Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-663/2021 23.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu ildə Dəvəçi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ondan ötrü ki, o, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Belə ki, o, 09 may 2021-ci il tarixdə saat 19 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs məxsus “Günay” gözəllik salonunda sonuncunun mobil telefonuna tanımadığı şəxsdən zəng gəldiyini görən zaman Zərərçəkmiş şəxs həmin şəxsin kimliyini soruşmuş, Zərərçəkmiş şəxs ona cavab verməkdən imtina etdikdən sonra aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, həmin mübahisə zamanı sonuncunun üz və bədən nahiyələrinə yumruqla qəsdən bir neçə zərbə vurmuş, boğaz nahiyyəsini qəsdən tutub sıxaraq saç nahiyyəsindən tutub yerdə sürüməklə ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid sol bazu oynağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayət olunan yumşaq toxumaların şişkinlik fonunda əziyi, boyunun sağ yan səthinin orta 3\1-nin sıyrığı, sol bazunun orta 1\3-nin arxa səthinin, sağ kürək nahiyyəsinin qançırlarından ibarət xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 08.08.2020-ci il tarixdə Gültəkinlə Quba şəhərində tanış olmuşdur. Gültəkinlə o, Bakı şəhərində tez tez görüşmüşlər. Gültəkinin evinə də getmiş və ara sıra da Gültəkin onun Şabran rayonunda yerləşən evinə gəlmişdir. Son zamanlar o, Gültəkinin ondan soyuduğunu hiss etmişdir. Gültəkin Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində “Günay” gözəllik salonu açmışdır. Gültəkin ara sıra onu həmin salona çağırmış və o, da orada təmir işləri aparmışdır. Sonuncu dəfə 09.05.2021-ci il tarixdə saat 19 radələrində o, Gültəkini görmək üçün həmin salona getmişdir. Salona daxil olmuş, orada Gültəkinin işçisi Rəsmiyyəni görmüş və onunla salamlaşmışdır. O, Gültəkinlə bir müddət söhbət edən zaman Gültəkinin mobil telefonuna zəng gəldiyini görmüş və Gültəkinin əlindən telefonu götürmüş, həmin şəxsin kimliyi barədə Gültəkindən soruşan zaman Gültəkin ona işinə qarışmamağı söyləmiş və onun ünvanına nalayiq söz işlətmişdir. O, da bundan əsəbləşib Gültəkinin üstünə gedərək onun bədən və qol nahiyyəsinə bir neçə dəfə yumruqla vurmuş, onun saçından tutaraq saçını yolaraq boğazını sıxmışdır. Daha sonra isə oradan çıxıb getmişdir. Hadisə zamanı salonda olan Rəsmiyyə onlara müdaxilə etməmişdir. Orada heç bir əmlaka ziyan vurmamış, hadisə 3-4 dəqiqə davam etmiş, ətrafa kənar şəxslər toplaşmamışdır. Zərərçəkmiş şəxsə heç bir hədə qorxu gəlməmiş və tələb etməmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, özünü təqsirli bildiyini və barəsində amnistiya tətbiq olunaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 1978-ci il tarixdə Xızı rayonunda anadan olmuş və hal hazırda Sumqayıt şəhəri,19-cu məhəllə ev 19 mənzil 19da 3 azyaşlı övladları ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs o, 08.08.2020-ci il tarixdə Quba şəhərində yerləşən “Yaşıl bağ” istirahət mərkəzində rəfiqəsi vasitəsi ilə tanımışdır. O, həmin ərəfədə Şahbaza telefon nömrəsini vermiş və onlar bir müddət telefonda danışdıqdan sonra aralarında münasibət yaranmış və onlar görüşmüşlər. Bir müddət sonra o, Şahbazda güclü qısqanclıq hisslərinin yaranmasının şahidi olmuş və bu səbəbdən Şahbazdan ayrılmaq qərarına gəlmişdir. Bu barədə Şahbaza məlumat verən zaman Şahbaz ona ailə üzvlərinə birlikdə olan münasibətləri barədə məlumat verəcəyini söyləmişdir. O, da Şahbazın bu hərəkətlərindən çəkinib ayrıla bilməmişdir. Sonuncu dəfə 09.05.2021-ci il tarixdə saat 19 radələrində o, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən özünə məxsus “Günay”gözəllik salonunda iş yoldaşı Rəsmiyyə ilə olan zaman Şahbaz həmin salona gəlmiş və onlar bir müddət söhbət etdikdən sonra onun mobil telefonuna başqa nömrədən zəng gəlmişdir. Bu zaman Şahbaz həmin şəxsin kimliyini soruşan zaman o, heç bir cavab verməmişdir. Nəticədə Şahbaz əsəbləşərək onun üzərinə gəlib bədən və qol nahiyyəsinə salonun içərisində bir neçə dəfə yumruqla zərbələr endirmiş, onun saçını tutub yolmuşdur. O qışqırmış və Şahbaz qorxub onu buraxmışdır. Hadisə zamanı o, bədəninin müxtəlif nahiyyələrindən xəsarət almışdır. Hadisə zamanı orada olan Rəsmiyyə olub keçəni gözləri ilə görsə də Şahbaza heç bir müdaxilə etməmişdir. Şahbaz oradan gedəndən sonra bu barədə polisə məlumat vermişdir. Hadisə zamanı Şahbaz onun bədən və qol nahiyyəsinə yumruqla zərbələr endirmişdir. O, isə hadisə zamanı Şahbazı vurmamış və toxunmamışdır. Hadisə zamanı onun mobil telefoununa gələn zəngi görən Şahbaz telefonunu əlindən qəfildən alsa da sonra telefonu geri qaytarmışdır. Hadisə zamanı heç bir əmlaka ziyan dəyməmişdir Şahbaz ona heç bir hədə qorxu gəlməmiş və tələb etməmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Şahidifadəsində göstərdi ki, Sumqayıt şəhəri,Yaşıl dərə bağlar massivində yaşayır. O, qadın saç ustası işləyir. Gültəkin Sumqayıt şəhəri,2-ci mikrorayon ərazisində “Günay” gözəllik salonu açmış, onu həmin yerə işləməyə dəvət etmiş və o, da orada bir müddət işləməyə başlamışdır. Bu zaman onların Günay deyə müraciət etdikləri əsil adı Gültəkin olan şəxs oraya Şahbaz adlı oğlanla gəlib getmişdir. O, da Şahbazla Gültəkinin qeyri rəsmi münasibətlərinin olduğunu bilmişdir. Şahbaz tez tez həmin salona Gültəkinin ardı ilə gəlmişdir. Onlar ilk dövrlərdə səmimi olmuşlar. O və salonda işləyən adları yadında qalmayan qızlar da Şahbazın oraya gəlməsindən narazı olduqları üçün bu barədə Gültəkinə dəfələrlə iradlarını bildirmişlər. Sonuncu dəfə 09.05.2021-ci il tarixdə saat 19 radələrində o, Gültəkinlə birlikdə salonda olan zaman Şahbaz salona gəlmiş və Gültəkinlə sözlə mübahisə etməyə başlamışlar. O, da kənardan bilmişdir ki, Gültəkinin telefonuna başqa nömrədən zəng gəlib və onlar da bu səbəbə mübahisə edirlər. Hadisə zamanı Şahbaz qəfildən Gülətkinin üzərinə hücum çəkərək bədən və qol nahiyyəsinə yumruqla zərbələr endirmiş, daha sonra isə Gülətkinin saçınıdan tutub onu sürümüşdür. Sonra Şahbaz salondan çıxıb getmişdir. Hadisə 3-4 dəqiqə davam etmişdir. Hadisə zamanı ətrafda ondan başqa heç kəs olmamışdır. Hadisə zamanı Şahbaz Gülətkini yumruqla vursa da Gültəkin Şahbazı vurmamış və toxunmamışdır. Onlar bir birlərini təhqir etməmişlər. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 19 may 2021-ci il tarixli, 540 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol bazu oynağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşahidə olunan yumçaq toxumaların şişkinlik fonunda əziyi, boyunun sağ yan səthinin orta 1/3-nin sıyrığı, sol bazunun 1/3-nin arxa səthinin, sağ kürək nahiyəsinin qançırları. Qeyd olunan xəsarətlər- sol bazu oynağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşahidə olunan yumçaq toxumaların şişkinlik fonunda əziyi, boyunun sağ yan səthinin orta 1/3-nin sıyrığı, sol bazunun 1/3-nin arxa səthinin, sağ kürək nahiyəsinin qançırları bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 9-11 gün əvvəl tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi tam sübuta yetirilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Zərərçəkmiş şəxs ərizə verərək, Təqsirləndirilən şəxs qarşı şikayətinin olmamasını, ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığının nəzərə alınaraq sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ərizə verərək, Zərərçəkmiş şəxs ilə barışdığına və barəsində amnistiya tətbiq olunmaqla barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İşdə olan qərara əsasən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşiman olmaqla, zərərçəkmiş şəxsə zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və ya tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin onun barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini və Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1ci bəndlinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, o cinayət məsuliyyətindən azad olunmaqla cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1ci bəndi tətbiq edilərək o cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-663/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-663/2021
23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver