Məhkəmə qərarları › İş №1(060)-649/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-649/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-649/2023 13.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1987-ci ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Paşa Holding-də mühafizəçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri ərazisində daimi yaşayış yeri olmadan yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 08:00 radələrində ünvan 1 ünvanında keşmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək ona sol alın-təpə nahiyyəsinin yarası xəsarətini yetirərək Zərərçəkmiş şəxs qəsdən yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2008-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Bu nikahdan xx.xx.2010-cu il təvəllüdlü oğlu Rüstəmov Xalid və qızı xx.xx.2017-ci il təvəllüdlü Rüstəmli Aysun dünyaya gəlmişdir. 2023-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs aralarınd yaranmış mübahisələrə görə boşanmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. O da təxminən 2023-cü ilin fevral ayından etibarən özünəməxsus olan ünvan 1 ünvanını tərk etmiş, həmin vaxtdan etibarən də o hazırki vaxta qədər müxtəlif vaxtlarda ayrı-ayrı qohumlarının, tanışlarının və dostlarının ünvanında qalır və buna görə də daimi yaşayış yeri yoxdur. Rüstəmova Elvirra ilə övladları həmin ünvandda yaşayır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Boşandıqdan sonra o Elvira ilə dəfələrlə danışaraq barışmaq istədiyini bildirmişdir. Lakin o razı olmamışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında o bir qədər spirtli içki qəbul etmişdir. Bundan sonra da onun övladları yadına düşmüşdür. Onları görmək istəmişdir. Buna görə də xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində Elviranın övladları ilə birlikdə yaşadığı ünvan 1 ünvanına gəlmiş, qapını döymüşdür. Elvira qapını açmışdır. Övladlarını görmək üçün gəldiyini demişdir. O da övladlarının mənzildə olmadığını, nənəsigildə qaldığını demişdir. Sonra da o Elviraya barışmaqlarını təklif etmişdir. Elviradan onunla niyə barışmaq istəmədiyini soruşmuşdur. O da barışacağını demişdir. Lakin o da Elviranın yalan danışaraqonu yola verdiyini hiss etdiyi üçün əsəbiləşmişdir. Buna görə də əli ilə onun sifət və baş nahiyyəsinə bir neçə dəfə sillə ilə zərbə vurmuşdur. Həmin vaxt da 300 ml-lik “Sirab” su şüşə butulkası əlində olmuşduur. Belə ki, o həmin suyu içmək üçün almışdır, üzərindən bir qədər içmişdir. Mübahisə zamanı da butulka yerə düşmüş və sınmışdır. Etdiyi hərəkətdən peşman olduğu üçün Elviradan üzr istəmiş, lakin Elvira onun xahişini qəbul etməmiş və ondan şikayət edəcəyini bildirmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. O Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə ondan boşanmışdır. Buna görə də ayrı-ayrı ünvanlarda yaşayırlar. xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində yaşadığı ünvanda olduğu zaman qapı sakitcə döyülmüşdür. Lakin gözlükdən baxdığı zaman heç kəsi görməmişdir. Buna görə də qapını açmışdır. Bu zaman həyat yoldaşı Mehmanı gömüşdür. Mehman içəri daxil olmuşdur. O Mehmandan gəlişinin səbəbini soruşmuşdur. O da övladlarını görmək üçün gəldiyini demişdir. O da Mehmana həmin gün övladlarının nənəsigildə qaldığını demişdir. Bundan sonra da Mehman onunla barışmaq istədiyini demişdir. O da Mehmana yalandan barışacağını deyib yola vermişdir. Mehman da bundan əsəbiləşmişdir. Əli ilə baş və sifət nahiyyəsinə bir neçə dəfə sillə vurmuşdur. Sonra da peşman olduğu üçün ondan üzr istəmişdir. O da Mehmandan şikayət edəcəyini bildirmişdir. Mehman da çıxıb getmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü X2 adlı və X3 adlı xx.xx.2010-cu il təvəllüdlü iki azyaşlı övladı vardır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1987/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs ilə cavabdeh Təqsirləndirilən şəxs arasında xx.xx.2008-ci il tarixli 1678 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. İş materiallarında olan “Sərxoşluq hallarının tibbi müayinəsinin” A/971 saylı, xx.xx.2023-cü il tarixli aktından görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu mövcud olmuşdur. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 918 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarət aşkar edilmişdir:sol alın-təpə nahiyyəsinin yarası. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, qərarın təsviri hisssəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən bir günə qədər olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərəvurmaya aid edilir. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 2274 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan DİN-nin 3-13-12-1/2-R-1130xx/xx/2023 saylı, xx.xx.2023-cü il tarixli arayışından və DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt 4 nömrəli xəstəxanasının 235 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 221-ci maddəsinin tərkib əlamətləri qeydə alınmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 221-ci maddəsilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan 1 saylı MKS-nin 531 saylı, xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində yaşayış yeri üzrə barəsində heç bir şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilən norma 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmişdir və həmin vaxtdan sonra Təqsirləndirilən şəxs həmin əsasla məsuliyyətdən azad olunmamışdır. Ona görə də, həmin maddənin tətbiq edilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar