Məhkəmə qərarları › İş №1(060)-64/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-64/2022

26.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-64/2022 26.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 ilə, Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxx 1992-ci ildə Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvələr məhkum olunmamış, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Goranboy rayonu, Xoylu kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək onlarla birlikdə ünvan 2 ünvanında kirayə yaşayan Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyalarını oğurlamaq qərarına gəlib bu məqsədlə 13 dekabr 2019-cu il tarixdə saat 20:00 radələrində aralarındakı razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs2 yataq otağında olan Zərərçəkmiş şəxs müşahidə edərkən özü həmin evin qonaq otağındakı şkafın açıq rəfində olan 2019-cı ilin dekabr ayına, respublikadaxili orta bazar qiyməti 1600 (bir min altı yüz) manat olan, 750 əyyarlıq, 20 qram çəkidə 01 (bir) ədəd qızıl boyunbağını, 2019-cı ilin dekabr ayına, respublikadaxili orta bazar qiyməti 2160 (iki min yüz altmış) manat olan, 750 əyyarlıq, 27 qram çəkidə 01 (bir) ədəd qızıl boyunbağını, 2019-cı ilin dekabr ayına, respublikadaxili orta bazar qiyməti 1280 (bir min iki yüz səksən) manat olan, 750 əyyarlıq, 16 qram çəkidə 01 (bir) ədəd qızıl bilərziyi və 2019-cı ilin dekabr ayına, respublikadaxili orta bazar qiyməti 1520 (bir min beş yüz iyirmi) manat olan, 750 əyyarlıq, 19 qram çəkidə 01 (bir) ədəd qızıl bilərziyi, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 6560,00 (altı min beş yüz altmış) manat dəyərində qızıl-zinət əşyalarını - özgənin xeyli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talayıb oğurluq etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək onlarla birlikdə ünvan 2 ünvanında kirayə yaşayan Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyalarını oğurlamaq qərarına gəlib bu məqsədlə 13 dekabr 2019-cu il tarixdə saat 20:00 radələrində aralarındakı razılaşmaya uyğun olaraq özü yataq otağında olan Zərərçəkmiş şəxs müşahidə edərkən Təqsirləndirilən şəxs1 həmin evin qonaq otağındakı şkafın açıq rəfində olan 2019-cı ilin dekabr ayına, respublikadaxili orta bazar qiyməti 1600 (bir min altı yüz) manat olan, 750 əyyarlıq, 20 qram çəkidə 01 (bir) ədəd qızıl boyunbağını, 2019-cı ilin dekabr ayına, respublikadaxili orta bazar qiyməti 2160 (iki min yüz altmış) manat olan, 750 əyyarlıq, 27 qram çəkidə 01 (bir) ədəd qızıl boyunbağını, 2019-cı ilin dekabr ayına, respublikadaxili orta bazar qiyməti 1280 (bir min iki yüz səksən) manat olan, 750 əyyarlıq, 16 qram çəkidə 01 (bir) ədəd qızıl bilərziyi və 2019-cı ilin dekabr ayına, respublikadaxili orta bazar qiyməti 1520 (bir min beş yüz iyirmi) manat olan, 750 əyyarlıq, 19 qram çəkidə 01 (bir) ədəd qızıl bilərziyi, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 6560,00 (altı min beş yüz altmış) manat dəyərində qızıl-zinət əşyalarını - özgənin xeyli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talayıb oğurluq etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 qız Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, fərdi aktyor kimi fərdi əmək fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs ilə 2014-cü ildə təsadüfən tanış olmuş, onun təşkil etdiyi uşaqlar üçün nəzərdə tutulan məclislərdə və el şənliklərində müxtəlif obrazlarda çıxış edir. 2019cu ildə Həmidin təşkil etdiyi məclislərdə aktyor kimi iştirak etmiş, işə səhər tezdən getdiyinə görə Həmidin kirayədə yaşadığı ünvan 2 ünvanında qalmışdır. Təqsirləndirilən şəxs2 ilə təxminən 02 (iki) ilə yaxındır ki, Həmidin təşkil etdiyi məclislərdə aktyor kimi tanış olmuşdur. Şahid Həmidin kirayə qaldığı mənzildə baş vermiş hadisədən təxminən 06 (altı) ay əvvəl tanımış, belə ki, Elxan özünə məxsus ağ rəngli “Hyundai Elantra” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilində Həmidi, onu və Kövsəri məclislərə aparıb-gətirmiş, daha sonra isə Elxan da, onlarla birlikdə məclislərdə kloun kimi çıxış etmiş və onunla arasında yoldaşlıq münasibətləri yaranmışdır. Ümumiyyətlə, onunla, Həmidin, Kövsərin və Elxanın arasında həmişə yaxşı, normal münasibətlər olmuş, əvvəllər aralarında heç bir narazıçılıq, şəxsiqərəzlik və mübahisələr olmamışdır. Həmid özünə məxsus qızıl-zinət əşyalarını birlikdə kirayə qaldıqları evə gəlib-gedən çox olduğundan və Həmid Elxana etibar etdiyindən hər dəfə məclislərdən qayıtdıqdan sonra saxlaması üçün Elxana verirmiş. 13 dekabr 2019-cu il tarixdə Həmid, Elxan, Kövsər və o, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Heydər Əliyev adına parkın içindəki “Fun World” uşaq əyləncə mərkəzinə uşaq məclisinə, Həmid aparıcı, onlar isə kloun kimi getmişlər. Saat 20:00 radələrində həmin məclisdən çıxıb, saat 20:30 radələrində dördü də Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində yerləşən Həmidin, onun və Kövsərin birlikdə kirayə yaşadıqları mənzilə gəlmişlər. Həmid məclisdə taxdığı özünə məxsus qızıl-zinət əşyalarını, yəni 01 (bir) dəst boyunbağı və bilərzik dəstini, 01 (bir) ədəd boyunbağını və 01 (bir) ədəd bilərziyi balaca sellofan paketin içinə qoyub, mənzilin qonaq otağındakı şkafın açıq rəfinə qoymuşdur. Elxan həmişəki kimi evdən gedəndə qızılları da özü ilə aparmalı idi. Həmin vaxt qonaq otağında Kövsər ilə birlikdə oturmuş, Həmid isə yorğun olduğundan yataq otağına girib orada uzanmışdır. Elxandan satın almış oluduğu mobil telefonun pulunu verə bilmədiyinə görə Elxanla aralarında mübahisə olmuş və Elxan əsəbiləşib evdən çıxmışdır. Elxan evdən əsəbi çıxdığından qızılları özü ilə aparmaq yadından çıxmış və qızıllar qonaq otağındakı şkafın açıq rəfində qalmışdır. Sonra qızılların evdən oğurlanmışdır. O qızılların kim tərəfindən oğurlanmasını bilməmişdir. Səhərisi gün Kövsər ona Həmidin qızıllarını oğurladığı, qızılın bir hissəsini ona verəcəyini bildirmişdir. Onlar birlikdə həmin qızılları satmaq üçün Sumqayıt şəhəri ərazisindəki “Cavid” ticarət mərkəzinə getmiş və oradakı adını bilmədiyi qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxsə Həmidin evindən oğurladığı ona məxsus olan brilyant qaşlarla olan boyunbağını və bilərzik dəstini 1190 (bir min yüz doxsan) manata satmışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, fərdi aktyor kimi fərdi əmək fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs ilə 2014-cü ildə təsadüfən tanış olmuş, onun təşkil etdiyi uşaqlar üçün nəzərdə tutulan məclislərdə və el şənliklərində müxtəlif obrazlarda çıxış edir. 2019-cu ildə Həmidin təşkil etdiyi məclislərdə aktyor kimi iştirak etmiş, işə səhər tezdən getdiyinə görə Həmidin kirayədə yaşadığı ünvan 2 ünvanında qalmışdır. Təqsirləndirilən şəxs2 ilə təxminən 02 (iki) ilə yaxındır ki, Həmidin təşkil etdiyi məclislərdə aktyor kimi tanış olmuşdur. Şahid Həmidin kirayə qaldığı mənzildə baş vermiş hadisədən təxminən 06 (altı) ay əvvəl tanımış, belə ki, Elxan özünə məxsus ağ rəngli “Hyundai Elantra” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilində Həmidi, onu və Kövsəri məclislərə aparıb-gətirmiş, daha sonra isə Elxan da, onlarla birlikdə məclislərdə kloun kimi çıxış etmiş və onunla arasında yoldaşlıq münasibətləri yaranmışdır. Ümumiyyətlə, onunla, Həmidin, Kövsərin və Elxanın arasında həmişə yaxşı, normal münasibətlər olmuş, əvvəllər aralarında heç bir narazıçılıq, şəxsiqərəzlik və mübahisələr olmamışdır. Həmid özünə məxsus qızıl-zinət əşyalarını birlikdə kirayə qaldıqları evə gəlib-gedən çox olduğundan və Həmid Elxana etibar etdiyindən hər dəfə məclislərdən qayıtdıqdan sonra saxlaması üçün Elxana verirmiş. 13 dekabr 2019-cu il tarixdə Həmid, Elxan, Kövsər və o, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Heydər Əliyev adına parkın içindəki “Fun World” uşaq əyləncə mərkəzinə uşaq məclisinə, Həmid aparıcı, onlar isə kloun kimi getmişlər. Saat 20:00 radələrində həmin məclisdən çıxıb, saat 20:30 radələrində dördü də Sumqayıt şəhəri, 7- 8-12-ci məhəllə ərazisində yerləşən Həmidin, onun və Kövsərin birlikdə kirayə yaşadıqları mənzilə gəlmişlər. Həmid məclisdə taxdığı özünə məxsus qızıl-zinət əşyalarını, yəni 01 (bir) dəst boyunbağı və bilərzik dəstini, 01 (bir) ədəd boyunbağını və 01 (bir) ədəd bilərziyi balaca sellofan paketin içinə qoyub, mənzilin qonaq otağındakı şkafın açıq rəfinə qoymuşdur. Elxan həmişəki kimi evdən gedəndə qızılları da özü ilə aparmalı idi. Həmin vaxt qonaq otağında Kövsər ilə birlikdə oturmuş, Həmid isə yorğun olduğundan yataq otağına girib orada uzanmışdır. Elxandan satın almış oluduğu mobil telefonun pulunu verə bilmədiyinə görə Elxanla aralarında mübahisə olmuş və Elxan əsəbiləşib evdən çıxmışdır. Elxan evdən əsəbi çıxdığından qızılları özü ilə aparmaq yadından çıxmış və qızıllar qonaq otağındakı şkafın açıq rəfində qalmışdır. Həmin vaxt Kövsər qonaq otağındakı televizorun yanında olmuşdur. O, Kövsərə əli ilə işarə edərək qızılları göstərmiş, Elxanın getdiyini, Həmidin isə yataq otağında uzandığını bildirib və qızılları oğurlamağı təklif etmişdir. Kövsər isə onunla razılaşıb yataq otağının qapısına tərəf keçib Həmid yataq otağından çıxsa ona işarə verməsi üçün müşahidə etmişdir. O isə mənzilin qonaq otağındakı şkafın açıq rəfinə qoyulmuş Həmidə məxsus qızıl-zinət əşyalarını həmin yerdən götürüb cibinə qoymuşdur. Bundan sonra Kövsər ilə birlikdə qonaq otağında oturmuşlar. Bundan təxminən 30 dəqiqə sonra Həmid yataq otağından çıxıb onların yanına gəlmiş və şkafın açıq rəfinə qoymuş olduğu qızılların orada olmadığını görüb ondan qızılları Elxanın aparıb-aparmadığını soruşmuşdur. O isə qızılları Elxanın apardığını bildirmiş, Kövsər də onun dediklərini təsdiqləyərək qızılları Elxanın apardığını Həmidə demişdir. Həmin gecəni Həmidin kirayə yaşadığı Sumqayıt şəhəri, 7- 8-12-ci məhəllə ərazisində yerləşən mənzildə qalmışlar. Həmin gecə Kövsər ilə aralarında söhbət edən zaman oğurladıqları qızılları necə böləcəkləri barədə danışıb razılaşmışlar. Səhəri gün, yəni 14 dekabr 2019-cu il tarixdə saat 14:00 radələrində Kövsərə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində onunla görüşsə qızıllardan ona da verəcəyini bildirmişdir. 14 dekabr 2019-cu il tarixdə səhər tezdən yuxudan oyanıb Sumqayıt şəhəri ərazisindəki “Cavid” ticarət mərkəzinə getmiş və oradakı adını bilmədiyi qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxsə Həmidin məxsus olan oğurladığı brilyant qaşlarla olan boyunbağını və bilərzik dəstini 1190 (bir min yüz doxsan) manata satmışdır. Qızılları alan şəxsə həmin qızılların özünə məxsus olduğunu və pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmişdir. Qızılları satdıqdan sonra 14 dekabr 2019-cu il tarixdə saat 14:00 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisinə getmiş və orada Kövsər ilə görüşmüşdür. Kövsərə oğurladıqları qızıllardan brilyant qaşlarla olan boyunbağı və bilərzik dəstini Sumqayıt şəhərindəki bazarda 1190 (bir min yüz doxsan) manata satdığını bildirmiş və qalan 01 (bir) ədəd boyunbağını və 01 (bir) ədəd bilərziyi satıb pulunu özünə götürməsi üçün ona vermişdir. Həmidə məxsus olan qızılların satışından əldə etdiyi 1190 (bir min yüz doxsan) manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs2 ilə birlikdə Həmin Sultanova məxsus qızıl-zinət əşyalarını oğurladıqdan sonra Həmid özü qızılların Elxan tərəfindən götürüldüyünü zənn etdiyindən həmin qızılları onların oğurladıqları bilinməsin deyə qızılları Elxanın götürdüyünü demək qərarına gəlmişlər. Həmid isə özlüyündə qızılları Elxanın götürdüyünə tam inanmış və ona görə də, onlardan şübhələnməmişdir. Buna görə də, Həmidin Elxandan şübhələndiyini görüb ilkin ifadələrində qızılların Elxan tərəfindən götürüldüyünü demişdir. Sonradan isə fikirləşmişdir ki, yalan deyib Elxanı günahlandırmaqla düzgün iş görmür, buna görə də düzgün ifadə vermək qərarına gəlmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş “CD” diskdəki səs yazıları ona məxusdur və Elxanla arasında olan söhbətin səs yazısıdır. Qızılları Kövsər ilə birlikdə oğurlayıb satsa da, yalandan həmin qızılların Elxan tərəfindən oğurlandığını Həmidə inandırmışdır. Lakin Elxan bu barədə ondan soruşduqda cinayəti özünün törətdiyini etiraf etməmiş, həmçinin də üzünə qarşı yalandan cinayətin özü tərəfindən törədildiyini deyə bilməmişdir. Buna görə də, Həmidin qızılları oğurlanmadığını və qızılları Gülşənin saxladığını yalandan Elxana demişdir. Bununla cinayətin açılmasına mane olaraq istiqaməti yayındırmağa çalışmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2018-ci ildə təsadüfən tanış olmuş, onun təşkil etdiyi uşaqlar üçün nəzərdə tutulan məclislərdə və el şənliklərində müxtəlif obrazlarda çıxış etmişdir. 2019-cu ildə Həmidin təşkil etdiyi məclislərdə aktyor kimi iştirak edirmiş, daimi yaşayış yeri olmadığına görə Həmidin kirayədə yaşadığı ünvan 2 ünvanında qalmışdır. Təqsirləndirilən şəxs1 ilə təxminən 02 (iki) ilə yaxındır ki, Həmidin təşkil etdiyi məclislərdə aktyor kimi tanış olmuşdur. 13 dekabr 2019-cu il tarixdə Həmid, o, Elxan və Nisbət Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Heydər Əliyev adına parkın içindəki “Fun World” uşaq əyləncə mərkəzinə uşaq məclisinə, Həmid aparıcı, onlar isə kloun kimi getmişlər. Saat 20:00 radələrində həmin məclisdən çıxıb, saat 20:30 radələrində dördü də Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində yerləşən Nisbət, o və Həmidin birlikdə kirayə yaşadıqları mənzilə gəlmişlər. Həmid məclisdə taxdığı özünə məxsus qızıl-zinət əşyalarını, yəni 01 (bir) dəst boyunbağı və bilərzik dəstini, 01 (bir) ədəd boyunbağını və 01 (bir) ədəd bilərziyi balaca sellofan paketin içinə qoyub, mənzilin qonaq otağındakı şkafın açıq rəfinə qoymuşdur. Elxan həmişəki kimi evdən gedəndə qızılları da özü ilə aparmalı idi. O qızılları götürmədiyini bildirərək barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, qızı X1 ailəsi ilə birlikdə kirayə qaldıqları, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzər yaşayış massivi ərazisində yerləşən fərdi tikili evdə onlarla birlikdə yaşayır, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs ilə 2018-ci ildə təsadüfən tanış olmuş, onun təşkil etdiyi uşaqlar üçün nəzərdə tutulan məclislərdə və el şənliklərində müxtəlif obrazlarda çıxış etmişdir. 2019-cu ildə Həmidin təşkil etdiyi məclislərdə aktyor kimi iştirak etmiş, daimi yaşayış yeri olmadığına görə Həmidin kirayədə yaşadığı ünvan 2 ünvanında qarmışdır. Təqsirləndirilən şəxs1 ilə təxminən 02 (iki) ilə yaxındır ki, Həmidin təşkil etdiyi məclislərdə aktyor kimi tanış olmuşdur. Şahid Həmidin kirayə qaldığı mənzildə baş vermiş hadisədən təxminən 06 (altı) ay əvvəl tanımış, belə ki, Elxan özünə məxsus ağ rəngli “Hyundai Elantra” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilində Həmidi, onu və Nisbəti məclislərə aparıb-gətirmiş, daha sonra isə o da, onlarla birlikdə məclislərdə kloun kimi çıxış etmiş və onunla aralarında yoldaşlıq münasibətləri yaranmışdır. Ümumiyyətlə, onunla Həmidin, Nisbətin və Elxanın arasında həmişə yaxşı, normal münasibətlər olub, əvvəllər aralarında heç bir narazıçılıq, şəxsiqərəzlik və mübahisə olmamışdır. Həmid özünə məxsus qızıl-zinət əşyalarını birlikdə kirayə qaldıqları evə gəlib-gedən çox olduğundan və Həmid Elxana etibar etdiyindən hər dəfə məclislərdən qayıtdıqdan sonra saxlaması üçün Elxana verirmiş. 13 dekabr 2019-cu il tarixdə Həmid, o, Elxan və Nisbət Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Heydər Əliyev adına parkın içindəki “Fun World” uşaq əyləncə mərkəzinə uşaq məclisinə, Həmid aparıcı, onlar isə kloun kimi getmişlər. Saat 20:00 radələrində həmin məclisdən çıxmış, saat 20:30 radələrində dördü də Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində yerləşən Nisbət, o və Həmidin birlikdə kirayə yaşadıqları mənzilə gəlmişlər. Həmid məclisdə taxdığı özünə məxsus qızıl-zinət əşyalarını, yəni 01 (bir) dəst boyunbağı və bilərzik dəstini, 01 (bir) ədəd boyunbağını və 01 (bir) ədəd bilərziyi balaca sellofan paketin içinə qoymuş, mənzilin qonaq otağındakı şkafın açıq rəfinə qoymuşdur. Elxan həmişəki kimi evdən gedəndə qızılları da özü ilə aparmalı idi. Həmin vaxt qonaq otağında Kövsər ilə birlikdə oturmuş, Həmid isə yorğun olduğundan yataq otağına girib orada uzanmışdır. Nisbət ilə Elxanın arasında telefona görə mübahisə olduğundan Elxan əsəbiləşib evdən çıxmışdır. Elxan evdən əsəbi çıxdığından qızılları özü ilə aparmaq yadından çıxmış və qızıllar qonaq otağındakı şkafın açıq rəfində olmuşdur. Həmin vaxt öz telefonun ilə mesaj yazdığından qonaq otağındakı televizorun yanında durmuşdur. Nisbət əli ilə ona işarə edərək qızılları göstərmişdir. Bundan sonra Nisbət Elxanın getdiyini Həmidin isə yataq otağında uzandığını bildirib qızılları oğurlamağı təklif etmiş, o əvvəlcə buna razılıq verməsə də, sonradan fikirləşmişdir ki, həmin qızılları oğurlayıb satmaqla özünü müalicə etdirə bilər. Buna görə də, Nisbətə qızılları oğurlamağa razı olduğunu bildirmiş və yataq otağının qapısının yanına keçib Həmid otaqdan çıxsa Nisbətə işarə etmək üçün qapını müşahidə etmişdir. Nisbət isə mənzilin qonaq otağındakı şkafın açıq rəfinə qoyulmuş Həmidə məxsus qızılzinət əşyalarını həmin yerdən götürüb cibinə qoymuşdur. Bundan sonra Nisbət ilə birlikdə qonaq otağında oturmuşlar. Bundan təxminən 30 dəqiqə sonra Həmid yataq otağından çıxıb onların yanına gəlmiş və şkafın açıq rəfinə qoymuş olduğu qızılların orada olmadığını görüb Nisbətdən qızılları Elxanın aparıb-aparmadığını soruşmuşdur. Nisbət isə qızılları Elxanın apardığını bildirmişdir. Nisbətin Həmidi aldadıb qızılları Elxanın apardığını dediyini görüb Hisbətin dediklərini təsdiqləyərək qızılları Elxanın apardığını Həmidə demişdir. Həmin gecəni Həmidin kirayə yaşadığı Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində yerləşən mənzildə qalmışlar. Nisbət ilə söhbət edən zaman oğurladıqları qızılları necə böləcəklərini danışıb razılaşmışlar ki, səhəri gün, yəni 14 dekabr 2019-cu il tarixdə saat 14:00 radələrində Kövsərə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində onunla görüşsə qızıllardan ona da verəcəyini bildirmişdir. 14 dekabr 2019-cu il tarixdə yuxudan oyandığında Nisbət evdən getmişdir. Buna görə də, 14 dekabr 2019-cu il tarixdə saat 14:00 radələrində o da evdən çıxıb Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisinə getmiş və orada Nisbət ilə görüşmüşdür. Nisbət oğurladıqları qızıllardan brilyant qaşlarla olan boyunbağı və bilərzik dəstini özü Sumqayıt şəhərindəki bazarda 1190 (bir min yüz doxsan) manata satdığını bildirib, qalan 01 (bir) ədəd boyunbağını və 01 (bir) ədəd bilərziyi satıb pulunu özünə götürməsi ona vermişdir. O da Nisbətin verdiyi 01 (bir) ədəd boyunbağını və 01 (bir) ədəd bilərziyi Sumqayıt şəhəri ərazisindəki “Cavid” ticarət mərkəzinin kənarında tanımadığı bir nəfər şəxsə 475 (dörd yüz yetmiş beş) manata satmışdır. Həmin şəxs ondan sənədimin surətini istəsə də sənədinin üstündə olmadığını, xəstə olduğunu, qızılların özünə məxsus olduğunu və təcili olaraq qızılları satmalı olduğunu bildirmişdir. Həmin şəxs isə qızılların ona məxsus olduğuna inanıb 01 (bir) ədəd boyunbağını və 01 (bir) ədəd bilərziyi 475 (dörd yüz yetmiş beş) manata ondan almışdır. O da Həmidə məxsus olan qızılların satışından əldə etdiyi 475 (dörd yüz yetmiş beş) manat pulu özünün müalicəsinə xərcləmişdir. Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyalarını oğurladıqdan sonra Həmid özü qızılların Elxan tərəfindən götürüldüyünü zənn etdiyindən həmin qızılları oğurladığı bilinməsin deyə qızılları Elxanın götürdüyünü demişdir. Həmid isə özlüyündə qızılları Elxanın götürdüyünə tam inanmışdır. Ona görə də, onlardan şübhələnməmiş və buna görə də, Həmidin Elxandan şübhələndiyini görüb ilkin ifadələrində qızılların Elxan tərəfindən götürüldüyünü demişdir. Sonradan isə fikirləşmişdir ki, yalan deyib Elxanı günahlandırmaqla düzgün iş görmür, buna görə də düzgün ifadə vermək qərarına gəlmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olaraq uşaqlar üçün nəzərdə tutulan məclislərin, el şənliklərinin təşkilatçısı və aparıcısı kimi fəaliyyət göstərir, əvvəllər məhkum olunmamışdır, heç bir əqli və fiziki qüsuru yoxdur. Təqsirləndirilən şəxs1 2018-ci ilin mart ayında olan «Novruz Bayramı» şənlikləri zamanı Sumqayıt Dram Teatrının aktyoru Fizuli Qərənizadənin vasitəsi ilə baxçalarda və məktəblərdə keçirilən tədbirlərdə iştirak etməsi üçün əlavə aktyor kimi dəvət etdiyi vaxtdan tanımış, Nisbət təşkil etdiyi məclislərdə aktyor kimi iştirak etmişdir. Təqsirləndirilən şəxs2 təxminən 01 (bir) ilə yaxındır ki, fərdi aktyor, uşaq məclislərində kloun kimi çıxış edən tanışı Sitarənin vasitəsi ilə tanımış, onu da qadın klounu kimi təşkil etdiyi məclislərə dəvət etmişdir. Şahid da təxminən 02 (iki) ilə yaxındır ki, özünə məxsus ağ rəngli «Hyunday Elantra» markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobildə taksi kimi fəaliyyət göstərən şəxs kimi tanımış, belə ki, Elxan öz avtomobilində onu, Nisbəti və Kövsəri məclislərə aparıb-gətirmiş, daha sonra isə Elxan da onlarla birlikdə məclislərdə kloun kimi çıxış etmiş və Elxanla aralarında dostluq münasibətləri yaranmışdır. Ümumiyyətlə onunla, Nisbətin, Kövsərin və Elxanın arasında həmişə yaxşı, normal münasibətlər olmuş, hətta, daha yaxın münasibəti Elxanla olmuşdur. Qızıl-zinət əşyalarının həvəskarı olduğu üçün qazandığı pullara qızıl-zinət əşyaları alıb saxlamışdır. 2019-cu ilin oktyabr ayının ortalarında təşkil etdiyi uşaq məclislərində «Panda» kuklası obrazında çıxış etmək məqsədi ilə özü üçün Çindən təxminən 1500 (bir min beş yüz) manat civarında «Panda» kuklası şifariş etmək qərarına gəlmiş və buna pulu çatmadığından dostu X2 1000 (bir min) manat borc pul istəmiş və Xətai ona 1000 (bir min) manat borc pul vermişdir. Bundan sonra 2019-cu ilin noyabr ayının ortalarında Sumqayıt şəhəri, 6-ci mikrorayon ərazisində yerləşən və Gülşən Nəsirovanın işlətdiyi «Akvarium» Uşaq əyləncə mərkəzini öz icarəsinə götürmək üçün yenədə dostu Xətaidən 4500 (dörd min beş yüz) manat məbləğində borc pul götürmüş və həmin pulun müqabilində müxtəlif vaxtlarda aldığı, özünə məxsus 750 əyyarlı, İtaliya istehsalı olan qızıl-zinət əşyalarını vaxtiykən Tatarstan Respublikasının Kazan şəhərindən 8000 (səkkiz min) manata aldığı 27 qram çəkidə 30 (otuz) ədəd müxtəlif ölçülü brilyant qaşlarla olan boyunbağı və 19 qram çəkidə 30 (otuz) ədəd müxtəlif ölçülü brilyant qaşlarla olan bilərzik dəstini, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Moskva» univermağından 2000 (iki min) manata aldığı 20 qram çəkidə boyunbağını və 1700 (bir min yeddi yüz) manata aldığı 16 qram çəkidə bilərziyi Xətaiyə girov qoymuşdur. Xətai "xxxx" ASC-dəki öz hesabına hər ay depozitinə pul qoyaraq oradan faiz götürürmüş və o, ondan ikinci dəfə 4500 (dörd min beş yüz) manat pulu borc götürəndə, həmin pulun faizini yəni, onun xeyirini, təxminən 250 (iki yüz əlli) manat pulu, ona hər ay verəcəyini bildirmiş və razılaşmışlar. Bundan başqa Xətaidən ikinci dəfə 4500 (dörd min beş yüz) manat pulu borc alıb qızıl-zinət əşyalarını ona girov qoyarkən, ümumilikdə ondan borc götürdüyü 5500 (beş min beş yüz) manat pulu 6-7 aya ona qaytararaq, qızıl-zinət əşyalarını geri götürəcəyini, lakin əyləncə tədbirlərinə gedən zaman həmin qızıl-zinət əşyalarını bir neçə saatlıq ondan götürüb, əyləncə qurtarandan sonra ona qaytaracağını demiş və Xətai onun bu şərti ilə də razılaşmışdır. Müxtəlif məclislərə gedən zaman girov qoyduğu qızıl-zinət əşyalarını Xətaidən götürüb məclisdən sonra evinə gedərkən onları Elxanın avtomobilinin salonundakı saxlanc yerinə qoyurmuş ki, aparıb onları Xətaiyə təhvil versin və elə olurmuş ki, onlar qoyduğu balaca sellofan paketin içində olmaqla bir neçə saat müvəqqəti olaraq Elxanın avtomobilinin salonundakı saxlanc yerində qalmışdır. 13 dekabr 2019-cu il tarixdə Elxan, Nisbət və Kövsər ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Heydər Əliyev adına parkın içindəki «Fun World» uşaq əyləncə mərkəzinə uşaq məclisinə o aparıcı, digərləri isə kloun kimi getmişlər. Saat 20:00 radələrində həmin məclisdən çıxmış, saat 20:30 radələrində dördü də onun kirayə yaşadığı Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 94, 13 nömrəli mənzilə gəlmişlər. O, həmişəki kimi məclisdə taxmaq üçün Xətaidən bir günlük götürdüyü qızılzinət əşyalarını brilyant qaşlarla olan boyunbağı və bilərzik dəstini, 01 (bir) ədəd boyunbağını və 01 (bir) ədəd bilərziki balaca sellofan paketin içinə qoyub mənzilin qonaq otağındakı şkafın açıq rəſinə qoymüş və yataq otağına keçib mobil telefonuna baxmağa başlamışdır. Həmin vaxt Elxan, Nisbət və Kövsər mənzilin qonaq otağında qalmışlar və o isə onlara yemək hazırlamalarını tapşırmışdır. Təxminən 10 dəqiqədən sonra Elxan onun uzandığı mənzilin yataq otağına yaxınlaşaraq onunla sağollaşıb çıxıb getmişdir. Bir neçə dəqiqədən sonra, o, mənzilin yataq otağından qonaq otağına keçib, Nisbətdən və Kövsərdən yeməyin hazır olub-olmadığı ilə maraqlandıqda, qonaq otağındakı şkafın açıq rəfinə balaca sellofan paketin içində qoyduğu qızıl-zinət əşyalarının paket qarışıq yerində olmadığını görmüşdür. Nisbətdən şkafın açıq rəfinə balaca sellofan paketin içində qoyduğu qızıl-zinət əşyalarını görüb-görmədiklərini soruşduqda, Nisbət həmin qızıl-zinət əşyalarını sellofan paketlə birlikdə Elxanın götürüb getdiyini bildirmişdir. Kövsər də Nisbətin dediklərini təsdiq etmişdir. Həmin vaxt onun qızıl-zinət əşyaları açıqlıqda qaldığı üçün Elxanın onları götürdüyünü və sabahısı gün həmin qızıl-zinət əşyalarını ona qaytaracağını düşünmüşdür. Sabahısı gün yəni, 14 dekabr 2019-cu il tarixdə, saat 18:00 radələrində Elxan onun mobil telefonuna zəng edərək, ondan hal-əhval tutmuş və onlar bir az söhbət edəndən sonra Elxan ona qızıl-zinət əşyalarını ortalıqdan götürməyini, yoxsa onların itəcəyini bildirmişdir. O, Elxanın bu sözlərinə təəccüblənmiş, Nisbətlə Kövsərin qızıl-zinət əşyalarını Elxanın götürdüyünü dediklərini bildirmişdir. Elxan isə qızılzinət əşyalarının dünən Nisbət və ya Kövsət tərəfindən oğurlandığını ona bildirmişdir. Bundan bir neçə dəqiqə sonra isə Elxan onun kirayə qaldığı mənzilə gələrək Nisbətdən və Kövsərdən polisə şikayət etməyə onu məcbur etmiş, o isə heç kimdən şikayət etmək istəmədiyini bildirmişdir. Elxan isə polisə şikayət etməli olduğunu bildirərək birlikdə polisə gedib şikayət etməyini təkid etmişdir. O, isə Elxana polisə gedib qızıl-zinət əşyalanın itdiyi barədə ərizə yazmaq və bunu itki kimi rəsmiləşdirmək istədiyini bildirmiş və onlar Elxanla birlikdə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə getmişlər. Bölmədə qızılzinət əşyalarının oğurlanmasında hər üçündən, yəni, Elxandan, Nisbətdən və Kövsərdən şübhələndiyini bildirərək oğurluqda onların hər üçündən şübhələndiyi barədə ərizə yazıb vermişdir. Bundan sonra təhqiqat araşdırılması başlanılmış və Nisbətlə Kövsərin verdikləri izahatlardan Elxanın qızıl-zinət əşyalarını oğurladığı bəlli olmuşdur. O da istintaqın ilkin mərhələsində verdiyi ifadələrdə qızıllarının Elxan tərəfindən oğurlandığını bildirmişdir. Buna səbəb isə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 israrla və inandırıcı şəkildə ona məxsus qızıl-zinət əşyalarının Elxan tərəfindən oğurlanmasını bildirmələri olmuşdur. Belə ki, qızıllarının oğurlanmağı barədə şikayət etdiyi və şikayəti əsasında aparılan araşdırma dövründə Nisbət və Kövsər israrla bildirmişlər ki, ona məxsus qızılları Elxan özü ilə aparıb və onlar Elxanın qızılları apardığını görmüşlər. Nisbət ilə Kövsərin inandırıcı danışmaqlarına görə yanılıb qızıllarının Elxan tərəfindən oğurlanmasını zənn etmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, ona məxsus qızılları elə Nisbət ilə Kövsər əlbir olub oğurlamışlar və yalandan qızılların Elxan tərəfindən oğurlandığını bildirmişlər. Nisbət ilə Kövsər qızıllarını oğurladıqlarından Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə dəvət edildikdən Kövsər ilə 4-cü Polis Bölməsinin yaxınlığında qarşılaşmış və ondan qızıllarını niyə oğurladığını soruşmuşdur. Kövsər isə törətmiş olduqları əməli səmimi etiraf edib ondan onu bağışlamağını xahiş etmişdir. O isə öz mobil telefonu vasitəsi ilə Kövsərlə arasında olan danışığı videosunu çəkmişdir. Təqsirləndirilən şəxs1 anası tərəfindən ona 3300 (üç min üç yüz) manat məbləğində pul ödənilmişdir. Təqsirləndirilən şəxs2 isə ona vurduğu maddi ziyanı ödəməmişdir. Onların barəsində qanuna müvafiq qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda yaşayır. Zərərçəkmiş şəxs İlahm oğlunu 2019-cu ilin may ayının əvvələrindən özünə məxsus “Hyundai Elantra” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobildə taksi kimi fəaliyyət göstərdiyindən sərnişin kimi təsadüfən tanımış, sonradan o da Həmidin təşkil etdiyi uşaqlar üçün nəzərdə tutulan məclislərdə kloun kimi çıxış etmiş və daha sonra Həmidlə aralarında dostluq münasibətləri yaranmışdır. Həmin Bakı və Sumqayıt şəhərlərində yerləşən şadlıq saraylarında şou aparıcısı kimi çıxış edirmiş, məclislər aparan zaman Həmid üzərinə özünə məxsus qızıl-zinət əşyalarını taxırmış, məclis qurtardıqda Həmidin kirayə yaşamış olduğu ünvan 2 ünvanına birlikdə gələrkən, həmin qızıl-zinət əşyalarından 02 (iki) ədəd boyunbağını və 01 (bir) ədəd bilərziyi Həmid saxlaması üçün ona verirmiş, o isə aparıb onları öz evində saxlayırmış və lazım olanda yenə də özünə verirmiş və bu təxminən 02 (iki) ay belə davam etmişdir. 13 dekabr 2019cu il tarixdə o, Həmid, Nisbət və Kövsər Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Heydər Əliyev adına parkın içindəki «Fun World» uşaq əyləncə mərkəzinə uşaq məclisinə, Həmid aparıcı, onlar isə kloun kimi getmişlər. Həmin gün saat 20:00 radələrində həmin məclisdən çıxmiş, saat 20:30 radələrində dördü də ona məxsus «Hyundai Elantra» markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək, Həmidin kirayə yaşadığı Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 94, 13 nömrəli mənzilə gəlmişlər. Evə gəldikdən sonra Həmid məclisdə taxdığı özünə məxsus qızıl-zinət əşyalarını çıxarıb balaca sellofan paketə qoyaraq evin qonaq otağındakı şkafın açıq rəfinə qoymuş, özü isə yataq otağına keçmişdir. O isə Nisbətdən ona satmış olduğu mobil telefonun pulunu istəmiş, Nisbət isə pulunun olmadığını qısa müddətdə pulunu verəcəyini bildirmişdir. Həmin vaxt Kövsər də qonaq otağında onların yanında olmuşdur. Nisbət pulunu vermədiyinə görə aralarında mübahisə yaranmışdır. O Nisbətlə aralarında olan mübahisə vaxtı bərk əsəbləşdiyindən yataq otağında uzanan Həmid ilə qapının qarşısından sağollaşıb evdən çıxmışdır. Evdən çıxarkən əsəbi olduğundan Həmidin qızıllarını özü ilə götürmək yadımdan çıxmışdır. 14 dekabr 2019-cu il tarixdə Həmidlə telefonla danışan vaxt Nisbətin onu pulunu vermədiyini, onun yaxşı adam olmadığını Həmidə bildirib qızılları götürməyi yadından çıxdığını və qızılları ortalıq yerdən götürməsini Həmidə bildirmişdir. Həmid isə qızılların onda olduğunu bildirmişdir. Həmidə qızılları götürmədiyini dedikdə Həmid Nisbət ilə Kövsərin qızılları Elxanın götürdüyünü dediyini bildirmişdir. Bundan sonra Həmidin kirayə yaşadığı evə getmiş və qızılların onda olmadığını Həmidə bildirmişdir. Həmid isə zəng edib Kövsər ilə Nisbəti öz yaşadığı evə çağırmışdır. Nisbətlə Kövsər evə gəlib onun üzünə qarşı yalandan demişlər ki, guya qızılları onun götürdüyünü görüblər. O isə Həmiddən qızıllarının oğurlanması barədə polisə məlumat verməsini tələb etmişdir. Həmid polisə məlumat verdikdən sonra da araşdırma zamanı Nisbət ilə Kövsər yalandan guya qızıllar götürərəkən onu gördüklərini demişlər. Həmid də onların sözünə inanıb qızıllarını onun götrüdüyünü fikirləşmişdir. Sonradan isə məlum olmuşdur ki, Həmidə məxsus qızılları elə Nisbət ilə Kövsər oğurlayıblar və özlərinin oğurluq etmələrini gizlətmək üçün yalandan qızılları onun götürməsini gördüklərini demişlər. İş materiallarında olan “Diskə baxış keçirilməsi” haqqında 25 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 (bir) ədəd DVD formatlı diskə Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X3 iştirakı ilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, bir nəfər kişi cinsindən olan şəxs tərəfindən dəqiq bilinməyən küçədə günün işıqlı vaxtı videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 hansı səbəbdən Nisbətlə birlikdə ona məxsus əmlakı oğurlaması soruşulmuş, Təqsirləndirilən şəxs2 isə törətmiş olduğu əmələ görə peşman olduğunu bildirib həmin şəxsdən onu bağışlamasını istəmişdir. Baxışda iştirak edən təqsirləndirilən şəxs Kövsər Quliyev bildirmişdir ki, həmin video əvvəllər tanıdığı Zərərçəkmiş şəxs tərəfindən çəkilmiş və videoda ondan oğurluq etməsinin səbəbini soruşan şəxs də Zərərçəkmiş şəxsdur. Həmçinin Təqsirləndirilən şəxs2 bildirmişdir ki, onun oğurluq etməsi müəyyən edildikdən sonra Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin qarşısında olan zaman Zərərçəkmiş şəxs ilə rastlaşmış, Zərərçəkmiş şəxs ilə aralarında olan söhbət zamanı törətmiş olduğu əməli etiraf edib Həmiddən onu bağışlamasını istəmişdir. Həmin söhbət zamanı Həmid öz telefonu ilə diskdə olan videonu çəkmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin məhəkəmə-əmtəəşünaslıq ekspertizasının 14 yanvar 2020-ci il tarixli, 703 nömrəli rəyindən görünür ki, 1 qramının qiyməti 80 manata olmaqla 750 əyyarlıq, 20 qram çəkidə 1 ədəd qızıl boyunbağının 2019-cı ilin dekabr ayına, respublikadaxili orta bazar qiyməti 1600 manat, 1 qramının qiyməti 80 manata olmaqla 750 əyyarlıq, 27 qram çəkidə 1 ədəd qızıl boyunbağının 2019-cı ilin dekabr ayına, respublikadaxili orta bazar qiyməti 2160 manat, 1 qramının qiyməti 80 manata olmaqla 750 əyyarlıq, 16 qram çəkidə 1 ədəd qızıl bilərziyin 2019-cı ilin dekabr ayına, respublikadaxili orta bazar qiyməti 1280 manat və 1 qramının qiyməti 80 manata olmaqla 750 əyyarlıq, 19 qram çəkidə 1 ədəd qızıl bilərziyin 2019-cı ilin dekabr ayına, respublikadaxili orta bazar qiyməti 1520 manatdır. Ekspertiza təyini haqqında qərarda qeyd edilən qızıl-zinət əşyalarının 2019-cu ilin dekabr yına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 6560,00 manat müəyyən olunur. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-648/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində həbssiz axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-si tərəfindən verilmiş 19743-1221 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan və axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə tutularaq Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-64/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində həbssiz axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-si tərəfindən verilmiş 4158-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan və axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə tutularaq Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. İş materiallarında olan Şəhər Məhkəməsinin 1(060)-64/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dəfələrlə məhkəmə iclaslarına gəlmədikləri üçün barələrində axtarış elan edilməklə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirləri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-si tərəfindən verilmiş 7374-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktublarından və axtarışda olan şəxsin tutulması haqqında protokollardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş xx/xx-1877 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİnin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 17/380-2763 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİnin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün Bakı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 1914 nömrəli, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 1912 nömrəli, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə Şöbəsi 3 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 297 nömrəli, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt 3 nömrəli şəhər poliklinikasının psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə Şöbəsi 2 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 392 nömrəli, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt 2 nömrəli şəhər poliklinikasının psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 18 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs təqdim etdiyi Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlini etiraf etməsinin videogörüntüsü əks etdirilmiş 01 ədəd “DVD” disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin, Şahid əməlində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin tərkib əlamətləri olmadığına görə barələrində cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş ziyanı qismən ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını isə Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarına əsasən şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə istintaqı zamanı təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə 50 (əlliz) saat vaxt sərf etmişdir. Ona görə də 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxmaqla qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 25,0 (iyirmi beş) manat məbləğində pul Təqsirləndirilən şəxs1 tutulub dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 04 (dörd) gün ona təyin edilmiş cəzadan çıxmaqla qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 25,0 (iyirmi beş) manat məbləğində pul Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkizi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat zamanı tutulduğu 04 (dörd) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altıi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50,00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydad tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar