Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-647/2024 21.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən barəsndə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, 02 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,170 qram, 0,049 qram ümumi təmiz çəkisi 0,219 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etməklə əynində olan gödəkçəsinin sol yan cibində daşıyaraq gizlətməklə saxlamış, 05 aprel 2024-cü il tarixdə, saat 14:00 radələrində Sumqayıt Regional Asan Xidmət Mərkəzində nəzarət buraxılış məntəqəsində üzərində yoxlanış aparan, Sumqayıt Şəhər Muhafizə İdarəsinin əməkdaşları tərəfindən aparılan baxış zamanı həmin metamfetamin əynindəki gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 05 aprel 2024-cü il tarixdə təxminən saat 14:00 radələrində şəxsiyyət vəsiqəsi almaq məqsədi ilə 1 saylı Sumqayıt Regional Asan Xidmət mərkəzinə gəlmiş, mərkəzin qarşısında rastlaşdığı tanışı Şahid3 ilə birlikdə mərkəzə daxil olmaq istədikdə giriş qapısında mühafizə polisi əməkdaşları xüsusi cihaz vasitəsi ilə onun üzərini axtararkən cihazın siqnal səsi verməsinə görə polis əməkdaşı ondan üzərindəki əşyaları çıxarıb masanın üstünə qoymasını tələb etmişidr. O, üzərində olan pul kisəsini, metal pulları və telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı ondan üzərində başqa nə əşyalar olduğunu soruşaraq yenidən cihazla onun üstünə yoxlamaq istədikdə o, üzərində olan metamfetaminin aşkar ediləcəyini bilib üzərində metamfetaminlər olduğunu demişdir. Polis əməkdaşı onu xidmətə otağa aparmış, orada əyənində olan gödəkçəsinin sol yan cibində saxladığı 01 ədəd şəffaf sellofanda 02 ədəd bükümdə metamfetaminləri çıxarıb təqdim etmişdir. Daha sonra oraya Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları gəlmiş, veideoçəkiliş aparılmaqla üzərindən aşkar edilmiş metamfetaminlərə baxış keçirib götürmüşlər. Hazırda əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2022-ci ildən Sumqayıt şəhər Mühafizə İdarəsində polis nəfəri vəzifəsində xidmət edir. 05 aprel 2024-cü il tarixdə saat təxminən 14:00 radələrində Sumqayıt Şəhər Regional Asan Xidmət mərkəzində giriş qapısının qarşısında mühafizə xidməti aparan zaman mərkəzə gəlmiş, giriş qapısından içəri girən Təqsirləndirilən şəxsn üzərini xüsusi cihaz vasitəsi ilə yoxlayaraq cibində olan əşyaları çıxarıb masanın üzərinə qoymasını tələb etmişdir. Təqsirləndirilən şəxs zaman cibindən pul kisəsini, siqaret qutusunu, mobil telefonunu və xırda pulları çıxarıb masanın üzərinə qoyduqdan sonra o, Təqsirləndirilən şəxs cibində olan əşyaların hamısını çıxartmamasından və nəyi isə gizlətdiyindən şübhələnib yenidən ona yaxınlaşaraq cihazla üzərini yoxlamaq istəmişdir. Bu zaman Təqsirləndirilən şəxs gödəkçəsinin sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümünü çıxarıb həmin bükümdə narkotik vasitə olduğunu demişdir. O, Təqsirləndirilən şəxs xidməti otağa dəvət edərək qeyd olunanlar barədə Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nə məlumat vermişdir. Az sonra həmin polis bölməsinin əməkdaşları oraya gəlmişlər. Polis əməkdaşları tərəfindən aparılan video çəkilişlə o, Təqsirləndirilən şəxs içində narkotik vasitə olmasını bildirərək təqdim etdiyi bükümü 3-cü PB-nin baş təhqiqatçısı Şahid4 vermişdir. Həmin maddəni haradan əldə etdiyini ondan soruüduqda o, Bakı şəhərində 20 yanar adlanan ərazidə, tanımadığı şəxsdən özünün şəxsi istifadəsi məqsədi ilə aldığnı, üzərində saxlayaraq gəzdirdiyini bildirdi. Bundan sonra büküm hamının iştirakları və müşahidəsi ilə açıldıqda onu içində 02 ədəd sellofan bükümlər və 01 ədəd gümüşü rəngli falqa aşkar edilmişdir. Sellofan bükümlər açıldıqda onların hər birinin içində ağ rəngli kristallik maddələr olduğu aşkar edilmişdir. Sellofan bükümlərdəki maddələr ayrı-ayrılıqda büküldüyü sellofanla birlikdə elektron tərəzidə çəkiləri müəyyən edilmiş, təxminən ikisinin birlikdə çəkisi 0,4 qram olmuşdur. Həmin bükümlər qeyd olunan falqaya bükülüb kağız zərəfə qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 05 aprel 2024-cü il tarixdə Sumqayıt ŞMİ-nin əməkdaşları tərəfindən həmin tarixdə saat 14:00 radələrində Sumqayıt Regional Asan Xidmət Mərkəzində Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilib götürülməsi barədə Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nə daxil olmuş məlumat əsasında o, və Polis Bölməsinin baş təhqiqatçısı Şahid4 ilə birlikdə həmin Asan Xidmət Mərkəzinə getmişlər. Orada onun tərəfindən istifadəsində olan İphone 11 markalı mobil telefon vasitəsi ilə aparılan videçəkilişlə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddəyə baxış keçirilmişdir. Baxış zamanı Şahid1 vətəndaş Təqsirləndirilən şəxs iştirakı ilə 01 ədəd selofan bükümü təqdim etmiş, Təqsirləndirilən şəxs göstərilən bükümün ona məxsus olduğunu təsdiq edərək bu bükümün içində «patı» adlandırılan psixotrop maddə metamfetamin olmasını bildirdi. Təqsirləndirilən şəxs şifahi sorğuya cavab olaraq həmçinin bildirmişdir ki, üzərindən aşkar olunmuş psixotrop madə metamfetamini bu gün, yəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bak şəhəri, 20 yanvar metrostansiyasın yanında adının «Mamed» olmasını bildiyi tanımadığı şəxsdən özünün istifadə etməsi məqsədi ilə 20 manat almışdr. Sonra təqdim olunmuş büküm açıldıqda onun içərisində 02 ədəd ağ rəngli sellofan kəsiyi bükümü və 01 ədəd gümüşü rəngli kağız parçası olması müəyyən edilmişdir. Ağ rəngli sellofan bükümlər açılarkən hər birinin içərisində ağ rəngli kristal şəkildə maddə olduğu aşkar edilmişdir. Gümüşü rəngli kağızın içərisində heç bir maddə aşkar edilməmişdir. Həmin maddələrlə büküldükləri sellofan kəsikləri ilə birlikdə ayrı ayrılıqda elektron tərəzidə çəkilmiş və təxminən birinin çəkisinin 0,10 qram, digərinin çəkisinin isə 0,3 qram olması müəyyən edilmişdir. Sonra içərisində ağ rəngli kristal şəkilli maddələr bükümlər onlarla yanaşı aşkar edilmiş gümüşü rəngli kağıza bükülüb kağız zərfə qablaşdırılmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt şəhər Pİ-nin 3-cü Polis Bölməsinin baş təhqiqatçısı Şahid4 elan edilmiş ifadəsindən görünür ki, o, şahid X2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 15-ci məhəllə, “Sumqayıt Regional Asan Xidmət Mərkəzi”ndə 05 aprel 2024-cü il tarixdə saat 15:00 radələrində cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Baxış və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd “DVD” diskdən görünür ki, təhqiqatçı Araz Əliyev özünü təqdim edərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və içində narkotik vasitəyə bənzər maddə olan bükülüyə baxış keçiriləcəyini, baxışda iştirak edənləri elan etdikdən sonra Sumqayıt ŞMİ-nin polis nəfəri polis serjantı Şahid1 vətəndaş Təqsirləndirilən şəxs iştirakı ilə 01 ədəd sellofan bükümü təqdim etdi. Təqsirləndirilən şəxs göstərilən bükümün ona məxsus olduğunu təsdiq edərək bu bükümün içində «patı» adlandırılan psixotrop maddə metamfetamin olduğunu bildirdi. Təqsirləndirilən şəxs şifahi sorğuya cavab olaraq həmçinin bildirdi ki, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini bu gün, yəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, 20 yanvar metrostansiyasın yanında adının «Mamed» olmasını bildiyi tanımadığı şəxsdən özünün istifadə etməsi məqsədi ilə 20 manat almışdr. Sonra təqdim olunmuş büküm açıldıqda onun içərisində 02 ədəd ağ rəngli sellofan kəsiyi bükümü və 01 ədəd gümüşü rəngli kağız parçası olması müəyyən edildi. Ağ rəngli sellofan bükümlər açılarkən hər birinin içərisində ağ rəngli kristal şəkildə maddə olduğu aşkar edildi. Gümüşü rəngli kağızın içərisində heç bir maddə aşkar edilmədi. Həmin maddələrlə büküldükləri sellofan kəsiyikləri ilə birlikdə ayrı ayrılıqda elektron tərəzi vasitəsi ilə çəkildi və onlardan birinin çəkisinin 0,10 qram, digərinin çəkisinin isə 0,26 qram olması müəyyən edildi. Sonra tərəfimdən içərisində ağ rəngli kristal şəkilli maddələrin tərkibinin və növünün müəyyən edilməsi məqsədi ilə ekspertiza tədqiqatına təqdim ediləcəyi bildirilərək onlarla yanaşı aşkar edilmiş gümüşü rəngli kağıza büküldü yə kağız zərfə qablaşdırıldı. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq eyni zamanda DİN-nin 127 saylı möhürü ilə möhürlənib götürülür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-6/1884 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri olan zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,170 qram, 0,049 qram, ümumi təmiz çəkisi 0,219 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eynitərkibli psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına İ siyahısına daxildir. Tədqiqata 0,050 qram sərf edildikdən sonra 0,169 qram metamfetamin qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, təmiz çəkisi 0,219 qram olan metamfetaminin, tədqiqata ümumi 0,050 qram sərf edildikdən sonra qalıq 0,169 qram çəkisinin qalması nəzərə alınaraq həmin psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2850 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)- 428/2024 nömrəli qərarının surətindən və xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa bir cinayət işi üzrə axtarış elan olunmuş və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş və o, xx.xx.2024-cü il tarixdə saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır, lakin xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər Pİ-nin İŞ-də istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-cil maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin cinayət işi məhkəməyə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqbinin başlanılması rədd edilmiş, üzərində heç bir markalanma yazısı olmayan, video görüntü olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş, tədqiqata təqdim edilmiş, psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,219 qram, tədqiqata 0,050 qram sərf edildikdən sonra, 0,169 qram qalıq çəkisi qalmışdır. Qalıq qalmış 0,169 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq, saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublkiası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. İttiham aktı tərtib edilərkən yanlış olaraq müstəntiq tərəfindən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başqa məhkəmə icraatında olan işə qiymət verərək hazırki 24073085 nömrəli cinayət işində onun əməlinə təkrarçılıq kimi qiymət verərək Azərbaycan Respublkiası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə istinad etməklə məsuliyyəti ağırlaşdıran hal kimi qəbul etmişdir. Məhkəmə qeyd edir ki, oxşar cinayət əməlinə görə başqa məhkəmənin icraatında olan işə istinad olunaraq şəxsin əməlinə təkrarçılıq kimi yanaşmaqla məsuliyyəti ağırlaşdıran hal kimi qiymət verilməsi yolverilməzdir. Yalnız, bir icraatda işə baxılarsa və məhkəmə yekunda hər iki epizod üzrə şəxsi təqsirli bilərsə, o halda təkrarçılıq maddənin dispozisiyasında olmadığına görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə almalıdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən işin bütün hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, hökm qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri seçilməli və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən barəsində “həbs” qətimkan tədbiri nəzərə alınmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertizalar nəticəsində qalıq qalmış 0,169 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 89,00 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-647/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 1100/2024 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertizalar nəticəsində qalıq qalmış 0,169 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 89,00 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçinın göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-647/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-647/2024
21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver