Məhkəmə qərarları › İş №1(060)-66/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-66/2023

17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-66/2023 17.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs və onun vəkili “Müdafiəçi1 və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 Rəbi oğlunun, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Universal Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1963-cü ildə Abşeron rayonu Xələnc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sumqayıt şəhəri, Corat qəsəbəsi ev 220-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakım qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə pulunu hissə-hissə ödəmək şərti ilə əldə etmiş olduğu “X24” MMC tərəfindən inşa edilən Sumqayıt şəhəri Sülh və H.Əliyev küçələrinin kəsişməsində yerləşən, 36-cı məhəllədə inşa edilən 17 mərtəbəli binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129 kvadrat metr olan 3 otaqlı, 32 saylı mənzilə görə olan borcunu ödəmək üçün Zərərçəkmiş şəxs qeyd olunan mənzili girov qoymaqla onun mülkiyyətində olan 28.000 manat dəyərində, 2008-ci il buraxılışlı “Mersedes-Benz ML350” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncudan 35.000 ABŞ dollarına alacağına və pulunu 3 ay ərzində hissə-hissə ödəyəcəyinə dair yalan vəd verib aldadaraq 16 aprel 2015-ci il tarixdə, Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat kontorunda Zərərçəkmiş şəxs öz adına baş etibarnamə alıb avtomaşını ələ keçirərək elə həmin gün avtomaşını baş etibarnamə əsasında Şahid4 vermiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona girov kimi verdiyi evin başqa şəxsə məxsus olduğunu öyrənərək ondan ya avtomaşının pulunun ödənilməsini, ya da avtomaşını geri verməsini tələb etdikdə Təqsirləndirilən şəxs öz cinayətkar niyyətini davam etdirərək həmin avtomaşının əvəzinə özünə məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən başqa mənzilini onun adına keçirəcəyini, evin sənədləşməsinin Sovet dövründə aparıldığını, yeni sənədləşmə aparılması üçün 600 (altı yüz) manat pul lazım olduğunu, həmin pulu verərəsə bir neçə gün ərzində evin sənədləşməsini başa çatdırıb onun mülkiyyətinə keçirəcəyinə dair yalan vəd verib aldadaraq, bu məqsədlə 15 noyabr 2015-ci il tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs 600 (altı yüz) manat alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda - 28.600 (iyirmi səkkiz min altı yüz) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər tikinti materialları sahəsində fərdi şəkildə kommersiya ilə məşğul olmuşdur. Belə ki, tikinti işləri aparan şirkətləri müxtəlif tikinti materialları ilə təmin etmişdir. Şahid3 bir neçə ildir ki, tanıyır, onunla idman zalında tanış olmuşdur. Zərərçəkmiş şəxs Mövləddin vasitəsi ilə tanımışdır. Mövləddin Niyazla birlikdə işləyən zaman yəni 2015-ci ilin aprel ayında Niyaz özünə məxsus “Mersedes Benz ML-350” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobili baha qiymətə satmaq istədiyini, yaxud da ev və ya təmir-tikinti avadanlıqları ilə dəyişmək istədiyini bildirmiş, o da bu barədə Telmana bildirmişdir. Telman da avtomobili almaq istədiyini bildirərək əvəzində Niyaza ev girov vermiş və aralarında bununla bağlı müqavilə bağlanmışdır. Ev ilə bağlı danışıqlar və sənədləşmələr Niyazla Telman arasında olmuş, o, həmin müqaviləni görməmişdir. Telmanı tanımadıqlarından Niyaz avtomobil barədə etibarnaməni onun adına vermiş və o, dediyi vaxtda Telmana etibarnamə verməsini bildirmişdir. O, avtomobili Telmana təhvil verərkən həmin gün bu barədə Niyaza zəng edərək məlumat vermiş, o da razılıq vermişdir. Daha sonra Telmanın avtomobili kimə verməsindən onun xəbəri olmamışdır. Lakin razılaşdırılan müddətdə Niyazın pulu ödənilmədiyindən Niyaz şikayət edəcəyini bildirmiş, o da özünü narahat hiss etmiş, ona görə də özünə məxsus olan Corat qəsəbəsində yerləşən evi onun adına sənədləşdirəcəyini bildirmiş, sənədləşmə üçün Niyazın ona kömək etməsini istəmiş və ondan 600 manat pul almış, daha sonra Niyaz evi qəbul etməkdən imtina etmişdir. O yalnız vasitəçilik etmiş, başqa niyyəti olmamışdır. İstintaq zamanı verilmiş ifadəsi ilə razı deyildir, o cür ifadə verməmiş, səhhətində problem olduğundan ifadəsini oxumadan imza etmişdir. Məhkəmədən barəsində bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, Şahid3 bir neçə ildir ki, tanıyır, onunla idman zalında tanış olmuşdur. Zərərçəkmiş şəxs Mövləddin vasitəsi ilə tanımış, belə ki, Mövləddin Niyazla birlikdə işləyən zaman yəni 2015-ci ilin aprel ayında o, özünə məxsus “Mersedes Benz ML-350” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istədiyini, lakin normal qiymət verən müştəri tapa bilmədiyini bildirdikdə Mövləddin Niyazin avtomaşınını münasib qiymətə satmaq üçün ona müraciət etmiş. avtomaşının markasını öyrəndikdən sonra Mövləddinə ola bilsin ki, özü həmin avtomaşını alacağımı bildirmişdir. 16 aprel 2015-ci il tarixdə, səhər saatlarında Mövləddin ona zəng vurduqda Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən kafelərin birində Niyaz və Mövləddinlə görüşmüş, Niyaz ona özünə məxsus “Merscdes Bcnz ML-350” markalı, **-ZE- *** dövlət qeydiyyat nişanlı avtomobili təqdim edərək həmin avtomobili nəğd 30.000 ABŞ dollarına satmaq niyyətində olduğunu bildirmişdir. Həmin vaxtlar onun bir sıra borcları yaranmış və həmçinin "xxxx" MTK-nın podratçı şirkəti olan ’’X24" MMC tərəfindən inşa edilən Sumqayıt şəhəri Sülh və H.Əliyev küçələrinin kəsişməsində yerləşən, 36-cı məhəllədə inşa edilən 17 mərtəbəli binanın 1-ci bloku, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129 kvadrat metr olan 32 saylı, 3 otaqlı mənzili həmin MTK-mn sahibi Şahid4 adlı şəxsdən nisyə olaraq aldığından və uzun müddət idi ki, mənzilin pulunu köçürmədiyindən mənzilin onun əlindən çıxması təhlükəsi olmuş və Telmandan vaxtı bir qədər uzatmasını xahiş etmişdir. Bu səbəbdən avtomaşını ələ keçirib həmin avtomaşınla Telmana olan borcunu ödəmək qərarına gəlmiş, bu məqsədlə avtomobilə ətraflı baxdıqdan sonra Niyaza avtomobili özü almaq istədiyini, lakin pulu ona 3 ay ərzində hissə-hissə verə biləcəyini bildirmişdir. Niyaz ona girov qoyacağı halda buna etirazının olmadığını, lakin belə olan halda avtomobili 30.000 manata deyil, maya dəyərindən bir qədər artıq qiymətə, yəni 35.000 manata satacağını bildirmiş, Niyazla razılaşaraq "xxxx" MTK-nın podratçı şirkəti olan “X24” MMC tərəfindən inşa edilən Sumqayıt şəhəri Sülh və H.Əliyev küçələrinin kəsişməsində yerləşən, 36-cı məhəllədə inşa edilən 17 mərtəbəli binanın 1-ci bloku, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129 kvadrat metr olan 32 saylı, 3 otaqlı mənzili girov qismində 35.000 ABŞ dollarını ona tam ödəyənədək müqavilə əsasında Niyazin adma keçirəcəyini bildirmişdir. Niyaz həmin mənzilin avtomobilin dəyərindən dəfələrlə üstün olduğunu, həmçinin onun Mövləddinin tanışı olduğunu nəzərə alıb razılaşmış və elə həmin gün o, Niyaz və Mövləddin Sumqayıt şəhəri Sülh prospektində yerləşən notariat kontoruna getmiş və Niyaz ona özünə məxsus “Mersedes Benz ML-350” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərəncam hüququna dair baş etibarnamə verərək özünə məxsus mənzili ona göstərməsini xahiş etmişdir. Niyazdan bir qədər aralanaraq Telmana zəng vurub ona mənzilə görə 2008-ci il buraxılışlı “Mersedes Benz ML-350” markalı, avtomaşın verib onun adına keçirəcəyini, lakin bunun əvəzinə ona təcili surətdə həmin mənzilə borcunun olmaması barədə sənəd verməsi lazım olduğunu bildirmiş, mənzilə görə Telmana olan borcunun həmin avtomaşının qiymətindən az olduğundan Telman ona inanaraq razılaşmışdır. Bundan sonra birlikdə Sumqayıt şəhəri, Sülh və H.Əliyev küçələrinin kəsişməsində yeləşən, 36-cı məhəllədə inşa edilən 17 mərtəbəli binanın həyətinə getmiş, inşa olunmaqda olan binanı Niyaza göstərərək tikinti işlərinin sürətlə getdiyini bildirmiş, daha sonra həmin binanın yaxınlığında yerləşən, hazırda adını xatırlamadığı kafelərin birinə girmişlər. Orada Niyaz evin müqaviləsini ona təqdim etməsini xahiş etmiş, artıq Telmana sənəd barədə bildirdiyindən elə onların yanında Telmana zəng vuraraq oturduqları yerə gələməsini xahiş etmiş, bir neçə dəqiqədən sonra həmin kafeyə Telman gəlmiş və Telmanı Niyazgilə təqdim edərək binanın sahibi Şahid4 olduğunu bildirib Telmandan həmin mənzilin borcunun olmaması və Niyazin adına keçirilməsi barədə sənəd verməsini xahiş etmişdir. Telman ona olan borcunu qaytaracağına inandığından Niyazdan şəxsiyyətini təsdiq edən sənədi istəmiş, Niyaz ona şəxsiyyət vəsiqəsini verdikdən sonra özü ilə gətirdiyi boş müqavilə blankını doldurmuş və mənzilin borcu olmaması barədə maliyyə arayışı verərək ona imza edərək möhürü ilə təsdiq etmişdir. Müqavilə Niyaz və Şahid4 tərəfindən imzalanmış, tərtib olunmuş 28 saylı müqaviləyə əsasən mənzilin 90300(doxsan min üç yüz) manat dəyərinin Nyaz tərəfindən ödənilməsi göstərilmişdir. Niyazla olan razılaşmaya görə müqavilə Niyazda qalacaq və o, avtomobilin pulunu tam şəkildə ödədikdən sonra müqaviləyə xitam veriləcək və ev yenidən onun adma keçəcək. Bundan sonra Niyaz özünə məxsus avtomaşını elə oradaca ona verərək getmiş, o isə Niyazdan xəbərsiz həmin avtomaşını Telmanın onun təqdim etdiyi adamın adına sənədləşdirib avtomaşını Telmana vermişdir. Telman onun Niyazi aldadaraq avtomaşınını ələ keçirməsini bilməmişdir. Bundan bir ay sonra Niyaz onun istifadəsində olan mobil telefon nömrələrinə zəng vuraraq danışdıqları kimi avtomobilin birinci mərhələ ödənişini etməsini xahiş etdikdə Niyaza hal-hazırda maddi vəziyyətinin yaxşı olmadığını bildirib bəhanələr gətirməyə başlamış, lakin Niyaza elə həmin gün artıq avtomaşını Telmana satdığını bildirməmişdir. Bir müddət keçdikdən sonra Mövləddin ona zəng vuraraq əyər avtomaşını və ya pulunu Niyaza verməyəcəyi halda Niyazin onun barəsində polisə şikayət edəcəyini bildirdikdə bir qədər qorxuya düşmüş və borc-xərc edib 3500 ABŞ dolları düzədərək Mövləddinlə görüşərək həmin pulu ona verərək Niyazla görüşüb qeyd olunan məbləği ona verməsini xahiş edərək pulun qalan hissəsini də tezliklə ona qaytaracağını bildirmişdir. Mövləddin həmin pulu ondan alaraq Niyazla görüşüb ona vermiş, daha sonra yenə Niyazin pulunu qaytara bilməmiş, eyni vaxtda isə müəyyən olunmuşdur ki, Niyaza təqdim etdiyi mənzil də problemlidir, hər mənzil bir neçə adama satılıb və bu barədə cinayət işi istintaq olunur. Buna görə də Niyaz ondan avtomaşınının əvəzinə çıxarışlı mənzil təqdim etməsini, əks halda şikayət edəcəyini bildirdikdə Niyazla görüşüb ondan şikayət etməməsini xahiş edərək Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən fərdi yaşayış evini ona göstərərək həmin evi bəyənəcəyi təqdirdə qeyd olunan evi onun adına keçirə biləcəyini bildirmişdir. Niyaz və Mövləddin Corat qəsəbəsinə gəlmiş və onlarla görüşüb özünə məxsus Corat qəsəbəsində yerləşən 220 saylı evi ona göstərib həmin evin özünə məxsus olduğunu, istərsə onun adına keçirə biləcəyini bildirmiş. Niyaz razılaşmışdır. Niyaza bir neçə gün ərzində sənədləşməni həll edib ona məlumat verəcəyini bildirmiş, həmin vaxt artıq 2015-ci ilin noyabr ayı olmuş, Niyaz ilə danışdıqdan bir neçə gün sonra ona zəng vuraraq evinin sənədlərinin Sovet dövründən qaldığını, bu günə qədər həmin evə görə çıxarış alınmadığını, çıxarış almaq üçün müəyyən məbləğ pul lazım olduğunu, lakin hal-hazırda imkanının olmadığını bildirib sənədləşməni aparmaq üçün ona 600 manat pul verməsini xahiş etmiş, Niyaz ona inanaraq Sumqayıt şəhərində yaşayan Fərid adlı tanışı vasitəsi ilə ona 600 manat pul göndərmişdir. Evin sənədlərini düzəltmək istərkən evinin dəyərinin 70.000 manatdan artıq olduğunu və evi Niyazin adma keçirərsə xeyli zərərə düşəcəyini öyrənib Niyaza evinin onun adına keçirilməsi əvəzində əlavə olaraq ona 35.000 manat da pul verməsini təklif etmiş, lakin Niyaz bununla razılaşmamış və həmin vaxtdan sonra o, "xxxx" MTK-nın podratçı şirkəti olan “X24” MMC tərəfindən inşa edilən Sumqayıt şəhəri Sülh və H.Əliyev küçələrinin kəsişməsində yerləşən, 36-cı məhəllədə inşa edilən 17 mərtəbəli binanın 1-ci bloku, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129 kvadrat metr olan 32 saylı, 3 otaqlı mənzili məhkəmə yolu ilə almaq istərkən Telmanın mənzilə görə vermiş olduğu sənədlərin heç bir hüquqi əsası olmaması və Telmanın xeyli camaatı şəriki Şakir adlı şəxslə birlikdə aldadaraq bir mənzili bir neçə nəfərə salması müəyyən olunmuşdur. Bununla bağlı başlanmış cinayət işi üzrə Şakir və Telman həbs olunmuş və 2018-ci ildə Telman Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. Şakir isə azadlıqdan məhrum etmə cəzası aldıqdan bir müddət sonra cəzaçəkmə müəssisəsində vəfat elmişdir. Cinayəti tək törətmiş, Telmanın onun Niyazi aldadaraq avtomaşınını ələ keçirməsindən xəbəri olmamış, həmçinin Mövləddinin də onun Niyazin avtomaşınını ələ keçirmək niyyətində olmasından xəbəri olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Mövləddin Məmmədhadıyeviçlə 2012-2015-ci illər ərzində birlikdə tikinti şirkəti olan "xxxx" MMC-də işləmiş, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs isə Mövləddin vasitəsi ilə tanımışdır. Belə ki, Mövləddinlə birlikdə işləyən zaman 2015-ci ilin aprel ayında özünə məxsus “Mersedes Benz ML-350’' markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istədiyini bildirmiş. Mövləddin tanışı Təqsirləndirilən şəxs avtomobil alqı-satqısı ilə məşğul olduğunu qeyd edərək, onun vasitəsi ilə avtomobilini baha qiymətə sata biləcəyini demişdir. 16 aprel 2015-ci il tarixdə, səhər saatlarında Mövləddinlə birlikdə Bakı şəhərindən Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən adını xatırlamadığı kafelərin birinə gəlmiş, Şirinağa artıq həmin kafedə onları gözləmiş, Şirinağaya özünə məxsus Mersedes Benz ML-350” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobili təqdim edərək həmin avtomobili nəğd 30.000 ABŞ dollarına satmaq niyyətində olduğunu bildirdikdə Şirinağa avtomobilə ətraflı baxdıqdan sonra avtomobili özü almaq istədiyini, lakin pulunu ona hissə-hissə verə biləcəyini bildirmişdir. Şirinağaya belə olan halda avtomobili 30.000 manata deyil, maya dəyərindən bir qədər artıq qiymətə, yəni 35.000 manata satacağını bildirmiş, Şirinağa razılaşaraq "xxxx" MTK-nın podratçı şirkəti olan “X24” MMC tərəfindən inşa edilən Sumqayıt şəhəri Sülh və H.Əliyev küçələrinin kəsişməsində yerləşən, 36-cı məhəllədə inşa edilən 17 mərtəbəli binanın 1-ci bloku, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129 kvadrat metr olan 32 saylı, 3 otaqlı mənzili girov qismində 35.000 ABŞ dollarını ona tam ödəyənədək müqavilə əsasında onun adına keçirə biləcəyini bildirmişdir. Həmin mənzilin avtomobilimin dəyərindən dəfələrlə üstün olduğunu, həmçinin Şirinağanın Mövludun dostu olduğunu nəzərə alıb Şirinağanın onu aldadacağını ümumiyyətlə ağlından da keçirməyib onunla razılaşmış və elə həmin gün o, Mövləddin və Şirinağa Sumqayıt şəhəri Sülh prospektində yerləşən notariat kontoruna gedərək Şirinağaya özünə məxsus Mersedes Benz ML-350” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərəncam hüququna dair baş etibarnamə vermişdir. Bundan sonra o, Şirinağadan həmin mənzili ona göstərməsini xahiş etmiş. Şirinağa ilə birlikdə Sumqayıt şəhəri, Sülh və H.Əliyev küçələrinin kəsişməsində yeləşən, 36-cı məhəllədə inşa edilən 17 mərtəbəli binanın həyətinə getmiş, Şirinağa inşa olunmaqda olan binanı ona göstərərək tikinti işlərinin sürətlə getdiyini bildirmişdir. Bundan sonra onlar həmin binanın yaxınlığında yerləşən, hazırda adım xatırlamadığı kafelərin birinə girmiş, orada Şirinağadan evin müqaviləsini təqdim etməsini xahiş etdikidə Şirinağa Telman adlı şəxsə zəng vuraraq oturduqları yerə gəlməsini xahiş etmiş, bir neçə dəqiqədən sonra həmin kafeyə ilk dəfə gördüyü bir nəfər şəxs daxil olmuş. Şirinağa həmin şəxsi binanın sahibi Şahid4 olduğunu bildirmişdir. Telman onlarla salamlaşdıqdan sonra ondan şəxsiyyətini təsdiq edən sənədi istəmiş. Telmana şəxsiyyət vəsiqəsini verdikdən sonra o, özü ilə gətirdiyi boş müqavilə blankını doldurmuş və mənzilin borcu olmaması barədə maliyyə arayışı verərək ona imza edib möhürü ilə təsdiq etmişdir. Müqavilə o və Şahid4 tərəfindən imzalanmış, tərtib olunmuş 28 saylı müqaviləyə əsasən mənzilin 90300(doxsan min üç yüz) manat dəyərinin onun tərəfindən ödənilməsi göstərilmişdir. Şirinağanın deməsinə görə o, avtomobilin pulunu tam şəkildə ödədikdən sonra müqaviləyə xitam veriləcək və ev yenidən onun adına keçəcək. Daha sonra özünə məxsus avtomaşını elə oradaca Şirinağaya vermiş, özü isə Mövləddinlə birlikdə onun idarə etdiyi “Niva" markalı avtomaşınla yaşadığı Bakı şəhərinə qayıtmışdır. Bundan bir ay sonra o, Şirinağanın istifadəsində olan ***-***-**-** və ***-***-**- ** saylı mobil telefon nömrələrinə zəng vuraraq danışdıqları kimi avtomobilin birinci mərhələ ödənişini etməsini xahiş etdikdə Şirinağa gözləmədiyi halda hal-hazırda maddi vəziyyətinin qənaətbəxş olmadığını qeyd elmiş, bir neçə gündən sonra ona yenidən zəng vurmuş. Şirinağa isə yenə də imkanının olmadığını bildirmişdir. Növbəti aylarda da Şirinağanın onu aldatdığını və pulu ödəmək fikrində olmadığından əmin olduqda Mövləddinə zəng vurmuş və vəziyyəti ona danışıb pulunu ödəməyəcəyi halda Şirinağa barəsində şikayət edəcəyini bildirmiş, bir neçə gün sonra Mövləddin ona zəng vuraraq Şirinağanın 3500 ABŞ dolları göndərdiyini qeyd edərək Xırdalan şəhərinə gəlib pulu aparmasını xahiş elmiş. Xırdalan şəhərində “Xirdalan dairəsi” adlanan yerdə Mövləddinlə görüşərək 3500 ABŞ dolları pulu ondan almışdır. Bundan bir neçə gün sonra Şirinağaya zəng vuraraq avtomobilin pulunu verə bilmirsə avtomobilini ona qaytarmasını tələb etmiş. Şirinağa isə ona avtomaşını başqa bir şəxsə verdiyini və həmin şəxsi tapa bilmədiyini bildirmişdir. Bundan sonra Şirinağanın onu aldatmasından şübhələndiyindən onun təqdim etdiyi mənzillə maraqlanmış və həmin "xxxx" MTK və “X24” MMC tərəfindən tikilmiş mənzillərin problemli olması, hər mənzilin bir neçə adama satılması və bu barədə cinayət işinin istintaq olunduğunu öyrənmişdir. Buna görə də Şirinağadan ona avtomaşının əvəzinə çıxarışlı mənzil təqdim etməsini tələb edərək əks halda ondan şikayət edəcəyini bildirmiş. Şirinağa ondan şikayət emtəməyi xahiş edərək Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən fərdi yaşayış evini ona göstərərək həmin evi bəyənəcəyi təqdirdə qeyd olunan onun adına keçirə biləcəyini bildirmişdir. Şirinağa və dostu Nurəddinlə birlikdə Corat qəsəbəsinə getmiş və Şirinağa ona bir ev göstərərək həmin evin ona məxsus olduğunu bildirmiş, çarəsiz qalıb evin onun adına keçirməsinə razılıq vermiş, Şirinağa bir neçə gün ərzində sənədləşməni həll edib ona məlumat verəcəyini qeyd etmişdir. Bundan bir neçə gün sonra, yəni təxminən 2015-ci ilin oktyabr-noyabr aylarında Niyaz ona zəng vuraraq evinin sənədlərinin Sovet dövründən qaldığını, bu günə qədər həmin evə görə çıxarış alınmadığım, çıxarış almaq üçün müəyyən məbləğ pul lazım olduğunu, lakin halhazırda imkanının olmadığını bildirib sənədləşməni aparmaq üçün ona 600 manat pul verməsini xahiş etmiş, yenə Şirinağaya inanmış və Sumqayıt şəhərində yaşayan Fərid adlı tanışına zəng vuraraq ona Şirinağanın telefon nömrəsini verib onunla görüşüb 600 manat pulu verməsini xahiş etmişdir. Həmin gün Fərid Şirinağa ilə Corat qəsəbəsində görüşərək ona 600 manat pul vermiş, bundan bir neçə gün sonra isə o, Fəridlə Bakı şəhərində görüşüb 600 manatı ona qaytarmışdır. Bir müddət gözlədikdən sonra Şirinağaya zəng vurub evin sənədləşməsinin nə yerdə olduğunu soruşduqda o, müəyyən problemlərin çıxdığım, bu səbəbdən də evin çıxarışını hal-hazıra kimi ala bilmədiyini bildirdikdə Şirinağanın yenə onu aldatdığını başa düşüb 18 dekabr 2015-ci il tarixdə Bakı şəhəri 487 saylı notariat kontoru vasitəsi ilə Şirinağanın adına avtomobilinə görə vermiş olduğu baş etibarnaməni ləğv etdirmiş və DYP-nə müraciət edib avtomaşını axtarışa vermişdir. Daha sonra Şirinağanın onu aldatdığını görüb “X24” MMC-ni məhkəməyə vermiş və Sumqayıt şəhər məhkəməsinin qətnaməsinə əsasən Sumqayıt şəhəri Sülh və H.Əliyev küçələrinin kəsişməsində yerləşən, 36-cı məhəllədə inşa edilən 17 mərtəbəli binanın 1-ci bloku, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129 kvadrat metr olan 32 saylı mənzilin mülkiyyətçisi kimi tanınmışdır. Qətnamə icra olunması üçün Sumqayıt şəhər icra xidmətinə yönəlmiş, bir müddət sonra icraçı Taleh Mustafayev tərəfindən müəyyən ölünmüşdür ki, həmin mənzil “X24” MMC-nə deyil, "xxxx" MTK- na məxsusdur. Bu səbəbdən də "xxxx" MTK Sumqayıt şəhər məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermiş, nəticədə Sumqayıt şəhər Apelyasiya məhkəməsi onun xeyrinə çıxarılmış Sumqayıt şəhər məhkəməsinin qətnaməsini ləğv etmiş və Şahid4 barədə xüsusi qərardad çıxararaq araşdırma aparılması üçün Sumqayıt şəhər prokurorluğuna göndərilmişdir. Eyni zamanda tərəflərindən verilmiş mülki iddianı müdafiə edərək Təqsirləndirilən şəxs 33.236 ABŞ dolları maddi ziyanın əvəzi, illik 5 faiz məbləğində 12.250 ABŞ dolları borc, 326 manat ödənilmiş dövlət rüsumunun və hüquqlarını müdafiə edən vəkilə ödədiyi 1500 manat məbləğində, cəmi olaraq 45.486 ABŞ dolları və 1826 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş edir. Ona dəymiş maddi ziyandan cəmi 6500 manat ödənilmişdir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2010-cu ildən işlə əlaqədar tanış olmuş və həmin vaxtdan aralarında dostluq münasibətləri yaranmışdır. Təxminən 2015-ci ilin aprel ayının ortalarında Niyazla oturub söhbət edərkən o, özünə məxsus olan 2008-ci il buraxılışlı “Mersedes Benz ML 350” markalı, **-ZE-*** nömrə nişanlı avtomaşını satmaq istədiyini, bir nəfər Şirinağa adlı şəxslə həmin avtomaşının pulu bir neçə dəfəyə verilmək şərti ilə alqı-satqıya razılaşdıqlarını, həmin avtomobili alan Şirinağanın pulu verənədək Sumqayıt şəhərində yerləşən yeni tikilidə olan yaşayış binasında olan mənzilini onun adana keçirərək girov qismində qoyacağını bidirmiş, bundan bir neçə ay sonra, yəni 2015-ci ilin oktyabr-noyabr aylarında Niyaz ona zəng vuraraq avtomaşını satmış olduğu Şirinağa adlı şəxsin ondan aldığı avtomaşın əvəzinə ona Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən fərdi evini verəcəyini, həmin evin sənədlərinin Sovet dövründə rəsmiləşdirilməsi ilə əlaqədar yeni çıxarış alaraq evin onun adma keçirilməsi üçün Şirinağaya 600 manat pul vermək lazm olduğunu bildirib özünün yaşadığı Bakı şəhərindən Sumqayıt şəhərinə gəlməməsi üçün Şirinağa ilə görüşüb ona 600 manat verməsini xahiş etmiş, elə həmən gün Niyazin ona verdiyi, hal-hazırda xatırlamadığı telefon nömrəsinə zəng vuraraq Niyazdan istəmiş olduğu 600 manatı ona vermək istədiyini bildirmiş, Şirinağa hal-hazırda Corat qəsəbəsində olduğunu bildirdikdə onunla təklikdə Corat qəsəbəsində yerləşən adını unutduğu parkda görüşərək 600 manat pulu həmin ilk dəfə gördüyü Şirinağa adlı şəxsə vermişdir. Şirinağa pulu ondan alarkən tezliklə evinin sənədlərini yeniləyərək Niyazin adına keçirəcəyini bildirmiş, bir neçə gündən sonra Niyazla görüşdükdə ona 600 manat pulu qaytarmışdır. Lakin bundan bir müddət sonra Niyazla görüşüb söhbət edərkən ona məlum olmuşdur ki, Şirinağa adlı şəxs onu aldadıb özünün olmayan mənzili guya ona girov qoymaqla “Mersedes Benz ML 350" markalı, **-ZE-*** nömrə nişanlı avtomaşınını ələ keçirmiş və həmin avtomaşına görə Niyaza bir manat da olsa pul verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun dostudur. Mövləddini isə 2012-ci ildən tanıyır. Mövləddin Niyazla birgə işləmiş və Mövləddini də onun vasitəsi ilə tanımışdır. Təxminən 2015-ci ilin aprel ayının ortalarında Niyaz və Mövləddinlə oturub söhbət edərkən o, özünə məxsus olan 2008-ci il buraxılışlı “Mersedes Benz ML 350” markalı, **-ZE-*** nömrə nişanlı avtomaşını satmaq istədiyini, əvəzinə təzə maşın almaq istədiyini bildirdi. Mövləddin tanışı Təqsirləndirilən şəxs avtomobil alqı-satqısı ilə məşğul olduğunu qeyd edərək onun vasitəsi ilə avtomobili baha qiymətə sata biləcəyini bildirmişdir. Həmin ayda Niyaz Mövləddinlə birlikdə Şirinağa ilə Sumqayıt şəhəri Corat qəsəbəsində görüşməsindən xəbərdar olmuşdur. Sonra o, Niyazla Bakı şəhərində görüşdükdə sonuncunun Şirinağa adlı şəxslə Corat qəsəbəsində yerləşən kafedə görüşdüyünü, Şirinağaya özünə məxsus Mersedes Benz ML-350” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobili təqdim edərək həmin avtomobili nəğd 30.000 ABŞ dollarına satmaq niyyətində olduğunu, Şirinağa avtomobilə ətraflı baxdıqdan sonra avtomobili özü almaq istədiyini, lakin pulunu Niyaza hissə-hissə verə biləcəyi barədə bildirmiş, nisyə olduğu üçün Niyazi avtomobili 30.000 dollara deyil, maya dəyərindən bir qədər artıq qiymətə yəni 35.000 ABŞ dollara Şirinağa ilə razılaşmış, "xxxx" MTK-nın podratçı şirkəti olan “X24” MMC tərəfindən inşa edilən Sumqayıt şəhəri Sülh və H.Əliyev küçələrinin kəsişməsində yerləşən 3 otaqlı mənzili girov qismində 35.000 ABŞ dollarını ona tam ödəyənədək müqavilə əsasında onun adına keçirdiyini bildirmişdir. Belə ki, Niyazinin bildirdiyinə görə o, Mövləddin və Şirinağa Sumqayıt şəhəri Sülh prospektində yerləşən notariat kontoruna getdiklərini və Niyazi, Şirinağaya “Mersedes Benz ML-350” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərəncam hüququna dair baş etibarnamə vermiş, Şirinağa inşa olunmaqda olan binanı Niyaziyə göstərərək tikinti işlərinin sürətlə getdiyini bildirmiş, bundan sonra həmin binanın yaxınlığında yerləşən kafelərin birində özünü MTK-nın sədri kimi təqdim edən Şahid4 ilə görüşdüklərini, daha sonra Telmanın özü ilə gətirdiyi boş müqavilə blankını doldurub mənzilin borcu olmaması barədə maliyyə arayışı verərək ona imza edərək möhürü ilə təsdiq etdiyini, müqavilənin o və Şahid4 tərəfindən imzalandığını danışıb həmin müqaviləni ona göstərdi. Şirinağanın Niyaza deməsinə görə müqavilə o, avtomobilin pulunu tam şəkildə ödədikdən sonra müqaviləyə xitam veriləcək və ev yenidən onun adına keçəcəkdir. O, bu vaxta qədər şəxsən Şirinağanı görməmiş, lakin Niyazın Mövləddinlə söhbətlərində iştirak etmişdir, həmçinin Niyaz ona Şirinağa ilə olan söhbətləri danışmış, hal-hazıra kimi də Şirinağa Niyazın pulunu qaytarmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Məhəmmədhadıyeviç ifadəsində göstərdi ki, Niyazla bir şirkətdə işləmişlər. Təqsirləndirilən şəxs isə idmanla məşğul olması ilə əlaqədar Sumqayıt şəhərində yerləşən “Paralimpiya” idman zalında təmir-tikinti işləri ilə məşğul olan şəxs kimi tanımışdır. Niyazla birlikdə işləyən zaman Niyaz özünə məxsus “Mersedes Benz ML-350” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobili bir az baha qiymətə satmaq istədiyini bildirmiş, Şirinağa da ona əvvəlcədən avtomobil ilə ev dəyişdiyini bildirdiyindən onun ağlına Şirinağaya zəng etmək gəlmişdir. Şirinağa ona avtomobilə baxıb rəhbərliklə danışılmalı olduğunu bildirmişdir. Daha sonra onlar görüşmüş, Şirinağa avtomobili bəyəndikdən sonra avtomobili alacaqlarını, lakin pulunu ona 3 ay ərzində hissəhissə verəcəyini bildirmiş, əvəzində evi girov qismində qoymuşdur. Həmin vaxt Şirinağa Telmana zəng edərək oraya gəlməsini bildirmişdir. Ev ilə bağlı danışıqlar, sənədləşmələr Telman ilə aparılmışdır. Lakin Telmanı tanımadıqlarından avtomobili Şirinağanın adına sənədləşdirmişlər. 3 ay keçdikdən sonra pul ödənilmədiyindən Niyaz Şirinağaya zəng edərək danışmış, Şirinağa ona maddi vəziyyətinin yaxşı olmadığını bildirərək ona pulun əvəzinə özünə məxsus olan evi verməyi təklif etmişdir. Niyaz əvvəlcə evi bəyənməsə də sonra razılıq vermiş, sənədləşmə üçün Şirinağaya pul vermiş, lakin pulun verilməsində o iştirak etməmiş, bu barədə sonradan məlumatı olmuşdur. Həmin evin sənədləşməsində problem olduğundan Niyaz evi istəməmiş, pulunu tələb etmiş, lakin pul ona qaytarılmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, həmin ünvanda tikilmiş binanın tikintisinə rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs həmin bina ilə üzbəüz olan binada yaşayırdı. Onu sonradan tanımış, Şirinağa ona tikinti üçün təmir-tikinti materialları vermişdir. Həmçinin Şirinağa ona bəzən ev ilə dəyişmək üçün avtomobillər tapılmasında köməklik etmişdir. Həmin vaxt Şirinağa Niyaza məxsus olan avtomobili gətirmiş, o da əvəzində mənzilin girov qoyulması ilə bağlı Niyazla müqavilə bağlamışdır. Niyazla müqavilə bağladığı ev MTK-ya məxsus olmuşdur, həmin evin Şirinağaya aidiyyatı yoxdur. Mənzilin əvəzinə verilən avtomobil üçün Şirinağanın adına etibarnamə verilmişdir. Avtomobilin əvəzində Niyaza mənzil, ya da tikinti başa çatdıqdan sonra mənzili satıb pulunu verəcəyi barədə razılıq olmuşdur. sadəcə bu işdə vasitəçilik etmişdir. Sonunda Şirinağaya köməklik etdiyinə görə mənzillər veriləcəkdir. İstintaq zamanı verilən ifadəsi ilə razı deyildir, ifadəni oxumamış və o imza etməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* saylı cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs zərərçəkmiş, Müdafiəçi1 zərərçəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi kimi tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.1 178.2.2 və 178.2.4-cü maddələrindən həmin məcəllənin 178.2.4-cü maddəsinə tövsif olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gələrək özünü təqdim etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1060 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1061 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı-xx.xx.1965-ci il təvəllüdlü X14, qızı-xx.xx.1990-cı il təvəllüdlü X2, qızı-xx.xx.1991-ci il təvəllüdlü X9, qızıxx.xx.1993-cü il təvəllüdlü X6, oğlu-xx.xx.2002-ci il təvəllüdlü X20 oğlu, nəvəsi-xx.xx.2011ci il təvəllüdlü X10, nəvəsi-xx.xx.2014-cü il təvəllüdlü X11, nəvəsi-xx.xx.2016-cı il təvəllüdlü X3 ibarətdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarından görünür ki, Şahid4 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 706/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2, 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası CinayətMəcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə, CM-nin 178.3.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 313-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-795/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-nin 178..3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası və həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən əlavə cəza 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası, CM-nin 308.1-ci maddəsi ilə 1 (bir) 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X28 İdarəsi tərəfindən verilmiş 016-302-5632-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Mersedes ML-350 markalı 90ZE126 dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2015-ci il tarixdə Zərərçəkmiş şəxs adına qeydiyyatda olmuş və xx.xx.2015-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. xx.xx.2015-ci il tarixdə 699279 nömrəli hesab arayışa əsasən X4 adına keçərək 90TU969 dövlət qeydiyyat nişanı almışdır və xx.xx.2018- ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. xx.xx.2018-ci il tarixdə 770945 nömrəli hesab arayışa əsasən X13 adına keçmişdir və xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsinə əsasən X7 adına keçmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5429 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 2008-ci il istehsal tarixli, “Mersedes Benz ML 350” markalı avtomobilin normal vəziyyətdə 2015-ci ilin aprel ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 28.000 manat müəyyən olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus Mersedes Benz ML-350” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ələ keçirilməsi faktı üzrə Şahid4 iştirakı sübuta yetmədiyindən ona Azərbaycan Respublikası CM-nin 178.2.1. 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham elan olunması rədd edilmiş, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini tək törətməsi, həmin cinayət əməlini törədərkən hər hansı bir səlahiyyəti olan şəxs statusuna malik olmaması və törətmiş olduğu cinayətin onun qulluq mövqeyi ilə əlaqədar olmaması nəzərə alınmaqla ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.3-cü maddələri ilə ittiham elan olunması rədd edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə yenidən ittiham elan olunarkən 2008-ci il istehsal tarixli, “Mersedes Benz ML 350” markalı avtomobilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 avqust 2022-ci il tarixli, 9\5429 saylı ekspertiza rəyində göstərilən qiymət-28.000 manat əsas götürülmüş, Zərərçəkmiş şəxs məxsus “Mersedes Benz ML 350” markalı avtomobilin ələ keçirilməsi faktı üzrə Şahid3 Məhəmmədhadıyeviçə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan edilməsi rədd edilmiş, Şahid4 tərəfindən Zərərçəkmiş şəxs adına saxta maliyyə arayışı verilməsi faktında Azərbaycan Respublikası CM-in 320-ci maddəsinin tərkib əlamətləri olsa da. hadisənin 2015-ci ildə baş verməsi, həmçinin onun ərizə ilə müraciət edərək qeyd olunan əməlinə görə bəraətverici əsaslar olmadan məsuliyyətdən azad olunmasını xahiş etməsi nəzərə alınmaqla Şahid4 məsuliyyətə cəlb etmə müddəti bitdiyindən ona həmin maddə ilə ittiham elan olunması rədd olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri 48 saylı notariat ofisində xx.xx.2015-ci il tarixdə Təqsirləndirilən şəxs 7E- 702158 reyestrli etibarnamə vermişdir. Həmin etibarnamə əsasında Təqsirləndirilən şəxs Sumqayıt şəhər 4 saylı notariat ofisində xx.xx.2015-ci il tarixdə Şahid5 17622 reyestr nömrəsi ilə etibarnamə vermiş, xx.xx.2015-ci il tarixdə etibarnaməyə xitam verilmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs tərəfindən cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia verilmişdir. Mülki iddia barədə ərizəyə əsasən 33.236 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası manatının məzənnəsi nəzərə alınmaqla) maddi ziyanın əvəzi, Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış illik 5 faiz məbləğində 12.250 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası manatının məzənnəsi nəzərə alınmaqla) borc, 326 manat ödənilmiş dövlət rüsumunun, eyni zamanda hüquqlarını müdafiə edən vəkilə ödədiyi 1500 manat məbləğində, cəmi olaraq 45.486 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası manatının məzənnəsi nəzərə alınmaqla) və 1826 manat məbləğində pulun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsini xahiş etmişdir. İş materiallarında olan qəbzdən görünür ki, X26 oğlu Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə (cinayət işi hazırda Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir) Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs cinayət yolu ilə vurulmuş 35.000 ABŞ dolları (cinayətin törədildiyi vaxta Azərbaycan manatına olan məzənnəsi 36.788,5 manat təşkil edən) maddi ziyandan 3000 (üç min) manat məbləğini cinayət işi üzrə Zərərçəkmiş şəxs vəkili və nümayəndəsi Müdafiəçi1 xx.xx.2022-ci il tarixdə vermişdir. 2022-ci ilin sonunadək cinayət nəticəsində dəymiş maddi ziyanın tam olaraq qaytarılmasını öz öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, təqsirləndirilən şəxsin məhkəmədə ifadəsində göstərdiyi xüsusatlarla bağlı məhkəmə qeyd edir ki, işin araşdırılan hallarında görünür ki, Zərərçəkmiş şəxs avtomobilini məhz Təqsirləndirilən şəxs etibar edərək bütün səhiyyətləri ona vermiş, sonuncu da öz növbəsində həmin avtomobili başqa şəxsin adına rəsmiləşdirməklə dəyərini ələ keçirmiş, aldatmanı pərdələmək məqsədi ilə Niyazi Orucovun adına mənzilə hər hansı hüquq verməyən sənəd imzalamaqla müqavilə münasibətlərin görkəmini yaratmış, bundan sonra Təqsirləndirilən şəxs öz əməlini davam olaraq pulun ödənilməsinin mümkünsüzlüyünü əsas gətirməklə adına olan evin rəsmiləşdirilməsi məqsədi ilə onu aldadaraq yenidən 600 manat pul almış, daha sonra pulun bir qismini qaytarmaqla cinayət məsuliyyətdən yayınmağa çalışmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Lakin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasından göründüyü kimi həmin maddədə nəzərdə tutulan cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli sübuta yetirildiyindən, lakin cəlbetmə müddəti ötdüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə təqsirli bilinməli, cəlbetmə müddəti keçdiyi üçün ona cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə etməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-736/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli, 1409 saylı orderə əsasən vəkil Müdafiəçi3 onun vəkili təyin etmişdir. Müdafiəçi3 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 18 (on səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia verilmişdir. Mülki iddia barədə ərizəyə əsasən 33.236 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası manatının məzənnəsi nəzərə alınmaqla) maddi ziyanın əvəzi, Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış illik 5 faiz məbləğində 12.250 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası manatının məzənnəsi nəzərə alınmaqla) borc, 326 manat ödənilmiş dövlət rüsumunun, eyni zamanda hüquqlarını müdafiə edən vəkilə ödədiyi 1500 manat məbləğində, cəmi olaraq 45.486 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası manatının məzənnəsi nəzərə alınmaqla) və 1826 manat məbləğində pulun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Məhkəmədə Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs mülki iddiada qeyd edilən miqdarda deyil, ittihamla müəyyən edilən miqdarda, yəni 28600 manat maddi ziyan vurulması təsdiq edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyandan istintaq zamanı Zərərçəkmiş şəxs 3500 manat, məhkəmə gedişatı zamanı isə 3000 manat ödənilmişdir. Buna görə də iş materiallarında kifayət qədər sübutlar olduğu üçün mülki iddia qismən təmin edilməlidir. Əvvəla məhkəmə qeyd edir ki, bütün alqı-satqı münasibətləri yalnız Azərbaycan manatı ilə həyata keçirilməlidir. ittihamda qeyd olunan məbləğ təsdiq edildiyindən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ödədiyi 6500 manat nəzərə alınmaqla, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə 22100 manat zərərin əvəzi olaraq, 326 (üç yüz iyirmi altı) manat ödənilmiş dövlət rüsumu və mülki iddia hissəsində vəkilin göstərdiyi yardıma görə150 manat xərcin tutulmasını ağlabatan hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 22100 (iyirmi iki min yüz) manat maddi ziyan, ödənilmiş 326 (üç yüz iyirmi altı) manat dövlət rüsumu və hüquqlarının müdafiəsinin təmini məqsədilə çəkilmiş 150 (bir yüz əlli) manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardım görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar