Məhkəmə qərarları › İş №1(060)-662/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-662/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-662/2023 20.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi və vəkili Nümayəndə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1999-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində, daha sonra həmin tarixdə saat 19:00 radələrində ünvan 2 ünvanında rəsmi nigahda olduğu arvadı Zərərçəkmiş şəxs ilə arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncuya sol sağrının yuxarı iç kvadratının bud çanaq oynaında hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların əziyi-qançırı, sol bazunun, sağ bazu oynağının, sol budun qançırı, sağ əlin sağ saidin sıyrıqları ilə nəticələnən xəsarətlər yetirmişdir. Sol sağrının yuxarı iç kvadratının bud-çanaq oynağında hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların əziyi-qançırı xəsarətləri dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya, sol bazunun, sağ bazu oynağının, sol budun qançırı, sağ əlin sağ saidin aıyrıqları xəsarətləri isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2022-ci il tarixdə ailə həyatı qurmuşdur. Onunla birgə nigahlarından övladları yoxdur. Türkanla evləndikləri müddətdə Türkan onu aldatdığını düşünürdü. Evləndikləri ilk aylar münasibətləri normal olmuşdur. Lakin daha sonra qısqanclıq zəminində aralarında baş verən münaqişələr daha da dərinləşmişdir. Türkan gizlicə onun telefonlarına baxırdı. Hətta onun telefonunda olan proqramları öz telefonuna yönləndirmişdi. Bu səbəbdən də əvvəllər aralarında mübahisə baş vermişdir. xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində bacısı Tünzaləgilə qonaq gedəcəkmişlər. Həmin vaxt Türkan onularla getmək istədiyini demişdir. O isə Türkandan evdə qalaraq atasına yemək bişirməsini xahiş etmişdir. Lakin Türkan onun bu xahişinə etiraz edərək mübahisə etməyə başlamışdır. O Türkanın ondan incidiyini başa düşərək ona geyinməyini, bacısı Tünzagilə aparacağını demişdir. Lakin Türkan artıq getmək istəmədiyini deyərək onunla münaqişə etməyə davam etmişdir. Onlar arasında mübahisə olsa da Türkanı vurmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi həmin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən yayınmaq üçün belə ifadə verir. Onun verilən ittihamda göstərilən əməli həmin qaydada törətməsi işdə olan və tədqiq edilmiş iş materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs özü də təhqiqat zamanı fərqli ifadə vermişdir. Belə ki, Təqsirləndirilən şəxs təhqiqat zamanı özünü təqsirli bilərək göstərmişdir ki, hadisə baş verən gün aralarında davam edən münaqişə əsanasında əsəbiləşərək Türkanın baş nahiyyəsindən vurub ondan sakitləşməsini tələb etmişdir. Türkan isə zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra o Türkana “geyin səni ananın evinə aparıram” demişdir. Türkan paltarını geyinmiş, lakin ilk öncə getməyəcəyini demişdir. O da bundan sonra tək yaşadıqları evin yaxınlığında yaşayan X3gilə getmişdir. Təxminən 10 dəqiqə sonra Türkan Sevincgilə gəlib gəl görüşək mən gedirəm demişdir. O Türkana “anana zəng elə gəlsin səni götürsün” demişdir. Lakin Türkan “özüm gedəcəm” demişdir. Bundan sonra ayaqqabısını geyinib evdən çıxmışdır. Təxminən saat 19:00 radələrində yeznəsi X4 ona zəng edib “Türkan yanınmadı gəl bizi götür” demişdir. O da onları Nərman Nərimanov heykəlinin yaxınlığından götürüb evə gətirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş maddi və mənəvi ziyan ödənilmişdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur, özünü tam təqsirli bilir və əməlindən pemandır, buna görə də cinayət məsuliyyətindən azad olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs son sözündə bildirdi ki, , Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş maddi və mənəvi ziyan ödənilmişdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur, özünü tam təqsirli bilir və əməlindən pemandır, buna görə də cinayət məsuliyyətindən azad olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, şikayətçi olduğu Əsədov Səna Mansır oğlu rəsmi nigahda olduğu həyat yoldaşı, Şahid1 qaynanası, Şahid2 isə onun baldızıdır. O onlar ilə bir ünvanda yaşayır. Təqsirləndirilən şəxs ilə xx.xx.2022-ci il tarixdə ailə həyatı quraraq rəsmi nigah qeyd etdirmişlər. Onlar ailə quranda ilk ərəfələr həyat yoldaşı Təqsirləndirilən şəxs və onun valideynləri ilə münasibətləri normal olmuş, öz aralarında ara-sıra məişət problemləri yaransa da, onlar həmin problemləri böyütməmişlər. Yəni ailə qurduqları üçün həmin problemləri tez bir zamanda həll etməyə çalışmışlar. Bu işlərdə hər zaman valideynləri də onlara dəstək olmuşlar. Evliliklərinin ilk vaxtlarından bəri Sənan tərəfindən fiziki təsirə məruz qalmamışdır, yəni o heç vaxt onu döyməyib, xəsarət yetirməmişdir. Onun Sənandan ona xəyanət etməsi barədə şübhələri var idi, ona bu barədə xəəbərdarlıq edərək qısqanc biri olduğunu deyib Sənandan onu heç vaxt aldatmamasını xahiş etmişdir. Lakin aralarında baş verən kimi söz-söhbətlər ailələrinin içində get-gedə münaqişələrə yol açmağa başlamışdır. Münaqişələrin digər səbəbi isə onun səhhətində olan problemlər ilə bağlı olaraq övlad sahibi ola bilməməyi olmuşdur. O son vaxtlarSənanın telefonuna nəzər saldıqda onun başqa qadınlarla münasibətinin olduğunu öyrənmişdir. O bu barədə qaynanası Şahid1, o cümlədən qaynatası Əsədov Mansır Avnəli oğluna demişdir. Lakin onlar ona inanmamışlar. O Sənana bu barədə dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq Sənan onun sözlərinin heç birinə məhəl qoymamış, hətta bir neçə dəfə onunla yaşamaq istəmədiyini dilinə gətirmişdir. xx.xx.2023cü il tarixdə saat 15:00 radələrində Sənan qaynanası Sərfinaz ilə birlikdə baldızı Tünzagilə qonaq gedən zaman Sənandan onu da aparmasını xahiş etmiş, lakin Sənan ilk əvvəl onunla bu barədə razılaşmasa da sonradan onu baldızı Tünzagilə aparmağa razılıq vermişdir. Lakin bundan az keçmiş Sənan geri qayıdıb onu anasının evinə aparacağını demişdir. O da gedib əyninə don geyinmişdir. Otağın qapısından çıxan zaman Sənan onun baş nahiyyəsinə əli ilə zərbə endirmişdir. Bundan sonra paltarından tutub çəkmişdir. Həmin vaxt o divanın üzərinə yıxılmışdır. Oradan durub evdən çıxmaq istəmişdir. Həmin vaxt Sənan onu itələmiş, o yerə yıxılmışdır. Onun bel nahiyyəsinə təpiklə vuraraq xəsarət yetirmişdir. O evin digər otağında əyləşmişdir. O da oradan çıxıb Sumqayıt şəhəri ərazisində yaxınlıqda olan skamyada əyləşmişdir. Orada olan zaman bir nəfər qadın ona yaxınlaşıb ona su vermişdir. O baldızının əri Eminə zəng etmişdir. Emin onun yanına gəlmişdir. Bundan sonra Sənana zəng etmişdir. Sənan da gəlib onu götürmüşdür. Yaşadıqları evə aparmışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 19:00 radələrində evdə olan zamanda yenidən Sənan onunla mübahisə etməyə başlamışdır. Ona anasının yanına getməyini bildirib, sol qolundan sıxmışdır. Mübahisə zamanı baldızı Şahid2 da orada olmuşdur. O artıq Sənanın onu evdən çıxartmasını anlamışdır. Mübahisə zamanı qaynanası Sərfinaz, Səidə onun ünvanına nalayiq ifadələr işlətmişdir. O öz otağından paltarlarını yığarkən qaynanası Sərfinaz gəlib ondan qızıllarını istəmişdir. O qızılları qaytarmayacağını demişdir. Həmin vaxt da əsəbiləşib Səidəyə mənim başıma gələn sənin dəbaşıva gəlsin demişdir. Qaynanası Sərfinaz bu sözdən sonra onun bel nahiyyəsinə iki əli ilə zərbə endirmişdir. O otağın divarına gedib arxasını divara çevirmişdir. Bu zaman baldızı Səidə ona tərəf gəlmişdir. Əlini boynuna atmışdır. O Səidənin sepini götürmək istədiyini bilmirdi. Həmin vaxt Səidə onun boynundan sepini götürən zaman əli ilə sinə nahiyyəsini cızmışdır. Zərərçəkmiş şəxs sonradan məhkəməyə bildirdi ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiqlənmiş xx.xx.2023-cü il tarixli ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən maddi və mənəvi ziyan tam ödənilib, onun ona qarşı heç bir şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Zərərçəkmiş şəxs oğlu Əsədov Səna Mansır oğlu ilə xx.xx.2022-ci il tarixdə ailə həyatı qurmuşdur. Onların evliliyindən övladı yoxdur. Türkanla evləndikləri müddətdə Türkan onu aldatdığını düşünürdü. Evləndiklərinin ilk ayı münasibətləri normal olmuşdur. Lakin daha sonra aralarında mübahisələr yaranmağa başlamışdır. Sonradan gizlicə Sənanın telefonlarına baxırmış. Hətta Sənanın telefonunda olan proqramları öz telefonuna yönləndirmişdir. Bu səbəbdən də əvvəllər aralarında mübahisə baş vermişdir. xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində Sumqayıt şəhəri, Karvan ticarət mərkəzinin yaxınlığına alış-veriş etməyə gəlmişdir. 15:00 radələrində qızı Tünzaləgilə qonaq gedəcəkmişlər. Saat 14:00 radələrində o alış-veriş edib geri qayıtmışdır. Həmin vaxt Türkan məndə getmək istəyirəm demişdir. Sənan Türkana evdə ol atama yemək bişir ver demişdir. X7 məni fəhlə gətirmisiniz bu evə deyə danışmağa başlamışdır. Sənan da Türkanın ondan inciməsini görmüşdür. Bundan sonra Türkana geyin gedək demişdir. Lakin Türkan getmək istəmədiyini bildirmişdir. Bundan sonra o Türkana geyin səni anavın evinə aparıram demişdir. Türkan paltarını geyinmiş, lakin ilk öncə getməyəcəyini demişdir. Bu zaman onlar arasında münaqişə baş vermişdir. Münaqişə baş verən zaman Sənan Türkanı sakitləşdirmək üçün onun baş nahiyyəsinə əli ilə yüngül toxunub, bundan sonra yaşadıqları evin yaxınlığında yaşayan X3 gilə getmişdir. Təxminən 10 dəqiqə sonra Türkan Sevincgilə gəlib gəl görüşək mən gedirəm demişdir. Sənan Türkandan hara getməsini soruşmuşdur. Türkan da anasıgilə getməyini demişdir. Sənan Türkana anava zəng elə gəlsin səni götürsün demişdir. Lakin Türkan özüm gedəcəm demişdir. Bundan sonra ayaqqabısını geyinib evdən çıxmışdır. Təxminən saat 19:00 radələrində Sənan Türkanı yaşadıqları evə gətirmişdir. Evdə olan zaman aralarında yenidən mübahisə yaranmışdır. Mübahisə zamanı Səna Türkanın baş nahiyyəsinə sillə zərbəsi endirmişdir. Sol qolunu da əli ilə sıxıb xəsarət yetirmişdir. Mübahisə zamanı Türkanın beldən aşağı nahiyyəsinə təpikı vurub xəsarət yetirmişdir. Mübahisə zamanı Türkan ona qarğışlar edirdi. Mübahisə zamanı o Türkana qarşı hər hansı xəsarət yetirici hərəkət etməmişdir. Sadəcə mübahisə zamanı o əsəbiləşdiyindən yüksək səslə onun üzərinə qışqırmışdır. Münaqişə vaxtı nə o, nə də ki qızı Səidə onu döyməmiş, ona xəsarət yetirməmişlər. Onların aralarında yalnız sözlü münaqişə olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs ilə xx.xx.2022-ci il tarixdə ailə həyatı qurmuşdur. Zərərçəkmiş şəxs qardaşını rəsmi nigahda olduğu həyat yoldaşıdır. Onların evliliyindən övladı yoxdur. Türkanla evləndikləri müddətdə Türkan onu aldatdığını düşünürdü. Evləndiklərinin ilk ayları münasibətləri normal olmuşdur. Lakin daha sonra aralarında mübahislərə yaranmağa başlamışdır. Sonradan gizlicə Sənanın telefonlarına baxırmış. Hətta Sənanın telefonunda olan proqramları öz telefonuna yönləndirmişdir. Bu səbəbdən də əvvəllər aralarında mübahisə baş vermişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 15:00 radələrində Sənan onun evinə gəlmişdir. Təxminən 10 dəqiqə sonra Türkan onlara gəlib gəl görüşək mən gedirəm demişdir. Sənan Türkandan hara getməsini soruşmuşdur. Türkan da anasıgilə getməyini demişdir. Sənan Türkana anava zəng elə gəlsin səni götürsün demişdir. Lakin Türkan özüm gedəcəm demişdir. Bundan sonra ayaqqabısını götürüb evdən çıxmışdır. Təxminən saat 19:00 radələrində Sənan Türkanı yaşadıqları evə gətirmişdir. Evdə olan zaman aralarında yenidən mübahisə yaranmışdır. Mübahisə zamanı Sənan Türkanın baş nahiyyəsinə sillə zərbəsi endirmişdir. Sol qolunu da əli ilə sıxıb xəsarət yetirmişdir. Mübahisə zamanı Türkanın beldən aşağı nahiyyəsinə təpiklə vurub xəsarət yetirmişdir. Mübahisə zamanı o Türkana aldığı sepi götürmək üçün əlini onun sinə nahiyyəsinə atmışdır. Lakin həmin vaxt əli onun sinə nahiyyəsinə dəyməmişdir. Münaqişə vaxtı nə o, nə də ki anası Sərfinaz onu döyməmiş, ona xəsarət yetirməmişlər. Onların aralarında yalnız sözlü münaqişə olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, qızı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə xx.xx.2022-ci il tarixdə ailə həyatı qurmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs rəsmi nigahda olduğu həyat yoldaşıdır. Onların evliliyindən övladı yoxdur. xx.xx.2023-cü il tarixdə o işdə olarkən saat 19:06 radələrində qızı Türkan vatsap sosial şəbəkəsi vasitəsilə ona mesaj yazaraq yaşadığı evdə həyat yoldaşının onu döyməsini, ona bədən xəsarətləri yetirməsini bildirmişdir. Bundan sonra o dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müracitə etmişdir. İşdən çıxıb Türkanın yaşadığı evə gəlirmiş. Lakin Türkanın yaşadığı ünvanı tam dəqiq bilmirdi. O Sumqayıt şəhərinə çatdıqda Türkanın polis bölməsində olmasını, onun polis əməkdaşları tərəfindən aparılması barədə məlumatlanmışdır. O Türkanın həyat yoldaşı tərəfindən döyülməsi barədə tam məlumatlı deyil. Çünki həmin vaxt orada olmamışdır. Sadəcə Türkanın vatsap sosial şəbəkəsi vasitəsilə ona göndərmiş olduğu səs yazısında Türkanın döyülməsini bilmişdir. Daha sonra Türkanla danışan zaman Türkan ona Sənanın onun sol qoluna, belinin aşağı nahiyyəsinə, baş nahiyyəsinə xəsarət yetirməsini bildirmişdir. Hətta mübahisə zamanı Sənan və ailə üzvlərinin onu təhqir etməsini də demişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 921 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir:sol sağrının yuxarı iç kvadaratının bud-çanaq oynağında hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların əziyi-qançırı, sol bazunun, sağ bazu oynağının, sol budun qançırı, sağ əlin, sağ saidin sıyrıqları. Qeyd olunan xəsarətlərküt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən bir günə qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağ sağrının yuxarı iç kvadratının bud-çanaq oynağında hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların əziyi-qançırı dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvrumaya aid edilir. Sol bazunun, sağ bazu oynağının, sol budun qançırı, sağ əlin, sağ saidin sıyrıqları sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 2275 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Əsədov Səna Mansır oğlu Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan 4 nömrəli xəstəxanaın poliklinika şöbəsinin 231 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetinə müraciət etməyib və ambulator kartası yoxdur. İş materiallarında olan 22 saylı MKS-nın xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan 1 saylı MKS-nin xx.xx.2023-cü il tarixli xasiyyətnamısindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan DİN-nin xx.xx.2023-cü il tarixli arayışından və DİN-nin BƏSİİnin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan məhkəməyə təqdim edilmiş 1 ədəd fləşkartda olan videogörüntülərə və fotoşəkillərə baxış keçirilən zaman Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirilməsi öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilən norma 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmişdir və həmin vaxtdan sonra Təqsirləndirilən şəxs həmin əsasla məsuliyyətdən azad olunmamışdır. Ona görə də, həmin maddənin tətbiq edilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd fləşkart və fotoşəkillər iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Məhkəməyə təqdim edilmiş 1 ədəd fləşkart və fotoşəkillər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar