Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-66/2024 29.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə Nəciməddin qızının Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Laçın şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində 02 azyaşlı övladı var), ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-177/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə 2022-ci ilin may ayının ortalarında cinayətdən xəbərsiz Şahid2 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs3 oğlu Əlvan Mamedovu işə düzəldilməsində köməklik göstərməsi ilə əlaqədar özünə müraciətindən sonra sonuncunu Azərbaycan Respublikası FHN-nin Ağacabədi rayonunda yerləşən Yanğından mühafizə hissəsinə yanğınsöndürən vəzifəsinə işə düzəldəcəyinə köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Azərbaycan Respublikası FHN-nin inzibati binasının yaxınlığında 4200 manat, xx.xx.2022-ci il tarixdə saat 16:07 radələrində Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində yerləşən “Planet” marketdə quraşdırılmış “Million” ödəniş terminalı vasitəsi ilə Şahid3 adına olan "xxxx" ASC-yə aid **********612594 nömrəli kart hesabına köçürdüyü 2805 manat, xx.xx.2022-ci il tarixdə saat 12:59 radələrində Ağcabədi rayonunda yerləşən “Karol” marketdə quraşdırılmış “EManat” ödəniş terminalı vasitəsi ilə X2 adına olan "xxxx" ASC-yə aid 409809xxxxxx8083 nömrəli kart hesabına köçürdüyü 268 manat, ümumilikdə 7273 (yeddi min iki yüz yetmiş üç) manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri Suraxanı rayonu Bahar qəsəbəsindəki fərdi evinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən çıxarış alınmasına dair yalan vəd verib aldadaraq, həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə yaşadığı evdə 700 manat, xx.xx.2023-cü il tarixdə saat 18:00da Bakı şəhəri Xətai rayonu 36 saylı Notariusda yerləşən «Milliön» ödəniş aparatı vasitəsi ilə onun istifadəsində adma olan “Kapital Bank ASC”-yə aid **********032338 nömrəli kart hesabına köçürtdüyü 300 manat, xx.xx.2023-cü il tarixdə saat 13:22-də Bakı şəhəri Nizami rayonu «Bravo» Hipermarketin içərisində yerləşən «Milliön» ödəniş terminal vasitəsi ilə həmin bank kart nömrəsinə köçürtdüyü 450 manat olmaqla, ümumilikdə 1450 (bir min dörd yüz əlli) manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 yaşadığı Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən qeyri- yaşayış sahəsinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən çıxarış alınmasına dair yalan vəd verib aldadaraq, həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs2 2023-cü ilin mart ayının sonlarında, dəqiq tarix məlum olmayan vaxtda Abşeron rayonu ərazisində yerləşən Binəqədi Gənclər Şəhərciyinin həyətində 5000 manat, 2023-cü ilin aprel ayının əvvəllərində, dəqiq tarixi məlum olmayan vaxtda Sumqayıt şəhəri, 6-cı mikrorayon, 33 c nömrəli binanın qarşısında 1550 manat, xx.xx.2023-cü il tarixdə saat 18:51 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon, C.Məmmədquluzadə küçəsində yerləşən “Elmar” marketdə quraşdırılmış “Milliön” ödəniş terminalı vasitəsi ilə onun istifadəsində adma olan “Kapital Bank ASC”-yə aid **********032338 nömrəli kart hesabına köçürdüyü 630 manat olmaqla, ümumilikdə 7180 (yeddi min yüz səksən) manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirdi ki, Zərərçəkmiş şəxs3 2022-ci ilin may ayında tanışı Ağcabədi rayon sakini Şahid2 vasitəsi ilə tanımış, 2022-ci ilin may ayının əvvəllərində Arzu Abşeron rayonunda yerləşən onun yaşadığı evə gəlmiş, söhbət zamanı Arzu ona tanışı Sərdarın oğlunu FHN-nə işi düzəltmək lazım olduğunu demişdir. Özü isə Arzuya həmin işi həll edə biləcəyini bildirmişdir. Təxminən bir neçə gün sonra Sərdar istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib, nömrəni Arzudan aldığını və oğlunun işi üçün zəng etdiyini demişdir. O, Sərdara heç bir problem olmadığını, sonuncunun övladını FHN-nə işə düzəldəcəyini demişdir. Buna görə o, Sərdara Arzunun vasitəsi ilə 7200 manat müqabilində həll edəcəyini demişdir. 13 may 2022-ci il tarixdə Sərdar, Namiq və İlqar adlı şəxslə birlikdə Bakı şəhərinə getmiş, şəhərdə FHN-nin inzibati binasının qarşısında o, onlarla görüşmüş, həmin vaxt Sərdar ona 4000 manat məbləğində pul vermiş, qalan pulu isə kartla göndərəcəyini demişdir. Bundan sonra onlar sağollaşaraq ayrılmışlar. 18 may 2022-ci il tarixdə saat 16 radələrində o, Sərdarın istifadəsində olan mobil nömrəsinin vatsapına kart nömrəsi atmış və həmin kart hesabına 2805 manat məbləğində pulun göndərməsini istəmişdir. O, Sərdara oğlunun işini demək olar ki, hazır olduğunu demişdir. Həmin kart Şahid3 adına olan kart olmuşdur. Belə ki, o, həmin vaxt Eldəniz adlı tanışından ona pul göndəriləcəyini bildirib bu işdə köməklik edib bank kartı tapmasını xahiş etmiş, Eldəniz də bu barədə zəng edib «Qala» restoranında işləyən tanışı Şahid3 bildirmiş, sonuncu da etiraz etməmişdir. Daha sonra o Eldənizlə birlikdə həmin restorana getmişlər. Orada Zaurla görüşmüşlər. O, Zauru ilk dəfə idi ki, orada görmüş, onun əvvəllər onunla heç bir əlaqəsi, ünsiyyəti olmamışdır. Zaur özünə məxsus olan bank kartının hesab nömrəsini ona vermiş, o da kart nömrəsini Sərdarın istifadə etdiyi mobil telefonunun votsapına göndərmişdir. Bir neçə dəqiqə sonra Sərdar ona zəng edib 2805 manat pulu karta göndərdiyini bildirmişdir. Daha sonra o, Eldəniz, Zaurla birlikdə taksi maşınına minərək Sumqayıt şəhəri ərazisində yerləşən "xxxx"a getdik, orada Zaur kartı bankomata salaraq 2805 manat məbləğində pulu çıxardıb ona vermişdir. Daha sonra onlar gəldiyi taksi maşınına minərək aparıb Zauru iş yerində düşürtmüşlər, oradan da çıxıb getmişlər. Bundan sonra o Zauru görməmiş, Eldənizin mobil telefon nömrəsini xatırlamamış, harada yaşadığını bilməmişdir. Bildiyinə görə Eldəniz də hazırda Bakı şəhərində hansısa cinayət görə məsuliyyətinə cəlb olunaraq həbs olunmuşdur. 22 iyun 2022-ci il tarixdə o yenə də Sərdara zəng etmiş və oğlunun işi üçün əlavə olaraq 268 manat pul göndərməsini istəmişdir. Elə həmin vaxt o Sumqayıt şəhərində yerləşən adını xarıtlamadığı kafedə yemək yeyərkən, həmin kafedə ofisiant işləyən Aynurə adlı qadından bank kartının olub-olmadığını soruşmuş, Aynurə isə ona kartının olduğunu demiş, o Aynurəyə məxsus kartın nömrəsini Sərdara verib 268 manat pulu karta vurmasını demişdir. Sərdar 268 manat pulu vurduğunu dedikdən sonra o Aynurədən həmin pulu çıxarıb ona verməsini demişdir. Aynurə həmin kafenin yaxınlığında yerləşən bankomatdan pulu çıxarıb ona vermişdir. Aynurənin pulu ona hansı məqsədlə vurulmasından xəbəri olmamış və ona həmin puldan hər hansı məbləğdə pul verməmişdir. Aynurənin mobil telefon nömrəsini xatırlamamış, anket məlumatlarını və yaşadığı yeri bilməmişdir. Sərdardan aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Lakin Sərdar sonradan görəndə ki, onun işini həll etmir, o ona verdiyi pulu geri tələb etməyə başlamış, o isə Sərdarı inandırmaq üçün müxtəlif bəhanələr gətirərək yalandan oğlunun işinin yaxın vaxtlarda düzələcəyini deyərək vaxtı uzatmışdır. Sərdarın ona verdiyi pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Sərdarın pulunu qaytarıb vermədiyi üçün o, ondan polisə şikayət etmişdir. Qeyd edir ki, Zərərçəkmiş şəxs1 2023-cü ilin fevral ayından tanıyır. Rövşən Zərərçəkmiş şəxs2 abonenti olmuşdur. Rövşənin yaşadığı ərazi Əzizin çalışdığı ərazi olmuş, Əziz ona Rövşən adlı şəxsə layihə çəkmək lazım olduğunu bildirmiş, o isə razılaşmışdır. Bundan sonra 3 nüsxədən ibarət layihə çəkib Rövşənə vermişdir. Əziz də bundan sonra hesab kartına ödəniş etmişdir. O, qeyd olunan tarixlərdə bələdiyyədə vergi müfəttişi kimi işləmişdir. Layihənin 1 kv. metr sahə üçün 1 manat pul almış, hər metrdən onlara 30-40 qəpik pul qalmışdır. Rövşən layihə çəkəni görmüş, Rövşən pulu ona, o isə layihə çəkən şəxsə vermişdir. Layihəni Rövşənlə 750 manata danışmış, layihənin qiymətini sonda 600 manata razılaşmışlar. Onun Rövşənlə arasında hər hansı çıxarış əldə olunması barədə danışıq, razılaşma olmamışdır. Bundan başqa bildirir ki, Zərərçəkmiş şəxs2 əvvəldən tanımış, belə ki, Əzizlə əvvəllər Suraxanı rayonu, Zığ bələdiyyəsində birlikdə işləmişlər, həmin vaxtdan Əzizlə aralarında dostluq münasibətləri olmuşdur. 2023-cü ilin mart ayında onlar Əziz ilə söhbət edən zaman sonuncu ona özünə məxsus Sumqayıt şəhəri, 5-ci mikorayonda təxminən 30 kv.m sahədə qeyri-yaşayış obyektinin olduğunu, həmin obyekti satmaq istədiyini, lakin obyekti satmaq üçün çıxarış düzəltmək lazım olduğunu demiş, ozü isə Əzizə tanışlarının vasitəsi ilə onun obyektinə çıxarış sənədini düzəltdirəcəyini demişdir. O, ilkin olaraq Əzizdən sənədlərin düzəldilməsi üçün 3500 manat pul istəmiş, 2023-cü ilin mart ayının sonlarında dəqiq xatırlamadığı gün o Əzizlə Abşeron rayonu ərazisində yerləşən, “Binəqədi gənclər şəhərciyi”nin həyətində görüşmüş və ondan 3500 manat məbləğində pul almışdır. Həmin vaxt Əziz onun yanına tək gəlmişdir. Həmin pulu o şəxsi ehtiyacları üçün xərcləmişdir. 2023-cü ilin aprel ayının əvvəllərində o, Əzizə işin demək olar ki, hazır olduğunu və 700 manat pul vermək lazım olduğunu demiş, Əziz onunla razılaşmış və onu Sumqayıt şəhəri, 6-cı mikrorayon, bina 33 ərazisinə, yəni yaşadığı evin həyətinə çağırmışdır. Həmin gün axşam radələrində o Əzizin yaşadığı evin həyətinə gəlmiş və Əziz ona 700 manat pulu vermişdir. Bundan sonra Əziz ondan bir neçə dəfə işinin nə yerdə olduğunu soruşmuş, o isə hər dəfə Əzizə müxtəlif bəhanələr gətirərək obyektin sənədlərini yaxın vaxtda hazır olacağını demişdir. Sonuncu dəfə 20 may 2023-cü il tarixdə o Əzizə zəng etmiş və obyektin sənədlərinin hazır olduğunu, çıxarışı almaq üçün əlavə olaraq 630 manat vermək lazım olduğunu, həmin pulu özünə məxsus «Kapitalbank»a aid olan kart hesabına göndərməsini demişdir. Həmin gün Əziz ona məxsus kart hesabına 630 manat pulu göndərmiş, özü isə həmin pulu bankomatdan məxaric edib şəxsi ehtiyacları üçün xərcləmişdir. Lakin Əziz sonradan görəndə ki, o, sonuncunun işini həll etmir, ona verdiyi pulu geri tələb etməyə başlamış, o isə onu inandırmaq üçün müxtəlif bəhanələr gətirərək yalandan sənədlərin hazır olacağını deyərək vaxtı uzatmışdır. Əzizin ona verdiyi puldan o, heç kimə verməmiş, öz şəxsi ehtiyaclarına sərf etmişdir. Buna baxmayaraq Əzizin pulunu qaytarıb vermədiyi üçün sonuncu ondan polisə şikayət etmişdir. O, Zərərçəkmiş şəxs2 ittihamda qeyd olunan 7180 manat deyil, 4800 manat məbləğində pul almışdır. Əməlindən peşmandır, himayəsində iki azyaşlı övladı var. Ona qarşı verilmiş mülki iddianı tam olaraq qəbul edir, lakin ödəniş etməyə imkanı yoxdur. Qeyd olunanların nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən, o cümlədən verilmiş suallara cavab verdikdən sonra Zərərçəkmiş şəxs1 münasibətdə əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan həmin hissədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. İbtidai istintaq zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 münasibətdə qeyd etmişdir ki, 2023-cü ilin fevral ayında o Rövşənlə onun əvvəllər yaşadığı ünvanda yəni Bakı şəhəri Suraxanı rayonu Bahar qəsəbəsində bağ evində olarkən, söhbət əsnasında Rövşən ona bağ evinə çıxarış almaq istədiyini bildirdikdə, ona BT-də işlədiyini, 2000 manat müqabilində bu işdə ona köməklik edə biləcəyini bildirmişdir. Həmin vaxtı o Rövşənə özünü Anar kimi təqdim etmiş, aralarında olan razılaşmaya əsasən o, Rövşəndən əvvəlcədən 1000 manat pul istəmiş, sənədlər hazır olandan sonra Rövşən ona daha 1000 manat pul verəcəkmiş. Lakin Rövşən də 1000 manat pulu olmadığı üçün ilkin olaraq o, ona 700 manat pulu 2023-cü ilin fevral ayının təxminən 5-də özünə məxsus Bakı şəhəri Suraxanı rayonu Bahar qəsəbəsindəki fərdi evində vermişdir. Eyni zamanda o, ondan evə məxsus olan sənədləri (alqı-satqı müqaviləsinin, torpağın sxemi, evin sxemin əsillərini) almışdır. Daha sonra Rövşən xx.xx.2023-cü il tarixdə saat 18:00-da ona atdığı özünə məxsus bank kartına 300 manat da ödəmişdir. xx.xx.2023-cü il tarixdə o, Rövşənə zəng edərək ona demişdir ki, sənədlər hazır olur, əlavə olaraq 450 manat da pul vermək lazımdır. Rövşən də həmin gün saat 13 radələrində ona göndərdiyi həmin bank kart nömrəsinə 450 manat məbləğində pul köçürtmüşdür. O həmin pulu nağdlaşdıraraq özünə sərf etmişdir. 2023-cü ilin aprel ayının axırlarında Rövşəndən aldığı sənədlərdən evin sxemini qaytarmış, digər sənədlərin əsilləri isə verməyib demişdir ki, 300 manat pul da versin ki, çıxarışı alıb ona versin. Məqsəd yenə də Rövşənin pulunu ələ keçirmək olmuşdur. Lakin Rövşən həmin 300 manatı ona verməyərək ya çıxarışı alıb ona verməsini, ya da ki ona verdiyi 1450 manat pulu və sənədləri ona qaytarmasını tələb etmiş, o isə sonuncunu inandırmaq üçün müxtəlif bəhanələr gətirərək yalandan sənədlərin hazır olacağını deyərək vaxtı uzatmışdır. Buna baxmayaraq Rövşən ona verdiyi 1450 manat pulu, alqı-satqı müqaviləsi və torpağın sxemin əsilini geri istəmiş, o da Rövşənin pulunu qaytarmadığı üçün sonuncu ondan polisə şikayət etmişdir. Rövşənin ona verdiyi ümumilikdə 1450 manat puldan heç kimə verməmiş, özünə sərf etmiş, evinə aid sənədlərin əsillərini hara qoyduğu yadinda deyil. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxslər və şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, oğlu X6 2022-ci ilin aprel ayının 15-də hərbi hissədən təxris olunmuşdur. O, oğlunu FHN-nə işə düzəltmək qərarına gəlmişdir. 2022-ci ilin may ayının 11də o, Hindarx qəsəbə sakini Şahid4 ilə həmin qəsəbədə çayxanada görüşüb çay içən zaman ona bildirmişdir ki, oğlu Əlvan hərbi xidmətdən təxris olunub, onu FHN-nə işə düzəltmək istəyir, tanışı olub-olmamasını soruşmuş, Namiq ona Ağcabədi şəhərində Arzu adlı tanışının olduğunu, Arzunun FHN-də dostunun olduğunu demişdir. Həmin gün saat təxminən 11 radələrində o, Namiq və Şahid1la birlikdə Ağcabədi şəhərinə gəlmiş, Ağcabədi şəhərində çayxanalardan birində Arzu ilə görüşmüşlər. Namiq onu Arzu ilə tanış etmiş və o Arzuya oğlunu FHN-nə işə düzəltmək istədiyini demişdir. Arzu ona FHN-də Anar adlı tanış olduğunu bildirmişdir. Kənara çəkilib kiminləsə telefonda danışmış və təkrar onların yanına qayıdıb Namiqə bildirmişdir ki, o Anarla telefonda danışmış və sonuncu ona sənədləri toplayıb 7000 min manat da pul gətirməsini bildirmişdir. Dediyinə görə oğlu may ayının 25-nə kimi işə çıxıb işləyəcəkmiş, hətta həmin vaxt Anara məxsus 055-245-9856 saylı mobil telefon nömrəsini də Namiqə vermişdir. O, da bundan sonra gedib oğlu Əlvanın sənədlərini toplamışdır. Mayın 12də gecə saatlarında Anar adlı şəxs Namiqə zəng edib pulu və sənədləri istədiyi üçün Namiq ona zəng edib Anarın onları gözlədiyini demişdir. Bu səbəbdən 13 may 2022-ci il tarixdə İlqar, o və X13-2106 markalı avtomobili ilə Bakı şəhərinə FHN-nin binasının qarşısına getmiş, həmin gün təxminən 15 radələrində Namiq orada Anar adlı şəxsə zəng etmiş, Anar iclasdan çıxdığını deyib onların yanına gəlmiş, onlar avtomobildən yerə düşmüşlər. Anar adlı şəxslə görüşüb ona sənədləri və apardığı 4200 manat pulu verərək qalan pulu da Əlvan işə çıxan zaman verəcəyini bildirmiş, Anar da onlarla razılaşmışdır. Onlar oradan çıxıb Hindarx qəsəbəsində getmişlər. 2022-ci ilin may ayının 18-də Anar onun istifadəsində olan ***-***-**- ** saylı mobil telefon nömrəsinə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edib onu təbrik edərək oğlu Əlvanın əmrinin verildiyi, qalan pulu da göndərməyi istəmişdir. Bundan sonra ona “Kapital Banka” aid kart nömrəsi verib bildirmişdir ki, həmin kart Şahid3 kartıdı, Zaur FHN-də kadrlar şöbəsində işləyir, pul ona çatacaqdır. O, da xx.xx.2022-ci il tarixdə günorta saatlarında Hindarx qəsəbəsində yerləşən “Planet” marketdə olan terminal aparatı vasitəsi ilə Anarın ona verdiyi kart hesabına 2805 manat pul göndərmişdir. xx.xx.2022-ci il tarixdə o, Anar adlı şəxsə zəng edib xx.xx.2022-ci il tarixdə Əlvanı gətirməsini, həmçinin nazirin hazırda Şuşa şəhərində nazirlik üçün bina tikilməsi ilə əlaqədar burada olmadığını, iyun ayının 1-də gələcəyini demişdir. xx.xx.2022-ci il tarixdə Anar ona zəng edib Əlvanın geyim pulu üçün 268 manat göndərmək lazım olduğunu demişdir. Bundan sonra ona 268 manatı vurmaq üçün kart nömrəsi vermiş, o isə Anarın dediyi kimi həmin kart hesabına 268 manat pul vurmuşdur. Həmin vaxtdan 2022-ci ilin dekabr aynın 20-dək o, Anardan işinin nə yerdə olduğunu soruşduqda Anar ona müxtəlif bəhanələr gətirmişdir. 2021-ci ilin dekabr ayının 20-də Anar mobil telefonu söndürmüş, həmin vaxtdan sonra o Anarla əlaqə saxlaya bilməmişdir. Bundan sonra o aldanıldığını bildiyi üçün 12 yanvar 2023-cü ildə Baş Prokurorluğa gedib Anar adlı şəxsin ona qarşı dələduzluq edib pulunu ələ keçirməsi barədə şikayət ərizəsi vermiş, ərizəsi Yasamal RPİ-nə gödərilmiş, idarədə izahatı alınmış, hadisə barədə ətraflı izahat vermişdir. Həmin vaxt orada izahatını alan Anar adlı təhqiqatçı onu aldadan Anar adlı şəxsin şəxsiyətini müəyyən etmiş, ancaq sonradan onun sonuncu pulu Ağcabədi rayon Hindarx qəsəbəsindən göndərdiyini bildiyi üçün ona ərizəsi əsasında toplanan materialı ərazi aidiyəti üzrə Ağcabədi rayon polis şöbəsinə göndərəcəklərini demişdir. Bu səbəbən Anar adlı şəxsin barəsində hər-hansı bir tədbir görə bilmiyəcəklərini izah etmişdir. Ağcabədi rayon polis şöbəsində aparılan araşdırma zamanı ona məlum olmuşdur ki, onun pulunu dələduzluq yolu ilə əlaqə keçirən “Anar” adlı şəxsin əsil adı Təqsirləndirilən şəxsdur və Pərviz bundan əvvəl də dələduzluq etdiyinə görə bir neçə dəfə məhkum olunmuşdur. O Pərvizə oğlu Əlvana aid hərbi bileti, şəxsiyyət vəsiqəsini və 4200 mant pulu Namiqin və İlqarın yanında Bakı şəhərində FHN-nin binasının yanında vermiş, qalan 2805 manat pulu və 268 manat pulu Ağcabədi rayon Hindax qəsəbəsində Planet marketdəki ödəmə terminalından Pərvizin ona verdiyi kart hesab nömrəsinə göndərmiş, həmin vaxt onun yanında kənar heç kim olmamışdır. Təqsirləndirilən şəxs ona FHN-də işlədiyini bildirmiş, sonuncunun verdiyi "xxxx"a məxsus kart hesabına 18 may 2023-cü il tarixdə 2805 manat və 22 iyun 2022-ci il tarixdə 268 manat olmaqla, ümumilikdə 3073 (üç min yetmiş üç) manat məbləğində pul göndərmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmiş, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Qeyd olunanların nəzərə alınmasını və mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayında əvvəllər tanımadığı Anar adlı şəxslə tanış olmuş, lakin sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. Həmin şəxs 2023-cü ilin fevral ayında əvvəllər yaşadığı ünvanda yəni Bakı şəhəri Suraxanı rayonu Bahar qəsəbəsində fərdi yaşayış evində olarkən Təqsirləndirilən şəxs soyadlı şəxs ora gələrək Anar adı ilə ВТ işçisi kimi özünü ona təqdim etmiş və ona 2000 manat müqabilində torpağına dair çıxarış hazırlayacağını vəd etmişdir. Aralarında olan razılaşmaya əsasən Pərviz əvvəlcədən ondan 1000 manat pul istəmiş, sənədlər hazır olandan sonra da ona 1000 manat pul verəcəyi barəcə razılaşırlar. Lakin ilkin olaraq 1000 manat pulu olmadığı üçün ona 700 manat pulu 2023-cü ilin fevral ayının təxminən 5-də ona məxsus Bakı şəhəri Suraxanı rayonu Bahar qəsəbəsindəki fərdi evində vermişdir. Eyni zamanda həmin şəxs evinə məxsus olan sənədləri (alqı-satqı müqaviləsinin, torpağın sxemi, evin sxemin əsllərini) ondan götürmüşdür. Daha sonra o, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs saat 18:00da Bakı şəhəri Xətai rayonu 36 saylı Notariusda yerləşən “Milliön” ödəniş aparatı vasitəsi ilə Pərvizin ona atdığı bank kartına 300 manat ödəmişdir. Beləliklə ona 1000 manat tam olaraq ödəniş olmuşdur. xx.xx.2023-cü il tarixdə Pərviz ona zəng edərək sənədlərin hazır olduğunu bildirərək əlavə olaraq 450 manat da pul istəmiş, o, da razılaşaraq həmin gün saat 13:22-də Bakı şəhəri Nizami rayonu “Bravo” Hipermarketin içərisində yerləşən “Milliön” ödəniş terminalı vasitəsi ilə onun göndərdiyi həmin bank kart nömrəsinə 450 manat məbləğində pul köçürmüşdür. 2023-cü ilin aprel ayının axırlarında Pərviz sənədlərdən evin sxemini qaytarmış, digər sənədlərin əsillərini isə verməyib bildirmişdir ki, 300 manat pul da ona versin ki, çıxarışı alıb ona versin. Həmin vaxt o başa düşmüşdür ki, Pərviz onu aldadır və bildirmişdir ki, ya çıxarışı alıb ona verəcək, ya da ki ona verdiyi 1450 manat pulu və sənədləri ona qaytarsın. Lakin o müxtəlif bəhanələr gətirərək sənədlərin hazır olacağını deyərək vaxtı uzatmışdır. Son nəticədə ondan 1450 manat pulu, alqı-satqı müqaviləsinin və torpağın sxemin əsilini geri istəmiş, lakin Pərviz bu vaxtadək qaytarmamışdır. Beləliklə Pərvizin bu əməlləri nəticəsində ona ümumilikdə 1450 manat ziyan vurulmuşdur. Hazırda ona dəymiş ziyan ödənilməmiş, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə Nəciməddin qızı bildirdi ki, o, Zərərçəkmiş şəxs2 arvadıdır. Əziz hazırda Türkiyə respublikasındadır. Məhkəmədə sonuncunun hüquqlarını müdafiə etmək üçün ona etibarnamə vermişdir. Bildirir ki, əri Əziz Pərvizlə Sumqayıt şəhəri, 5-ci mikrorayonda təxminən 30 kv.m sahəni sənədləşdirmək üçün danışıq aparmış, bununla bağlı Pərviz Əzizə 6500 manat məbləğinda pul qarşılığında çıxarış ala biləcəyini demişdir. 2023-cü ilin mart ayının sonlarında Əziz Pərvizlə Abşeron rayonu ərazisində yerləşən, “Binəqədi gənclər şəhərciyi”-nin həyətində görüşmüş və sonuncuya 5000 manat məbləğində pul vermişdir. Bundan sonra Pərviz daha 1550 manat pul lazım olduğunu bildirmiş, Əziz Pərvizlə razılaşmışdır. Həmin gün axşar saatlarında Pərviz yaşadıqları evin həyətinə gəlmiş və Əziz Pərvizə 1550 manat pulu vermişdir. Bundan sonra Əziz Pərvizdən bir neçə dəfə işinin nə yerdə olduğunu soruşmuş, Pərviz hər dəfə müxtəlif bəhanələr gətirərək sənədlərin yaxın vaxtda hazır olacağını demişdir. Sonuncu dəfə 20 may 2023-cü il tarixdə Pərviz Əzizə zəng etmiş və obyektin sənədlərinin hazır olduğunu, çıxarışı almaq üçün əlavə olaraq 630 manat vermək lazım olduğunu, həmin pulu ona məxsus kart hesabına göndərməsini demişdir. Əziz də həmin gün işinin həll olunması xəbərinə sevinib evdən çıxıb Sumqayıt şəhəri, 6-cı mikrorayon, C.Məmmədquluzadə ərazisində yerləşən “Elmar” marketdə quraşdırılmış “milliön” ödəmə terminalı vasitəsi ilə Pərvizin ona dediyini, sonuncuya məxsus kart hesabına 630 manat məbləğində pulu göndərmişdir. Hazırda əri Zərərçəkmiş şəxs2 dəymiş ziyan ödənilməmiş, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs2 ibtidai istintaq verdiyi, məhkəmə istintaqı zamanı tədqiq edilmiş izahatından görünr ki, Təqsirləndirilən şəxs əvvəldən tanımış, aralarında dostluq münasibətləri olmuşdur. Onun Sumqayıt şəhəri, 5-ci mikorayonda təxminən 30 kv.rn sahədə qeyri yaşayış obyekti olmuş, maddi vəziyyətinin çətinləşməsi ilə əlaqədar olaraq onun pula ehtiyacı olduğundan sözügedən obyekti satmaq qərarına gəlmişdir. Lakin obyekt bələdiyyə sənədi əsasında onun istifadəsində olduğundan, o belə qərara gəlmişdir ki, obyektə çıxarış alıb rahat sata bilsin. 2023-cü ilin mart ayında Pərvizlə o söhbət edən zaman özünə məxsus obyekti satmaq üçün həmin obyektə çıxarış almaq istədiyini demişdir. Pərviz isə ona obyektin çıxarışını geniş əlaqələri vasitəsi ilə ala biləcəyini demişdir. Pərviz ona 6500 manat məbləğinda pul qarşılığında evə çıxarış ala biləcəyini demişdir. Pərviz ilkin olaraq ona 5000 manat pul verməsini demişdir. 2023-cü ilin mart ayının sonlarında dəqiq xatırlamadığı gün səhər saatlarında o, Pərvizlə Abşeron rayonu ərazisində yerləşən, “Binəqədi gənclər şəhərciyi”nin həyətində görüşmüş və sonuncuya 5000 manat məbləğində pul vermişdir. Pərvizə pulu verən zaman o tək olmuş, pulu verdikdən sonra Pərviz işin yaxın vaxtda həll olunacağını bildirmişdir. 2023-cü ilin aprel ayının əvvəllərində Pərviz ondan işin demək olar ki, hazır olduğunu və 1550 manat pul vermək lazım olduğunu demişdir. O isə Pərvizlə razılaşmış və sonuncunu Sumqayıt şəhəri, 6-cı mikrorayon, bina 33c ərazisinə, yəni yaşadığı evin həyətinə çağırmışdır. Həmin gün axşar saatlarında Pərviz yaşadığı evin həyətinə gəlmiş və o, Pərvizə 1550 manat pulu vermişdir. Bundan sonra o Pərvizdən bir neçə dəfə işinin nə yerdə olduğunu soruşmuşdur. Pərviz isə hər dəfə ona müxtəlif bəhanələr gətirərək obyektin sənədlərini yaxın vaxtda hazır olacağını demişdir. Sonuncu dəfə 20 may 2023-cü il tarixdə Pərviz ona zəng etmiş və obyektin sənədlərinin hazır olduğunu, çıxarışı almaq üçün əlavə olaraq 630 manat vermək lazım olduğunu, həmin pulu ona məxsus kart hesabına göndərməsini demişdir. O isə həmin gün işinin həll olunması xəbərinə sevinib evdən çıxıb Sumqayıt şəhəri, 6-cı mikrorayon, C.Məmmədquluzadə ərazisində yerləşən “Elmar” marketdə quraşdırılmış “milliön” ödəmə terminalı vasitəsi ilə Pərvizin ona dediyini, sonuncuya məxsus son rəqəmləri 32338 olan kart hesabına saat 18:50 radələrində 630 manat məbləğində pulu göndərmişdir. 25 may 2023-cü il tarixdə o Pərvizin polis əməkdaşları tərəfindən dələduzluq işlərinə görə saxlanıldığını eşitmiş, Pərvizin onu aldadaraq dələduzluq yolu ilə pulu ələ keçirməsini anlayıb sonuncunun barəsində şikayət etmişdir. Pərviz obyektin sənədləri ilə bağlı ona heç bir sənəd verməmiş, Pərviz ümumiyyətlə heç bir iş görməmişdir. Təqsirləndirilən şəxs verdiyi "xxxx"a məxsus son rəqəmləri 32338 olan kart hesabına xx.xx.2023-cü il tarixdə göndərdiyi 630 manat məbləğində pul ilə bağlı qəbzi təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Hindarx qəsəbə sakini Şahid1 Hindarx qəsəbəsində çayxanası olmuş, həmin çayxanaya sənəd düzəltmək üçün Ağcabədi şəhərində yaşayan Arzu adlı şəxslə danışıb ona 640 manat pul vermişdir. Arzunun FHN-də Pərviz adlı tanışının olduğunu həmin sənədləşməni Pərviz edəcəyini bildirmişdir. 2022-ci ilin may ayının 11-də o, İlqar və Sərdar Ağcabədi şəhərinə gedib Ü.Hacıbəyli prospektində yerləşən çayxanda Arzu ilə görüşmüşlər, İlqar Arzudan çayxanasının sənədinin nə olduğunu soruşmuş, Arzu isə narahat olmamasını, düzələcəyini demişdir. Həmin vaxt Sərdar Arzuya bildirmişdir ki, oğlu Hərbi hissədən təxris olunub onu FHN-nə işə düzəltmək istəyir. Arzu da həmin vaxt narahat olmamasını onu işə düzəldəcəyini deyib, stoldan durub kənara çəkilib telefonla danışıb təkrar onların yanına gəlmiş və Sərdara bildirmişdir ki, oğlunun sənədlərini hazırlasın onun Pərviz adlı tanışı var ona deyibdir o, kömək edəcək. 12 may 2022-ci il tarixdə Arzu ona zəng edib Pərvizin onları gözlədiyini demiş, o da bundan sonra Sərdara zəng edib ona Pərvizin onları gözlədiyini demişdir. Bu səbəbdən 13 may 2022-ci il tarixdə o, İlqar və Sərdar İlqarın avtomobili ilə birlikdə Bakı şəhərinə FHN-nin binasının yanına getmiş, orada Pərviz ondan harada olduğunu soruşanda, ona Bakı şəhərində FHN-nin binasının yanında olduğunu demişdir. Pərviz də ona iclasdan çıxıb gəldiyini deyib onlarla orada görüşmüş, Sərdar oğlunun sənədlərini və 4200 manat pulu Pərviz adlı şəxsə vermişdir. Pərviz həmin vaxt bir nəfər şəxs çağırmış, həmin şəxs gəlib Pərvizə hərbi salam vermiş bundan sonra Pərviz sənədləri həmin şəxsə verərək, onları kadrlar şöbəsindən Aynur xanıma verərək Pərvizin göndərdiyini deməsini bildirmişdir. Həmin şəxsdə sənədləri alıb FHN-nin binasına daxil olmuşdur. Bundan sonra Pərviz onlara narahat olmamağı, Əlvanın may ayının 25-də FHN-nin Ağcabədi rayon şöbəsində işlə təmin ediləcəyini bildirmişdir. Bundan sonra onlar oradan çıxıb getmişlər. X9 zəng edib onu təbrik edərək oğlunun əmrinin verildiyini deyib ondan qalan pulu almışdır. Sərdarda həmin pulu Hindarx qəsəbəsindən terminal aparatı ilə Pərvizin Sərdarın verdiyi kart hesabına göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022ci ilin may ayının 11-də o, Namiq və Sərdar Ağcabədi şəhərinə gedib Ü.Hacıbəyov prospektində yerləşən çayxanada Arzu ilə görüşmüşlər. Həmin vaxt Sərdar Arzuya oğlunun hərbi hissədən təxris olunduğunu, onu FHN-nə işə düzəltmək istədiyini bildirmiş, Arzu da həmin vaxt narahat olmamasını, Sərdarın oğlunu işə düzəltməkdə köməklik göstərə biləcəyini demişdir. Bundan sonra Arzu stoldan durub kənara çəkilmiş, mobil telefonla danışıb təkrar onların yanma gəlmişdir. Arzu Sərdara bildirmişdir ki, Pərvin adlı tanışı var, onun vasitəsi ilə oğlunu FHN-nə işə qəbulu həll edə biləcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Arzu Namiqə zəng edib Pərvizi Sərdarı gözlədiyini demişdir. Buna görə xx.xx.2022-ci il tarixdə o, Namiq və Sərdar onun avtomobili ilə birlikdə Bakı şəhəri FHN-in binasının yanına getmişlər. X11 harda olduğunu soruşduqda, Namiq ona Bakı şəhərində FHN-in binasının yanında olduqlarını demişdir. Pərviz də ona iclasdan çıxıb gələcəyini demişdir. Pərviz onlarla orada görüşmüş, Sərdar oğlunun sənədlərini və 4200 manat pulu Pərviz adlı şəxsə vermişdir. Pərviz həmin vaxt bir nəfər şəxsi çağırmış, həmin şəxs gəlib Pərvizə hərbi salam vermişdir. Bundan sonra Pərviz sənədləri həmin şəxsə vermişdir ki, aparıb bu sənədləri Nazirliyin kadrlarında işləyən Aynur xanıma verməsini və bunu Pərviz göndərdiyini ona deməsini bildirmişdir. Həmin şəxs sənədləri alıb FHN-in binasına daxil olmuşdur. Bundan sonra Pərviz onlara bildirmişdir ki, may ayının 25-də Əlvan FHN-in Ağcabədi rayon şöbəsində işlə təmin ediləcəkdir. Bundan sonra onlar oradan çıxıb getmişlər. X7 zəng edib onu təbrik edərək oğlunun əmrinin verildiyini deyib, ondan qalan pulu almışdır. Sərdarda həmin pulu Hindarx qəsəbəsindən terminal aparatı ilə Pərvizin Sərdara verdiyi kart hesabına göndərmişdir. Mən sonradan Sərdarın Pərvizə əlavə 2805 manat bir və 268 manatda bir göndərdiyini bilmişdir. Sərdar ümumilikdə Pərviz adlı şəxsə 7268 manat pul vermiş, Pərviz adlı şəxs Sərdardan həmin pulu alsa da Sərdarın oğlunu işə düzəltməmiş, onun pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, soyadını və atasının adını bilmədiyi Eldəniz adlı şəxsi təxminən 6 ildir ki, tanıyır. Eldəniz də əvvəllər hazırda onun işlədiyi “Qala” restoranında işləmişdir. Özünə məxsus Kapital banka aid **********612594 saylı bank kartı var. 18 may 2022-ci il tarixdə saat 15:50 radələrində işdə olarkən Eldəniz ona zəng edib restoranda olub-olmadığını soruşmuş, o da ona orda olduğunu bildirmişdir. Elə həmin vaxt Eldəniz ona demişdir ki, bank kartına pul atacaqlar onu gedib çıxararlar, indi restorana gəlirlər. O da demişdir ki, problem yoxdur gəlsinlər. Təxminən 10 dəqiqə sonra, saat 16 radələrində Eldəniz bir nəfər tanımadığı, əvvəllər heç vaxt görmədiyi, heç bir münasibəti olmadığı Təqsirləndirilən şəxs soyadlı şəxslə birlikdə restorana gəlmişlər. Həmin vaxt Eldəniz ona demişdir ki, Pərvizə pul atacaqlar bank kartının hesab nömrəsini bir nəfər şəxsin vvotsap nömrəsinə göndərmək lazımdır, həmin şəxs Pərvizin kartına 2805 manat pul köçürəcək. O da razılaşaraq bank kartının hesab nömrəsini Pərvizə vermiş, Pərviz də öz mobil telefonunun votsapmdan həmin şəxsə onun bank kart hesab nömrəsini göndərmişdir. Bir neçə dəqiqədən sonra həmin şəxs Pərvizə zəng edib 2805 manat pulu karta köçürdüyünü bildirmişdir. Daha sonra o, Pərviz Eldənizlə birlikdə taksiyə minib Sumqayıt şəhərində yerləşən “Kapitala bank”a gedərək, oranın bankomatından o bank kartından özü 2805 manat pulu çıxardaraq Pərvizə vermişdir. Daha sonra oradan çıxıb taksiyə minmiş və onlar onu gətirib iş yerində düşürdüb oradan çıxıb getmişlər. Bundan sonra o Pərviz və Eldənizi görməmiş, onlarla heç bir əlaqəsi və ünsiyyəti olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 aprel 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild İ, i.v. 1); 01 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona 26 may 2023-cü il tarixdə elan edilmişdir. (cild İ, i.v 71-72) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 26 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (cild İ, i.v. 108-109); 26 may 2023-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmişdir. (cild İ, i.v. 110) Ağcabədi rayon məhkəməsinin 4(017)-72/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 may 2023-cü il tarixdən hesablanmışdır. (cild İ, i.v. 134-136) 13 iyun 2023-cü il tarixli “materialın cinayət işinə birləşdirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanılmış HK-1/1879 nömrəli material ********* saylı cinayət işinə birləşdirilmişdir. ( cild İ, i.v. 139-140) 06 iyul 2023-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl CM-nin 178.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (cild İ, i.v. 174-175) 10 iyul 2023-cü il tarixli “cinayət işinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi ərazi aidiyyatı üzrə Sumqayıt ŞPİ-ə göndərilmişdir. ( cild İ, i.v. 198-199) "xxxx" Komersiya Bankının xx.xx.2023-cü il tarixli, E1TİD-OUT-00125- 2023 saylı məktubu ilə daxil olmuş bank çıxarışlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, 409809xxxxxx8083 saylı kart X3ma məxsusdur. Aynurə Sədullayevanm istifadəsində olan həmin kart hesabında aparılan əməliyyatlardan görünür ki, xx.xx.2022-ci il tarixdə həmin bank kart hesabına 265 manat məbləğində pul köçürülmüşdür. (cild İ, i.v. 203-207, 212) "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 2023/111/7386 saylı məktubu ilə daxil olmuş bank çıxarışlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid3 istifadəsində olan 416973xxxxxx2594 nömrəli plastik kart hesabında aparılan əməliyyatlara dair ödəniş kartı üzrə çıxarışda xx.xx.2022-ci il tarixdə həmin bank kart hesabına 2805 manat məbləğində pulun köçürüldüyü müəyyən olunur. (cild İİ, i.v. 1-4,) 19 avqust 2023-cü il tarixli “materialın istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” qərarı ilə Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış material ********* saylı cinayət işinə birləşdirilməsi üçün Sumqayıt ŞPİ-nə göndərilmişdir.(i.v.22-23) Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı, polis mayoru A.Həmidlinin tərtib etdiyi “baxış keçirilməsi haqqında” 13 fevral 2023-cü il tarixli protokoldan görünür ki, manat, xx.xx.2022-ci il tarixdə saat 12:59 radələrində Ağcabədi rayonunda yerləşən “Karol” marketdə quraşdırılmış “EManat” ödəniş terminalı vasitəsi ilə X2 adına olan "xxxx" ASC-yə aid 409809xxxxxx8083 nömrəli kart hesabına 268 manat pul, Zərərçəkmiş şəxs1 xx.xx.2023- cü il tarixdə saat 18:00-da Bakı şəhəri Xətai rayonu 36 saylı Notariusda yerləşən «Milliön» ödəniş aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ona məxsus “Kapital Bank ASC”-nə aid **********032338 nömrəli kart hesabına 300 manat, xx.xx.2023-cü il tarixdə saat 13:22-də Bakı şəhəri Nizami rayonu «Bravo» Hipermarketin içərisində yerləşən «Milliön» ödəniş terminal vasitəsi ilə həmin bank kart nömrəsinə 450 manat, Zərərçəkmiş şəxs2 xx.xx.2023- cü il tarixdə saat 18:51 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon, C.Məmmədquluzadə küçəsində yerləşən “Elmar” marketdə quraşdırılmış “Milliön” ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan özünə məxsus “Kapital Bank ASC”-yə aid **********032338 nömrəli kart hesabına 630 manat köçürmüşdür. (cild İ, i.v. 14- 17, cild İİ, i.v. 34) Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin 10 iyul 2007-ci il tarixli hökmü ilə CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Ağcabədi rayon Məhkəməsinin 23 fevral 2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək əmlakı müsadirə olunmamaqla 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 10 iyul 2007-ci il tarixli hökmü ilə CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməklə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair cəzasının Bakı şəhəri, Əzizbəyov rayon Məhkəməsinin 16 sentyabr 2008-ci il tarixli qərarı ilə 01 il 05 ay 02 gün vaxtından əvvəl cəzadan şərti azad olunması barədə qərarı üzrə cəzasının çəkilməmiş hissəsi qismən birləşdirilərək qəti olaraq əmlakı müsadirə olunmamaqla 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 32.3,310-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törtətməkdə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası Ağcabədi rayon Məhkəməsinin 23 fevral 2011-ci il tarixli hökmü ilə CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məkum edilməsinə dair cəzasının Xəzər rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli qərarı üzrə çəkilməmiş hissəsi ilə qismən birləşdirilməklə qəti olaraq 04 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Xaçmaz rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası əvvəlki hökmlə təyin edilmiş 04 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli 68-VİQD saylı Qanununun onun barəsində tətbiq edilməsinə dair ərizəsi təmin edilmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli hökmü üzrə dələduzluq cinayətinə münasibətdə zərər çəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında (1375 manat) dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində CM-nin 73-1.2-ci maddəsi tətbiq olunmaqla həmin məcəllənin 178.2.1, 178.2.4-cü maddələri üzrə cinayət məsuliyyətindən və cəzadan azad edilmiş, həmin hökmdən CM-nin 66.2-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar xaric edilmiş, üzrərində həmin hökmlə CM-nin 32.3,310-cu maddəsi ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, həmin hökmlə CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq təyin edilmiş 04 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 02 il azaldılmış və üzərində 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli hökmü üzrə dələduzluq cinayətinə münasibətdə zərər çəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən onun barəsində СM-nin 73-1.1-ci maddəsi tətbiq olunmaqla həmin məcəllənin 178.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən və cəzadan azad edilmiş, həmin hökm üzrə məhkumluğu olmayan hesab edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-177/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Həbs etmənin əvvəli 20 iyun 2023-cü il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)- 1597/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə məhkum olunmasına dair Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-177/2023 nömrəli hökmü məhkum edilmiş şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (cild İİ, i.v.72-108) CM-nin 18.3.1-ci maddəsinə görə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi xüsusilə təhlükəli sayılır. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə üç dəfə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırkı cinayət əməlini törətdiyi zaman məhkumluğu ödənilmədiyindən onun yenidən qəsdən cinayət törətməsi xüsusilə təhlükəli residivi yaradır. İş materiallarında olan çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2017-ci il təvəllüdlü Mixək Səfərəliyeva və xx.xx.2023-cü il təvəllüdlü Nilufər Səfərəliyeva adlı övladları var. (cild İİ, i.v.112-113) “sübutların qiymətləndirilməsi haqqında” 27 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmış, sonuncunun əməlində CM-nin 178.2.1-ci maddəsinin tərkibi olmadığından, həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Şahid2, X2, Şahid3 və Eldəniz adlı şəxsin Təqsirləndirilən şəxslə birlikdə sözügedən dələduzluq cinayətində hər hansı bir iştirakı və qabaqcadan əlbirliyi sübuta yetirilmədiyindən, həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilməsi, ödəniş qəbzləri, bank çıxarışlarını maddi sübut kimi tanınaraq iş materiallarında saxlanılması qərara alınmışdır (cild İİ,i.v. 119-132); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, CM-nin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. X10 31-ci bəndinə görə Şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir. CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilməsi, Zərərçəkmiş şəxs1 münasibətdə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxslər və şahid ifadələri ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respub0likası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını, CM-nin 59.1.4cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Belə ki, bundan sonra qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmasını, bundan öncə dəfələrlə eyni məzmunlu cinayət törətməsini və məhkumluq həyatı yaşamasına baxmayaraq hələ də islah olmamasını, zərərçəkmiş şəxslərin mövqeyini, vurulmuş ziyanın heç bir hissəsinin ödənilməməsini, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmənin cəza təyin edərkən cəzanın həm də ümumi xəbərdarlıq (başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması) məqsədinə xidmət etməsi faktını da nəzərə alır. Belə ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yüngül həddə cəzanın təyin edilməsi cəzanın xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərindəki effektivliyini azaldacaq, cəzanın həmin şəxsləri cinayətdən çəkindirmək hədəsinə xələl gətirəcəkdir. Qeyd olunan hədəf qrupu isə sadə vətəndaşlardır. Cəzanın ümumi xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərində zəifləməsi isə, təkcə cinayətkarlıqla mübarizə üçün deyil, həmçinin milli və dövlət maraqları üçün də təhlükəlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" AR Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndində qeyd olunur ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə (məsələn, CM-nin 120.2.1- 120.2.12-ci, 126.2.1-126.2.5, 126.3-cü maddələri) ilə tövsif olunmuşdursa, qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz. X8 17-ci bəndinin 3-cü hissəsinə əsasən CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə belə nəticəyə gəlir ki, Pərviz Səfəriliyevə təqsirli bilindiyi CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, həmin məcəllənin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə sonuncuya təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası, bu hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmalı, CM-nin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müdddətinə hesablanaraq, Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, cəzasının əvvəli 25 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, təyin olunacaq cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübutlar-ödəniş qəbzləri və bank çıxarışları iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Zərərçəkmiş şəxs3 mülki iddiası təmin edilməli, 7273 (yeddi min iki yüz yetmiş üç) manat məbləğində dəymiş ziyan Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs3 ödənilməlidir İş üzrə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi manat) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və o, 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs 04 (dörd) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müdddətinə hesablanaraq Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 25 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs3 mülki iddiası təmin edilsin, Təqsirləndirilən şəxs 7273 (yeddi min iki yüz yetmiş üç) manat pul alınaraq Zərərçəkmiş şəxs3 verilsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. İş üzrə maddi sübutlar- ödəniş qəbzləri və bank çıxarışları iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-66/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-66/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver