Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-648/2024 04.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Ucar rayonunda anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 yataq mebel dəsti yığacağı barədə həqiqətə uyğun olmayan yalan vəd verməklə aldadaraq, həmin işin görülməsi müqabilində, 15 fevral 2023-cü il tarixdən 14 mart 2023-cü il tarixədək olan müddət ərzində hissəhissə olmaqla, yəni Zərərçəkmiş şəxs1 15 fevral 2023-cü il tarixdən 08 mart 2023-cü il tarixədək olan müddətdə, yaşadığı ünvan 2 ünvanında yerləşən evdə özünə məxsus hesab kartının balansından Təqsirləndirilən şəxs **********393693 nömrəli hesab kartının balansına göndərdiyi 500 manat, 08 mart 2023-cü il tarixində, saat, 15:09-da yenə həmin ünvanda özünə məxsus 416973******8188 nömrəli hesab kartının balansından göndərdiyi 150 manat və 14 mart 2023-cü il tarixində, Bakı şəhəri, Zabrat qəsəbəsi, Xəyal Vəliyev 85 ünvanında yerləşən “Al” marketdəki ödəmə terminalı vasitəsi ilə göndərdiyi 150 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 Bakı şəhərində yerləşən mənzilinin mebellərini hazırlayıb quraşdıracağına dair həqiqətə uyğun olmayan yalan vəd verməklə aldadaraq, həmin işin görülməsi müqabilində, 27 iyun 2023-cü il tarixdən 21 iyul 2023-cü il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla, yəni 27 iyun 2023-cü il tarixdə, axşam saat 17:00 radələrində, Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində 3500 manat, Zərərçəkmiş şəxs2 03 iyul 2023-cü il tarixdə, saat 13:13-də, Bakı şəhəri Yasamal rayonu, MİDA sosial evlər ərazisində yerləşən “Bazarstore” ticarət mərkəzindəki “mpay” ödəmə terminalı vasitəsi ilə, onun adına olan, **********393693 nömrəli, Kapital Bank tərəfindən verilmiş kart hesabına göndərdiyi 1500 manat, xx.xx.2023-cü il tarixdə, Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin yaxınlığında 350 manat 21 iyul 2023-cü il tarixdə, Sumqayıt şəhəri, dəniz kənarı ərazidə yerləşən “Balıqçı” restoranında 650 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda, yəni ümumilkdə 6000 (altı min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, mebel ustası işləmişdir. 2023-cü ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs1 sosial şəbəkədən onun mobil nömrəsindən götürüb onunla əlaqə saxlayaraq, Fərqanənin yaşadığı mənzilə yataq mebeli sifariş etmək istədiyini bildirmişdir. O, Fərqanənin mobil telefonunun votsap sosial şəbəkəsinə yataq mebellərinin foto şəkillərini göndərmişdir. Fərqanə foto şəkillərdən birini bəyənmişdir. Bundan sonra Fərqanə ölçü üçün onu yaşadığı mənzilə dəvət etmişdir. O, Sabunçu rayonunda Zərərçəkmiş şəxs1 yaşadığı mənzilə getmişdir. Mənzildə Fərqanənin həyat yoldaşı və özü olmuşdur. O, ölçüləri ölçüb mebelin görünüşünü çəkmiş və onlar həmin mebelin düzəlməsinə 800 (səkkiz yüz) manata razılaşmışlar. Bir neçə saat sonra Fərqanə onunla əlaqə saxlamış və pul göndərmək üçün kart hesabı istəmişdir. O, özünə məxsus hesab kartının nömrəsini və şəxsiyyət vəsiqəsinin şəklini vhatsap vasitəsi ilə Fərqanəyə göndərmişdir. Fərqanə pulu göndərmişdir. Bundan bir neçə gün sonra o, ailə vəziyyəti ilə əlaqədar Ucar rayonuna gedərk bir neçə gün orada qalmışdır. O, rayona getməyi səbəbi ilə Zərərçəkmiş şəxs1 mənzilində mebeli quraşdıra bilməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 həmin mebeli istəməmiş və ondan pulunu tələb etmişdir. Həmin vaxt mebel düzəltmək adı ilə aldığı pulu qaytarmamışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs2 ilə Şahid2 adlı tanışı vasitəsi ilə tanış olmuşdur. xx.xx.2023-cü il tarixdə, vhatsapp tətbiqində Zərərçəkmiş şəxs2 ilə əlaqə saxlayıb elə həmin gün təqribən saat 13:00-da Zərərçəkmiş şəxs2 mənzilinə gədərək mətbəx mebelindən başqa digər bütün mebellərin hazırlanması, quraşdırılması üçün ölçüləri götürmüş, hesablamalar aparıb bu mebelləri 20 gün ərzində hazırlayıb quraşdıracağını və bütün bunların müqabilində Zərərçəkmiş şəxs2 7700 manat ödəyəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında o, Sumqayıt şəhərində İsmayılla görüşüb İsmayıldan 3500 manat pul almışdır. Təxminən 10 gündən sonra o, İsmayıla zəng vurub əlavə 1500 manat da lazım olduğunu bildirmiş, İsmayıl onunla razılaşmışdır. İsmayıl onun "xxxx" ASC-dən aldığı hesab kartına 1500 manat pul göndərmişdir. Bir neçə gündən sonra isə Rahilin evində işlədiyi vaxtlarda İsmayıldan 100 manat pul almışdır. Sonra İsmayıl Sumqayıt şəhəri ərazisində Karvan ticarət mərkəzinin qarşısında ona 200 manat pul vermişdir. Bir müddətdən sonra İsmayıl sifariş verdiyi mebellərin quruluşunda müəyyən dəyişikliklər etməsini ondan xahiş etmişdir. O, mebelləri İsmayılın istədiyi formada yığacağını, ancaq sifarişdə dəyişiklik etdiyinə görə mebellərin hazırlanmasının bir qədər ləngiyəcəyini bildirmişdir. İsmayıl bütün mebellərin birlikdə qurulmasını istəmişdir. Buna görə də, o sifarişi hazırlayıb təhvil verə bilməmişdir. Buna görə də,. İsmayıl onun barəsində şikayət etmişdir. O, maddi problemləri olduğu üçün İsmayıla pul qaytara bilməmişdir. Hazırda zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tam şəkildə ödəmiş, zərərçəkmiş şəxslərlə barışmış, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur, eyni zamanda cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında videokonfrans əlaqə sistemi vasitəsilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, 2023-cü ilin iyun ayında güzəştli şərtlərlə ipoketa ilə aldığı ünvan 4 ünvanında yerləşən mənzilə mebellərin hazırlanması üçün mebel ustası axtararkən, tanışı Şahid2 tanıdığı Elcan adlı bir mebel ustasının olduğunu və Rahilin özünün də sifarişlərini Elcana verdiyini bildirmişdir. Rahildən Elcanla necə əlaqə saxlaya biləcəyini soruşduqda, onun telefon nömrəsini Elcana verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə whatsapp tətbiqindən ona yazaraq özünü mebel ustası kimi təqdim etmiş və mobil telefon nömrəsini Rahilin Elcana verdiyini bildirmişdir. Elə həmin gün Elcan onun sözügedən ünvanda yerləşən mənzilinə gedərək mətbəx mebelindən başqa digər bütün mebellərin hazırlanması, quraşdırılması üçün ölçüləri götürmüş, hesablamalar aparıb bu mebelləri 20 gün ərzində hazırlayıb quraşdıracağını və bütün bunların müqabilində İsmayılın 6500 (altı min beş yüz) manat ödəyəcəyini bildirmişdir. O, Elcanla razılaşmış, 27 iyun 2023-cü il tarixdə, axşam saatlarında Elcanla Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində görüşərək Elcana 3500 (üç min beş yüz) manat pul vermişdir. 02 iyul 2023-cü il tarixdə Elcan ona səsli mesajla mebel materiallarını aldığını, lakin divan kreslo materialları üçün pulun çatmadığını bildirərək, əlavə olaraq 1500manat pul istəmişdir. O, “М-Pay” vasitəsilə Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC kartına 1500 (bir min beş yüz) manat pul göndərmişdir. Razılaşmalarına görə Elcan 21 iyul 2023-cü il tarixdə onun sifariş verdiyi mebelləri ona təhvil verməyi öhdəsinə götürmüşdür.. 18 iyul 2023-cü il tarixdə Elcan ona səsli mesaj göndərərək mənzilinin otaqlarının mebellərinin hamısının hazır olduğunu, divan və kresloların karkasının hələ hazır olmadığını deyib, divan və kresloları 24 iyulda ona təhvil verəcəyini bildirmiş və sifarişlərin bir neçə gün gecikdirməsinin səbəbini isə idarə etdiyi avtomobillə adam vurması ilə əlaqələndirmişdir. 20 iyul 2023-cü il tarixdə Elcan səsli mesajla yenə bəzi əksikliklərin olduğu üçün ondan əlavə olaraq 350 (üç yüz əlli) manat pul istədiyini deyib, Sumqayıt şəhəri, Karvan ticarət mərkəzinin yanında görüşüb həmin məbləği verməsini ondan xahiş etmiş və 21 iyulda mebelləri gətirib təhvil verəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Elcanla görüşüb ona 350 (üç yüz əlli) manat pulu vermişdir. 21 iyul 2023cü ildə Elcan ona sms yazaraq mebelin güzgülərinin hazırlanması üçün pul çatmadığını bu səbəbdən də, sifarişləri gətirə bilməyəcəyini, hal-hazırda Sumqayıt şəhəri, dəniz kənarı ərazidə yerləşən Balıqçı restoranında olduğunu bildirib əlavə olaraq 650 (altı yüz əlli) manat pul istəmişdir. O, həmin yerə gedib Elcanla görüşmüş və istədiyi 650 (altı yüz əlli) manat pulu Elcana vermişdir. 22 iyul 2023-cü il tarixdə Elcan yenə sms yazaraq ondan mənzilinin neçənci mərtəbədə olduğunu soruşmuşdur. Ancaq Elcan həmin gün mebelləri gətirməmişdir. 30 iyul 2023-cü ildə saat o, Elcana səsli mesaj göndərərək, Elcanın hazır olduğunu dediyi mebelləri aparmağa kömək etmək istədiyini bildirirmişdir. Ancaq Elcan mebelləri apara bilməyəcəyini demiş və yenə 1 gün möhlət istəyərək, 31 iyul 2023-cü il tarixdə, səhər tezdən mebelləri təhvil verəcəyini bildirmişdir. Elcanın onu aldadaraq pulunu ələ keçirdiyini anlayıb Elcandan pulu geri qaytarmasını tələb etməyə başlamışdır. Elcan yenə yalan danışaraq bütün mebellərin tam hazır olduğunu sabah tezdən bütün mebelləri quraşdırıb təhvil verəcəyini bildirmişdir. Elcanın hər dəfə bir bəhanə gətirərək onu aldatdığını başa düşmüş və mebel düzəltməsi üçün Elcana ödədiyi bütün pulunu geri qaytarmasını tələb etməyə başlamışdır. 08 avqust 2023-cü il tarixdə o, atası ilə birlikdə Elcanın yaşadığı ünvana gedib pulunu qaytarmasını tələb etdikdə Elcan, yenə yalan danışaraq mebellərin hazır olduğunu bir neçə gün ərzində ona təhvil verəcəyini bildirmişdir. Elcan, hər dəfə bir bəhanə gətirərək onun pulunu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən də o, xx.xx.2023cü il tarixdə DİN-nə elektron şikayət ünvanlamışdır. Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli teleqramından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir, ona görə də təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Ərizənin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında videokonfrans əlaqə sistemi vasitəsilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, 15 fevral 2023-cü il tarixdə o, öz yaşadığı evə yataq dəsti almaq məqsədi ilə “lalafo” saytında qoyulmuş elanlara baxan zaman orada bir mebeli bəyənmiş və elanda qoyulmuş mobil nömrə ilə əlaqə saxlayıb həmin yataq dəstini satan şəxs sözügedən yataq dəstini 1000 (bir min) manata satdığını bildirmişdir. O, həmin şəxslə danışmış və yataq dəstini satan Təqsirləndirilən şəxs onun yaşadığı evə getmiş, həmin yataq dəstinin evə yerləşibyerləşməməsini müəyyən etmiş, Elcan evə baxmış və həmin yataq dəstinin onların evində olan otağa uyğun olduğunu bildirmişdir. Bundan sonra o, Elcana həmin yataq dəstini 800 (səkkiz yüz) manata ala biləcəyini bildirmiş və o, Elcanla razılaşmışdır. Bundan sonra Elcan özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini və özünə məxsus kart şəkilini onun telefonuna göndərmişdir. O, yaşadığı evdə hissə-hissə öz kartından Elcanın kartına 800 (səkkiz yüz) manat pulu göndərmişdir. Bundan sonra Elcan ona bildirmişdir ki, 15 mart 2023-cü il tarixdə həmin yataq dəstini onun evinə aparacaqdır. 15 mart 2023-cü il tarixdən bu günü qədər o və ailə üzvləri Elcana zəng vursa da, Elcan onların telefonlarına cavab verməyəndə ona məlum olmuşdur ki, Elcan onu aldadaraq pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmçinin o, 800 (səkkiz yüz) manat pulu yaşadığı ünvan 5 ünvanda yerləşən evində özünə məxsus Kapital Bank kartından, Elcanın ona göndərdiyi "xxxx" ASC-yə aid kartına və evinin yanında olan aparat vasitəsi ilə göndərmişdir. Hal hazırda ona dəyiş ziyan tam ödənilmiş, heç bir şikayəti və tələbi yoxdur, cinayət işinə xitam verilməsini xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan 800 (səkkiz yüz) manat tam şəkildə ödənilmişdir, ona görə də ona qarşı heç bir şikayət və tələbi yoxdur. Onun barəsində aparılan cinayət işinə xitam verilməsini və məhkəmə baxışı iclaslarını onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. Şahid2 isə onun keçmiş iş yoldaşıdır. Zərərçəkmiş şəxs2 isə sonradan, Şahid2 vasitəsi ilə tanımışdır. 2023-cü ilin təxminən aprel ayının sonları Rahil öz evinə mətbəx və digər otaqlar üçün mebel dəsti yığdırmaq istədiyini bildirib, ondan mebel ustası tanışı olubolmadığını soruşmuş, o öz qohumu Təqsirləndirilən şəxs mebel ustası olduğunu bildirmiş və Elcanla Rahili tanış etmişdir. Bundan sonra o, Rahillə danışdıqda Rahil, Elcanla özü əlaqə saxlayıb görüşdüyünü və Elcana müxtəlif mebel dəstləri sifariş verdiyini, Elcanla razılaşdığını bildirmişdir. Təxminən 1 ay sonra Rahil onunla əlaqə saxlayaraq, Elcanın ondan götürdüyü sifarişləri yerinə yetirmədiyini, işi çox yubatdığını bildirmişdir. O, Elcanla əlaqə saxlayıb Rahilin sifarişlərini tez yekunlaşdırmasını, mebellərini təhvil verməsini tələb etmişdir. Elcan qısa müddət ərzində Rahilin sifarişlərini hazır edib təhvil verəcəyini bildirmişdir. Rahil bir müddət sonra yəni, 2023-cü ilin iyun ayında onunla əlaqə saxlayaraq, Elcanın nəinki onun sifariş verdiyi mebelləri hazır etmədiyini, hətta Rahilin tanışı olan və Elcanla tanış etdiyi Zərərçəkmiş şəxs2 adlı şəxsdən də, Elcanın mebel düzəldib təhvil verəcəyi adı ilə xeyli miqdarda pul alıb ələ keçirdiyini, Zərərçəkmiş şəxs2 sifariş verdiyi mebelləri təhvil vermədiyini bildirmişdir. Sonradan öyrənmişdir ki, Elcan mebel düzəldib təhvil verəcəyi adı ilə Zərərçəkmiş şəxs2 aldığı pul müqabilində İsmayılın sifariş verdiyi mebelləri düzəldib təhvil verməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, o, mebellərin yığılması və quraşdırılması ilə məşğul olduğunu, Təqsirləndirilən şəxs onun doğma övladı olduğunu və Elcanın da, əvvəllər mebel ustası kimi fəaliyyət göstərdiyini, Elcanın rəsmi iş yeri və ya icarə əsasında işlədiyi bir iş yeri olmadığını, Elcanın sifariş qəbul etdikdən sonra lazımi materialları alıb kəsim yerlərində kəsdirdikdən sonra ünvanlara aparıb həmin mebelləri quraşdırırdığım qeyd edərək bildirmişdir ki, 2023-cü ilin təxminən yay aylarında İsmayıl adlı şəxs ona zəng edərək Elcanın, İsmayılın evinin mebellərini düzəldəcəyinə söz verərək İsmayıldan müəyyən məbləğdə pul aldığını, lakin vədinə əməl etməyərək mebelləri hazırlamadığını və pulunu qaytarmadığını bildirmişdir. İsmayıl ona bildirmişdir ki, Elcana ümumilikdə 6000 manat pul vermişdir. O, bu barədə Elcandan soruşduqda Elcan ona bildirmişdir ki, İsmayıldan ümumilikdə 5100 manat pul almışdır. O, verilən pulun bir hissəsinə divan yığdırsa da İsmayıl divanı bəyənməmiş və Elcandan pulunu tələb etmişdir. Elcan isə divanı satdıqdan sonra İsmayılın pulunu qaytaracağım bildirmişdir. O, pulun qalan hissəsinə isə sifarişi tamamlamaq üçün müxtəlif mal-material almışdır. Lakin İsmayıl dolabları bəyənmədiyi üçün həmin mebellər Elcanın üzərində qalmışdır. Bu sözləri ona Elcan demişdir. Bir müddətdən sonra İsmayıl Elcandan şikayət etmiş Elcan isə İsmayıldan aldığı pulu hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin sonradan Elcan İsmayıla heç bir məbləğdə pul ödəməmişdi. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs2 onun dostu olduğunu, Təqsirləndirilən şəxs isə 2023-cü ilin təxminən aprel ayının sonları tanıdığını, yəni həmin ərəfələrdə öz evinə mətbəx və digər otaqlar üçün mebel dəsti yığdırmaq istədiyi üçün, yaxınlarından mebel ustası tanışları olub-olmadığını soruşduğunu, onun iş yoldaşı Niftalıyev Fuadın öz qohumu Təqsirləndirilən şəxs mebel ustası olduğunu ona bildirdiyini və onları tanış etdiyini, bundan sonra o, Elcanla əlaqə saxlayıb görüşdüyünü, mətbəx mebeli, yataq mebeli, dəhliz üçün dolab sifariş verdiyini və ilkin olaraq Elcana 700 manat pul ödədiyini qeyd edərək bildirmişdir ki, bir müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə onun dostu Zərərçəkmiş şəxs2 ilə görüşdükdə İsmayıl öz evi üçün mebel dəsti yığdırmaq istədiyini bildirmiş və mebel ustası tanışı olub-olmadığını ondan soruşduqda o, Təqsirləndirilən şəxs adlı mebel ustasını tanıdığını, özünün də, Elcana mebel sifariş verdiyini bildirmişdir. İsmayıl Elcanın telefon nömrəsini ondan alıb onunla əlaqə saxlamışdır. İsmayılla növbəti görüşlərinin birində İsmayıl, Elcanla görüşdüyünü və mebel düzəltməsi üçün Elcana sifariş verdiyini bildirmişdir. Xeyli müddət keçməsinə baxmayaraq o, dəfələrlə Elcanla əlaqə saxlayıb sifariş verdiyi mebelləri nə üçün çatdırmadığını soruşduqda Elcan, hər dəfə bir bəhanə gətirərək qısa müddət ərzində sifariş verdiyi mebelləri çatdıracağını bildirmişdir. 2023-cü ilin iyun ayının sonları, o, İsmayılla görüşdükdə, Elcanın İsmayılı aldatdığını, sifariş verdiyi mebelləri düzəldib təhvil vermədiyini, mebelləri düzəldib təhvil verəcəyi adı ilə İsmayıldan aldığı 6000 manat pulu ələ keçirdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanılmışdır. İş materiallarından görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs hesab kartına 150 (bir yüz əlli) manat pul göndərməsini, eləcə də, zərərçəkmiş Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs hesab kartına 1500 manat pul göndərməsini təsdiq edən ödəmə çeki iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Səid Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraatına qəbul edilmiş və istintaqı davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin azad olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün kifayət qədər əsaslar olmadığından o, Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulduqda Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2024-cü il tarixli məktubundan və həmin tarixli axtarışda olanın tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhərində saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sabunçu RPİ-nin İŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işi Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Səid Məmmədovun icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaqı aparılan ********* nömrəli cinayət işi ilə birləşdirilib birgə istintaq aparılması üçün Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işlərinin bir icratda birləşdirilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs mebel düzəldib təhvil verəcəyi adı ilə Zərərçəkmiş şəxs2 aldadıb 6000 (altı min) manat almasını təsdiq edən səs yazılarını özündə əks etdirən 01 (bir) ədəd CD disk iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək sonuncunu ifşa etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 178.2.1-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələr ilə cinayət təqibinin başlanılması Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, Şahid2 barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Cinayət Prosesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-648/2024 saylı, xx.xx.2024-cü il tarixliqərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilərək ********* saylı cinayət işi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilmişdir. Ona görə də, “DİO-da axtarış işinin təşkili və həyata keçirilməsi haqqında” Təlimata əsasən Təqsirləndirilən şəxs barəsində daxil olmuş 1(060)-648/2024 saylı, xx.xx.2024cü il tarixli axtarış qərarı icra olunmadan geri qaytarılmışdır. İş materiallarında olan "xxxx" ASC-yə məxsus 8976 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 1700 (bir min yeddi yüz) manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.2-ci maddəsinə görə, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, zərərçəkmiş şəxslərin onunla barışmasını, zərərçəkmiş şəxslərin və təqsirləndirilən şəxsin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini, təqsirləndirilən şəxsin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs mebel düzəldib təhvil verəcəyi adı ilə Zərərçəkmiş şəxs2 aldadıb 6000 (altı min) manat almasını təsdiq edən səs yazılarını özündə əks etdirən 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-648/2023) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 1101 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 18 (on səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci, maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73-1.2ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs mebel düzəldib təhvil verəcəyi adı ilə Zərərçəkmiş şəxs2 aldadıb 6000 (altı min) manat almasını təsdiq edən səs yazılarını özündə əks etdirən 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-648/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-648/2024
04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver