmətində gedib yolun kənarında avtomobillərdən enmişlər. Yoldan bir qədər aralıda Səbuhi ilə bir neçə saqqalı şəxs söhbət edirmişlər. O, aralıda dayanmışdır. Az sonra söhbət zamanı orada olan şəxslrdən 3-4-nün Zərərçəkmiş şəxs dartışdırdıqlarını görüb o, oraya polis əməkdaşalrının gələcəyindən ehtiyyat edib dərhal oradan uzaqlaşmışdır. Birbaşa yaşadığı evə gəlmişdir. Növbəti gün Zərərçəkmiş şəxs döyülüb xəsarət alması ilə bağlı Sumqayıt ŞPİ-nə yazılı ərizə ilə şikayət etdiyini eşitmişdir. Həmin müraciətlə bağlı onu da Sumqayıt ŞPİ-nə dəvət etmişlər. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 13.08.2020-ci il tarixli 945 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər - sol gözaltınahiyyənin qançırı, gözün ağıllı qişasına qansızma, boynun, sağ kürəkaltı nahiyənin sıyrığı olmuş və qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törədilmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla 12.08.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin özü tərəfindən özünə yetirməsi inkar olunur. İş materiallarından görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Nizami oğluna qarşı xüliqanlıq hərəkətlərinin edilən zaman telefonla çəkilərək sosial şəbəkədə paylaşılmış video görüntü SD diskinə köçürülələk iş materillarına əlavə edilmişdir. Həmin çəkiliş öz xüsusiyyətinə görə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 15.08.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 17.08.2020-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 15.08.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 17.08.2020-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 17.08.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 19.08.2020-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 23.08.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 24.08.2020-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 15.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməlində Azərbaycan Respublikası CM-nin 134-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. X1 barəsində cinayət işi ayrı icraata ayrılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 evlidir və himayəsində 02 azyaşlı uşağı vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 evlidir və himayəsində 05 azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20.12.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun həbsdə olduğu müddət çıxılaraq üzərində qəti olaraq 01 il 02 ay 28 gün azadlğın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Sumqayıt şəhər probasiya şöbəsinin 09.02.2021-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 05 ay 12 gün hissəsini çəkmişdir. Hazırda 09 ay 16 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, himayəsində 02 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs4 əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, himayəsində 05 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Təqsirləndirilən şəxs1 özünü müdafiə etmək üçün ifadəsində özünü qismən təqsirli bildiyini bildirsə də, istintaq sübutları ilə onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş üzrə hadisə yerinə baxış keçirmə, təqdim etmə və götürmə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə tibbi ekspertizasının rəyi və işdə olan digər istintaq sənədləri ilə tam təkzib olunaraq törətmiş olduğu cinayət əməli sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 özünü müdafiə etmək üçün ifadəsində özünü qismən təqsirli bildiyini bildirsə də, istintaq sübutları ilə onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş üzrə hadisə yerinə baxış keçirmə, təqdim etmə və götürmə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə tibbi ekspertizasının rəyi və işdə olan digər istintaq sənədləri ilə tam təkzib olunaraq törətmiş olduğu cinayət əməli sübuta yetirilmişdir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 15.08.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20.12.2019-cu il tarixli hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 09 ay 16 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 04 ay 23 gün azadlıqdan məhrumetmə hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 15.08.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 17.08.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 23.08.2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, təqsirləndirilən şəxslərin barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15.08.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20.12.2019-cu il tarixli hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 09 ay 16 gün, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 04 ay 23 gün azadlıqdan məhrumetmə, hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15.08.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17.08.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 23.08.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-64/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-64/2021
07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver