Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-651/2023 29.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1992-ci ildə Sumqayıt şəhərində şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də operator işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, ünvan 2 ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı özünə məxsus **-VL-*** dövlət qeydiyyat nişanlı, Mitsubishi Pajero markalı avtomobildə Zərərçəkmiş şəxs burun nahiyyəsinin sıyrığı, sağ çiyinüstü nahiyyənin qançırı və döş qəfəsinin sol yan səthinin dərialtı hematoması xəsarətləri ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 2 ildir ki, tanıyır. Onunla sevgili münasibətindədirlər. xx.xx.2023-cü il tarixdə onlar Sumqayıt şəhərində şam yeməyi qərara almışlar. Saat təxminən 16:50 radələrində Zərərçəkmiş şəxs onun iş yerinin yaxınlığına gəlməmişdir. Bu zaman onlar ona məxsus **- VL-*** dövlət qeydiyyat nişanlı, Mitsubishi Pajero markalı avtomobili ilə Sumqayıt şəhərinə gəlmişlər. Bu zaman o əvvəlcə Aynura KFC restoranına şam yeməyi yeməyi təklif etmişdir. Aynur ilə onun restorana yaxınlaşdığı zaman o, həmin restoranda yemək istəmədiyini bildirmişdir. O bu zaman Aynura əvvəlcədən razılaşdırdığını bildirdiyi zaman Aynur yenə də yeməyəcəyini bildirmişdir. Bundan sonra onlar MC Donalds rstoranına getməyi qərara almışlar. Bundan sonra onlar Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində olduqları zaman aralarında mübahisə yaranmışdır. Bu zaman Aynur ona Aynur üçün iş düzəltməyini istəmişdir. O bu zaman Aynura iş düzəldə bilməyəcəyini bildirən zaman Aynur onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün o əli ilə Aynurun boğaz və bel nahiyyələrinə vurmuşdur. Bundan sonra avtomobilini saxlamış və Aynur onun avtomobilindən düşdükdən sonra o avtomobili ilə oradan uzaqlaşmışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə müraciət edərək göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmağını xahiş edir. Zərərçəkmiş şəxs bildirmişdir ki, təxminən 2 ildən çoxdur ki, Təqsirləndirilən şəxs tanıyır. Onunla sevgili münasibətindədirlər. xx.xx.2023-cü il tarixdə saat təxminən 16:50 radələrində o MuradiləBakı şəhəri, Sabunçu rayonu ərazisində Muradın iş yerinin qarşısında görüşmüşlər. Bu zaman Muradla Sumqayıt şəhərinə gələrək şam yeməyi yeməyi qərara almışlar. Sumqyıt şəhərinə gəldikləri zaman Murad ona KFC restoranına gedərək orada şam yeməyi yeməyi təklif etmişdir. O bu zaman Murada KFC restoranında yemək yemək istəmədiyini bildirmişdir. Bundan sonra onlar Sumqayıt şəhərini tərk edərək yaşadıqları ünvana getmək qərarına gəlmişlər. Saat təxminən 18:00 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində Muradın idarə etdiyi **-VL-*** dövlət qeydiyyat nişanlı, Mitsubishi Pajero markalı avtomobil hərəkətdə olduqları zaman onun KFC restoranında yemək yeməməyinə görə aralarında mübahisə yaranmışdır. Bu zaman Murad əli ilə onun boğaz və bel nahiyyələrinə vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra Muradavtomobilini saxlamış və o avtomobildən düşdükdən sonra Muurad avtomobilini sürərək avtomobildən uzaqlaşmışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 966 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır:burun nahiyyənin sıyrığı, sağ çiyinüstü nahiyyənin qançırı və döş qəfəsinin sol yan səthinin dərialtı hematoması. Qeyd olunan xəsarət bərk küt əşya təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuçş sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin xarakterinə və lokalizasiyalarına əsasən demək olar ki, həmin xəsarətlərin Zərərçəkmiş şəxs özü-özünə yetirməsi az inandırıcıdır. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 2321 saylı, xx.xx.2023 saylı, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkolji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin 227 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiarik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan 39 saylı MKS-nın 47 saylı, 22 iyun 2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilən norma 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmişdir və həmin vaxtdan sonra Təqsirləndirilən şəxs həmin əsasla məsuliyyətdən azad olunmamışdır. Ona görə də, həmin maddənin tətbiq edilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-651/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-651/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver