Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-66/2022 24.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd şəffaf rəngli polietilen sellofan bükümdə təmiz çəkisi 1,896 qram tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 07 iyul 2021-ci il tarixdə, saat 17:05-də Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, K.Perekeşkül küçəsində saxlanılıb Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli köynəyin sinə cibindən 1 ədəd şəffaf rəngli polietilen sellofan bükümdə təmiz çəkisi 1,896 qram tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Бунунла да, Təqsirləndirilən şəxs оьлу Азярбайъан Республикасы ЪМ-нин 234.1-ъи маддясиндя нязярдя тутулан ъинайят ямялини тюрятмишдир. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əvvəl verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, onu Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, K.Perekeşkül küçəsində deyil, həmin küçədə yaşadığı evdən Polis Bölməsinə aparmışlar. 24 may 2022ci ildə verdiyi ifadəsində isə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, bədənində ağrılar olduğu üçün uzun müddətdir ki, narkotik vasitə qəbul etmişdir. Tutulmamışdan təxminən 3 gün əvvəl səhər saatlarında, Bakı şəhəri 20 yanvar ərazisində olarkən təsadüfən bir nəfər şəxslə tanış olmuş, həmin şəxsin narkotik vasitə olan heroin satdığını bilmiş və həmin şəxs də onun narkotik vasitə istifadə etdiyini bilmişdir. O, həmin şəxsdən narkotik vasitə olan heroin istəmiş və ondan 20 manata 1 ədəd şəffaf rəngli sellofan bükümdə üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini almışdır. Bakı şəhərində işlərini qurtardıqdan sonra Sumqayıt şəhərinə qayıtmışdır. Tanımadığı şəxsdən aldığı, narkotik vasitə olan heroini üzərində gəzdirmişdir ki, heç kəsin bundan xəbəri olmasın. 07 iyul 2021-ci il tarixdə, təxminən saat 17:05-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yaşadığı K.Perekeşkül küçəsində olan vaxt polis əməkdaşları ona yaxınlaşıb onun qanunsuz olaraq narkotik vasitə saxlamaqda və istifadə etməkdə şübhəli bilindiyi üçün 2-ci polis bölməsinə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə Sumqayıt şəhər polis idarəsinin 2-ci Polis Bölməsinə gəlmişdir. Həmin vaxt aldığı narkotik vasitə olan heroin əynində olan qəhvəyi rəngli köynəyin sinə cibində olmuşdur. Polis əməkdaşları ona üzərində şəxsi axtarış keçiriləcəyini demişlər. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkil X4 təqdim olunmuş, daha sonra isə vidoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Daha sonra da videoçəkilişin müşayiəti ilə üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın və ya narkotik vasitənin olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. O da əynində olan qəhvəyi rəngli köynəyin sinə cibində saxladığı 1 ədəd şəffaf rəngli polietilen sellofan bükümdə olan kakos kimi tanıdığı narkotik vasitəni çıxarıb təqdim etmişdir. Həmin büküm polis əməkdaşı tərəfindən götürülmüş, içərisinə baxarkən həmin bükümün içərisində isə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar olunan qəhvəyi rəngli maddə isə "Kakos"dur, aşkar olunmuş həmin maddəni bir neçə gün əvvəl Bakı şəhəri 20 Yanvar ərazisində 20 manata tanımadığı şəxsdən almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt üzərindən aşkar olunmuş şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 1,96 qram olduğu müəyyən edilmiş və həmin maddə ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənib götürülmüşdür. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi həmin protokolu imzalamışdır. Xəstə olduğundan bədənində ağrılar olduğu üçün narkotik vasitə olan heroin qəbul etmişdir. Ümumiyyətlə narkotik vasitə alqı-satqısı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmişdir. Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsində təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşları onun üzərinə saxlanıldığı yerdə baxış keçirməmişlər. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini aldığı şəxsi tanımamış, onunla təsadüfən Bakı şəhəri 20 Yanvar ərazisində tanış olmuş, onun yaşadığı ünvanı, adını bilməmişdir. Həmin şəxsin onda mobil nömrəsi olmamışdır. Mobil telefon istifadə etmədiyi üçün mobil nömrəsi olmamışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla ədavət və düşmənçiliyi yoxdur. 07 iyul 2021-ci il tarixdə xidməti vəzifəsi ilə əlaqədar olaraq 2-ci polis bölməsində olduğu zaman ona məlumat verilmişdir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və daşıması barədə işlədiyi bölməyə əməliyyat məlumatı daxil olmuşdur, bölmə rəhbərliyinin göstərişi ilə əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Şahid2 və Şahid1 ibarət əməliyyat qrupu yaradılmış, sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək onun yaşadığı H.Z.Tağıyev qəsəbəsi, K.Perekeşkül küçəsində yerləşən 38 nömrəli evin ətrafı əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən saat 17-də Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında olduğunu görmüş, bir neçə dəqiqə onu müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirərək onu 2-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində kriminalist Şahid4 video görüntüyə alması ilə onun və adlarını çəkdiyi şəxslərin, həmçinin vəkil Fərhad Məmmədovun iştirakı ilə təhqiqatçı Şamil Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub-olmaması soruşularaq, əgər varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində bir bükümdə narkotik vasitə olduğunu bildirib əynində olan tünd qəhvəyi rəngli köynəyinin sol yuxarı cibindən bir ədəd şəffaf sellofan bükülü çıxararaq təqdim etmişdir. Ondan həmin bükülünün içərisində nə olduğu soruşulduqda bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin heroini bir neçə gün əvvəl Bakı şəhəri 20 Yanvar küçəsində tanımadığı şəxsdən 20 manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin bükülü açıldıqda içərisində tünd qəhvəyi rəngli, xüsusi iyi olan narkotik vasitə heroinə bənzər kütlə olması aşkar olunmuş və həmin narkotik vasitə elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Həmin maddədən başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamış, sonra narkotik vasitəyə bənzər maddə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar həmin protokolu öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin kiçik əməliyyat müvəkkili Şahid2 və Sumqayıt ŞPİ-nin 2-ci PB-nin sahə rəisi Şahid3, Şahid1 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin KTB-nin inspektoru Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 07.07.2021-ci il tarixdə xidməti vəzifəsi ilə əlaqədar olaraq Sumqayıt ŞPİ-nin inzibati binasında olduğu zaman ona məlumat verərək bildirmişlər ki, Təqsirləndirilən şəxs adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinərək 2-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılmış və bölmədə onun üzərində axtarış aparılması zərurəti yaranmışdır. Ona görə də orada xidməti otaqların birində tərəfindən video çəkiliş aparılmaqla təhqiqatçı Şamil Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub-olmaması soruşulmuş və ona təklif olunmuşdur ki, əgər varsa təqdim etsin. Təqsirləndirilən şəxs isə üzərində bir bükümdə narkotik vasitə olduğunu bildirib əynində olan tünd qəhvəyi rəngli köynəyinin sol yuxarı cibindən bir ədəd şəffaf sellofan bükülü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində nə olduğu soruşulduqda bildirmişdir ki, bükülünün içərisində narkotik vasitə olan heroin vardır, həmin heroini bir neçə gün əvvəl Bakı şəhəri 20 Yanvar küçəsində tanımadığı şəxsdən 20 manat pul verərək şəxsi istifadəsi üçün almışdır. Həmin bükülü açıldıqda içərisində tünd qəhvəyi rəngli, xüsusi iyi olan narkotik vasitə heroinə bənzər kütlə olması aşkar olunmuşdur. Həmin maddədən başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Sonra narkotik vasitəyə bənzər maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. İşdə olan protokola əsasən Təqsirləndirilən şəxs 07.07.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı Şamil Məmmədov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(i.v 17) Sumqayıt şəhər Məhkəməsinin 09.07.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir.(i.v. 72-73) İş materiallarında olan “Şəxsi axtarış və götürmə barədə” 07.07.2021-ci il tarixli protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəs, K.Perekeşkül küçəsi, ev 38-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi, qəbul etməsi barədə Sumqayıt ŞPİ, 2-ci PB-nə daxil olmuş məlumat əsasında Sumqayıt ŞPİ 2-ci PB-nin ə\müvəkkili, polis baş leytenantı Şahid1, sahə rəisi, polis baş leytenantı Şahid3, kiçik ə\müvəkkili polis serjantı Şahid2 tərəfindən, 07.07.2021-ci il tarixdə, saat 17:05 radələrində, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, K.Perekeşkül küçəsində saxlanılmış Təqsirləndirilən şəxs, Sumqayıt ŞPİ, 2-ci PB-nin ə\müvəkkili, polis baş leytenantı Şahid1, sahə rəisi, polis baş leytenantı Şahid3, kiçik ə\müvəkkili polis serjantı Şahid2, Sumqayıt ŞPİ KTB inspektoru polis kapitanı Şahid4 və Sumqayıt şəhər, Regional vəkil bürosunun vəkili X3 iştirakı ilə 07.07.2021-ci il tarixdə, saat 17:58-dən, saat 18:07-dək Sumqayıt ŞPİ, 2-ci PB-nin xidməti otaqlarının birində, video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi xahiş edildikdə o özü, əynindəki qəhvəyi rəngli köynəyin sinə cibindəki büküm şəffaf polietilen sellofana bükülmüş tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər kütləni çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 1 büküm şəffaf polietilen sellafona bükülmüş tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər kütlənin nə olduğu soruşulduqda o, həmin 1 büküm şəffaf polietilen sellofana bükülmüş tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər kütlənin narkotik vasitə olduğunu bildirmişdir. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 büküm şəffaf polietilen sellofana bükülmüş tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər kütlənin narkotik vasitə olan “Heroin”olduğunu, öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 büküm şəffaf polietilen sellofana bükülmüş tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitəyə bənzər kütlə elektron tərəzi vasitəsi ilə çəkildikdə həmin 1 büküm şəffaf polietilen sellofana bükülmüş tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər kütlənin çəkisinin 1,96 qram olması müəyyən olunaraq video ilə çəkilmiş və DİN-nin 126 saylı möhürü ilə möhürlənmişdir. (i.v 24-25) Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 08.07.2021-ci il tarixli, 6/2719 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,896 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısına daxildir.(i.v 33-37) İşdə olan məhkəmə-narkoloji ekspertizasının 09.09.2021-ci il tarixli, 3344 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 103-104) Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 1,896 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, 1 ədəd DVD-R disk cinayət işinin materiallarına, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 1,846 qram narkotik vasitə olan heroin saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir.(i.v. 123-130) İş materiallarında olan 17.09.2021-ci il arixli arayışdan görünür ki, təqsirləndirilən şəxs X5 10.2018-ci il tarixdən Sumqayıt şəhər Narkoloji dispanserində “narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən və Sumqayıt şəhər Məhkəməsinin 28.08.2018-ci il tarixli hökmünün surətindən görünür ki, X2 dəfə Sumqayıt şəhər məhkəməsinin 28.08.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi təqsirli bilinərək 1 il, 5 ay, 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 18.01.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.(i.v106-113) İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 23.07.2021-ci il tarixli protokoldan və diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır.(i.v 83-84) İş materiallarında olan 16.09.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 88) Beləliklə, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclasında özünü təqsirli bilməməsini, məhkəmə onun cinayət məsuliyyətindən yayınmağa cəhd etməsi kimi qiymətləndirmişdir. Belə ki, aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 08.07.2021-ci il tarixli, 6/2719 saylı, məhkəmə-narkoloji ekspertizasının 09.09.2021-ci il tarixli, 3344 saylı rəyi, şəxsi axtarış və diskə baxış keçirilməsi protokolu və digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi residiv sayılır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə CM-nın 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 07.07.2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 1,846 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 26 (iyirmi altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 156 (yüz əlli altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli 07.07.2021-ci il tarixdən hesablansın və cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 1.846 qram olan narkotik vasitə heroin məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 156 (yüz əlli altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********) Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM Azər İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-66/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-66/2022
24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver