Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-652/2021 08.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1976-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 23.10.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilənərək CMnin 69.3 və 93.1.2-ci maddələrinə əsasən 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 11.06.2020-ci il tarixli qərarı ilə 01 ay 10 gün müddətə vaxtından əvvəl şərti azad olunmuş, 21.07.2020-ci il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, İİ paralel küçəsi, 9-cu məhəllə, yataqxana 44/10, otaq 27 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi-0,457 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 29 iyul 2021-ci il tarixdə saat 16:45-də Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsində şübhəli olması ilə bağlı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində küçədə piyada hərəkətdə olan zaman saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmiş və 3-cü PB-də Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindəki “Prima” markalı siqaret qutusunun içərisindən 01 ədəd bükümdə gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,457 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, 1976-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və Sumqayıt şəhəri,İnşaatçılar qəsəbəsi,İİ paralel küçəsi,9-cu məhəllə, yataqxana 44\10, otaq 27-də ailəsilə birlikdə yaşamışdır. Əvvələr məhkum olunmamış və subaydır. Təxminən 13 il olar ki, narkotik vasitə olan heroini zərdə yandırıb tüstüsünü qəbul edir. Heroindən istifadə etmək nəticəsində narkomaniya xəstəliyinə düçar olmuşdur. 29.07.2021-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri,9-cu mikrorayon ilə piyada hərəkətdə olan zaman mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşmış, özlərinin polis işçiləri olduqlarını bildirib özlərini təqdim etdikdən sonra onun üzərində narkotik vasitə daşımağından şübhələndiklərinə görə polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparılacağını bildirmişlər. O, etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getmişdir. Polis bölməsində xidməti otaqların birində polis əməkdaşları onun üzərinə baxış keçirmiş, lakin üzərindən heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Bundan sonra adlarının Bəxtiyar və Kamran kimi tanıdığı polis əməkdaşları ona həm psixi, həm də fiziki təsir göstərərək özlərində olan 01 ədəd bükümdə narkotik vasitə heroinin ona təqdim edərək onun üzərinə vəkilin iştirakı ilə videoçəklişlə baxış keçirəcəklərini bildirmişlər. Həmin vaxt polis əməkdaşları ona fiziki zoru elə tətbiq etmişlər ki, onun üzərində heç bir xəsarət izi qalmamışdır. O, polis əməkdaşlarının təzyiqi ilə onların verdikləri narkotik vasitəni boz rəngli şalvarın sağ yan cibindəki “Prima” markalı siqaret qutusunun içərsinə qoymuş, bundan sonra oraya vəkil dəvət olunmuş vəkilin iştirakı ilə onun üzərinə videoçəklişlə baxış keçirilmiş və həmin videoçəkliş aparılarkən müdafiəçinin sualına cavab olaraq həmin narkotik maddənin ona məxsus olduğunu bildirmişdir. Həmin polis əməkdaşlarının onunla heç bir düşmənçiliyi və ya ədavətləri olmasa da, onun narkoman olduğunu bildikləri üçün ona qarşı bu hərəkəti etmişlər. O, nə ibtidai istintaq zamanı, nə, ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorun yanında olarkən, nə də ki, barəsində həbs qətimkan tədbiri seçlilərkən işə baxan hakimə həmin narkotik maddənin ona məxsus olmadığını, polis əməkdaşlarının ona qarşı təzyiq göstərmələri barədə heç bir söz deməmişdir. İbtidai istintaq zamanı o, 2 gün müddətinə həbsdə saxlandıqdan sonra MSY-dən azad olunmuş və o, azadlıqda qaldığı müddətdə də bu barədə heç bir hüquq mühafizə orqanına müraciət etməmişdir. Təqsirləndirilən şəxs heç bir təqsirinin olmadığının nəzərə alınmasını bildirsə də son sözündə əməlindən peşiman olduğunu bildirərək ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 1976-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və hazırda Sumqayıt şəhəri,İnşaatçılar qəsəbəsi,İİ paralel, 9-cu məhəllə,yat 44\10 otaq 27-də ailəsilə birlikdə yaşayır. Əvvələr məhkum olunmamış və subaydır. Təxminən 13 il olar ki, narkotik vasitə olan heroini zərdə yandırıb tüstüsünü qəbul edir. Heroindən istifadə etmək nəticəsində narkomaniya xəstəliyinə düçar olmuşdur. 29.07.2021-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ilə piyada hərəkətdə olan zaman mülki geyimdə olan 3 nəfər şəxs ona yaxınlaşmış, özlərinin polis işçiləri olduqlarını bildirib özlərini təqdim etdikdən sonra onun üzərində narkotik vasitə daşımağından şübhələndiklərinə görə polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparılacağını bildirmişlər. Həmin vaxt həmin üç nəfərdən biri onun əllərindən möhkəm yapışdıqlarına görə o, öz istifadəsi üçün üzərində gəzdirdiyi heroini üzərindən kənarlaşdıra bilməmiş və polis əməkdaşları tərəfindən polis bölməsinə aparılmışdır. 3-cü PB-də xidməti otaqda onu ora gətirən polis işçiləri və dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və daha sonra o, boz rəngli şalvarın sağ yan cibindəki “Prima” markalı siqaret qutusunun içərsindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş və həmin bükümün içində heroin olduğunu təhqiqatçıya demişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə narkotik vasitə heroinin elektron tərəzidə çəkisi çəkilmiş, çəkisi 0,63 qram olmuş, həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçıların tərəfindən imzalanmışdır. Sumqayıt ŞPİ-nin 3-cü PB-da ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş kütlə heroindir,ona məxsusdur və həmin heroini 29.07.2021-ci il tarixdə səhər radələrində Sumqayıt şəhəri,Corat qəsəbəsində üzdən tanıdığı,adını bilmədiyi şəxsdən 10 manat verib almışdır.Öz istifadəsi üçün üzərində gəzdirirmişdir. Eləcə də, o, ifadəsində narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmadığını, yalnız istifadəçisi olduğunu, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini 29.07.2021-ci il tarixdə, səhər radələrində Sumqayıt şəhəri,Corat qəsəbəsində üzdən tanıdığı,adını bilmədiyi şəxsdən 10 manat verib aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini, tutulana qədər istifadəsində mobil telefon olmadığını göstərmişdir. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis mayorudur. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı qərəzsiz mənbədən ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı bölmə rəhbərliyinə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 29 iyul 2021-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupa o, başçılıq etmişdir. İdarə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin günü əməliyyat qrupunun üzvləri 3-cü PB-nin sahə rəisi, polis leytenantı Şahid2, Sumqayıt ŞPİ-nin inspektor-kriminalisti, polis mayoru Elnur Qocayevlə birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 16 radələrində həmin şəxsin ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində piyada hərəkət etdiyini müşahidə etmişlər. Bundan sonra onlar əməliyyat qrupunun üzvləri birlikdə qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamışlar və yaxınlaşaraq hər iki tərəfdən həmin şəxsin əllərini möhkəm tutaraq hərəkətsiz hala gətirmişlər. Sonra özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər və üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə onlarla birlikdə Sumqayıt ŞPİnin 3-cü PB-nə aparılacağını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs müqavimət göstərmədən onlarla birlikdə avtomobilə mindikdən sonra 3-cü PB-nə gətirilmişdir. 3-cü PB-də Təqsirləndirilən şəxs təhqiqatçı, polis mayoru Zamiq Quliyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra, dəvət olunmuş müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 və onlar polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın gedişatı Elnur Qocayev tərəfindən videokamera ilə çəkilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya olduğu təqdirdə onu könüllü sürətdə verməsi təklif olunmuş və bu zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd “PRİMA” markalı siqaret qutusunu təqdim etmişdir. Həmin qutu açılıb içərisinə baxılan zaman onun içərisindən 01 ədəd gümüşü siqaret kağızına bükümü aşkar olunmuş və həmin büküm təhqiqatçı tərəfindən açılan zaman içərisindən spesifik iyə malik, tünd-qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin “kakos” olduğunu, həmin kakosu 29.07.2021-ci il tarixdə, səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində olan zaman tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar olunmuş spesifik iyə malik, qəhvəyi rəngli maddə bütün iştirakçıların gözü önündə elektron tərəzidə çəkilmiş və gümüşü siqaret kağızı ilə birlikdə çəkisi 0,63 qram müəyyən olunmuşdur. Sonradan həmin narkotik vasitə heroinə bənzər kütlə ekspertizaya təqdim edilməsi üçün kağız paketdə qablaşdırılmış və paketin üzəri DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. Eyni zamanda şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd “Prima” markalı siqaret qutusu və 01 ədəd alışqan xüsusi əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. İstintaq hərəkətinin sonunda protokol tərtib edilərək ucadan oxunmuş və həmin protokol doğru tərtib edildiyindən tərəflərindən imzalanmışdır. Nə onun, nə də ki, digər polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir psixi və fiziki təsir göstərilməmiş, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxsin məhkəmədə vermiş olduğu özünü təqsirli bilməməsinə dair ifadəsi düzgün deyil, o özünü müdafiə xarakterli ifadə verir. Şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi polis leytenantı Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verərək göstərilənləri təsdiq etmişdir. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Sumqayıt şəhər, polis idarəsinin 3-cü polis bölməsində sahə rəisi vəzifəsində işləyir, rütbəsi polis leytenantıdır. O, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yaşayır. Onun yaşadığı ərazinin sahə rəisi polis leytenantı Şahid2dur. O, bir neçə dəfə işdən çıxıb yaşadığı evə gedən vaxt Kamranın idarə etdiyi avtomobillə yaşadığı evinə getmişdir. O, Kamranla avtomobillə gedərkən 9-cu mikrorayon ərazisində narkomanların adətən toplaşdığı yerdə Kamran bir nəfər şəxsi, yəni Təqsirləndirilən şəxs göstərərək onun da narkoman olduğunu ona bildirmişdir. 29 iyul 2021-ci il tarixdə saat təxminən 16:20-16:30 radələrində işlədiyi 3-cü PB-dən çıxaraq xidməti əraziyə getdiyi vaxt polis əməkdaşlarının Təqsirləndirilən şəxs polis bölməsinə gətirdiklərini görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə bölmədə baxış keçirilərkən onun üzərindən narkotik maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilməsi üçün təşkil olunmuş əməliyyat qrupunda, nə də ki, onun üzərinə baxış keçirilməsində iştirak etməmişdir. Onun Təqsirləndirilən şəxs ilə heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. O, Təqsirləndirilən şəxs hər hansı bir təzyiq və ya təsir göstərməmiş, nə də ki, hər hansı bir polis əməkdaşının ona qarşı hər hansı bir təzyiq və ya təsir göstərilməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxsin məhkəmədə vermiş olduğu ifadəsi özünü müdafiə xarakteri daşıyır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 29 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1 və Şahid2 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30 iyul 2021-ci il tarixli, 6\3178 №lirəyindən görünü rki, tədqiqata təqdim edilmiş üzərində:” Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Zərflər üçün №127” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən aşkar edilən...” yazısı və imzalar qeyd edilmiş zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,457 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (heroinin ümumi təmiz çəkisi-0,457 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,407 qramdır). Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına (Siyahı İ)daxildir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 04 sentyabr 2021-ci il tarixli, 3252 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilməməsi barədə göstərdikləri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Odur ki, onun məhkəmə istintaqı zamanı vermiş olduğu ifadə işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən sübut kimi qəbul edilməməli, təqsirləndirilən şəxs kimi ibtidai istintaqda vermiş olduğu ifadə sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilənərək CM-nin 69.3 və 93.1.2-ci maddələrinə əsasən 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 11.06.2020-ci il tarixli qərarı ilə 01 ay 10 gün müddətə vaxtından əvvəl şərti azad olunmuş, 21.07.2020-ci il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29.07.2021-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və ibtidai istintaq orqanının 31 iyul 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalı və qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 15.10.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasından yayındığı üçün sonuncu barəsində axtarış elan olunmuş və onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və 16.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutularaq 18.11.2021-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 16 noyabr 2021-ci il tarixdən hesablanmalıdr. İş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 06.09.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2016-cı ilin noyabr ayından həmin dispanserdə narkomaniya diqanozu ilə qeydiyyatdadır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,407 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 23sentyabr 2021-ci il tarixli (iş № 1(060)- 652/2021) qərarını icra edərək, 29sentyabr2021-ci il tarixli 1226/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 16 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,407 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-652/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-652/2021
08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver