Məhkəmə qərarları › İş №1(060)-65/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-65/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-65/2023 06.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi:Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1987-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1 və 177.2.3- 1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə yetkinlik yaşına çatmayan 2005-ci il təvəllüdlü Şahid2 pul verəcəyini vəd verib cinayətkar fəaliyyətə cəlb edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 16:07-də Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı olan "xxxx" plastik kartından istifadə edərək, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən "xxxx" ASC-yə məxsus ATM-nə daxil edib sonuncunun **********996213 nömrəli kartından 200 (iki yüz) manat məbləğində nağd pulu çıxarıb gizli yolla talayaraq Zərərçəkmiş şəxs 200 (iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1 və 177.2.3-1-ci maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən Beynəlxalq Banka məxsus bankomatın yaxınlığında qeyri rəsmi münasibətdə olduğu Şahid1lə və onun oğlu Şahid2 ilə yol getmişlər. Həmin vaxt o, kənarda Beynəlxalq Banka aid bankomatın yanında bir nəfər tanımadığı şəxsi görmüş, bankomatın yanına getmişdir. Taleh və Cavid isə kənarda qalmış və onlara nə edəcəyini barədə heç bir söz deməmişdir. Adını sonra bildiyi Saməddin adlı, təxminən 80 yaşında olan yaşlı kişini görmüş, Saməddin kişiyə ona məxsus kartdan pul çıxarmağa köməklik etməyi təklif etmiş, Saməddin razılaşmış və kartı ona vermiş, həmin karta aid gizli şifrəni də ona demişdir. O, kartı bankomata salıb oradan 200 manat pulu çıxarılması üçün bankomatın üzərində əməliyyat aparmış, Saməddinə kartın hesabında pulun olmadığını demiş, kartı özünə qaytarmış və oradan uzaqlaşmışdır. Əldə olunan pulu özü xərcləmişdir. O, oğurladığı puldan Talehə və cavidə verməmişdir. Onların bu hadisədən sonradan xəbəri olmuşdur. O, Cavidin yetkinlik yaşına çatmayan şəxs olduğunu bilmiş, onu cinayət etməyə cəlb etməmiş, ona heç nə vəd etməmiş və verməmişdir, cinayəti tək törətmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Bir azyaşlı uşağı vardır, məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır, çünki onun verilən ittihamlar üzrə tam təqsiri məhkəmə iclasında dindirilmiş şahidin ifadəsi ilə bərabər, toplanmış və tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs özü də istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1 və 177.2.3-1-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istifadə edir, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən Beynəlxalq Banka məxsus bankomatın yaxınlığında qeyri rəsmi münasibətdə olduğu Şahid1lə və onun oğlu Şahid2 ilə yol getmişlər. Həmin vaxt o, kənarda Beynəlxalq Banka aid bankomatın yanında bir nəfər tanımadığı şəxsi görmüşdür. O, Cavidə işarə vermiş və onlar dərhal həmin vaxt bankomatın yanına getmişlər. Taleh isə kənarda qalmış və onlar ona nə edəcəkləri barədə heç bir söz deməmişlər. Daha sonra isə onlar həmin bankomatın yanında olduqları zaman orada adını sonra bildiyi Saməddin adlı təxminən 80 yaşında olan yaşlı kişini görmüşlər. Saməddin kişiyə ona məxsus kartdan pul çıxarmağa köməklik etməyi təklif etmişlər. Saməddin isə razılaşmış və kartı ona vermişdir. O, həmin karta aid gizli şifrəni də ona demişdir. O, kartı bankomata salıb oradan 200 manat pulu çıxarılması üçün bankomatın üzərində əməliyyat aparmışdır. Daha sonra isə Samədinin başını qatmışdır ki, Şahid2 bankomatdan pulu çıxartsın. Cavid pulu çıxartdıqdan sonra oradan dərhal getmiş və o da Saməddinə kartın hesabında pulun olmadığını demiş, kartı özünə qaytarmış və oradan uzaqlaşmışdır. Əldə olunan pulu aralarında Cavidlə bölmüşlər. Kənarda olan Talehə ilk öncə törətdikləri cinayət əməli barəsində heç bir məlumat verməmişlər və daha sonra ona bankomatın yanında olan qoca kişinin kartından pulu gizli olaraq oğurladıqlarını barədə bildirmişlər. O, oğurladıqları puldan Talehə verməmişdir. Onun bu hadisədən sonradan xəbəri olmuşdur. Onlar ona əvvəlcədən bu barədə heç bir söz deməmişlər. O, Cavidin yetkinlik yaşına çatmayan şəxs olduğunu bilmişdir. O, Cavidə demişdir ki, yaşlı kişinin kartından pulu oğurladıqdan sonra həmin puldan ona da verəcək, yəni o, Cavidə pul verəcəyini vəd vermişdir. O, bu cinayəti Cavidlə birlikdə etmişdir. Həmin vaxt başqa şəxs bu işdə onlara köməklik etməyib və iştirak etməyib. Talehin isə onların oğurluq etdiklərindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində Şahid1 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nə yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. Həmin ərizə ilə bağlı deyə bilər ki, o, Təqsirləndirilən şəxs və Şahid2 tanıyır. O, Təqsirləndirilən şəxs ilə qeyri rəsmi olaraq ər-arvad münasibətlərində yaşamışdır. Şahid2 isə onun oğludur. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində o, Aysel və Cavid Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən Beynəlxalq Banka aid bankomatın yaxınlığında olarkən bankomatın qarşısında yaşlı bir kişi olmuşdur. Aysellə Cavid həmin kişiyə yaxınlaşmışlar. O, isə kənarda dayanmışdır. O, onların bankomata, yəni kişinin yanına niyə yaxınlaşdıqlarını bilməmişdir. Bir neçə dəqiqədən sonra Aysel və Cavid onun yanına qayıtmışlar. Oradan uzaqlaşdıqdan sonra Aysel ona demişdir ki, oradakı tanımadıqları kişinin bank kartından 200 manat pulu oğurlamışlar. Ayselgil oğurluq edəcəklərini ona əvvəlcədən deməmiş, oğurladıqları puldan ona verməmişlər və onun onların oğurluq etdiklərindən xəbəri olmamışdır. Həmin vaxt o, bankomatdan kənarda dayanmışdır. İstintaq zamanı Zərərçəkmiş şəxs (o xx.xx.2022-ci ildə ölmüşdür) göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində o, təqaüdünü almaq üçün Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən Beynəlxalq banka məxsus bankomata yaxınlaşmışdır. O, təqaüd kartını çıxardığı zaman tanımadığı bir qadın və bir cavan uşaq ona yaxınlaşıb ona bankomatdan pul çıxarmaqda köməklik etmək istədiklərini bildirmişlər. O, onlarla razılaşmış və kartını həmin qadına vermişdir. Qadın kartı bankomata daxil edib nəsə əməliyyat etmiş və kartı çıxarmışdır. Sonra o, yenidən əməliyyat etdikdən sonra kartı 550 manat pulla birlikdə ona qaytarmışdır. Həmin vaxt cavan uşaq bankomatın qarşısında dayandığı üçün o, keçirilən əməliyyatları dəqiq görməmişdir. Qadın kartı və pulu ona verdikdən sonra həmin uşaqla oradan uzaqlaşıb getmişlər. O, həmin qadından şübhələnmiş və buna görə də polis bölməsinə gedib ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin qadının adı Aysel, cavan uşağın adı isə Caviddir. Aysel Süleymanova kartı bankomata daxil edib əməliyyat aparanda o, pulun çıxarıldığını görməmişdir, çünki adının sonradan Cavid olduğunu bildiyi şəxs bankomatın qarşısında dayanmışdır. Bankomatdan səs gəldiyi üçün o, pulun çıxdığını təxmin etmişdir. Aysel ona kartı verdikdən sonra onlar çıxıb getmişlər. O, onlardan şübhə etdiyi üçün onların getdiyi istiqamətə baxıb onları arxasınca onları çağırmışdır. Lakin küçədə adam çox olduğu üçün eyni zamanda o, yüksək səslə qışqıra bilmədiyi üçün onlar onu eşitməmişlər və ona tərəf çevrilib baxmamışlar. O, onların iki nəfər olduğunu bilmişdir. Onların yanında başqa şəxs görməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X2 xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mərhum həyat yoldaşının istintaqa verdiyi ifadəsi ilə razıdır və təqsirləndirilən şəxslərə ağır cəza verilməsini istəyir. İstinraq zamanı Şahid2 (işğaldan azad edilən Zəngilan rayonu Ağalı kəndinə köçürüldüyü üçün istintaqa verdiyi ifadəsi tədqiq edilmişdir) ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində atası Şahid1 və onunla qeyri rəsmi olaraq yaşayan Təqsirləndirilən şəxs ilə birlikdə gəzdikləri zaman Aysel qabaqda beynəlxalq banka aid bankomatı görmüş və ona işarə etmişdir ki, o, onunla birlikdə atası Talehdən aralansın və bankomatın yanına getsin. Orada adını sonradan bildiyi təxminən 80 yaşında olan Saməddin adlı bir kişi olmuşdur. Aysel ona birinci yaxınlaşmış və ona kartdan pulu çıxartmağa köməklik etməyini təklif etmişdir. Saməddin də ona kartını vermiş və həmin karta aid gizli şifərini Ayselə onun yanında ucadan demişdir. Daha sonra Aysel həmin kartı bankomata salıb gizli şifərini daxil etmiş və bankomatdan pulun çıxarılması üçün əməliyyatı təsdiqləmişdir. Həmin vaxt da o, Saməddinin diqqətini yayındırmışdır. Pul isə çıxan zaman Aysel onun diqqətini yayındırmış və hesabda pulun olmadığını demişdir. O, da həmin vaxt Təqsirləndirilən şəxs gözü ilə ona verdiyi işarə əsasında bankomatdan çıxan Saməddinə məxsus 200 manat pulu gizli olaraq götürmüşdür. Daha sonra onlar oradan birlikdə aralaşmışlar. Əldə olunan pulu aralarında Aysellə bölmüşlər. Kənarda olan atası Talehə ilk öncə törətdikləri cinayət əməli barəsində heç bir məlumat verməmişlər və daha sonra ona bankomatın yanında olan qoca kişinin kartından pulu gizli olaraq oğurladıqları barədə bildirmişlər. Onlar Təqsirləndirilən şəxs ilə uyğun bir adam görəndə ona yaxınlaşıb kartından pul çıxartmaq adı ilə ordan pulu çıxartmağa və onu gizli oğurlamağa əvvəlcədən aralarında razılıq olmuş və aralarında rolları bölmüşlər. Aysel karta daxil olub oradan pulu çıxartma əməliyyatı aparmağa və o, isə bankomatdan pulu gizli olaraq götürüb oradan kənarlaşmağa razılaşmışlar. Aysel Zərərçəkmiş şəxs kartından bir dəfə 200 manat pul çıxarmışdır. Bundan sonra onlar çıxıb getmişlər. Aysel onun kartından ikinci dəfə pul çıxarmamışdır. Aysel onun yetkinlik yaşına çatmayan şəxs olduğunu bilmişdir. Aysel ona vəd vermişdir ki, pulu ələ keçirdikdən sonra ona pul verəcək. Buna görə də o, onunla razılaşmışdır. Aysel kartdan pulu çıxardıqda sonra ona vermiş və o, isə onların yanından kənara çəkilmişdir. Aysel kartı qaytardıqdan sonra isə oradan çıxıb getmişlər. Şahid2 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o Zəngilan rayonu, Ağalı kəndinin sakinidir. Zəngilan rayonunun işğaldan azad olunmasından sonra orada ağıllı Ağalı kəndi salınmışdır. 28 fevral 2023-cü il tarixdə onların ailəsi həmin kəndə köçürüləcəkdir. Ona görə də onun Təqsirləndirilən şəxs işi üzrə məhkəmədə iştirakı mümkün olmayacaqdır. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Bunun nəzərə alınmasını xahiş edir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:01-də Sumqayıt şəhəri ərazisində tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı MSY-dən azad olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 177.2.2. və 177.2.3-1-ci maddələri ilə 02 il müddətinə, CM-nin 180.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsi ilə təyin edilmiş cəzalar qismən toplanılaraq 02 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 66.5 və 69.3cü maddələri ilə qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 180.1ci maddələri ilə təqsirli bilinərək CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə 02 il 06 ay müddətinə, CM-nin 180.1-ci maddəsi ilə 01 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanaraq üzərində 03 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılmasına cəzası saxlanılmış, CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən üzərində qəti olaraq 04 il 19 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan “Əməlin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələrindən CM-nin 170.1, 177.2.1 və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 7 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində onun barəsində heç bir şikayət daxil olmamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2005-cı il təvəllüdlü X4 və 2015-ci il təvəllüdlü X5 adlı uşaqları vardır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.2, 180.2.1, 180.2.4 və 181-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1, 194 və 307.1-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-771/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Şahid2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, Şahid2 özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 16:07-də Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı olan "xxxx" plastik kartından istifadə edərək, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən "xxxx" ASC-yə məxsus ATM-nə daxil edib sonuncunun **********996213 nömrəli kartından 200 (iki yüz) manat məbləğində nağd pulu çıxardaraq Zərərçəkmiş şəxs 200 (iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-65/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər 4-cü PB-nin 627 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri ərazisində tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə iş üzrə sübutları tədqiq etdi, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan Şahid2 pul verəcəyini vəd verib cinayətkar fəaliyyətə cəlb etməməsi, onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməməsi ilə bağlı göstərdiklərini də həmin sübutlarla müqayisəli şəkildə araşdırdı. Amma, yuxarıda da qeyd edildiyi kimi, təqsirləndirilən şəxsin göstərdikləri mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutlarla təkzib edildi. Məhkəmə hesab edir ki, bu təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirmək üçün qurduğu müdafiə taktikasıdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxsnun əməli Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1 və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif olunmuş, o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxsnun cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyrimümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-407/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 04 il 19 gün azadlığın məhdudlaşdırılması cəzası ilə toplanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 35 (otuz beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 210 (iki yüz on) manat məbləğində pul ödənilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdən 06 may 2022-ci il tarixədək tutularaq saxlanmış və azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Onun tutularaq saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 170.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5 və 68.1.1-1-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-407/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 04 il 19 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə azadlığın məhdudlaşdırıması cəzasının 2 günü azadlıqdan məhrumetmə cəzasının 1 gününə bərabər tutulmaqla qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsnun 05 may 2022-ci il tarixdən 06 may 2022-ci il tarixədək tutulub saxlanıldığı 01 (bir) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 210 (iki yüz on) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar