Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-660/2021 01.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, 06 avqust 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd şəffaf sellofan bükümdə hər birinin ayri-ayrılıqda təmiz çəkisi 0,130 qr və 0,118 qram olmaqla umumi təmiz çəkisi 0,248 qram qəhvəyi rəngli tozşəkilli maddə kutləsi, öz aralarinda xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar usulla hazırlanmış narkotik vasitə olan “heroini” əldə edib daşıyaraq üzərində saxlamış, 25.06.2021-ci il tarixdə saat 09:00-da Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində saxlanılmış və narkotik vasitələrin istifadəsi, saxlanılmasinda şühəli olduğu bildirilərək, Sumqayıt ŞPİ-nin 3-cu PB-nə aparılmış, polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən sol çiynindən asılmiş, sağ ayağının bud hissəsi istiqamətində olan tundqəhvəyi rəngli əl çantasının ağzı açılan zaman “ Davidoff ” markali siqaret qutusunun içərisindən 2 ədəd şəffaf sellofan bukumdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,130 qr və 0,118 qram olmaqla umumi təmiz çəkisi 0,248 qəhvəyi rəngli tozşəkilli maddə kütləsi oz aralarinda xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar usulla hazirlanmiş narkotik vasitə olan “heroin” aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, artıq 7 ildən coxdur ki, narkotik vasitə qəbul edir. O, 17.06.2021 -ci tarixdə, təxminən 09:00 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində olan zaman 1 nəfər polis formasında, iki nəfər isə mulki formada olan şəxslər ona yaxınlaşaraq ozlərini təqdim edib polis əməkdaşlari olduqlarım, onu narkotik vasitələrin qəbulunda, uzərində gəzdirilməsində şubhəli bilindiyi ucun saxladıqlarını bildirmişlər. Həmin vaxt uzərinə şəxsi axtarış kecirilməsi ucun onu Sumqayıt ŞPİ-nin 3-cu PB-nə dəvət etmişlər. Onlar polis bolməsinə gəldikdən sonra xidməti otaqların birində hansı səbəbdən saxlanılmağı bildirilməklə yanaşı ona huquq və vəzifələri barədə bildiriş, huquqlarinin mudafıəsi ucun Sumqayıt şəhər 1 saylı Vəkil Burosunun vəkili X2 polis əməkdaşı tərəfındən təqdim olunmuşdur. Həmin videocəkiliş ilə uzərinə, həmcinin sol ciynindən asılmış, lakin sağ ayağının bud hissəsi istiqamətində olan tund qəhvəyi rəngli əl cantasina şəxsi axtarişa başlanmış və şəxsi axtarış zamanı ozu həmin əl cantasını təqdim etmiş, həmin cantanın ağzı acılan zaman onun icərisindən “Davidoff’ markalı siqaret qutusu aşkar olunmuş, həmin qutu acılan zaman oradan 5 ədəd ağ rəngli kağıza və siqaret kağızına bukulmuş bukumlər aşkar olunmuş, həmin bukumlərin hər biri acılan zaman onlarin icərisindən, 3 ədəd bukumdən, qəhvəyi rəngli spesifık iyə malik maddə, 1 ədəd bukumdən spesifık iyə malik , ağ rəngli kristal şəkilli maddə, digər bukumdən isə yaşıl rəngli ,spesifık iyə malik bitki kutləsi aşkar olunmuşdur. Sorğu zamani ondan aşkar olunan qəhvəyi rəngli, ağ rəngli kristalfşəkilli maddələrin və bitki kutləsinin nə olduğu soruşulan zaman o, qəhvəyi rəngli, spesifık iyə malik olan maddənin “Heroin”, ağ rəngli kristalşəkilli maddənin “Şüşə”, yaşıl rəngli bitki kutləsi isə “Marixuana” olduğunu, ondan 24.06.2021-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri ərazisində olan zaman tanimadığı şəxsdən 20 manata şəxsi istifadəsi ucun aldığını və uzərində saxladığını bildirmişdir. Uzərinə şəxsi axtarış zamanı aşkar olunmuş maddələr və bitki kutləsi tərəziyə qoyulub cəkilmiş, qablaşdırılaraq mohurlənmişdir. Bundan əlavə uzərinə və əl cantasina şəxsi axtariş zamanı 3 ədəd alışqan, 0,40 qəpik pul, tibbi maska, cib dəsmalı, icərisində pul olmayan qara rəngli pul kisəsi və digər əşyalar aşkar olunmuş və əhəmiyyət kəsb etmədiyindən ozunə qaytarılmışdir. Üzərində aşkar olunan maddələri və bitki kutləsini aldığı şəxsi tanımır, ilk dəfə gormüşdür. Narkotik vasitə alqı-satqısı ilə məşğul olmamışdır, polis əməkdaşlari tərəfındən saxlanilan zaman ona qarşı hec bir zorakılıq edilməmişdir. Hazırda etdiyi əmələ görə peşmandır, məhkəmədən yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid qismində dindirilmiş Şahid2 ifadəsində gostərmişdir ki, Sumqayıt ŞPİ-nin 3-cu PB-nın əməliyyat muvəkkili vəzifəsində çalışır və polis baş leytenantıdır. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mutəmadi olaraq narkotik vasitə qəbul etməsi və uzərində gəzdirməsi ilə məşğul olması barədə qərəzsiz mənbədən ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat bolmə rəhbərliyinə məruzə edildikdən sonra bununla bağlı əməliyyat-axtariş tədbirlərinin kecirilməsindən ötrü 25 iyun 2021-ci il tarixdə əməliyyat qrupu yaradılmışdir. Qrupa o, başcılıq etmişdir. İdarə rəhbərliyi tərəfındən muvafıq təlimat alındıqdan sonra, həmin gunu əməliyyat qrupunun uzvləri 3-cu PB-nin əməliyyat muvəkkili, polis leytenantı Yusif Rəfıyev, polis sahə rəisi, polis kapitanı Şahid1 və Sumqayıt ŞPİ-nin inspektor-kriminalisti, polis kapitanı Orxan Aslanovla birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək ucun, əməliyyat-axtariş tədbiri kecirməkdən otru təxminən saat 09 radələrində həmin şəxsin ola biləcəyi yerləri muşahidəyə goturmuşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində piyada hərəkət etdiyini muşahidə etmişlər. Bundan sonra əməliyyat qrupunun uzvləri birlikdə qabaqcadan razılaşdırilmış şərti işarələrlə hərəkətə başlamışlar və yaxınlaşıb hər iki tərəfdən əllərini möhkəm tutaraq onu hərəkətsiz hala gətirmişlər. Sonra ozlərini Təqsirləndirilən şəxs təqdim etmişlər və uzərində narkotik vasitə olduğundan şubhələndiklərinə gorə onlarla birlikdə Sumqayıt ŞPİ-nin 3-cu PB-nə aparilacağını həmin şəxsə bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs muqavimət gostərmədən onlarla birlikdə avtomobılə mindikdən sonra 3-cu PB-nə gətirilmişdir. 3-cu PB-də Təqsirləndirilən şəxs təhqiqatcı, polis kapitanı Şahid4 tərəfındən şubhəli şəxs qismində tutulmuş, huquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş, mudafıəci Sumqayıt 1 saylı Vəkil Burosunun vəkili X2 və onların iştirakı ilə Təqsirləndirilən şəxs uzərinə şəxsi axtariş kecirilmişdir. Şəxsi axtarişin gedişatı Elnur Qocayev tərəfındən videokamera ilə cəkilmişdir. Təhqiqatcı Şahid4 saxlanılan Təqsirləndirilən şəxs uzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan uzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs hec bir etirazının olmadığını bildirdikdən sonra videocəkiliş davam etməklə uzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs özu sol çiynindən asılmış tund-qəhvəyi rəngli əl çantasını təqdim etmişdir. Həmin əl çantasına təhqiqatcı tərəfındən baxış kecirilən zaman 01 ədəd qara rəngli parç maska, 0l ədəd cib dəsmalı, 03 ədəd alışqan və “Davidoff’ markalı siqaret qutusu aşkar olunmuşdur. Həmin siqaret qutusunun icərisinə baxış kecirilən zaman oradan 05 ədəd ağ rəngli kağıza və siqaret kağızlarina bukulmuş bukumlər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bukumlərin icərisindəki nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda həmin şəxs aşkar olunan maddələrin narkotik vasitə “kokos və ş u ş ə ” və bitki kutləsinin isə “marixuana” olduğunu, həmin maddələri və bitki kutləsini 24.06.2021-ci il tarixdə gecə saatlarında Bakı şəhəri ərazisində olan zaman tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi ucun uzərində saxladığını soyləmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs uzərinə şəxsi axtarış zamanı aşkar olunmuş maddələr və bitki kutləsi tərəziyə qoyulub cəkilən zaman həmin maddələr: 1-ci bukum kağızla birlikdə 0,28 qram (kağızsız 0,19), 2-ci bukum kağızla birlikdə 0,14 qram, 3-cu bukum kağızla birlikdə 0,23 qram (hər uc bukumdə olanlar qəhvəyi rəngli, spesifık iyə malik maddələrdir), 4-cu bukum kağızla birlikdə 0,26 qram (yaşıl rəngli bitki kutləsidir), 5-ci bukum kağızla birlikdə 0,22 qram (ağ rəngli kristal şəkilli maddədir) olduğu muəyyən olunmuşdur. Daha sonra həmin qəhvəyi rəngli çantaya baxış keçiriməsi davam etdirilmiş, narkoloji dispanserdə qeydiyyatda olması ilə bağlı sənəd, 01 ədəd qara rəngli içərisi boş pul kisəsi, 0,40 qəpik pul aşkar olunmuşdur. Daha sonra təhiqiqatcı tərəfındən həmin şəxsin uzərinə şəxsi axtarış kecirilmiş və qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırmış, DİN-nin 124 saylı mohuru ilə mohurlənmişdir. Təhqiqat hərəkətinin sonunda protokol tərtib edilərək ucadan oxunmuş və həmin protokol doğru tərtib edildiyindən tərəflərindən imzalanmişdır. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 3-cu PB-nin polis sahə rəisi, polis kapitanı Şahid1 də Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etdi. İstintaq zamanı şahid qismində ifadə verən Sumqayıt ŞPİ-nin 3-cu PB-nin əməliyyat muvəkkili, polis leytenantı Şahid3 də Şahid2 ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etmişdir. İstintaq zamanı şahid qismində ifadə verən Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq uzərində saxlanılması və gəzdirilməsində şubhəli bilindiyindən 25.06.2021-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cu polis bolməsinə gətirilmiş və həmin gun o, novbətçi təhqiqatçı olduğundan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlanılması və daşınmasinda şubhəli bilinməsi ilə bağlı materialin icrası ona həvalə edilmişdir. Təqsirləndirilən şəxs mudafiəçi təqdim edilərək, onun uzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs ozu sol çiynindən asılmış tund-qəhvəyi rəngli əl çantasını təqdim etmişdir. Həmin əl çantasina onun tərəfındən baxış keçirilən zaman 01 ədəd qara rəngli parça maska, 01 ədəd cib dəsmalı, 03 ədəd alışqan və “Davidoff’ markalı siqaret qutusu aşkar olunmuşdur. Həmin siqaret qutusunun içərisinə baxış keçirilən zaman oradan 05 ədəd ağ rəngli kağıza və siqaret kağızlarına bukulmuş bukumlər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bukumlərin içərisindəki nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda həmin şəxs aşkar olunan maddələrin narkotik vasitə “kokos və şuşə”, bitki kutləsinin isə “marixuana” olduğunu, həmin maddələri və bitki kutləsini 24.06.2021-ci il tarixdə gecə saatlarinda Bakı şəhəri ərazisində olan zaman tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi uçun uzərində saxladığını soyləmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs uzərinə şəxsi axtarış zamanı aşkar olunmuş maddələr və bitki kutləsi tərəziyə qoyulub çəkilən zaman həmin həmin maddələr: 1-ci bukum kağızla birlikdə 0,28 qram (kağızsız 0,19), 2-ci bukum kağızla birlikdə 0,14 qram, 3-cu bukum kağızla birlikdə 0,23 qram (hər uc bukumdə olanlar qəhvəyi rəngli, spesifık iyə malik maddələrdir), 4-cu bukum kağızla birlikdə 0,26 qram (yaşıl rəngli bitki kutləsidir), 5-ci bukum kağızla birlikdə 0,22 qram (ağ rəngli kristal şəkilli maddədir) olduğu muəyyən olunmuşdur. Daha sonra həmin qəhvəyi rəngli çantaya baxış keçiriməsi davam etdirilmiş, narkoloji dispanserdə qeydiyyatda olması ilə bağlı sənəd, 01 ədəd qara rəngli içərisi boş pul kisəsi, 0,40 qəpik pul aşkar olunmuşdur. Daha sonra həmin şəxsin uzərinə şəxsi axtariş kecirilmiş və qanunla qadağan olunmuş hər hansi əşya və ya predmet aşkar olunmamışdir. Həmin bukumlər ekspertizaya təqdim olunmasi məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırmiş, DİN-nin 124 sayli mohuru ilə mohurlənmişdir. Sonda protokol tərtib etmiş ucadan oxumuş və həmin protokol iştirakçılar tərəfındən imzalandı. Şəxsi axtariş zamani ikinci bukum tərəzidə çəkildikdə siqaret kağızı bukumu açılmış, siqaret kağizina bukulmuş şəffaf bukum kiçik həcmdə olduğundan aça bilməmiş və olduğu kimi gumuşu rəngli siqaret kağızı ilə birlikdə tərəzidə çəkmiş və bukumun çəkisi 0.14 qram olması muəyyən edilmiş, həmin şəkildə zərfə qoymuşdur, Həmin bukumun çəkisi digər iki bukumə nisbətdə çox az olduğundan həmin bukumun içərisi boş olması mumkundur. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 25 iyun 2021-ci il tarixli, 6\2588 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş uzərində:” Təqsirləndirilən şəxs uzərindən aşkar olunmuş 4 bukum narkotik vasitəyə bənzər maddələr..” yazı və imzalar olan zərfdə 01 ədəd kağız bukumundə təmiz cəkisi 0,025 qram ağ rəngli kristalşəkilli maddə psixotrop maddə-metamfetamin, 02 ədəd şəffaf sellofan bukumdə hər birinin ayrı-ayrılıqda təmiz cəkisi 0,130 qram və 0,118 qram olmaqla, umumi təmiz cəkisi 0,248 qram qəhvəyi rəngli, tozşəkilli maddə kutləsi oz aralarinda xarici gorunuşunə və kimyəvi tərkib komponentlərinə gorə eyni olub kustar usulla hazirlanmış narkotik vasitəheroindir. (i.v. 37-43) İş materiallarında olan məhkəmə-bioloji ekspertizasınin 25 iyun 2021-ci il tarixli, 7\600 saylı rəyində gostərilmişdir ki, tədqiqata təqdim edilmiş uzərində “ Təqsirləndirilən şəxs uzərindən ...” yazısi və imzalar olan kağız paketdəki 01 ədəd kağız bukumdə təmiz cəkisi-0,073 qram olan bitki mənşəli kutlə tərkibində narkotik maddələr olan cətənə (kannabis) bitkisindən kustar usulla hazirlanmiş narkotik vasitə qurudulmuş marixuanadir. (i.v.33-36) İş materiallarında olan “Şəxsi axtarış kecirilməsi barədə” 25.06.2021-ci il tarixli protokoldan gorunur ki, videocəkilişlə Təqsirləndirilən şəxs uzərinə kecirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özu sol ciynindən asılmış tund-qəhvəyi rəngli əl çantasını təqdim edir. Həmin əl çantasina təhqiqatçı tərəfındən baxiş kecirilən zaman 01 ədəd qara rəngli parça maska, 0l ədəd cib dəsmalı, 03 ədəd alışqan və “Davidoff’ markalı siqaret qutusu aşkar olunur. Həmin siqaret qutusunun içərisinə baxış kecirilən zaman oradan 05 ədəd ağ rəngli kağıza və siqaret kağızlarına bukulmuş bukumlər aşkar olunur. Ceyhun isayevdən həmin bukumlərin içərisindəki nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, aşkar olunan maddələrin narkotik vasitə “kokos və şuşə”, bitki kutləsinin isə “marixuana” olduğunu, həmin maddələri və bitki kutləsini 24.06.2021-ci il tarixdə gecə saatlarında Bakı şəhəri ərazisində olan zaman tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi uçun uzərində saxladığını soyləyir. Həmin vaxt Təqsirləndirilən şəxs uzərinə şəxsi axtarış zamanı aşkar olunmuş maddələr və bitki kutləsi tərəziyə qoyulub çəkilən zaman həmin maddələr: 1-ci bukum kağızla birlikdə 0,28 qram(kağızsiz 0,19), 2-ci bukum kağızla birlikdə 0,14 qram, 3-cu bukum kağızla birlikdə 0,23 qram (hər uc bukumdə olanlar qəhvəyi rəngli, spesifık iyə malik maddələrdir), 4-cu bukum kağızla birlikdə 0,26 qram (yaşıl rəngli bitki kutləsidir), 5-ci bukum kağızla birlikdə 0,22 qram (ağ rəngli kristal şəkilli maddədir) olduğu muəyyən olunur. Daha sonra həmin qəhvəyi rəngli çantaya baxış keçrilməsi davam etdirilir, 01 ədəd qara rəngli içərisi boş pul kisəsi, 0,40 qəpik pul aşkar olunur. Daha sonra təhiqiqatçı tərəfındən həmin şəxsin uzərinə şəxsi axtariş keçirilir və qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmur. Həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırlir, DİN-nin l24 nomrəli mohuru ilə mohurlənir və uzərində qeydlər aparilaraq imzalanir. (i.v.21-22) İş materiallarında olan, məhkəmə iclasında nümayiş etdirilmiş 1 ədəd diskdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Təqsirləndirilən şəxs onda aşkar olunaraq götürülmüş maddələrin narkotik vasitə olduğunu etiraf etməsi əks etdirilmişdir. İş materiallarında olan qərardan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs uzərindən goturulmuş, ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0,188 qram narkotik vasitə heroin, 0.015 qram çəkidə psixotrop maddə metanfetamin və ekspertiza tədqiqatı nəticəsində qaliq qalmış 0,053 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi uzrə maddi subut kimi tanmmış və saxlanılması ucun Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, 01 ədəd DVD formatlı disk də maddi subut kimi tanmmış və cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 23.07.2021-ci il tarixli, 2437 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v.99-100) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 27.07.2009-cu il tarixli hokmu ilə Azərbaycan Respublikası CM-nin 145.2.4, 149.2.1, 150.2.1, 180.2.1, 180.2.4, 66.3-cü maddələri ilə 05 il 03 ay mudətinə azadliqdan məhrum edilmiş, Xəzər rayon məhkəməsinin 25.09.2013-cü il tarixli qərarı ilə cəzadan 06, ay 03 gun əvvəl vaxtından şərti azad olunub, 23.03.2014-cu il tarixdə cəzası başa catmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsində gosərilmişdir ki, ağır cinayət torətməyə gorə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gundən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu olmayan hesab olunur. (i.v.97- 98) İş materiallarında olan 25.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25.06.2021-ci il tarixdə, saat 09:00-da tutulub saxlanmışdır.(i.v. 7) İş materiallarında olan 26.06.2021-ci il tarixli protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 26.06.2021-ci il tarixdə, saat 11:30-dan saat 12:30-dək təqsirləndiriliən şəxs qismində dindirilmiş, ondan sonra barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, MSY-dən azad edilmişdir. (i.v 64-70) İş materiallarında olan 31.08.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(i.v. 101) İş materiallarında olan məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 10.10.2018-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. (i.v.103) Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməli-yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd şəffaf sellofan bukumdə, hər birinin ayrıayrılıqda təmiz cəkisi 0,130 qr və 0,118 qram olmaqla, umumi təmiz şəkisi 0,248 qram kustar usulla hazirlanmiş narkotik vasitə olan “heroin”i əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nın 59.1.4 və 59.2-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-nın tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli 01 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarında olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 25.06.2021-ci il tarixdə, saat 09:00-da şübhəli şəxs kimi tutulmuş, 26.06.2021-ci il tarixdə, saat 11:30-dan saat 12:30-dək təqsirləndiriliən şəxs qismində dindirilmiş, ondan sonra barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, MSY-dən azad edilmişdir. Ona görə də, onun tutularaq saxlandığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən, təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlar ilə əlaqədar 167,52 (bir yüz altmış yeddi manat əlli iki qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün dövlət hesabına ona hüquqi yardım göstərilməsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Vəkil tərəfindən bu iş üzrə hüquqi xidmət üçün 08 (səkkiz) iş saatı sərf edilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 48 (qırx səkkiz) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübutlar-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, qalıq xalis çəkisi 0,188 qram narkotik vasitə heroin, 0.015 qram cəkidə psixotrop maddə metanfetamin və ekspertiza tədqiqatı nəticəsində qaliq qalmış 0,053 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və müsadirə olunası əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 25 iyun 2021-ci il tarixdən 26 iyun 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzasının müddəti qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 01 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və barəsində hökm qanuni qüvvəyə minənə qədər həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs 167,52 (bir yüz altmış yeddi manat əlli iki qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübutlar-ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 0,188 qram narkotik vasitə heroin, 0.015 qram çəkidə psixotrop maddə metanfetamin və ekspertiza tədqiqatı nəticəsində qaliq qalmış 0,053 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut - əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkiliMüdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 48 (qırx səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********). Hökmdən elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-660/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-660/2021
01.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver