Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-646/2023 26.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1979-cu ildə, Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Corat bağlar massivi, fərdi evdə yaşayan, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 0,605 qram narkotik vasitə heroin əldə edib daşıyaraq saxlamış, 29 mart 2023-cü il tarixdə saat 09 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində Məhsəti Gəncəvi küçəsindəki yaşayış massivində yerləşən yarım tikilinin yaxınlığında saxlanılaraq Sumqayıt şəhəri 8-ci mikrorayon ev 18/5-də yerləşən 1-ci Polis Bölməsinin inzibati binasına gətirilib həmin tarixdə saat 10:05-də orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş halda bir ədəd bükümdə 0,605 qram həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 0.645 qram kustar üsulla hazırlanmış, narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-ci il tarixdə saat 19.30-da ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 8-ci mikrorayon, Ağa Quliyev küçəsində 47 saylı bağçanın yaxınlığında saxlanılmış və Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0.645 qram kustar üsulla hazırlanmış, narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, 28 mart 2023-cü il tarixdə şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərinə getmişdir. Axşam saatlarında Bakı şəhərində “Şamaxinka” deyilən yerə gedərək Sumqayıt şəhərinə qayıtmaq istəmişdir. Həmin yerdən Sumqayıt şəhərinə gedən taksilərə minmək istəmişdir. Həmin vaxtı bir nəfər şəxs ona təsadüfən yaxınlaşmışdır. Həmin şəxs də Sumqayıt şəhərinə gedəcəyini bildirmişdir. Onunla söhbət zamanı narkotik vasitə satdığını bilmişdir. O, bədənində olan ağrıları kəsmək üçün narkotik vasitəni əldə edib qəbul etmək istəmişdir. Ona görə də həmin şəxsdən ona 10 manatlıq heroin (kakos) verməsini bildirmişdir. Həmin şəxs də üzərində olan bir ədəd bükümdə 10 manatlıq heroini ona vermişdir. Bundan sonra həmin şəxs ondan uzaqlaşıb getmişdir. O, da taksi avtomobilinə minib Sumqayıt şəhərinə qayıtmışdır. Səhəri gün 29 mart 2023-cü il tarixdə, saat 09 radələrində Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində yerləşən Məhsəti Gəncəvi küçəsindəki yaşayış massivinə gedərək heç kimin olmadığı yerdə narkotik vasitəni qəbul etmək istəmişdir. Həmin ərazidə yerləşən yaşayış olmayan fərdi yarım tikilinin yaxınlığında olan zaman saat 09 radələrində mülki paltarda olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları olduqlarını və üzərində narkotik vasitə gəzdirməyi barədə məlumat aldıqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitə olduğunu soruşduqda o, polislərə üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu xidməti avtomobil ilə Sumqayıt ŞPİ-nin 1-ci Polis bölməsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O da buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilən zaman əynindəki olan qara rəngli gödəkçənin sol yan cibində saxladığı gümüşü rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli kütləni çıxararaq təqdim etmişdir. Polis əməkdaşlarına üzərindən aşkar olunan kütlənin narkotik vasitə heroin olduğunu, ona məxsus olduğunu və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Polis əməkdaşları həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda həmin narkotik vasitəni tutulmazdan bir gün əvvəl Bakı şəhərində "Şamaxinka” deyilən yerin yaxınlığında tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş narkotik vasitə heroin elekton tərəzidə çəkilmiş və 0,7 qram olması müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş, o da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bundan başqa, o, xx.xx.2023-cu il tarixdə, təxminən saat 19:30 radələrində Sumqayıt şəhəri 8-ci mikrorayon, Ağa Quliyev küçəsində 47 saylı bağçanın yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Belə ki, polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib onu PB-nə dəvət etmişlər. PB-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona vəkil təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan tünd boz rəngli cins şalvarının qabaq sağ yan cibində saxlamış olduğu 1 ədəd şəffaf sellofan büküm aşkar olunmuşdur. Həmin büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar olunmuş maddə narkotik vasitə olan heroindir, həmin maddəni Bakı şəhəri, 20 Yanvar metrosunun yanında dairənin yaxınlığında tanımadığı şəxsdən bu gün səhər saatlarında 20 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan büküm tərəziyə qoyulub çəkilmiş, qablaşdırılaraq möhürlənmişdir. O, ümumiyyətlə narkotik vasitə alqısatqısı ilə məşğul olmamış, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmiş, təhqiqatçısı tərəfindən üzərində şəxsi axtarış keçirilməzdən öncə polis əməkdaşları onun üzərinə saxlanıldığı yerdə baxış keçirməmişlər, üzərindən aşkar olunan narkotik vasitəni özü istifadə etmək məqsədilə üzərində gəzdirmiş, həmin narkotik vasitədən kiməsə satmaq və ya pay vermək kimi bir niyyəti olmamışdır. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Əvvəllər İİ qrup əlil olmuşdur, hazırda əliiliyi yoxdur, 2 azyaşlı uşağı vardır. Barəsində həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi özünün təsdiqedici ifadələri ilə yanaşı, şahid ifadələri, məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə də tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin kiçik inspektoru Şahid1 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlanılması və istifadəsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-də baş əməliyyat müvəkkili Şahid2 və ondan ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin gün, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yarım tikili fərdi evin yanında olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 10:05də əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yarım tikili fərdi evin yanında olan zaman əlamətləri Təqsirləndirilən şəxs əlamətlərinə oxşayan bir nəfər şəxsi görüb onu saxlamışlar, özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlanılmasında və istifadəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra üzərində şəxsi axtarış aparılması üçün Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət olunmuş və o, heç bir etiraz etməmiş və onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PBnə getmişdir. PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkiliş və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş, o da heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və vəkil təqdim olunmuşdur. Vəkil və iştirakçıların iştirakı ilə videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması, olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd qara rəngli gödəkçənin sol yan cibində saxlamış olduğu 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş kütləni təqdim etmiş, həmin büküm təhqiqatçı tərəfindən açılmışdır. Həmin bükümün içərisində spesifik iyə malik “heroin" olan narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı, Təqsirləndirilən şəxs ondan aşkar olunan maddənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri, “Şamaxinka" deyilən yerdə tanımadığı şəxsdən 10 (on) manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə elektron tərəziyə qoyulub çekilən zaman həmin maddənin çəkisinin sellofan ilə birlikdə 0,7 qram olması müəyyən olunmuş və aşkar olunmuş həmin bükümdə olan maddə qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən həmin protokol imzalarla təsdiq edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-də polis leytenantı rütbəsində, əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, o cümlədən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis leytenantı Şahid4 ibarət əməliyyat qrupu təşkil etmişlər. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 8-ci mkr., Ağa Quliyev küçəsində 47 saylı bağçanın yaxınlığında olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 19:30-da əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 8-ci mkr., Ağa Quliyev küçəsində 47 saylı bağçanın yaxınlığında olan zaman əlamətləri Təqsirləndirilən şəxs əlamətlərinə oxşayan bir nəfər şəxsi görüb onu saxlamışlar, özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlanılmasında və istifadəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra üzərində şəxsi axtarış aparılması üçün Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət olunmuş və o, heç bir etiraz etməmiş və onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getmişdir. PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkiliş və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş, o da heç bir etirazının olmadığını bildirmişdir. Vəkil və iştirakçıların iştirakı ilə videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması, olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və yaxud maddi sübut olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf sellofan bükümü aşkar olunmuşdur. Həmin büküm təhqiqatçı tərəfindən açılmış, bükümün içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan “heroin” bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı, Təqsirləndirilən şəxs ondan aşkar olunan maddənin narkotik vasitə olan heroin olduğunu, həmin maddəni Bakı şəhəri, 20 Yanvar metrosunun yanında dairənin yaxınlığında tanımadığı şəxsdən 20 (iyirmi) manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə elektron tərəziyə qoyulub çekilən zaman həmin maddənin çəkisinin şəffaf sellofan büküm ilə birlikdə 0,74 qram olması müəyyən olunmuş və aşkar olunmuş həmin bükümdə olan maddə qablaşdınlaraq möhürlənmişdir. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən həmin protokol imzalarla təsdiq edilmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis leytenantı Şahid4 eyni məzmunlu ifadə verərək digər Şahid3 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 09:00-da Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində fərdi yarımtikilinin yanında tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, Video çəkilişə baxdıqda Sumqayıt ŞPİ-nin Sumqayıt ŞPİ-nin 1-ci PB-nə xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkiliş və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı izah olunur, o da heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və onun öz istəyi ilə seçdiyi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 təqdim olunur. Vəkil və iştirakçıların iştirakı ilə videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olubolmaması, olduğu halda təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd qara rəngli gödəkçənin sol yan cibində saxlamış olduğu 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş kütləni təqdim edir, həmin büküm təhqiqatçı tərəfindən açılır. Həmin bükümün içərisində spesifik iyə malik “heroin” olan narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən edildir. Sorğu zamanı, Təqsirləndirilən şəxs ondan aşkar olunan maddənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri, “Şamaxinka” deyilən yerdə tanımadığı şəxsdən 10 (on) manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini deyir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə elektron tərəziyə qoyulub çekilən zaman həmin maddənin çəkisinin sellofan ilə birlikdə 0,7 qram olması müəyyən olunur və aşkar olunmuş həmin bükümdə olan maddə ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdınlaraq Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürlənir. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunur və iştirakçılar tərəfindən həmin protokol imzalarla təsdiq edilir. Məhkəmə iclasında diskdəki görüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/1798 saylı, xx.xx.2023cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №125” dairəvi möhür əksi olan, “Şübhəli şəxs: imza (Təqsirləndirilən şəxs)” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,605 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,605 qram heroin maddi sübut kimi tanınmış və kağız paketə qablaşdırılmış tədqiqatdan sonra qalıq qalmış 0,555 qram heroin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:30 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon, Ağa Quliyev küçəsində 47 saylı bağçanın yaxınlığında tutulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan “Şəxsi axtariş keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, Video çəkilişə baxdıqda Sumqayıt ŞPİ-nin Sumqayıt ŞPİ-nin 1-ci PB-nə xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkiliş və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı izah olunur, o, da heç bir etirazının olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və onun öz istəyi ilə seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 təqdim olunur. Vəkil və iştirakçıların iştirakı ilə videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olubolmaması, olduğu halda təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və yaxud maddi sübut olduğunu bildirir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf sellofan bükümü aşkar olunur. Həmin büküm təhqiqatçı tərəfindən açılır, bükümün içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan “heroin” bənzər maddənin olduğu müəyyən edilir. Sorğu zamanı, Təqsirləndirilən şəxs ondan aşkar olunan maddənin narkotik vasitə olan heroin olduğunu, həmin maddəni Bakı şəhəri, 20 Yanvar metrosunun yanında dairənin yaxınlığında tanımadığı şəxsdən 20 (iyirmi) manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini deyir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə elektron tərəziyə qoyulub çekilən zaman həmin maddənin çəkisinin şəffaf sellofan büküm ilə birlikdə 0,74 qram olması müəyyən olunur və aşkar olunur həmin bükümdə olan maddə ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürlənir. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunur və iştirakçılar tərəfindən həmin protokol imzalarla təsdiq edilir. Məhkəmə iclasında diskdəki görüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/2277 saylı, xx.xx.2023cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №125” möher əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,645 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,645 qram heroin maddi sübut kimi tanınmış və kağız paketə qablaşdırılmış tədqiqatdan sonra qalıq qalmış 0,595 qram heroin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 2128 saylı, xx.xx.2023cü il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərici yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 15 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı çəkilmiş videogörüntü olan 02 ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqat espertizalarından sonra qalıq qalmış 0,555 qram və 0,595 qram çəkidə narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,605 qram və 0,645 qram narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində 2 azyaşlı uşağının olması, əməlindən peşman olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal qismində cinayəti təkrar törətməsi müəyyən edilmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halı, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 17 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 160 (yüz altmış) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,555 qram və 0,595 qram narkotik vasitə heroin məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. İşdə olan xx.xx.2023-cü il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə tutularaq saxlanmış və xx.xx.2023-cü il il tarixdə MSY-dən azad olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdən 30 mart 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 17 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 160 (yüz altmış) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,555 qram və 0,595 qram narkotik vasitə heroinlər məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən iki ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-646/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-646/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver