Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-655/2021 01.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1995-ci ildə, Biləsuvar rayonu Ağalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu Ağalıkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 aprel 2021-ci il tarixdə, təxminən saat 13 radələrində işlədiyi “Kimya Sənaye Parkı” ərazisində yerləşən “Aminol” sürtgü yağları zavodundakı anbarın qarşısında iş yoldaşı Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs divar kağızı kəsən bıçaqla vuraraq boynun arxa səthininm orta 1/3-nin kəsilmiş yarası kimi sağlamlığının qısa müddət pozulmasına səbəb olan xəsarət yetirərək qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayından etibarən Sumqayıt Kimya Sənaye parkında yerləşən “Aminol” sürtgü yağları zavodunda fəhlə işləyir. Zərərçəkmiş şəxs da zavodda işlədiyi vaxtlardan tanıyır. Elgün onun iş yoldaşı olmuşdur. Aralarında qohumluq əlaqəsi yoxdur, münasibətləri yaxşı olmuş, aralarında əvvəllər ədavət olmamışdır. 14 aprel 2021-ci il tarixdə saat təxminən 11-12 radələrində işlədiyi zavoddakı anbarın qarşısında yük avtomobilindən Nicat və Eminlə birlikdə yük boşaldan zaman Elgün yaxınlaşıb söyüş söyərək bildirmişdir ki, kimsə ondan müdiriyyətə şikayət etmişdir. Elgün yenidən Nicatın ünvanına söyüş söyəndə o, Elgünə söyüş söyməməsini demişdir. Elgün isə bu dəfə onun ünvanına söyüş söydüyündən o, əlinin içi ilə onun sifətinin sol tərəfinə zərbə vurmuşdur. Həmin vaxt Eminlə Nicat araya girərək onları dalaşmağa qoymamışlar. Bundan sonra o, anbara gəlmişdir. Həmin gün gecə Elgün ona zəng edərək görüşmək istədiyini demişdir. O, Elgünə səhər işdə görüşüb söhbət edə biləcəyini demişdir. Növbəti günlərdə Elgün ona zəng edib görüşmək istədiyini desə də, o, Elgünə əhəmiyyət verməmişdir. 16 aprel 2021-ci il tarixdə saat 13 radələrində zavodun yeməkxanasından çıxıb zavoda tərəf getmişdir. İş yoldaşı Emin də onunla birlikdə olmuşdur. O, hələ yeməyə gedəndə Elgün onu zavodun girişindəki mühafizə otağında gözləmişdir. Başa düşmüşdür ki, Elgün onunla dalaşmaq istəyir. Bu səbəbdən Eminə demişdir ki, Elgün onunla dalaşmaq istəyir. Emin onu anbara aparıb qapını arxadan bağlamışdır ki, Elgünlə aralarında mübahisə olmasın. Anbara girəndən 1-2 dəqiqə sonra Elgün anbarın qapısını döymüş və Emindən qapını açmasını xahiş etmişdir. Onlar qapını açmaq istəməsələr də, Elgün onun ünvanına söyüş söydüyündən məcbur qalıb qapını açmışdır. Qapını açdıqdan sonra Elgün içəri girmək istəsə də, Emin buna imkan verməmiş və o, Eminlə birlikdə anbardan çölə çıxmışdır. Anbarın qapısının yanında Elgün niyə qardaşına mobil telefon nömrəsini verdiyini soruşanda, o, bildirmişdir ki, qardaşına nömrə verməmiş, qardaşını tanımır və onunla danışmamış, sadəcə iş yoldaşları Məhəmməd ona demişdir ki, Elgünün qardaşı nömrəsini istəyir. O, da Məhəmmədə nömrəni vermişdir ki, qardaşı ürəyi istəsə ona zəng etsin və lazım olsa görüşsünlər. Sözünü qurtarıb getmək istəyən zaman Elgün əli ilə yaxasından tutub onu söymüşdür. O, əsəblərini cilovalaya bilməyib sağ əlində olan divar kağızı kəsən bıçaqla (rezakla) Elgünün boynunun arxa nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Bundan sonra Emin və sonradan oraya gələn Məhəmməd onları ayırmışlar. Elgün boyununu tutub müdriyyətin otağına tərəf getmişdir. Müdriyyət də hadisə ilə əlaqədar olaraq hər ikisini işdən müvəqqəti olaraq uzaqlaşdırmışdır. Sonradan isə Elgünün hadisə ilə bağlı polisə şikayət etdiyini bilmişdir. Əməlindən peşmandır. Ona görə də onun barəsində amnistiya aktının tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2018-ci ilin iyul ayından 2021-ci ilin aprel ayınadək Sumqayıt Kimya Sənayə parkında yerləşən “Aminol” sürtgü yağları zavodunda sürücü işləmişdir. 14 aprel 2021-ci il tarixdə müdirinin ona qarşı münasibətinin dəyişdiyini hiss edib saat 11 radələrində zavodda anbarda işləyən Nicata iş yoldaşları Samir və Eminin yanında demişdir ki, ondan müdirə kim şikayət etmişdir. O, bu sözü bir qədər kobud şəkildə, yəni söyüşlə dediyi üçün orada olan Samir qəflətən sifətinin sağ tərəfinə yumruqla zərbə vurmuşdur. Orada olan iş yoldaşları onları ayırmışlar. O, Samirə işdən kənara çıxıb söhbətlərini çöldə etməyi bildirmişdir. Lakin Samir bundan imtina etmişdir. O, bu söhbətin üstünə çox getməmişdir. Lakin 16 aprel 2021-ci il tarixdə işdə olduğu zaman iş yoldaşı Məhəmməd ona demişdir ki, Samir deyir ki, Elgünü vurmuşdur və yaxşı edib vurmuşdur. O, Məhəmmədə heç nə deməmiş, saat 13 radələrində zavodun girişində mühafizə otağında olduğu zaman Samirlə Eminin zavodun anbarına girmələrini görmüşdür. O, onların arxasınca gedib anbara yaxınlaşmış və qapını döyüb Eminə qapını açmasını demişdir. Emin qapını açanda sonra anbarın giriş qapısının qarşısında Samirə iradını bildirib, niyə orda burda onu vurduğunu demişdir. Daha sonra Samirə yaxşı oğlan olmadığını deyəndən sonra Samir cibindən oboy bıçağı çıxarıb ona hədə-qorxu gəlmiş, onlar bir-birinin yaxasından tutan zaman Samir həmin bıçaqla boynunun arxa tərəfinə bir dəfə zərbə vurmuşdur. Zərbədən sonra boynundan qan gəlməyə başlamışdır. O, həmin vaxt əlini Samirdən çəkmişdir. Otaqda olan Məhəmməd və Emin onları ayırmışlar. O, dərhal müdiriyyətə yaxınlaşıb hadisə barədə məlumat vermişdir. Daha sonra zavodun direktor müavini Əlibəy Əlibəyliyə hadisə barədə məlumat vermişdir. Lakin Əlibəy işdə mübahisə etdiyinə görə onun işdən azad olunduğunu bildirib onu zavodun ərazisindən çölə çıxartmışdır. O, Əlibəyə polisə zəng edəcəyini deyəndə o, kimə istəyirsən zəng elə, ona heç kim heçnə edə bilməz demişdir. O, məcbur qalıb Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Daha sonra isə 103 xidmətinə zəng edib ona ilkin tibbi yardım göstərilməsi üçün Təcili Tibbi yardım çağırmışdır. Bir qədər sonra Təcili Tibbi yardım avtomobili gəlib iş yerinin qabağından onu götürüb Sumqayıt şəhər TTYX-na aparmış və həmin xəstəxanada ona ilkin yardım göstərilmişdir. İlkin tibbi yardımdan sonra evə buraxılmış və daha sonra Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarından kimsə ona zəng edib onu bölməyə dəvət etmişdir. O da elə xəstəxanadan çıxıb Polis Bölməsinə getmiş və hadisə ilə bağlı ərizə və izahat yazmışdır. Təqsirləndirilən şəxs qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadəsi tədqiq edilərək elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2017-ci ildən Sumqayıt Kimya Sənayə parkında yerləşən “Aminol” sürtgü yağları zavodunda anbardar işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun iş yoldaşları olmuşlar. Samir onun yanında fəhlə, Elgün isə sürücü işləmişdir. Elgün ondan qabaq, Samir isə ondan sonra orada işləmişdir. Həm Elgünlə, həm də Samirlə münasibətləri normal olmuş, aralarında ədavət olmamışdır. 14 aprel 2021-ci il tarixdə müdirin göstərişi ilə Samirlə o, Elgündən xahiş etmişlər ki, zavodun avtomobili ilə anbardakı bəzi malları anbardan aparıb Sumqayıt Kimya Sənayə parkının ərazisində olan digər sexə yerləşdirsin. Lakin Elgün bundan imtina etmişdir. Sonra müdir bu barədə ondan soruşanda o, müdirə baş verənləri demişdir. Sonradan müdir özü zəng edib Elgünü özbaşına hərəkət etməsinə görə danlamışdır. Elgün müdirdən danlaq eşitdiyinə görə gəlib onlarla əvvəlcə sözlə mübahisə etməyə başlamışdır. Həmin vaxt Samir də onunla mübahisəyə qoşulmuş və mübahisə zamanı Elgün Samirin ünvanına söyüş söymüşdür. Həmin söyüşə görə Samir ona yumruqla zərbə vurmuşdur. O, dərhal Samir və Elgünü aralamışdır. Həmin vaxt orada mübahisə bitmişdir. 16 aprel 2021-ci il tarixdə günorta saat 13 radələrində Samirlə birlikdə yemək yedikdən sonra anbara gedən zaman Samir Elgünün arxasınca gəldiyini və ona görə gəldiyini demişdir. Həmin gün Məhəmməd səhər saatlarında Samirə yaxınlaşıb demişdir ki, Elgünün qardaşı səni axtarır. Samir niyə axtardığını soruşanda isə Elgünün söhbətinə görə axtardığını və görüşmək istədiyini demişdir. Samir görüşmək istəyirsə, görüşək deyərək, öz mobil nömrəsini Məhəmmədə vermişdir ki, Elgünün qardaşına versin. Elgünün qardaşının isə Samiri axtarıbaxtarmadığını dəqiq bilməmişdir. Günorta Elgün arxasınca gələndə o, Samiri tez anbara salmışdır ki, Elgünlə mübahisə etməsinlər. Lakin elə oldu ki, Elgün anbarın qapısını bir neçə dəfə möhkəm döyüb yüksək səslə qapını açmasını istəmişdir. Məcbur olub qapını açmışdır. Qapını açandan sonra elə qapının girişində Elgün Samirdən niyə qardaşına zəng etdiyini soruşmuşdur. Samir Elgünə qardaşına zəng etmədiyini, əksinə qardaşının Məhəmmədin vasitəsilə onun mobil telefon nömrəsini istədiyini bildirmişdir. Bundan sonra Elgün onunla birlikdə oraya gələn Məhəmmədə niyə belə etdiyini deyəndə Məhəmməd ona doğru-düzgün cavab verməmişdir. O, söhbətin böyüməməsi üçün Samiri Elgündən uzaqlaşdırmaq istəmişdir. X3 üzərinə gedib onun yaxasından tutub, ünvanına nalayiq söyüşlər söymüşdür. Bundan sonra Samir də Elgünü tutub onunla əl-bəyaxa olmuş və dərhal o və Məhəmməd onları aralamışlar. Onları aralayandan sonra Elgün boynundan tutub ofisə tərəf getməyə başlamışdır. O, nə baş verdiyini başa düşməmişdir. Sonradan Məhəmməd ona demişdir ki, Elgünün boynundan qan gəlir. O, Samirdən bu barədə soruşanda Samir bildirmişdir ki, Elgünü rezakla vurmuşdur. Samirdən niyə onu rezakla vurmasını soruşanda Samir Elgünün onu bezdirdiyini, söyüş söydüyü üçün onu vurduğunu demişdir. Sonradan rəhbərlik həm Samiri, həm Elgünü baş verənlərə görə işdən uzaqlaşdırmışdır. Bir neçə gün sonra isə o, özü də işdən çıxmışdır. Məhkəmə iclasında şahid qismində ifadəsi tədqiq edilərək elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2018-ci ildən Sumqayıt Kimya Sənayə parkında yerləşən “Aminol” sürtgü yağları zavodunda çilingər vəzifəsində işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun iş yoldaşları olmuşlar, hər ikisi ilə münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 16.04.2021-ci il tarixdə saat təxminən 13:00 radələrində işlədiyi “Aminal” zavodunun xammal anbarının qarşısında iş yoldaşları Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə dalaşdıqlarını görüb digər iş yoldaşı Eminlə birlikdə onlara yaxınlaşıb onları ayırmışlar. Həmin vaxtı Elgünün boyun nahiyyəsinin kəsildiyini və qan axdığını görmüşdür. Daha sonra Elgün xəstəxanaya getmişdir. Sonradan Elgün demişdir ki, Samir onun boynunu rezakla (divar kağızı kəsən alətlə) kəsib xəsarət yetirmişdir. Həmin vaxt orada onlardan başqa heç kim olmamışdır. Eyni zamanda həmin mübahisədən 2-3 gün əvvəl də Elgünlə Samir arasında iş yerində mübahisə olmuşdur. Lakin onların mübahisələrinin nəyə görə baş verdiyini bilməmişdir. Onları ayırana qədər artıq Samir Elgünü rezakla vurmuşdur. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş 17.04.2021-cı il tarixli 409 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs boyunun arxa səthinin orta 1/3-nin kəsilmiş yarası aşkar edilmişdir. Qeyd olunan xəsarət iti kənara və uca malik olan əşyanın, ola bilsin ki, aboy bıçağının təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 16.04.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01.09.2021-ci il tarixdə tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02.09.2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs 01.12.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən onun barəsində amnistiya tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 02 azyaşlı uşağı vardır. İş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Ağalıkənd kənd inzibati ərazi dairə üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 16 (on altı) saat vaxt sərf etmişdir. Ona görə də 96 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “8Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər cinayət məsuliyyət məsuliyyətindən azad olunur. Həmin Qərarın 9.1-ci bəndinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət t işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin onun barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini və Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndlərinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, o məsuliyyətdən azad olunmalı və cinayət təqibinə xitam verilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndlərinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndləri tətbiq edilərək o cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 96 (doxsan altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-655/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-655/2021
01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver