Məhkəmə qərarları › İş №1(060)-649/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-649/2025

12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-649/2025 12.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmuş, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 130A-da qeydiyyatda olan, Abşeron rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib hazırda Qobustan Penitensiar müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda qanunsuz olaraq narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 404,229 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 05 mart 2025-ci il tarixdə saat 16:09 radələrində Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, BTZ bağları ərazisində sürət qatarının keçdiyi körpünün yaxınlığında saxlanılıb üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin iç hissəsindən 01 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 404,229 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək ondan götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 10,798 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 12 may 2025-ci il tarixdə saat 14:17 radələrində Sumqayıt şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, X10 küçəsində saxlanılıb üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 10,798 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək ondan götürülmüşdür. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş hər iki ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılmış və üzərindən narkotik vasitə aşkar edilmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etmişdir, kiməsə pay vermək niyyəti olmayıb. İlk dəfə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra yenidən narkotik vasitə istifadə etməyə başlayıb. Əvvəllər psixotrop maddə olan metamfetamin istifadə edib, son vaxtlar isə marixuana istifadə edirdi. Həm sürücü, həm də fəhlə işləyir. Hər 2 epizod üzrə istifadə etməklə ittiham edildiyi narkotik vasitə özünə məxsus olmuşdur. Hal-hazırda əməlindən peşmandır. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona hər hansı təzyiq və ya təsir göstərilməyib. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində verdiyi ifadəsi elan edilməklə tədqiq edildi. O, ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək, öz müdafiəsi ilə bağlı hər hansı bir əsaslı dəlillər gətirməyərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Əvvəllər məhkum olunmamışdır. 05 mart 2025-ci il tarixdə günorta saatlarında o, tək Bakı-Sumqayıt yolunun Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən keçən hissəsində yolun sağ tərəfində yerləşən “Araz” marketin yaxınlığından piyada keçən zaman yolun kənarında qara rəngli selofanın içərisində bir büküm tapmışdır. Həmin bükümü açdıqda şəffaf sellofana bükülmüş narkotik vasitə olan marixuana olduğunu görmüşdür. O, həmin narkotik vasitəni özü istifadə etmək məqsədilə götürərək üzərində saxlamış və piyada Sumqayıt şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Təxminən saat 16:00 radələrində o, Bakı-Sumqayıt yolunun sağ tərəfi ilə hərəkətdə olub, Sumqayıt şəhəri, BTZ bağları ərazisindən keçən zaman sürət qatarının keçdiyi körpünün yaxınlığında üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, polis əməkdaşları olduqlarını deyərək, xidməti vəsiqələrini göstərib özlərini ona təqdim etmişlər. Onlar onu üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu deyib, hüquqlarını izah edərək, üzərində qanunla qadağan olunmuş hansı əşyalar olduğunu soruşmuşlar. O, əynində olan qara rəngli dəri gödəkçənin sol yan cibində saxladığı bir büküm narkotik vasitə olan marixuananı və həmin gödəkçənin sağ yan cibində olan bir ədəd «Redmi» markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi bir büküm narkotik vasitə olan marixuana elektron tərəzidə çəkilərək 0,415 kiloqram olması müəyyən olunmuş və qablaşdırılmışdır. Həmçinin təqdim etdiyi "Redmi" markalı mobil telefon da qablaşdırılmış və sənədləşmə işləri aparmaq üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PB-yə gəlmişdir. Polis Bölməsində otaqların birində polis əməkdaşlarının və ona təqdim olunmuş vəkil X4 iştirakı ilə və onun razılığıyla videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşları onu saxlayan zaman üzərindən aşkar olunan narkotik vasitə olan marixuana bir daha onun iştirakıyla elektron tərəzidə ölçülmüş və həmin narkotik vasitə polis əməkdaşları tərəfindən yenidən qablaşdınlaraq bu barədə protokol tərtib olunmuşdur. Həmçinin üzərindən aşkar olunan bir ədəd «Redmi» markalı mobil telefona da baxış keçirilərək yenidən qablaşdırılmışdır. Protokol tərtib olunduqdan sonra isə ucadan oxunmuş və o, digər iştirakçılarla birlikdə protokola imza etmişdir. Bundan başqa 12 may 2025-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsi yerləşən Corat abidəsi deyilən yerin yaxınlığında olarkən yerdən 1 ədəd şəffaf rəngli büküm olmasını görmüş və diqqətini çəkdiyi üçün götürmüşdür. Bükümün içərisinə baxdığı zaman əvvəllər narkotik vasitə istifadə etdiyi üçün “nəşə” dedikləri narkotik vasitə olan marixuana olmasını bilmişdir. Həmin narkotik vasitəni istifadə etmək üçün əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün saat 14:17 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən 25 saylı yaşayış binasının yaxınlığında olduğu zaman mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz istifadəsi və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib onun üzərinə videoçəkilişlə baxış keçirəcəklərini bildirmişlər. Baxış keçirilərkən üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuşlar. O da özü təqdim etməsə üzərində olan narkotik vasitənin aşkar olunacağını bildiyi üçün əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan maddəni çıxarıb təqdim etmişdir. Üzərindən aşkar edilən maddə elektron tərəzidə çəkilmiş və 1 ədəd kağız zərfdə qablaşdınlaraq möhürlənmişdir. Üzəri imzalanmış və o da həmin zərfin üzərini imzalamışdır. Bundan sonra üzərini yoxlamışlar və qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları onu Sumqayıt şəhər Polis İdarəsinə dəvət etmişlər. Polis İdarəsində olan zaman ona hüquqları izah olunduqdan sonra bu barədə yazılı bildiriş verilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 təqdim olunmuşdur. Daha sonra üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş və o da üzərində olan 1 ədəd Vant markalı siqareti, 1 ədəd şəxsiyyət vəsiqəsini, 1 ədəd 5 manatlıq pul əskinasını və 20 qəpiklik dəmir pulu təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmış və qanunla dövriyyəsi qdağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Daha sonra baxışda iştirak edən Sumqayıt ŞPİ-nin əməkdaşı üzərindən aşkar edilmiş narkotik vasitənin qablaşdırıldığı zərfi təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin zərf götürülmüş və bundan sonra Vant markalı siqaret, 5 manatlıq pul və 20 qəpiklik dəmir pul özünə qaytarılmışdır. Əlavə olaraq bildirmişdir ki, o, nə saxlanılarkən, nə də sonradan polis bölməsinin inzibati binasında olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, digər qeyri-qanuni hərəkətlərə yol verilməmişdir. O, narkotik vasitədən istifadə etmişdir. O, narkotik vasitələrin və ya psixotrop maddələrin alqı satqısı ilə məşğul olmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitəni öz istifadəsi üçün saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs son söz olaraq əməlindən peşman olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqsirli olması toplanmış mötəbər dəlillərlə-özünün etirafedici ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər istintaq sənədləri ilə aşağıdakı qaydada tam olaraq təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin 5-ci polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 5-ci PB-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək əməliyyat müşahidəsinə götürülmüş, həmin tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, BTZ bağları ərazisində sürət qatarının keçdiyi körpünün yaxınlığı ilə tək piyada hərəkətdə olduğunu görüb videoçəkiliş aparmaqla sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində 01 ədəd sellofan bükümdə saxladığı, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni çıxarıb təqdim etmişdir. Həmin kütlə elektron tərəzi vasitəsilə çəkilmiş, zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə bənzər kütləni həmin gün günorta saatlarında Abşeron rayonu Saray qəsəbəsində piyada hərəkətdə olarkən yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman qanunla qadağan edilən hər hansı əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə ilə birlikdə Sumqayıt ŞPİ- nin 5-ci PBnə gətirmişlər. Polis bölməsində təhqiqatçı tərəfindən videoçəkilişlə, onların və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da ifadəsində Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, 12 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur, bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü əməliyyat qrupu yaradılmış, onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Corat qəsəbəsində müəyyən edərək videoçəkiliş aparmaqla ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin istifadəsi, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olmasını bildirib ona hüquqlarını izah etdikdən sonra üzərinə yoxlama aparılacağını deyərək üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşyanın olub-olmamasını soruşmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı 01 ədəd şəfaf rəngli sellofan bükümdə saxladığı, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni çıxarıb təqdim etmişdir. Həmin kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və həmin kütlə kağız zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə ilə birlikdə Sumqayıt ŞPİ-nə gətirmişlər. Polis idarəsində təhqiqatçı tərəfindən videoçəkilişlə, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. İbtidai istintaq müddətində şahid qismində dindirilmiş Şahid5 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edildi. O, ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, rütbəsi polis kapitanıdır. 12 may 2025-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı şöbə rəhbərliyinə məruzə etdikdən sonra bununla bağlı əməliyyataxtarış tədbirlərinin keçirilməsindən ötrü 12 may 2025-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Şöbə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin günü əməliyyat qrupunun üzvləri olaraq birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü onların ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Corat qəsəbəsi, N.Vəzirov küçəsində olmasını müəyyən edərək videoçəkiliş aparmaqla ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin istifadəsi, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olmasını bildirib ona hüquqlarını izah etdikdən sonra üzərinə yoxlama aparılacağını deyərək üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşyanın olub-olmamasını soruşmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı 01 ədəd şəfaf rəngli sellofan bükümdə saxladığı, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni çıxarıb təqdim etmişdir. Həmin kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 11 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra həmin kütlə kağız zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə bənzər kütləni həmin gün səhər saatlarında Corat qəsəbəsində Corat abidəsi deyilən yerdə yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman qanunla qadağan edilən hər hansı əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə ilə birlikdə Sumqayıt ŞPİ-nə gətirmişlər. Polis idarəsində təhqiqatçı, polis mayoru Zaur Cəfərov tərəfindən videoçəkilişlə, onların və Sumqayıt Regional vəkil bürosunun vəkili X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Zaur Cəfərov tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və qablaşdırılmış halda olan kütlə təqdim edilərək onun üzərindən aşkar olunan kütlə olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin onun üzərindən aşkar olunmuş narkotik vasitə olmasını bildirmişdir. Eyni zamanda təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq həmin narkotik vasitəni Corat qəsəbəsində Corat abidəsi yaxınlığında yerdən tapmasını bildirmişdir. İbtidai istintaq müddətində şahid qismində dindirilmiş Şahid3 ifadəsi Şahid5 ifadəsi ilə eyniməzmunlu olmuşdur. Cinayət işinin 23-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14.17-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 74-75-ci vərəqəsində olan 14 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 112-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16.09-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 160-161-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 64-65-ci vərəqələrində olan 14 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin 147-148-ci vərəqələrində olan 07 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin 229-230-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 07 mart 2025-ci il və 14 may 2025-ci il tarixli qərarlarla Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 89-90-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli cinayət işlərinin bir icraata qəbul edilməsi, birləşdirilməsi və tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli, həmçinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, cinayət işinin istintaqı həmin maddə ilə ********* nömrəsi altında davam etdirilmişdir. Cinayət işinin 182-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğundan barəsində axtarış elan edilmişdir. Cinayət işinin 185-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmışdır. Cinayət işinin 187-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və icraata götürülməklə istintaqı aparılmışdır. Cinayət işinin 8-10-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstününün yoxlanılmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, X10 küçəsində saxlanılaraq üstü yoxlanılan zaman əynində olan şalvarının sağ yan cibindən sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 98-100-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstününün yoxlanılmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, BTZ bağları ərazisində sürət qatarının keçdiyi körpünün yaxınlığında saxlanılaraq üstü yoxlanılan zaman əynində olan gödəkçəsinin iç hissəsindən sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 33-35-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxlamış olduğu 1 ədəd VANT markalı siqaret qutusunu, sağ arxa cibində saxlamış olduğu şəxsiyyət vəsiqəsini, 1 ədəd 5 manatlıq pul əskinasını və 20 qəpiklik dəmir pulu təqdim edərək masanın üzərinə qoydu. Sorğu zamanı Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq şəhəri Corat qəsəbəsi, X10 küçəsi 56 ünvanının qarşısında polis əməkdaşları tərəfindən saxlanıldığını, saxlanılan zaman üzərində yoxlama aparıldığını, yoxlama zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədədə şəffaf sellofan bükümdəki narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etdiyini, həmin narkotik vasitəni bu gün səhər saatlarında Sumqayıt şəhər Corat qəsəbəsi yaxınlığında yerdən tapdığını, ara-sıra narkotik vasitə istifadə etdiyi üçün götürüb üzərində saxladığını bildirdi. Daha sonra Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 bir ədəd üzərində müvafiq qeydlər aparılmış ağ rəngli DİN-nin 124 saylı möhürlənmiş zərfi təqdim edərək, həmin zərfin içərisində Təqsirləndirilən şəxs saxlanılan zaman təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsinin olduğunu bildirdi. Bundan əlavə olaraq o qeyd etdi ki, Təqsirləndirilən şəxs saxlanılan zaman videoçəkilişdən istifadə etməklə onun üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərindən aşkar edilən və hazırda təqdim zərfin içərisindəki bitki kütləsi elektron tərəzidə çəkilmiş və bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə sayılan marixuanaya bənzər bitki kütləsinin şəffaf sellofan ilə birlikdə çəkisinin 11 qram olduğu müəyyən edilmişdir. Cinayət işinin 121-124-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar olunaraq müvafiq qaydada qablaşdırılmış iki ədəd ağ rəngli zərflərdə olan bağlamalara baxış keçirildi. Belə ki, zərflərdən biri açılan zaman içərisində qara rəngli selofana, daha sonra şəffaf rəngli sellofan kəsiyinə bükülmüş, içərisində tünd yaşıl rəngdə, spesifik iyə malik, ot halında narkotik vasitə olan “marixuana”ya bənzər kütlə aşkar olundu. Təqdim edilən içərisində narkotik vasitə olan “marixuana”ya bənzər kütlə olan büküm Təqsirləndirilən şəxs öz iştirakı ilə Çin istehsalı olan elektron tərəzidə çəkildi. Tərəzidə çəkilərkən həmin kütlənin ümumi çəkisinin 0,410 kiloqram olması müəyyən edildi. Həmin bükümdə olan kütlə maddi sübut əhəmiyyəti kəsb edə biləcəyindən tərəfindən götürüldü və ekspertizaya göndərilməsi üçün yenidən qablaşdırılaraq DİN-in 242 saylı möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs həmin bükümdə olan kütlənin nə olduğu soruşulduqda həmin maddənin narkotik vasitə olan «marixuana» olduğunu bildirdi. Ondan həmin kütləni xx.xx.2025-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində, Bakı-Sumqayıt yolunun sağ tərəfində yerləşən «Araz» marketin yaxınlığında küçədən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdi. Cinayət işinin 47-ci vərəqəsində olan 12 may 2025-ci il tarixli 20/310 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs..." yazılar və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 10,798 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi – 10,798 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 10,748 qram qalıq qalmışdır. Cinayət işinin 135-136-cı vərəqələrində olan Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 16/22 №-li rəyindən məlum olmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs..." yazılar və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd qara rəngli polietilen torbanın içərisində olan, digər bir ədəd şəffaf polietilen torbada təmiz çəkisi 404,229 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi – 404,229 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq – 404,129 qram qalıq qalmışdır. Cinayət işinin 46-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 63 (altmış üç) manat müəyyən edilmişdir. Cinayət işinin 134-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 63 (altmış üç) manat müəyyən edilmişdir. Cinayət işinin 50-51-ci vərəqələrində olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 630 nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. Cinayət işinin 139-140-cı vərəqələrində olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 301 nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. Cinayət işinin 174-175-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, təmiz çəkisi 404,229 qram və 10,798 qram narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc otağına təhvil verilmişdir. Cinayət işinin 177-179-cu vərəqəsində olan əməliyyat tapşırığı və ona verilmiş cavabdan görünür ki, cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı nə vaxt, harada, kimdən (kimlərdən) və nə məqsədlə əldə etməsi, onun narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olub-olmaması, əgər məşğul olmuşdursa, kimə (kimlərə) satmasının müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilməsi və nəticəsi barədə istintaqa rəsmi məlumat verilməsi üçün Sumqayıt ŞPİ-nin CAŞ-na əməliyyat tapşırığı verilmişdir. Sumqayıt ŞPİ-nin CAŞ-dan daxil olmuş əməliyyat tapşırığının cavabında göstərilmişdir ki, bir sıra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanadan hər hansı şəxs(lər)ə satması faktı müəyyən olunmamışdır. Cinayət işinin 218-227-ci vərəqələrində olan 20 avqust 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, təmiz çəkisi 404,229 qram və 10,798 qram narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman 02 ədəd diskə yazılmış videogörüntülər sübut növü kimi qiymətləndirilmişdir. Cinayət işinin 62-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 ədəd qovluq olduğu müəyyən edilmişdir. Qovluqda olan fayla daxil olduqda 08:00 dəqiqə davam edən videonun olması müəyyən olunmuşdur. Videoda Sumqayıt ŞPİ-nin inzibati binasında xidməti otaqların birində təhqiqatçı, polis mayoru Zaur Cəfərov tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhər Regional vəkil bürosunun vəkili X2 və Sumqayıt ŞPİ-nin TŞ-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs hüquqlarının izah edilməsi və bu barədə yazılı bildirişin verilməsi, saxlanılması səbəbi bildirildikdən sonra təhqiqatçı tərəfindən üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs hər hansı qanunla qadağan olunmuş əşya olmadığını bildirərək cibində olan 1 ədəd siqaret qutusunu və pul əskinasını təqdim etmiş, bundan sonra təhqiqatçı tərəfindən üzəri yoxlanılmış və hər hansı qanunsuz əşya aşkar olunmamışdırur. Bundan sonra baxışda iştirak edən əməliyyat müvəkkili tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd zərfdə qablaşdırılmış halda olan narkotik vasitə təqdim olunmuşdur. Təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin narkotik vasitənin onun üzərindən aşkar olunmasını və öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs müdafiəçisi Əbülfəz Bünyatov tərəfindən ondan saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı təsir və təzyiqə məruz qalıb-qalmaması soruşulmuş və o, heç bir təsir olunmadığını bildirmişdir. Bununla da Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış başa çatdırılmışdır. Cinayət işinin 164-165-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı 1-ci diskə daxil olduqda, 01 ədəd qovluq olduğu müəyyən edilmişdir. Həmin qovluqda 14 dəqiqə davam edən videonun olması müəyyən olunmuşdur. Videoda 05 mart 2025-ci il tarixdə saat 16:09 radələrində mülki geyimli polis əməkdaşlarının Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmələri və Təqsirləndirilən şəxs hansı səbəbdən saxlanılması izah edildikdən sonra üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşyanın olub-olmaması soruşulduqda əynində olan qara rəngli gödəkçəsinin sağ iç hissəsindən 01 ədəd qara rəngli sellofanın içərisindəki şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etməsi və elektron tərəzidə çəkildiyi zaman çəkisinin 415 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin narkotik vasitə qurudulmuş marixuana olmasını və həmin gün Sumqayıt şəhəri, Bakı-Sumqayıt yolunun sağ tərəfində yerləşən “Araz” marketin yaxınlığında küçədən tapdığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Daha sonra həmin büküm kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılır və 01 ədəd “Redmi” markalı mobil telefonu iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, qanunla qadağan olunmuş hər hansı digər əşya aşkar olunmamışdır. Cinayət işinin 180-181-ci vərəqələrində olan 14 may 2025-ci il tarixli 2801 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin 205-206-cı vərəqəsində olan xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə verilmiş sorğunun cavabından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 191-198-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli Abşeron rayon Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 gün ona təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda narkotik vasitə olan marixuananı qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxsa cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin təkrar törədilməsini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəza Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin, Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(012)-803/2025 nömrəli hökmü ilə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ümumilikdə 06 (altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 26 may 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(012)-803/2025 nömrəli hökmü ilə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının 14 may 2025-ci il tarixli 2801 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə təyin edilməlidir. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olmağı nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsa tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 404,129 qram və 10,748 qram narkotik maddə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 126 (yüz iyirmi altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası ilə hazırda ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona 01 (bir) il 09 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(012)-803/2025 nömrəli hökmü ilə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və Respublika Narkoloji Mərkəzdə dispanser qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 404,129 qram və 10,748 qram narkotik maddə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 126 (yüz iyirmi altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar