Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-653/2021 14.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 9, məhəllə 9-da qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədilə tanıdığı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib aldatmaqla ünvan 1 ünvanındakı 1 otaqlı mənzili satmaq məqsədi ilə ilkin ödəniş edilməsi adı ilə aldadaraq, vahid niyyətlə 03 aprel 2021-ci il tarixdə Sumqayıt şəhəri, Bazar ərazisində 500 (beş yüz) manat, 06 aprel 2021-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində 1500 (min beş yüz) manat, 13 aprel 2021-ci il tarixdə Sumqayıt şəhəri, Bazar ərazisində 500 (beş yüz) manat, pulunu ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, 2021-ci ilin may aylarında xalası Şahid1 məxsus ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzili satmaq qərarına gəlmişdir. Bu məqsədlə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində maklerlərin olduğu yerə yaxınlaşaraq mənzil satmaq istədiyini bildirmişdir. Həmin vaxt evini orada olan İzzət adlı makler almaq istəmişdir. İzzət həmin evi almaq üçün ona 440 manat beh vermişdir. Lakin İzzət sonradan evi almaq üçün pul düzəldə bilmədiyini deyərək həmin evi Elman adlı şəxsə satmağını tövsiyyə etmişdir. O, elə həmin vaxt Elman adlı şəxslə tanış olmuş və Elman həmin ünvana gəlib baxmışdır. Razılaşma əsasında o, həmin evi Elmana 32.000 (otuz iki min) manata satmağa qərara gəlmişdir. Həmin mənzilin onun adına keçməsi üçün o, mənzilin sənədlərini Sumqayıt şəhər Məhkəməsinə təqdim etmişdir. Buna görə məhkəmə işlərini və sənədləşmə işlərini aparmaqdan ötrü o, Elmandan pul istəmişdir. Elman da ona hissə-hissə olmaqla ümumilikdə 2500 (iki min beş yüz) manat pul ödəmişdir. Sonradan İzzət onun evinə müştəri tapdığı üçün Elmandan aldığı puldan 150 (yüz əlli) manat pul almışdır. Həmçinin həmin evi almaq üçün ona beh kimi verdiyi 440 (dörd yüz qırx) manat pulu da geri almışdır. Beləliklə o, sənədləşmə işləri aparmaq üçün Elmandan almış olduğu 2500 (iki min beş yüz) manatdan 150 (yüz əlli) manatını Elmana ödəmişdir. Xalasına məxsus olan ev varis kimi onun adına keçməlidir və həmin sənədləşmə işləri ilə bağlı olaraq məhkəmə prosesi hələ də davam edir. Bu səbəbdən o, Elmana söz vermiş olduğu vaxtda sənədləri qaydasına sala bilməmiş, nəticədə aralarında narazılıq yaranmışdır. O, sonradan Elmandan almış olduğu puldan 150 (yüz əlli) manatını geri ödəmişdir. Hazırda Elmana 2350 (iki min üç yüz əlli) manat pul verməlidir. O, həmin pulu Elmana satacağına dair söz vermiş olduğu evin sənədləşmə işlərini düzəltmək üçün almış, lakin hazırda həmin sənədləri düzəldə bilməmiş və buna görə də Elmana evi sata bilməmişdir. Zərərçəkmiş şəxs ilk 500 (beş yüz) manatı Sumqayıt şəhəri, “Bazar” adlandırılan ərazidə, Elmanın tanışı olan Eldəniz adlı şəxsin və makler işləyən İzzətin iştirakı ilə 3 aprel 2021-ci il tarixdə, daha sonra 1500 (min beş yüz) manatı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisindəki Sumqayıt şəhər Məhkəməsinin qarşısında Eldənizin və İzzətin iştirakı ilə 6 aprel 2021-ci il tarixdə, digər 500 (beş yüz) manatı Sumqayıt şəhəri, “Bazar” adlandırılan ərazidə eyni ilə Eldənizin iştirakı ilə 13 aprel 2021-ci il tarixdə, ümumilikdə 2500 (iki min beş yüz) manatı öncədən ödəniş olaraq Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisindəki 1 otaqlı evi satmaq məqsədilə almışdır. Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş həmin pulları verməsi ilə bağlı sənədlərdəki imzalar ona məxsusdur. Zərərçəkmiş şəxs aldığı pulları öz şəxsi tələbatlarını ödəmək üçün istifadə etmiş, heç kimə verməmişdir. Amma hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödənmişdir, zərərçəkmiş şəxslə barışmışlar, əməlindən peşmandır, məhkəmədən göstərdiklərini nəzərə alıb barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs 14.10.2021-ci il tarixli ərizəsindən görünür ki, əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışıb, ziyan ödənilmişdir. Ona görə barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs göstərdi ki, o, Sumqayıt şəhəri, St. Sumqayıt qəsəbəsi, fərdi evdə yaşayır və təqaüdçüdür. O, Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının əvvəllərində ev satan şəxs kimi, tanışı Təranə adı ilə tanınan və əsil adı İzzət olan şəxsin vasitəsilə tanımışdır. Hüseynlə tanış olduqdan sonra İzzət ona Hüseynin Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisisində 1 otaqlı ev satmaq istədiyini bildirmişdir. Həmin evə tanışı Eldəniz və evin sahibi Hüseyn ilə birlikdə baxmağa getmişlər və bəyəndiyi üçün almaq qərarına gəlmişdir. Həmin evi almaq üçün Hüseyn ilə 32.000 manata razılaşmışlar. Razılaşmadan sonra Hüseyn sözü gedən evin xalası Şahid1 məxsus olduğunu, vəsiyyətnamə ilə verildiyini, sənədləşmə işlərini aparmaq, evi öz adına keçirmək, ona satmaq üçün pul istəmiş, o, Hüseynin bu təklifi ilə razılaşmışdır. İlk 500 manatı Sumqayıt şəhəri, “Bazar” adlandırılan ərazidə, tanışı Eldənizin və İzzətin iştirakı ilə 3 aprel 2021-ci il tarixdə vermişdir. Hüseyn daha sonra ona zəng edərək sənədləşmə ilə bağlı məhkəmə işlərini həll etmək üçün xərc olacağını və 1500 manat pul istəmişdir. Həmin 1500 manatı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisindəki Sumqayıt şəhər Məhkəməsinin qarşısında tanışı Eldənizin və İzzətin iştirakı ilə 6 aprel 2021-ci il tarixdə vermişdir. Hüseyn sonuncu dəfə yenidən ona zəng edərək sənədlərin hazır olduğunu və götürmək üçün daha 500 manat pulun lazım olduğunu bildirmişdir.O, 500 manatı Sumqayıt şəhəri, “Bazar” adlandırılan ərazidə tanışı Eldənizin iştirakı ilə 13 aprel 2021-ci il tarixdə vermişdir. Ümumilikdə Təqsirləndirilən şəxs onun 2500 manat pulunu dələduzluq edərək almışdır. Lakin sonradan Hüseynlə əlaqə saxlaya bilməmiş və buna görə də Hüseynin ona satacağına dair söz vermiş olduğu həmin evə getmişdir. O, Hüseynin onu aldatdığını və ona qarşı dələduzluq etdiyini anlamışdır. Daha sonra Hüseynlə əlaqə saxlamış və Hüseyn ona aldığı pulları hissə-hissə qaytaracağına söz verməsinə baxmayaraq sözünə əməl etməmişdir. Hüseynə pulu verdiyi zaman bunu əks etdirən öz xətti ilə yazılmış və həmçinin imzası ilə təsdiq edilmiş yazılı sənədləri polis əməklaşlarına təqdim etmişdir. Hüseyn 2500 manat puldan 150 manatını İzzətin vasitəsilə ona qaytarmışdır. Hazırda isə pulu tam qaytarılmışdır. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur, işə xitam verilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs 14.10.2021-ci il tarixli ərizəsindən görünür ki, ona dəyən ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur, nəzərə alınmasını xahiş edir. Şahid qismində dindirilmiş X5 göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun illərdir tanıyır və hər ikisi daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olur. Son illərdir o, ölkədən kənarda yaşayır. Bu ilin əvvəlində o qayıtmış, özünə ev almaq istəmiş və bu məqsədlə tanış maklerlərə xahiş etmişdir ki, münasib ev olarsa ona xəbər etsinlər. Bu ilin fevral ayında Akif adlı makler ona Sumqayıt şəhəri, 11-ci mikrorayonda ucuz ev olduğunu bildirmişdir. O, evin sahibi kimi özünü təqdim edən Təqsirləndirilən şəxs adlı şəxslə görüşmüş və həmin evi 32.000 manata razılaşmışlar. Hüseyn ondan 200 ABŞ dolları beh kimi almış və sənədləri tezliklə tamamlayıb alqı-satqı edəcəyini demişdir. Bundan bir neçə gün sonra Hüseyn ondan həmin evin məhkəmədə sənədlərini tamamlamaq, daha sonra alqı-satqı etmək məqsədilə əlavə 5000 min manat pul istəmişdir. Onun pulu olmadığı üçün Hüseynə pul verə bilməmişdir. Bu səbəbdən də o, beh kimi verdiyi 200 ABŞ dollarını geri istədikdə Hüseyn həmin pulu ona qaytara bilməyəcəyini ancaq evi satacağı təqdirdə həmin pulu qaytaracağını demişdir. O, da tanıdığı Zərərçəkmiş şəxs ucuz bir ev olduğunu demiş və Hüseynlə həmin şəxsi görüşdürmüşdür. Onun yanında Hüseyn Elmandan 500 manat beh almışdır. Bundan üç gün sonra Hüseynlə və Elmanla birlikdə görüşmüşlər , Hüseyn yenə də, əvvəlki kimi ev ona xalasından qaldığı üçün vərəsəlik məsələrini məhkəmədə həll edəcəyi adı ilə Elmandan 1500 manat pul almış və onun Hüseynə beh kimi verdiyi 200 ABŞ dolları manatla geri qaytarmışdır. Bundan sonra Onun bu məsələ ilə bağlı heç bir əlaqəsi olmamış, daha sonra Hüseynin xalasının ölmədiyini, Hüseynə heç bir vərəsəlik haqqı düşmədiyini, bu yolla insanları aldatdığını öyrənmişdir. Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi sənədlər imzalanan zaman orada olmuş və imzalar ona məxsusdur. Şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, o, Elmanı uzun müddətdir tanıyır və onunla normal münasibətləri olmuşdur. 2021-ci ilin aprel ayında Sumqayıt şəhəri, “Bazar” adlanan ərazidə olduqları zaman Hüseyn adlı şəxs onlara yaxınlaşaraq Sumqayıt şəhəri 11-ci mikrorayon adlanan ərazidə olan evini satmaq istədiyini bildirmişdir. Elman həmin evi almaq qərarına gəlmişdir. Hüseyn həmin evin məhkəmə ilə bağlı işləri olduğunu bildirmiş və sənədləşmə işləri aparmaq üçün Elmandan 2500 manat pul istəmişdir. O, Elmanın elə həmin vaxtlarda onun iştirakı ilə Hüseynə 500 manat pul verdiyinin şahidi olmuşdur. Lakin sonradan Hüseynin Elmandan 2500 manat pul aldığını, lakin vədinə əməl etmədiyini öyrənmişdir. Elmanın həmin 2500 manatı Hüseynə verməsi ilə bağlı sənədlər imzalanarkən orda iştirak etməmişdir. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun tanışıdır. Elmanla birlikdə Bazar ərazisində olan zaman İzzət adlı makler onlara yaxınlaşaraq Hüseyn adlı şəxsin ünvan 3 ünvanındakı evini satdığını bildirmişdir. Onlar birlikdə həmin evə baxmağa getmişlər və Elman həmin evi bəyəndiyi üçün almaq qərarına gəlmişdir. Elman Hüseynlə razılaşdıqdan sonra 500 manatı Sumqayıt şəhəri, Bazar adlanan ərazidə onun və İzzətin iştirakı ilə 3 aprel 2021-ci il tarixdə, 1500 manatı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisindəki Sumqayıt şəhər Məhkəməsinin qarşısınında onun və İzzətin iştirakı ilə 6 aprel 2021-ci il tarixdə, sonuncu 500 manatı Sumqayıt şəhəri, Bazar adlandırılan ərazidə eyni ilə onun iştirakı ilə 13 aprel 2021-ci il tarixdə vermişdir. Şahid qismində dindirilmiş X3 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısının yəni İbadova Nuridənin oğludur. O, ünvan 1 ünvanında yaşayır. O, səhhəti ilə elaqədar olaraq ölümündən sonra evini kiçik bacısı İbadova Məlahətə vəsiyyət etmişdir. Elman adlı şəxsi tanımır, evi heç bir zaman satmaq niyyəti olmamış və həmin evi Hüseynə vəsiyyət etməmişdir. Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs ondan ev satmaq adı ilə 2500 (iki min beş yüz) manat almağı barədə yazdığı əlyazmaların surətləri iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v.08-10) İş materiallarında olan DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə 10.01.2020-ci il tarixdə Nərimanov rayon məhkəməsinin hökmü ilə 03 il 06 ay azadlıqdan mərhumetmə cəzasına məhkum edilmiş, 26.08.2020-ci il tarixli Bakı Apellyasiya məhkəməsinin qərarı ilə hökm dəyişdirilib cəzası 08 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və 11.07.2021-ci il tarixdə cəzasını çəkib qutardığı üçün qeydiyyatdan çıxarılmışdır. (i.v.50-52) Azərbaycan Respublikası CM-in 18.4.1-ci maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. İş materiallarında olan “Qeydiyyat vəsiqəsi”nin, texniki pasportun və 13 yanvar 2009-cu il taixdə verilmiş “Vəsiyyətnamə”nin surətindən görünür ki, ünvan 1 ünvanındakı 1 otaqlı mənzil mülkiyyət hüququ ilə X2 məxsusdur və o həmin mənzili X4 vəsiyyət etmişdir. (i.v.98-100) İş materiallarında olan 08 sentyabr 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmişdir. (i.v 88-89) İş materiallarında olan sənədlərdən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2016 və 2018-ci il təvəllüdlü iki azyaşlı uşağı var, yaşayış yerindən müsbət xarakterizə edilir. (i.v.95-97 Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.1-ci maddəsinə görə, bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxsin hüquqi varisilə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 05 (beş) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) manat məbləğində pul ödənilməlidir. Maddi sübut - Zərərçəkmiş şəxs ərizəsinə əlavə etdiyi Təqsirləndirilən şəxs ondan ev satmaq adı ilə 2500 (iki min beş yüz) manat almağı barədə yazdığı əlyazmaların surətləri iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Maddi sübut - Zərərçəkmiş şəxs ərizəsinə əlavə etdiyi Təqsirləndirilən şəxs ondan ev satmaq adı ilə 2500 (iki min beş yüz) manat almağı barədə yazdığı əlyazmaların surətləri iş materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-653/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-653/2021
14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver