Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-64/2024 26.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt şəhər 1 saylıl Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 462/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmış və həmin Məhkəmənin 7(001)- 839/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 26 (iyirmi altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanındada qeydiyyatda olmaqla ünvan 2şamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədilə 30 dekabr 2022-ci il tarixdə saat 14:40 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən “avikassa”nın yaxınlığında Sülh küçəsi ilə hərəkətdə olan 7 nömrəli sərnişin daşıma avtobusunda olan zaman sərnişinlərin sıxlığından istifadə edərək yetkinlik yaşma çatmayan xx.xx.2006-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncunun əynində olan gödəkçəsinin sağ yan cibinə əlini salaraq üzərində hər birinin dəyəri 10 manat olan ***-***-**-** saylı “sim” kart və ***-***-**-** saylı “nar” kart mobil nömrələri olan 01 (bir) ədəd 120 (bir yüz iyirmi) manat dəyərində “Redmi” markalı, M2006C3LG ((A) modelli mobil telefonu çıxarıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 140 (bir yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 3 ünvanında atası Hadiyev Mirsəftər Məhəmməd oğlu və anası X2 ilə birlikdə yaşayır. Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə Sumqayıt şəhər ərazisində avtobusda cibgirliklə məşğul olduğuna görə Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Sonradan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə cəzası 06 (altı) ay azaldılmışdır. 27 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə cəzasının qalan hissəsindən azad olunmuş və həbsdən buraxılmışdır. Bundan sonra ayrı-ayrı yerlərdə fəhləlik etməklə dolanmışdır. 30 dekabr 2022-ci il tarixdə Sumqayıt şəhəri Daş bazarının yaxınlığında Sumqayıt şəhərində yerləşən avtovağzala gəlmək üçün 7 saylı sərnişin daşıma ilə məşğul olan marşurut avtobusuna minmişdir. Həmin vaxt avtobusda sıxlıq olmuşdur. Avtovağzalın yaxınlığında düşməzdən əvvəl saat təxminən 14:40 radələrində avtobusda olan yetkinlik yaşına çatmayan qız uşağının əynində olan yaşıl rəngli gödəkçəsinin sağ yan cibindən mobil telefonun görsəndiyini görmüş və həmin telefonu oğurlamaq qərarına gəlmişdir. Ona görə də, avtobusda olan sıxlıqdan istifadə edərək heç kimin görmədiyi halda və telefonun sahibi olan qız hiss etmədən mobil telefonu onun əynində olan gödəkçəsinin cibindən çıxardaraq sakitcə öz cibinə qoymuşdur. Bundan sonra avtobus avtovağzalın qarşısında olan dayanacaqda saxlayanda düşmüşdür. Telefona baxan zaman “Redmi 9 A” markalı mobil telefon olmasını görmüşdür. Telefonu oğurlayıb evə gətirmişdir. Telefonun üzərində iki ədəd mobil nömrə olmuşdur. Mobil nömrələri telefondan çıxarmışdır. Mobil nömrələrin biri Azercell operatoruna, digəri isə Nar mobile məxsus mobil nömrələr olmuşdur. Mobil telefonu əvvəlcə satmaq istəsə də, sonradan qorxmuşdur ki, telefonu satsa tez tutula bilər. Ona görə də, mobil telefonu satmaq fikrindən daşınaraq telefonu evlərində gizlətmişdir. Bundan bir neçə gün sonra yaşadığı evdə olan zaman Sumayıt ŞPİ-nin əməkdaşları onu saxlayaraq cibgirlik etdiyinə görə axtarıldığını və bununla bağlı avtobusun kamera görüntülərinə düşdüyünü bildirmişlər. O da polis əməkdaşlarına 30 dekabr 2022-cü il tarixdə 7 saylı avtobusda olan zaman bir nəfər yekinlik yaşına çatmayan qızın gödəkçəsinin cibindən “Redmi 9 A” markalı mobil telefonu oğurladığını səmimi olaraq etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu 3-cü Polis Bölməsinə aparıb təhvil vermişlər. 3-cü Polis Bölməsində izahat yazan zaman da törətdiyi əməli səmimi olaraq etiraf etmiş və izahatında da mobil telefonun və mobil telefon nömrələrinin yaşadığı evdə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşı ilə birlikdə yaşadığı evə gedərək mobil telefonu və mobil nömrələri götürmüşdür. Daha sonra təkrar 3-cü Polis Bölməsinə qayıtmışlar. Oğurladığı “Redmi 9 A” markalı mobil telefonu təhqiqatçıya təhvil vermişdir. Bununla bağlı müvafiq protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. O da həmin protokola imza etmişdir. Polis Bölməsində olan zaman həmin mobil telefonun Rəqsanə adlı tələbə qıza məxsus olmasını öyrənmişdir. Sonradan adını bildiyi Rəqsanə adlı şəxsin cibindən mobil telefonu oğurlayan zaman onu heç kim görməmişdir. Həmin vaxtı avtobusda sıxlıq olmaqla sərnişinlər çox olduğundan mobil telefonu oğurlamağını heç kim görməmişdir. Başqa heç bir oğurluq və cibgirlik hadisəsi törətməmişdir. Hal-hazırda mobil telefonu qaytarmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilnəsini məhkəmədən xahiş etdi. Məhkəmədə ifadəsi elan olunan zərərçəkmiş şəxs yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında kirayədə yaşayır. Sumqayıt Texniki Kollecində kompyuter sistemlərində proqram təminatı ixtisası üzrə ikinci kursda təhsil alır. 30 dekabr 2022-ci il tarixdə imtahanları olduğuna görə evdən çıxıb kollecə gəlmək üçün 7 saylı marşurut avtobusuna minmişdir. Həmin vaxtı özünə məxsus olan “Redmi 9 A” markalı mobil telefonu da üzərində olmuşdur. Belə ki, mobil telefonunu əynində olan yaşıl rəngli gödəkçənin sağ yan cibində olmuşdur. Həmin vaxt avtobusda çoxlu sayda sərnişinlər olduğuna görə avtobus sıxlıq olmuşdur. Sumqayıt şəhərində avtovağzalın yaxınlığında olan aviakassanın yanında olan zaman gödəkçənin cibində olan mobil telefonunun olmadığını görmüşdür. Mobil telefonunun oğurlandığını başa düşmüşdür. Kollecə gəlib qrup yoldaşı Şahid mobil telefonu ilə öz mobil telefonuna zəng etsə də, mobil telefonunun bağlı olduğunu tam dəqiqləşdirmişdir ki, mobil telefonu avtobusda olan zaman oğurlanmışdır. İmthanaları yekunlaşdırıb evə gəlmişdir. Evə gəldikdən sonra İmişli rayonun Xoşçobanlı kəndində yşayan valideynlərinə bu barədə məlumat vermişdir. Valideynləri DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat verdikdə 102 xidmətindən valideynlərinə özünün şikayət ərizəsi yazmağı ilə bağlı izah vermişlər. Ona görə də, bacısı İbrahimli Balaxanımın istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Səhər açıldıqdan sonra isə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə gedərək telefonunun avtobusda cibindən oğurlanmağı ilə bağlı ərizə ilə müraciət etmişdir. Bu hadisədən bir neçə gün sonra 3-cü Polis Bölməsindən məlumat vermişlər ki, mobil telefonunu oğurlayan şəxs tapılmış və telefonu həmin şəxs təqdim etmişdir. Lakin mobil telefonda olan mobil nömrələri qaytarılmamışdır. Bu hadisədən bir neçə gün sonra ona məxsus olan mobil telefon təhqiqatçı tərəfindən özünə qaytarılmışdır. Həmin mobil telefonu 2021-ci ilin sentyabr ayında İmişli rayonunda yerləşən mobil telefon mağzasından 250 (iki yüz əlli) manata almışdır. Bundan sonra isə həmin mobil telefonu mütəmadi olaraq istifadə etmişdir. Hal hazırda həmin telefonu bazarda 120 (bir yüz iyirmi) manata satmaq olar. Ekspertizanın telefonu ilə bağlı verdiyi rəyə etirazı olmamışdır. Mobil telefonu oğurlanan zaman üzərində olan mobil nömrələrin hər ikisi atası X1 adına olmuşdur. Atası həmin mobil nömrələrin hər birini 10 (on) manata almışdır. Həmin mobil nömrələrin heç birinin içərisində kontur olmamışdır. Oğurluq hadisəsinin hansı şəraitdə baş verməsini görməmişdir. Həmin vaxt avtobusda sıxlıq olduğuna görə oğurluğu törədən şəxs sıxlıqdan istifadə edib mobil telefonunu oğurlamışdır. Lakin həmin şəxsi görməmiş və kim olduğunu bilməmişdir. 3-cü Polis Bölməsində araşdırma gedən zaman ona məlum olmuşdur ki, mobil telefonunu oğurlayan şəxs Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxs olmuşdur. Ona məxsus mobil telefon ona təhvil verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X1 ərizəsindən görünür ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Adıgözəl qızı ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında yaşayır. Sumqayıt Texniki Kollecində kompyuter sistemlərində proqram təminatı ixtisası üzrə ikinci kursda təhsil alır. Zərərçəkmiş şəxs qrup yoldaşıdır. Rəqsanə ilə arasında səmimi münasibət vardır. 30 dekabr 2022-ci il tarixdə imtahanları olduğuna görə kollecdə olmuşdur. Həmin vaxt Rəqsanə kollecə gələrək 7 saylı marşurutda olan zaman Sumqayıt şəhərində avtovağzalın yaxınlığında olan aviakassanın yanında özünə məxsus “Redmi 9A” markalı mobil telefonun oğurlandığını bildirmişdir. Öz istifadə etdiyi mobil telefondan Rəqsanənin istifadə etdiyi mobil nömrələrə zəng etsə də, mobil nömrələrə zəng çatmamışdır. Rəqsanə mobil telefonun oğurlanması ilə bağlı DİNnin 102 xidmətinə və Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə müraciət etmişdir. Sonradan Rəqsanənin deməsindən ona məlum olmuşdur ki, polis əməkdaşları ona məxsus mobil telefonu oğurlayan şəxsi tapmış və onun mobil telefonu özünə qaytarılmışdır İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 yanvar 2023-cü il tarixli, 9/603 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Redmi” markalı “M2006C3LG (9A) modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2022-ci ilin dekabr ayına olan bazar qiyməti təxminən 120,00 manat müəyyən olunur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan 05 yanvar 2023-cü il tarixli təqdim etmə və götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd **********71695 və **********71703 İMEİ kodlu “Redmi 9 A” markalı mobil telefonu təqdim edərək 30 dekabr 2022-ci il tarixdə saat 14:35 radələrində Sumqayıt şəhəri Avtovağzalın qarşısında 7 saylı sərnişin daşıma avtobusunda olan zaman bir nəfər qızın əynində olan yaşıl rəngli gödəkçəsinin sağ yan cibindən oğurladığı telefon olduğunu bildirərək təqdim etdiyindən həmin telefon götürülmüşdür. İş materiallarında olan 04 mart 2023-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxus olan 01 ədəd “Redmi” markalı “M2006C3LG (9A) modelli mobil telefon aparatı cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan 31 yanvar 2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs məxus olan “Redmi 9 A” markalı mobil telefon işlək vəziyyətdə sonuncuya təhvil verilmişdir. İş materiallarında olan ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığına görə barəsində axtarış elan olunmuş və tutulduqda Sumqayıt ŞPİ-nin MSY-nə yerləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılmış və Sumqayıt ŞPİ-nin 3-cü PB-nə təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-355/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-462/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-839/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-462/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmış və həmin Məhkəmənin 7(001)-839/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 26 (iyirmi altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs sayılır. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylıl Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-839/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-462/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 (dörd) ay 26 (iyirmi altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin çəkilməmiş cəza təyin olunmuş yeni cəza ilə qismən birləşdirilməklə üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxus olan 01 (bir) ədəd “Redmi” markalı “M2006C3LG (9A) modelii mobil telefon aparatının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-839/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-462/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 (dörd) ay 26 (iyirmi altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin çəkilməmiş cəza təyin olunmuş yeni cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxus olan 01 (bir) ədəd “Redmi” markalı “M2006C3LG (9A) modelii mobil telefon aparatının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50,00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-64/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-64/2024
26.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver