Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-663/2023 13.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Qubadlı ray., anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2yan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Sumqayıt şəhəri, Yaşma Bağları Y/M, fərdi yaşayış evinin qonaq otağında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı onun başına, sifət nahiyyəsinə nahiyyəsinə qəsdlə əli ilə və sağ bud nahiyyəsinə ayağı ilə vuraraq sonuncuya - “alının sol hissəsinin sıyrıq fonunda dərialtı hematoması, sol gicgah nahiyyənin, sol almacıq nahiyyənin yumşaq toxumaların şişkinlik fonunda əziyi, boynun sol yan səthinin aşağı 1/3 -nin sıyrığı” sağlamlığın qısa müddətdə pzulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid və belinin və burunun sol yan səthini əhatə edən qaçırlar, üst dodağın sol hissəsinin selikli qişasının sağ hissəsinin qançırı, ənsə nahiyyəsinin sağ hissəsinin şişkinlik fonunda əziyi olmaqla sağlamlığa zərərvurmayan xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək qeyd etdi ki, adı Təqsirləndirilən şəxs olsa da qonşular onu Vüsal kimi tanıyır, adını Vüsal bilirlər. Zərərçəkmiş şəxs tanıyır, onlar qonşudurlar. Bildirir ki, xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-2107 markalı maşını evlərinə gedən yolda lakin yolun hərəkət hissəsində saxlamaqla gediş-gəlişə mane olub. O, bunun üçün onu çağırmış, lakin İlqar cavab verməmişdir. Neçə dəfə çağırsa da İlqar gəlməmiş, o, da əsəbiləşib maşına bir dəfə təpiklə vurmuşdur. Sonra İlqar qapıdan çıxmış və aralarında kiçik mübahisə düşmüşdür. O, İlqara onunla söhbət edəcəyini demiş, lakin İlqar da etməyəni söymüşdür. Beləcə onlar aralaşmışlar. Daha sonra xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində o, yaşadığı qəsəbədə arxa küçədə dayanmış və bu zaman Zərərçəkmiş şəxs işdən qayıtdığını görmüş, İlqara yaxınlaşmış, söhbət etmiş, onu başa salmağa çalışmış, böyük olsa da etdiyi hərəkətdən, söydüyü söyüşə görə üzr istəməsini gözləmiş, lakin İlqarın etdiklərinə görə üzr istəmədiyini görüb aralarında mübahisə düşmüşdür. İlqar ilk əvvəl özü ona əl atmışdır. Sonra artıq aralarında münaqişə baş vermişdir. Münaqişə zamanı o, İlqarı yumruq ilə vurmuşdur. Beləcə itələşmişlər və İlqar yerə yıxılmışdır. Sonra o, İlqarı təpiklə vurmuş, o yerə yıxılanda yəqin ki başı daşa dəymişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, təxminən 15-20 gündür ki, xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində idarə etdiyi VAZ 2107 markalı avtomobili yaşadığı evin qapısının qarşısında saxlayıb evinə getmişdir. Əlindəki əşyaları evə qoyub qapıdan çıxanda qonşuluqda yaşayan X4 qarşısını kəsmiş və avtomobili nə üçün burada saxladığını soruşmuşdur. O, da qapısının qarşısı olduğunu, ona görə saxladığını demişdir. Vüsal isə burada onun bacısı Sevilin maşın saxladığını, birdə burada saxlamamağını bildirmişdir. Vüsal ona özünün kim olduğunu sübut edəcəyini deyərək hədələmiş, Vüsalın sözünə cavab olaraq onu tanıdığını bildirmiş, əhəmiyyət vermədən işinə davam etmişdir. Sonradan maşına baxdıqda arxa tərəfdən təpik izi oldunu görmüş və Vüsalın təpik vurduğunu bilmişdir. İLqar Malikin bacısı Sevilə yaxınlaşıb Malikin etdiyi hərəkəti demişdir. Sevil isə ona əhəmiyyət verməməyini tapşırmışdır. Beləcə məsələ bitmişdir. Lakin xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində o, arxa küçə ilə evə gedərkən həmin Təqsirləndirilən şəxs görmüş, bu zaman Malik onu çağırmışdır. O, nə üçün ona məxsus olan maşına təpik vurduğunu soruşmuş, Malik ona yaxınlaşıb özünü tanıtdıracağını bildirmişdir. Beləcə aralarında mübahisə düşmüşdür. Bu zaman Aydınov onu bir neçə dəfə yumruqla sifətindən, başından vuraraq döymüş və o, yerə yıxılmışdır. O, yerdə olarkən təpiklə başına və sifətinin müxtəlif nahiyələrinə vuraraq onu döymüşdür. Aralarındakı münaqişə təxminən 5-6 dəqiqə davam etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X6 xx.xx.2023-cü il tarixli, 961 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxsnın bədəni üzərində aşağıdakı xəsarətlər vardır: alının sol hissəsinin sıyrıq fonunda dərialtı dərialtı hematoması, sol gicgah nahiyyənin, sol almacıq nahiyyənin yumşaq toxumaların şişkinlik fonunda əziyi, boynun sol yan səthinin aşağı 1/3 -nin sıyrığı. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə müxtəlif şəraitdə o,cümlədən zərərçəkmişin başına daş hasara vurma nəticəsində əmələ gəlməsi istisna edilir və dərəcəsinə görə-alının sol hissəsinin sıyrıq fonunda dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya, digər xəsarətlər yəni-sol gichah nahiyənin, sol almacaıq nahiyyənin yumşaq toxumaların şişkinlik fonunda əziyi, boyun sol yan səthinin aşağı 1/3-nin sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. (i.v. 18-21). İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırda cəza çəkir. ( i.v. 29-30) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 24). Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 06 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-663/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-663/2023
13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver