Məhkəmə qərarları › İş №1(060)-657/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-657/2022

22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-657/2022 22.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər-Sumqayıtyıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Sumqayıtyıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları iştirakları, xx.xx.1985-ci ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qubadlı rayonu, Həmzəli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 238.1-ci maddələri ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda cəmi 0,298 qram çəkidə psixotrop maddə olan metamfetamin və cəmi 0,288 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq bir ədəd bükümdə 0,280 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd bükümdə 0,272 qram çəkidə narkotik vasitə olan heroini üzərində daşıyaraq saxlamış, 01 ədəd bükümdə 0,018 qram psixotrop maddə olan metamfetamini və 01 ədəd bükümdə 0,016 qram çəkidə narkotik vasitə olan heroini yaşadığı ünvan 3 ünvanında qanunsuz olaraq saxlamış, 28 aprel 2022-ci il tarixdə, saat 22-15-də Azərbaycan Respublikası DİN-nin BNMİ və Sumqayıtyıt ŞPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin 1-ci mərtəbəsində dəhlizdə saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə 0,280 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd bükümdə 0,272 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil edib saxlayaraq bu məqsəd üçün yaşadığı ünvan 4 ünvanını tanışları Təqsirləndirilən şəxs2, X5 və X3 narkotik vasitələr və psixotrop maddələrin qəbulu üçün verdiyindən əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 23-10-da yaşadığı mənzilə baxış keçirilərkən qonaq otağında yerləşən masanın üzərindən ona məxsus 01 ədəd bükümdə qalan 0,018 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd bükümdə qalan 0,016 qram çəkidə narkotik vasitə olan heroin, üzərində heroin izləri olan 06 ədəd şprislər aşkar edilərək götürülmüş, eləcə də mənzildə narkotik vasitə və psixotrop maddə istlehlak edən şəxslərin üzərlərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 əynində olan tüng göy rəngli cins şalvarının arxa sol cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,387 qram psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 0,145 qram narkotik vasitə heroin, Rəşad Tahirovun əynində olan qara rəngli cins şalvarının arxa sol cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,462 qram psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,286 qram narkotik vasitə heroin, Akif Zairovun əynində olan mavi rəngli cins şalvarının arxa sol cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,626 qram psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,538 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd bükümdə 0,387 qram çəkidə psixotrop maddə olan metamfetamin və 01 ədəd bükümdə 0,145 qram çəkidə narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamış, həmin narkotik vasitələr 28 aprel 2022-ci il tarixdə, saat 23-10 radələrində Azərbaycan Respublikası DİN-nin BNMİ və Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, “Məcburi Köçkünlər” şəhərciyi, bina 736, mənzil 15-də saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarının arxa sol cibindən, aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 238.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 28 aprel 2022-ci il tarixdə, təxminən saat 22:15 radələrində yaşadığı Sumqayıt şəhəri, 12-ci mikrorayon, ’’Məcburi Köçkünlər” şəhərciyi, bina 736, blok 11 b, mənzil 15dən siqaret almaq üçün çıxmışdır. Blokda mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhələndiklərinə görə saxladıqlarını bildirib videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. O da buna etiraz etməmişdir. Hüquq və vəzifələri barədə bildiriş ona təqdim olunmuşdur. Daha sonra, hüquqlarının müdafiəsi üçün Sumqayıtyıt şəhər 1 saylı Vəkil Bürosunun Ələsgər adlı vəkili təqdim olunmuş və bundan sonra onun iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etmişlər. Həmin vaxt əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd bükümü çıxardıb təqdim etmiş, həmin bükümlərdən biri açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu, digər bükümdə isə ağ rəngli kütlənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı bildirmişdir ki, ondan aşkar olunan qəhvəyi rəngli kütlə heroin, ağ rəngli kütlə isə metamfetamindir. Həmin bükümləri tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Üzərindən aşkar olunmuş qəhvəyi rəngli kütlə büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,68 qram, ağ rəngli kütlə isə büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,55 qram olduğu müəyyən olunmuşdur. Bükümlər zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Sorğu zamanı yaşadığı mənzildə və ya hər hansı başqa yerdə əlavə olaraq narkotik vasitə saxlayıb-saxlmamağı barədə soruşulduqda, yaşadığı mənzildə də narkotik vasitə olduğunu və bundan başqa, 3 nəfər, Rəşad, Pərviz və Akif adlı tanışının hazırda yaşadığı mənzildə narkotik vasitə qəbul etdiyini bildirmişdir. Bununla əlaqədar olaraq polis əməkdaşları yaşadığı mənzilə razılığı ilə baxış keçirilməli olduqlarını bildirdikdə, buna etiraz etməmiş və yaşadığı mənzilə yaxınlaşmışlar. Üzərində olan açarla mənzilin qapısını açmış və polis əməkdaşları ilə birlikdə mənzilə daxil olmuşlar. Mənzilə daxil olduqda Rəşad, Pərviz və Akif giriş qapısı ilə üzbəüz qonaq otağında idilər. Polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmələrini təklif etdikdə onlar özlərini təqdim edərək Tahirov Rəşad, Təqsirləndirilən şəxs2 və Zairov Akif olduqlarını bildirmişlər. Sorğu zamanı Rəşad, Pərviz və Akif mənzilində narkotik vasitə qəbul etdiklərini və üzərlərində də narkotik vasitə olduğunu bildirmişlər. Bununla əlaqədar olaraq polis əməkdaşları həmin şəxslərə saxlanıldıqlarını bildirib hüquq və vəzifələrinə dair bildiriş və hüquqlarının müdafiəsi üçün vəkillər təqdim etmişlər. Vəkillərin iştirakı ilə hər üçünün üzərində şəxsi axtarış keçirilən zaman onlardan da narkotik vasitə aşkar edilərək götürülmüşdür. Həmçinin yaşadığı evin qonaq otağında masa üzərində ona məxsus bir büküm heroin, digər büküm metamfetamin olmaqla 2 büküm polis əməkdaşları tərəfindən aşkar edilib götürülərək qablaşdırılmışdır. Masa üzərində olan narkotik vasitə qəbul etmək üçün istifadə etdiyi şprislər də polis əməkdaşları tərəfindən götürülmüşdür. Rəşad, Pərviz və Akif özləri üçün narkotik maddə tapıb evinə gəlmiş, onların haradan kimdən narkotik maddə əldə etməsini bilməmişdir. Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqlarının olmasını, əməlindən peşman olmasını və İİ qrup əlil olmasını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsidə göstərdi ki, o, təxminən tutulmamışdan 3-4 ay əvvəl narkotik maddələrdən istifadə etmişdir. 28 aprel 2022-ci il tarixdə tanışı Rza adlı şəxslə görüşmək üçün Sumqayıtyıt şəhəri 12-ci mikrorayon ərazisinə gəlmiş, Rza ilə görüşdükdən sonra o, Rzanın ona borclu olduğu 50 manat pulu ondan tələb edən vaxt, Rza ona burada bir ev var ora dəyib çıxaq demiş, o, da razılaşmış və həmin Rzanın dedyi binanın blokuna daxil olan kimi polis əməkdaşları onları saxlamış və onları Təqsirləndirilən şəxs1 məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, ’’Məcburi Köçkünlər” şəhərciyi, bina 736, blok 11 b, mənzil 15-ə aparmışlar. Orada Şərail və Bəhruz adlı polis əməkdaşları təsir edərək, hədələyərək,döyərək üzərinə şəxsi axtarış keçirəcəklərini və videoçəkiliş zamanı ondan narkotik maddə aşkar olunmasını etiraf etməsini tələb etmişlər. Sonra isə ona bildirmişlər ki, onu ev dustaqlğına buraxacaqlar. O, da razılaşmış və şəxsi axtarış keçirilərkən videoçəkiliş zamanı təqsirli olduğunu bildirmişdir.Əslində üzərində hər hansı bir narkotik maddə olmamış və polis əməkdaşlarının təsiri nəticəsində sənədləşmə onun üzərindən narkotik maddə aşkar olunmuş kimi aparılmışdır. Təqsirləndirilən şəxs2 heç bir təqsirinin olmadığını bildirərək barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs2 ibtidai istintaqda elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitələr qəbul edir. Adətən narkotik vasitələri qonşusu Elnurun evində tanışları Akif və Rəşadla birlikdə qəbul edir. 28 aprel 2022-ci il tarixdə, yenə Elnurun mənzilində Akif və Rəşadla birlikdə narkotik vasitələr qəbul edirmiş. Adətən narkotik vasitələri tanımadıqları şəxslərdən əldə etmişlər. Saat 22 radələrində Elnur siqaret almaq üçün aşağı düşmüşdür. Təxminən saat 23:10 radələrində Elnurun Sumqayıt şəhəri, 12-ci mikrorayon, ’’Məcburi Köçkünlər” şəhərciyi, bina 736, blok 11 b, 15 saylı mənzilində olduqları zaman mülki geyimdə polis əməkdaşları Elnurla birlikdə mənzilə daxil olmuşlar və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları hər birinin üzərindən narkotik vasitə olub-olmamasını soruşanda hər biri üzərlərində narkotik vasitə olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onlara narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhələndiklərinə görə saxladıqlarını bildirib videoçəkiliş vasitəsilə hüquqlarını qoruyacaq vəkilin iştirakı ilə üzərlərinə şəxsi axtarış keçirəcəklərini bildirdikdə buna etiraz etməmişlər, hər birinə hüquq və vəzifələri barədə bildiriş və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. Hüquqlarını qoruyacaq vəkilləri siyahıdan seçib bu barədə polis əməkdaşlarına bildirmişlər. O, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 seçmiş, daha sonra polis əməkdaşları tərəfindən vəkil Müdafiəçi2 iştirakı təmin edilərək onun iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildikdə əynində olan tünd göy rəngli cins şalvarının arxa sol cibindən iki ədəd bükümü çıxardıb təqdim etmişdir. Həmin bükümlərdən biri açıldıqda içərisində qəhvəyi rəngli maddənin olduğu, digər bükümdə isə ağ rəngli kütlənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı bildirmişdir ki, aşkar olunan qəhvəyi rəngli kütlə heroin, ağ rəngli kütlə isə metamfetamindir. Həmin bükümləri tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Üzərindən aşkar olunmuş qəhvəyi rəngli kütlə büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,31 qram, ağ rəngli kütlə isə büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,49 qram olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş bükümlər Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün xüsusi qaydada zərfə qablaşdırılaraq DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Üzərindən əlavə olaraq qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş hər hansı əşya və maddə aşkar edilməmişdir. Daha sonra təmin edilmiş digər vəkillərin iştirakı ilə Rəşad Tahirovun və Akif Zairovun da üzərinə şəxsi axtarış keçirilən zaman onlardan da narkotik vasitə aşkar edilərək götürülmüşdür. Həmçinin Elnurun yaşadığı mənzilin qonaq otağında masa üzərində Elnura məxsus bir büküm heroin, digəri büküm metamfetamin olmaqla 2 büküm polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Masa üzərində olan narkotik vasitə qəbul etmək üçün istifadə edilən şprislər də polis əməkdaşları tərəfindən götürülmüşdür. Lakin həmin şprislərdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs2 sonrakı məhkəmə iclaslarında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 28 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, istifadə etməsi, üzərində daşıması, həmçinin yaşadığı evdə narkotik vasitə saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət başında yaxalanması məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar ŞPİ-nin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3, ŞPİ-nin NMB-nin rəisi, polis mayoru İlham Rəhimov, ŞPİ-nin KTB-nin kriminalisiti, polis mayoru Asəf Həbibov, ŞPİ-nin sabiq baş müstəntiqi, polis mayoru Namiq Mirzəzadə, NMB-nin əməliyyat müvəkkilləri polis baş leytenantı Elman Qasımov, polis leytenantı Şahid2 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs1 ola biləcəyi yer müəyyən edilərək onun yaşadığı Sumqayıt şəhəri 12-ci mikrorayon “Məcburi Köçkünlər şəhərciyi” ev 736, blok 11 B və həmin binanın ətrafı müşahidəyə götürülmüşdür. 28 aprel 2022-ci il tarixdə təxminən saat 22:15-də Təqsirləndirilən şəxs1 yaşadığı Sumqayıt şəhəri 12-ci mikrorayon Məcburi köçkünlər şəhərciyi ev 736, blok 11 b-də olduğunu görüb əməliyyat qrupunun üzvləri ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat aldıqlarını bildirərək şübhəli şəxs qismində tutulacağını izah etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 ŞPİ-nin sabiq baş müstəntiqi Namiq Mirzəzadə tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulub hüquq və vəzifələri ona izah edilərək hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs1 üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirləcəyi izah edilərək üzərində hər hansı bir narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya və predmet olub-olmadığını soruşmuşlar. Olduğu təqdirdə isə təqdim etməsi təklif edildikdə o əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd büküm çıxarıb təqdim edərək bir bükümdə narkotik vasitə heroin, digər bükümdə isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümlər açıldıqda bir bükümdə qəhvəyi rəngli, spesfık iyə malik narkotik vasitə heroinə oxşar kütlə, digər bükümdə isə ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə oxşar kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə və psixotrop maddəni tanımadığı şəxsdən özü istifadə etmək məqsədilə əldə etdiyini bildirərək narkotik vasitə aludəçisi olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitə heroinə oxşar kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,68 qram, psixotrop maddə metamfetaminə oxşar kütlənin isə 0,55 qram olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilmiş iki ədəd büküm ekspertiza tədqiqatına təqdim edilməsi üçün baş müstəntiq tərəfindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə hər hansı bir qanunsuz əşya əşya və ya narkotik vasitə olub-olmadığını soruşduqda yaşadığı mənzildə özünə məxsus narkotik vasitə olduğunu, həmçinin yaşadığı mənzildə tanışları Rəşad, Pərviz və Akif adlı şəxslərin narkotik vasitıə qəbul etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış keçirilməsi zərurəti yarandığını bildirdikdə o buna etiraz etmədiyini bildirərək bu barədə yazılı ərizə də yazaraq razılıq vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində olan açarla mənzilin qapısını açmış və əməliyyat qrupunun üzvləri ilə birlikdə mənzilə daxil olmuşlar. Mənzilə daxil olduqda giriş qapısı ilə üzbəüz yerləşən qonaq otağında 3 nəfər şəxsin olduğu müəyyən olunmuşdur. Həmin şəxslər özlərini təqdim edərək Tahirov Rəşad, Təqsirləndirilən şəxs2 və Zairov Akif olduqlarını bildirmişlər. Sorğu zamanı Tahirov Rəşad, Təqsirləndirilən şəxs2 və X15 Yusifovun mənzilində narkotik vasitə qəbul etdiklərini və üzərlərində də narkotik vasitə olduğunu bildirmişlər. Bununla əlaqədar olaraq müstəntiq Namiq Mirzəzadə həmin şəxslərə şübhəli şəxs qismində saxlanıldıqlarını bildirib hüquq və vəzifələrinə dair bildiriş və vəkillərinin siyahısını təqdim etdikdən sonra həmin şəxslər bildiriş və siyahı ilə tanış olmuşdur. Hər biri özlərinə vəkil seçmişlər. Sonra müstəntiq onların iştirakları ilə mənzilə baxış keçirməyə başlamışlar. Qonaq otağına baxış keçirilən zaman sağ tərəfdə yerləşən masa üzərində istifadə edilmiş şprislər, siqaret qırıntıları aşkar edilmişdir. Həmçinin masa üzərində 2 ədəd büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin bükümlərin ona məxsus olduğunu və bükümlərin birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olduğunu, istifadə edilmiş şprislərdə isə narkotik vasitə qəbul etdiklərini bildirmişdir. Bükümlər açıldıqda içərisində qəhvəyi rəngli kütlə olması müəyyən edilmiş və büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,07 qram, digər bükümdə olan ağ rəngli kütlənin isə büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,09 qram olduğu müəyyən olunmuşdur. Həmin bükümlər ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq möhürəndikdən sonra götürülmüşdür. Daha sonra evin digər otaqlarına baxış keçirilsə də iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Həmin vaxtı Rəşad Tahirovun hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkil Tahir Abbasov mənzilə gəlmiş və vəkil Rəşad Tahirova təqdim olunduqdan sonra videoçəkiliş vasitəsilə X5 üzərində şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. X7 özü əynində olan qara rəngli cins şalvarının arxa sol cibindən iki ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlərdən birinin içərsində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə, digər bükümdə isə ağ rəngli, kristal formalı kütlənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Rəşad Tahirov ondan aşkar olunan qəhvəyi rəngli kütlənin heroin, ağ rəngli kütlənin isə metamfetamin olduğunu bildirərək həmin bükümləri tanımadığı şəxsdən özü istifadə etmək məqsədilə aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Rəşad Tahirovdan aşkar olunmuş qəhvəyi rəngli kütlə büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,46 qram, ağ rəngli kütlənin isə büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,54 qram olduğu müəyyən olunmuşdur. İki ədəd bükümdə olan həmin kütlələr ekspertiza tədqiqatına təqdim edilməsi üçün DİN-nin 124 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra Rəşad Tahirovun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Samsung A52” markalı mobil telefon, 5 qəpiklik əskinaz və qara rəngli ip aşkar edilmişdir. 5 qəpiklik əskinaz və qara rəngli ip Rəşad Tahirovun özünə qaytarılmışdır. Mobil telefon isə qablaşdırılaraq götürülmüşdür. Bundan başqa Rəşad Tahirovun üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş hər hansı əşya və maddə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkil Müdafiəçi2 mənzilə gəlmiş və vəkil Təqsirləndirilən şəxs2 təqdim olunduqdan sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 özü əynində olan tünd göy rəngli cins şalvarının arxa sol cibindən iki ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlərdən biri açıldıqda içərsində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu, digər bükümdə isə ağ rəngli kütlənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ondan aşkar olunan qəhvəyi rəngli kütlə heroin, ağ rəngli kütlə isə metamfetamindir. Təqsirləndirilən şəxs2 həmin bükümləri tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını göstərmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş qəhvəyi rəngli heroinə bənzər kütlə büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,31 qram, ağ rəngli kütlənin isə büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,49 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 aşkar olunmuş bükümlər ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qablaşdırılaraq DİN-nin 124 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Daha sonra X2 hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkil X8 mənzilə gəlmiş və vəkil Akif Zairova təqdim olunduqdan sonra videoçəkiliş vasitəsilə Akif Zairova üzərində şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyam təqdim etməyi təklif edilmişdir. Zairov Akif özü əynində olan mavi rəngli cins şalvarının arxa sol cibindən iki ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlər açıldıqda birinin içərsində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu, digər bükümdə isə ağ rəngli, kristal hissəciklərdən ibarət kütlənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Zairov Akif bildirmişdir ki, ondan aşkar olunan qəhvəyi rəngli kütlənin heroin, ağ rəngli kütlənin isə metamfetamin olduğunu bildirmişdir. Akif Zairov həmin bükümləri tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Akif Zairovun üzərindən aşkar olunmuş qəhvəyi rəngli kütlə büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,76 qram, ağ rəngli kütlənin isə büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,74 qram olduğu müəyyən olunmuşdur. Akif Zairovdan aşkar olunmuş bükümlər ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bundan sonra şübhəli şəxs qismində tutulmuş şəxsləri Sumqayıtyıt şəhər polis idarəsinə gətirmişlər. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilən zaman, həmçinin Təqsirləndirilən şəxs2, Tahirov Rəşad və Zahirov Akifin üzərində şəxsi axtarış keçirilən zaman aşkar olunanlar barədə protokol tərtib edilərək ucadan oxunmuş, o da digər iştirakçılar kimi protokolun doğru olmasını öz imzası ilə təsdiq etmişdir. Daxil olmuş əməliyyat məlumatlarında Təqsirləndirilən şəxs1 narkotik vasitələri şəxsi istifadəsi üçün əldə edərək saxladığı bildirilsə də, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə Sumqayıtyıt ŞPİ-nə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs2, Rəşad Tahirov və Akif Zairovun narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə Sumqayıtyıt ŞPİ-nə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Nə onun, nə də ki, digər polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərə qarşı hər hansı psixi və ya fiziki təsir və ya təzyiq göstərilməmiş, təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarının onları döyməsi barədə göstərdikləri özlərini müdafiə xarakteri daşıyır. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 oğlunun ifadəsinə uyğun ifadə verərək nə onun, nə də ki, digər polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərə qarşı hər hansı bir təzyiq və ya təsir göstərilmədiyini, təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarının onları döyməsi barədə göstərdiklərinin özlərini müdafiə xarakteri daşıdığını bildirdi. İş materiallarına maddi sübut kimi əlavə edilmiş iki ədəd disk məhkəmə istintaqı zamanı nümayiş etdirilərkən, 28 aprel 2022-ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Sumqayıtyıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərlərinə və Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1 və Şahid2 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə–kimyəvi ekspertizasının 29 aprel 2022-ci il tarixli, 6/2460 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - üzərində “Təqsirləndirilən şəxs1 üzərindən ...” və s. yazılar, imzalar olan zərfdəki (Nöl) 01 ədəd bükümdə təmiz çəkisi 0,280 qram olan ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,272 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, - üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı evdən...” və s. yazılar, imzalar olan zərfdəki (Nö2) 01 ədəd bükümdə təmiz çəkisi 0,018 qram olan ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,016 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, - üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı evdən götürülmüş şprislər...” və s. yazılar, imzalar olan zərfdə (Nö3) 06 ədəd istifadə olunmuş şprisdə narkotik vasitə heroinin izləri vardır. Şprislərin daxilində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. - üzərində “Təqsirləndirilən şəxs2 üzərindən ...” və s. yazılar, imzalar olan zərfdə (Nö6) 01 ədəd bükümdə təmiz çəkisi 0,387 qram olan ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,145 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - Təqsirləndirilən şəxs1 üzərindən, yaşadığı mənzildən, Təqsirləndirilən şəxs2, X4 və X2 üzərlərindən aşkar edilmiş heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında, metamfetamin kütlələri də həmçinin öz aralarında eynilik təşkil edirlər. Heroin “Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələri” in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. (Qeyd: Nö1; Nö2 Metamfetaminin ümumi təmiz çəkisi-0,298 qram, tədqiqata sərf edildi-0,6 qram, qalıq- 0,238 qram. Nö1; Nö 2 Heroinin ümumi təmiz çəkisi-0,288 qram, tədqiqata sərf edildi-0,6 qram, qalıq-0,228 qram. Nö 4 Metamfetaminin ümumi təmiz çəkisi-0,626 qram, tədqiqata sərf edildi-0,5 qram, qalıq-0,576 qram. Nö 4 Heroinin təmiz çəkisi-0,538 qram, tədqiqata sərf edildi-0,5 qram, qalıq-0,488 qram. Nö 5 Metamfetaminin təmiz çəkisi-0,462 qram, tədqiqata sərf edildi-0,5 qram, qalıq-0,412 qram. Nö 5 Heroinin təmiz çəkisi-0,286 qram, tədqiqata sərf edildi-0,5 qram, qalıq-0,236 qram. Nö 6 Metamfetaminin təmiz çəkisi -0,387 qram, tədqiqata sərf edildi-0,5 qram, qalıq-0,337 qram. Nö 6 Heroinin təmiz çəkisi -0,145 qram, tədqiqata sərf edildi-0,5 qram, qalıq-0,095 qram.) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 06 iyul 2022-ci il tarixli 3668 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 06 iyul 2022-ci il tarixli 3668 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan SER TSE001 № 276443 saylı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 nömrəli Tibbi Sosial Ekspert Komisiyası TSEK-dən müayinə aktından çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 müddətsiz İİ qrup əlildir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədi ilə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydasının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs1 İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 ilkin məhkəmə iclaslarında özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək, ondan narkotik maddə aşkar olunmaması və polis əməkdaşları tərəfindən döyülməsi barədə göstərdiyi xüsusatlar cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır, məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən verilən ifadələrlə və sonrakı məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsi barədə ifadəsi, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs2 ilkin məhkəmə iclaslarında özünü təqsirli bilməməsinə dair vermiş olduğu ifadəsi işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən həmin ifadəyə tənqidi yanaşaraq sübut kimi qiymətləndirmir və ibtidai istintaqda və sonrakı məhkəmə iclasında vermiş olduğu ifadəsi işdəki digər sübutlarla uyğunluq təşkil etdiyindən həmin ifadəni sübut kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 238.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirlilikləri Təqsirləndirilən şəxs2 sonrakı məhkəmə iclasındakı ifadəsi, Təqsirləndirilən şəxs1 və şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən), Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2020-ci il tarixli hökmünün və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 49.3, 67.1 və 69.3-cü maadələrinə əsasən 02 il 04 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsinin 22.12.ş2022-ci il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 04 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində “8 X16” ilə bağlı verilmiş xx.xx.2021-ci il tarixli amnistiya aktı tətbiq edilərək Təqsirləndirilən şəxs2 təyin olunmuş 02 il 04 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzadan 01 il hissəsi azaldılmış və qalan cəzasını çəkib qurtardığından xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya, yəni azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu üçün onun residivliyi nəzərə alınmamalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən), Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2020-ci il tarixli hökmünün və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1 və 68.2-ci maadələrinə əsasən 01 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması və 2460 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2020-ci il tarixli hökmünə əsasən təyin edilmiş 01 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması və 2460 manat miqdarında cərimə cəzasının azadlığın məhdudlaşdırılması ilə bağlı çəkilməmiş 06 ay 16 gün hissəsi, azadlığın məhdudlaşdırılmasının iki gününün azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla 03 ay 08 gün müddətə azadlıqdan məhrum etmə və 2460 manat cərimə cəzası ilə əvəz edilmiş və 23 fevral 2022-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərarla “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən Təqsirləndirilən şəxs1 cərimə cəzasından azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya, yəni azadlığın məhdudlaşdırılması və cərimə cəzasına məhkum olunduğu üçün onun residivliyi nəzərə alınmamalıdır. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşaqları-xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X14 oğlu vardır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 238.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıtyıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 28 iyul 2022-ci il tarixdən hesablanmaqla 15 gün müddətinə uzadılmış, həmin məhkəmənin hazırlıq iclasının xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 28 aprel 2022-ci il tarixdən hesablanmalıdr. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıtyıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 28 iyul 2022-ci il tarixdən hesablanmaqla 15 gün müddətinə uzadılmış, həmin məhkəmənin hazırlıq iclasının xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 28 aprel 2022-ci il tarixdən hesablanmalıdr. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış Təqsirləndirilən şəxs1 yaşadığı evdən və üzərindən aşkar edilərək götürülmüş 2 ədəd bükümdə 0,228 qram heroin, iki ədəd bükümdə 0,238 qram metamfetamin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə 0,095 qram heroin, 1 ədəd bükümdə 0,337 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 238.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 110 manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 238.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinn ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 02 avqust 2022-ci il tarixli (iş № 1(060)- 657/2022) qərarını icra edərək, 05 avqust 2022-ci il tarixli 131 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan RespublikasıNazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıtyıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 238.1-ci maddələri ilə təqsirli bilinsin və o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 238.1-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq 03 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 28 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi üzrə Sumqayıtyıt şəhəri Narkoloji Dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 28 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o qeydiyyatda olduğu ərazi üzrə Sumqayıtyıt şəhər Narkoloji Dispanserində qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. Sumqayıtyıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış Təqsirləndirilən şəxs1 yaşadığı evdən və üzərindən aşkar edilərək götürülmüş 2 ədəd bükümdə 0,228 qram heroin, iki ədəd bükümdə 0,238 qram metamfetamin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə 0,095 qram heroin, 1 ədəd bükümdə 0,337 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 110 manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 238.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 Sumqayıtyıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pul dövlət büdcəsindən tutularaq Sumqayıtyıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxslərə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıtyıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıtyıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar