Məhkəmə qərarları › İş №1(060)-647/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-647/2022

01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-647/2022 01.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, müdafiəçilər-Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1975-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 01 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1978-ci ildə Ağsu rayonu, Ərəbuşağı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3ş, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olduğu tanışı Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında razılaşaraq birlikdə oğurluq etmək qərarına gəldikdən sonra xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində Sumqayıt şəhəri, Yaşma bağları yaşayış masivində yerləşən Zərərçəkmiş şəxs məxsus evin həyətinə darvazanın üstündən keçməklə qanunsuz daxil olduqdan sonra həyətdə yerləşən sarayın 1 ədədinin qiyməti 100 manat, ümumi dəyəri 300 manat olan, uzunluğu 2 metr, eni 80 sm, işlənmiş, əl üsulu ilə hazırlanmış 3 ədəd dəmir qapını, 100 manat qiymətində, uzunluğu 3 metr, eni 80 sm, işlənmiş, əl üsulu ilə hazırlanmış 1 ədəd dəmir stolu, 1 ədədinin qiyməti 6 manat, ümumi dəyəri 12 manat olan, uzunluğu 3 metr, diametri 30 mm, divarın qalınlığı 3 mm, işlənmiş, Rusiya istehsallı 2 ədəd dəmir borunu və 100 manat qiymətində, uzunluğu 2 metr 10 sm, eni 1 metr, əl üsulu ilə hazırlanmış, işlənmiş, korroziyaya uğramış 1 ədəd dəmir damı gizli olaraq talayıb oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 512 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olduğu tanışı Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında razılaşaraq birlikdə oğurluq etmək qərarına gəldikdən sonra xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində Sumqayıt şəhəri, Yaşma bağları yaşayış masivində yerləşən Zərərçəkmiş şəxs məxsus evin həyətinə darvazanın üstündən keçməklə qanunsuz daxil olduqdan sonra həyətdə yerləşən sarayın 1 ədədinin qiyməti 100 manat, ümumi dəyəri 300 manat olan, uzunluğu 2 metr, eni 80 sm. işlənmiş, əl üsulu ilə hazırlanmış 3 ədəd dəmir qapını, 100 manat qiymətində, uzunluğu 3 metr, eni 80 sm, işlənmiş, əl üsulu ilə hazırlanmış 1 ədəd dəmir stolu, 1 ədədinin qiyməti 6 manat, ümumi dəyəri 12 manat olan, uzunluğu 3 metr, diametri 30 mm, divarın qalınlığı 3 mm, işlənmiş, Rusiya istehsallı 2 ədəd dəmir borunu və 100 manat qiymətində, uzunluğu 2 metr 10 sm, eni 1 metr, əl üsulu ilə hazırlanmış, işlənmiş, korroziyaya uğramış 1 ədəd dəmir damı gizli olaraq talayıb oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 512 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Təqsirləndirilən şəxs1 əvvəldən tanıyır, münasibətləri yaxşı olmuşdur. Nəsimi ona qardaşına məxsus Sumqayıt şəhəri, Yaşma bağları yaşayış massivi ərazisində yerləşən həyətdə istifadə olunmayan metal əşyaların olduğunu və həmin əşyaların istifadəsiz olduğunu, həmin metal əşyaları birlikdə götürüb satmağı, bununla bağlı heç bir problem olmayacağını deyəndə o, etiraz etməmiş, düşünmüşdür ki, Nəsiminin qardaşının həyətidir. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Nəsimi ilə birlikdə Nəsiminin qardaşının həyətinin qarşısına gəlmişlər. Həmin vaxt darvaza açıq olduğundan onlar darvazadan içəri keçmiş və həyətə daxil olmuşlar, həyətə göz gəzdirmişlər, həyətdə yerləşən sarayın 3 ədəd dəmir qapısını dəmir parçası ilə bərkidildiyi yerdən çıxarmışlar, sonra yerdə olan 2 ədəd borunu, daha sonra isə evin yanındakı 1 ədəd dəmir stolu və həyətdə olan tualeti əhatə edən 1 ədəd dəmir damı götürüb həyətin girişinə yığmışlar. Sonra Nəsimi həmin əşyaları metal qəbulu məntəqəsinə aparmaq üçün "Qazel" markalı avtomobil sürücüsü Amal adlı şəxsə zəng edib danışaraq olduqları yerə gəlməyini demiş və Nəsimi həyətdən metal əşyaları Sumqayıt şəhərinə metal qəbulu məntəqəsinə aparmağını Amala deyərək yol haqqı 40 manata razılaşmışlar və Amala yolu izah edərək yaxınlıqdan keçən Quba-Bakı magistral yolnunu üzərindəki 156 yol işarəsinin yanına gəlməyini demiş, sonra qardaşının həyətinin darvazasını açmış və Nəsimi Amalı qarşılamaq üçün getmişdir. Bir qədər sonra Nəsimi Amalla birlikdə həyətə gəlmişlər, o, Nəsimi ilə birlikdə həyətdəki 3 ədəd dəmir qapını, 2 ədəd borunu, 1 ədəd dəmir stolu və 1 ədəd dəmir damı birlikdə Amalın "Qazel'inə yükləmişlər, Amal həmin əşyaların kimə məxsus olduğunu soruşanda Nəsimi özünə məxsus olduğunu və lazımsız olduğu üçün satmaq istədiklərini söyləmişdir. Sonra onlar həyətdən çıxıb həmin metal əşyaları Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən Mirəli adlı şəxsin işlətdiyi metal qəbulu məntəqəsinə aparmışlar, orada o, şəxsiyyət vəsiqəsini Mirəliyə təqdim etmiş və təhvil verdiyi metal əşyaların çəkisi 400 kq olmuş, kiloqramı 0,44 manat olmaqla Mirəli onlara 167 manat pul vermiş, həmin puldan Nəsimi Amala 40 manat yol haqqı vermiş, qalan 127 manat pulu isə Nəsimi ilə birlikdə şəxsi ehtiyacları üçün birgə xərcləmişdirlər. Onun Nəsiminin qardaşına məxsus həyətə girməyə icazəsi olmamış, o, düşünmüşdür ki, həmin həyət Nəsiminin qardaşına məxsusdur. Bu səbəbdən də həmin əşyaların oğurluq olmasından məlumatsız olmuşdur. Nəsimi ona həmin həyətin Aytəkinə məxsus olduğunu və oradan oğurluq yolu ilə həmin metal əşyaları oğurlayacaqları barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs2 qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs2 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəldən tanıyır, münasibətləri yaxşı olmuşdur. Nəsimi ona qohumu Aytəkinə məxsus Sumqayıt şəhəri. Yaşma bağları yaşayış massivi ərazisində yerləşən həyətdə istifadə olunmayan metal əşyaların olduğunu, Aytəkinin uzun müddətdir ki, həyətinə gəlmədiyini və həmin əşyaların istifadəsiz olduğunu, həmin metal əşyaları birlikdə götürüb satmağı, bununla bağlı heç bir problem olmayacağını deyəndə o, etiraz etməmiş, düşünmüşdür ki, Nəsiminin qohumunun həyətidir. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Nəsimi ilə birlikdə Aytəkinin həyətinin qarşısına gəlmiş, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasardan həyətə tullanaraq daxil olmuşlar, həyətə göz gəzdirmişlər, həyətdə yerləşən sarayın 3 ədəd dəmir qapısını dəmir parçası ilə bərkidildiyi yerdən çıxarmışlar, sonra sarayın yanında yerdə olan 2 ədəd borunu, daha sonra isə evin yanındakı 1 ədəd dəmir stolu və həyətdə olan tualeti əhatə edən 1 ədəd dəmir damı götürüb həyətin girişinə yığmışlar. Sonra o, həmin əşyaları metal qəbulu məntəqəsinə aparmaq üçün "Qazel" markalı avtomobil sürücüsü Amal adlı şəxsə zəng edib danışaraq olduqları yerə gəlməyini demiş və telefonu Nəsimiyə verib Amalla danışdırmış, Nəsimi həyətdən metal əşyaları Sumqayıt şəhərinə metal qəbulu məntəqəsinə aparmağını Amala deyərək yol haqqı 40 manata razılaşmışlar və Amala yolu izah edərək yaxınlıqdan keçən Quba- Bakı magistral yolnunu üzərindəki 156 yol işarəsinin yanına gəlməyini demiş, sonra Aytəkinin həyətinin darvazasını açmış və Nəsimi Amalı qarşılamaq üçün getmişdir. Bir qədər sonra Nəsimi Amalla birlikdə həyətə gəlmişlər, o. Nəsimi ilə birlikdə Aytəkinin həyətindəki 3 ədəd dəmir qapını, 2 ədəd borunu, 1 ədəd dəmir stolu və 1 ədəd dəmir damı birlikdə Amalın "Qazef'inə yükləmişlər, Amal həmin əşyaların kimə məxsus olduğunu soruşanda Nəsimi özünə məxsus olduğunu və lazımsız olduğu üçün satmaq istədiklərini söyləmişdir. Sonra onlar həyətdən çıxıb həmin metal əşyaları Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən Mirəli adlı şəxsin işlətdiyi metal qəbulu məntəqəsinə aparmışlar, orada o, şəxsiyyət vəsiqəsini M irəliyə təqdim etmiş və təhvil verdiyi metal əşyaların çəkisi 400 kq olmuş, kiloqramı 0,44 manat olmaqla Mirəli ona 167 manat pul vermiş. Həmin puldan Nəsimi Amala 40 manat yol haqqı vermiş, qalan 127 manat pulu Nəsimi ilə bölmüş, sonra isə Amal onu və Nəsimini Sumqayıt şəhəri Avtovağzalın yaxınlığında düşürtmüşdür. Əldə etdiyi pulu özünə xərcləmişdir. Aytəkinin həyətinə girməyə icazəsi olmamış, Amal onun və Nəsiminin həmin metal əşyaları oğurladıqlarını bilməmiş, Amala bu barədə bildirməmişlər, Nəsimi Amala həmin həyətin özünə məxsus olduğunu demiş, həmçinin Mirəli onların satdıqları dəmir əşyaların oğurluq olduğunu bilməmiş, həmin əşyaların özlərinin olduğunu, lazım olmadığı üçün maddi vəziyyətlərinə görə satdıqlarını demişlər, bu oğurluqdan başqa nə özü, nə də ki, Nəsimi ilə birlikdə başqa oğurluq etməmiş və digər cinayət törətməmişdir . Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhəri, Yaşma bağları massivi ərazisində yerləşən dayısı qızı Zərərçəkmiş şəxs məxsus həyətdə yerləşən evdə heç kim yaşamadığını, uzun müddətdir ki, heç kimin gəlib-getmədiyini və həyətdə istifadə olunmayan metal əşyaların olduğunu bilmişdir. Ona görə də, qərara gəlmişdir ki, Aytəkinin həyətindəki metal əşyaları oğurlayıb sata bilər. Buna görə də qonşusu Habilə bildirmişdir ki, öz qardaşına məxsus həyətdə metal əşyaları var və ona köməklik etsin, aparıb həmin əşyaları satıb şəxsi ehtiyyaclarına xərcləsinlər. Habil onunla razılaşmışdır. Bir neçə gündən sonra, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Habillə birlikdə Aytəkinin həyətinin qarşısına gəlmişlər, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra darvazanın kilidli olmadığını görüb, darvazadan həyətə daxil olmuşlar, həyətə göz gəzdirmişlər, həyətdə yerləşən sarayın 3 ədəd dəmir qapısını dəmir parçası ilə bərkidildiyi yerdən çıxartmışlar, sonra sarayın yanında yerdə olan 2 ədəd borunu, daha sonra isə evin yanındakı 1 ədəd dəmir stolu və həyətdə olan tualeti əhatə edən 1 ədəd dəmir damı götürüb həyətin girişinə yığmışlar. Sonra o, həmin əşyaları metal qəbulu məntəqəsinə aparmaq üçün "Qazel" markalı avtomobil sürücüsü Amal adlı şəxsə zəng edib danışaraq olduqları yerə gəlməyini demiş və Amala həyətdən metal əşyaları Sumqayıt şəhərinə metal qəbulu məntəqəsinə aparmağını deyərək yol haqqı 40 manata razılaşmışlar və Amala yolu izah edərək yaxınlıqdan keçən Quba-Bakı magistral yolnunu üzərindəki 156 yol işarəsinin yanına gəlməyini demişdir. Sonra Aytəkinin həyətinin darvazasını açmış və Amalı qarşılamaq üçün həmin yerə getmişdir. Saat 15 radələrində Amalla görüşmüş və Aytəkinin həyətinə sürdürmüş, Amala həyətin özünə məxsus olduğunu və metal əşyaları lazımsız olduğu üçün satmaq istədiyini söyləmişdir. Aytəkinin həyətinə daxil olduqdan sonra 3 ədəd dəmir qapını, 2 ədəd borunu, 1 ədəd dəmir stolu və 1 ədəd dəmir damı birlikdə "Qazel"ə yükləmişlər, həyətdən çıxıb Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən Mirəli adlı şəxsin işlətdiyi metal qəbulu məntəqəsinə aparmışlar, orada Habil şəxsiyyət vəsiqəsini Mirəliyə təqdim etmiş və təhvil verdikləri metal əşyaların çəkisi 400 kq olmuş, kiloqramı 0.44 manat olmaqla Mirəli onlara 167 manat pul vermişdir. Həmin puldan o, Amala razılaşdığı kimi 40 manat yol haqqı vermiş, qalan 127 manat pulu Habiləllə birlikdə şəxsi ehtiyacları üçün xərcləmişlər. O, Habilə həmin həyətin Aytəkinə məxsus olması barədə heç bir söz deməmiş və həmin həyətin qardaşına məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, oğlu X2 İİ Qarabağ müharibəsi iştirakçısı olmasını və oğlunun Xocavəndin azad olunmasına görə medalı ilə təltif olunmasının nəzərə alınaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs1 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Yaşma bağları massivi ərazisində yerləşən dayısı qızı Zərərçəkmiş şəxs məxsus həyətdə yerləşən evdə heç kim yaşamadığını, uzun müddətdir ki, heç kimin gəlib-getmədiyini və həyətdə istifadə olunmayan metal əşyaların olduğunu bilmişdir. Ona görə də, qərara gəlmişdir ki, Aytəkinin həyətindəki metal əşyaları oğurlayıb sata bilər və həmin vaxtı qonşusu Habilə təklif etmişdir ki, onunla birlikdə Aytəkinin həyətinə girib həmin metal əşyaları oğurlayıb birlikdə satsınlar, onsuzda həyətdə yaşayış yoxdur, Habil etiraz etməmişdir. Bir neçə gündən sonra, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Habillə birlikdə Aytəkinin həyətinin qarşısına gəlmişlər, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasardan həyətə tullanaraq daxil olmuşlar, həyətə göz gəzdirmişlər, həyətdə yerləşən sarayın 3 ədəd dəmir qapısını dəmir parçası ilə bərkidildiyi yerdən çıxartmışlar, sonra orada olan 2 ədəd borunu, daha sonra isə evin yanındakı 1 ədəd dəmir stolu və həyətdə olan tualeti əhatə edən 1 ədəd dəmir damı götürüb həyətin girişinə yığmışlar. Sonra Habil həmin əşyaları metal qəbulu məntəqəsinə aparmaq üçün "Qazel" markalı avtomobil sürücüsü Amal adlı şəxsə zəng edib danışaraq olduqları yerə gəlməyini demiş və telefonu ona verərək Amalla danışdırmış, o, Amala həyətdən metal əşyaları Sumqayıt şəhərinə metal qəbulu məntəqəsinə aparmağını deyərək yol haqqı 40 manata razılaşmışlar və Amala yolu izah edərək yaxınlıqdan keçən Quba-Bakı magistral yolnunu üzərindəki 156 yol işarəsinin yanına gəlməyini demişdir. Sonra Aytəkinin həyətinin darvazasını açmış və Amalı qarşılamaq üçün həmin yerə getmişdir. Saat 15 radələrində Amalla görüşmüş və Aytəkinin həyətinə sürdürmüş, Amala həyətin özünə məxsus olduğunu və metal əşyaları lazımsız olduğu üçün satmaq istədiyini söyləmişdir. Aytəkinin həyətinə daxil olduqdan sonra 3 ədəd dəmir qapını, 2 ədəd borunu, 1 ədəd dəmir stolu və 1 ədəd dəmir damı birlikdə "Qazel"ə yükləmişlər, həyətdən çıxıb Sumqayıt şəhəri. Kimyaçılar qəsəbəsində yerləşən Mirəli adlı şəxsin işlətdiyi metal qəbulu məntəqəsinə aparmışlar, orada Habil şəxsiyyət vəsiqəsini Mirəliyə təqdim etmiş və təhvil verdikləri metal əşyaların çəkisi 400 kq olmuş, kiloqramı 0.44 manat olmaqla Mirəli Habilə 167 manat pul vermişdir. Həmin puldan o, Amala razılaşdığı kimi 40 manat yol haqqı vermiş, qalan 127 manat pulu Habillə bölmüşlər, sonra isə Amal onu və Habili Sumqayıt şəhəri Avtovağzalın yaxınlığında düşünmüşdür. Əldə etdiyi pulu özünə xərcləmişdir. Aytəkinin həyətinə sonuncunun icazəsi və xəbəri olmadan daxil olmuş, Habil də onun Aytəkinin həyətinə girməyə icazəsi olmadığım bilmiş, Amal onun və Habilin həmin metal əşyaları oğurladıqlarını bilməmişdir. Amala bu barədə bildirməmiş, həmin həyətin ona məxsus olduğunu və metal əşyaların lazımsız olduğu üçün satmağa apardıqlarını demiş, həmçinin Mirəli onların satdıqları dəmir əşyaların oğurluq olduğunu bilməmiş, həmin əşyaların özlərinin olduğunu, lazım olmadığı üçün maddi vəziyyətlərinə görə satdıqlarını demişlər, bu oğurluqdan başqa nə özü, nə də ki, Habillə birlikdə başqa oğurluq etməmiş və digər cinayət törətməmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sumqayıt şəhəri Yaşma bağları yaşayış masivində onlara məxsus fərdi yaşayış evi vardır, həmin həyətdə uzun müddətdir ki, yaşayış olmamasına baxmayaraq vaxtaşırı oraya gedib baş çəkirdi. Sonuncu dəfə həyətində xx.xx.2022-ci il tarixdə olmuşdur. xx.xx.2022-ci il tarixdə növbəti dəfə həyətə gedəndə həyətdə 3 ədəd 300 manat dəyərində əllə hazırlanmış dəmir qapı, 1 ədəd işlənmiş 70 manat dəyərində dəmir stol, 2 ədəd 50 manat dəyərində işlənmiş dəmir boru, tualetin 1 ədəd 200 manat dəyərində işlənmiş dəmir damın naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. 3 ədəd dəmir qapı, dəmir stol və dəmir borunu 2012-ci ildə, tualet damını isə 2020-ci ildə Sumqayıt şəhərindən almışlar, dəmir qapılar və dəmir stol əllə hazırlanmışdır. Oğurluq nəticəsində ona 620 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs ifadəsinə əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs1 onun bacısının qaynıdır, həm də dayısı oğludur. Onlara məxsus Sumqayıt şəhəri Yaşma bağları yaşayış massivinin qonşu torpaq sahəsi Nəsimin qardaşına məxsus olub, lakin sonradan onlar həmin torpaq sahəsini başqa bir şəxsə satmışlar, həmin şəxs isə özü üçün həmin torpaq sahəsində özünə ev tikmişdir. Nəsimi onlara məxsus həmin bağ evində yaşayış olmadığını bilirdi, Nəsimi və Habil həmin yerdən oğurluq edəcəklərini əvvəlcədən planlaşdırıblar. O Nəsimiyə onların həyətinə gedib oradan nə isə götürməyə icazə verməmişdir, bu barədə Nəsimi ona müraciət də etməmişdir. Belə ki, ona məxsus bağ evinin giriş darvazası daimi olaraq qıfılla bağlı olub, onlar qıfılı sındırıblar, bundan başqa həyətdən oğurladıqları dəmir qapıları isə çərçivəsindən çıxararaq aparıblar. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini bildirib, sonuncular barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, icarəyə sürdüyü "Qaz 33021 yük" markalı **- BC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla fərdi sifarişlər əsasında yüklər daşımaqla ailəsini dolandırır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərindən Bakı şəhərinə gedərkən sonradan adını Nəsimi bildiyi şəxs maşını saxladaraq Sumqayıt şəhəri Yaşma bağları yaşayış massivində yerləşən həyətdə olan yükün daşıması ilə bağlı ondan mobil nömrəni istədikdə, o, öz mobil nömrəsini həmin şəxsə vermişdir. Ertəsi gün, günorta saatlarında mobil nömrəsinə zəng edən Nəsimi dediyi həyətə gəlməyini bildirmiş və yolu izah edərək Nəsimi ona Quba-Bakı magistral yolunun 156 yol işarəsinin yanına gəlməyini deyərək həmin yerdən Sumqayıt şəhərinə yükü neçəyə aparacağını soruşmuş, o, Nəsimiyə 40 manat demiş və razılaşmışlar. Saat 15 radələrində Nəsimi ilə görüşmüş və dediyi həyətə sürmüşdür. Yolda Nəsimi demişdir ki, həyətində istifadə etmədiyi lazımsız metal əşyaları metal qəbulu məntəqəsinə satmaq üçün aparmaq istəyir. Onlar həyətə daxil olanda orada Habili görmüş, Nəsimi və Habil həmin həyətdən 3 ədəd dəmir qapı, 2 ədəd dəmir boru, 1 ədəd dəmir stolu və həyətdə tualeti əhatə edən 1 ədəd dəmir damı avtomaşına yükləmişlər. O, Nəsimi və Habildən həmin əşyaların kimə məxsus olduğunu soruşanda Nəsimi öz həyətinin əşyaları olduğunu söyləmişdir. Sonra Habil və Nəsimi Sumqayıt şəhəri Kimyçılar qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə sürməyini deyərək yolu ona göstərmişlər. Metal qəbulu məntəqəsində Habil və Nəsiminin təhvil verdikləri həmin dəmir əşyalar tərəzidə çəkilmiş, 3 ədəd dəmir qapı, 2 ədəd dəmir boru, 1 ədəd dəmir stolu və 1 ədəd dəmir dam ümumilikdə 400 kq olmuş, dəmirin kiloqramı 0,44 manatdan hesablanaraq metal qəbulu məntəqəsinin işçisi onlara 167 manat pul ödəmiş, Nəsimi də ona razılaşdıqları kimi 40 manat yol haqqı vermişdir. Bundan sonra Habil və Nəsimini Sumqayıt şəhəri Avtovağzal yaxınlığında düşürdərək getmişdir. Ertəsi gün ona zəng olunaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət olunmuş, orada ona məlum olmuşdur ki, Nəsimi və Habil həmin əşyaları oğurlamışlar. Nəsimi və Habilin həmin əşyaları oğurlamaları barədə məlumatı olmamışdır. Nəsimidən həmin əşyaların kimə məxsus olduğunu soruşanda Nəsimi öz həyətinin əşyaları olduğunu demiş, həmçinin onlar həyətdə elə sərbəst hərəkət etmişdilər ki, sanki öz həyətləridir, ona görə də həmin əşyaların oğurluq yolu ilə əldə olunmasına şübhələnməmişdir. Nəsimi və Habilin həmin əşyaları oğurlamalarını ertəsi gün Sumqayıt ŞPİ-nin 2-ci PB-də olan zaman bilmişdir. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, təxminən 9 ildir ki, "X10"ya məxsus Sumqayıt şəhəri, Bakı-Quba yolunun sol istiqamətində yerləşən qara metal qəbulu məntəqəsində həm fəhlə, həm də metal qəbulu ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə günorta saaatlarında "Qazel" markalı avtomobillə 3 nəfər şəxs işlədiyi metal qəbulu məntəqəsinə yaxınlaşaraq qara metal gətirdiklərini bildirmişlər. Onda həmin vaxt şübhə yarandığı üçün həmin şəxslərdən şəxsiyyət vəsiqələrini təqdim etmələrini bildirmiş, həmin şəxslərdən biri Habil kimi özünü təqdim edən şəxsin şəxsiyyət vəsiqəsini götürmiş və o, Habilə məxsus şəxsiyyət vəsiqəsinin şəklini çəkmişdir. Şəxsiyyət vəsiqəsində adı Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmişdir. Gətirdikləri qara metalların oğurluq olub-olmadığını Habil adlı şəxsdən soruşarkən, Habil gətirdikləri qara metalların özlərinə məxsus olduğunu bildirmişdir. Sonra Habil və yanında olan şəxs "Qazel"dən gətirdikləri əşyaları boşaldanda 3 ədəd dəmir qapı, 1 ədəd dəmir stol, 1 ədəd dəmir tualet damı, 2 ədəd dəmir boru olduğunu görmüş, həmin əşyalar tərəzidə çəkilərək ümumi çəkisi təxminən 400 kq olmuş və o, həmin şəxslərə 167 manat pul vermiş və onlar çıxıb getmişlər. 3 ədəd dəmir qapı, 1 ədəd dəmir stol və 2 ədəd dəmir boru xx.xx.2022-ci il tarixdə Bakı poladəritmə zavoduna təhvil verilmişdir. 1 ədəd dəmir tualet damını isə sonradan polis əməkdaşlarına təqdim etmişdir. Həmin əşyaların oğurluq olması barədə məlumatı olmamışdır, Habil ona demişdir ki, özlərinə məxsusdur, maddi vəziyyəti ilə əlaqədar satırlar. Ancaq qapının çərçivəsiz olduğu onda müəyyən qədər şübhə yaratmışdır. Buna görə də şəxsiyyət vəsiqəsini götürmüşdür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/1595 saylı rəyindən görünür ki, anoloji malların markasına, modelinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin fevral ayına qədər olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 512,0 manat müəyyən olunmuşdur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir-uzunluğu 2 metr, eni 80 sm. işlənmiş, əl üsulu iks hazırlanmış 3 ədəd dəmir qapı-1 ədədinin qiyməti 100 manat, ümumi dəyəri 300 manat; uzunluğu 3 metr, eni 80 sm, işlənmiş, əl üsulu ilə hazırlanmış 1 ədəd dəmir stol-100 manat; uzunluğu 3 metr, diametri 30 mm, divarın qalınlığı 3 mm, işlənmiş, Rusiya istehsalı 111 2 ədəd dəmir boru- 1 ədədinin qiyməti 6 manat, ümumi dəyəri 12 manat; uzunluğu 2 metr 10 sm, eni 1 metr, əl üsulu ilə hazırlanmış, işlənmiş, korroziyaya uğramış 1 ədəd dəmir dam-100 manat təşkil edir. İş materiallarına əlavə olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi baş vermiş yer Sumqayıt şəhəri, Yaşma bağları yaşayış masivində yerləşən Zərərçəkmiş şəxs həyətidir. Baxış zamanı müəyyən olunmuşdur ki, həyətdən Zərərçəkmiş şəxs məxsus 3 ədəd dəmir qapı, 2 ədəd dəmir boru, tualeti əhatə edən 1 ədəd dəmir dam və 1 ədəd dəmir stol oğurlanmışdır. İş materiallarına əlavə olunmuş 07 iyul 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Yaşma bağları yaşayış massivində yerləşən həyətinə Təqsirləndirilən şəxs1lə birlikdə hansı şəraitdə daxil olmasını və oradan oğurladığı əşyaların haradan götürdüyünü yerində göstərərək istintaq zamanı ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş 07 iyul 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Yaşma bağları yaşayış massivində yerləşən həyətinə Təqsirləndirilən şəxs2la birlikdə hansı şəraitdə daxil olmasını və oradan oğurladığı əşyaların haradan götürdüyünü yerində göstərərək istintaq zamanı ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilməyərək, Zərərçəkmiş şəxs məxsus həyət evinin Təqsirləndirilən şəxs1 qardaşına məxsus olması və həmin evin həyətində olan dəmir əşyaların Təqsirləndirilən şəxs1 qardaşına məxsus olmasını bildiyi və Təqsirləndirilən şəxs1 ona əvvəlcədən oğurluq edəcəkləri barədə heç bir söz deməməsi barədə göstərdikləri xüsusatlar cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır, məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən verilən ifadələrlə, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmədə özünü təqsirli bilməməsinə dair vermiş olduğu ifadəsi işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən həmin ifadəyə tənqidi yanaşaraq sübut kimi qiymətləndirmir və ibtidai istintaqda vermiş olduğu ifadəsi işdəki digər sübutlarla uyğunluq təşkil etdiyindən həmin ifadəni sübut kimi qiymətləndirir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmədə Təqsirləndirilən şəxs2 oğurluq hadisəsindən məlumatlı olmamasına dair ifadəsinin həmin hissəsinə tənqidi yanaşaraq sübut kimi qiymətləndirmir və sonuncunun ibtidai istintaqdakı ifadəsinin həmin hissəsi işin faktiki halları uyğunluq təşkil etdiyindən sübut kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi Təqsirləndirilən şəxs1, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan, Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş, onlara qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan hökmlərin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021 -ci il tarixli "Amnistiya" Qərarının 5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış və cəzanın çəkilməmiş hissəsindən azad olduğundan xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs2 sonra Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 il 01 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 01 il 01 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki təyin ediləcək cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndinin 3-cü hissəsinə əsasən CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə almaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Ona görə də Təqsirləndirilən şəxs2 təyin olunacaq cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı və cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tamamilə ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin, Azərbaycan Vətən Müharibəsi X5 tərəfindən verilmiş 81230 nömrəli vəsiqənin və Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 oğlu X7 İİ Qarabağ müharibəsi iştirakçısıdır və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödəməsini və X3 İİ Qarabağ müharibəsi iştirakçısı olmasını və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 məhkəmə icraatından yayınaraq məhkəmə iclasına gəlmədiyindən onun axtarışı elan olunaraq, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2022-ci li tarixli 125-8081-1222 №li məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə tutularaq Sumqayıt şəhər Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 10 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 məhkəmə icraatından yayınaraq məhkəmə iclasına gəlmədiyindən onun axtarışı elan olunaraq, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2022-ci li tarixli 125-8066-1222 №li məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə tutularaq Sumqayıt şəhər Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə qeyd olunan maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs verilmiş 1 ədəd dəmir dam Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə onlara dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli (iş № 1(060)-647/2022) qərarını icra edərək, 04 avqust 2022-ci il tarixli 1159 və 1160 saylı orderlərə əsasən vəkillər Müdafiəçi1 və Müdafiəçi2 müvafiq olaraq onların vəkili təyin etmişdir. Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün hər biri 10 saat olmaqla cəmi 20 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 01 il 01 ay 28 gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplansın və ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 10 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən bu günədək həbsdə saxlanıldığı 02 ay 21 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 05 ay 12 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 il 06 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və hökmün Təqsirləndirilən şəxs1 aid hissəsinin icrası Sumqayıt Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 5 ünvanın tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə qeyd olunan maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs verilmiş 1 ədəd dəmir damın Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 göstərdikləri 10 saat hüquqi yardıma görə hər birinə 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar