Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-66/2021 10.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında xx.xx.1982-ci ildə Ermənistanda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olan, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 5, otaq 20-də qeydiyyatda olan və Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində aralarında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs saçından dartıb, yumruqla sol gözünün altından, təpiklərlə sinəsindən, başından, boynunun arxasından, ayaqlarından, taxta parçası ilə sol qolundan vuraraq, ona “Başın sol təpə-gicgah nahiyyəsinin hematoması, sol gözaltı nahiyyənin, sol bazunun, sağ döş vəzisinin qançırları” kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa “yüngül” zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs ilə 2010-cu il tarixdə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından üç övladları vardır. Hər bir ailədə olduğu kimi onların da ailəsində mübahisələr olmuş, son günlər işsiz olduğu üçün hər gün iş axtarmış və tapa bilmədiyi üçün əsəbi olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində o, yenə iş tapa bilmədiyi üçün əsəbi halda evə qayıtmış, evdə Aygünlə söhbət zamanı sonuncu ona cavab qaytardığı üçün əsəbləşərək onun saçından dartaraq yerə yıxmış, sillə və yumruqla sifətindən, təpiklərlə sinəsindən, başından, boynunun arxasından, ayaqlarından, taxta parçası ilə sol qolundan vurmuşdur. Sonradan evdən çıxıb getmişdir. Hazırda onlar barışmışlar. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2010-cu il tarixdə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından üç övladları vardır. Əvvəllər münasibətləri yaxşı olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində İlqar evə gələrək onunla mübahisə yaratmış, mübahisə zamanı onun saçından dartaraq yerə yıxmış, sillə və yumruqla sifətindən, təpiklərlə sinəsindən, başından, boynunun arxasından, ayaqlarından, taxta parçası ilə sol qolundan vurmuşdur. Sonra İlqar evdən çıxıb getmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 1185 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər – başın sol təpə-gicgah nahiyyəsinin hematoması, sol gözaltı nahiyyənin, sol bazunun, sağ döş vəzisinin qançırları vardır. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2020-ci il tarixə uyğun gələ bilərdilər və dərəcəsinə görə sağlamlığa qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan DİN-nin xx.xx.2020-ci il tarlxi arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsinə əsasən təyin olunmuş cəza 02 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmünə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ləğv edilərək təqsiri sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ləğv edilərək cinayət işi yenidən baxılması üçün Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə xx.xx.2014-cü il tarixli hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə 02 il islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli, 431 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinib Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 02 il ayda 20% olmaqla islah işləri cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasını çəkməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur və işə onun iştirakı olmadan baxılıb iş üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 06 (altı) saat, ibtidai istintaq zamanı 04 (dörd) saat vaxt sərf etmişdir. Ona görə də 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-66/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-66/2021
10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver