Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-640/2024 05.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X3, Əkbərli Nicat Mais oğlunu katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Sumqayıt şəhərində doğulmuş. Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, subay, işləməyən, Sumqayıt şəhəri, 41 -ci məhəllə, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə, saat 18:50 radələrində Sumqayıt şəhəri, Bulvar küçəsi, Kristal Abşeron 2 yaşayış kompleksi, blok 3-ün qarşısında dayanmış Zərərçəkmiş şəxs1 idarə etdiyi “Nissan March" markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsini üzərində olan burğac vasitəsilə sındıraraq avtomobilin ön sağ oturacağı üzərindən Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 40 manat dəyərində “Michael Kors" firmasının istehsalı olan krem rəngli əl çantasını, həmin çantanın içərisində olan 01 ədəd 15 manat dəyərində "Michael Kors" firmasının istehsalı olan qırmızı rəngli pul qabını və "xxxx" ASC-nin 4127 2081 0498 2813 nömrəli bank kartını gizli yolla talayaraq, həmin tarixdə saat 19:35 radələrində 19:52 radələrinədək olan müddətdə həmin bank kartından istifadə edib Sumqayıt şəhəri, Bulvar küçəsi ərazisində yerləşən “Qayalı Bulvar” marketdən 51 qutu Winston, 53 qutu Sobranie, 5 qutu LD markalı siqaretləri alaraq ümumilikdə 468.50 manat pul vəsaitini elektron məlumat daşıyıcılarından istifadə etməklə çıxararaq gizli olaraq talayıb zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 cəmi 523 manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə, saat 17:35 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən “506" aptekin yaxınlığında dayanmış Şahid1 idarə etdiyi “Mercedes A Class" markalı. **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsini üzərində olan burğac vasitəsilə sındıraraq avtomobilin ön sağ oturacağın üzərindən Zərərçəkmiş şəxs2 Bəhrəm qızma məxsus 01 ədəd 15 manat dəyərində “Madmazel” firmasının istehsalı olan tünd qırmızı rəngli əl çantasını, həmin çantanın içərisində olan 01 ədəd 30 manat dəyərində "Madmazel" firmasının istehsalı olan qırmızı rəngli pul qabını, 01 ədəd 25 manat dəyərində "Xiomi Note 8" markalı mobil telefona məxsus air-poods qulaqcığı, 01 ədəd 100 ml həcmində 60 manat dəyərində “Victoria Secret" firmasının istehsalı olan qadın ətrini, 130 manat nağd pulu və "xxxx" ASC-nin 4169 7385 4208 0456 nömrəli nömrəli bank kartını gizli yolla talayaraq, həmin tarixdə saat 17:44 radələrində həmin bank kartından istifadə edib Sumqayıt şəhəri H.Əliyev prospekti 18-ci məhəllə ərazisində yerləşən “Fəxri" marketdən siqaret alaraq 72 manat pul vəsaitini elektron məlumat daşıyıcılarından istifadə etməklə çıxararaq gizli yolla talayıb zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 cəmi 332 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü tam təqsirli bilərək bildirdi ki, 15 mart 2024cü il tarixdə bir qədər spirtli içki qəbul etmiş və pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə də yaşadığı evdən vintaçan götürüb cibinə qoymuş, 15 mart 2024-cü il tarixdə təxminən saat 18:50 radələrində Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən “Kristal Abşeron 2" yaşayış kompleksinin həyətinə gəlmişdir. Orada binaların birinin blokunun qarşısında ağ rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı “Nissan March” markalı avtomobili görmüş, avtomobilin pəncərəsindən içəri baxan zaman ön sağ oturacağın üzərində əl çantası olduğunu görmüşdür. Çantanın içərisində qiymətli əşya və ya pul olacağını düşünüb oğurlamaq qərarına gəlmişdir. Sonra ətrafa nəzər yetirib yaxınlıqda heç kimin olmadığına əmin olduqdan sonra avtomobilin ön sağ qapısının şüşəsini üzərində olan vintaçanla sındırmış və ön oturacaqdakı əl çantasını götürüb oradan uzaqlaşmışdır. Çantanı açdıqda içərisində pul kisəsinin olduğunu görmüş, pul kisəsinin içərisinə baxdıqda orada bir neçə sənəd və bank kartaları olmuşdur. Həmin sənədlərin içərisində sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi və xatırlamadığı digər sənədlər olmuşdur. Həmin sənədlərin içərisində olan Azərbaycan Beynəlxalq Bank kartında pul ola biləcəyini düşünüb kartı götürmüş, digər sənədləri həmin ətrafda olan kolların arasına atmış və yaxınlıqda olan Bulvar Qayalı marketə doğru getmişdir. Piyada marketə tərəf gedərkən çantanın və pul kisəsinin içərisinə bir daha baxıb başqa heç nəyin olmadığına əmin olduqda sonra çanta və pul kisəsini də ağaclığa tullamışdır. Sumqayıt şəhəri, Bulvar küçəsi ərazisində yerləşən Bulvar Qayalı marketə daxil olub oradan 51 qutu Winston, 53 qutu Sobranie. 5 qutu LD markalı siqaret götürmüş və ABB-na məxsus kartda pul olduğu üçün həmin kartın balansından 468.50 qəpik pul çıxarılmışdır. Kartın kodunu bilmədiyindən həmin siqaretləri hissə-hissə almışdır ki, terminal vasitəsilə ödəniş edən zaman kod lazım olmasın. Sonra isə oradan çıxıb Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisinə gəlmiş, bank kartını orada tanımadığı dilənçiyə vermişdir. Oradan yaşadığı evə getmiş və aldığı siqaretləri gizlətmişdir. Səhəri gün isə Bakı şəhərinə gedib həmin siqaretlərin bəzilərini Bakı şəhərində xatırlamadığı ünvanlarda satmış, bəzisini isə özü istifadə etmişdir. Satdığı siqaretlərdən əldə etdiyi 140 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin oğurluq hadisəsini tək törətmiş və bundan heç kimin məlumatı olmamışdır. Oğurluq edən zaman ətrafa baxdıqda heç kimin olmadığına əmin olduqdan sonra oğurluq etmiş, həmin vaxt onu heç kim görməmişdir. “Nissan March" markalı avtomobildən oğurladığı ABB-yə məxsus bank kartı ilə Qayalı Bulvar mağazasından 468,50 manat dəyərində siqaret almışdır. Bundan başqa bildirir ki, 22 mart 2024-cü il tarixdə yaşadığı evdən burğac götürüb cibinə qoymuş və evdən çıxaraq piyada təxminən saat 17:35 radələrində Sumqayıt şəhəri 34-cü məhəllə ərazisinə gəlmişdir. 34-cü məhəllə ərazisində yerləşən “506" aptekin yaxınlığında dayanmış boz rəngli "Mercedes" markalı avtomobili görüb həmin avtomobilə yaxınlaşmış və şüşəsindən avtomobilin içərisinə baxanda avtomobilin ön sağ oturacağının üzərində qırmızı rəngli əl çantasının olduğunu görmüş və həmin çantada qiymətlə əşya və ya pul olduğunu düşünüb həmin çantanı oğurlamaq qərarına gəlmişdir. Bundan sonra ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra üzərində olan burğac vasitəsilə avtomobilin sağ ön şüşəsini sındırıb avtomobildə olan çantam götürərək tez oradan uzaqlaşmışdır. Sonra isə Sumqayıt şəhəri, 18-ci məhəllə. H.Əliyev prospektində yerləşən “Fəxri" marketin yanına gəlmiş və orada çantanı açıb içərisinə baxanda içərisində 01 ədəd “Kapital Bank" kartının, 01 ədəd airpoods qulaqcığın, 130 manat nağd pulun, 01 ədəd 100 ml qadın ətrinin və qırmızı rəngli pul qabının olduğunu görmüşdür. Bank kartını və 130 manat nağd pulu götürüb cibinə qoymuş, çanta, ətir və pul qabını isə "Fəxri" marketin yan tərəfində olan zibil qutusuna atmışdır. Sonra isə “Fəxri" marketə daxil olub oradan oğurladığı bank kartı vasitəsilə 72 manat dəyərində siqaret almışdır. Marketdən çıxdıqdan sonra da bank kartını zibil qutusuna atmış və oradan uzaqlaşmışdır. Sonradan isə oğurladığı 130 manat pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs2 məxsus əl çantasını oğurlayan zaman tək olmuş və oğurluq etməsi barədə heç kimə məlumat verməmişdir. Oğurluq edən zaman onu heç kim görməmiş və ona heç kim mane olmamışdır. Əməlindən peşmandır. Himayəsində yaşlı valideyni, həmçinin səhhətində problemlər olduğunu bildirirək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadəsi ilə və elan edilmiş zərərçəkmiş şəxslərin ifadələri ilə təsdiq edilir. İş üzrə Zərərçəkmiş şəxs1 elektron qayadada ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu, təqsirləndirilən şəxslə barışmadığını bildirərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan olunmuş izahatından görünür ki, etibarnamə əsasında idarə etdiyi “Nissan March" markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 15 mart 2024-cü il tarixdə, təxminən saat 18:50 radələrində idarə etdiyi avtomobillə Sumqayıt şəhəri. Bulvar küçəsi, Kristal Abşeron 2 yaşayış kompleksi 1 nömrəli binada yaşayan qohumunun evinə qonaq gəlmiş, avtomobili binanın 3-cü blokunun qarşısında saxlayıb mənzilə qalxmışdır. Həmin vaxt içərisində qırmızı rəngli pul qabı, ABB-yə məxsus bank kartı, Rabitəbanka aid bank kartı, müxtəlif mağazaların bonus kartları, avtomobilin qeydiyyat şəhadətnaməsi, sürücülük vəsiqəsi, avtomobilə dair etibarnamə, şəxsiyyət vəsiqəsi olan özünə məxsus krem rəngli əl çantasını avtomobilin sağ oturacağın üzərinə qoymuşdur. Qohumunun evində olduğu zaman 15 mart 2024-cü il tarixdə saat 19:35 radələrində mobil telefonuna şəxsi istifadəsində olan “Azərbaycan Beynəlxalq Bank” kartı ilə alış-veriş edilməsi barədə mesaj gəlməyə başlamışdır. Bank kartı avtomobildə olan çantasında olduğundan evdən çıxıb avtomobilinin yanma gəlmiş və baxanda avtomobilin sağ ön şüşəsinin sındırıldığını, çantasının isə yerində olmadığını görmüşdür. Avtomobildən çantasının oğurlandığını başa düşmüş və dərhal Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng vuraraq bu barədə məlumat vermişdir. Saat 19:35-dən 19:52 dək olan müddət ərzində isə onun mobil telefonuna kartı vasitəsilə Bulvar Qayalı marketdən bazarlıq edilməsi ilə bağlı mütəmadi olaraq mesajlar gəlməyə davam etmişdir. Bir neçə dəqiqədən sonra isə polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişlər. Həmin vaxt avtomobildən 2024-cü ildə 80 manata onlayn sifarişlə aldığı “Michael Kors” firmasına məxsus krem rəngli çantası, çantasının içərisində olan təxminən 06 ay əvvəl 25 manata onlayn sifarişlə aldığı “Michael Kors” firmasına məxsus qırmızı rəngli pul qabı. ABB-yə məxsus bank kartı, Rabitəbanka aid bank kartı, müxtəlif mağazaların bonus kartları, avtomobilin qeydiyyat şəhadətnaməsi, sürücülük vəsiqəsi, avtomobilə dair etibarnamə, şəxsiyyət vəsiqəsi oğurlanmışdır. Həmçinin ABB-yə məxsus bank kartından ümumilikdə 468 manat 50 qəpik məbləğində pul çıxarılmışdır. Bununla da ona ümumilikdə 573 manat 50 qəbik məbləğində maddi ziyan dəymişdir. Həmçinin avtomobilinin şüşəsinin sındırılması nəticəsində də ona 180 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan isə polis idarəsində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona məxsus avtomobilin şüşəsini sındıraraq çantasını oğurlamışdır. İş üzrə Zərərçəkmiş şəxs2 elektron qayadada ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxslə qarşı şikayətçi olduğunu, təqsirləndirilən şəxslə barışmadığını bildirərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan olunmuş izahatından görünür ki, 21 mart 2024-cü il tarixdə xalası qızı Şahid1 yaşadığı Sumqayıt şəhəri, 30-cu məhəllə ərazaisində yerləşən evinə qonaq gəlmişdir. Həmin gecəni xalası qızının yaşadığı evdə qaldıqdan sonra səhəri gün, yəni 22 mart 2024-cü il tarixdə Vəfa ilə birlikdə sonuncunun idarə etdiyi “Mercedes A Class” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən saat 17:30 radələrində Sumqayıt şəhəri, 34cü məhəllə ərazisində yerləşən “İrşad Telecom” mağasına getmişlər. Həmin vaxt Vəfa avtomobili 34-cü məhəllə ərazisində yerləşən “506” aptekin yaxınlığında saxlamışdır. O, həmin vaxt özünə məxsus əl çantasını avtomobilin sağ ön oturacağının üzərinə qoymuşdur. Vəfa ilə birlikdə “İrşad” mağazasına gedib orada işlərini görüb 22 mart 2024cü il tarixdə təxminən saat 17:40 radələrində avtomobilin yanına qayıtmışlar və həmin vaxt avtomobilin ön sağ şüşəsinin sındırıldığını, avtomobildə olan ona məxsus əl çantasının oğurlandığını müəyyən etmişlər. Bundan sonra Vəfa Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Saat 17:44 dəqiqədə isə ona məxsus 4169 7385 4208 0456 nömrəli "xxxx" ASC-yə məxsus bank kartından “Fəxri” marketdən 72 manat dəyərində bazarlıq edilməsi barədə mobil telefonuna mesaj gəlmişdir. Bir neçə dəqiqədən sonra isə polis əməkdaşları onların yanına gəlib hadisə yerinə baxış keçirmişlər. Həmin vaxt avtomobildən təxminən 2021- ci ildə 50 manata aldığı “Madmazel” firmasına məxsus tünd qırmızı rəngli əl çantası, əl çantasının içərisindən 4169 7385 4208 0456 nömrəli və nömrəsini xatırlamadığı “KapitalBank" ASCyə məxsus bank kartları, Xiomi Note 8 markalı mobil telefona məxsus 2024-cü ildə “Baku Electoniks" mağazasından aldığı 59 manat dəyərində air-poods qulaqcıq, 130 manat nağd pul, 95 manat dəyərində ''Victoria Secret" firmasına məxsus Amerikadan sifarişlə alınmış 100 ml qadın ətri və təxminən 06 ay əvvəl 50 manata aldığı “Madmazel'’ firmasına məxsus qırmızı rəngli pul qabı, həmçinin 4169 7385 4208 0456 nömrəli bank kartından 72 manat pulu oğurlanmış və nəticədə ona 456 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki. ona məxsus qeyd etdiyi pul və əşyaları Təqsirləndirilən şəxs oğurlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 16 mart 2024-cü il tarixdə icraatına Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı Səyyad Hacəhmədovun 15 mart 2024-cü il tarixdə, saat 18:50 radələrindən saat 19:50 radələrinədək olan müddət ərzində Sumqayıt şəhəri. Bulvar küçəsi. Kristal Abşern yaşayış kompleksi, blok 3-ün qarşısında dayanmış Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilin sağ yan şüşəsinin sındırılmaqla avtomobildən sonuncuya məxsus çantanın və çantanın içərisində olan sənədlərlə birlikdə bank kartının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə raportu daxil olmuşdur. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar əməliyyat-axtarış tədbirləri həyata keçirilərkən müəyyən edilmişdir ki, həmin oğurluq cinayətini törətmiş şəxs Təqsirləndirilən şəxsdur və sonuncu oğurlamış olduğu "ABB” ASC-yə məxsus bank kartından istifadə edərək Sumqayıt şəhəri, Bulvar küçəsi ərazisində yerləşən "Qayalı Bulvar” marketdən ümumilikdə 468 manat 50 qəpik dəyərində siqaret almışdır. Onun tərəfindən “Bulvar Qayalı” marketdən müvafiq qəbzlər və marketin müşahidə kameralarının videogörüntiiləri diskə köçürülərək götürülmüş və təhqiqatçıya təqdim edilmişdir. Bundan başqa 22 mart 2024-cü il tarixdə icraatına Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı Vüsal Quliyevin xx.xx.2024cü il tarixdə, saat 18 radələrində Mercedes A Class markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsini sındırma yolu ilə naməlum şəxs tərəfindən avtomobildə olan Zərərçəkmiş şəxs2 Bəhrəm qızma məxsus qırmızı rəngli çantasını, içərisində 130 manat nağd pulunun, sənədlərinin və bank kartlarının oğurlanması barədə raportu daxil olmuşdur, onun tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsinin baş verdiyi Sumqayıt şəhəri. 34-cü məhəllə ərazisində yerləşən ”506” aptekin videomüşahidə kameralarına baxılan zaman həmin oğurluq hadisəsinin də Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşkar olunmuşdur. Bundan sonra həmin videogörüntü onun tərəfindən diskə köçürülərək təhqiqatçıya təqdim edilmişdir. Təqsirləndirilən şəxs barəsində axtarış elan olunduğundan aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsinə sonuncu saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə yerləşdirilmişdir. Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman sonuncu bir daha istintaqa vermiş olduğu ifadələrini təsdiq edərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus çantaları və içərisindəki əşyaları oğurladığı etiraf etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan olunmuş izahatından görünür ki, özünə məxsus “Mercedes A Class" markalı. **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 21 mart 2024-cü il tarixdə xalası qızı Zərərçəkmiş şəxs2 Bəhrəm qızı onun yaşadığı evə qonaq gəlmişdir. 22 mart 2024-cü il tarixdə Gülnazla birlikdə idarə etdiyi '‘Mercedes A Class” markalı avtomobillə təxminən saat 17:30 radələrində Sumqayıt şəhəri. 34-cü məhəllə ərazisində yerləşən “İrşad Telecom" mağasına getmişlər. Həmin vaxt o, avtomobili Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən “506" aptekin yaxınlığında saxlamışdır. Onlar avtomobilə tez qayıdacaqlarından Gülnaz özünə məxsus əl çantasını avtomobilin sağ ön oturacağının üzərinə qoymuş, sonra isə birlikdə “İrşad" mağazasına gedib orada işlərini görüb 22 mart 2024-cü il tarixdə təxminən saat 17:40 radələrində avtomobilin yanma qayıtmışlar və həmin vaxt baxanda avtomobilin ön sağ şüşəsinin sındırıldığım, avtomobildə olan Gülnaza məxsus əl çantasının oğurlandığını bilmişlər. Bundan sonra o. Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng vuraraq bu barədə məlumat vermişdir. Saat 17:44 dəqiqədə isə Gülnaz ona məxsus “Kapital Bank" kartından “Fəxri" marketdən 72 manat dəyərində bazarlıq edilməsi barədə mobil telefonuna mesaj gəldiyini demişdir. Bir neçə dəqiqədən sonra isə polis əməkdaşları onların yanma gəlib hadisə yerinə baxış keçirmişlər. Sonradan polis əməkdaşları tərəfindən onlara məlumat verilmişdir ki, Gülnazın çantasını Təqsirləndirilən şəxs oğurlamışdır. Gülnaz ona bildirmişdir ki. həmin vaxt onun çantasında 2 ədəd bank kartı, bir ədəd qulaqcıq, 130 manat nağd pul, bir ədəd ətir və bir ədəd pul kisəsi olmuşdur. Ona məxsus avtomobilin sağ yan şüşəsinin sındırılması nəticəsində ona 85 manat məbləğində maddi ziyan dəymişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan olunmuş izahatından görünür ki, 16 mart 2024-cü il tarixdə, təxminən saat 11:30 radələrində Sumqayıt şəhəri. Bulvar ərazisində olduğu zaman kolların arasında səpələnmiş halda sənədlərin olmasını görmüşdür. Yaxınlaşıb həmin sənələri götürmüş və baxanda Zərərçəkmiş şəxs1 məxsus sürücülük vəsiqəsinin, tələbə bileti, Nissan March markalı avtomobilin qeydiyyat şəhadətnaməsinin, avtomobilə görə etibarnamənin və Araz market bonus kartının olmasını bilmişdir. Bundan sonra həmin sənədləri özü ilə götürüb polisə təqdim etmək qərarına gəlmiş və oradan Sumqayıt şəhər polis idarəsi istiqamətində gəlməyə başlamışdır. Polis idarəsinin yaxınlığında, 7-8-12-ci məhəllə ərazisində olduğu zaman yolun kənarında post patrul xidməti avtomobilinin dayandığını görüb polis əməkdaşlarına yaxınlaşmış və həmin sənədləri polis əməkdaşlarına təqdim etmişdir. Sonradan isə ona məlum olmuşdur ki, həmin sənədlər oğurlanmışdır. O, başa düşmüşdür ki, həmin sənədləri oğurlayan şəxs kolların arasına atmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); 25 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin maddədə nəzərdə tutulmuş ittiham 03 may 2024-cü il tarixdə ona elan edilmişdir. (i.v 52, 69) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 03 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v.77-79); Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-139/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 may 2024-cü il tarixdən hesablanmışdır. (i.v. 115-120) xx.xx.2024-cü il tarixli Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı polis mayoru Səyyad Hacəhmədovun tərtib etdiyi “baxış keçirilməsi barədə” protokoldan göründüyü kimi, hadisə yeri Sumqayıt şəhəri, Bulvarküçəsi. Kristal Abşero yaşayış ompleksi, blok 3ün qarşısıdır. Baxış zamanı müəyyən edilmişdir ki, blok 3-tin qarşısında dayanmış Zərərçəkmiş şəxs1 idarə etdiyi "Nissan March" markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsi sındırılaraq oradan sonuncuya məxsus əl çantası və içərisindəki əşyalar olğurlanmışdır. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 11-14) "Baxış keçirilməsi və götürmə haqqında" xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş bir ədəd DVD diskdən görünür ki, 15 mart 2024-cü il tarixdə, saat 19:30 radələrində bir nəfər kişi cinsli şəxs Zərərçəkmiş şəxs1 idarə etdiyi Nissan March markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön şüşəsinə yaxınlaşaraq şüşəni sındırıb avtomobilin salonundan hansısa əşyanı götürür.(i.v. 16-17) "Baxış keçirilməsi və götürmə haqqında" xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş sənəd surətlərindən görünür ki, Səhlədar Osmanovun təqdim etdiyi sənədlər Zərərçəkmiş şəxs1 məxsus sürücülük vəsiqəsi, Nissan March markalı, **- EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi, Araz marketə məxsus müştəri kartı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı etibarnamə və Zərərçəkmiş şəxs1 məxsus "Bakı Avrasiya Universitetimin tələbə biletidir. Həmin sənədlər araşdırma üçün əhəmiyyət kəsb etdiyindən tərəfimdən götürülmüşdür. (i.v. 21-26) "Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan, protokola əlavə edilmiş bir ədəd DVD diskdən və qəbzlərdən görünür ki. Şahid3 təqdim etdiyi 1 ədəd DVD diskə daxil olduqda diskin yaddaşında "WhatsApp İmage 2024-06- 08 at 14.14.27 (1)”, "WhatsApp İmage 2024-06-08 at 14.14.27", "WhatsApp İmage 2024-06- 08 at 14.14.28 (1)”, "WhatsApp İmage 2024-06-08 at 14.14.28”, "WhatsApp İmage 2024- 06- 08 at 14.14.29 (1)”, "WhatsApp İmage 2024-06-08 at 14.14.29 (2)”, "WhatsApp İmage 2024- 06-08 at 14.14.29”, "WhatsApp İmage 2024-06-08 at 14.14.30 (1)”, "WhatsApp İmage 2024- 06-08 at 14.14.30", "WhatsApp İmage 2024-06-08 at 14.14.31” kimi qeyd olunmuş fotoşəkillərin, "WhatsApp Video 2024-06-08 at 14.14.28", "WhatsApp Video 2024-06-08 at 14.14.30” və "WhatsApp Video 2024-06-08 at 14.14.31” kimi qeyd olunmuş videogörüntülərin olması müəyyən olundu. Baxış zamanı fotoşəkillərdə Təqsirləndirilən şəxs marketdə olan zaman və marketdən siqaret alarkən görüntülərinin əks olunması müəyyən olundu. "WhatsApp Video 2024-06-08 at 14.14.30" və "WhatsApp Video 2024- 06- 08 at 14.14.28" kimi qeyd olunmuş videogörüntülərə baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:34 radələrində Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən Bulvar Qayalı marketə daxil olması müəyyən olunur. "WhatsApp Video 2024-06- 08 at 14.14.31" kimi qeyd olunmuş videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:53 radələrində əlində sellofan torbalarla birlikdə Bulvar Qavalı marketdən çıxaraq oradan uzaqlaşması müəyyən olunur. Qəbzlərə baxış zamanı həmin qəbzlərin Bulvar Qayalı marketə aid olması, 1-ci qəbzdə xx.xx.2024- cü il, saat 19:35:33-də qeyri nağd üsulla 73 manat 50 qəpik, 2-ci qəbzdə xx.xx.2024- cü il. saat 19:39:05-də qeyri nağd üsulla 172 manat və 3-cü qəbzdə xx.xx.2024-cü il. saat 19:52:58də qeyri nağd üsulla 223 manat, cəmi 468 manat 50 qəpik məbləğində pulödənilərək "Winston", "Sobranie" və 4,LD" markalı siqaretlərin alınmasının qeyd olunduğu müəyyən olundu. (i.v. 28, 30-34) "Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2024-cii il tarixli protokoldan və protokola əlavə edilmiş qəbzdən görünür ki, Gülnaz Uğurluyevanın təqdim etdiyi qəbzin üzərində xx.xx.2024-cü il, saat 17:44-də 416973******0456 nömrəli bank kartı vasitəsilə Fəxri market Sumqayıt mağazasından 72 manat məbləğində alver edilmişdir. Baxış zamanı Gülnaz Uğurluyeva bildirdi ki. oğurlanmış ona məxsus 4169 7385 4208 0456 nömrəli "xxxx" kartından həmin 72 manat məbləğində pul çıxarılmışdır. (i.v. 85-86) "Baxış keçirilməsi haqqında" xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi baş vermiş yer Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisidir. Baxış zamanı müəyyən edilmişdir ki, "Mercedes A Class" markalı, **- RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsi sındırılaraq oradan Zərərçəkmiş şəxs2 Bəhrəm qızma məxsus əl çantası və içərisindəki əşyalar olğurlanmışdır. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 87-89) “Baxış keçirilməsi və götürmə haqqında" xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş bir ədəd DVD diskdən görünür ki. Şahid3 təqdim etdiyi 1 ədəd DVD diskə daxil olduqda diskin yaddaşında "WhatsApp Video 2024-06-08 at 14.20.17" kimi qeyd olunmuş videogörüntünün olması müəyyən olundu. Həmin videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Mercedes A Class markalı, 99- RL-326 dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ qapısına yaxınlaşaraq əlində olan alətlə həmin qapının şüşəsini sındırıb avtomobildən qırmızı rəngli çantanı oğurlayaraq oradan uzaqlaşması müəyyən olundu. (i.v. 92, 94) "Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında" xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istintaqda vermiş olduğu ifadəsini yerində yoxlamaq məqsədilə Sumqayıt şəhər polis idarəsindən çıxaraq sonuncunun göstərdiyi istiqamətlə Sumqayıt şəhəri. Bulvar küçəsi, Kristal Abşeron 2 yaşayış kompleksi, blok 3-ün qarşısına gedilmişdir. Orada Təqsirləndirilən şəxs bir daha istintaqda vermiş olduğu ifadələrini təsdiq etdiyini bildirərək xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri. Bulvar küçəsi, Kristal Abşeron 2 yaşayış kompleksi, blok 3-ün qarşısında dayanmış "Nissan March’4 markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsini sındıraraq avtomobilin ön sağ oturacağının üzərindən içərisində Zərərçəkmiş şəxs1 məxsus sənədlər, balansında 468,50 manat pul olan ABB banka aid bank kartı olan əl çantasını oğurladığı və səndələri atdığı yeri göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi istiqamətlə oradan çıxıbSumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən “506v aptekin yaxınlığına gedilmişdir. Orada Təqsirləndirilən şəxs bir daha istintaqda vermiş olduğu ifadələrini təsdiq etdiyini bildirərək 22 mart 2024-cü il tarixdə, təxminən saat 17:35 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən “506" aptekin yaxınlığında dayanmış ‘‘Mercedes A Class" markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsini sındıraraq sağ ön oturacağın üzərindən Zərərçəkmiş şəxs2 Bəhrəm qızma məxsus içərisində 01 ədəd “Kapital Bank" kartının. 01 ədəd air-poods qulaqcığın. 130 manat nağd pulun, 01 ədəd 100 ml qadın ətrinin və qırmızı rəngli pul qabı olan əl çantasını oğurladığı yeri göstərmişdir. Bundan sonra həmin yerdən çıxıb Sumqayıt şəhəri. H.Əliyev prospekti. 18-ci məhəllə ərazisində yerləşən “Fəxri" marketin yanına gedilmişdir. Orada Təqsirləndirilən şəxs oğurladığı çantanı içərisindəki əşyalarla birlikdə zibil qutusuna atdığı yeri göstərmişdir. (i.v. 151-155) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3929 saylı əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ekspertizanın təyini haqqında göstərilən malların orta istismar intensivliyi paramterlərinə müvafiq olaraq 2024-cü ilin mart ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə ayrı-ayrılıqda 01 il bundan əvvəl alınmış "Michael Kors” firmasına məxsus krem rəngli əl çantası 40 manat, 06 ay bundan əvvəl alınmış "Michael Kors” firmasına məxsus qırmızı rəngli pul qabı 15 manat, Xiomi Note 8 markalı mobil telefona məxsus 01 il bundan əvvəl Batı Electroniksdən alınmış air-poods 25 manat. "Victoria Secret” firmasına məxsus Amerikadan sifarişlə alınmış 100 ml qadın ətiri 60 manat. 03 il bundan əvvəl alınmış "Madmazel” firmasına məxsus tünd qırmızı rəngli əl çantası 15 manat. 06 ay bundan əvvəl 50 manata alınmış "Madmazel” firmasına məxsus qırmızı rəngli pul qabı 30 manat olmaqla ümumilikdə təxminən 185,00 manat müəyyən edilmişdir. (i.v. 159-162) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4, 180.2.2, 326.1, 326.2 və 66.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 07 (yeddi) il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Qaradağ rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi hökmdən xaric edilmiş, Qaradağ rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 06 il 06 aya endirilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsi həmin Məcəllənin 66.2-ci maddəsi ilə əvəz edilmiş və xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 156-158) CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən sürücülük vəsiqəsi, Nissan March markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi, Araz marketə məxsus müştəri kartı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı etibarnamə və "Bakı Avrasiya Universitetinin tələbə biletini təhvil almışdır.(i.v. 48) “sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması haqqında” 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-1ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsif edilmiş, ona həmin maddələrlə ittiham edilməsi və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin nəzərə alınması qərara alınmış, sonuncunun əməllərində CM-nin 325 və 326-cı maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanılmasından imtina edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi “Nissan March" markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsini qəsdən sındıraraq sonuncuya 85 manat məbləğində ziyan vurması hissəsində Təqsirləndirilən şəxs barəsində CM-nin 186-cı madddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanılmasından imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində İXM-nin 232-1-ci maddəsiilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Sumqayıt ŞPİ-nin 4-cü PB-ə göndərilmiş, iş üzrə oğurluq hadisələrinin baş verməsini özündə əks etdirən 03 ədəd DVD disk, Zərərçəkmiş şəxs1 məxsus sürücülük vəsiqəsi, “Nissan March” markalı, **-EH- *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi, “Araz” marketə məxsus müştəri kartı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı etibarnamə, Zərərçəkmiş şəxs1 məxsus "Bakı Avrasiya Universitetimin tələbə bileti və 08 ədəd qəbz surətləri maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs1 məxsus sürücülük vəsiqəsi, “Nissan March” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi, “Araz” marketə məxsus müştəri kartı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı etibarnamə, Zərərçəkmiş şəxs1 məxsus "Bakı Avrasiya Universitetimin tələbə biletinin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 verilməsi, 08 ədəd qəbz surətləri və oğurluq hadisələrinin baş verməsini özündə əks etdirən 03 ədəd DVD disk cinayət işi materiallarında saxlanılması, təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi və digər istintaq hərəkəti protokolları sübut kimi qiymətləndirilmişdir. (i.v. 166-177) Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrinə əsasən Oğurluq - təkrarən, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2015-ci il tarixli qərarının 18-ci bəndinə görə şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Ödəniş kartında şəxs haqqında və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı kimi qiymətləndirilməli, ondan istifadə edilməklə törədilən oğurluq cinayəti isə Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 iyun 2015-ci il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair qərarı) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı - əməlindən peşman olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, bundan öncə də dəfələrlə eyni məzmunlu cinayət törətdiyi üçün məhkumluq həyatı yaşamasına baxmayaraq hələ də islah olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmənin cəza təyin edərkən cəzanın həm də ümumi xəbərdarlıq (başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması) məqsədinə xidmət etməsi faktını da nəzərə alır. Belə ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yüngül həddə cəzanın təyin edilməsi cəzanın xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərindəki effektivliyini azaldacaq, cəzanın həmin şəxsləri cinayətdən çəkindirmək hədəsinə xələl gətirəcəkdir. Qeyd olunan hədəf qrupu isə sadə vətəndaşlardır. Cəzanın ümumi xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərində zəifləməsi isə, təkcə cinayətkarlıqla mübarizə üçün deyil, həmçinin milli və dövlət maraqları üçün də təhlükəlidir. Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 03 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut- Zərərçəkmiş şəxs1 məxsus sürücülük vəsiqəsi, “Nissan March” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi, “Araz” marketə məxsus müştəri kartı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı etibarnamə, sonuncuya məxsus "Bakı Avrasiya Universitetimin tələbə biletinin saxlanılması üçün sahibinə verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut - 08 ədəd qəbz surətləri və oğurluq hadisələrinin baş verməsini özündə əks etdirən 03 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onlara dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 03 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut- Zərərçəkmiş şəxs1 məxsus sürücülük vəsiqəsi, “Nissan March” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi, “Araz” marketə məxsus müştəri kartı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı etibarnamə, Zərərçəkmiş şəxs1 məxsus "Bakı Avrasiya Universitetimin tələbə biletinin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut- 08 ədəd qəbz surətləri və oğurluq hadisələrinin baş verməsini özündə əks etdirən 03 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onlara dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-640/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-640/2024
05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver