Məhkəmə qərarları › İş №1(060)-65/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-65/2021

27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-65/2021 27.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Zərərçəkmiş şəxsin nümayəndəsi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Museyib oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-cı il ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Sumqayıt şəhəri, 42-ci məhəllə ev 7, mənzil 21-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, ev 43-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını qəsdən məhv etmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 06 radələrində əri Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri 42-ci məhəllə ev 7, mənzil 20-i evdə olan çıraqın içərisində olan “neft” yanacağını götürüb sonuncunun Təqsirləndirilən şəxs ilə birgə nikahdan əvvəl əldə etdiyi yük hissəsinə tökərək od vurub yandırmaqla, dəyəri 500 manat olan 1 ədəd 2014-cü il istehsallı 80 smlıq Hyundai markalı kondisionerin, ümumi dəyəri 840 manat olan 14 ədəd 2015-ci ildə hazırlanmış döşəy, ümumi dəyəri 700 manat olan 14 ədəd 2015-ci ildə hazırlanmış yorğan, dəyəri 20 manat olan 1 ədəd 2015-ci ildə alınmış çilcıraq, dəyəri 200 manat olan 1 ədəd 4 mertlik xalça, dəyəri 250 manat dəyərində 1 ədəd 6 metrlik xalça, dəyəri 40 manat olan 2015-ci ildə alınmış 2*2 metrlik pərdə, ümumi dəyəri 50 manat 5 ədəd 2015-ci ildə hazırlanmış yastığı, tavandan sıradan şıxmış alçıpan təbəqələrinin sökülməsi və yenisi ilə əvəz olunması 66 manat dəyərində 11 ədəd alçipan, ümumi dəyəri 40 manat 4 ədəd alçipan təbəqə, ümumi dəyəri 39 manat olan 39 ədəd alminium profil, ümumi dəyəri 12 manat olan 2 qutu şurup, ümumi dəyəri 174 manat olan 29 ədəd şpatlyovka, ümumi 75 manat olan 25 ədəd boya, 3 manat dəyərində 0,6 metr cilalayıcı kağız, 75 p/m lepka 150 manat, 9 kv/m lambir 63 manat, ümumi dəyəri 36 manat olan 36 ədəd alumin turba, ümumi dəyəri 820 manat olan 41 rulon divar kağızı, ümumi dəyəri 42 manat olan 7 qutu yapışaq, 10 manat dəyərində 2 kv/m cilalayıcı kağız, ümumi dəyəri 450 manat olan 30 kv/m taxta, ümumi dəyəri 6 manat olan 2 kq mismar, 80 manat dəyərində 40p/metri taxta haşiyə cəmi 4666 (dörd min altı yüz altmış altı) manat dəyərində, 72 kv/metr mənzilin siradan çixmiş konstruksiyasi və materiallardan tənzimlənməsi üçün 144 manat, 72 kv/metr tavanın qaşınması, şpatlovkalanması və boya ilə rənglənməsi 576 manat, , “Paduqa” lepka haşiyənin sökülüb yenisi ilə əvəz olunması p/m 300 manat, 9 kv/m tavanda sıradan çıxmış lambir təbəqələrin sökülməsi və yenisi ilə əvəz olunması 54 manat, 201 kv/m divarların qaşınması şpatlovkalanması və digər kağız ilə yapışdırılması üçün 1608 manat, 30 kv/m döşəmədən taxta təbəqənin sökülməsi və yenisi ilə əvəz olunması üçün 300 manat, 40 p/metri taxta haşiyələrinin sökülməsi və yenisi ilə əvəz olunması üçün 120 manat, 3 ədəd taxta materialdan qapının sökülüb yenisi ilə əvəz olunması 600 manat, plastik materialdan qapının sökülüb yenisi ilə əvəz olunması 150 manat, 5 ədəd plastik materialdan pəncərənin sökülüb yenisi ilə əvəz olunması 500 manat, 1 ədəd taxta materialdan pənzərənin sökülüb yenisi ilə əvəz olunması 200 manat, elektrik sisteminin bərpası üçün 400 manat, əlavə və nəqliyyat xərcləri 200 manat xərcləri olmaqla cəmi 5152 (beş min yüz əlli iki) manat dəyərində təmir bərpa xərcləridə nəzərə alınmaqla, özgə əmlakını qəsdən ümumi təhlükəli üsulla məhv edib, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 9818 (doqquz min səkkiz yüz on səkkiz) manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 2017-ci ilin dekabr ayında Zərərçəkmiş şəxslə ailə həyatı qurmuş, birgə nikahından xx.xx.2018-ci il tarixdə X3, xx.xx.2020-ci ildə X4 doğulmuşdur. Ailə qurduqdan 20 gün sonra qaynanası Zəminə vəfat etmişdir. Ayxanla ilk günlərdən yola getməmişlər. Belə ki, Ayxan heç bir səbəbli əsas olmadan onu söymüş, ünvanına nalayiq ifadələrdən istifadə edərək ailə üzvlərini təhqir etmişdir. Bundan əlavə, Ayxan müxtəlif həblər qəbul etdikdən sonra ağzı köpüklənir və ürəyi gedirmiş, Ayxan oyandıqdan sonra isə qeyri-əxlaqı formada davranırmış, təqribən 8-9 ay öncə ailə kimi evdə olarkən qızı Zəminə elindən yerə yıxılmış, bu zaman Ayxan üstünə gələrək onu vurmağa və təhqir etməyə başlamış və valideynlərini çağırmışdır. Bu zaman atası Xaliqlə anası Həcər gəlmişlər, atası Ayxandan onu döymə səbəbini soruşduqda atası ilə Ayxan arasında mübahisə yaranmış və Ayxan atasını yumruqla vurmuşdur, o isə ailə üzvləri ilə birlikdə ata evinə qayıtmışdir. Həmin gün Ayxan dalınca gələrək yenidən atasi ilə mübaisə etmiş, uşaqla birlikdə onu götürüb evə qayıtmışdır. Qızı Zəminəni 2020-ci ilin may ayından atasının evinə aparmış, uşağa anası Həcər baxmışdır. Buna baxmayaraq evlərində mübahisələr davam etmişdir, qaynatası Asif Covid-19 virusuna yoluxduğu üçün xx.xx.2020-ci il tarixdə xəstəxanaya yerləşdirilmiş, xx.xx.2020-ci il tarixdə Ayxan atasının yanına xəstəxayana getmiş, gec gəldiyi üçün pəncərəyə çıxıb onu gözləmiş, Ayxan evə gəldikdən sonra onunla pəncərəyə çıxmağı ucbatından mübahisə etməyə başlamış, üz-başından şillə ilə bir neçə dəfə vurduqdan sonra sakitləşərək yatmışdır. O, özünü təhqir olunmuş hiss edərək onun yanında yatmış, xx.xx.2020-ci il tarixdə, saat 06 radələrində yuxudan durub Ayxanın 3 il evlilik dövründə etdiklərini xatırlayaraq özünü öldürmək qərarına gəlmiş, evdə olan cehizlik lampasında olan nefti götürüb rəhmətlik qaynanasının otağına keçərək əynində olan qara rəngli paltarın üstünə tökərək özünü yandırmaq istəmişdir, nefti üzərinə tökən zaman neft ətrafa, o cümlədən vəfat etmiş qaynanasının yorğan döşək yükünün üzərinə sıçramış, sonra kibriti yandıraraq özünü yandırmaq istəyərkən qızını və hamilə olduğunu düşünüb həyəcanlanaraq kibriti bilmədən yana-yana döşəyə tərəf atmışdır. Bu zaman döşək alovlanmış, o, tez bir zamanda balkona çıxaraq pol əskisini götürüb yanğını söndürməyə çalışsa da buna nail ola bilməmiş və yanğın daha da alovlanmağa başladığı üçün köftanı çıxarıb ağ rəngli koftanı geyinib evdən çıxaraq qaçmışdır. Ayxana isə vəfat etmiş anasının əşyalarının yandırıldığını görəcəyi halda onu öldürəcəyindən qorxaraq deməmişdir. Bu səbəbdən də qızılları götürüb evdən çıxaraq qaçmışdır. “Möhtəşəm” şadlıq sarayının qarşısında tanımadığı bir taksiyə əyləşərək Bakı şəhəri Memar Əcəmi metrosunun yanına gəlmiş, ilk öncə rəfiqəsi Nigara evdən qaçdığı barədə məlumat vermiş, o, isə düzgün etmədiyini deyərək evə qayıtmağı məsləhət görmüşdür. Bundan sonra qızılları satmaq qərarına gəlmiş, lakin satmaqdan imtina etmişdir. Həmin günü saat 15 radələrində Sumqayıt şəhərinə qayıtmış, dükanların birindən özünə xatırlamadığı Bakcell mobil nömrəsi alaraq telefonuna taxıb yenidən qrup yoldaşı Nigara zəng edərək atası gilə götürmələrini demiş, Nigar sonradan zəng edərək atasının onu axtardığı dedikdə o, atasına zəng edərək Möhtəşəm sarayın arxasında olduğunu demiş, sonra istifadəsində olan mobil telefonu, qızılları və əl çantasını kolluqların içərisinə atmışdır. Bibisi oğlu Anar və Ayxanın xalası oğlu Çoşqun gəlib götürmüş, Sumqayıtda olan evinin yanına gətirmişlər. Sonra valideynləri onu Bakı şəhərinə evinə aparmışlar. Olanlar barəsində onlara demiş, lakin yanğın barəsində atası və ailə üzvlərinə məlumat verməmişdir. Bundan sonra o, polislərə və ailə üzlərinə yanğın barədə hər şeyi danışmışdır. Onun evi yandırmaq, ziyan vurmaq fikri olmamışdır, ev cüzi yanmış, qonşuların köməyi ilə söndürülmüşdür. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2017ci il tarixdə ailə qurmuş, birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci ildə X4 doğulmuşdur. Həyat yoldaşı Aygün və ailə üzvləri ilə heç bir düşmənçiliyi olmasa da 1 il əvvəl qaynatası Xaliqlə mübahisəsi olmuş və barışımışlar. Atası Şahid3 Covid-19 virusuna yoluxduğu üçün xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhər 1 saylı xəstəxanasına yerləşdirmiş və evə gəlmişdir. Evdə olduğu müddətdə Aygünlə heç bir mübahisəsi olmamış və sakit gün keçirmişdirlər. xx.xx.2020-ci il tarixdə evdə olan zaman səhər saatlarında atasına yemək apardıqdan sonra evə qayıtmış, axşam saatlarında Aygün yaxınlaşaraq ağrıdığını deyib yatmış, bir necə saat sonra onu şam yemədiyi üçün oyadaraq şam yeməsini bildirmiş və saat 23.30 radələrində yuxusu gəldiyi üçün yataq otaqına keçib telefonda musiqi qoşaraq yatmışdır. Aygün isə oyaq qalmışdır. Sübh tezdən saat 07 radələrində oyanan zaman evin qaranlıq olduğunu görüb təccüblənmış, otağın qapısını açan zaman dəhlizin tamamilə yandığının şahidi olmuş, sonra növbəti otağa baxan zaman həmin otaqında yandığını görüb mətbəxə keçmiş və qazın bir gözünün açıq olduğunu görüb qazı tez bağlamışdır, çıxış qapısına qonşulara xəbər vermək üçün çıxan zaman ayağından yanıq xəsarətləri almışdır. Bundan sonra qonşular içəri daxil olaraq evi söndürməyə kömək etmişdir. O, ev telefonu ilə atasına yığmaq istəyən zaman ev telefonunun kəsildiyini görüb öz telefonunu axtarmış və qoymuş olduğu yerdə deyil, taxtın altından taparaq atası Asifə zəng edərək yanğın barədə məlumat vermişdir. Bundan sonra Aygünün atası Xaliq evə gəlmiş, olanlar haqqında ona danışmışdır. Evə nəzər salan zaman evdə rəhmətlik anası və Aygünə məxsus qızıl ziynət əşyalarını tapa bilməmişdir. Hadisədən sonra qayni İlkinlə polis bölməsinə getmiş, orada birlikdə izahat vermişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs xx.xx.2021-ci ildə məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, qızı Təqsirləndirilən şəxs 2017-ci ilin dekabr ayında Zərərçəkmiş şəxslə ailə həyatı qurmuş və birgə nikahlarından xx.xx.2018-ci il tarixdə X3, xx.xx.2020-ci ildə X4 doğulmuşdur. Qızı ailə qurduqdan 20 gün sonra qaynanası Zəminə vəfat etmişdir. İlk öncə qız ailə münasibətinin yaxşı olduğunu bildirsə də sonradan qızında narahatçılıqlar hiss etmişdir, təqribən 8-9 ay öncə Ayxana məxsus mobil nömrə ilə Aygün atasına zəng edərək evlərinə dəvət etmişdir. O, həyat yoldaşı ilə qızının yaşadığı Sumqayıt şəhərində olan evinə getmiş, qızının üz-gözündə müxtəlif xəsarətlər görmüş və yaxınlaşıb səbəb soruşduqda Aygün cavab olaraq Zəminənin yıxıldığı üçün Ayxanla mübahisələrinin baş verdiyini demişdir. Bundan sonra Ayxan əri Xaliqin üzərinə hücum edərək bir yumruq zərbəsi vurmuşdur. Heç kimə şikayət etməmişlər. O, yoldaşı ilə birlikdə qızını götürüb oradan çıxıb evinə qayıtmış, evə çatdıqdan bir neçə dəqiqə sonra Ayxan gələrək onları bıçaqla hədələyib uşaqları götürüb çıxıb getmişdir. Bu barədə Xaliq Ayxanın əmisi Sadaya məlumat vermişdir. Bundan sonra Aygün Ayxanın onu tez tez döydüyünü bildirmişdir. 2020-ci ilin yanvar ayında qızı xəstə olduğu üçün onlara gəlmiş, onu yoxlatdırmaq üçün həkimə aparan zaman böyrəkləri və ayaqlarında xəsarət izlərini aşkar etmişdir. xx.xx.2020-ci il tarixdə Ayxan Xaliqə zəng edərək yaşadığı evin yandığını və Aygünün evdə olmadığını bildirdikdə, onlar tez Sumqayıta gəlmiş, lakin qızı Aygünü tapa bilməmişlər. Həmin günü saat 15 radələrində Aygün Xaliqə xatırlamadığı nömərdən zəng edərək Möhtəşəm sarayın yanında olduğunu demiş, onların qohumları Aygünü oradan götürüb ilk öncə yanan evə gətirmiş, sonra isə onlar Bakı şəhərinə yaşadıqları evə getmişdirlər. Məhkəmədə şahid qismində dindirilmiş X9 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/2493 saylı rəyindən görünür ki, 1 ədəd 2014-cü il istehsallı 80 sm-lıq Hyundai markalı kondisionerin dəyəri 500 manat, 14 ədəd 2015-ci ildə hazırlanmış döşəyin ümumi dəyəri 840 manat, 14 ədəd 2015-ci ildə hazırlanmış yorğanın ümumi dəyəri 700 manat, 1 ədəd 2015-ci ildə alınmış çilcıraqın dəyəri 20 manat, 1 ədəd 4 mertlik xalçanın dəyəri 200 manat, 1 dədə 6 metrlik xalçanın dəyəri 250 manat, 2015-ci ildə alınmış 2*2 metrlik pərdənin dəyəri 40 manat, 5 ədəd 2015-ci ildə hazırlanmış yastığın dəyəri 50 manat olmaqla ümumilikdə 2600 manat ziyan dəydiyi göstərilmişdir. (cild-1, i.v.53-56) İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 10/1629 saylı rəyindən görünür ki, 72 ədəd mənzilin sıradan çıxmış konstruksiyası və materiallardan tənzimlənməsi 144 manat, tavandan sıradan şıxmış alçıpan təbəqələriin sökülməsi və yenisi ilə əvəz olunması 11 ədədi 66 manat, 4 ədəd alçipan təbəqə 40 manat, 1 qutu şurup 6 manat, 39 ədəd alminium profil 39 manat. Tavanın qaşınması, şpatlovkalanması və boya ilə rənglənməsi 72 kv/metr 576 manat, 8 ədəd şpatlyovka 48 manat, 25 ədəd boya 75 manat, 0,6 metr cilalayıcı kağız 3 manat, “Paduqa” lepka haşiyənin sökülüb yenisi ilə əvəz olunması p/m 300 manat, 75 p/m lepka 150 manat, tavandan sıradan çıxmış lambir təbəqələrin sökülməsi və yenisi ilə əvəz olunması 9kv/m 54 manat, 9kv/m lambir 63 manat, 1 qutu şurup 6 manat, 36 ədəd alumin turba 36 manat, divarların qaşınması şpatlovkalanması və digər kağız ilə yapışdırılması, 201 kv/m 1608 manat, 21 kisə şpatlovka 126 manat, 41 rulon divar kağızı 820 manat, 7 qutu yapışaq 42 manat, 2 kv/m cilalayıcı kağız 10 manat, döşəmədən taxta təbəqənin sökülməsi və yenisi ilə əvəz olunması 30 kv/m 300 manat, 30 kv/m taxta 450 manat, 1 kq mismar 3 manat, taxta haşiyələrinin sökülməsi və yenisi ilə əvəz olunması, 40 p/metri 120 manat, 40p/metri taxta haşiyə 80 manat, 1 kq mismar 3 manat, 3 ədəd taxta materialdan qapının sökülüb yenisi ilə əvəz olunması 600 manat, plastik materialdan qapının sökülüb yenisi ilə əvəz olunması 150 manat, 5 ədəd plastik materialdan pəncərənin sökülüb yenisi ilə əvəz olunması 500 manat, 1 ədəd taxta materialdan pəncərənin sökülüb yenisi ilə əvəz olunması 200 manat, elektrik sisteminin bərpası üçün 400 manat, əlavə və nəqliyyat xərcləri 200 manatdır. (cild-1, i.v. 58-61) İş üzrə keçirilmiş məhkəmə-yanğın və texnoloji partlayışların tətbiqi ekspertizasının xx.xx.2020-ci il tarixli 10/1628 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzildə yanğının mənbəyi, mənzilin daxilində iki hissədə müstəqil-əlaqəsiz zonalarda, yəni onlardan biri dəhlizə girişdən sağ tərəfdə lokal şəkildə olmaqla döşəmə səviyyəsindı, ikinci isə dəhlizə girişdən üzbəüz yanaşı yerləşən otaqlardan sağ tərəfdəki otaq daxilindı yerləşən çarpayının üzərində olmuşdur. Göstərilən hal yanğının kənardan gətirilmiş alışdırma vasitəsinin təsirindən baş verməsini xarkterizə edən əsas əlamətlərdir. Yanğın, neft məhsulundan odlama vasitəsi kimi istifadə edilməklə kənardan gətirilmiş alışdırma vasitəsinin təsiri ilə mənzilin daxilində iki hissədə müstəqil və əlaqəsiz mənbə zonalarının yaranması nəticəsində baş vermişdir. (cild-1, i.v. 63-65) İş üzrə keçirilmiş məhkəmə-yanacaq və sürtkü materiallarının tədqiqi ekspertizasının 6/1301 saylı xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, yarıyanmış yun nümunəsi (parça qalıqları ilə birlikdə) üzərində tezalışan neft məhsullarına məxsus izlər vardır. Termiki təsirə məruz qalmış, yanmış-kömürlənmiş hissəçiklərin üzərində neft məhsullarına məxsus izlər yoxdur. (cild-1, i.v.66-70) Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, X5 məhkum olunmamışdır. (cild-1, i.v.111) Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi və onun əməli Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ona verilmiş ittihamla bağlı özünü təqsirli bilməməsi, əmlakı qəsdən yandırmaması, əmlakı məhv etmək məqsədinin olmaması və. s. ilə bağlı xüsusatlara dair ifadəsində göstərdiklərinə tənqidi yanaşaraq hesab edir ki, bunlar təqsirləndirilən şəxsin məsuliyyətdən boyun qaçırmağa yönələn cəhdidir. İş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılmış, təqsirləndirilən şəxsin göstərdiyi hallar işdəki başqa sübutlarla müqayisəli şəkildə qiymətləndirilmiş, amma təsdiq üdilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağının olması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəməyə təqdim olunmuş doğum haqqında şəhadətnamələrin şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı var: xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı - xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, yuxarıda qeyd olunan halların məcmusunu nəzərə almaqla işin faktiki hallarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı (on dörd yaşına çatmamış) uşağın olmasını nəzərə alıb, onun barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tətbiq edilməklə xx.xx.2020-ci il təvəllüdlü X2 on dörd yaşına çatanadək, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsini təxirə salınmasını məqsədəmüvafiq hesab edir. Cinayət işi üzrə məhkəmə ekspertiza tədqiqatlarının keçirilməsi ilə əlaqədar 246,50 (iki yüz qırx altı manat əlli qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381 və 384.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü X2 on dörd yaşına çatanadək təxirə salınsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməlsin. Təqsirləndirilən şəxs davranışına nəzarət Bakı şəhəri, Binəqədi Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs 246,50 (iki yüz qırx altı manat əlli qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar