Məhkəmə qərarları › İş №1(060)-662/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-662/2025

29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-662/2025 29.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana-9, məhəllə 9 ünvanında qeydiyyatda olan və ünvan 2sində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs sonucunun Sumqayıt şəhər məhkəməsində qardaşı Nazim Əliyevlə aralarında olan torpaq mübahisəsini tanışları vasitəsi ilə onun xeyirinə həll edəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs tərəfindən tərəfindən onun istifadəsində olan 4169-7388-2792-9724 nömrəli «Kapitalbank» plastik kartının hesabına xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, H.Əliyev prospekti 20/29 ünvanında yerləşən “Seymur Aptek” mağazasında quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə 100 manat və 150 manat olmaqla iki dəfəyə cəmi 250 manat, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 51-ci məhəllə, 149 ünvanında yerləşən “Oba market” mağzasında quraşdırılmış “E Manat” ödəmə terminalı vasitəsi ilə 200 manat, 14 may 2025-ci il tarixdə Sumqayıt şəhəri, 51-ci məhəllə, 149 ünvanında yerləşən “Oba market” mağzasında quraşdırılmış “E Manat” ödəmə terminalı vasitəsi ilə 500 manat pul vəsaitini köçürtdürərək nağdlaşdırmaqla, həmçinin 21 may 2025-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, Təzə Kotec, 16-cı məhəllə, 13 saylı evin qarşısında 800 manat pulu sonuncudan nəğd şəkildə alaraq cəmi 1750 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək, zərərçəkmiş şəxsə 1750 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ehtiyacı olduğu üçün pul almışdır. İstintaq vaxtı şahidi görmədiyi və onun şahid kimi iştirakına etirazı olduğu üçün özünü qismən təqsirli bilir. Daha sonra isə ona elan olunmuş ittihamla razı olduğunu və özünü təqsirli bildiyini bildirmişdir. Himayəsində 2 azyaşlı övladı var. İbtidai istintaq müddətində Təqsirləndirilən şəxs verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edildi. O, ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, X2 təxminən bir ildir ki, tanıyır, belə ki, öz azyaşlı oğlunu Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən idman zalına məşqə apararkən Nizami də nəvəsini həmin zala gətirdiyindən bəzən uşaqların məşqinin qurtarmasını gözləyərkən söhbətləşmişlər. 07 may 2025-ci il tarixdə yenə məşq zalının qarşısında söhbət edərkən Nizami qardaşı Nazim ilə ata yurdu olan ünvan 5 ünvanında yerləşən torpaq sahəsinə görə uzun müddətdir ki, aralarında mübahisə olduğunu, həmin torpaq sahəsi ilə əlaqədar Sumqayıt şəhər məhkəməsinə müraciət etsə də məhkəmə prosesini uduzaraq həmin ünvandan qeydiyyatdan çıxarıldığını danışarkən pula ehtiyacım olduğundan və Nizamidən hər hansı bir məbləğdə pul ələ keçirmək məqsədi ilə söhbətə müdaxilə edib Nizamiyə mübahisədən qalib gəlməyinə öz tanışları vasitəsi ilə köməklik edə biləcəyini bildirmiş və ona özünə məxsus mobil telefon nömrəsini verib həmin nömrə ilə onunla əlaqə saxlamasını bildirmişdir. Həmçinin Nizamidə çaşqınlıq yaratmaq üçün ona özünü “Pərviz” kimi təqdim etmişdir. Bundan sonra Nizami onunla “Vatsap” tətbiqi vasitəsi ilə əlaqə saxladıqda ona 2000 manat müqabilində məhkəmə prosesində qalib gəlməyinə köməklik edə biləcəyini bildirmiş, Nizami ona inanaraq razılaşmışdır. Nizamiyə ilk növbədə vəkilə vermək və məhkəməyə rüsum ödəmək məqsədi ilə 250 manat pul lazım olduğumu bildirib ona özünə məxsus “Kapital Bank”a aid 4169-7388- 2792-9724 saylı kart hesabını göndərmiş, 11 may 2025-ci il tarixdə Nizami həmin məbləği iki dəfəyə 100 manat və 150 manat olmaqla ödəmə terminalı vasitəsi ilə onun kart hesabına göndərmişdir. Bundan bir gün sonra Nizamiyə zəng vuraraq sənədləşmə işlərinin aparılması üçün ondan 200 manat istədikdə o, yenə həmin tarixdə 200 manat pulu ona məxsus kart hesabına göndərmişdir. 14 may 2025-ci il tarixdə Nizamiyə zəng vuraraq onun işi ilə əlaqədar Bakı şəhərinə gedəcəyini və bunun üçün 500 manat pul lazım oilduğunu bildirdikdə Nizami 500 manat pulu ona məxsus kart hesabına göndərmişdir. Bundan təxminən 1 həftə sonra Nizami ilə Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində görüşmüş və Nizamiyə yerdə qalan 1050 manat pulu da təcili olaraq ona verməli olduğunu bildirdikdə o, gücünün yalnız 800 manata çatdığını, başqa pul vəsaitinin olmadığını bildirmiş, razılaşaraq birlikdə Nizaminin yaşadığı evə getmiş və Nizami evindən 800 manat pulu götürüb elə yaşadığı evin qarşısmdaca ona vermiş və birlikdə Sumqayıt şəhər məhkəməsinin yaxınlığında yerləşən vəkil bürosuna getmişlər. Mən Nizamini inandırmaq üçün onu çöldə gözləməsini tapşırıb, özü isə içəri girib dəhlizdə bir neçə dəqiqə dayandıqdan sonra çölə qayıdıb heç kəslə görüşmədiyi halda ona lazımi adamlarla görüşdüyünü və məsələnin tezliklə həll olunacağını bildirmiş, lakin həmin vaxtdan sonra Nizami onunla əlaqəni kəsərək onun telefon zənglərinə cavab verməkdən imtina etmişdir. Nizamidən aldğı cəmi 1750 manat pul vəsaitini isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini, himayəsində 2 azyaşlı övladının olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahid ifadələri, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qardaşı X3 ilə torpaq sahəsinə görə uzun müddətdir ki, aralarında mübahisə vardır. Həmin torpaq sahəsi ilə əlaqədar Sumqayıt şəhər məhkəməsinə müraciət etsə də məhkəmə prosesini uduzaraq həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. 07 may 2025-ci il tarixdə nəvəsi Nizamini Sumqayıt şəhəri 11ci mikrorayon ərazisində yerləşən idman zalından məşqdən götürərkən orada tanışı olan Təşkilat adlı şəxslə söhbət etmiş, bu zaman onlara özünü Pərviz kimi təqdim edən şəxs yaxınlaşmışdır. O da oğlunun məşqdən çıxmasını gözləmiş və o, Təşkilatla məhkəmə mübahisəsi barədə söhbət edərkən Pərviz söhbətə müdaxilə edib ona mübahisədən qalib gəlməyinə köməklik edə biləcəyini bildirmiş və özünə məxsus mobil telefon nömrəsini verib həmin nömrə ilə onunla əlaqə saxlamasını bildirmişdir. Bundan sonra sonradan adının Hüseyn olduğunu öyrəndiyi həmin şəxslə əlaqə saxladıqda həmin Hüseyn adlı şəxs ona 2000 manat müqabilində məhkəmə prosesində qalib gəlməyinə köməklik edə biləcəyini bildirmişdir. O, razılaşdıqda Hüseyn ilk növbədə vəkilə vermək və məhkəməyə rüsum ödəmək məqsədi ilə 250 manat pul istəmiş və ona özünə məxsus “Kapital Bank”a məxsus kart hesabını göndərmişdir. 11 may 2025-ci il tarixdə həmin məbləği iki dəfəyə 100 manat və 150 manat olmaqla Sumqayıt şəhərində yerləşən “Seymur Aptek” mağazasında quraşdırılmış ödəmə terminalı vasitəsi ilə Hüseynin ona göndərmiş olduğu kart hesabına göndərmiş, bundan bir gün sonra Hüseyn ona zəng vuraraq sənədləşmə işlərinin aparılması üçün 200 manat istədikdə yenə həmin tarixdə Sumqayıt şəhərində yerləşən “Oba market” mağazasında quraşdırılmış ödəmə terminalı vasitəsi ilə 200 manat pulu Hüseynə məxsus kart hesabına göndərmişdir. 14 may 2025-ci il tarixdə Hüseyn ona zəng vuraraq onun işi ilə əlaqədar Bakı şəhərinə gedəcəyini və bunun üçün 500 manat pul lazım oilduğunu bildirdikdə, qeyd olunan tarixdə Sumqayıt şəhəri, 51-ci məhəllə, 149 ünvanında yerləşən “Oba market” mağazasında quraşdırılmış ödəmə terminalı vasitəsi ilə 500 manat pulu Hüseynə məxsus kart hesabına göndərmişdir. Bundan təxminən 1 həftə sonra Hüseynlə Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində görüşmüş və Hüseyn yerdə qalan 1050 manat pulu da təcili olaraq ona verməli olduğunu bildirdikdə ona gücünün yalnız 800 manata çatdığını, başqa pul vəsaitinin olmadığını bildirmişdir. Hüseyn razılaşmış və bundan sonra birlikdə onun yaşadığı evə getmiş və evindən 800 manat pulu götürüb elə yaşadığı evin qarşısındaca Hüseynə vermiş və birlikdə Sumqayıt şəhər məhkəməsinin yaxınlığında yerləşən vəkil bürosuna getmişlər. Hüseyn ona çöldə gözləməyi təklif edib, özü isə içəri girib bir neçə dəqiqədən sonra qayıdaraq lazımi adamlarla görüşdüyünü və məsələnin tezliklə həll olunacağını bildirmişdir. Lakin həmin vaxtdan sonra Hüseyn onunla əlaqəni kəsərək telefon zənglərinə cavab verməməyə başlamışdır. Özünü Pərviz kimi təqdim edən, əsl adının Təqsirləndirilən şəxs olan şəxsin onu aldaraq pulunu ələ keçirdiyini başa düşüb şikayət etmişdir. Daha sonra ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin tam ödənilməsini, təqsirləndirilən şəxsə qarşı hər hansı tələbinin və şikayətinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid ifadəsində Nizami tərəfindən Hüseynə hər hansı pul məbləğinin verilməsinin şahidi olmadığını, lakin Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində yerləşən idman zalının qabağında Hüseynin onlara yaxınlaşdığının şahidi olmuş, sonradan müəyyən məbləğdə pulun ona verilməsini Nizamidən eşitdiyini bildirmişdir. Cinayət işinin 31-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 33-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 38-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:00da Sumqayıt şəhəri, 11-ci mikrorayon, ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-ə gətirilmişdir. Cinayət işinin 39-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. Cinayət işinin 57-58-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 05 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə saat 12.00-da Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Cinayət işinin 62-64-cü vərəqəsində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. Cinayət işinin 8-9-cu vərəqələrində olan qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus kart hesabına xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, H.Əliyev prospekti 20/29 ünvanında yerləşən “Seymur Aptek” mağazasında quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə 100 manat xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 51-ci məhəllə, 149 ünvanında yerləşən “Oba market” mağzasmda quraşdırılmış “E Manat” ödəmə terminalı vasitəsi ilə 200 manat, 14 may 2025-ci il tarixdə Sumqayıt şəhəri, 51-ci məhəllə, 149 ünvanında yerləşən “Oba market” mağzasmda quraşdırılmış “E Manat” ödəmə terminalı vasitəsi ilə 500 manat məbləğində pul vəsaitini ödənilməsi barədə qəbzlərin kserosurətləri götürülərək cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 65-69-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus kart hesabına xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, H.Əliyev prospekti 20/29 ünvanında yerləşən “Seymur Aptek” mağazasında quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə 100 manat xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 51-ci məhəllə, 149 ünvanında yerləşən “Oba market” mağzasmda quraşdırılmış “E Manat” ödəmə terminalı vasitəsi ilə 200 manat, 14 may 2025-ci il tarixdə Sumqayıt şəhəri, 51-ci məhəllə, 149 ünvanında yerləşən “Oba market” mağzasında quraşdırılmış “E Manat” ödəmə terminalı vasitəsi ilə 500 manat məbləğində pul vəsaitini ödənilməsi barədə qəbzlərin kserosurətləri götürülərək cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 35-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci ildə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 178.1ci maddəsi ilə təqsirli bilinmiş və Azərbaycan Respublikasının CM-nin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilmişdir. Cinayət işinin 61-ci vərəqəsində olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş 1750 manat maddi ziyan tam şəkildə ödənildiyi üçün ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 260/2023 saylı, xx.xx.2023-cü İl tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Nərimanov rayon Məhkəməsinin Təqsirləndirilən şəxs 178.2.1 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək ona 08 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 260/2023 saylı, xx.xx.2023-cü İl tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cəzasının icrası ilə bağlı qeydiyyatdan keçmiş, barəsində olan şəxsi iş cəza müddəti bitdiyi üçün xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş “EMİS”-dən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2-si azyaşlı olmaqda 3 yetkinlik yaşına çatmayan uşağı var. xx.xx.2016-cı il təvəllüdlü X6 oğlu və xx.xx.2018-ci il təvəllüdlü X7 oğlu. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CMnin 178.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinə əsasən etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməklə əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, himayəsində 2 azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməklə əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci il saat 09:00-dan xx.xx.2025-ci il saat 12:00-dək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il saat 09:00-dan xx.xx.2025-ci il saat 12:00-dək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla ona qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22.00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 190/1 ünvanını tərk etməmək Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün İş üzrə maddi sübut, ekspertiza xərcləri, müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin bitdiyi gündən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar