Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-652/2025 15.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Cəlil Məmmədquluzadə küçəsi, ev 19-da qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 1,634 qram çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 20 noyabr 2024-cü il tarixdə, saat 21:00-da Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən "Çermet” körpüsünün alt hissəsində Nərimanov RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılıb, Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirildikdən sonra xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən əynindəki tünd boz rəngli şalvarın arxa sağ cibindən 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.955, 0.679 qram, ümumi təmiz çəkisi 1.634 qram olan, ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o təkrarən istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olataq satış məqsədi olmadan ümumilikdə 15 qram çəkidə xeyli miqdarda qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış 21 may 2025-ci il tarixdə, saat 22:12də Sumqayıt şəhəri ərazisində yerləşən Mehdi Hüseynzadə adına stadionun yaxınlığında Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb üzəri yoxlanılarkən əynindəki şalvarın sağ yan cibində saxladığı 01 ədəd sellefon bükümdə təmiz çəkisi 15 qram xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, 19 noyabr 2024cü il tarixdə axşam saatlarında sosial şəbəkədə tanış olduğu, ancaq İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi, adını, soyadını bilmədiyi şəxslə aralarındakı danışıqdan sonra, həmin şəxsin verdiyi bank hesabına 90 manat ödəyib, həmin şəxsin göndərdiyi konum və fotoşəkillər əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisinə gedərək yol kənarından iki ədəd bükümdə psixotrop maddə metamfetamini götürüb şəxsi istifadəsi üçün üzərində saxlamış, bir gün sonra yəni, 20 noyabr 2024-cü il tarixdə saat təxminən 20 radələrində Bakı şəhəri, Nərmanov rayonu, Ziya Bünyadov prospektində piyada hərəkətdə olarkən ona iki nəfər şəxs yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin PPXB-nün əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt o, üzərində şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin olduğundan həyəcanlanmış və polis əməkdaşlarının verdikləri suallardan yayınmağa çalışıb, oradan uzaqlaşmaq istəmiş, polis əməkdaşları onu saxlayaraq 17-ci PB-nə dəvət etmişlər. Onlarla birlikdə PB-nə gəlmiş, xidməti otaqlarının birində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Polis əməkdaşları üzərində qanunla saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməyini təklif etmiş və o, əynindəki tünd boz rəngli şalvarının arxa sağ yan cibində saxladığı, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyi iki ədəd bükümdə psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra təqdim etdiyi bükümlərin içərisinə baxış keçirilməklə, qablaşdırılıb götürülmüşdür. Bundan başqa xx.xx.2025-ci il tarixdə, saat 22:12-də Sumqayıt şəhəri ərazisində yerləşən Mehdi Hüseynzadə adına stadionun yaxınlığında olarkən mülki geyimli şəxslər ona yaxınlaşıb qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğundan saxlanıldığını bildirib, şifahi şəkildə hüquq və vəzifələrini izah edərək, video çəkiliş aparmaqla üzərini yoxlamış, üzərində qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsini təklif etmişlər. Buna etiraz etməyərək, polis əməkdaşlarının təklifi ilə əynindəki şalvarın cibində saxladığı, sosial şəbəkədə tanış olduğu barəsində anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün aldığı, nəşə adlanan, narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə götürüldükdən sonra polis əməkdaşları üzərini əlavə olaraq yoxlamışlar. Polis əməkdaşları təqdim ediyi bükümü içərisinə baxış keçirməklə elektron tərəzidə çəkərək çəkisini müəyyən edib qablaşdırmışlar. Sonra polis əməkdaşları onu 4-cü PB-nə dəvət etmiş, xidməti otaqların birində digər sənədlərşdirmə işləri həyata keçrilmişdir. Əməlindən peşmandır. Himayəsində yetkinlik yaşına çatmayan 02 övladının olmasını nəzərə alaraq barəsində amnistiya tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Rəşid adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması ehtimalı olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Həmin gün saat 22 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən Mehdi Hüseynzadə adına stadionun yaxınlığında Təqsirləndirilən şəxs özlərini təqdim edib, nədə şübhəli olduğunu izah edib, videoçəkiliş aparmaqla üzərini yoxlamışlar.Ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edildikdə o, əynindəki şalvarın cibində saxladığı bir ədəd bükümü çıxarıb təqdim etmiş, bükümün içərisində “nəşə" adlandırılan marixuana olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş, çəkisi müəyyən edilmiş, qablaşdırılmaqla götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxsla birlikdə 4-cü PB-nə getmişlər. 4-cü PB-də xidməti otaqların birində onun müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, videoçəkilişlə Qasımovun üzərini yoxlayarkən aşkar edilərək götürülmüş və zərfə qablaşdırılmış içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olan zərf təhqiqatçıya təqdim edilmişdir. Həmin büküm yenidən elektron tərəzidə çəkilməklə çəkisi müəyyən edilmiş, sonra isə yenidən zərfə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hazırda Nərimanov RPİ-nin PPXB-də polis nəfəri vəzifəsində xidmət edir. Sonuncu dəfə xx.xx.2024-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu Ziya Bünyadov prospektində PPXB-nün polis nəfəri Şahid4 ilə xidmətdə olan zaman özünü şübhəli aparan kişi cinsli bir nəfərə yaxınlaşaraq özlərini təqdim edərək, onunla bir qədər profilaktik söhbətlər aparmış, həmin şəxsin onlardan yayınmaq istədiyini görüb, onu Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. Bundan sonra həmin şəxsin qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan polis şöbəsinin xidməti otaqlarının birində üzərində hər hansı bir qeyri qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa cibindən 02 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, həmin bükümlərin içərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər qablaşdırılıb götürülmüşdür. Məhkəmə tərəflərin fikrini dinlədikdən sonra ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 İlham oğlunun ifadəsi elan edilməklə tədqiq edilmiş, onun Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə verdiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 22 may 2025-ci il tarixdə (saat 16:50) fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 21 may 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 22:12 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 21); Təqsirləndirilən şəxs 23 may 2025-ci il tarixində CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v 59-60; 71-72); “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 23 may 2025-ci il və 24 avqust 2025ci il, 29 avqust 2025-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixlərdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 67-69; 225-228); “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 24 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilməklə cinayət işinin istinaqı davam etdirilmiş, birləşmiş cinayət işlərinin nömrəsi ********* kimi saxlanılmışdır. (i.v.94-95); Fakta görə 21 noyabr 2024-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir. (i.v.97); Təqsirləndirilən şəxs 20 noyabr 2024-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 22 noyabr 2024-cü il tarixində CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş, barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmişdir. (i.v.114 ;145-146; 160-161); Təqsirləndirilən şəxs 22 noyabr 2024-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ifadəsi alınmışdır (i.v. 152-153); Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini qərəzli pozaraq heç bir üzrlü səbəb olmadan istintaq orqanının çağırışlarına gəlmədiyindən, ümumiyyətlə istintaq orqanından gizləndiyindən 01 avqust 2025-ci il tarixdə barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. (i.v.215- 218); Təqsirləndirilən şəxs 22 avqust 2025-ci il tarixdə tutularaq Sumqayıt ŞPİ-nin MSYnə təhvil verildiyindən, həmin tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnməklə istintaqı davam etdirilmiş, 24 avqust 2025-ci il tarixdə oinun barəsində ‘'polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmaqla saxlandığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. (i.v.221-223;); “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 21 may 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Sumqayıt şəhəri ərazisində yerləşən Mehdi Hüseynzadə adına stadionun yerləşdiyi ərazidə yolla əynində qara rəngli gödəkcə və qara rəngli şalvar olan bir nəfər şəxsin hərəkət etdiyinin göründüyü, həmin şəxsin bir neçə metr məsafə qət etdikdən sonra onun hərəkət istiqamətinin sol hissəsindən iki nəfər şəxsin çıxaraq həmin şəxsə yaxınlaşdıqları və onu saxladıqları, daha sonra ilk şəxsin özünü saxlanılmış şəxsə təqdim edərək Sumqayıt ŞPİ-nin 4-cıı PB-nin əməliyyat müvvəkkili, polis kapitanı Şahid2 olduğunu bildirdiyi, sonra saxlanılmış şəxsə özünü təqdim etməsini təklif etdiyi, bundan sonra saxlanılmış şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, daha sonra ilk özünü təqdim edən şəxsin məlumat verərək həmin şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərində gəzidirilməsi və istifadəsi ilə məşğul olmaqda şübhəli olduğundan xx.xx.2025-ci il tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərara əsasən şübhəli şəxs qismində saxlanıldığını bildirdiyi, daha sonra orda olan şəxslərədə özlərini özlərini təqdim etmələrini təklif etdiyi, bundan sonra ilk özünü təqdim edən şəxsin məlumat verərək şəxsin saxlanılmış şəxsin hüquq və vəzifələrini izah etdiyi, bundan sonra isə həmin şəxsə üzərində yoxlama aparacağını bildirərək, bundan əvvəl isə üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş əşya və pridmet varsa təqdim etməsini təklif etdiyi, bu təklifdən sonra saxlanılmış şəxsin əynindəki qara rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim etdiyi, həmin sellofan bükümün içərisində narkotik vasitə olan, "nəşə" adlandırılan qurudulmuş marixuana olduğunu, narkotik vasitəni həmin gün sosial şəbəkədə tanış olduğu, ancaq İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi, adını, soy adını, eləcədə barəsində digər anket məlumatlarını bilmədiyi şəxsin verdiyi bank kartının bank hesabına 80 manat ödəniş etdikdən sonra, ona göndərilmiş narkotik vasitənin yerləşdirildiyi yerin geolokasiyası əsasında Sumqayıt şəhərinə gələrək narkotik vasitəni yerləşdirildiyi yerdən götürüb, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdiyi, bundan sonra təqdim edilmiş bükümün içərisinə baxış keçirildiyi, daha sonra isə aşkar edilmiş bükümün elektron tərəzidə çəkildiyi, içərisində yaşıl rəngli, bitki mənşəli kütlə olan bükümün elektron tərəzidə çəkilərkən çəkisinin 16.48 qram olmasının müəyyən edildiyi, bundan sonra isə aşkar edilmiş bükümün içəris boş ağ rəngli zərfə qablaşdırıldığı, zərfin üzərinin möhürləndiyi, daha sonra zərfin üzərində qeydlər aparıldığı, sonda iştirakçılar tərəfindən zərfin üzərinin imzalandığı, sonra isə götürüldüyü, sonda özünü təqdim edərək əməliyyat müvvəkkili Şahid2 olduğunu bildirən şəxs tərəfindən məlumat verilərək digər zəruri hərəkətlərin icra edilməsi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gedəcəklərini bildirdiyi, bundan sonra isə video çəklişin dayandığı müəyyən edilmişdir. (i.v 9-10; 80-82). “Şəxsi axtarışın keçirilməsi barədə” 22 may 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli maddələri və psixotrop maddələri əldə etməsi, qəbulu və üzərində gəzdirməsində şübhəli bilindiyindən, həmin şəxslərin, eləcədə Bakı şəhəri, 25 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xidməti otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verdiyi, daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edildiyi, bundan sonra isə özünii təhqiqatçı kimi təqdim edən şəxsin özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirən şəsxə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirib, bundan əvvəl isə üzərində qanunla saxlanması və ya daşınması qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklif etdiyi, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin bundan sonra əynindəki şalvarın arxa sağ yan cibindən iki ədəd sellotan bükümü çıxararaq təqdim etməklə xidməti otaqdakı masanın üzərinə qoyduğu, həmin sellofan bükümlərin içərisinə baxış keçirildikdə içərisindən ağ rəngli, kristalşəkilli maddələrin aşkar edildiyi, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş şifahi sualları cavablandıraraq üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş btikümlərdəki maddələrin şüşə adlandırılan və psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni bir gün əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşının verdiyi bank kartının bank hesabına 90 manat ödəniş etdikdən sonra ona göndərilmiş konum və fotoşəkillər əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən Zabrat Maştağa yolunun kənarından götürərək üzərində gəzdirdiyini bildirdiyi, bundan sonra özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı həmin şəxsin üzərindən digər əşya və ya predmetin aşkar edilmədiyi, bundan sonra təhqiqatçı tərəfindən aşkar edilmiş bükümlərin içərisi boş ağ rəngli zərfə qablaşdırıldığı, zərfin üzərinin möhürləndiyi, üzərində qeydlər aparıldığı, daha sonra zərfin üzərinin xidməti otaqda olan şəxslər tərəfindən imzalandığı, bundan sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən aşkar edilmiş bükümdəki maddənin dəqiq çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədilə ekspertiza tədqiqatına təqdim ediləcəyi izah edilərək götürüldüyü, daha sonra xidməti otaqdakı müdafiəçi tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə suallar ünvanlandığı, ondan polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilib edilmədiyini, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş btikümlərdəki maddənin özünə məxsus olub olmadığını soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin bundan sonra verilmiş sualları cavablandıraraq polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilmədiyini, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş maddənin özünə məxsus olduğunu bildirdiyi, bundan sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən aparılan video çəklişin dayandırılacağı barədə iştirakçılara xəbərdarlıq edildiyi, daha sonra isə aparılan video çəklişin dayandırıldığı müəyyən edilmişdir. (i.v.30-31); Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Sumqayıt regional bölməsinin 20/365 nömrəli 22 may 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqdim etdi. Təqsirləndirilən şəxs..." yazılar və imzalar olan kağız paketdəki 01 ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 15 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi - 15 qram, tədqiqata sərf edildi - 0.05 qram, qalıq - 14,95 qram. ( i.v. 47-50). Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyavi ekspertizasının xx.xx.2024-cü ıl tarixli 6/5258 nömrəli rəyindən görünür ki. tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün N° 219" dairəvi möhür əksi olan. “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.955 qram, 0.679 qram ümumi təmiz çəkisi 1.634 qram olan ag rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr‘-in siyahısına (Siyahı 1) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 1,634 qram, tədqiqata sərt edildi - 0,08 qram, qalıq - 1.554 qram. (i.v.133-136) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 1169 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki,müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 208-209). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB publik hüquqi şəxsin 702 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. (i.v.206-207); Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs psixotrop maddə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 206.2. 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə CM-nin 234.4.3-cü maddəsi, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə, cəzası 05 il müddətinədək azaldılmışdır. Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəzadan vaxtından əvvəl azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Bundan başqa o, əvvəllər Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarıxli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə ona təyin edilmiş cəzadan 02 ay 15 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü çatdığından qeydiyyatdan çıxarılmışdır. CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmişdir. (i.v. 91-93); “Sübutların qiymətləndirilməsi haqqında” 29 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, barəsində CM-nin 234.2 və 234.4.1-ci maddələrinin tərkib əlamətləri olmadığından cinayət təqibinin başlanılması rədd edilmişdir, “VİD_20250521” adlı, 108638 kb həcmində, 08 dəqiqə 53 saniyə davam edən, “VİD_20250522” adlı, ******* kb həcmində 07 dəqiqə 16 saniyə davam edən, “234.1” adlı, 65789 kb həcmində, 06 dəqiqə 57 saniyə davam edən video görüntülər olan disklər cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, xx.xx.2025-ci il tarixdə üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 15 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 14,95 qram olan narkotik vasitə qurudulmuş marixuana, xx.xx.2024-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş 1,634 qram təşkil edən psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,554 qram olan psixotrop maddə metamfetamin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, narkotik maddənin çəkisindəki fərqin məhkəmə bioloji ekspertizası keçirilərkən təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitənin müəyyən edilmiş çəkisi əsas götürülərək ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət əməlinin törədilməsi onun əməlində cinayətlərin residivini yaratması kimi nəzərə alınmışdır. (i.v. 243-257); Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması, seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından məhkəməyə ünvanlanmış məktubdan görünür ki, barəsində axtarış elan olunmaqla, həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına aparılmışdır. “Elektron məhkəmə informasiya sistemi” vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012ci il təvəllüdlü X5 adlı 02 yetkinlik yaşına çatmayan övladı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Onun törətmiş olduğu cinayət əməli “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 1.16-cı bəndinin təsiri altına düşür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə təqdim edərək “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarına uyğun olaraq barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 515.2-ci maddəsinə əsasən amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında məhkumun ərizəsinə amnistiya aktı və cinayət qanununun müddəalarına müvafiq olaraq cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır. “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 24-cü hissəsinə əsasən Birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və qərar qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, “şəxsi axtarış keçirilməsi və götürmə aparılmasını” əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, tədqiqatdan sonra qalıq qalmış 1,554 qram psixotrop maddə metamfetamin və 14,95 qram qurudulmuş marixuana məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 21 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 231 (iki yüz otuz bir) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 39.1.12, 43.3, 175.5, 321.2.1, 346, 347.1 maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16-cı bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və qərar qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 1,554 qram olan psixotrop maddə metamfetamin və 14,95 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 231 (iki yüz otuz bir) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-652/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-652/2025
15.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver