Məhkəmə qərarları › İş №1(060)-659/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-659/2021

19.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-659/2021 19.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi- Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olması, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmiryol yaşayış massivi, ev 3, mənzil 17-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqadarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,477 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 19 iyul 2021-ci il tarixdə saat 20:30-də Sumqayıt ŞPİ-nin 2-ci PB-nın əməkdaşları tərəfindən narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsində şübhəli olması ilə bağlı Sumqayıt şəhəri, Dəmir yol yaşayış massivi ərazisində piyada hərəkətdə olan zaman saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-na gətirilmiş və 2-ci PB-da Hətəm Rufulllayevin üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,477 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur və hazırda ünvan 1 ünvanında ailəsilə birlikdə yaşayır. Əvvələr məhkum olmuşdur və subaydır. Təxminən 3-4 il olar ki, narkotik vasitə heroini zərdə yandırıb tüstüsünü qəbul edir. Heroindən istifadə etmək nəticəsində narkomaniya xəstəliyinə düçar olmuşdur. 19.07.2021-ci il tarixdə 20 radələrində yaşadığı Sumqayıt şəhəri, Dəmir yol yaşayış massivi ilə piyada hərəkətdə olan zaman mülki geyimdə olan 3 nəfər şəxs ona yaxınlaşmışlar və özlərinin polis işçiləri olduqlarını bildirərək özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə daşımağından şübhələndiklərinə görə polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-na aparılacağını bildirmişlər. Həmin vaxt həmin üç nəfərdən biri onun əllərindən möhkəm yapışdıqlarına görə o, öz istifadəsi üçün üzərində gəzdirdiyi heroini üzərindən kənarlaşdıra bilməmiş və polis əməkdaşları tərəfindən polis bölməsinə aparılmışdır. 2-ci PB-də xidməti otaqda onun üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və daha sonra o, şalvarın sağ yan cibindən siqaretin qara rəngli kağızına bükülmüş 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş və həmin bükümün içində heroin olduğunu təhqiqatçıya demişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə narkotik vasitə heroinin elektron tərəzidə çəkisi çəkilmiş, həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq imzalanmışdır. Sumqayıt ŞPİ-nin 2-ci PB-da ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş kütlə heroindir , ona məxsusdur və həmin heroini 18.07.2021-ci il tarixdə səhər radələrində Bakı şəhərində tanımadığı şəxsdən 15 manat verib almışdır. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə ifadəsi elan olunan şahid X2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis baş leytenantıdır. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi ilə məşğul olması barədə qərəzsiz mənbədən ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı bölmə rəhbərliyinə məruzə edildikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 19 iyul 2021-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupa o, başçılıq etmişdir. İdarə rəhbərliyi tərəfindən müvafiq təlimat alındıqdan sonra, həmin günü əməliyyat qrupunun üzvləri 2-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3, polis baş leytenantı Şahid2 və Sumqayıt ŞPİ-nin inspektor-kriminalisti, polis mayoru Elnur Qocayevlə birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 20 radələrində həmin şəxsin ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmir yol yaşayış massivi ərazisində piyada hərəkət etdiyini müşahidə etmişlər. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamışlar və yaxınlaşaraq hər iki tərəfdən həmin şəxsin əllərini möhkəm tutaraq hərəkətsiz hala gətirmişlər. Sonra özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər və üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə onlarla birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə aparılacağını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs müqavimət göstərmədən onlarla avtomobilə mindikdən sonra 2-ci PB-nə gətirilmişdir. 2-ci PB-də Təqsirləndirilən şəxs təhqiqatçı, polis kapitanı Şamil Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. X1 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş və Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən özü bir ədəd qara rəngli siqaret kağızına bükülmüş kütləni çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, aşkar olunan maddənin narkotik vasitə “kokos” olduğunu, həmin maddəni, bir neçə gün əvvəl Bakı şəhəri ərazisində olan zaman tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını söyləmişdir. Həmin qara rəngli siqaret kağızı bükümü təhqiqatçı tərəfindən açılarkən içərisindən qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırmış, DİN-nin 126 saylı möhürü ilə möhürlənmişdir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PBnın əməliyyat müvəkkili, polis mayoru Şahid3, polis baş leytenantı Şahid2 və Sumqayıt ŞPİ-nin inspektor-kriminalisti, polis mayoru Elnur Qocayev də, əməliyyat müvəkkili, polis baş leytenantı Elsəvər Əsədovla eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 20 iyul 2021-ci il tarixli, 6/2976 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində:” Zərflər üçün №126” möhür əksi , “Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş...” və s. yazılar, imzalar (iki imza) olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,477 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin təmiz çəkisi - 0,477 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,427 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekpsertizasının 23 iyul 2021-ci il tarixli, 2439 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu və psixotrop maddə olan metamfetamindən birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,427 qram çəkidə narkotik vasitə olan heroin Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19.07.2021-ci il tarixdən 21.07.2021-ci il tarixədək şübhəli şəxs qimsində tutulmuş, 21.07.2021-ci il tarixdə MSYdən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər 23 saylı MKS tərəfindən verilmiş 13.09.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanser tərəfindən verilmiş 3154 saylı, 13.09.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserdə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmədə elan olunmuş şahid ifadələrini tədqiq edib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 22 (iyirmi iki) saat vaxt sərf etmişdir. Ona görə də 132 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 19.07.2021-ci il tarixdən 21.07.2021-ci il tarixədək həbsdə olduğu 02 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 19.11.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalı, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,427 qram çəkidə narkotik vasitə olan heroin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 109 (yüz doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 19.07.2021-ci il tarixdən 21.07.2021-ci il tarixədək həbsdə olduğu 02 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 19.11.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,427 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 109 (yüz doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 132 (yüz otuz iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar