Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-65/2022 05.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs oğlunun, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Abşeron Rayon Məhkəməsinin 17.03.2022-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərarına əsasən “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli hökmü ilə təyin olunmuş 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 1 il müddətinə azaldılmış, Abşeron rayonu, Ceyranbatan qəsəbə ərazi dairəsi, Ceyranbatan qəsəbəsi, Gündüz Abdullayev küçəsi, ev 9, mənzil 30 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Republikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd bükümdə təmiz çəkisi 1,686 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroini əldə edib daşıyaraq üzərində saxlamış, 08 iyun 2021-ci il tarixdə saat 18:48-də Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-də xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ iç cibindən 1 ədəd bükümdə təmiz çəkisi 1,686 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,201 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 11 iyul 2021-ci il tarixində, saat 21:45-də Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq PB-ə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli cins şalvarının sağ yan cibində olan “ORBİTA VHİTE” adlanan saqqız qutusunun içərisindən göy rəngli siqaret kağızına bükülmüş vəziyyətdə 0,201 qram çəkidə olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, həbs olunmamışdan təqribən beş aya yaxın müddət əvvəl narkotik vasitə və psixatrop maddə qəbul etməyə başlamışdır. 08.06.2021-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olarkən əvvəllər tanımadığı, xarici görünüşündən narkotik vasitələrin istifadəçisinə bənzəyən şəxsə yaxınlaşaraq narkotik vasitə istifadəçisi olduğunu, üzərində varsa ona da satmasını bildirmişdir. Həmin şəxs üzərində 1 büküm narkotik vasitə kakos (heroin) olduğunu, 10 manata satdığını bildirmişdir. O da 10 manat verib həmin şəxsdən 1 büküm narkotik vasitə kakosu (heroini) almışdır. Həmin gün saat 18:48 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşıb saxlayaraq özlərini təqdim edərək 1-ci PB-nin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, qəbul edilməsi, saxlanılması və gəzdirilməsində şübhəli olduğundan saxlanılmağını bildirmişlər. Üzərinə şəxsi axtarış keçirilməsi üçün 1-ci PB-yə dəvət edilən zaman o, buna etiraz etməmiş və həmin polis əməkdaşları ilə birlikdə 1-ci PB-yə getmişdir. Polis Bölməsində xidməti otaqların birində Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Salamov Nizaminin iştirakı ilə üzərində qanunsuz saxladığı əşyaları təqdim etməyi təklif olunan zaman əynində olan qara rəngli cins şalvarın sağ cibindən 1 ədəd şəffaf sellofana bükülmüş kütləni çıxararaq təqdim etmişdir. Ondan həmin bükümdə olan kütlənin nə olduğu soruşulan zaman onun heroin olduğunu, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin büküm elektron tərəzidə çəkildikdə çəkisi 1,89 qram olmuşdur. Daha sonra həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılıb möhürlənmişdir. Üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o da öz növbəsində həmin protokolu imzalamışdır. Bundan başqa növbət dəfə 11.07.2021-ci il tarixdə, təxminən saat 21 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində olan zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirmişlər. Həmin vaxt onun üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. O, buna etiraz etməmiş və onlarla birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişdir. Onlar PB-nə gəldikdən sonra, xidməti otaqlarının birində hansı səbəbdən saxlanılması bir daha bildirilməklə yanaşı ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Cəfərova Günay təqdim olunmuşdur. Həmin vaxt onun icazəsilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa başlanılmış və şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “ORBİTE VVHİTE” adlanan saqqız qutusu aşkar olunmuş, həmin qutu polis əməkdaşı tərəfindən açılan zaman oradan 01 ədəd göy rəngli siqaret kağızına bükülmüş büküm aşkar olunmuş, həmin büküm açılan zaman içərisindən qəhvəyi rəngli, spesifik iyə malik maddə aşkar olunmuşdur. Sorğu zamanı həmin maddənin nə olduğu soruşulan zaman o, bildirmişdir ki, qəhvəyi rəngli maddə “KAKOS”dur. Aşkar olunmuş “KAKOS”u 11.07.2021-ci il tarixdə, təxminən saat 16:00 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yaşayan İlkin adlı şəxsdən 10 manata nisyə, yəni pulunu sonradan vermək adı ilə şəxsi istifadə üçün alaraq üzərində saxladığını bildirmişdir. Onun üzərindən şəxsi axtarış zamanı aşkar olunmuş qəhvəyi rəngli, spesifik iyə malik maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddə göy rəngli siqaret kağızı ilə birlikdə 0,30 qram olduğu müəyyən olunmuş və bir neçə saniyə videoçəkiliş dayandırılmışdır. Bundan başqa onun üzərindən 7 ədəd 1 manatlıq əskinaz, 01 ədəd alışqan, 01 ədəd açar, 01 ədəd cib dəsmalı, əlində papaq, eynək və üzərində ***-***-**-**, ***-***-**-** mobil nömrələri olan “Samsung J5” markalı mobil telefon aşkar olunmuş və mobil telefondan başqa digər əşyalar əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan əlavə həmin maddələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. O, şəxsi axtarış zamanı və ilkin izahatında bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitəni tanıdığı İlkin Cəbrayılovdan almışdır. Lakin, əslində bu belə deyildir. Onun barəsində cinayət işi istintaq olunduğu üçün o, təkrar olaraq ağır maddə ilə ittiham olunacağından qorxduğu üçün İlkin Cəbrayılovun ona narkotik vasitə satdığını bildirmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manat müqabilinində şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olmasını göstərərək, məhkəmədən qeyd olunan halın nəzərə alınmaqla barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-də əməliyyat müvəkkilidir. 11.07.2021-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbə ərazi dairəsi, Ceyranbatan qəsəbəsi, Gündüz Abdullayev küçəsi, ev 9, mənzil 30-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcədə satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan Sumqayıt ŞPİ-nin 3-cü PB-nın kiçik inspektoru, polis baş serjantı Şahid2, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı X3, kriminalistik təhqiqatlar bölməsinin inspektor-kriminalisti, polis kapitanı Orxan Aslanovdan ibarət əməliyyat qrupu təşkil etmişlər və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakı təmin edilmişdir. 11.07.2021-ci ildə Saat 21:05 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisinə gəlmişlər və orada olan zaman inspektor-kriminalist Orxan Aslanov tərəfindən “Panasonik” markalı videokamera işə salınmış, saat 21:45 radələrində Təqsirləndirilən şəxs gəldiyini görmüşlər, onlar Təqsirləndirilən şəxs görüb saxlamış və özlərini təqdim etdikdən sonra həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, əldə etməkdə vasitəçilik etmə və gəzdirməkdə şübhəli bilindiyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim edilmiş, həmçinin, Təqsirləndirilən şəxs şərait olmadığı üçün PB-ə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Nurlan Məmədli onlarla birlikdə xidməti avtomobillə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir. PB-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində olan əşyaları qoymasını xahiş etmişlər. Təqsirləndirilən şəxs bu zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Orbita Vhite” markalı saqqız qutusunun içərisindən 01 ədəd göy rəngli siqaret kağızına bükülmüş vəziyyətdə olan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd göy rəngli siqaret bükümün içərisində nə olduğu soruşulmuş, Təqsirləndirilən şəxs həmin bükümün içərisində “KAKOS” yəni narkotik vasitə olan «heroin» olduğunu bildirmişdir. Həmin bükümə baxarkən qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı Nurlan Məmmədli üzərindən aşkar olunmuş kütlənin nə olduğu, haradan, kimdən əldə etməsi, nə məqsədlə üzərində saxlaması barədə suallara cavab olaraq bildirdi ki, üzərindən aşkar olunmuş kütlə narkotik vasitə heroini 11.07.2021-ci il tarixdə təxminən saat 16:00 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yaşayan İlkin adlı şəxsdən 10 manata öz istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlənin çəkisini müəyyən etmək üçün həmin büküm elektron tərəzidə çəkilmiş və Təqsirləndirilən şəxs dediyi narkotik vasitəyə-heroinə bənzər kütlənin olduğu bükümün 0,30 qram olması müəyyən olunmuş və protokol tərtib olunması üçün həmin kütlə götürülmüş və videoçəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, sonra protokol tərtib olunmuş, ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, üzərində gəzdirilməsində şübhəli olduğundan 08.06.2021-ci il tarixdə saat 18:48-də Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində 1-ci PB-nin əməliyyat müvəkkili Qəlib Məhərrəmov, 1-ci PB-nin əməliyyat üzrə kiçik inspektoru Şahid3 və onun tərəfindən saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsi üçün 1-ci PB-yə dəvət olunmuş, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birgə 1-ci PB-yə getmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xidməti otaqlarının birində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı Elvin Allahquliyev özünü Təqsirləndirilən şəxs təqdim edib ona da özünü təqdim etməsini bildirmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs özünü təqdim etmiş, sonra o və Təqsirləndirilən şəxs saxlayan digər polis əməkdaşları özlərini təqdim etmişlər. X2 saxlanılan şəxs Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah edib hüquq və vəzifələrinə dair yazılı bildirişi təqdim etmiş, Təqsirləndirilən şəxs yazılı bildirişlə tanış olduqdan sonra X2 tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa hüquqlarını müdafiə edən vəkil X5 iştirakı ilə təqdim etməsi xahiş olunmuş, Təqsirləndirilən şəxs üzərində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd büküm çıxararaq təqdim edib içərisindəkinin narkotik vasitə-heroin olduğunu, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra aşkar olunan büküm elektron tərəzidə çəkildikdə çəkisi 1,89 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş büküm qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 09.06.2021-ci il və 12.07.2021-ci il tarixlərdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1, Şahid2 və Şahid4 Mütəllim oğlunun ifadələrində göstərdikləri bir daha təsdqiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 09.06.2021-ci il tarixli, 6/2338 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,686 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan - heroindir (heroinin təmiz çəkisi- 1,686 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-1,636 qramdır). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 12.07.2021-ci il tarixli, 6/2790 №li rəyindən görünür ki, üzərində AR DİN “Zərflər üçün №127” möhür əksi, Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...” vəs. yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,201 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir (heroinin təmiz çəkisi-0,201 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,151 qramdır). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 19.06.2021-ci il tarixli, 1986 saylı rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixatrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 21 oktyabr 2021-ci il tarixli 1(005)-251/2021 saylı hökmünün surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 7(012)-222/2022 saylı qərarının surətindən müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 17.03.2022-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərarına əsasən “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli hökmü ilə təyin olunmuş 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 1 il azaldılmışdır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı-25.08.2016-cı il təvəllüdlü X7 vardır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar kimi cinayətlərin təkrar törədilməsi müəyyən olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 01 il 11 ay 24 günü CM-nin 68.1.1-1-ci madddəsinə əsasən 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbləri qaydasında cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08.06.2021-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və ibtidai istintaq orqanının 10 iyun 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalı və qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 11.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 13.07.2021-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 11 iyul 2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin hazırlıq iclasının 28.10.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu vaxtdan, yəni 11 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi üzrə Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,151 qram və 1,636 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumu dəyəri 191,72 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli (iş № 1(060)- 651/2021) qərarını icra edərək, 29 sentyabr 2021-ci il tarixli 1230/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 01 il 11 ay 24 günü CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilsin və ona 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 11 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,151 qram və 1,636 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumu dəyəri 191,72 manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-65/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-65/2022
05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver