Məhkəmə qərarları › İş №1(060)-642/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-642/2023

21.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-642/2023 21.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxx 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, evli, ali təhsilli, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1B, mənzil 111də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İş üzrə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,642 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 02 aprel 2023cü il tarixdə, saat 13:50-də Sumqayıt ŞPİ-nin CAŞ-nın əməkdaşlarının Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Elmar” marketin dairəsinin yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmiş və Pİ-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümün içərisindən 0,642 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, bədənində ağrılar olduğu üçün o, bir müddətdir ki, narkotik vasitələrdən istifadə edirmiş. Belə ki, xx.xx.2023-cü il tarixdə gunorta saatlarında Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən “Elmar” marketin yaxınlığında olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmış və narkotik vasitələrin qəbulu va üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək onu araşdırma aparılmasından ötrü Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Polis idarəsində xidməti otaqların birində müdafiəçinin iştirakı ilə, eyni zamanda video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, lakin şəxsi axtarış keçirilməmişdən öncə üzərində hər-hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş nə varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynində olan gödəkçəsinin cibindən 01 ədəd mobil telefonu, əynində olan şalvarın cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümü təqdim etmişdir. Həmin büküm açılmış və içərisində narkotik vasitə olan heroin olduğu aşkar edilmişdir. Sorğu zamanı o, təqdim etdiyi narkotik vasitəni 01 aprel 2023-cü il tarixdə Masazır qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadə üçün 15 manata aldığını və üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş həmin büküm elektron tərəzidə çəkilmiş və xüsusi qaydada qablaşdırılmışdır. Hazırda o, etdiyi əməldən peşman olduğunu və qardaşının ankoloji ağır xəstə olduğunu nəzərə alaraq ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-da baş əməliyyat müvəkkili Şahid1 Zellabdin oğlu ifadəsində göstərmişdir ki, 02 aprel 2023-cü il tarixində Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1B, mənzil 111-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə məlumat daxil olmuş və əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu təşkil edilmişdir. Həmin gün saat 13:50 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Elmar” marketin yaxınlığında saxlanılmış və özlərini təqdim etdikdən sonra, ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlamada şübhəli bilindiyini bildirmişlər. Saxlanma yerində adam çox olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsi mümkün olmadığından Təqsirləndirilən şəxs özləri ilə birlikdə xidməti avtomobillə Sumqayıt ŞPİ-nə gətirilmışlər. İdarədə xidməti otaqların birində müdafiəçinin iştirakı ilə, eyni zamanda videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək ilk öncə ona üzərində qanunsuz hər hansı predmet və ya əşya varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxararaq təqdim etmiş və həmin büküm açılan zaman içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddənin olduğu aşkar edilmişdir. Sorğu zamanı o, həmin bükümün içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu və tutulmamışdan bir gün öncə Masazır qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15-16 manata aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,75 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhəri Pİ-nin CAŞ-nın kiçik inspektorları X1 və Şahid3 məhkəmə iclasında dindirilmiş Şahid1 Zellabdin oğlu ilə oxşar məzmunlu ifadələr vermişlər. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 03 aprel 2023-cü il tarixli 6/1936 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində ”Azərbaycan Respublikası DİN Zərflər üçün №124” dairəvi möhür əksi olan, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,642 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 09 iyun 2023-cü il tarixli 3624 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Binəqədi rayon Məhkəməinin xx.xx.2005ci il tarixli hökmünə əsaəsən Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il islah işləri cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 315.1, 62-ci maddələri ilə təqsirli bilinərək 01 il islah işləri cəzasına məhkum edilmiş, Yasamal rayon Məhkəməsinin xx.xx-2011-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il azadıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə vaxtndan əvvəl şərti azad edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1, 67.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 01 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay müddətinə azaldılıb, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nizami rayon Məhkəməsinin qərarı ilə cəzası 04 ay 05 gün hissəsi vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2018-ci ildə cəzasını çəkib qurtarmış, Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzasdan azad edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir və əməlində cinayətlərin residivi yoxdur. İş materiallarında olan TƏBİB “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi 2 nömrəli xəstəxana poliklinika şöbəsi tərəfindən verilmiş 20 dekabr 2022-ci il tarixli 345 saylı arayışdan görünür ki, Rizvanov Bəhram Əmirhüseyn oğlu 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin kardioloji kabinetində “ÜİX.Gərginlik stenokardiyası İİİ f.s.İnfarktdan sonrakı kardioskleroz. Stent implantasiyasından sonrakı vəziyyət.(2015)” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan TƏBİB “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi 2 nömrəli xəstəxana poliklinika şöbəsi tərəfindən verilmiş 12 dekabr 2022-ci il tarixli 336 saylı arayışdan görünür ki, Rizvanov Bəhram Əmirhüseyn oğlu 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin onkoloji kabinetində “Enən çənbər bağırsağın dalaq əyriliyi Cr-i İV mərhələ.pT4aN1M1.Qaraciyərə MTS.” Diaqnozu ilə dispanser qeydiyyatdadır. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dindirib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilən sübutlara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Belə ki, məhkəmə istintaqı zamanı sübut olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,642 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 02 aprel 2023-cü il tarixdə, saat 13:50-də Sumqayıt ŞPİ-nin CAŞ-nın əməkdaşlarının Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Elmar” marketin dairəsinin yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmiş və Pİ-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümün içərisindən 0,642 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən hərəkəti ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası hədləri daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, qardaşının onkolji, atasının isə kordioloji ürək xəstəliyinin olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Həmçinin, məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 aprel 2023-cü il tarixdən 21 iyul 2023-cü il tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Təyin edilmiş cəzanı təqsirləndirilən şəxs yaşadığı yer üzrə çəkməlidir. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmənin əvvəli təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəməm iclas zalından dərhal həbsdən azad edilməli, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam tədbiri seçilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,592 qram təşkil edən narkotik vasitə heroin qanuna müvafiq qaydada məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 65 (altmış beş) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD-R” disk cinayət işində saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 aprel 2023cü il tarixdən 21 iyul 2023-cü il tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəməm iclas zalından dərhal həbsdən azad edilsin, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,592 qram təşkil edən narkotik vasitə heroin qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 65 (altmış beş) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD-R” disk cinayət işində saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar