Məhkəmə qərarları › İş №1(060)-661/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-661/2021

03.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-661/2021 03.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxx 1983-cü ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Zəngilan rayonu, Alıbəyli kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 20/47A, mənzil 2B-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən 01 ədəd kustar üsulla beşbarmaq tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahı əldə edərək onu üzərində saxlamış, 20 aprel 2021-ci il tarixdə saat 16 radələrində Sumqayıt regional «Asan xidmət» mərkəzinə daxil olan zaman mühafizə xidməti tərəfindən saxlanılaraq üzərində olan qara rəngli əl çantasının içərisindəki 01 ədəd kustar üsulla beşbarmaq tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1983-cü il tarixdə Zəngilan rayonunda anadan olmuş və hal hazırda Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 20/47A, mənzil 2B-də ailəsi ilə birlikdə yaşayır. Evlidir. Himayəsində 2 azyaşlı övladı vardır. Fərdi sahibkarlıqla məşğul olaraq ailəsini dolandırır. Belə ki, Sumqayıt şəhərində yerləşən ”Asan Xidmət”də şəxsiyyət vəsiqəsini dəyişməyə gedən zaman 20.04.2021-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində küçələrdən birində gəzərkən yerdən beşbarmaq tapmışdır. O, xoşuna gəldiyi üçün həmin beşbarmağı özündə saxlamış və onu üzərində olan qara rəngli əl çantasına qoymuşdur. Qeyd etdiyi tarixdə o, Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən «Asan» xidmət mərkəzinə getmişdir. O, orada giriş qapısında yoxlanılmaq üçün çantasını mühafizəçilər olan yerə qoymuşdur. Özü isə yan tərəfdən keçmişdir ki, sonra çantasını götürsün. Bu vaxt mühafizəçilərdən biri bu çantanın kimə məxsus olmasını soruşmuşdur. O, isə ona məxsus olduğunu bildirmişdir. Orada çantaya baxış keçirilmiş, ona məxsus beşbarmaq aşkar olunaraq götürülmüş və bu barədə müvafiq sənədləşmə aparılmışdır. Sonra isə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları gəlib onu bölməyə aparmışlar. O, orada da bununla bağlı izahat vermişdir. Onun beşbarmağı üzərində gəzdirməkdə heç bir məqsədi olmamışdır. O, həmin beşbarmağı indiyə kimi heç vaxt istifadə etmədiyini və istifadə etmək üçün kimsəyə vermədiyini, yalnız həmin beşbarmağı tapandan sonra onu bəyəndiyinə görə özündə saxladığını bildirmişdir. Əməlindən peşmandır. Ona görə də onun barəsində amnistiya aktının tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadəsi tədqiq edilərək elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hal-hazırda Sumqayıt şəhər Mühafizə İdarəsində çalışır. 2021-ci ilin may ayına qədər Sumqayıt «Asan xidmət» mərkəzində xidmətdə olmuşdur. Onların işi orada giriş qapısında mərkəzə daxil olan vətəndaşların əşyalarını yoxlamaq və içəriyə qanunsuz əşyalarla daxil olmalarının qarşısını almaqdan ibarətdir. Bunun üçün giriş qapısından keçən vətəndaşlar özlərinə məxsus olan əşyaları kənara qoyub keçirlər. Əgər metal əşya və ya hər hansı bir qanunsuz metal əşya olarsa siqnal səsi gəlir və onlar həmin əşyanın nədən ibarət olduğuna baxırlar. 20.04.2021-ci il tarixdə o, saat 16 radələrində xidmətdə olarkən giriş qapısına bir neçə vətəndaş yaxınlaşmış və əllərində olan çantaları yoxlanılması üçün kənara qoymuşlar. Bu vaxt mühafizə zolağında siqnal səsi gəlmişdir. Orada olan kişi çantasında metal əşya olduğu müəyyən edilmişdir. O həmin çantanın kimə məxsus olduğunu soruşmuşdur. Bu vaxt cavan yaşlarda bir nəfər onlara yaxınlaşmış və özünü təqdim edərək çantanın ona məxsus olduğunu bildirmişdir. Həmin vaxt qeyd olunan şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. Daha sonra əl çantasının içrəsindən 01 ədəd beşbarmaq aşkar etmiş və dərhal bu barədə öz rəhbərliyinə müraciət etdikdən sonra raportla Sumqayıt ŞPİ-nin 3-cü PB-nə müraciət etmişdir. Həmin vaxt polis əməkdaşları və hal şahidlərinin oraya gəldiyini və Təqsirləndirilən şəxs əl çantasından aşkar olunmuş 01 ədəd beşbarmaqla bağlı sənədləşmə işləri apardıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi tədqiq edilərək elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhər Polis İdarəsinin CAŞ-nın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 20.04.2021-ci il tarixdə o, Polis İdaərsində əməliyyat qrupunun tərkibində olmuşdur. Bu vaxt onlara məlumat verilmişdir ki, Sumqayıt «Asan xidmət» mərkəzində bir nəfər şəxsin üzərində soyuq silah olan beşbarmaq aşkar olunmuşdur. Onlara həmin şəxsi Polis İdarsinə gətirmək tapşırılmışdır. O, təhqiqatçı Radil Əsədovla birlikdə Sumqayıt «Asan xidmət» mərkəzinə getmişdir. Oradakı polis əməkdaşları onlara həmin şəxsi təqdim etmişlər. O, Təqsirləndirilən şəxs olmuşdur. X1 həmin şəxsin çantasından aşkar olunmuş 01 ədəd beşbarmağa bənzər əşyanın aşkar olunması ilə bağlı hal şahidlərinin iştirakı ilə protokol tərtib etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin beş barmağı 20.04.2021-ci il tarixdə Asan xidmətə sənədlərini dəyişməyə gələn zaman Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazsində yerdən tapmışdır. Bundan sonra Təqsirləndirilən şəxs çantasından aşkar edilmiş 01 ədəd soyuq silah beşbarmağa bənzər əşya zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs əvvəllər qanunsuz soyuq silah gəzdirməsi ilə bağlı onlarda məlumat olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadəsi tədqiq edilərək elan edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 20.04.2021-ci il tarixdə saat 16 radələrində Sumqayıt «Asan xidmət» mərkəzinin yaxınlığından keçərkən polis əməkdaşı ona yaxınlaşaraq bir nəfər şəxsin üzərindən aşkar olunmuş 01 ədəd beşbarmağın sənədləşdirilməsində onun hal şahidi kimi iştirak etməsini ondan xahiş edərək, onu «Asan xidmət» mərkəzinə dəvət etmişdir. O, razılıq vermiş və polis əməkdaşı ilə birlikdə «Asan xidmət» mərkəzinə gəlmişdir. «Asan xidmət» mərkəzində ona və digər hal şahidinə Azərbaycan Respublikası CPM-in 94-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələr izah olunmuşdur. Bundan sonra adı orada ona bəlli olan Təqsirləndirilən şəxs əl çantasında olan 01 ədəd soyuq silah beşbarmağa bənzər əşyanı çıxarıb təqdim edərək həmin beşbarmağı tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd beşbarmağa bənzər əşya onların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və DİN-in möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan oxunmuş və düzgün bilinib, iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 14.06.2021-ci il tarixli, 3/916 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla beşbarmaq tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır. İş materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd beşbarmaq maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07.09.2021-ci il tarixdə tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 08.09.2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs 03.12.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən onun barəsində amnistiya tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 02 azyaşlı uşağı vardır. İş materiallarında olan 5 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 22 (iyirmi iki) saat vaxt sərf etmişdir. Ona görə də 132 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də 150 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər cinayət məsuliyyət məsuliyyətindən azad olunur. Həmin Qərarın 9.1-ci bəndinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət t işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin onun barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini və Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndlərinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, o məsuliyyətdən azad olunmalı və cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan bir ədəd beşbarmaq məhv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndlərinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndləri tətbiq edilərək o cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan bir ədəd beş barmaq məhv edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 132 (yüz otuz iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar