Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-661/2022 20.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, m məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs Qəhrəman oğlunun, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Rusiya Federasiya, Tümen şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərarına əsasən “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin olunmuş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 1 il azaldılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2sində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Qəhrəman oğlunun Azərbaycan Republikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Qəhrəman oğlu istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,227 qram bozumtul qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 03.45 radələrində Sumqayıt ŞPİ-nin PPXT-nun 2-ci bölüyünün əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, 17-ci mikrorayon, 22 saylı evin qarşısında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan yaşıl rəngli gödəkçənin sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş halda təmiz çəkisi 0,227 qram bozumtul qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs Qəhrəman oğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ünvan 1-də qeydiyyatdadır, hal hazırda Sumqayıt şəhəri, 21-ci mikrorayon, ev 207-də yaşayır. Təxminən sqaxlanılmamışdan 2 gün əvvəl Bakı şəhəri 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 25 manata iki büküm narkotik vasitə olan heroin və bir büküm “patı” adlandırdığı psixotrop maddə olan metamfetamin və bir ədəd 1\4 metadon adlanan həb alaraq özü istifadə etmək üçün əynində olan yaşıl rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 03 radələrində evində olan tanışı X3 evinə ötürmək üçün evdən çıxıb birlikdə onun idarə etdiyi avtomobil ilə Sumqayıt şəhəri, 17-ci mikrorayon 22 saylı evin qarşısına gəlmişlər. Avtomobildən düşüb birlikdə söhbət edərək piyada hərəkət edən zaman bir neçə nəfər post patrul xidmətinin polis əməkdaşları post patrul avtomobili ilə onlara yaxınlaşmışlar, özlərini Sumqayıt şəhər polis idarəsinin post patrul xidməti əməkdaşları olduqlarını bildirərək onlardan gecə vaxtı küçədə nə etdiklərini, zahiri görünüşdən, hərəkətlərindən narkotikdən istifadə edən şəxsə bənzədiklərini bildirərək elə bu səbəbdən üzərlərində hər hansı qanunsuz əşya olub olmadığını soruşmuşlar. O, polis əməkdaşlarına bildirmişdir ki, üzərində narkotik vasitə vardır. Asimin onun üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır. Bundan sonra polis əməkdaşları araşdırma aparılması üçün onları birlikdə polis bölməsinə dəvət etmişlər. Onlar etiraz etməyərək, polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə gəlmişlər. Bölmənin inzibati otaqların birində üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər, o, buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X4 təqdim olunmuşdur. O, vəkilə etiraz etməmiş, daha sonra isə videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində qanunla qadağan edilmiş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif etmişlər. Bundan sonra o, əynində olan yaşıl rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu bir ədəd ağ rəngli sellofan torbada olan iki ədəd ağ rəngli sellofan bükümü, bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü və 1\4 ölçüdə metadon adlandırılan həbi çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, iki ədəd ağ sellofan bükümdəki kakos adlandırdığı narkotik vasitə heroindir, bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdəki isə patı adlandırdığı psixotrop maddə metamfetamindir. Onun təqdim etdiyi ağ rəngli sellofanda olan bükümlər ayrı ayrılıqda açılmış içərisində kəskin iyli, qəhvəyi rəngli, toz şəkilli kütlə aşkar edilmişdir, digər bir siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə isə ağ rəngli kristal şəkilli kütlə aşkar edilmişdir. Təqdim etdiyi bükümlərdəki kütlələri və 1\4 ölçüdə tabletkanı 2 gün əvvəl Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığından tanımadığı şəxsdən hamısını bir yerdə 25 manata almışdır. Həmin kütlələr üzərində olan büküm ilə birlikdə və tabletin 1\4 hissəsi onun iştirakı ilə elektron tərəzi vasitəsilə çəkilmiş, sonra isə bir ədəd zərfə qablaşdırılıb üzəri möhürlənmişdir. MEM-nin xx.xx.2022-ci il tarixli 6\3465 saylı rəyi ilə tanış olmuş, həmin rəydə təqdim edilən bir ədəd ağ rəngli sellofan büümdə olan kütlədə nəzarətdə olan maddələrə məxsus əlamət müəyyən edilmədiyi göstərilmişdir. Həmin ağ rəngli sellofan bükümdə olan kütləni heroin adı ilə almışdır. Özü də bilmirdi ki, həmin bükümdə olan kütlə narkotik vasitə deyil. Ona görə şəxsi axtarış aparılan zaman həmin kütlənin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Narkotik istifadə etdiyini etiraf etmiş, onun həmin narkotiki almaqda məqsədi özü istifadə etmək olmuşdur. Təqsirləndirilən şəxs Qəhrəman oğlu hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu göstərərək, məhkəmədən qeyd olunan halların nəzərə alınmaqla barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin PPXT-nun 2-ci bölüyün polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin PPXT-nin 2-ci bölüyünün polis nəfəridir. xx.xx.2022-ci il tarixdə saat 03.45 radələrində 9177 çağırışla avtopatrulda polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində xidmət aparırmış, xidmət apardığı ərazidə oğurluq hadisələrinin, narkotik vasitələrin geniş şəkildə yayıldığından diqqətlə ətrafa göz gəzdirirmişlər. Bu zaman 17-ci mikrorayon, 22 saylı binanın yaxınlığında küçədə iki nəfər şəxsin piyada hərəkət etdiyini görmüşlər, həmin şəxslərin gecə vaxtı küçədə olması, zahiri görünüşlərindən narkotikdən istifadə edən şəxslərə oxşaması onlarda şübhə doğurduğundan onlara yaxınlaşmaq qərarına gəlmişlər. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və gecə vaxtı küçədə nə etdiklərini, zahiri görünüşdən narkotikdən istifadə edən şəxslərə bənzədiklərini bildirərək üzərlərində narkotik vasitə və yaxud hər hansı qanunsuz əşya olub olmadığını soruşmuşlar. Həmin şəxslərdən biri üzərində narkotik vasitə olduğunu demişdir. Bundan sonra həmin şəxslərin üzərinə baxış keçirmədən saxlayaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Bölmədə məlum olmuşdur ki, üzərində narkotik vasitə olduğunu deyən şəxs Təqsirləndirilən şəxs Qəhrəman oğludur və yanında olan şəxs isə tanışı X5r. Təqsirləndirilən şəxs Qəhrəman oğlunun üzərində şəxsi axtarış keçirilməsi məqsədilə polis bölməsinə Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Kərimxan Əsədovu dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs Qəhrəman oğluna hüquq və vəzifələrini izah etdikdən sonra bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Qəhrəman oğlu əynində olan yaşıl rəngli gödəkçənin sağ yan cibindən bir ədəd ağ rəngli sellofanın içindən iki ədəd ağ rəngli sellofana bükülmüş bükümü, bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümü və 1\4 ölçüdə qəhvəyi rəngli həbi çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs Qəhrəman oğlu bildirmişdir ki, təxminən 2 gün əvvəl şəxsi istifadəsi üçün həmin bükümləri birlikdə Bakı şəhəri, 20 Yanvar ərazisində olan zaman tanımadığı şəxsdən 25 manata almış, üzərində saxlamışdır. Həmin bükümlərdən iki ədəd ağ rəngli sellofanda olan narkotik vasitə heroin olduğunu, siqaretin gümüşü rəngli kağızına bükülmüş ağ kristal halında psixotrop maddə metamfetamin olduğunu, həbin isə metadon olmasını bildirmişdir. Həmin bükümlər ayrı ayrılıqda açılmış, belə ki, iki ədəd ağ rəngli sellofan bükümün içində olan qəhvəyi rəngli kəskin iyli toz şəkilli narkotik vasitəyə bənzər kütlə var idi, digər bir ədəd siqaretin gümüşü rəngli kağızının içində isə ağ rəngli kristal şəkilli psixotrop maddəyə bənzər kütlə var idi. Həmin bükümlərdə olan kütlələr və həb ayrı ayrılıqda elektron tərəziyə qoyularaq çəkilmiş və “panasonik” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Həmin bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı X6 tərəfindən kağız zərfdə qablaşdırılıb AR DİN zərflər üçün 125 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin PPXT-nin 2-ci bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin PPXT-nin 2-ci bölüyünün polis nəfəridir. xx.xx.2022-ci il tarixdə saat 03.45 radələrində 9177 çağırışla avtopatrulda polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində xidmət aparmışdır. Xidmət apardığı ərazidə oğurluq hadisələri, narkotik geniş şəkildə yayıldığından diqqətlə ətrafa göz gəzdirirmişlər. Bu zaman 17-ci mikrorayon, 22 saylı binanın yaxınlığında küçədə iki nəfər şəxsin piyada hərəkət etdiyini görmüşlər, həmin şəxslərin gecə vaxtı küçədə olması, zahiri görünüşlərindən narkotikdən istifadə edən şəxslərə oxşaması onlarda şübhə doğurduğundan onlara yaxınlaşmaq qərarına gəlmişlər. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və gecə vaxtı küçədə nə etdiklərini, zahiri görünüşdən narkotikdən istifadə edən şəxslərə bənzədiklərini bildirərək üzərlərində narkotik vasitə və yaxud hər hansı qanunsuz əşya olub olmadığını soruşmuşlar. Həmin şəxslərdən biri üzərində narkotik vasitə olduğunu demiş. Bundan sonra həmin şəxslərin üzərinə baxış keçirmədən saxlayaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Bölmədə məlum olmuşdur ki, üzərində narkotik vasitə olduğunu deyən şəxs Təqsirləndirilən şəxs Qəhrəman oğludur və yanında olan şəxs isə tanışı X5r. Təqsirləndirilən şəxs Qəhrəman oğlunun üzərində şəxsi axtarış keçirilməsi məqsədilə polis bölməsinə Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili X2 dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs Qəhrəman oğluna hüquq və vəzifələrini izah etdikdən sonra bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Qəhrəman oğlu əynində olan yaşıl rəngli gödəkçənin sağ yan cibindən bir ədəd ağ rəngli sellofanın içindən iki ədəd ağ rəngli sellofana bükülmüş bükümü, bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü və 1\4 ölçüdə qəhvəyi rəngli həbi çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs Qəhrəman oğlu bildirmişdir ki, təxminən 2 gün əvvəl şəxsi istifadəsi üçün həmin bükümləri birlikdə Bakı şəhəri, 20 yanvar ərazisində olan zaman tanımadığı şəxsdən 25 manata almış, üzərində saxlamışdır. Həmin bükümlərdən iki ədəd ağ rəngli sellofanda olan narkotik vasitə heroin olduğunu, siqaretin gümüşü rəngli kağızına bükülmüş ağ kristal halında psixotrop maddə metamfetamin olduğunu, həbin isə metadon olmasını bildirmişdir. Həmin bükümlər ayrı ayrılıqda açılmış, belə ki, iki ədəd ağ rəngli sellofan bükümün içində olan qəhvəyi rəngli kəskin iyli toz şəkilli narkotik vasitəyə bənzər kütlə var idi, digər bir ədəd siqaretin gümüşü rəngli kağızının içində isə ağ rəngli kristal şəkilli psixotrop maddəyə bənzər kütlə var idi. Həmin bükümlərdə olan kütlələr və həb ayrı ayrılıqda elektron tərəziyə qoyularaq çəkilmiş və “panasonik” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Həmin bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı X6 tərəfindən kağız zərfdə qablaşdırılıb AR DİN zərflər üçün 125 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Qəhrəman oğlunun Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1 və Şahid2 ifadələrində göstərdikləri bir daha təsdqiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6\3465 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün 125 nömrəli möhür əksi, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs Qəhrəman oğlunun üzərindən...” qeydli zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,227 qram bozumtul qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 0,164 qram tünd boz rəngli maddə kütləsinin tərkibində nəzarətdə olan maddələrə məxsus əlamət müəyyən edilmədi; 01 ədəd bükümdə təmiz çəkisi 0,031 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, çəkisi 0,103 qram boz rəngli dərman tableti qırıntısının tərkibində 0,01 qram metadon təsiredici maddəsi müəyyən edildi. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (siyahı İİ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. (Heroinin təmiz çəkisi-0,227 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,117 qram. Metamfetaminin təmiz çəkisi-0,031 qram, tədqiqata sərf edildi-0,021 qram, qalıq-0,010 qram. Metadon tableti qrıntısı-0,103 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,053 qram. Tünd boz rəngli maddə kütləsi- 0,164 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-o,114 qram.) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3664 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Qəhrəman oğlunda opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Qəhrəman oğlunun əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Qəhrəman oğlunun əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 sentyabr 2021-ci il tarixli 1(060)-477/2021 saylı hökmünün surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Qəhrəman oğlu Azərbaycan Republikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 7(060)-272/2022 saylı qərarının surətindən müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərarına əsasən “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. İş materiallarında olan Sumqayıt şəhər probasiya şöbəsinin 10 oktyabr 2022-ci il tarixli məktubundan görtünür ki, Təqsirləndirilən şəxs Qəhrəman oğlunun xx.xx.2022-ci il tarixə 10 ay 05 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Qəhrəman oğlunun hazırki cinayət əməlini törədən zaman Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə olan məhkumluğu residivin müəyyən olunması zamanı nəzərə alınmamalıdır. Beləliklə, məhkəmədə Təqsirləndirilən şəxs Qəhrəman oğlunun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs Qəhrəman oğluna cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs Qəhrəman oğluna hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Qəhrəman oğluna təyin olunmuş 2 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 10 ay 05 günü CM-nin 68.1.1-1-ci madddəsinə əsasən 05 ay 02 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbləri qaydasında cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Qəhrəman oğlu hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 21 iyun 2022-ci il tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin hazırlıq iclasının xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Qəhrəman oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Qəhrəman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 21 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Qəhrəman oğluna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Qəhrəman oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,177 qram narkotik vasitə heroin, 0,010 qram psixotrop maddə metamfetamin, 0,053 qram tərkibində 0,01 qram metadon təsiredici maddə olan boz rəngli dərman tableti və 0,114 qram olan tünd boz rəngli maddə kütləsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumu dəyəri 110 manat Təqsirləndirilən şəxs Qəhrəman oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Qəhrəman oğlunun məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 04 avqust 2022-ci il tarixli (iş № 1(060)-661/2022) qərarını icra edərək, 06 avqust 2022-ci il tarixli 1139 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Qəhrəman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Qəhrəman oğluna təyin edilmiş 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 10 ay 05 günü CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 05 ay 02 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilsin və ona qəti olaraq 01 il 05 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Qəhrəman oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 21 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Qəhrəman oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Qəhrəman oğluna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Təqsirləndirilən şəxs Qəhrəman oğlu ərazi üzrə Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,177 qram narkotik vasitə heroin, 0,010 qram psixotrop maddə metamfetamin, 0,053 qram tərkibində 0,01 qram metadon təsiredici maddə olan boz rəngli dərman tableti və 0,114 qram olan tünd boz rəngli maddə kütləsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumu dəyəri 110 manat Təqsirləndirilən şəxs Qəhrəman oğlundan alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Qəhrəman oğlu müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-661/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-661/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver