Məhkəmə qərarları › İş №1(060)-655/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-655/2022

06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-655/2022 06.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Abşeron rayonu, Nəsimi qəsəbəsi, ev 14-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində BC kateqoriyalı AE 004334 saylı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «VAZ 2107» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə 48-ci məhəllə istiqamətində 60 km/saat surətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respubikası Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna riayət etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozaraq Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən «Səməd» marketin qarşısında işıqforun yaşıl işığının sarı işığa keçməsini görüb həmin sürətlə hərəkətini davam edərkən yolu sağdan sola keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilin sağ qanadı ilə vuraraq QKBT, baş beyin silkələnməsi, sol dirsək və sol bud sümüyünün qapalı, sol körpücük və sol kürək sümüyünün, sol İ-İİ qabırğaların sınıqları kimi sağlamlığın uzun müddətli pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid olan xəsarətləri yetirib yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Vaz 2107 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və o həmin avtomobillə BC kateqoriyalı sürücülük vəsiqəsi ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə tanışları ilə Sumqayıt şəhəri Mərkəzi Bazar yaxınlığına işləri ilə bağlı gəlmiş, işlərini görüb bitirdikdən sonra təqribən 20:30 radələrində Abşeron rayonu istiqamətində hərəkətə başlamış və Bədəlbəyli küçəsi ilə Koroğlu küçəsinin kəsişməsindən Koroğlu küçəsi ilə Sumqayıt şəhər 17-ci mikrorayon istiqamətində hərəkətə davam etdirən zaman Sumqayıt şəhəri 11-ci mikrorayon Səməd marketin yanında olan işıqforun yaşıl siqnalını görüb hərəkətinə 60-65 km saat sürətlə davam edən zaman görmüşdür ki bir nəfər təqribən 40-45 yaşlı piyadanın yolun sağdan sola keçməsini görüb hərəkətinə davam edən zaman piyadanın yolu asta addımlarla davam edib avtomobilinə tərəf gəldiyi üçün avtomobilini sağ doğru qaçırarkən avtomobilinin ön hissəsi ilə piyadanı vurub hadisə yerindən bir az kənara çəkilib avtomobilini saxlamış və hadisə yerinə yaxınlaşaraq xəstənin sağ olduğunu lakin huşunu itirdiyini görüb özünü itirərək ona kömək olunmasını bildirib orada olan polis əməkdaşlarından birinə sonra isə atasına bu barədə məlumat vermişdir. Bundan sonra xəstə xəstəxanaya yerləşdirilmiş və o orada olan yol patrul xidmətinin əməkdaşına bu barədə məlumat verərək onun iştirakı ilə polis idarəsinə gəlmişdir. Hadisə xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Sumqayıt şəhəri Koroğlu küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində baş vermiş, piyada yolu soldan sağa asta addımlarla təqribən hərəkət edib yolun səkiyə qədər olan hissəsinə 6-7 metr qalmış işıqforun yaşıl işığında avtomobilinin ön qanadı ilə vuraraq baş vermişdir. Hadisə vaxtı spirtli içki qəbul etməmiş, o işıqforun yaşıl siqnalının sarı siqnalı ilə əvəz olunmasına diqqət edib gəldiyi sürətlə hərəkətinə davam edən zaman piyadanın yolun içərisinə doğru hərəkətdə olduğunu görmüş və nəticədə avtomobili saxlamaq əvəzinə ayağını qaz pedalına sıxıb piyadanı vurmuşdur. Təqribən 15-20 metrdən piyadanı görmüş, hadisə zamanı avtomobildə tək olmuş, piyadanı vurduqdan sonra avtomobili ikinci yəni köhnə troleybus yoluna çəkib saxlayan zaman ora kənar şəxslərin toplaşdığını görmüş və ora yaxınlaşmaqdan qorxaraq hadisə yerinə gələn YPX əməkdaşına yaxınlaşıb hadisə barəsində məlumat vermiş və polis idarəsinə gəlmişdir. Hadisə vaxtı asfalt örtüyü quru, hava alatoranlıq olmuşdur. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində o işlədiyi 12-ci mikrorayon ərazisində yerləşən ət dükanınından çıxıb yolu Sumqayıt şəhəri 10-cu mikrorayon tərəfə asta addımlarla keçmək istəyən zaman onu sol tərəfdən gələn avtomobil vurmuş və bundan sonra o huşunu itirmişdir. Bundan sonra o uzun müddət xəstəxanada qalmış və özünə gələ bilməmişdir. Sonradan yol nəqliyyat hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini bilmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bilidərək sonuncunun barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində xidmətdə olan zaman növbətçi hissədən daxil olmuş məlumat əsasında Sumqayıt şəhəri Koroğlu küçəsi ilə Ü.Hacıbəyov küçəsində 11-ci mikrorayon ərazisində yerləşən «Səməd» marketin qarşısında yol nəqliyyat hadisəsi baş verdiyi yerə getmiş, orada ona məlum olmuşdur ki, bir az əvvəl sonradan adını və soyadını bildiyi Təqsirləndirilən şəxs «VAZ 2107» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən «Səməd» marketin qarşısında işıqforun yaşıl işığının sarı işığa keçməsini görüb həmin sürətlə hərəkətini davam edərkən yolu sağdan sola keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vurmuşdur. Daha sonra həmin piyada hadisə yerinə çağırılmış təcili-tibbi yardım maşını ilə Sumqayıt şəhər TTYX-na aparılmış, hadisəni törətmiş avtomobilin sürücüsü hadisə yerində olmuş və hadisə yerini tərk etməmiş, ona yaxınlaşaraq hadisəni törətdiyini bildirmişdir. Onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, eləcə də sərxoşluğunu yoxlamaq üçün Sumqayıt Narkoloji Dispanserinə aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 22.06.2022- ci il tarixli, 8/1531 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən VAZ 2107 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş üzrə təyin keçirilmiş Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 961 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində QKTB, baş beyin silkələnməsi, sol dirsək, sol bud sümüyünün qapalı, sol körpücük və sol kürək sümüyünün, sol İ-İİ qabırğaların sınıqlarından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən yaranmışdırlar, tibbi yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni, xx.xx.2022-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işi materiallarında olan xx.xx.2013-cü il tarixdə verilmiş nəqliyyat vasitəsinin AB seriyalı 767008 №li qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-21074 minik» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r. Cinayət işi materiallarından görünür ki, qeyd olunan avtomobil hadisə baş verən zaman ƏN-Vİİ seryalı 990805 nömrəli etibarnamə əsasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-cu il tarixinədək olan müddətə Təqsirləndirilən şəxs etibar edilmişdir. Cinayət işinin materiallarından görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 016-91764-1222 saylı məktubda Təqsirləndirilən şəxs adına xx.xx.2013-cü il tarixdə AE 004334 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Təqsirləndirilən şəxs adına xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü ilədək qüvvədə olan AE 004334 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi var. Sumqayıt şəhər Narkoloji dispanserin xx.xx.2022-ci il tarixli 1230 aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi baş verən zaman Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir və ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün tövsif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən) müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Qərarın surəti Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna göndərilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 01 avqust 2022-ci il tarixli (iş № 1(060)-655/2022) qərarını icra edərək, 05 avqust 2022-ci il tarixli 1128 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri nə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddələri nə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 40, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə iltizam qətimkan tədbiri ləğv edilsin. Qərarın surəti Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna göndərilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar