Məhkəmə qərarları › İş №1(060)-648/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-648/2022

20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-648/2022 20.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron rayonu, Saray qəsəbəsindəki fərdi evdə yaşamış, Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə xx.xx.2021 -ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanına gələrək anası Şahid2 avtomobil qəzası zamanı xəsarət aldığını, onu xəstəxanaya aparmaq üçün avtomobili təhvil götürüb 01 saat ərzində təhvil vermək şərti ilə xahiş etmiş, həmin gün Zərərçəkmiş şəxs ona qaytarmaq şərti ilə verdiyi özünə məxsus olan 15.000 (on beş min) manat dəyərində 2002-ci il buraxılışlı, rəngi tünd göy metallik, mühərrikin iş həcmi 2148 sm3, ban nömrəsi WDB2100071B494971, texniki pasport nömrəsi AD837328, yürüşü 400000 km, tam saz vəziyyətdə olan **-ET-*** dövlət qeydiyyat nişanlı, “Mercedes benz E 200 CDİ” minik markalı avtomobilini 07 fevral 2021-ci il tarixdə, saat 22 radələrində idarə edib aparmaqla zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xeyli miqdar hesab edilən 15.000 (on beş min) manat dəyərində əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, onun daimi qeydiyyatı olmadığı üçün şəxsiyyət vəsiqəsi ala bilməmişdir. O, 2021-ci ildə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 il 06 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum olunmuş və hal-hazırda ƏNnin PX-nin 14 saylı cəzaçəkmə müəsəssində cəza çəkir. O, əvvəllər mebel ustası işləmiş və avtomobil satışı ilə də məşğul olmuşdur. 2019-cu ildə həyat yoldaşından rəsmi qaydada boşanmış, onların birgə nigahdan 1 azyaşlı oğlu olmuş və oğlu hal-hazırda anası ilə birlikdə yaşayır. 2020-ci ilin yay aylarında Natiqlə həyat yoldaşı Ağgül anası Yeganəni görmək üçün anası ilə birlikdə yaşadıqları evə gəlmişdir. Həmin gün anası evdə olmamışdır. Qapını o açmış və Yeganənin oğlu olduğunu bildirmişdir. O, Natiq və həyat yoldaşı Ağgüllə münasibəti olmasa da onların anasını tanıdığını və həyətinə gəlib getdiklərini görmüşdür. O, həmin şəxsləri evə dəvət etmiş və onlar tanış olmuşlar. Bundan sonra onun Natiqlə münasibəti yaranmışdır. Onlar birlikdə avtomobil alveri ilə məşğul olmuşlar. Beləcə 2-3 dəfə birlikdə avtomobil alıb satmış və əldə etdikləri pulu öz aralarında bölmüşlər. 2021-ci ilin fevral ayının əvvəllərində anası Yeganəni qonşunun avtomobili vuraraq xəsarət yetirmişdir. Həmin vaxt onun idarə etmək üçün şəxsi avtomobili olmamışdır. O, Natiqlə münasibəti yaxşı olduğundan və ona idarə etmək üçün avtomobil lazım olanda Natiqdən dəfələrlə aldığı 2021-ci ilin fevral ayının əvvələrində axşam saatlarında Natiqin yaşadığı evə getmiş və Natiqdən anasını avtomobil vurub xəsarət yetirdiydən xəstəxanaya aparmaq üçün “Mercedes E klass” markalı, 99-ET- 401 dövlət qeydiyyat nişanlı avtomobilini istəmişdir. Natiq heç bir problem olmadığını demiş və avtomobilin açarını ona vermişdir. O, anası Yeganəni xəstəxanaya aparmış və işlərini görüb qutardıqdan sonra həmin gün gecə saatlarında avtomobili Natiqin özünə qaytarmışdır. Natiqin avtomobilini dəfələrlə etibarnamə olmadan götürmüş, sonuncu dəfə həmin avtomobili qaytardığı yer və vaxt yadında qalmamışdır. Anası Şahid2 Natiqin avtomobili ilə onu xəstəxanaya aparmamağı ilə bağlı göstərdiyi xüsusata cavab olaraq anasının şəkər xəstəsi olduğu üçün hadisələri tam xatırlamadığından elə ifadə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus avtomobili sonuncunun özünə qaytardığını bildirərək barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, “Mercedes E klass” markalı göy qara rəngli **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. O, həyat yoldaşı Ağgüllə əvvəllər öz avtomobilində səyyar paltar satışı ilə məşğul olmuşdur. Həmin vaxtlarda təxminən 3-4 il bundan qabaq Abşeron rayonu, Saray qəsəbəsində yaşayan Yeganəni tanımışlar və həmin şəxs müştəriləri olmuşdur. 2020-ci ilin yay aylarında o, Ağgüllə Yeganənin borclu olduğu pulu almaq üçün Yeganənin yaşadığı evə getmişlər. Həmin gün evdə Yeganə olmamışdır. Qapını oğlu Kamil açmış və Yeganənin oğlu olduğunu bildirmişdir. Bundan sonra münasibətləri yaranmış və birlikdə avtomobil alveri ilə məşğul olmuşlar. Sonuncu dəfə fasilə ilə 2021-ci ilin sentyabr ayına kimi Kamilə 17800 manat pul verilmiş və həmin pula avtomobil alıb sataraq onların xeyrini verməli idi. Kamil 1 ay müddətində olmamış və onlar Kamili tapa bilməmişlər. 1 aydan sonra Kamili görmüş və Kamil müharibədə iştirak etdiyini onlara demişdir. Hər dəfə onlar Kamildən onda olan puluna avtomobil alıb satmağını və onların pulunu verməyini tələb etdikdə Kamil müxtəlif bəhanələr gətirmişdir. Daha sonra Kamil kimlərsə tərəfindən aldadıldığını və onlardan aldığı pulu özü qaytaracağını demişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində Kamil onların yaşadığı evə gəlmişdir. Kamil anası Yeganəni xəstəxanaya aparmaq üçün 1 saatlıq ondan avtomobilin açarını istəmişdir. O, açarı Kamilə vermiş və 3- 4 saat ərzində Kamillə danışmış və səhər pulu götürüb gələcəyini bildirmişdir. Bundan sonra Kamillə əlaqə saxlaya bilməmişlər. Kamilin anası Yeganəyə zəng edib bu barədə məlumat vermişlər. Avtomobil onun adındadır, bütün sənədlər ona məxsusdur, Kamilə etibarnamə verməmiş və Kamilin avtomobili idarə etmək hüququ olmamışdır. O, dəfələrlə Kamilə müraciət etsə də, kamil ona məxsus avtomobili ona geri qaytarmamış, bundan sonra o, polisə şikayət ərizəsi ilə müraciət etmişdir. Kamil məhkəmə baxışında həqiqəti danışmamış, avtomobili ona qaytamamışdır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərəri ödədiyini, sonuncu ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid4 ifadəsində göstərdi ki, Natiqlə o, 10 ilə yaxın müddətdir ki, birbirilərini tanıyırlar. Onlar birlikdə ev təmiri işi ilə məşğul olmuşlar. Bundan əlavə o, Təqsirləndirilən şəxs da tanımışdır. Belə ki, o, Abşeron rayonu Saray qəsəbəsində yaşayırdı və yaşadığı evlər bir-birinə çox yaxındır. Kamilin mebel təmiri ilə məşğul olduğunu və son vaxtlar avtomobil satışı ilə məşğul olduğunu bilmişdir. Natiq 2020-ci ilin yay aylarında öz adına tünd göy rəngli, **-ET-*** dövlət qeydiyyat nişanlı “Mercedes E 200 CDİ” markalı avtomobil almışdır. 2021- ci ilin fevral ayının ortalarında o, ailəsi ilə Natiqgilə qonaq getmişdir. Həmin vaxt Natiqin avtomobilini həyətdə görməmiş və Natiqin həmin avtomobili satdığını fikirləşmişdir. Evdə olarkən o, Natiqdən avtomobilin harda olduğunu soruşmuşdur. Natiq ona avtomobilin ustada olduğunu demişdir. O, Natiqin kefinin olmadığını və nəsə başqa söhbət olduğunu hiss etmiş və onlar birlikdə siqaret çəkmək üçün eyvana çıxmışlar. Natiq həmin avtomobili onun da tanıdığı Abşeron rayon sakini Kamil adlı şəxsin 2021-ci ilin fevral ayının 7-i axşam saatlarında anası Yeganənin xəstə olduğu üçün xəstəxanaya aparmaq məqsədi ilə 1 saatlıq aldığını, lakin həmin şəxsin avtomobili gətirib qaytarmadığını demişdir. O, Natiqə niyə Kamilə avtomobili idarə etmək üçün verdiyini dedikdə, Natiq münasibətlərinin yaxşı olduğunu və anasının xəstə olması səbəbindən verdiyini demişdir. O, Natiqdən Kamilin harda olduğunu soruşduqda Natiq Kamilin mobil nömrələrinə zəng çatmadığını və bu barədə 3-cü PB-nə ərizə ilə müraciət etdiyini bildirmişdir. Bundan bir neçə gün sonra o, Kamilin mobil nömrəsinə zəng etsə də Kamil onun zənglərinə də cavab verməmişdir. Daha sonra anası Yeganənin yaşadığı evə getmiş və Kamilin harda olduğunu, Natiqin avtomobilini niyə qaytarmadığını soruşmuşdur.Yeganə Kamilin həmin vaxtdan evə gəlmədiyini, Kamillə əlaqə saxlaya bilmədiyini və bir dəfə özü ilə danışdığını və avtomobilini tez müddətdə qaytaracağını demişdir. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs onun əridir. Natiqin özünə məxsus E klass markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. O, Natiqlə birgə əvvəllər öz avtomobillərində səyyar paltar satışı ilə məşğul olmuşlar. Həmin vaxtlarda təxminən 3-4 il bundan qabaq Abşeron rayonu, Saray qəsəbəsində yaşayan Yeganəni tanımışlar və həmin şəxs müştəriləri olmuşdur. 2020-ci ilin yay aylarında o, Natiqlə Yeganənin borclu olduğu pulu almaq üçün Yeganənin yaşadığı evə getmişlər. Həmin gün evdə Yeganə olmamışdır. Qapını oğlu Kamil açmış və Yeganənin oğlu olduğunu bildirmişdir. Bundan sonra Kamillə Natiqin münasibətləri yaranmış və onlar birlikdə avtomobil alveri ilə məşğul olmuşlar. Sonuncu dəfə fasilə ilə 2021-ci ilin sentyabr ayına kimi Kamilə 17800 manat pul verilmiş və həmin pula avtomobil alıb sataraq onların xeyrini verməli olmuşdur. Lakin, Kamil 1 ay müddətində olmamış və onlar Kamili tapa bilməmişlər. 1 aydan sonra Kamili görmüşlər və Kamil müharibədə iştirak etdiyini onlara demişdir. Hər dəfə onlar Kamildən onda ola pullarına avtomobil alıb satmağını və onların pulunu verməyini tələb etdikdə Kamil müxtəlif bənanələr gətimişdir. Daha sonra Kamil kimlərsə tərəfindən aldadıldığını və onlardan aldığı pulu özü qaytaracağını demişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində Kamil onların yaşadığı mənzilə gəlmişdir. Kamil anası Yeganəni xəstəxanaya aparmaq üçün 1 saatlıq Natiqdən avtomobilin açarını istəmişdir. Natiq açarı Kamilə vermişdir. 3-4 saat ərzində Kamillə danışmış və səhər pulu götürüb gələcəyini bildirmişdir. Bundan sonra Kamillə əlaqə saxlaya bilməmişlər. Yeganəyə zəng edib bu barədə məlumat vermişlər. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Kamil onunla eyni ünvanda yaşamışdır. Kamil daimi yaşayış yeri və qeydiyyatı olmadığı üçün şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Kamil mebel ustası işləmiş və avtomobil satışı ilə də məşğul olmuşdur. 2019-cu ildə Kamilin arvadı Aytəndən rəsmi qaydada boşanmışdır. Natiq və arvadı Ağgülü bir neçə ilə yaxındır ki, tanıyır. Belə ki, həin şəxslər onun yaşadığı ünvana avtomobillə gələrək səyyar paltar satışı ilə məşğul olmuşlar. O, da paltar almış və həmin şəxslər ilə münasibəti yaranmışdır. Bundan sonra oğlu Kamildə Natiqlə münasibət qurmuşdur. O, Natiqlə Kamilin birlikdə avtomobil alqı-satqısı ilə də məşğul olduğunu bilmişdir. 2021-ci ilin fevral ayının əvvəllərində onu qonşunun avtomobili vuraraq xəsarət yetirmiş və həmin şəxs özü onu xəstəxanaya aparmışdır. Təxminən 1-2 gün sonra Natiq və Ağgül onun istifadəsində olan mobil nömrəyə yığaraq Kamilin onun “E klass” markalı, “**-ET-***” dövlət qeydiyyat nişanlı avtomobilini guya onu xəstəxanaya aparmaq adı ilə apardığını, lakin Kamilə zəng çatmadığını bildirmişlər. O, onlara əsəbləşmiş və sənədsiz Kamilə niyə maşın verdiklərini demiş və daha sonra Kamildən xəbər alan kimi onlara məlumat verəcəyini bildirmişdir. Bundan sonra 3 ay müddətində Kamil evə gəlməmişdir. Kamil ona 2-3 dəfə zəng etmiş, o, Kamildən niyə Natiqin avtomobilini götürüb apardığını və harada saxladığını soruşduqda, Kamil səbrli olmağını və gələndə bu barədə danışacağını demişdir. Sonradan eşitmişdir ki, Kamil həbs olunub və cəzaçəkmə müəsissəsində çəza çəkir. İş materiallarında olan 29 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək avtomobili ona vermədiyini bildirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsə məxsus **-ET-*** dövlət qeydiyyat nişanlı, “Mercedes benz E 200 CDİ” minik markalı avtomobili sonuncuya qaytarması barədə verdiyi ifadəsi cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən), Ağdam Rayon Məhkəməsinin xx.xx.20221-ci il tarixli hökmünün və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin xx.xx.20221ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Ağdam Rayon Məhkəməsinin xx.xx.20221-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası “8 X2 münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzasının xx.xx.2021-ci il tarixədək çəkilməmiş 02 il hissəsi 06 ay azaldılmışdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağdam Rayon Məhkəməsinin 1(013)-26/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. İş materiallarında olan 14 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış və Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə müəssisəində çəza çəkməsi nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünü istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda CM-nın 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndiirlən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Cinayətlərin məcmusunun mövcud olduğu hərbir halda, o cümlədən birinci hökm üzrə cəzanın cəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir. Ona görə də Təqsirləndirilən şəxs təyin olunacaq qəti cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı və cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hazırki hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və onun Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə müəssisəində çəza çəkməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan A4 kağız formatında mesaj mətnləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli (iş № 1(060)-648/2022) qərarını icra edərək, 04 avqust 2022-ci il tarixli 1174/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin 1(013)-26/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs 03 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin 1(013)-26/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə çəkilmiş hissəsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həmin hökm ilə üzərində olan azadlıqdan məhrum etmə cəzasının 06 ay azaldılmış hissəsi nəzərə alınmaqla 01 il 09 ay 22 gün müddət çəkilmiş cəzaya bərabər tutulub hazırki hökmlə təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 01 il 02 ay 08 gün azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hazırki hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və onun Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə müəssisəsində çəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan A4 kağız formatında mesaj mətnləri cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar