Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-643/2024 11.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2004-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Sumqayıt şəh., 6-cı mkr, ev 35K, mən 11 ünvanında Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun sol bazu nahiyəsinə yumruq zərbələri ilə bir neçə dəfə vurmaqla ona sol bazu-çiyin oynağı nahiyəsinin hərəkət məhdudluğu ilə müşayiət olunan, dərialtı hematoması xəsarətinin yaranması ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 128-ci maddəsi ilə təqsirli bilərək qeyd etdi ki, anası ilə atası 2013-cü ildə boşandıqdan sonra o və bacısı anası ilə birlikdə yaşayır. 2022-ci ilin oktyabr ayında o, hərbi xidmətə getmiş və 2024-cü ilin aprel ayında hərbi xidmətdən qayıtmışdır. Qayıtdıqdan sonra heç bir iş tapa bilməmişdir və gündəlik xərclərini anası ödəyir. Anası ilə bununla bağlı tez-tez mübahisələri yaranır. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində yaşadıqları evin mətbəxində olan zaman anası ilə yenə işlə bağlı mübahisələri yaranmışdır. O, anasının onunla kobud danışmasından əsəbləşərək anasının sol çiyin nahiyəsinə bir neçə dəfə zərbə endirmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Zərərçəkmiş şəxs ilə barışdığını, dəymiş ziyanı ödədiyini, özünü təqsirli bildiyini qeyd edərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs 10 iyul 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək ilkin təhqiqat dövründə vermiş olduğu ərizəsini təsdiq etdiyini, Murad ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayəti və tələbi olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ilkin araşdırma dövründə verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş izahatından görünür ki, 2013-cü ildə əri Raufdan ayrıldıqdan sonra oğlu Təqsirləndirilən şəxs və qızı Dürxanım Eyvazova onunla birlikdə yaşayırlar. Murad 2024-cü ilin aprel ayında hərbi xidməti başa vurub geri qayıtmışdır. O, geri qayıtdıqdan sonra davranışlarında, düşüncəsində xoşagəlməz dəyişikliklər baş vermişdir. Murad hər şeyə görə onunla mübahisə etmişdir. Murad özü işləmir və bütün xərclərini o, ödəyir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində yaşadıqları evdə olan zaman Murad ilə yenə də sonuncunun işləməməsi ilə bağlı mübahisələri yaranmışdır. Həmin mübahisə zamanı yaşadıqları mənzilin mətbəxində Murad onun üzərinə gələrək sol çiyin nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi ilə vuraraq ona qarşı nalayiq ifadələr işlətmişdir.. O da 102 xidmətinə zəng edib Murad barəsində şikayət etmişdir. Aralarında münaqişə təxminən 5 dəqiqə davam etmişdir. Münaqişə zamanı mənzildə yalnız o və Rauf olmuşdur. Qızı Dürxanım bir neçə müddətdir ki, Gürcüstan respublikasındadır. Münaqişə zamanı Murada hər hansı müqavimət göstərməmişdir İş materiallarında olan AR SN-nin MTE və PAB X5 xx.xx.2024-cü il tarixli, 1020 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol bazu-çiyin oynağı nahiyəsinin hərəkət məhdudluğu ilə müşayiət olunan, dərialtı hematoması, sol bazunun qançırı. Qeyd oluan xəsarətlər küt əşyanın təsirindən yaranmışdırlar, qərarda göstərilən vaxtda və şəraitdə, yən xx.xx.2024-cü il tarixdə əl ilə yetirilə bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa “YÜNGÜL” zərərvurmaya aiddir.(i.v.13-17). Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. ( i.v.17-18) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.38) Beləliklə, Təqsirləndirilən şəxsin verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli CM-nin 128ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvələr CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR NK-nin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Qasımlı X3 Murad Rauf oğluna məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-643/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-643/2024
11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver