Məhkəmə qərarları › İş №1(060)-650/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-650/2022

16.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-650/2022 16.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs X2, Müdafiəçi iştirakı ilə 1985-ci il yanvarın 01-də Dəvəçi rayonu, Pirəbədil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs 13 may 2022-ci il tarixdə, saat 20 radələrində Sumqayıt şəhəri,10-cu məhəllə ərazisində yerləşən “Planet” aptekin içərisində qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs onun mobil nömrəsini bloklamasına görə sonuncu ilə aralarında bu zəmində, yəni şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qol nahiyəsindən qəsdən tutub onu piştaxtaya tərəf dartaraq üz və baş nahiyəsinə qəsdən sillə ilə bir neçə zərbə vurub, ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid sağ gözün bayır bucağının gözaltı nahiyəni tutan qançırı, gözün ağlı qişasına qansızma, sol budun qançırından ibarət xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Göstərilən hərəkəti ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 7-8 ay olar ki, “Tiktok” sosial şəbəkəsində tanış olmuşdur. Son zamanlar Jalə ilə arasında xırda mübahisələr baş verdiyindən bir-biri ilə əlaqəni kəsmişlər. Jalə onun mobil nömrəsini telefonda bloka atdığı üçün o, barışıq məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində Jalənin işlədiyi Sumqayıt şəhəri,10-cu məhəllə ərazisində yerləşən “Planet” aptekə gəlmiş və piştaxtanın arxasından Jalədən dərman istəmişdir. Lakin Jalə ona dərman satmayacağını bildirərərək aptekdən çıxmağı tələb etmişdir. O, Jaləyə söhbət etmək istədiyini bildirsə də, Jalə onunla söhbət etməkdən imtina etmişdir. Bundan sonra o, əsəbləşərək piştaxtanın arxasından Jalənin qolundan tutub onun baş və üz nahiyyəsinə əli ilə sillə zərbələri vurmağa başlamışdır. Həmin vaxtı Jalə də onun üz nahiyyəsinə sillə ilə zərbə endirmişdir. Daha sonra o, aptekdən çıxaraq uzaqlaşmışdır. Hadisə zamanı aptekdə heç bir əmlaka ziyan dəyməmiş və ətrafda kənar şəxslər olmamışdır. Hal-hazırda o, etmiş olduğu əməldən səmimi peşmandır və zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs ilə təxminən 7-8 ay əvvəl "Tiktok" sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. Rəfael onu əsassız yerə qısqandığı üçün təxminən 2 ay bundan əvvəl onunla münasibəti kəsmək qərarına gəlmiş və ona bu barədə bildirmişdir. Bununla əlaqədar da onun mobil nömrəsini bloka atmışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 20:00 radələrində işlədiyi "Planet" aptekdə olarkən Rəfail ora gəlmiş və ona nömrəsini bloka atdığını irad tutmuşdur. Rəfailə söhbət etmək istəmədiyini və ondan çölə çıxmağı tələb etmişdir. Lakin, Rəfail onun əllərindən tutaraq dartıb sıxmağa başlamış və əli ilə onun baş nayihəsinə sillə vurmağa başlamışdır. Bundan sonra o, polisə şikayət etmiş və Rəfail də çıxıb getmişdir. O, məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirərək, cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyəqədər icraat zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun rəfiqəsidir və onunla birgə Sumqayıt şəhəri, 10-cu məhəllə ərazsində yerləşən “Planet” aptekdə satıcı vəzifəsində növbəli işləyirlər. xx.xx.2022-ci il tarixdə, saat 21:00 radələrində o, növbəni təhvil almaq üçün işə gələn zaman Jalənin üzündə xəsarətlər olduğunu görmüşdür. Həmin vaxt Jalədən nə baş verdiyini soruşan zaman o, ona qeyri rəsmi yaşadığı Təqsirləndirilən şəxs aptekə gələrək onun üzərinə hücum çəkdiyini və daha sonra onun üz nahiyyəsinə sillə ilə vurduğunu və onun qolundan dartaraq onu piştaxtaya vuruduğunu bildirmişdir. O, da daha sonra Jaləyə ilkin tibii yardım göstərmişdir. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs o, əvvələr görməmiş və tanımırmış. Hadisə baş verən zaman da o, aptekdə olmamışdır. Olub keçəni sonradan Jalə ona danışmışdır. İş üzrə keçirilmiş məhkəmə tibb ekspertizasının 14 may 2022-ci il tarixli, 633 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı: sağ gözün bayır bucağının gözaltı nahiyyəni tutan qançırı,gözün ağlı qışasına qansızma, sol budun qançırı aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər,müddəti müayindən 1 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, X5 əvvəllər məhkum olunmamışdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməkdə təqsirlidir. İbtidai istintaq orqanı tərəfindən onun törətdiyi cinayət əməli düzgün olaraq CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs ərizə təqdim edərək barışdıqlarını bildirmiş və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, təqsirləndirilən şəxsin böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və zərər çəkmiş şəxslə barışmasını əsas götürülməklə, cinayət qanunu müddəalarının qüvvəsinə görə cinayət məsuliyyətindən azad edilməklə Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. X5 barəsində seçilmiş barəsində polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 təqsirləndirilən şəxs X4 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 22 (iyirmi iki) saat, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs X4 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 252 (iki yüz əlli iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 40.1, 40.3, 43.3, 175, 321.1, 321.2.1, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. X5 barəsində seçilmiş barəsində polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs X4 ibtidai istintaq zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 132 (yüz otuz iki) manat, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə isə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat, cəmi 252 (iki yüz əlli iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASC-nin Sumqayıt filialı, № AZ 03TURA********************, VÖEN:**********) hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar