Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-646/2021 25.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştiraklarları ilə, Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında xx.xx.1986-cı ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Füzuli rayonu, Kürtlər kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 12-ci mkr/n, X2 1005, bina 8 (742), mənzil 12 ünvanında yaşayan ünvanında yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02.09.2021-ci il tarixdə saat 16:00 radələrində Sumqayıt şəhəri, 12-ci mikrorayon, X2 – 1005, bina 744, mənzil 3 ünvanında məişət münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı yoldaşı X1 yumruq zərbələri ilə vuraraq sonuncuya burun tənəffüsünün pozulması ilə müşayət olunan burun sümüyünün distal 1/3-nin yerdəyişmiş qapalı sınığı, sağ və sol göz ətrafının burun belinin qançırları, burunun yumşaq toxumalarının şişkinlik fonunda əziyi kimi və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid olan xəsarətlər yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ilin noyabr ayının 16-da Zərərçəkmiş şəxs ilə ailə qurmuş, ailə qurmaqlarına baxmayaraq aralarında rəsmi nigah bağlanılmayıbdır. Birgə yaşadıqları müddətdə bir oğlan övladları dünyaya gəlmişdir.Birgə yaşadıqları müddətdə aralarında mübahisələr olsa da, dava-dalaşa çevrilməyibdir. 2020-ci ilin iyunun 1-də Hürzad onunla yaşamaq istəmədiyini bildirib birgə yaşadıqları ünvandan çıxaraq öz anasının yaşadığı ünvana getdi. Buna baxmayaraq o, daimi onun yanına gedib uşağıyla görüşmüşdür. O, 02.09.2021-ci il tarix saat 15:55 radələrində körpə uşağını görmək ücün yoldaşının anası ilə birlikdə yaşadıqları ünvana getdi və həmin ünvanda körpə uşağını qucağında oynadarkən Hürzad “hər dəfə sən kimlərləsə harasa gedirsən, hər dəfə məni şərləyirsən" sözlərini ona dedi və o bu sözə görə ona irad tutub “sənə nə dəxli var, kimlə, hara gedirəm” deyib ona cavab verdi və bu zəmində aralarında mübahisə düşdü. O, mübahisə zamanı qucağında olan körpə uşağını divanın üzərinə qoyanda yoldaşı uşağın oyuncağını ona atdı və üstünə hansısa küt alətlə gələndə yumruqla Hürzadın burun, baş və alın nahiyyələrindən vurdu, həmin zaman keçmiş qayınanası Fəridə onların arasına girdi və Hürzadı vuranda atdığı zərbə Fəridənin kürəyinə dəydi, bundan sonra onlar onu evdən bayıra çıxartdılar. Bir qədər keçmiş həyətdə olanda onların körpə uşaqla birlikdə həyətə düşdüklərini görüb onlara yaxınlaşıb hara getdiklərini soruşanda yenidən aralarında mübahisə düşdü və nəticədə oradan uzaqlaşıb getdilər. O, qeyd etdi ki, həmin mübahisə zamanı körpə uşağını vurmamış və yerə çırpmamışdır. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ilin noyabr ayının 16-da Təqsirləndirilən şəxs ilə ailə qurmuş, ailə qurmaqlarına baxmayaraq aralarında rəsmi nigah bağlanılmayıbdır. Birgə yaşadıqları müddətdə bir oğlan övladları dünyaya gəlmişdir. Birgə yaşadıqları müddətdə o, bir neçə dəfə onu döyüb incitmiş, o isə ondan bir necə dəfə polisə şikayət etmişdir. Artıq onunla birgə yaşamaq mümkün olmadığından 2020-ci ilin iyunun 1-də ondan ayrılmış və öz cehizlərini birgə yaşadıqları ünvandan çıxardaraq hazırkı yaşadığı ünvana gətirmişdir. 02.09.2021-ci il tarixdə saat 15:55 radələrində körpə uşağı və anası Fəridə evdə olan zaman evin qapısı döyüldü. O, uşağa yemək verirdi və anası qapını açanda Namiq içəri daxil olub "sən mənə şər atırsan, mənim başımı xarab edirsən, məni əsəbləşdirirsən" sözlərini bildirib onunla mübahisə etməyə başladı, körpə uşağı qucağında ola-ola o, yumruq zərbələri ilə onun alnından, burnundan, başından, sağ qolundan vurmağa, sinəsini cırmaqlamağa başladı, bundan sonra o, onu vurmağa davam edəndə anası Fəridə onların arasına girdi və onun atdığı yumruq zərbəsi anasının’ kürəyinə dəydi, sonra onlar bir təhər onu evdən bayıra çıxartdılar. Anası Fəridə 102 Xidmətinin zəng mərkəzi sisteminə zəng edib Namiqin onu döyməsi barədə məlumat verdi. Bundan sonra polisə getmək ücün o, körpə uşağı və anası evdən çıxıb həyətə düşəndə həyətdə Namiq bizə yaxınlaşıb ünvanımıza nalayiq söyüşlər söydü və nəticədə onlar oradan uzaqlaşdılar. Hal-hazırda onlar barışmışlar. Ona görə də, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertizasının 03.09.2021-ci il tarixli, 1182 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər – burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün distal 1/3-nin yerinidəyişmiş qəlpəli sınığı, burun belinin qançırları, burun yumşaq toxumalarının şişkinlik fonunda əziyi vardır. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, Törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla 02.09.2021-ci il tarixdə qərarən təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, öz-özünə yetirilməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur və iş üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-646/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-646/2021
25.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver