Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-64/2025 01.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X2, X3, X6, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2yan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,335 qaram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 29 mart 2024-cü il tarixdə, saat 16:50-də Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 16-cı mikrorayon TTYS-nın yaxınlığında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq 1-ci PB-nə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə olan heroin əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,076 qram, 0,069 qram, 0,082 qram, 0,075 qram, 0,111 qram, 0,092 qram, 0,053 qram ümumi təmiz çəkiləri 0,558 qram olan qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 13 iyun 2024-cü il tarixdə, saat 17:38-də Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanının yaxınlığında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə olan heroin əynindəki göy rəngli cins şalvarın sol yan cibində olan “Keno” yazılı siqaret qutusunun içərisindən və sonuncunun cibindən 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü qismən yəni CM-nin 234.2-ci maddəsi ilə deyil, həmin məcəllənin 234.1-ci maddəsi iə təqsirli bilərək bildirmişdir ki, o, bir neçə ildir ki, narkotik vasitə istifadə edir. 29 mart 2024-cü il tarixdə şəxsi işləri ilə olaraq Bakı şəhərinə getmiş, Şamaxinka adlanan ərazidə olan zaman əvvəllər tanımadığı bir nəfər şəxsə 10 manat verərək bir büküm narkotik vasitə heroin almış, sonra Sumqayıt şəhərinə qayıtmışdır. Sumqayıt şəhərində olan zaman aldığı büküm üzərində olmuş və o, həmin bükümü əynində olan cins şalvarın yan cibinə qoymuşdur. Həmin gün günortadan bir qədər sonra, saat təxminən 16:50 radələrində o, Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində X13 stansiyasının yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, onlar özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək nədə şübhəli olduğunu izah edərək üzərində şəxsi axtarış aparılması üçün PB-nə getməli olduğu bildirilmiş, o, etiraz etmədən polis əməkdaşları ilə birlikdə 1-ci PB-nə getmişdir. Bölmədə xidməti otaqların birində ona təyin edilmiş müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunmuş, ona üzərində hər hansı qanunsuz əşya və ya predmet vardırsa təqdim etməsi təklif edilmiş, o, əynində olan şalvarın cibində saxladığı içərisində narkotik vasitə heroin olan sellofan bükümü təqdim etmişdir. Şəxsi axtarışın davamında onun üzərində qanunla qadağan edilmiş başqa əşya, predmet və ya narkotik vasitə aşkar edilməmişdir. Təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş və çəkisi müəyyən olmuş, daha sonra qablaşdırılmışdır. Bundan başqa qeyd edir ki, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində tanımadığı şəxsdən narkotik vasitə almış, xx.xx.2024-cü il tarixdə axşam radələrində yaşadığı evin yaxınlığında üzərində 07 büküm narkotik vasitə heroin və 01 ədəd tərəzi olan zaman saat təxminən 17:40 radələrində bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etmiş, nədə şübhəli olduğunu bildirmişlər. Üzərinə şəxsi axtarış aparılması üçün onu Pİ-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Pİnə getmiş, idarədə o, müdafiəçi ilə təmin edilmiş, ona hüquq və vəzifələri, şübhənin mahiyyəti izah edilmişdir. Ona üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, o, əynində olan şalvarın cibindən siqaret qutusunu, 01 ədəd elektron tərəzini, “Samsung” marklı mobil telefonu təqdim etmişdir. Siqaret qutusunun içərisində 07 ədəd siqaret kağızına bükülmüş bükümlər olmuşdur. O, bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni bir gün öncə Abşeron rayonu, Saray qəsəbəsində olarkən tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. O, təqdim etdiyi elektron tərəzini təxminən dəniz kənarından taparaq özündə saxladığını bildirmişdir. Üzərinə əlavə baxış keçirilmiş və istifadəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Əməlindən peşmandır, evlidir, himayəsində iki azyaşlı övladı var. İlk dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. Qeyd edilənlərə əsasən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, o, ibtidai istintaqda vediyi ifadəsini təsdiq edir. Belə ki, Tərəzini tapmış, narkitik vasitələri bükülər halında almış, özü hissələr bölməmişdir. Narkotiki ona satan şəxsdən elə 07 büküm narotik istəmiş və almışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, müxtəlif vaxtlarda əldə etdiyi narkotik vasitədən ayrı-ayrı şəxslərə həm pay olaraq (havayı) vermiş, o cümlədən 5 manata da satmışdır. Qeyd edir ki, 1 dəfə xatırlamadığı bir nəfər şəxsə 1 bükümdə narkotik vermiş, həmin şəxs isə ona bir qutusunun dəyəri 2 manat 60 qəpik olan 2 qutu siqaret alıb vermişdir. Ondan narkotik istəyən şəxslər xəstə olduğunu görüb pay vermişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən, o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrin müəyyən hissələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlərin olduğu nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsinin həmin hissəsi elan edilməklə tədqiq edilmişdir. İbtidai istintaq zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1 və 234.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsinin ziddiyət yaranan hissəsində qeyd etmişdir ki, həmin heroini bir gün öncə Abşeron rayonu, Saray qəsəbəsində olan zaman tanımadığı şəxsdən 30 manata almış və sonra həmin kütləni elektron tərəzi vasitəsilə bükümlərə ayırmışdır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında da narkotik vasitəni bükümlər şəklində aldığını, özü bükümlərə ayırmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi özünün tam etirafedici ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs həmin gün axşam radələrində Sumqayıt şəhəri, 16-cı mikrorayon X13 Stansiyasının yaxınlığında saxlanılmışlar. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək ona nədə şübhəli olduqlarını deyib 1-ci PB-nə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək PB-nə gəlmiş, bölmədə Təqsirləndirilən şəxs müdafiəsi təyin edilmiş, ona hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, o, əynində olan şalvarın cibində saxladığı 01 ədəd bükümü təqdim etmişdir. Bükümə baxış keçirildikdə içərisində narkotik vasitə heroinə bənzər kütlənin olduğu müəyyən edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş, çəkisi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı başqa əşya və ya predmet aşkar olunmamışdır. Həmin kütlə ƏN MEM-nə göndərilməsi üçün qablaşdırılaraq üzəri DİN-in xüsusi möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman heç bir fiziki və psixoloji təzyiqə məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən 1-ci PB-nin kiçik inspektoru, polis serjantı Şahid4 şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 Nazim oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması, istifadə etməsi və satışı ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:25 radələrində əməliyyat müşahidəsinə götürülmüş və o, axşam radələrində ünvan 3 ünvanının yaxınlığında saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək ona nədə şübhəli olduğunu deyib Sumqayıt ŞPİ-nə getməli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etmədən Pİ-nə gəlmiş, idarədə ona hüquqlarının müdafiəsi üçün müdafiəçi təyin edilmişdir. Müdafiəçi təqdim olunduqdan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və ona üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan şalvarın yan cibində saxlamış olduğu 01 ədəd siqaret qutusunu və 01 ədəd elektron tərəzini, 01 ədəd mobil telefonu təqdim etmişdir. Siqaret qutusunun içərisinə baxış keçirilən zaman oradan 07 bükümdə siqaret kağızına bükülmüş narkotik vasitə heroinə bənzər kütlənin olduğu müəyyən edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilərək çəkiləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən qanunla qadağan olunmuş başqa hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Aşkar bükümlər ƏN MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri DİN-nin xüsusi möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfimdən saxlanılan zaman heç bir fiziki və psixoloji təzyiqə məruz qalmadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 13 iyun 2024-cü il tarixdə protokolda Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 13 aprel 2024-cü il tarixdə, saat 17:38 dəqiqədə tutulduğu qeyd edilmişdir. (i.v.19); Təqsirləndirilən şəxs 15 iyun 2024-cü il tarixdə CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 52-53); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v.60-63); Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-196/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 13 iyun 2024-cü il tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (i.v.70-72); “Cinayət işlərinin birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi ilə birləşdirilərək ********* saylı nömrə altında bir icraatda davam etdirilmişdir.(i.v. 73-74); “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 30 mart 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 76); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 29 mart 2024-cü il tarixdə, saat 16:50 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 95); Təqsirləndirilən şəxs 31 mart 2024-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 125-126); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v. 134- 136); “Təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v. 137-138); “Şəxsi axtarışın keçirilməsi haqqında” 13 iyun 2024-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi, əldə edilməsi, saxlanılması və istifadə edilməsində şübhəli olduğu üçün Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Pİ-nə gətirildiyini bildirir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra təhqiqatçı şübhəli şəxsə hüquqlarının müdafiə olunması üçün vəkil X7 təqdim edir. Təhqiqatçı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış başlamazdan əvvəl narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edir. O, həmin vaxt özü əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxlamış olduğu 01 ədəd üzərinə “Keno” sözləri yazılmış siqaret qutusunu və 01 ədəd elektron tərəzini, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən isə 01 ədəd “samsung” markalı mobil telefonu təqdim edir. Siqaret qutusuna baxış keçirilən zaman oradan 07 bükümdə qızılı rəngli siqaret kağızına bükülmüş narkotik vasitə heroinə bənzər kütlənin olduğu müəyyən edilir. Bükümlər elektron tərəzidə çəkilir, çəkilərinin ümumi kütləsinin 1,01 qram olması müəyyən olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş elektron tərəzini təxminən 2 ay öncə zibillik ərazidən taparaq götürdüyünü, narkotik vasitəni isə saxlanıldığı gündən bir gün öncə Abşeron rayonu, Saray qəsəbəsində olan zaman tanımadığı şəxsdən 30 manat müqabilində aldığını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütlə və aşkar edilmiş 01 ədəd elektron tərəzi ƏN MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri DİN-in 124 saylı möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi və istifadəsində olan bir ədəd “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən xüsusi qaydada qablaşdırılaraq DİN-in möhürü ilə möhürlənmişdir.(i.v 28-29). “Şəxsi axtarışın keçirilməsi haqqında” 29 mart 2024-cü il tarixli protokolundan görünür ki, təhqiqatçı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi, əldə edilməsi, saxlanılması və istifadə edilməsində şübhəli olduğunu üçün Sumqayıt ŞPİnin əməkdaşları tərəfindən saxlanılaraq PB-nə gətirildiyini bildirir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra təhqiqatçı şübhəli şəxsə hüquqlarının müdafiə olunması üçün vəkil X5 təqdim edir. Bundan sonra təhqiqatçı şübhəli şəxs qismində tutulmuş şəxsə onun hüquq və vəzifələri qeyd olunmuş bildiriş təqdim etmişdir. Şəxsi axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim edir. Bükümün içərisinə baxış keçirilən zaman orada narkotik vasitə heroinə bənzər kütlənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilərkən çəkisinin 0,38 qram olması müəyyən olundu. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata əldə edərək şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Aşkar olunaraq götürülmüş həmin narkotik vasitəyə bənzər kütlə ƏN MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri DİN-in 125 saylı möhürü ilə möhürlənmişdir.(i.v. 103-104); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1736 nömrəli 30 mart 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim “Azərbaycan Respublikası DİN Zərflər üçün №125” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,335 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/3266 nömrəli 14 iyun 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan respublikası DİN Arayışlar üçün N124”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ....” yazıları və imzalar bir ədəd zərfin içərisində 7 (yeddi) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,076 qram. 0,069 qram, 0,082 qram, 0, 075 qram , 0,111 qram, 0,092 qram, 0,053 qarm ümumi təmiz çəkiləri 0,558 qram olan qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə herionə bənzər işlər aşkar edilmədi. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 37-42); AR Səhiyyə Nazirliyi Respublika X9 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 5447 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 201-202); Məhkəmə istintaqı zamanı tədqiq edilən disklərə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri, o cümlədən elektron tərəzini daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. “maddi sübut kimi tanıma haqqında” 15 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0.335 qram narkotik vasitə heroin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.285 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlanc üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, “şəxsi axtarış keçirilməsi və götürmə haqqına” 29 mart 2024-cü il tarixli istintaq hərəkətinin videoçəkilişini əks etdirən 01 ədəd “CD” disk maddi sübut hesab edilmişdir. (i.v. 150); “maddi sübut kimi tanıma haqqında” 09 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0.558 qram narkotik vasitə heroin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.348 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlanc üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, “şəxsi axtarış keçirilməsi və götürmə haqqına” 13 iyun 2024-cü il tarixli istintaq hərəkətinin videoçəkilişini əks etdirilmiş 02 ədəd “CD” disk və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan 01 ədəd elektron tərəzi iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (i.v. 156); DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v.141); “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.2-ci madddələrinə tövsif edilmişdir. (i.v. 175-176); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v. 189-192); Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2007-ci il təvəllüdlü Sərdar Əliyev və xx.xx.2012-ci il təvəllüdlü Şəfiqə Əliyeva adlı övladları var. “sübutların qiymətləndirilməsi haqqında” 01 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1 və 234.2-ci madddələrinə ilə elan edilmiş ittiham və barəsində Sumqayıt şəhər Məhkəməsinin hakimi Zaur Hacıyev tərəfindən xx.xx.2024-cü il tarixdə seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/1736 saylı və xx.xx.2024-cü il tarixli, 6/3266 saylı rəyləri, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024cü il tarixli, 5447 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ilkin təmiz çəkisi 0.335 qram və 558.0 qram olan, kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 0.285 qram və 0.348 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, “şəxsi axtarış və götürmə haqqında” 29 mart 2024-cü il tarixli və 13 iyun 2024-cü il tarixli 02 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini qanunsuz olaraq satmış şəxsin və həmin cinayətlərin törədilməsində iştirak etmiş digər şəxslərin barəsində materialın ayrılarq həmin material üzrə araşdırılmasının davam etdirilməsi, xx.xx.2024-cü il tarixdə şəxsi axtarış zamanı içərisində narkotik vasitə bükümləri olan üzərində “keno” sözləri yazılmış siqaret qutusunun Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən götürülməsinin nəzərə alınması qərara alınmışdır (i.v. 204-213); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, əslində müxtəlif şəxslərə ayrı-ayrı vaxtlarda 5 manata narkotik vasitə satdığını, pay verdiyini, o cümlədən bir dəfə bir nəfər şəxsə bir ədədinin qiyməti 2 manat 60 qəpik olan iki qutu siqaret müqabilində narkotik vasitə verdiyini etiraf etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qeyd edilən maddə ilə təqsirli bilməməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətdən boyun qaçırmaq məqsədilə özünü təqsirli bilməmişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi özünün həm məhkəmə iclasında, həm də ibtidai istintaq zamanı verdiyi ifadələrlə, o cümlədən məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri, ekspert rəyi ilə təsdiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.2-ci maddəsinə görə Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən narkotik vasitə heroinin 5 qram daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1 və 234.2-ci madddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində biri azyaşlı olmaqla iki övladının olmasını CMnin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il). Məhkəmə qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ümumi çəkisinin xeyli miqdarın minimum həddindən bir neçə dəfə çox olmasını, cəzasını yüngülləşdirən halları-xüsusən himayəsində 01 azyaşlı övladının olmasını, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, törətdiyi cinayətllərin xarakterini və ictimai təhlükəlilik dərəcələrini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 13 iyun 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 194 (bir yüz doxsan dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan və qalıq çəkisi 0.348 qram və 0.335 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarış keçirilməsini özündə əks 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 120 (bir yüz iyimi) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 29 mart 2024-cü il tarixdən 31 mart 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 13 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 194 (bir yüz doxsan dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0.348 qram və 0.335 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən 02 (iki) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-64/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-64/2025
01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver