Məhkəmə qərarları › İş №1(060)-650/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-650/2021

28.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-650/2021 28.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Alışar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 14, mənzil 78-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 03 ədəd bükümdə ayrıayrılıqda çəkiləri 0,062 qram, 0,084 qram, 0,285 qram ümumilikdə 0,431 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 11 iyul 2021-ci il tarixində, saat 22:30-da Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibində olan “Vant” markalı siqaret qutusunun içərisindən 02 ədəd qara rəngli siqaret kağızına bükülmüş və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə ümumilikdə 0,431 qram çəkidə olan narkotik vasitə heroin şkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, təxminən 3 (üç) ilə yaxındır ki, narkotik vasitə qəbul edir. Narkotik vasitə olan “KAKOS”u sosial şəbəkə vasitəsi ilə İran vətəndaşlarından qramını 22 manata alır. O, İran vətəndaşı ilə razılaşdıqdan sonra onun dediyi yerə gedir və oradan narkotik vasitə olan “KAKOS”u götürür, pulunu isə vatçap vasitəsi ilə göndərmiş olduğu şəxslərin adlarına göndərir. O, 11.07.2021-ci il tarixdə, təxminən saat 22:30 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində, yaşadığı evin (binanın) 4-cü blokunun qarşısında olan zaman 2 (iki) nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində və satışında şübhəli bilindiyi üçün saxladıqlarını bildirmişlər. Həmin vaxt onun üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt şəhəri Pİ-nin 3-cü PB-nə dəvət etmiş, o heç bir etiraz etməmiş və onlarla birlikdə 3-cü PB-nə getmişdir. Onlar PB-nə getdikdən sonra, xidməti otaqlarının birində hansı səbəbdən saxlanılmağı bildirilməklə yanaşı ona hüquq və vəzifələri barədə bildiriş və eyni zamanda hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri Regional Vəkil Bürosunun vəkili X5 polis əməkdaşı tərəfindən təqdim olunmuşdur. Həmin vaxt onun icazəsi ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış başlanılmış və şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd “VANT” adlanan siqaret qutusu aşkar olunmuş, həmin qutu polis əməkdaşı tərəridən açılan zaman oradan 2 ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümlər, 1 ədəd şəffaf rəngli sellofanda olan büküm aşkar olunmuş, həmin bükümlər açılan zaman onların içərisindən qəhvəyi rəngli, spesifik iyə malik maddələr aşkar olunmuşdur. Sorğu zamanı ondan həmin maddənin nə olduğu soruşulan zaman o, qəhvəyi rəngli maddələrin “KAKOS” olduğunu, aşkar olunmuş “KAKOSU”u təxminən 2 (iki) gün bundan əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində İran vətəndaşının qoymuş olduğu yerdən götürdüyünü və ona görə 22 manat pulu ödəmə terminalı vasitəsi ilə İran vətəndaşının ona sosial şəbəkə vasitəsi ilə göndərmiş olduğu şəxsin adına atdığını bildirmişdir. Onun üzərindən şəxsi axtarış zamanı aşkar olunmuş qəhvəyi rəngli, spesifik iyə malik maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələr ayrı-ayrılıqda tərəziyə qoyulub çəkilən zaman həmin maddələr: 1-ci bükümdə olan maddə qara rəngli siqaret kağızı ilə birlikdə 0,16 qram, 2-ci bükümdə olan maddə qara rəngli siqaret kağızı ilə birlikdə 0,12 qram və 3-cü bükümdə olan maddə şəffaf rəngli sellofan ilə birlikdə 0,39 qram (hər üç büküm birlikdə 0,67 qram) olduğu müəyyən olunmuş, bir neçə saniyədən sonra video çəkiliş dayandırılmışdır. Bundan əlavə şəxsi axtarış zamanı onun üzərindən 1 ədəd “VANT” markalı siqaret qutusu, 1 ədəd alışqan, 1 ədəd cib dəsmalı, 0,20 qəpik, qulaqcığın dairəvi hissəsi, üstündə ***-***-**-**, ***-***-**-** mobil nömrələri olan “Samsung J 5” markalı və üstündə ***-***-**-**, ***-***-**-** mobil nömrələri olan “Samsung S 8” markalı ona məxsus mobil telefon aparatları aşkar olunmuş və mobil telefonlardan başqa digər əşyalar əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan əlavə həmin maddələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış, DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. O heç vaxt qanunla qadağan olunmuş narkotik vasitə və psixatrop maddəni nə hədiyyə verməmiş, nə də satmamışdır. İran vətəndaşını tanımamış, həmin şəxsdən əvvəl də narkotik vasitə olan heroin almışdır. Saxlanılan vaxt və sonra , ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamış, tututduğu anadək hər hansı bir şəxsə, o cümlədən Şahid1 narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Əməlindən peşmandır. Anası və bacıları, bacısı uşaqları ilə birlikdə yaşayır. Məhkəmədən ailə vəziyyətinin nəzərə alınmasını və ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 bildirdi ki, o, təqribən beş aya yaxın müddətdir ki, narkotik vasitə və psixotrop maddə qəbul edir. O, 11.07.2021-ci il tarixdə, təxminən saat 21:15 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində olan zaman polis əməkdaşları, yəni Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları onu narkotik vasitələrin qəbulunda və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxlamışlar. Həmin vaxt üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 3-cü PB-ndə xidməti otaqlarının birində hansı səbəbdən saxlanılmağı bir daha bildirilməklə yanaşı ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X4 polis əməkdaşı tərəfindən təqdim olunmuş, öz icazəsi ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa başlanılmış və şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd “ORBİTE VVHİTE” adlanan saqqız qutusu aşkar olunmuş, həmin qutu polis əməkdaşı tərəfindən açılan zaman oradan 01 (bir) ədəd göy rəngli siqaret kağızına bükülmüş büküm aşkar olunmuş, həmin büküm açılan zaman içərisindən qəhvəyi rəngli, spesifik iyə malik maddə aşkar olunmuşdur. O, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manat müqabilinində şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs ilə dostdur, onunla birlikdə narkotik vasitə qəbul etsə də, heç vaxt ondan narkotik vasitə almamış və özü də ona verməmişdir. Məhkəmə iclasında Şahid2 göstərdi ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-də əməliyyat müvəkkili kimi xidmət edir, rütbəsi polis baş leytenantdır. 11.07.2021-ci il tarixində Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 14, mənzil 78-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcə də satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik inspektoru, polis baş serjantı Şahid3, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı X2, kriminalistik təhqiqatlar bölməsinin inspektor-kriminalisti, polis kapitanı Orxan Aslanovdan ibarət əməliyyat qrupu təşkil etmişlər. Saat 22:20 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisinə gəlmişlər və orada olan zaman inspektor-kriminalist Orxan Aslanov tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Saat 22:30 radələrində Təqsirləndirilən şəxs gəldiyini görmüşlər. Onlar Təqsirləndirilən şəxs görüb saxlamış və özlərini təqdim etdikdən sonra ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, əldə etməkdə vasitəçilik etmə və gəzdirməkdə şübhəli bilindiyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim edilmiş, həmçinin, Təqsirləndirilən şəxs şərait olmadığı üçün PB-ə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə xidməti avtomobillə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir. Müdafiəçi kimi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 iştirakını təmin etmişlər. PB-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində olan əşyaları qoymasını xahiş etmişlər. Təqsirləndirilən şəxs bu zaman əynində göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “VANT” markalı siqaret qutusunun içərisindən 02 ədəd qara rəngli siqaret bükümləri və 01 ədəd şəffaf rəngli sellofana büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd qara rəngli siqaret bükümlərin və 01 ədəd gümüşü rəngli bükümün içərisində nə olduğu soruşulmuş, o, həmin bükümlərin içərisində “KAKOS” yəni narkotik vasitə olan «heroin» olduğunu bildirmişdir. Həmin bükümlərə baxarkən qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin nə olduğu, haradan, kimdən əldə etməsi, nə məqsədlə üzərində saxlaması barədə suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlə narkotik vasitə heroini iki gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi ərazisində tanımadığı İran vətəndaşının qoyduğu yerdən götürmüş və bunun qarşılığında 22 manat pulu ödəmə terminalı vasitəsi ilə İran vətəndaşının sosial şəbəkə vasitəsi ilə göndərmiş olduğu şəxsin adına göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlənin çəkisini müəyyən etmək üçün həmin bükümlər elektron tərəzidə çəkilmiş və Təqsirləndirilən şəxs dediyi narkotik vasitəyə-heroinə bənzər kütlənin olduğu bükümlər ayrı ayrılıqda 0,16 qram, 0,12 qram, 0,39 qram ümumilikdə isə 0,67 qram olması müəyyən olunmuş və protokol tərtib olunması üçün həmin kütlələr tərəflərindən götürülmüş və videoçəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, sonra protokol tərtib olunmuş, ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid - Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik inspektoru polis baş serjantı Şahid3 Şahid2 göstərdiyi xüsusatları təstiq edərək onunla eyni məzmunlu ifadə verdi. İş materiallarında olan 11.07.2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs 11.07.2021-ci il tarixdə, saat 22:30-da Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir.(i.v 16) İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi barədə” 11.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitlərin istifadəsi, saxlanması və satması barədə Sumqayıt Şəhər Pİ-nin 3-cü PB-nin əməliyyat aparatına etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 3-cü PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində 11.07.2021-ci il tarixdə təxminən saat 22:30 radələrində saxlanılaraq PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” tipli videokameranı işə salmış və iştirakçılarla birlikdə həmin tarixdə saat 23:20-də PB-də xidməti otaqların birində onun üzərinə şəxsi axtarışa başlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona narkotik vasitələrin istifadəsində, saxlanmasında və satılmasında şübhəli bilindiyi üçün saxlanıldığı bildirilmiş, daha sonra isə hüquq və vəzifələr barədə bildiriş, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 təqdim olunmuş, onun icazəsi ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarışa başlanılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd “VANT” markalı siqaret qutusu aşkar olunmuş, həmin qutu açılan zaman onun içərisindən 2 ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümlər və bir ədəd şəffaf rəngli sellofanda olan büküm aşkar olunmuş, həmin 3 ədəd bükümlər açılan zaman onların içərisindən spesifik iyə malik, qəhvəyi rəngli maddələr aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, ondan aşkar olunan qəhvəyi rəngli maddələr “Kakos”dur, aşkar olunmuş maddələri təxminən 2 gün bundan əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində İran vətəndaşının qoymuş olduğu yerdən götürmüş və ona 22 manat pulu ödəmə terminalı vasitəsi ilə İran vətəndaşının ona sosial şəbəkə vasitəsilə göndərmiş olduğu şəxsin adına göndərmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə şəxsi şəxsi axtarış zamanı aşkar olunmuş qəhvəyi rəngli, spesifik iyə malik maddələr ayrı-ayrılıqda tərəziyə qoyulub çəkilən zaman həmin maddələr:1-ci bükümdə olan maddələr qara rəngli siqaret kağızı ilə birlikdə 0,16 qram, 2-ci bükümdə olan maddə qara əngli siqaret kağızı ilə birlikdə 0,12 qram və 3-cü bükümdə olan maddə şəffaf rəngli sellofan ilə 0,39 qram olduğu müəyyən olunmuş və bir neçə saniyədən sonra video çəkiliş dayandırılmışdır.(i.v 24-25) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 12.07.2021-ci il tarixli, 6/2789 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN « Zərflər üçüçn №127 möhür əksi, “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...” və s. yazılar, imzalar olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,062 qram, 0,084 qram, 0,285 qram, ümumi təmiz çəkiləri 0,431 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Bu heroin kütləkləri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, lakin təqdim edilən, üzərində “Vət. Şahid1 üzərindən aşkar olunan...”və s. yazılar olan zərfdəki 01 ədəd bükümdəki heroindən (12.07.2021-ci il tarixli 6/2790 saylı ekspert rəyi) kimyəvin tərkiblərinə görə fərqlidirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. (i.v 32-36) İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi barədə” 13.07.2021 tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən dərhal azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(i.v 73) İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,431 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,341 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir.(i.v 75) İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir.(i.v 75) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır.(i.v 78) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 81) İş materiallarında olan 28.07.2021-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan və bir ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və bu zaman onun üzərindən 03 ədəd bükümdə ümumi təmiz çəkisi 0,67 qram olan narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlaması öz təsdiqini tapır.(i.v 89-91) Məhkəmə iclasında həmin diskə baxıldı və göstərilənlər təsdiq edildi. Məhkəmə-narkoloji ekspertizasının 16.07.2021-ci il tarixli, 2359 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixatrop maddə olan mütamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 99-100) İş materiallarında olan 04.09.2021 tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülümş ilkin çəkisi 0,431 qram olan, tədqiqat və istintaq zamanı aparılmışkimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,341 qram olan narkotik vasitə heroin və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 12.07.2021ci il tarixli 6/2789 saylı rəyi mötəbər sübut növü olduğundan və ekspertiza xüsusi biliklərə malik ekspert tərəfindən keçirildiyindən narkotik vasitə heroinin ekspert rəyində göstərilən 0,431 qram çəkisi əsas götürülmüşdür.(i.v 102-106) Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,431 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 28.10.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 109,90 (bir yüz doqquzmanat doxsan qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,341 qram çəkidə olan narkotik vasitə-heroin məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd DVD-R formatlı disk iş materiallarında saxlanılmalıdır. İşdə olan 11.07.2021-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2021-ci il tarixdən 13 iyul 2021-ci il tarixədək tutularaq saxlanmış və tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 iyul 2021-ci il tarixdən 13 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı iki gün ona təyin edilən cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 28 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə zalından həbs edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,341 qram çəkidə olan narkotik vasitə-heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar