Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-641/2025 15.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 177.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədi ilə xx.xx.2025-ci il tarixdə səhər saat 06 radələrində Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisi, 5-ci döngədə yerləşən nömrəsiz fərdi evin qarşısında dayanmış vəziyyətdə olan vətəndaş Zərərçəkmiş şəxs məxsus Vaz 2107 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısının kilidinin açıq vəziyyətdə olmasını görüb avtomobilin salonun qapısını açaraq salona daxil olmuş, salonda arxa oturacağın altında olan cəmi dəyəri 295 manat olan bir ədəd “Boss” markalı, 1000 vatlıq gücləndirici aparatı, salonun arxa tərəfində quraşdırılmış cəmi dəyəri 155 manat olan bir cüt “Pioneer” markalı, TS-A699 5R modelli səs gücləndiricini, cəmi dəyəri 140 manat olan bir cüt “Pioneer” markalı, TS-A699 4S modelli səs gücləndiricini, salonun qarşı tərəfində quraşdırılmış cəmi dəyəri 155 manat olan bir ədəd “Pioneer” markalı, DVH-345UB modelli maqnitafonu yerindən sökərək gizli yolla talayaraq, Zərərçəkmiş şəxs 745 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,323 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 16.42 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən 10 saylı məktəbin inzibati binasının yaxınlığında küçədə saxlanılaraq videoçəkilişlə üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,323 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1 maddəsi ilə ona elan olunmuş ittiham üzrə bildirmişdir ki, narkotik vasitələrdən istifadə edib, müalicə alıb, lakin daha sonra yenidən narkotik vasitə istifadə etməyə başlamışdır. Hadisə baş verən zaman anlaqsız vəziyyətdə və narkotik vasitənin təsiri altında olmuş, buna görə də oğurluq əməlini törətmişdir. Əmlakını oğurladığı şəxsə dəymiş zərəri ödəmişdir. Oğurluq edərək əldə etdiyi əmlakı 130 manata satmış və narkotik vasitə almaq üçün gedərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Törətdiyi oğurluq əməlinə görə özünü təqsirli bilir və səmimi peşmandır. Təqsirləndirilən şəxs ittiham edildiyi CM-in 234.1-ci maddəsinə münasibətdə bildirmişdir ki, 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan zaman azadlığın məhdudlaşdırılması cəzasını çəkirmiş və üzərində narkotik vasitə olmamışdır. Belə ki, polis əməkdaşları ona təzyiq göstərərək üzərinə narkotik vasitə qoymağı tələb etmişdir. Bunun üçün ona müxtəlif təzyiqlər göstərilmiş və ona qarşı nalayiq ifadələr işlədilmişdir. Avtomobilini Karvan Ticarət Mərkəzinin yanında yanacağı bitdiyi üçün saxlamış və yanacaq almağa getmişdir. Qayıdarkən avtomobilində polis əməkdaşlarının olduğunu görmüşdür. Polis əməkdaşları avtomobilində ona təzyiq göstərmiş və 3-cü Polis Bölməsinə getirmişlər. Saxlanılan zaman videoçəkiliş aparılmamış, ona təzyiqlər olunduğu üçün əməlini etiraf etmişdir. Bildirmişdir ki, üzərində saxlanılan zaman heç bir narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Sumqayıt şəhəri ərazisində yerləşən Karvan Ticarət Mərkəzinin yanında polis əməkdaşları tərəfindən saxlanılmış, lakin azad edilmiş, bir qədər sonra Sumqayıt şəhəri 10 nömrəli məktəbin yaxınlığında müştərini avtomobilindən düşürdükdən sonra 3-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt üzərində narkotik vasitə olmuş, ona qarşı hər hansı qanunsuzluğa yol verilməmişdir. Hazırda ittham edildiyi hər iki maddə üzrə özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edildi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1 və 177.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Barəsində Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə 02 il 01 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, lakin buna baxmayaraq ayağına qandal vurulmamışdır. X3 ərizəsi əsasında toplanmış material ilə tanış olmuş, mahiyyəti üzrə bildirmişdir ki, özü işsizdir, maddi çətinlikləri çox olur, işlətməyə pulu olmur, özü də narkotik vasitə aludəçisidir, ona görə pula ehtiyacı çox olur. Bir neçə gün bundan əvvəl Sumqayıt şəhəri, 49- cu məhəllə ərazisindən keçən zaman fərdi tikili evin qarşısında saxlanılmış Vaz 2107 markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşının sol arxa qapısının açıq olduğunu görmüşdür. Həmin maşından oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə xx.xx.2025-ci il tarixdə səhər saat 06 radələrində maşının saxlandığı yerə getmiş, ətrafa baxıb heç kimin olmadığını görüb maşının arxa sol qapısını açıb içəri keçib maşında quraşdırılmış 1 ədəd pioner markalı maqnitafonu, 4 ədəd pioner markalı səs gücləndirici və bir ədəd boss markalı səs ötürücünü sökərək özü ilə gətirdiyi sellofan paketə qoyub oradan çıxıb Sumqayıt maşın bazarına özü tək piyada aparmışdır. Bazarda Şəmistan adlı şəxsin işlətdiyi maşın ehtiyat hissələri dükanına yaxınlaşıb Şəmistana əşyaları göstərib özünə məxsus olduğunu və satmaq istədiyini demişdir. Şəmistan əşyalara baxdıqdan sonra oğurladığı əşyaları ümumilikdə Şəmistana 130 manata satmışdır. Həmin 130 manat pulu şəxsi tələbatına xərcləmiş, etdiyi oğurluq barədə heç kimə bildirməmişdir. Bundan başqa iki il olar ki, psixotrop maddə aludəçisidir. Psixotrop maddələrdən iki üç gündən bir çəkməklə istifadə edir. Psixotrop maddəyə olan tələbatını ödəmək üçün müxtəlif yerlərdə, tanımadığı şəxslərdən alıb istifadə edir. Psixi pozuntusu yoxdur, dispanserdə qeydiyyatda deyil, əlilliyi yoxdur. xx.xx.2025-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən 10 saylı orta məktəbin yaxınlığında küçədə tək piyada hərəkət edən zaman bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsində, qəbulunda və üzərində gəzdirməyində şübhəli olduğunu bildirib hüquq və vəzifələrini izah etdikdən sonra üzərinə videoçəkiliş ilə baxış keçirəcəklərini izah etmişlər, o, etiraz etməmiş, bundan sonra üzərində qanunla qadağan edilmiş hər hansı əşyanın olub olmadığını, müsbət halda təqdim etməyini bildirmişlər. Sonra o, əynində olan şalvarın sağ yan kiçik cibindən bir ədəd qızılı rəngli kağız bükümü çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin bükümdə kütlə psixotrop maddə metamfetamindir, həmin gün günorta saatlarında Corat qəsəbəsində olan zaman tanımadığı bir şəxsdən 10 manata almışdır. Sonra həmin kütlə videoçəkiliş altında polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, sonra isə zərfdə qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. Daha sonra onu müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübut ilə birlikdə Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinə gətirmişlər. Bölməyə gəldikdən sonra təhqiqatçı tərəfindən videoçəkiliş ilə ona hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmişdir. Daha sonra da videoçəkilişin müşayiəti ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarışa başlamazdan əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub olmadığı soruşulmuş. O da üzərində qanunla qadağan edilmiş hər hansı bir maddi sübutun olmadığını bildirmişdir. Üzərinə təhqiqatçı tərəfindən şəxs axtarış keçirilmiş. Bundan sonra polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərindən aşkar edilmiş qablaşdırılaraq möhürlənmiş kütlə onu bölməyə gətirən polis əməkdaşları tərəfindən təhqiqatçıya təqdim edilmişdir.Təhqiqatçı tərəfindən möhürlənmiş bağlamaya baxış keçirilmiş, daha sonra yenidən qablaşdırılaraq möhürlənmiş, sonra isə videoçəkiliş dayandırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs məhkəmədən əməlindən peşman olmasını, anlaqsız, yəni narkotik vasitənin təsiri altında olduğunu nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, İsmayıllı rayon, Maçaxı kəndində qeydiyyatda olmaqla yaşayır. Özü Ədliyyə Nazirliyinin Penitensiar xidmətində rejim nəzarətçisi vəzifəsində çalışır. Xidməti ilə əlaqədar Sumqayıt şəhəri, 49-cu məhəllə, 5-ci döngədə yerləşən əmisi oğlu X5 yaşadığı nömrəsiz fərdi evin qarşısında etibarnamə ilə idarə etdiyi Vaz 2107 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxlamışdır. Növbədə olanda həmin maşın 3-4 gün eyni yerdə qalır, növbədən çıxandan sonra isə gəlib maşını götürür. xx.xx.2025-ci il tarixdə saat 06.30 radələrində evdən çıxıb maşına yaxınlaşmış, görmüşdür ki, maşının arxa sol qapısı yarı açıq vəziyyətdədir. Maşının salonuna nəzər yetirmiş, görmüşdür ki, maşının salonundan oğurluq olub. O, bundan sonra hadisə barədə polisə məlumat vermişdir. İfadəyə əlavə olaraq qeyd etmişdir ki, maşının qabaq salonundan bir ədəd pioner markalı maqnitafon, arxa salonundan 4 ədəd pioner markalı səs kalonkaları, bir ədəd arxa oturacağın arxa tərəfindən boss markalı səs tənzimləyici aparatları oğurlanıb. Hazırda ona dəymiş ziyan ödənilmiş, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə təqribən saat 12 radələrində tanımadığı bir şəxs tərəfindən işlədiyi mağazaya yaxınlaşaraq ona bir ədəd pioner markalı maqnitafon, 4 ədəd pioner markalı səs gücləndirici, 1 ədəd Boss markalı səs ötürücü qurğunu satmaq məqsədilə ona təklif etmişdir. Ona əvvəlcə 150 manata satmaq istəmiş, lakin sonra aralarında 130 manata razılaşmışlar, o da həmin əşyaları (avadanlıqları) razılaşdıqları 130 manata almışdır. Həmin avadanlıqları alanda həmin şəxsdən hardan əldə etdiyini soruşduqda, ona özünə məxsus olduğunu, pula ehtiyacı var deyə satdığını bildirmiş, o həmin avadanlıqların oğurluq olmasını bilməmiş, bilsəydi pul verib almazdı. Onu da qeyd etmişdir ki, o, şübhəsindən əmin olmaq üçün həmin şəxsdən şəxsiyyət vəsiqəsini tələb etmiş, həmin şəxs də heç bir narahatlıq keçirmədən şəxsiyyət vəsiqəsini çıxarıb ona vermiş, o da mobil telefonu ilə onun şəxsiyyət vəsiqəsinin şəklini çəkib özünə qaytarmışdır. Bundan sonra çıxıb getmişdir. O, yalnız polisə dəvət olunanda bilmişdir ki, həmin avadanlıqlar oğurluq yolu ilə əldə edilmişdir. Onun 130 manata görə heç bir tələbi, iddiası yoxdur. Eyni zamanda qeyd etmişdir ki, həmin şəxs gələndə tək idi, ilk dəfə idi ki, həmin şəxsi görürmüş, əvvəldən tanımır. İşlətdiyi dükan Sumqayıt şəhərinin çıxacağında yol kənarında yerləşir, avtomobil ehtiyat hissələri satır, eyni zamanda həmin dükan onun özünə məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 16.42 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən 10 saylı məktəbin inzibati binasının yaxınlığında Təqsirləndirilən şəxs saxlamışlar və videoçəkiliş ilə üzərinə baxış keçirilməsinə başlandıqda özü bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm elektron tərəzidə çəkilərək qablaşdırılmış, bundan sonra həmin şəxsin bükümlə birlikdə polis bölməsinə aparılması təmin edilmişdir. Polis bölməsində təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış istintaq hərəkəti həyata keçirilmişdir. Şahid4 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, X7 Ticarət Mərkəzi ərazisində saxlanılmamış, Sumqayıt şəhəri ərazisində yerləşən 10 saylı məktəbin yaxınlığında saxlanılmış, bütün hərəkətlər videoçəkilişlə həyata keçirilmiş, ona qarşı hər hansı qanunsuzluğa yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Yaqubov X6 Malik Eldar oğlunun ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. İbtidai istintaq müddətində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edildi. O, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 16.42 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən 10 saylı məktəbin inzibati binasının yaxınlığında küçədə bir nəfər şəxsin tək hərəkət etdiyini görüb, ona yaxınlaşmışlar, polis əməkdaşları olduqlarını bildirib həmin şəxsə özünü təqdim etməsini bildirmişlər, həmin şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs saxlamaqda məqsədlərini izah etmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər, Təqsirləndirilən şəxs etiraz etməmiş. Sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan kiçik cibindən bir ədəd qızılı rəngli kağıza bükülmüş kütləni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə patı deyilən psixotrop maddə metamfetamindir, həmin bir bükümdə olan kütləni günorta radələrində Corat qəsəbəsində olan zaman tanımadığı bir şəxsdən 10 manata almışdır. Sonra həmin kütlə videoçəkiliş altında elektron tərəzidə çəkilmiş, çəkisinin 0,36 qram olması müəyyən olunmuş, ağ rəngli zərflə qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. Təqsirləndirilən şəxs sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübut ilə birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirmişlər. Bölməyə gəldikdən sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və qablaşdırlmış psixotrop maddəyə bənzər kütlə videoçəkiliş altında təhqiqatçıya təqdim olunmuş. Həmin təqdim edilən zərfə təhqiqatçı tərəfindən baxış keçirilmiş. Sonra isə videoçəkiliş dayandırılmışdır. Bu barədə protokol tərtib edilmiş və imzalanmışdır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs aldığı psixotrop maddələrin mənbəyinin müəyyən edilməsi və Təqsirləndirilən şəxs özünün psixotrop maddəni satıb-satmamasının müəyyən olunması üçün əməliyyat tədbirləri davam etdirilir. Cinayət işinin 21-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə həmin tarixdə saat 16:42 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 60-61-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 110-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə həmin tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 124-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 50-51-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin 72-73-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işini birləşdirilmiş və ********* nömrə altında istintaq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindan həmin Məcəllənin 234.1 və 177.1-ci maddələrinə tövsif olunmuşdur. Cinayət işinin 142-143-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa dəyişiklik edilməklə ona Cinayət Məcəlləsinin 234.1 və 177.1-ci maddələri ilə yenidən ittiham olunmuşdur. Cinayət işinin 160-165-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay, 29 gün müddətinə, yəni xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 8-9-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan göründüyü kimi, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 16.42 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən 10 saylı məktəbin inzibati binasının yaxınlığında küçədə saxlanmış, saxlamaqda məqsədlərini, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər, Təqsirləndirilən şəxs etiraz etməmiş, sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan kiçik cibindən bir ədəd qızılı rəngli kağıza bükülmüş kütləni çıxarıb polis əməkdaşlarına təqdim etmiş. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə “ patı” deyilən psixotrop maddə metamfetamindir, həmin bir bükümdə olan kütləni günorta radələrində Corat qəsəbəsində olan zaman tanımadığı bir şəxsdən 10 manata almışdır. Sonra həmin kütlə videoçəkiliş altında polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisinin 0,36 qram olması müəyyən olunmuş, ağ rəngli zərflə qablaşdırılaraq möhürlənmiş və imzalamışlar. Daha sonra Təqsirləndirilən şəxs sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübut ilə birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirmişlər. Cinayət işinin 29-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli təqdim olunan əşyaya baxışın keçirilməsi və götürmə haqqında protokoldan göründüyü kimi, bölməyə gəldikdən sonra təhqiqatçı tərəfindən videoçəkiliş ilə hüquq və vəzifələri izah edilmiş və müdafiəçi təqdim edilmişdir. Daha sonra da videoçəkilişin müşayiəti ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində şəxsi axtarışa başlamazdan əvvəl ona üzərində qanunla qadağan olunmuş maddi sübutun olub olmadığı soruşulmuş. Təqsirləndirilən şəxs da üzərində qanunla qadağan edilmiş maddi sübutun olmadığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxs axtarış keçirilmiş. Qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərindən aşkar edilmiş içərisində ağ rəngli, kristal şəkilli maddə olan möhürlənmiş bağlamaya təhqiqatçı tərəfindən baxış keçirilmiş, daha sonra isə videoçəkiliş dayandırılmışdır. Cinayət işinin 37-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə kimyəvi ekspertizasının 3-16-16\2-20\506\2025 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Arayışlar üçün № 127” möhür əksi, “ Şübhəli şəxs \imza İsmayılzadə S; müdafiəçi \imza\ Abbasov Q; Təhqiqatçı \imza\ Araz Əliyev; İştirakçılar: 1. \imza\ Şahid2; 2. \imza\ Şahid4; Videoçəkilişi edən şəxs. \imza\ Şahid3” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,323 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi 0,323 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,273 qram. Cinayət işinin 36-cı vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertiza xərcləri 60 (altmış) manat təşkil edir. Cinayət işinin 64-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli DVD diskə baxış keçirilməsi barədə protokoldan göründüyü kimi, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 16.42 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən 10 saylı məktəbin inzibati binasının yaxınlığında küçədə saxlanmış, polis əməkdaşları özlərini təqdim etmiş, saxlamaqda məqsədlərini izah etmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər, Təqsirləndirilən şəxs etiraz etməmiş, sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan kiçik cibindən bir ədəd qızılı rəngli kağıza bükülmüş kütləni çıxarıb polis əməkdaşlarına təqdim etmiş. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə “ patı” deyilən psixotrop maddə metamfetamindir, həmin bir bükümdə olan kütləni günorta radələrində Corat qəsəbəsində olan zaman tanımadığı bir şəxsdən 10 manata almışdır. Sonra həmin kütlə videoçəkiliş altında polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisinin 0,36 qram olması müəyyən olunmuş, ağ rəngli zərflə qablaşdırılaraq möhürlənmiş və imzalamışlar. Daha sonra Təqsirləndirilən şəxs sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübut ilə birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirmişlər. Bölməyə gəldikdən sonra təhqiqatçı tərəfindən videoçəkiliş ilə hüquq və vəzifələri izah edilmiş və müdafiəçi təqdim edilmişdir. Daha sonra da videoçəkilişin müşayiəti ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində şəxsi axtarışa başlamazdan əvvəl ona üzərində qanunla qadağan olunmuş maddi sübutun olub olmadığı soruşulmuş. Təqsirləndirilən şəxs da üzərində qanunla qadağan edilmiş maddi sübutun olmadığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxs axtarış keçirilmiş. Qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərindən aşkar edilmiş içərisində ağ rəngli, kristal şəkilli maddə olan möhürlənmiş bağlamaya təhqiqatçı tərəfindən baxış keçirilmiş, daha sonra isə videoçəkiliş dayandırılmışdır. Cinayət işinin 67-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,323 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, aparılmış kimyəvi tədqiqatlardan sonra 0,273 qram qalıq çəkisi məhkəmənin hökmünə qədər Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı videogörüntüləri özündə əks etdirən 02 ədəd disk maddi sübut kimi tanınmışdır. Cinayət işinin 80-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan göründüyü kimi, xx.xx.2025-ci il tarixdə səhər saat 06 radələrində Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisi, 5-ci döngədə yerləşən nömrəsiz fərdi evin qarşısında dayanmış vəziyyətdə olan vətəndaş Zərərçəkmiş şəxs məxsus Vaz 2107 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan oğurluq olmuşdur. Bu barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin 96-cı vərəqəsində olan xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin məktubunda oğurlanmış avadanlıqların hazırki işlənmiş vəziyyətdə qiymətləri aşağıdakı kimi göstərilmişdir. “Pioneer” markalı, DVH-345UB modelli maqnitafon-155 AZN, “Boss” markalı, 1000 vatlıq gücləndirici- 295 AZN, bir cüt “Pioneer” markalı, TS-A699 5R modelli səs gücləndirici- 155 AZN, bir cüt “Pioneer” markalı, TS-A699 4S modelli səs gücləndirici- 140 AZN. Təqdim olunan avadanlıqların ümumi dəyəri 745 manat təşkil edir. Cinayət işinin 175-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli DİN-in BƏSİİ-dən əldə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə 02 il 01 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işinin 180-184-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli Sumqayıt şəhər Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törtəməkdə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdəsaxlanıldığı 26 gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılmış və üzərində 02 il 01 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 171-172-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs məxsus avtomobildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl barmaq izi DİN-nin KTİ-nin ADİS-in və İAMAS-ın məlumat bankında olan şəxslərin əl barmaq əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl barmaq izi (ADİS məlumat bankında olan) xx.xx.2003-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin baş barmaq əksi (arxa sol qapı üzərindən götürülmüş 1 nömrəli iz) ilə eynilik müəyyən edilmişdir. Cinayət işinin 185-ci vərəqəsində olan AR ƏN PX-nin xx.xx.2025-ci il tarixli 3-16-21\2- 68946\2025 saylı məktubundan göründüyü kimi, Təqsirləndirilən şəxs izlənməsi mümkün olmadığından coğrafi yerdəyişməsinə dair məlumatın təqdim edilməsi imkan xaricindədir. Cinayət işinin 186-187-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 4293 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 194-202-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə ilkin yoxlama materialları, şahid ifadələri, Təqsirləndirilən şəxs etirafedici ifadəsi, kimyəvi ekspertizanın xx.xx.2025-ci il tarixli 20\506 saylı rəyi, narkoloji ekspertizanın xx.xx.2025-ci il tarixli 4293 saylı rəyi, xx.xx.2025-ci il tarixli əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol, xx.xx.2025- ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokol, DVD diskə baxış keçirilməsi barədə protokol, xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokol, xx.xx.2025- ci il tarixli təqdim etmə və götürmə haqqında protokol, xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin məktubu, DİN-nin KTİ-nin ADİSin və İAMAS-ın məlumat bankının xx.xx.2025-ci il tarixli məktubu sübut növü kimi tanınmışdır. İş üzrə 02 ədəd DVD formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən xx.xx.2025-ci il tarixli qərarla maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmış bir ədəd “Pioneer” markalı, DVH-345UB modelli maqnitafon, bir ədəd “Boss” markalı, 1000 vatlıq gücləndirici, bir cüt “Pioneer” markalı, TS-A699 5R modelli səs gücləndirici, bir cüt “Pioneer” markalı, TS-A699 4S modelli səs gücləndirici maddi sübut kimi tanınmış, zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmışdır. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,323 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, aparılmış kimyəvi tədqiqatlardan sonra 0,273 qram qalıq çəkisi məhkəmənin hökmünə qədər Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, hökm xx.xx.2024-cü il tarixində qanuni qüvvəsini alaraq icra edilməsi üçün xx.xx.2024-cü il tarixində Sumqayıt şəhər Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində probasiya nəzarətinə götürülmüş (icra məmuru Ruslan Axundov). Cəza müddətinin sonu 28 oktyabr 2026-cı il tarixi müəyyən edilmişdir. Məhkum Təqsirləndirilən şəxs təkrar cinayət əməli törətdiyinə görə Sumqayıt şəhər məhkəməsinin 4(060)-179/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə həbs edilmiş, həbsetmənin əvvəli 19 iyun 2025-ci il tarixindən hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzasının 09 (doqquz) ay hissəsini çəkmiş, 01 (bir) il 04 (dörd) ay 08 (səkkiz) gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs onun törətdiyi cinayət əməlləri tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 234.1 və 177.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməməsi, lakin yekunda ittiham edildiyi hər iki maddə ilə təqsirli bilməsi ziddiyyətli ifadələr kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ə Təqsirləndirilən şəxs ilkin olaraq CM-in 234-ci maddəsi ilə özünü təqsirli bilməməsi barədə qeyd etdikləri tədqiq olunmuş digər cinayət işi materialları ilə təkzib olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1 və 177.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və dəymiş ziyanın tamamilə ödənilərək zərərçəkmiş şəxslə barışıq əldə olunmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 177.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzaları təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla ona cəza təyin edilməlidir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 04 (dörd) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 8 (səkkiz) ay, 4 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası CM-in 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 iyun 2025-ci il tarixdən 19 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmalıdır. Belə ki, cinayət işindən görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2025-ci il tarixində CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və 19 iyun 2025-ci il tarixində MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, həmin gün CM-in 177.1-ci maddəsi ilə yenidən şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 4293 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,273 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 177.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 04 (dörd) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 08 (səkkiz) ay, 04 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 iyun 2025-ci il tarixdən 19 iyun 2025-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 iyun 2025-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,273 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə ümumilikdə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-641/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-641/2025
15.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver