Məhkəmə qərarları › İş №1(060)-653/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-653/2023

02.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-653/2023 02.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X8, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X6 Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1996-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, rayonunda qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Betonzavod ərazisi ev 700B ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3arəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 bir 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2022-ci ilin avqust ayının əvvəllərində gecə saatlarında ünvan 4 ünvanında yerləşən Sumqayıt ağac emalı zavoduna hasardan aşma yolu ilə qanunsuz daxil olaraq orada yerləşən Zərərçəkmiş şəxs MMC tərəfindən icarəyə götürülmüş anbarın qıfılını açdıqdan sonra, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə qanunsuz daxil olaraq oradan, bir ədəd 100 (yüz) manat məbləğində “Graco ASM 2900” markalı boya aparatını və bir ədəd 70 (yetmiş) manat məbləğində “Meqan” markalı yağ nasosunu anbardan gizli olaraq apararaq Zərərçəkmiş şəxs MMC-nə ümumilikdə 170 (yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3lə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2022-ci ilin avqust ayının sonlarında gecə saatlarında ünvan 4 ünvanında yerləşən Sumqayıt ağac emalı zavoduna hasardan aşma yolu ilə qanunsuz daxil olaraq orada yerləşən Zərərçəkmiş şəxs MMC tərəfindən icarəyə götürülmüş anbarın qıfılını açdıqdan sonra, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə anbara qanunsuz daxil olaraq oradan bir ədəd 250 (iki yüz əlli) manat məbləğində “X26 kompresoru 50 İt. 2 Hp” markalı kompressoru və bir ədəd 200 (iki yüz) manat məbləğində “Mastery” markalı qaynaq aparatını anbardan aparmaqla gizli olaraq talamış, Zərərçəkmiş şəxs MMC-nə ümumilikdə 450 (dörd yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,575 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 14 dekabr 2022-ci il tarixdə saat 20:05-də Sumqayıt ŞPİ-nin, CAŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Azərbaycan prospektində yerləşən “Tovuz” kafesinin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilərək üzərində aparılan şəxsi axtarış zamanı 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,575 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2022-ci ilin avqust ayının əvvəllərində gecə saatlarında ünvan 4 ünvanında yerləşən Sumqayıt ağac emalı zavoduna hasardan aşma yolu ilə qanunsuz daxil olaraq orada yerləşən Zərərçəkmiş şəxs MMC tərəfindən icarəyə götürülmüş anbarın qıfılını Təqsirləndirilən şəxs1 açdıqdan sonra, sonuncu və Təqsirləndirilən şəxs3 ilə birlikdə qanunsuz daxil olaraq oradan, bir ədəd 100 (yüz) manat məbləğində "Graco ASM 2900” markalı boya aparatını və bir ədəd 70 (yetmiş) manat məbləğində “Meqan” markalı yağ nasosunu anbardan aparmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs MMC-nə ümumilikdə 170 (yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs3lə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2022-ci ilin avqust ayının sonlarında gecə saatlarında ünvan 4 ünvanında yerləşən Sumqayıt ağac emalı zavoduna hasardan aşma yolu ilə qanunsuz daxil olaraq orada yerləşən Zərərçəkmiş şəxs MMC tərəfindən icarəyə götürülmüş anbarın qıfılını Təqsirləndirilən şəxs1 açdıqdan sonra, sonuncu və Təqsirləndirilən şəxs3lə birlikdə qanunsuz daxil olaraq oradan, bir ədəd 250 (iki yüz əlli) manat məbləğində “X26 kompresörü 50 lt. 2 Hp” markalı kompressoru və bir ədəd 200 (iki yüz) manat məbləğində “Mastery” markalı qaynaq aparatını anbardan aparmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs MMC-nə ümumilikdə 450 (dörd yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-niıı 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və sonuncunun qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2022-ci ilin avqust ayının əvvəllərində gecə saatlarında ünvan 4 ünvanında yerləşən Sumqayıt ağac emalı zavoduna hasardan aşma yolu ilə qanunsuz daxil olaraq orada yerləşən Zərərçəkmiş şəxs MMC tərəfindən icarəyə götürülmüş anbarın qıfılını Təqsirləndirilən şəxs1 açdıqdan sonra, sonuncu və Təqsirləndirilən şəxs2lə birlikdə qanunsuz daxil olaraq oradan, bir ədəd 100 (yüz) manat məbləğində “Graco ASM 2900” markalı boya aparatını və bir ədəd 70 (yetmiş) manat məbləğində “Meqan” markalı yağ nasosunu anbardan aparmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs MMC-nə ümumilikdə 170 (yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və sonuncunun qardaşı Təqsirləndirilən şəxs2lə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2022-ci ilin avqust ayının sonlarında gecə saatlarında ünvan 6 ünvanında yerləşən Sumqayıt ağac emalı zavoduna hasardan aşma yolu ilə daxil olaraq orada yerləşən Zərərçəkmiş şəxs MMC tərəfindən icarəyə götürülmüş anbarın qıfılını Təqsirləndirilən şəxs1 açdıqdan sonra, sonuncu və Təqsirləndirilən şəxs2lə birlikdə qanunsuz daxil olaraq oradan, bir ədəd 250 (iki yüz əlli) manat məbləğində “X26 kompresoru 50 İt. 2 Hp” markalı kompressoru və bir ədəd 200 (iki yüz) manat məbləğində “Mastery” markalı qaynaq aparatını anbardan aparmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs MMC-nə ümumilikdə 450 (dörd yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bu hərəkəti ilə də, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177,2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Sumqayıt şəhəri, Beton zavod ərazisi, ev 700B fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. İşləməməsi və maddi durumunun aşağı olması səbəbindən qardaşı Vüqarla ünvan 8 ünvanında yerləşən Sumqayıt Ağac Emalı zavodunun ərazisində yerləşən anbarlardan birindən oğurluq etmək qərarına gəlmiş və bu barədə qonşuluqda yaşayan Təqsirləndirilən şəxs3 da təklif etmişlər. Təqsirləndirilən şəxs3 də maddi imkanının zəif olduğunu bildirərək onlarla birlikdə oğurluq etməyə etiraz etmədiyini bildirmişdir. Bu məqsədlə də 2022-ci ilin avqust ayının əvvəllərində gecə saatlarında ünvan 8 ünvanında yerləşən Sumqayıt Ağac Emalı zavodunun ərazisinə arxa tərəfində yerləşən qamışlıq hissədə daş hasarın üzərindən keçərək qardaşı Vüqar və tanışı Fəridlə birlikdə daxil olmuş, həmin yerdə olan anbarın birinə yaxınlaşmış və bu zaman da, onun qapısında qıfıl olduğunu görmüşdür. Lakin qıfıl bağlanmamışdır. Qıfılı açmış, içəri daxil olmuşlar. Oradan 1 ədəd boya aparatı, 1 ədəd yağ nasosunu götürmüşlər və zavoda daxil olduqları yerdən zavodu tərk etmişlər. Oğurladıqları boya aparatını və yağ nasosunu yaxınlıqda Yəhya Məmmədov küçəsində mühərrik alqısatqısı işi ilə məşğul olan Bəxtiyar adlı şəxsə ümumillikdə 180 manata satmış və şəxsiyyət vəsiqəsinin surətini Bəxtiyar adlı şəxsə vermişdir. Əldə etdiyi pulu üçü arasında bölmüşlər. Bir neçə gün sonra yəni 2022-ci ilin avqust ayının ortalarında gecə saatlarında yenidən həmin yerə eyni üsulla daxil olmuş, bu zaman orada 2 ədəd su nasosu və onun üzərində olan qapaqlarını götürmüşlər. Həmin su nasoslarını zavodun hasarından çölə qoymuşlar. Bir neçə gün sonra yəni 2022-ci ilin avqust ayının sonlarında gecə saatlarında yenə də o, qardaşı Vüqar və tanışları Fəridlə zavodun ərazisinə daxil olmuş, həmin anbara daxil olub oradan qırmızı rəngli kompressoru və köhnə qaynaq aparatını götürmüşlər. Oğurladıqları 2 ədəd su nasosunu və kompressoru Betonzavod ərazisində fəaliyyət göstərən süngər sexi işlədən İlham adlı şəxsə 250 manata satmışlar. İham da həmin malların haradan əldə edilməsi barədə soruşduqda, ona evdə lazım olmadığı üçün satmaq istədiklərini bildirmişlər. Oğurladıqları qaynaq aparatı köhnə və işlək vəziyətdə olmadığı üçün onu yaşadıqları ünvanın ətrafına səyyar dəmir almağa gələn tanımadığı şəxsə 40 manata satmışdır. Əldə etdiyi pulu da yenə üçü arasında bölmüşlər. Bundan başqa xx.xx.2022-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, Nasosnu adlanan ərazidə olduğu zaman qismən tanıdığı Ruslan adlı şəxsdən öz istifadəsi üçün 25 manat dəyərində 1 ədəd bükümdə narkotik vasitə heroin almış və üzərində saxlamışdır. 14 dekabr 2022-ci il tarixdə təxminən saat 20:05 radələrində Sumqayıt şəhəri, Azərbaycan prospektində yerləşən “Tovuz” kafesinin qarşısında olan zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onu narkotik vasitələrin üzərində daşımaqda, gəzdirmədə və istifadəsində şübhəli olduğu üçün Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O, etiraz etməmiş və birlikdə polis idarəsinə gəlmişlər. Xidməti otaqların birində onu ora gətirən polis əməkdaşlarının və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl hüquq və vəzifələri izah olunmuş, sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o, da əynindəki şalvarının sağ yan cibindən özünə məxsus 1 ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən 1 ədəd bükümdə narkotik vasitə heroindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərfin üzəri onun və digər iştirakçıların tərəfindən imzalanmışdır. Polis İdarəsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş maddə narkotik vasitə heroindir, ona məxsusdur. Əməlindən peşmandır, dəymiş ziyan ödənilmiş, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ona qarşı heç bir şikayət və tələbi yoxdur. Himayəsində 02 azyaşlı övladı var. Atası vəfat etmişdir, ailəsini özü dolandırır. Qeyd olunanlara əsasən barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Sumqayıt şəhəri, Beton zavod ərazisi, ev 700B fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. İşləməməsi və maddi durumunun aşağı olması səbəbindən qardaşı Vahidlə ünvan 8 ünvanında yerləşən Sumqayıt Ağac Emalı zavodunun ərazisində yerləşən anbarlardan birindən oğurluq etmək qərarına gəlmişlər və bu barədə qonşuluqda yaşayan Təqsirləndirilən şəxs3 demişlər. Təqsirləndirilən şəxs3 də maddi imkanının zəif olduğunu bildirərək onlarla birlikdə oğurluq etməyə etiraz etmədiyini bildirmiş, bu məqsədlə 2022-ci ilin avqust ayının əvvəllərində gecə saatlarında ünvan 8 ünvanında yerləşən Sumqayıt Ağac Emalı zavodunun ərazisinə arxa tərəfində yerləşən qamışlıq hissədə daş hasarın üzərindən keçərək qardaşı Vahid və tanışı Fəridlə birlikdə daxil olmuşlar. Orada qamışlıq sahəyə yaxın yerdə olan anbarın birinə yaxınlaşmış, bu zaman onun qapısında qıfıl olduğunu görmüşlər. Lakin qıfıl bağlanmamış vəziyyətdə olmuşdur. Vahid qıfılı açmış, içəri daxil olmuşlar. Oradan 1 ədəd boya aparatı, 1 ədəd yağ nasosunu götürmüşlər və zavoda daxil olduqları yerdən zavodu tərk etmişlər. Oğurladıqları boya aparatını və yağ nasosunu yaxınlıqda Yəhya Məmmədov küçəsində mühərrik alqı-satqısı işi ilə məşğul olan Bəxtiyar adlı şəxsə ümumillikdə 180 manata satmışlar. Həmin vaxt Vahid şəxsiyyət vəsiqəsinin surətini Bəxtiyara vermişdir. Əldə etdikləri pulu üçü arasında bölmüşlər. Bir neçə gün sonra yəni 2022-ci ilin avqust ayının ortalarında gecə saatlarında yenidən həmin yerə eyni üsulla daxil olmuş, bu zaman orada 2 ədəd su nasosu və onun üzərində olan qapaqlarını götürmüşlər. Su nasoslarını zavodun hasarından çölə qoymuşlar. Bir neçə gün sonra da yəni 2022-ci ilin avqust ayının axırlarında gecə saatlarında yenə də o, qardaşı Vahid və tanışları Fərid ilə zavodun ərazisinə daxil olmuşlar. Həmin anbara daxil olub oradan qırmızı rəngli kompressoru və köhnə qaynaq aparatını götürmüşlər. Oğurladıqları 2 ədəd su nasosunu və kompressoru Betonzavod ərazisində fəaliyyət göstərən süngər sexi işlədən İlham adlı şəxsə 250 manata satmışlar, İlham da həmin malların haradan olması barədə soruşduqda İlhama evdə lazım olmadığı üçün satmaq istədiklərini bildirmişlər. Oğurladıqları qaynaq aparatı köhnə və işlək vəziyyətdə olmadığı üçün onu yaşadıqları ünvanın ətrafına səyyar dəmir almağa gələn tanımadıqları şəxsə 40 manata satmışlar. Əldə etdikləri pulu da yenə üçü arasında bölmüşlər. Əməlindən peşmandır, dəymiş ziyan ödənilmiş, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ona qarşı heç bir şikayət və tələbi yoxdur. Himayəsində 02 azyaşlı övladı var. Qeyd olunanlara əsasən barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 11 ünvanında qeydiyyatda olmaqla, ünvan 12 ilə birlikdə yaşayır. İşin mahiyyəti üzrə bildirmək istəyir ki, 2022-ci ilin avqust ayının əvvəllərində yaşadığı məhəllədə olduğu zaman qonşuları Təqsirləndirilən şəxs1 və qardaşı Vüqar ona yaxınlaşmış, Vahid ona ünvan 8 ünvanında yerləşən Sumqayıt Ağac Emalı zavodunun ərazisinə daxil olmaqla orada yerləşən anbarlardan qara metal oğurlamağı təklif etmişdir. O, da maddi imkanı zəif olduğu üçün onlarla razılaşmış və birlikdə qeyd olunan ünvanın arxa tərəfində yerləşən qamışlıq hissədə daş hasarın üzərindən keçərək həmin ünvana gecə saatlarında daxil olmuşlar. Qamışlıq sahəyə yaxın yerdə olan anbarın birinə yaxınlaşmış bu zaman onun qapısında qıfıl olduğunu görmüşlər. Lakin qıfıl bağlı olmamışdır. Qıfılı Vahid açmış və onlar içəriyə daxil olmuşlar. Oradan 1 ədəd boya aparatı və 1 ədəd yağ nasosunu götürmüşlər. Zavoda daxil olduqları yerdən zavodu tərk etmişlər. Ertəsi gün oğurladıqları boya aparatını və yağ nasosunu yaxınlıqda Yəhya Məmmədov küçəsində mühərrik alqı-satqısı işi ilə məşğul olan Bəxtiyar adlı şəxsə Vahid ümumillikdə 180 manata satmış, Vahid də şəxsiyyət vəsiqəsinin surətini Bəxtiyara vermişdir. Əldə etdiyikləri pulu üçü arasında bölmüşlər. Bir neçə gün sonra yəni 2022-ci ilin avqust ayının ortalarında yenidən gecə saatlarında həmin yerə eyni üsulla daxil olmuş, bu zaman oradan 2 ədəd su nasosu və onun üzərində olan qapaqlarını götürmüşlər. Həmin su nasoslarını zavodun hasarından çölə qoymuşlar. Bir neçə gün sonra, 2022-ci ilin avqust ayının sonlarında gecə saatlarında yenə də Vüqar və Vahidlə zavodun ərazisinə daxil olmuş, həmin anbara daxil olub oradan qırmızı rəngli kompressoru və bir ədəd köhnə qaynaq aparatını götürmüşlər. Oğurladıqları 2 ədəd su nasosunu və kompressoru Betonzavod ərazisində fəaliyyət göstərən süngər sexi işlədən İlham adlı şəxsə Vahid 250 manata satmışdır. Oğurladıqları qaynaq aparatı köhnə və işlək vəziyyətdə olmadığı üçün onu Vahid yaşadıqları ünvanın ətrafına səyyar dəmir almağa gələn tanımadığı şəxsə 40 manata satmışdır. Əldə etdiyi pulu yenə üçü arasında bölmüşlər. Əməlindən peşmandır, dəymiş ziyan ödənilmiş, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ona qarşı heç bir şikayət və tələbi yoxdur. Himayəsində 02 azyaşlı övladı var. Qeyd olunanlara əsasən barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayət əməllərini törətmələri öz ifadələri ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. İş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə teleqram ilə məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan olunmuş izahatından görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 14 ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq Zərərçəkmiş şəxs MMC-nin müavini vəzifəsində işləyir. Bildirir ki, Zərərçəkmiş şəxs MMC-nin direktoru qızı X5r. Zərərçəkmiş şəxs MMC 2012-ci ildən fəaliyyət göstərir. Fəaliyyət istiqamətləri əsasən, tikinti sahəsidir. MMC-yə məxsus avadanlıqların saxlanılması üçün təxminən 6-7 il bundan əvvəl Sumqayıt şəhəri, Yəhya Məmmədov 1 ünvanında yerləşən (mebel fabriki) anbarı icarəyə götürmüşlər. Anbarda MMC-yə məxsus müxtəlif tikinti materialları və avadanlıqları saxlanılmışdır. 2022-ci ilin avqust ayında əvvəllərində anbara gedib baxış keçirən zaman bir neçə avandanlığın olmadığını görmüşdür. Bu barədə qızı Sevda İbrahimovaya məlumat vermişdir. Lakin heç kimə bu barədə məlumat verməmişlər. 2022-ci ilin avqust ayının ortalarında yenidən anbardan avadanlıq götürməyə gedən zaman anbarda yenə 2 ədəd su nasosunun olmadığını görmüşdür. Təkrarən bu barədə qızı Sevda İbrahimovaya məlumat vermişdir. Lakin yenədə heç kimə bu barədə məlumat verməmişlər. 2023-cü ilin sonlarında yenidən anbara nəzarət etmək üçün gedən zaman yenədə avandalıqlardan bir neçəsinin olmadığı görmüşlər. Bu barədə qızı Sevda İbrahimovaya məlumat vermişdir. Bu səfər isə qızı ilə birlikdə bu barədə Sumqayıt şəhər prokurorluğuna müraciət etmək qərarına gəlmişlər. Sonradan anbara baxış keçirən zaman dəqiq bilmişlər ki, anbardan 100 manat dəyərində bir ədəd boya aparatı, 70 manat dəyərində bir ədəd yağ nasosu, hər bir 40 manat dəyərində olmaqla, ümumilikdə 80 manat dəyərində 2 ədəd su nasosu, 250 manat dəyərində 1 ədəd kompressor və 200 manat dəyərində bir ədəd qaynaq aparatı oğurlanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 teleqram vasitəsilə məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, ünvan 16 ünvanında qeydiyyatda olmaqla, ünvan 17 ilə birlikdə yaşayır. 2006-ci ildən ünvan 18 ünvanında "xxxx" MMC-nin müdiri vəzifəsində işləyir. Təxminən 2 ay bundan əvvəl işdə olduğu zaman bir nəfər şəxs nömrəsini xatırlamadığı avtomobil ilə gəlib 2 ədəd su nasosu və 1 ədəd kompressor satış üçün gətirdiyini bildirmişdir. O, da onlardan oğurluq olub-olmadığını soruşmuşdur, O həmin əmlakı özünün işlədiyi sexdən götürüb gətirdiyini bildirmişdir. O, da həmin şəxsə inanmışdır. Qeyd etmək istəyir ki, o, həmin şəxsi bir neçə dəfə işlədiyi müəssənin yaxınlığında görmüşdür. Bu səbəbdən o, ondan şəxsiyyət vəsiqəsi almadan 2 ədəd su nasosu, 1 ədəd kompressor almış və qarşılığında 250 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları onun işlədiyi yerə gəlmiş və təxminən iki ay bundan qabaq ona 2 ədəd su nasosunun və 1 ədəd kompressorun satılıb satılmadığını soruşmuşlar və o, da təxminən 2 ay bundan əvvəl 2 ədəd su nasosu və 1 ədəd kompressoru 1 nəfər şəxsdən aldığını və qarşılığında 250 manat pul verdiyini bildirmişdir. Bundan sonra həmin aldığı əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, ünvan 19 ünvanda ailəsi ilə birlikdə yaşayır. Təxminən 12 ilə yaxındır ki, Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən texniki avadanlıqların təmiri ilə məşğul olur. Təxminən 1 ay əvvəl işdə olduğu zaman üç nəfər şəxs taksi ilə 1 ədəd yağ nasosu və 1 ədəd boya aparatını satış üçün gətirdiklərini bildirmişlər. O, da onlarddan oğurluq olub-olmadığını soruşmuşdur. Onlardan biri həm də əmlakı metal qəbulu yerindən alıb gətirdiklərini bildirmişdir. O, da onlara inanmışdır. Çünki həmin şəxslər bir neçə dəfə ona əvvəllər metal satmışlar. Buna baxmayaraq o, onların birindən şəxsiyyət vəsiqəsinin surətini almışdır. O, da həmin şəxslərə 1 ədəd yağ nasosunun və 1 ədəd boya aparatının qarşılığında 180 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları onun sexinə gəlmişlər və təxminən bir ay bundan qabaq ona 1 ədəd boya aparatının və 1 ədəd yağ nasosunun satılıb satılmadığını soruşmuşlar və o, da təxminən 2 ay bundan əvvəl 1 ədəd boya aparatı və 1 ədəd yağ nasosunu 3 nəfər şəxsdən aldığını, həmçinin onlardan birinin şəxsiyyət vəsiqəsini götürdüyünü və qarşılığında 180 manat pul verdiyini bildirmişdir. Bundan sonra həmin aldığı əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Sumqayıt ŞPİnin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. 14 dekabr 2022-ci il tarixdə Qubadlı rayonunda qeydiyyatda olmaqla, ünvan 21 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin, CAŞ-na əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra, Təqsirləndirilən şəxs1 cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda onunla yanaşı polis əməkdaşları Şahid5 və Şahid4 iştirak etmişdir. xx.xx.2022-ci il tarixdə saat 20:05 radələrində Təqsirləndirilən şəxs1 keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Azərbaycan prospektində yerləşən “Tovuz” kafesinin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmiş, xidməti otaqların birində videoçəkilişlə, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanısonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predment vardırsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs1 əynində olan şalvarının sağ yan cibində saxlamış olduğu bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Götürülmüş bükümə baxış zamanı içərisində narkotik vasitə olan heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 həmin maddənin narkotik vasitə olan heroin olduğunu, ona məxsus olduğunu, Ruslan adlı şəxsdən xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Nasosnu adlanan ərazidə 25 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin maddə qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs1 üzərindən hər hansı başqa qanunsuz heç bir əşya və ya predmet aşkar edilməmiş, heç bir vəsatət və şikayət daxil olmamışdır. Tərtib olunmuş protokol imzalarla təsdiq edilmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin, CAŞ-nin əməkdaşları Şahid5 və Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 11 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild İ, i.v. 1); 15 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (cild İ, i.v 60-61) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 15 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (cild İ, i.v. 70-71); “təqsirləndirilən şəxsin qətimkan tədbirinin seçilməsi haqqında” 15 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild İ, i.v. 72-74); 15 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (cild İ, i.v 84-85) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 15 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (cild İ, i.v. 94-95); “təqsirləndirilən şəxsin qətimkan tədbirinin seçilməsi haqqında” 15 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild İ, i.v. 96-97); 15 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (cild İ, i.v 108-109) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 15 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (cild İ, i.v. 118-119); “təqsirləndirilən şəxsin qətimkan tədbirinin seçilməsi haqqında” 15 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild İ, i.v. 120-121); Sumqayıt ŞPİ 4-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Səyyad Hacəhmədovun “baxış keçirilməsi haqqında” 11 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Sumqayıt şəhəri, Yəhya Məmmədov 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-ə məxsus anbarda oğurluq hadisəsi olmuşdur. Bu barədə protokol tərtib olunmuş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir.(cild İ, i.v. 6-9) Sumqayıt ŞPİ 4-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Səyyad Hacəhmədovun 11 oktyabr 2022-ci il tarixli “götürmə aparılması və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid1 aldığı 1 ədəd kompressoru və 2 ədəd su nasosunu təqdim etmişdir. Bu barədə protokol tərtib olunmuş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir.(cild İ, i.v. 22-23) Sumqayıt ŞPİ 4-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Səyyad Hacəhmədovun 11 oktyabr 2022-ci il tarixli “götürmə aparılması və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X2 aldığı 1 ədəd boya aparatını və 1 ədəd yağ nasosunu təqdim etmişdir. Bu barədə protokol tərtib olunmuş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir.(cild İ, i.v. 27-28) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-cİ il tarixli, 9/9082 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 3 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 530 manat müəyyən olunur. Digər qərarın təsviri hissəsində göstərilən 2 adda mallar haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. (cild İ, i.v. 156- 159). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil. (cild İ, i.v. 149) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil. (cild İ, i.v. 150) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs3 Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-292/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Məhkum Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixədək çəkilmiş cəzası 06 ay 06 gün təşkil edir. (cild İ, i.v. 150, 163-165) İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(060)-30/2023 saylı qərarından görünür ki, Sumqayıt şəhər Probasiya Şöbəsinin icra məmuru Ruslan Axundovun məhkum Təqsirləndirilən şəxs3 barəsində təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz olunmasına dair təqdimatı təmin edilməmişdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(cild İ, i.v 146). İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(cild İ, i.v 147). İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(cild İ, i.v 148). İş materiallarında olan vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 evlidir, himayəsində xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X13 adlı övladları var. (cild İ, i.v. 166-167) İş materiallarında olan vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 evlidir, himayəsində xx.xx.2021-ci il təvəllüdlü X10 və xx.xx.2023-cü il təvəllüdlü X15 adlı övladları var. (cild İ, i.v. 168-169) İş materiallarında olan vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 evlidir, himayəsində xx.xx.2020-ci il təvəllüdlü X11 və xx.xx.2022-ci il təvəllüdlü X14 adlı övladları var. (cild İ, i.v. 170-171) 03 yanvar 2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi və birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi, AR CMnin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (cild İ, 173) “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 14 dekabr 2022-ci il tarixdə, saat 20:05 dəqiqədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild İ, i.v. 193); 16 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. ( cild İİ, i.v 19-20) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 16 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (cild İİ,i.v. 30-31); təqsirləndirilən şəxsin X7 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə 16 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X7 dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild İİ i.v. 32-33); “şəxsi axtarışın keçirilməsi haqqında” 14 dekabr 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X12 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 əynində olan sarı rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etdi. Sonuncudan aşkar olunmuş 01 ədəd şəffaf sellofana bükülmüş büküm açılan zaman içərisində qəhvəyi rəngli toz halında olan maddənin olduğu müəyyən olundu. Təqsirləndirilən şəxs1 aşkar olunan həmin maddənin “kakos” olduğunu, xx.xx.2022-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, Nasosnu adlanan ərazidə Ruslan adlı şəxsdən 25 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofana bükülmüş büküm tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 0.68 qram olduğu müəyyən edildi və həmin maddə AR ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq DİN-nın 124 saylı möhürü ilə möhürlənmişdir (cild İİ, i.v 01-02). AR ƏN MEM 6/7044 nömrəli 15 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 124” dairəvi möhür əksi və “Saxlanılan şəxs Təqsirləndirilən şəxs1 -imza, Tərtib etdi; Elnur Feyzullayev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,575 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir ( cild İİ, i.v.08-11). AR SN Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsin Ambulator Məcburi- Narkoloji Tibbi yoxlama barədə 7733 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (cild İİ i.v. 79-80). Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır “cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” 15 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (cild İİ, i.v. 41-42) “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 15 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (cild İİ, i.v. 48-50) “sübutların qiymətləndirilməsi haqqında” 15 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham və barələrində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, cinayət işi üzrə bir ədəd “Graco ASM 2900” markalı boya aparatı, bir ədə “Meqan” markalı yağ nasosu, iki ədəd “Alem-Betola 2005” markalı su nasosu, “X26 kompressoru 50lt. 2Hp” markalı kompressor, həmçinin Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 0.525 qram narkotik vasitə heroin və 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış, X2 və Şahid1 əməlində CM-nin 194.1-ci maddəsinin tərkib olmadığından həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (cild İİ, i.v. 90-101); Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquqi təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2055-ci il tarixli qərarının 18-ci bəndinə əsasən şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Həmin Qərarın19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyriyaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələrinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımabir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən heroinin 0,15 qram daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsir olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Həmin Qərarın 1-ci hissəsinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, himayəsində 2 azyaşlı övladının olmasını, CM-nin 59.1.4, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət əməli törətəməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, himayəsində 02 azyaşlı övladının olmasını, CM-nin 59.1.4, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ona qarşı şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, himayəsində 02 azyaşlı övladının olmasını, CM-nin 59.1.4, 59.1.13 və 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 24 dekabr tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs1 tərəfindən törədilən hər bir əmələ fərdi yanaşır, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinə münasibətdə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini, sonuncunun Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbinin olmamasını qeyd etməyi zəruri hesab edir. AR CM-nin 234.1-ci maddəsinə münasibətdə üzərindən aşkar edilmiş narkotik vasitəsinin miqdarını, barəsində cinayət işi üzrə ibtidai araşdırma aparıldığı müddətdə qanunla qadağan edilmiş əməl törətməsini, ümumən cəzasını yüngülləşdirən digər halları, əməlini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyrimümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür növdə cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun olduğunu hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 oğurluq epizodları üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini və dəymiş ziyanı ödəməsini səbəbindən ona azadlığın məhdudlaşdırılması cəzasını, CM-nin 234.1-ci maddəsinə münasibətdə azadlıqdan məhrumetmə cəzasını təyin etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-2-ci bəndinə görə cinayət Məcəlləsinin 68-ci maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin və hökmlərin məcmusu üzrə cəzaların tamamilə və ya qismən toplanılması zamanı müddətlər müəyyən edilərkən Cinayət Məcəlləsinin 68.1.1 və 69.3cü maddələrinin tələbləri nəzərə alınmalıdır. Bu səbəbdən ona Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmalı və Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılmalı, CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı 14 dekabr 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılantədqiqatdan sonra qalıq qalmış 0.525 qram narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbinin olmamasını, himayəsində 02 (iki) azyaşlı uşağının olması, əməlini yüngülləşdirən digər halları, əməlini ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən bir neçə halın olması, ağırlaşdıran halların olmaması, ilk dəfə cinayət törötəməsini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində- ünvan 22 700B ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt və Bakı şəhərini, Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, əyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs3 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini, sonuncunun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını və himayəsində 02 (iki) azyaşlı uşağının olması, həmçinin bundan öncə də eyni məzmunlu cinayət törətməsini, məhkəmənin ona humanist yanaşaraq, eyi zamanda güzəşt olunaraq azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsinə baxmayaraq, cəza çəkdiyi müddətdə yenidən eyni məzmunlu cinayət törətməsini, əməlini yüngülləşdirən digər halları, əməlini ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, AR CM-in 67.1ci maddəsinin tələbləri nəzərə alınmaqla ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu növdə cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun olduğunu hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət töörətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin resdivi zamanı və cəza cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Göründüyü kimi Təqsirləndirilən şəxs3 əməlində resdiv olmasa da, cəza çəkdiyi müddətdə yenidən eyni xarakterli cinayət törətməsi o cüçlədən bundan öncə məhkəmə tərəfindən ona təyin edilmiş daha yüngül cəzadan nəticə çıxararaq, islah olunmaması ona maddənin sanksiyasında göstərilən daha ciddi cəza növü təyin edilməsini labüd edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-292/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs3 təyin olunmuş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 06 ay 06 gün bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə birləşdirilməklə Təqsirləndirilən şəxs3 qəti cəza təyin edilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Məhkəmənin cəza təyin edərkən cəzanın həm də ümumi xəbərdarlıq (başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması) məqsədinə xidmət etməsi faktını da nəzərə alır. Belə ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxslərə yüngül həddə cəzanın təyin edilməsi cəzanın xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərindəki effektivliyini azaldacaq, cəzanın həmin şəxsləri cinayətdən çəkindirmək hədəsinə xələl gətirəcəkdir. Qeyd olunan hədəf qrupu isə sadə vətəndaşlardır. Cəzanın ümumi xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərində zəifləməsi isə, təkcə cinayətkarlıqla mübarizə üçün deyil, həmçinin milli və dövlət maraqları üçün də təhlükəlidir. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi və məhkəmə əmtəəşünaslıq ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 142 (bir yüz qırx iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən müştərək qaydada təqsirləndirilən şəxslərdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş bir ədəd “Graco ASM 2900” markalı boya aparatı, bir ədəd “Meqan” markalı yağ nasosu, iki ədəd “Alem-Betola 2005” markalı su nasosu, “X26 kompressoru 50lt. 2Hp” markalı kompressor zərərçəkmiş hüquqi şəxsin özünə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 40 (qırx) iş saatı məsrəf olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 40 (qırx) iş saatı məsrəf olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən 40 (qırx) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 hər birinə ayrılıqda 240 (iki yüz qırx) manat məbləğində vəsait ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, bu cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 177.2.3 və 234.1-ci maddələri təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs1 01 (bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 14 dekabr 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 01 (bir) il 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 02 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0.525 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 22 700B ev ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərinin, Abşeron rayonunun ərazi hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 177.2.3-cü maddələri təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs3 Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi, yəni 06 (altı) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası 03 ay 03 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs3 qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 02 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. İş üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş bir ədəd “Graco ASM 2900” markalı boya aparatı, bir ədə “Meqan” markalı yağ nasosu, iki ədəd “Alem-Betola 2005” markalı su nasosu, “X26 kompressoru 50lt. 2Hp” markalı kompressor zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxslərdən 142 (bir yüz qırx iki) manat məbləğində ekspertiza xərci müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs1 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi1 tərəfindən göstərilmiş hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi3 tərəfindən göstərilmiş hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar