Məhkəmə qərarları › İş №1(060)-663/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-663/2025

13.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-663/2025 13.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs-mülki iddiaçı :Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs X8, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 nümayəndəsi və vəkili Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Z.hrab oğlunun, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, məhkumluğu olmayan, evli,himayəsində bir azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, etibardan sui- istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs3 qızma özünü turizm şirkətinin rəhbəri kimi təqdim edərək şirkətini genişləndirmək niyyətində olduğunu və şirkətinə pul yatırmaqla qazanc əldə etmək barədə həqiqətə uyğun olmayan məlumatlar verərək, Zərərçəkmiş şəxs3 hər qoyulan 1000 manat yatırım məbləğinə görə 10 gün ərzində 20% qədərində gəlir götürməsini təmin edəcəyinə dair yalan vəd verib aldadaraq sonuncu tərəfindən onun istifadəsində olan 5522 0993 1156 9081 nömrəli «Unibank» plastik kartının hesabına xx.xx.2024-cü il tarixdə yaşadığı ünvan 2 ünvanından mobil bank telefon tətbiqi vasitəsi ilə 400 manat və 600 manat olmaqla iki dəfəyə cəmi 1000 manat, xx.xx.2024-cü il tarixdə yaşadığı ünvan 2 ünvanından mobil bank telefon tətbiqi vasitəsi ilə 1000 manat, xx.xx.2024-cü il tarixdə yaşadığı ünvan 2 ünvanından mobil bank telefon tətbiqi vasitəsi ilə 300 manat, xx.xx.2024-cü il tarixdə yaşadığı ünvan 2 ünvanından mobil bank telefon tətbiqi vasitəsi ilə 150 manat, xx.xx.2024-cü il tarixdə yaşadığı ünvan 2 ünvanından mobil bank telefon tətbiqi vasitəsi ilə 500 manat, xx.xx.2024-cü il tarixdə yaşadığı ünvan 2 ünvanından mobil bank telefon tətbiqi vasitəsi ilə 500 manat, xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanbında yerləşən “Grandmart” mağazasında quraşdırılmış “Milli ön” ödəmə terminalı vasitəsi ilə 500 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsi ərazisindən mobil bank telefon tətbiqi vasitəsi ilə 500 manat, xx.xx.2024-cü il tarixədə yaşadığı ünvan 2 ünvanından mobil bank telefon tətbiqi vasitəsi ilə 500 manat və 150 manat olmaqla iki dəfəyə cəmi 650 manat pul vəsaitini köçürtdürərək cəmi 5100 manat məbləğində pul vəsaitini nağdlaşdırmaqla həmin məbləğdə pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs2 qızma özünü turizm şirkətinin rəhbəri kimi təqdim edərək şirkətini genişləndirmək niyyətində olduğunu və şirkətinə pul yatırmaqla qazanc əldə etmək barədə həqiqətə uyğun olmayan məlumatlar verərək, Zərərçəkmiş şəxs2 hər qoyulan 1000 manat yatırım məbləğinə görə 10 gün ərzində 20% qədərində gəlir götürməsini təmin edəcəyinə dair yalan vəd verib aldadaraq sonuncu tərəfindən onun istifadəsində olan 5522 0993 1156 9081 nömrəli «Unibank» plastik kartının hesabına xx.xx.2024-cü il tarixdə yaşadığı ünvan 4 ünvanından mobil bank telefon tətbiqi vasitəsi ilə 5000 manat, xx.xx.2024-cü il tarixdə yaşadığı ünvan 4 ünvanından mobil bank telefon tətbiqi vasitəsi ilə 5000 manat, 2000 manat, 2000 manat və 1000 manat olmaqla 4 dəfəyə cəmi 10000 manat, xx.xx.2024-cü il tarixdə ünvan 4 ünvanından mobil bank telefon tətbiqi vasitəsi ilə 1500 manat köçürtdürərək cəmi 16.500 manat məbləğində pul vəsaitlərini nağdlaşdırmaqla həmin məbləğdə pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs1 özünü turizm şirkətinin rəhbəri “İnara” kimi təqdim edərək A.Şıxbalayevə Slovakiya Respublikasına iş vizası düzəldəcəyinə dair yalan vəd verib aldadaraq sonuncu tərəfindən onun istifadəsində olan 5243 7544 4335 3634 nömrəli «Unibank» plastik kartının hesabına xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Sülh küçəsi “İdeal Parfümeriya” mağazasında quraşdırılmış “Milli ön” ödəmə terminalı vasitəsi ilə 1500 manat pulu köçürtdürməklə nağdlaşdırıb 1500 manat pulunu ələ keçirərək, zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs4 özünü turizm şirkətinin rəhbəri “İnara” kimi təqdim edərək Zərərçəkmiş şəxs4 Slovakiya Respublikasına iş vizası düzəldəcəyinə dair yalan vəd verib aldadaraq sonuncu tərəfindən onun İstifadəsində olan 5243 7544 4335 3634 nömrəli «Unibank» plastik kartının hesabına xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Sülh küçəsi “İdeal Parfümeriya” mağazasında quraşdırılmış “Milli ön” ödəmə terminalı vasitəsi ilə 1500 manat, 26 dekabr 2024-cü il tarixdə Sumqayıt şəhəri Nərimanov küçəsində yerləşən “TamStore” mağazasında quraşdırılmış “Milli ön” ödəmə terminalı vasitəsi ilə 50 manat məbləğində pulu köçürtdürərək cəmi 1550 manat pul vəsaitini nağdlaşdırmaqla həmin məbləğdə pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək, zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək İfadəsində göstərdi ki, polis idarəsində saxlanılanda müstəntiq Əsqər onu yoldaşı və azyaşlı uşağı ilə təhdid edib, psixoloji təzyiqlər göstərməyə çalışıb, lakin bu təzyiqlər heç bir nəticə vermədi. Onun Mətanət və Xəyalə xanıma mütəmadi olaraq göndərdiyi ödənişləri olub, belə ki, keçən ilin may ayından bu ilin aprel ayına kimi onlara ödənişlər göndərmişdir. Lakin Mətanət xanımdan nə üçün ödənişin azalmadığını soruşduqda, o, göndərdiyi məbləğləri faizə çıxdığını bildirmişdir. Daha sonra bu şəxslər onun şəkillərimi sosial şəbəkələrdə paylaşdı. Daha sonra Əsqər müəllim zərərçəkmiş şəxslərin təkidi ilə onu saxlamış, amma həyat yoldaşının müvafiq qurumlara şikayət etdikdən sonra Əsqər müəllim onu buraxmışdır. hətta, Əsqər müəllimə də bildirmişdir ki, zərərçəkmiş şəxslərə ödənişlər etmişdir. Lakin, onun heç bir sözü nəzərə alınmamış, Əsqər müəllim onui ikinci dəfə saxlamış, yenə yoldaşı müvafiq orqanlara şikayət etdi və o buraxılmışdır. İbtidai istintaq zamanı yazılan həmin ifadəni isə ailəsi olan yoldaşı və azyaşlı övladına görə imzalamalı olmuşdur. Nə turizm şikətinin rəhbəri olmamış, nə də ki, hansısa turizm şirkətində işləməmişdir.Həyat yoldaşı illərdir ki, tez-tez Avropaya gedib orada işləyirdi. Şəxsən onun özünə qarşı dələduzluq əməli törədilmişdir və ona 193000 manat məbləğində ziyan vurulmuşdur. Halhazırda bu məsələ ilə bağlı Yasamal rayon Polis idarəsində iş gedir və cinayət işi araşdırılır. Mətanət xanımdan aldığı ödənişləri həmin bir qrup şəxslərə, yəni Xavər Əliyev və Valeh Ağayevə vermişdir. Həmin şəxslər bu məbləğin üzərində ona pul verməli olmuşlar. Sonra gördükdə ki, onlarona pul vermirlər o şəxsi hesabımdan borca girərək faizləri ödəməyə başlamışdır.Bu məbləğ biznes üçün götürülməyib, heç onun biznesi də yoxdur. Rəfiqəsinin turizm şirkəti var, ora gedibgələndə, orada Mətanət xanım onu görmüşdü. Biz orada söhbət edərkən Mətanət xanıma dələduzluğun qurbanı olduğum üçün faiz pula ehtiyacım olduğunu bildirdim. Mətanət xanım da gördü ki, onunmüvafiq əmakı, evi, maşını var, buna görə də ona faizlə pul vermişdir. Sonra Mətanət xanım ona bildirdi ki, Xəyalə xanımda da yaxşı pul var və onu da bu işə qoşdu. Sonradan Xəyalə adlı şəxs də bu prosesə qoşuldu. Onlardan nə qədər məbləğ götürdüyü və nə qədər qaytardığını sübut edən çek və digər sənədləri var; lazım gəldikdə görüntü (film) şəklində təqdim edə bilər. Misal üçün, müəyyən hallarda 2000 götürmüş, 3000 qaytarmış; 3000 götürmüş, 5000 qaytarmış — yəni faizlə alınan məbləğlər və qaytarılan məbləğlər konkret rəqəmlərlə mövcuddur və onlar ödədikcə mən də onlara qaytarırdım. Sonradan mən soruşanda ki, mənim borcum niyə silinmir, cavab verildi ki, “mən faizə çıxıram”. Bu iş mülki xarakterlidir. Məcid bildirir ki, guya məni sosial şəbəkədə tanıyıb, lakin bu doğru deyil. Onun dostu Zaur viza məsələləri üçün ona müraciət etdi: Zaura viza üçün dəstək vermişdir,( məsləhət), Zaur Almaniya səfirliyindən vizasını alıb getmişdir; elə oldu ki, Məcid isə həmin vaxt vizasını ala bilməmişdir. Sonradan məlum oldu ki, Zaur Avropaya gedib təslim olub, Azərbaycana qarşı çıxıb, lakin bundan xəbərsiz olmuşdur. Məcid Anar adlı dostu ilə Avropaya getmək üçün ondan yenidən kömək istəmiş; onlara bildirdim ki, Almaniya viza imkanı artıq mümkün deyil, çünki artıq 1 dəfə imtina alınıb, lakin həmin şəxs bu dəfə də başqa Avropa ölkəsinə — məsələn, Slovakiya iş vizasına müraciət etmək qərarı verdi və bunun üçün təxminən 3000 manat pul ödədilər. Sonradan Zaurla əlaqə saxlamış, o, təslim olduğunu, tez Məcidlə Anarın işini görüb onları da göndərməyini, onların da təslim olacağını istədi. Lakin, onlar Azərbaycana qarşı çıxdıqları üçün “bu işdə yoxam” demişdir. Həmin günə kimi viza almaq üçün müvafiq işlər görülmüş və müəyyən qədər də xərclər yaranmışdır, yəni həmin günə kimi aldığı pulu çəkilən xərclərə ödəmişdir. Çünki burada visa üçün dəvətnamə, rüsum və s. xərcləri ola bilər. Mən ödənişləri etdikcə və qaytardıqca, sonradan bildmişdir ki, məqsədindən fərqli fəaliyyətlər üçün ondan istifadə etmişlər. özüm dələduzluğun qurbanıdır və bu səbəbdən həmin pulları geri ala bilmir. Həmçinin Mətanət adlı xanım ona paylaşımlar və şantaj vasitəsilə təzyiq edir. Mən əməliyyat və uşaqla bağlı sağlamlıq səbəbləri üzündən müəyyən müddət narahat olmuş; bu müddətdə ödənişləri tam nəzarətdə saxlamaq mümkün olmayıb. Gecə əməliyyatdan çıxdığım gün səhər saat 8-də belə, lazım olan pulu mən onlara təqdim etmişəm. Hətta, övladım üçün qohumlarımın mənə verdikləri pulu da onlara vermişdir. Məcidə 150 manat pul göndərmiş, lakin Anarla əlaqəsi olmamışdır. o, Məcidin dostu idi. Mətanət və Xəyalə xanıma nə qədər pul borclu olduğunu bilmir. Çünki ona pul göndərdikdə faizə çıxdığını, kökdən çıxmadığını bildirirdi. Lakin əlində çeklər, bank əməliyyatlarının çıxarışları, ödəniş qəbzləri, videogörüntü materialları, sosial şəbəkə yazışmaları, screenshot-lar var. Bunları Məhkəməyə təqdim edə bilər. Nəticə olaraq, özünü dələduzluğun və şantajın qurbanı hesab edir. Xahişi odur ki, bu məsələ üzrə müvafiq yoxlamalar aparılsın, sənədlər və təqdim etdiyim sübutlar əsasında hüquqi qiymət verilsin və ona qarşı edilən zərərin ödənilməsi istiqamətində tədbirlər görülsün. Pulları ona Mətanət göndərmiş, Xəyalənin ona pul göündərdiyini bilmir, ona pulları kart vasitəsi ilə Mətanət göndərmişdir.Ən böyük məbləğ 3000 manat olmuşdur. Mətanət ona pulları qazanc məqsədi ilə faizə vermişdir.Mətanət onun şəhərin mərkəzində evi, maşını olduğunu görüb ona inanmışdır.Xəyalə xanımdan aldığı ən böyük məbləğ 4000-5000 manat olmuşdur.Cəmi göndərilən məbləğ 15000 manatdan yuxarı olub. Zərərçəkmiş şəxs4 və Anar Şıxbabayevdən ümumilikdə 3000 manat pul alıb, lakin viza üçün Slovakiya səfirliyinə müraciət etməmişdir. Mətanət xanıma qaytardığı məbləğ ümumilikdə 16000 manat təşkil edir. Daha sonra Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, Mətanətin ona pulları faizə verməsini, verilmiş pulların qaytarıldığını, onun özünün də dələduzluğun qurbanı olmasını nəzərə alaraq onun barəsində bəraət hökmnün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı verdiyi öz xətti ilə yazdığı ifadəsində təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 2017-2019-cu illər ərzində turizm şirkətində çalışmış və həmin vaxtlarda da Zərərçəkmiş şəxs3 tanımışdır. Belə ki, Mətanət onun işlədiyi şirkət vasitəsi ilə bir neçə dəfə tur-paketlər sifariş vermiş və həmin vaxtlardan da Mətanətlə münasibətləri yaranmışdır. Lakin 2019-cu ildən sonra uzun müddət ərzində işləməmiş və 2024-cü ilin əvvəllərindən başlayaraq maddi vəziyyəti çətinləşməyə başlamışdır. Daha sonra isə hamilə qalmış və bununla əlaqədar pula ehtiyacları yaranmışdır. Özünə pul vəsaiti əldə etmə yollarını axtararkən ilk əvvəl Mətanəti hər hansı bir bəhanə ilə aldadıb özünə pul əldə etmək qərarına gəlmiş, bu məqsədlə 2024-cü ilin fevral Mətanətə zəng vurub özünə yeni tikinti şirkəti yaratdığını, həmin şirkəti genişləndirmək üçün pul vəsaiti lazım olduğunu, əgər yaratdığı şirkətə pul yatırarsa 15 gün ərzində ona yatırdığı pulun 20 faizi məbləğində əlavə xeyir verə biləcəyini bildirib həmçinin başqa yaxın tanışlarından da bu işə qoşulmaq istəyən varsa onları da bu işə cəlb etməyi təklif etmiş, Mətanət ona inanıb ilk dəfə ona 2000 manat pul vermiş, Mətanəıti inandırmaq üçün 10- 15 gün ərzində ona verdiyi pulla bərabər 20 faiz əlavə qazanc da vermiş, bundan sonra Mətanət ona tam inanmışdır. Təxminən 2024-cü ilin iyun ayında Mətanət ona məxsus bank kartına 5100 manat pul göndərmiş, həmin pulu öz ehtiyaclarıma xərcləmişdir. Həmçinin Mətanət onun əlavə 20 faiz xeyir verəcəyinə inanaraq öz rəfiqəsi Zərərçəkmiş şəxs2 ilə tanış etmiş, Xəyalə onunla danışdıqdan sonra 10 gün ərzində hər verdiyi 1000 manata görə 200 manat əlavə xeyir verəcəyinə inanıb 2024-cü ilin iyul ayında bir neçə dəfəyə onun adma olan kart hesabına ümumilikdə 16.500 manat pul göndərmişdir. Həmin pulları da öz şəxsi ehtiyaclarına xərcləmiş, daha sonra Mətanət və Xəyalə ona zəng vurub verdikləri pulları üstündə xeyiri ilə birlikdə geri istəməyə başlayanda müxtəlif bəhanələrlə onlara həmin pulları qaytarmaqdan imtina etmişdir. Bundan sonra 2024-cü ilin noyabr ayında ona Zərərçəkmiş şəxs4 və Anar Şıxbabayev adlı şəxslər müraciət edərək xaricə işçi vizası düzəltmək imkanlarının olması barədə eşitdiklərini və onlara Slovakiya Respublikasında iş vizası düzəldə biləcəyi barədə soruşduqda Məcidgilə 1500 manat müqabilində onların hər birinə Slovakiya Respublikasında işləmək üçün iş vizası düzəldə biləcəyini, qeyd olunan məbləği ona ödədikdən sonra 2 ay ərzində vizalarının hazır olacağını bildirdikdə onlar inanmış və 20 noyabr 2024-cü il tarixdə hər biri ona məxsus kart hesabına 1500 manat pul göndərmişlər. Qeyd olunan məbləğləri də öz şəxsi ehtiyaclarına xərcləmişdir. 2025-ci ilin əvvəllərində Məcidgil onunla Bakı şəhərində görüşərək özlərinə məxsus şəxsiyyət vəsiqələrini, ümumvətəndaş pasportlarını və məhkumluqlarmm olmaması barədə arayışları təqdim etmiş, o isə yanvar ayının 7-nə kimi onların vizalarının hazır olacağını bildirmişdir. Lakin həmin vaxtdan sonra onlarla görüşməkdən və telefonlarına cavab verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, zərər çəkmiş şəxslərin, şahidin ifadəsi,Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında aparılan votçap yazışmaları, istintaq hərəkəti protokolları və işin digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs (mülki iddiaçı) kimi dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2017-ci ildən tanıyır. Münəvvər həmin tarixlərdə “Seagull Travel” turizm şirkətində işləmiş və ona bir neçə dəfə həmin şirkət vasitəsilə viza dəstəyi göstərilməsində, hotel sifariş verilməsində köməklik etmişdir. Buna görə aralarında müəyyən münasibət yaranmış və Münəvvəri sözünə, əməlinə düz, etibarlı insan kimi tanımışdır. 2024-cü ilin fevral ayında Münəvvər ona özünün turizm şirkəti yaratdığını deyib, işlərini genişlətmək istədiyini qeyd edərək ona iş birliyi təklif etmiş, 2024-cü ilin fevral-mart aylarında Münəvvər həmin fəaliyyətdən qazanc əldə edəcəyini deyib, bir neçə dəfə ondan 1.000-2.000 manat civarında pul almış və 10-15 gün ərzində həmin pulu üzərində 200-250 manat qazancı ilə birlikdə geri qaytarmışdır. 2024-cü ilin may ayında rəfiqəsi Zərərçəkmiş şəxs2 ilə görüşüb söhbət edərkən, söhbət əsnasında ona bu barədə danışmış və o da Münəvvərin turizm şirkətinə köçürümə edib qazanc əldə etmək istədiyini bildirmişdir. Bu barədə Münəvvərə bildirəndə, Münəvvər etiraz etməyib, Xəyalənin pul köçürümü etməsi üçün özünə məxsus kart hesabının nömrəsini ona vermiş, Xəyalə həmin kart hesabına 1.000 manat pul köçürmüş və 10 gün sonra Münəvvər vəd etdiyi kimi 1.000 manatın üstündə 200 manat qazanc olaraq, Xəyalənin kart hesabına 1.200 manat pul göndərmişdir. 2024-cü ilin iyun-iyul aylarında Münəvvər yaratdığı turizm şirkətinin fəaliyyətinə böyük məbləğdə pul yatırmaqla yüksək məbləğdə qazanc əldə edəcəyini deyərək, bu məqsədlə onun kart hesabına 5.100 manat pul köçürməyi təklif edib, 10 gündən sonra həmin məbləğin üzərində ona 1.200 manat pul qaytaracağını vəd etdikdə qısa müddət ərzində bu cür böyük məbləğdə qazanc əldə etmənin xeyli sərfəli olduğunu düşünərək, Təqsirləndirilən şəxs ondan istədiyi 5.100 manat pulu onun 5522 0993 1156 9081 nömrəli kart hesabına köçürmüş, 2024-cü ilin iyun ayının ortalarında Münəvvər onunla əlaqə saxlayıb, iyul ayının əvvəli üçün Türkiyə Respublikasına “qaynar xətt” üzrə turpaketlərin olduğunu, həmin turpaketləri əldə edərsə, böyük məbləğdə qazanc əldə edə biləcəyini deyib, təcili olaraq 20-25 min manat məbləğində pula ehtiyacının olduğunu deyərək, verilən məbləği bir həftə-on gün müddətində hər 1.000 manata görə üstündə əlavə 200 manat qazancla geri qaytaracağını vəd etdikdə onun belə böyük məbləğdə pulu olmamış, lakin 2024-cü ilin iyun ayının axırlarında Xəyalə ilə görüşəndə ona Münəvvərin etdiyi təklif barədə danışmışdır. Münəvvərin etdiyi təklif Xəyaləyə maralı gəlmiş və o, bu barədə Münəvvərlə telefon əlaqəsi saxlayaraq danışacağını demişdir. 2024-cü ilin iyul ayının ortalarında Xəyalə onunla əlaqə saxlayaraq, Münəvərlə danışdığını, Münəvvərin ona Türkiyə Respublikasına “qaynar xətt” üzrə turpaketlər əldə etmək üçün 20.000 manat pula ehtiyacının olduğunu deyib, verdiyi məbləğin üstündə ona bir həftədən sonra hər 1.000 manata görə əlavə 200 manat qazanc verəcəyinə söz verdiyini, buna görə 05 iyul 2024-cü il tarixdə Beynəlxalq Banka məxsus kart hesabından mobil tətbiqi vasitəsilə X9 məxsus kart hesabına 5.000 manat, 08 iyul 2024-cü il tarixdə Beynəlxalq Banka məxsus kart hesabından mobil tətbiqi vasitəsilə X9 məxsus kart hesabına 10.000 manat, 09 iyul 2024-cü il tarixdə isə qızı Aylanın “LeoBank”a məxsus kart hesabından X9 məxsus kart hesabına 1.500 manat pul köçürdüyünü bildirmişdir. Lakin Münəvvər vəd etdiyi tarixdən 20-25 gün keçdikdən sonra onunla əlaqə saxlayanda, Türkiyədə nağdlaşdırma prosesində problemlərinin yarandığını, buna görə nə onun, nə də Xəyalənin pulunu vaxtında qaytara bilmədiyini deyib, pulu qaytarmaq üçün ona vaxt verməyi xahiş etmiş, əgər pulu düzəldə bilməsə, yaşadığı mənzili satıb pulları ödəyəcəyinə söz vermişdir. Münəvvərə inanaraq etiraz etməmiş, Münəvvər 2024-cü ilin sentyabr ayının sonuna kimi pulu qaytaracağını bildirmişdir. 2024-cü ilin oktyabr ayının ortalarına kimi gözləmiş və yenidən onunla telefon əlaqəsi saxlayanda, Münəvvər müxtəlif bəhanələr gətirməyə, növbəti ay pulu mütləq qaytaracağını bildirəndə, artıq Münəvvərin müxtəlif bəhanələrlə onu aldatdığını başa düşmüşdür. 2025-ci ilin fevral ayının əvvəlində isə o və Xəyalə danışıb rəsmi qaydada hüquq-mühafizə orqanlarına şikayət etmək qərarına gəlmiş və Sumqayıt şəhər prokurorluğuna ərizə yazaraq, Təqsirləndirilən şəxs hərəkətlərindən şikayət etmişlər. Araşdırmanın gedişində Münəvvər ondan aldatma yolu ilə aldığı 16.500 manat məbləğində pulun 880 manatını qaytardı, qalan 15,620 manat pulu isə bu günə kimi qaytarmamışdır. 2024-cü ilin fevral ayından Münəvvərə pul vermiş, o da ona xeyir qaytarmışdır. İstintaqa almadığı pulların çeklərini təqdim etmişdir. 2024-cü ilin fevral ayından bu münasibət başladı, Münəvvərə pulu verməyə başladıq, lakin xanım onların pulunun hamısını qaytarmamış, bir az qaytarmış, daha sonra müxtəlif bəhanələr gətirib ödənişlərdən yayınmağa çalışmışdır.. Aprel ayının 13ü 600 manat, 13-ü 400 manat, 20-si 1000 manat, 24-ü 300 manat, 27-si 500 manat, yenidən 500 manat, 150 manat göndərmişəm, sonra 8 maydan etibarən Xəyalə xanımın göndərdiyi məbləğlərdir.Münəvvər ona son 5100 manatı qaytarmayıb. Münəvvərin ona verdiyi pullardan sonra Münəvvərin ona 5100 manat borcu qalıb.Bir daha qeyd etmək istəyir ki, təqsirləndirilən şəxs ona müəyyən ödənişlər etmişdir.O.Zərərçəkmiş şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs 36550 manatdan artıq pul versə də pulun bir hissəsi qaytarılsa da onun 5100 manat pulu, Zərərçəkmiş şəxs2 16500 manat pulu qaytarılmamışdır. Şikayət etdiyi 5100 manat qaytarılmayan məbləğdir. Hazırda verdiyi mülki iddianın təmin edilməsini, Münəvvərdən 5100 manat pulun alınıb ona qaytarılmasını tələb edir. Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs3 məhkəmə mülki iddia təqdim edərək təqsirləndirilən şəxs X2 5100 manat pulun və 72 manat dövlət rüsumunun ona qaytarılmasını xahiş etmişdir. Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs məxsus kart hesablarına cəmi 5100 manat pul köçürməsini təsdiq edən pul köçürmələrinin qəbzlərinin kserosurətləri cinayət işinə əlavə olunmasından ötrü təqdim etdikdə 13 aprel 2024-cü il tarixdə «Mobil bank» tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs “Beynəlxal Bank”a məxsus 5522 0993 1156 9081 nömrəli kart hesabına 600 manat məbləğində, 13 aprel 2024-cü il tarixdə «Mobil bank» tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs “Beynəlxal Bank”a məxsus 5522 0993 1156 9081 nömrəli kart hesabına 400 manat məbləğində, 20 aprel 2024-cü il tarixdə «Mobil bank» tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs “Beynəlxal Bank”a məxsus 5522 0993 1156 9081 nömrəli kart hesabına 1000 manat məbləğində, 24 aprel 2024-cü il tarixdə “Unibank” kommersiya bankı vasitəsilə Təqsirləndirilən şəxs “Beynəlxal Bank”a məxsus 5522 0993 1156 9081 nömrəli kart hesabına 300 manat məbləğində, 27 aprel 2024-cü il tarixdə “Unibank” kommersiya bankı vasitəsilə Təqsirləndirilən şəxs “Beynəlxal Bank”a məxsus 5522 0993 1156 9081 nömrəli kart hesabına 150 manat məbləğində, 27 aprel 2024-cü il tarixdə «Mobil bank» tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs “Beynəlxal Bank”a məxsus 5522 0993 1156 9081 nömrəli kart hesabına 500 manat məbləğində, 10 may 2024-cü il tarixdə «Mobil bank» tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs “Beynəlxal Bank”a məxsus 5522 0993 1156 9081 nömrəli kart hesabına 500 manat məbləğində, 10 may 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən “Grandmart” mağazasında quraşdırılmış “m 10” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs “Beynəlxal Bank”a məxsus 5522 0993 1156 9081 nömrəli kart hesabına 500 manat məbləğində pulun ödənilməsi barədə qəbzlər tərəfimdən götürülərək cinayət işinə əlavə edilmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2024-cü ilin may ayında Mətanət ona Münəvvər adlı qadınla tanış olduğunu, həmin qadının özünə məxsus turizm şirkətinin olduğunu, onunla iş birliyi qurarsalar, qazanc əldə edə biləcəyimi deyərək, özünün bir neçə dəfə ona pul verdiyini və qazanc əldə etdiyini bildirmişdir.. Mətanətin danışdıqları maraqlı gəldiyi üçün o də qazanc əldə etmək üçün Münəvvərin hesabına pul köçürmək istədiyimi bildirmişdim. Mətanət Münəvərə zəng vurub mənim onunla rəfiqə olduğumu və onun kart hesabına pul köçürüb qazanc əldə etmək istədiyimi bildirdi. Münəvvər Mətanətə pul köçürmək üçün kart hesabı vermiş və o 2024-cü ilin may ayında Münəvvərin həmin kart hesabına 1.000 manat pul köçürmüşdür. Bir həftə sonra Münəvvər mənim Beynəlxalq Banka məxsus 4127 2081 0361 1496 kart hesabıma 1.200 manat pul köçürdü. Həmin məbləğin 1.000 manatı mənim pulum idi, 200 manatı isə qazane idi. Bildirmək istəyir ki, Mətanət onaə Münəvvərin hesabına pul köçürüb qazanc əldə etməsi barədə danışarkən, ilk əvvəl bu deyilənlərə inanmadım, buna görə ilk dəfə Münəvvərin kart hesabına 1.000 manat göndərmiş, lakin bir həftə sonra Münəvvər ona göndərdiyi pulun üstündə ona qazanc olaraq 200 manat əlavə pul göndərəndə, bu deyilənlərin həqiqət olduğuna inanmışdır. 2024-cü ilin iyun ayının sonlarında Mətanətlə görüşəndə mənə dedi ki, Münəvvər onunla telefon əlaqəsi saxlayaraq, iyul ayının əvvəli üçün Türkiyə Respublikasına "qaynar xətt üzrə furpaketlərin olduğunu, həmin turpaketləri əldə etmək üçün təcili olaraq 20 min manat məbləğində pula ehtiyacının olduğunu deyib, bir həftənin sonunda verdiyimiz məbləğin üstündə hər 1.000 manata görə əlavə 200 manat qazanc verəcəyinə söz verdiyini bildirdi. X14 dediklərini öz qulaqlarımla təkrar eşitmək üçün onun mobil nömrəsini Mətanətdən götürərək zəng vurmuş və Münəvvərlə danışanda ona demişdirdir ki, təcili olaraq 20 min manata ehtiyacı vardır, onun kart hesabına bu məbləğim göndərsə, biir həftədən sonra hər 1.000 manat pulun üstündə ona 200 manat pul qaytaracaqdır. 05 iyul 2024-cü il tarixdə yaşadığı ünvandan mənim Beynəlxalq Banka məxsus 4127 2081 0361 1496 kart hesabımdan mobil tətbiqi vassitəsilə X9 məxsus 5522 0993 1156 9081 kart hesabına 5.000 manat, 08 iyul 2024-cü il tarixdə yenə də yaşadığı ünvandan onun Beynəlxalq Banka məxsus 4127 2081 0361 1496 kart hesabımdan mobil tətbiqi vasitəsilə X9 məxsus 5522 0993 1156 9081 kart hesabına iki dəfəyə, hər dəfə 5.000 manat olmaqla, cəmi 10.000 manat və 08 iyul 2024-cü il tarixdə yaşadığı ünvanda olarkən, qızı Aylanın "LeoBank"a məxsus 4098 0944 2030 3248 kart hesabından X9 məxsus 5522 0993 1156 9081 kart hesabına 1.500 manat pul köçürmüşdür. Mətanət də həmin vaxt Münəvvərin kart hesabına 5.100 manat pul göndərmişdir. Münəvvərin vəd etdiyi bir həftə müddət keçəndə Münəvvərlə ilk əvvəl əlaqə saxlamamış, onun özünün onunla nə vaxt əlaqə saxlayacağını gözləmək qərarına gəlmişdir. Lakin deyilən tarixdən 20 günə yaxın müddət keçəndə onunla yenidən əlaqə saxlamış, Münəvvər ona Türkiyədə nağdlaşdırmada problemlərinin yarandığını, bu səbəbdən nə onun, nə də Mətanətin pulunu vaxtında qaytara bilmədiyini deyib, ona möhlət verməyi xahiş etmiş və əgər pulu düzəldə bilməsə, yaşadığı mənzili satışa çıxararaq, pullarını ödəyəcəyini vəd etmişdir. Ondan pulumuzu konkret olaraq hansı tarixə kimi qaytaracağını soruşanda isə Münəvvər 2024-cü ilin sentyabr ayının sonuna kimi pulu qaytaracağına söz vermişdir. Həmin vaxtdan sonra isə hər həftə müxtəlif bəhanələr gətuirməyə, növbəti həftə onun pulunu qaytaracağına söz vermişdir. Münəvvərin bu bəhanələri 2024-cü ilin sonuna kimi davam etmiş, 2025-ci ilin fevral ayının əvvəlində isə Zərərçəkmiş şəxs3 ilə danışıb rəsmi qaydada hüquq mühafizə orqanlarına şikayət etmək qərarına gəldim və Sumqayıt şəhər prokurorluğuna ərizə yazaraq, Təqsirləndirilən şəxs hərəkətlərindən şikayət etmişdir.16500 manat pulu Münəvvərə kart vasitəsi ilə göndərmişdir..Həmin puldan heç bir məbləğ ona qaytarılmamışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Verdiyi 16500 manat pulun ona qaytarılmasını tələb edir. Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qızma məxsus kart hesablarına cəmi 16.500 manat pul köçürməsini təsdiq edən pul köçürmələrinin qəbzlərinin kserosurətləri cinayət işinə əlavə olunmasından ötrü təqdim etdikdə 05 iyul 2024-cü il tarixdə «Mobil bank» tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs “Beynəlxal Bank”a məxsus 5522 0993 1156 9081 nömrəli kart hesabına 5000 manat məbləğində, 08 iyul 2025-ci il tarixdə Mobil bank» tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs “Beynəlxal Bank”a məxsus 5522 0993 1156 9081 nömrəli kart hesabına 5000 manat məbləğində,yenə həmin tarixdə Təqsirləndirilən şəxs “Beynəlxal Bank”a məxsus 5522 0993 1156 9081 nömrəli kart hesabına 5000 manat məbləğində, 08 iyul 2024-cü il tarixdə qızı Şahid məxsus “Leobank” bankına məxsus 4098 0944 2030 3248 saylı kart hesabından Təqsirləndirilən şəxs “Beynəlxal Bank”a məxsus 5522 0993 1156 9081 nömrəli kart hesabına 1500 manat məbləğində pulun ödənilməsi barədə qəbzlər tərəfimdən götürülərək cinayət işinə əlavə edilmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2024-cü ilin noyabr ayında dostu Zaur iş vizası ilə Almaniya Federativ Respublikasına işləməyə getmiş, o da Almaniyaya getmək istəmiş, lakin ona imtina qərarı gəlmişdir. 17 noyabr 2024-cü il tarixdə Zaurla WhatsApp ani mesajlaşma tətbiqi üzərindən əlaqə saxlayıb danışarkən, o, “Facebook” sosial şəbəkəsində İnara adlı qadının Avropa ölkələrinə iş vizası düzəltməsi barədə reklamının getdiyini bildirmiş, o da “Facebook” sosial şəbəkəsinə baxanda, həqiqətən belə bir reklamın olduğunu görüb, oradan adını İnara kimi qeyd edən qadının WhatsApp nömrəsini götürmüş və onunla WhatsApp ani mesajlaşma tətbiqi vasitəsilə səs ataraq əlaqə saxlayıb, Almaniyaya işləməyə getmək istədiyini, lakin imtina gəldiyini deyərək, Slovakiya Respublikasına iş vizası ilə gedib orada oturum aldıqdan sonra Almaniyaya getmək fikrində olduğunu bildirmiş və Slovakiya Respublikasına iş vizası almaq mümkün olub-olmadığını soruşmüşdür. Özünü İnara kimi təqdim edən qadın ona yazaraq Slovakiya Respublikasına iş vizasının alınması üçün ilkin olaraq 1.500 manat pul veriləcəyini, 2025-ci ilin yanvar ayında, bayramlardan sonra səfirliyə çağırılacağını və səfirliyə girəndə əlavə olaraq rüşvət kimi 1.000 manat pul ödəniləcəyini bildirmişdir. O, özünü İnara kimi qeyd edən qadından sənədlərə yenidən imtina veriləcəyi halda hansı tədbirlərin görükdüyünü soruşanda, o işlərini rüşvət əsasında gördükləri üçün imtina barədə söhbət ola bilməyəcəyini, əgər imtina cavabı gələrsə, verdiyi məbləğ tam şəkildə geri qaytarılacağını bildirmişdir. Bu söhbət zamanı özünü İnara kimi qeyd edən qadın ona sözünün həqiqət olduğuna inanması üçün bir neçə şəxsin iş vizasının fotolarını da göndərmiş, məsləhətləşib onunla təkrar əlaqə saxlayacağını bildirmiş və həmin gün dostu Zərərçəkmiş şəxs1lə bu barədə məsləhətləşmişdir. Hər ikisi İnara adlı qadının vasitəsilə Slovakiya Respublikasına iş vizası almaq qərarına gəlmiş və 18 noyabr 2024- cü il tarixdə özünü İnara kimi təqdim edən qadınla WhatsApp ani mesajlaşma tətbiqi vasitəsilə əlaqə saxlamış və onunla birlikdə dostu Zərərçəkmiş şəxs1 də Slovakiyaya iş vizası almaq istədiyini bildirmişdir. Bundan sonra özünün və Anarın şəxsiyyət vəsiqələrinin və xarici pasportlarının, eləcə də məhkumluq barədə arayışın fotoşəkillərini ona göndərmişdir. 20 noyabr 2024-cü il tarixdə özünü İnara kimi təqdim edən qadın ona WhatsApp ani mesajlaşma tətbiqi vasitəsilə Unibanka məxsus olan 5243 7544 4335 3634 kart nömrəsini göndərərək, 1.500 manatı həmin kart hesabına göndərməyi tapşırmış, Anarla o, hər biri İnaranın WhatsApp ani mesajlaşma tətbiqi vasitəsilə göndərdiyi Unibanka məxsus 5243 7544 4335 3634 kart hesabına 1.500 manat pulu Sumqayıt şəhəri, Sülh küçəsi, “İdeal parfümeriya” mağazasında olan MilliÖn elektron ödəmə terminalı vasitəsilə köçürmüşlər. İnara onların iş vizasının 2025-ci ilin yanvar ayının 07-də hazır olacağını və həmin tarixdə Slovakiya səfirliyinə daxil olacaqlarını bildirmiş və əlavə etmişdir ki, razılaşdıqları kimi, həmin tarixdə səfirliyə çağırılarkən rüşvət olaraq oraya verəcəkləri 1.000 manat pul da üstlərində olsun. 26 dekabr 2024-cü il tarixdə özünü İnara kimi təqdim edən qadın WhatsApp ani mesajlaşma tətbiqi vasitəsilə əlaqə saxlayaraq, sənədləırin yığılmasına əlavə 50 manat pul tələb olunduğunu, birinin 50 manatını o ödədiyini deyib, əlavə 50 manatı həmin Unibank kart hesabına köçürməyi tapşırmış, o, etiraz etməyib həmin gün 50 manat pulu Unibanka məxsus 5243 7544 4335 3634 kart hesabına Sumqayıt şəhəri, Nərimanov küçəsində yerləşən “TamStore” mağazasında olan MilliÖn elektron ödəmə terminalı vasitəsilə köçürmüşdür. 02 yanvar 2025-ci il tarixdə özünü İnada kimi qələmə verən qadın WhatsApp ani mesajlaşma tətbiqi vasitəsilə əlaqə saxlayaraq səfirliyə girərkən şəxsiyyət vəsiqəsinin, xarici pasportun və məhkumluq haqqında arayışın lazım gələcəyini bildirib, həmin sənədləri təcili olaraq ona çatdırmaq lazım olduğunu demiş, o, Anara və özünə məxsus olan şəxsiyyət vəsiqələrini, xarici pasportları və məhkumluq haqqında arayışları götürüb, İnaranın konum atdığı ünvana, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehtiyev küçəsində yerləşən “AptekDokta”nın qarşısında onunla görüşmək üçün yollanmışdır. Həmin gün günorta saatlarında özünü İnara kimi təqdim edən qadınla görüşmüş, o, orta boylu, dolu bədən quruluşlu, tünd rəngdə saçları olan, təxminən 35-40 yaşlarında qadın idi. Danışığından rusdilli olub, Bakı ləhçəsi ilə danışırdı. O, görüşə tək gəlmiş, sənədləri ondan götürəndə uzağı yanvar ayının 08-də “X19 səfirliyinə içəri salmağa çalışacağam” demişdir. Bundan sonra isə 2025-ci ilin fevral ayının 05-nə kimi Anarla onun Azərbaycandan Slovakiyaya çıxışları həll olunacaqdır. Bundan sonra həmin İnara adlı qadın o və Anan Slovakiya səfirliyi adı ilə müxtəlif ünvanlara göndərmiş, o və Anar İnara adlı qadının onları aldadaraq pullarını ələ kçeirdiyini başa düşüb 27 yanvar 2025-ci il tarixdə İnara adlı qadının onlara qarşı dələduzluq etməsi ilə əlaqədar Sumqayıt şəhər polis idarəsinin 4-cü PB-nə ərizə yazaraq şikayət etmişlər.Sonradan özünü İnara kimi təqdim edən qadının Təqsirləndirilən şəxs olduğunu öyrənmişlər.Həmin puldan Münvvər tərəfindən ona 150 manat qaytarılmışdır. Hazırda verdiyi pulun ona qaytarılmasını və verdiyi mülki iddianın təmin edilməsini tələb edir. Cinayət işinin materiallarından görünür ki, araşdırma dövründə Zərərçəkmiş şəxs4 xx.xx.2024-cü il tarixdə, saat 13-15-də Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “İdeal Parfymeru” mağazasında quraşdırılmış “Milli ön” ödəmə terminalından Təqsirləndirilən şəxs məxsus “Unibank” bankına aid 5243 7544 4335 3634 kart hesabına köçürmüş olduğu 1500 manat pulun qəbzinin kserosurətini materiala əlavə olunmasından ötrü təqdim etmişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə mülki iddia verərək Münəvvərin ondan aldığı 1550 manat pulun ona qaytarılması xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 ilə bir neçə ildir dostluq münasibətləri vardır. 2024-cü ilin noyabr ayında ortaq dostları Zaur iş vizası ilə Almaniyanın Frankfurt şəhərinə işləməyə getmiş, 17 noyabr 2024-cü il tarixdə Zaurla WhatsApp ani mesajlaşma tətbiqi üzərindən əlaqə saxlayıb danışarkən, o, “Facebook” sosial şəbəkəsində İnara adlı qadının Avropa ölkələrinə iş vizası düzəltməsi barədə reklamının getdiyini bildirdikdə 18 noyabr 2024-cü il tarixdə Məcid ona zəng vuraraq, “Facebook” sosial şəbəkəsinə baxdığını, həqiqətən belə bir reklamın olduğunu, orada adını İnara kimi qeyd edən qadının WhatsApp nömrəsini görüb götürdüyünü və WhatsApp ani mesajlaşma tətbiqi vasitəsilə həmin qadına səs ataraq əlaqə saxladığını və Almaniyaya işləməyə getmək istədiyini, əvvəllər etdiyi müraciətinə imtina gəldiyini bildirib, Slovakiya Respublikasına iş vizası ilə gedib orada oturum aldıqdan sonra Almaniyaya getmək fikrində olduğunu izah etdiyini və Slovakiya Respublikasına iş vizası almaq mümkün olub-olmadığını soruşduğunu, İnara adlı qadının ona Slovakiya Respublikasına iş vizasının alınması üçün ilkin olaraq 1.500 manat pul veriləcəyini, 2025ci ilin yanvar ayında, bayramlardan sonra səfirliyə çağırılacağını və səfirliyə girəndə əlavə olaraq rüşvət kimi 1.000 manat pul ödəniləcəyini yazdığını danışmış, Məciddən sənədlərə yenidən imtina veriləcəyi halda necə olacağını soruşduqda Məcid həmin sualı İnara adlı qadına verdiyini və İnaranın ona işlərini rüşvət əsasında gördükləri üçün imtina gəlməyəcəyinə, əgər imtina cavabı gələrsə, verdikləri pulların tam məbləğdə geri qaytarılacağına söz verdiyini bildirmişdir. 20 noyabr 2024-cü il tarixdə Məcid ona zəng vuraraq, özünə məxsus şəxsiyyət vəsiqəsinin və xarici pasportunun, eləcə də məhkumluq barədə arayışın fotoşəkillərini İnaraya göndərdiyini, indi də İnaranın ona WhatsApp ani mesajlaşma tətbiqi vasitəsilə Unibanka məxsus olan 5243 7544 4335 3634 kart nömrəsini göndərib, 1.500 manatı həmin kart hesabına köçürməyi tapşırdığını bildirərək onun nə qərara gəldiyini soruşmuş, Məcidlə birlikdə Slovakiya Respublikasına iş vizasını almaq qərarına gəlib, həmin gün sənədlərini hazırlayaraq, İnara adlı qadının WhatsApp-na göndərmiş və Məcidlə birlikdə hər biri ayrı-ayrılıqda İnaranın WhatsApp ani mesajlaşma tətbiqi vasitəsilə göndərdiyi Unibanka məxsus 5243 7544 4335 3634 kart hesabına 1.500 manat pulu Sumqayıt şəhəri, Sülh küçəsi, “İdeal parfümeriya” mağazasında olan MilliÖn elektron ödəmə terminalı vasitəsilə köçürmüşlər. İnara onların iş vizasının 2025-ci ilin yanvar ayının 07- də hazır olacağını və həmin tarixdə Slovakiya səfirliyinə daxil olacaqlarını, həmin tarixdə səfirliyə çağırılarkən rüşvət olaraq oraya verəcəkləri 1.000 manat pulu da özləri ilə götürməyi tapşırmışdır. 26 dekabr 2024-cü il tarixdə Məcid ona İnara adlı qadın WhatsApp ani mesajlaşma tətbiqi vasitəsilə əlaqə saxlayıb, sənədlərin yığılmasına əlavə 50 manat pul tələb olunduğunu deyərək, 50 manatı həmin Unibank kart hesabına köçürməyi tapşırdığını, onun da həmin 50 manatı Unibanka məxsus 5243 7544 4335 3634 kart hesabına köçürdüyünü bildirmişdir. 02 yanvar 2025-ci il tarixdə özünü İnada kimi qələmə verən qadın WhatsApp ani mesajlaşma tətbiqi vasitəsilə əlaqə saxlayaraq səfirliyə girərkən şəxsiyyət vəsiqəsinin, xarici pasportun və məhkumluq haqqında arayışın lazım gələcəyini bildirib, həmin sənədləri təcili olaraq ona çatdırmaq lazım olduğunu demiş, o və Məcid özlərinə məxsus olan şəxsiyyət vəsiqələrini, xarici pasportları və məhkumluq haqqında arayışları götürüb, İnaranın konum atdığı ünvana, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehtiyev küçəsində yerləşən “AptekDokta”nın qarşısında onunla görüşmək üçün yollanmışlar. Həmin gün günorta saatlarında özünü İnara kimi təqdim edən qadınla görüşmüş, o, orta boylu, dolu bədən quruluşlu, tünd rəngdə saçları olan, təxminən 35-40 yaşlarında qadın idi. Danışığından rusdilli olub, Bakı ləhçəsi ilə danışırdı. O, görüşə tək gəlmiş, sənədləri ondan götürəndə uzağı yanvar ayının 08-də “X15 səfirliyinə içəri salmağa çalışacağam” demişdir. Bundan sonra isə 2025-ci ilin fevral ayının 05-nə kimi Məcidlə onun Azərbaycandan Slovakiyaya çıxışları həll olunacaqdır. Bundan sonra həmin İnara adlı qadın o və Məcidi Sşlovakiya səfirliyi adı ilə müxtəlif ünvanlara göndərmiş, o və Məcid İnara adlı qadının onları aldadaraq pullarını ələ keçirdiyini başa düşüb 27 yanvar 2025-ci il tarixdə İnara adlı qadının onlara qarşı dələduzluq etməsi ilə əlaqədar Sumqayıt şəhər polis idarəsinin 4-cü PB-nə ərizə yazaraq şikayət etmişlər. Sonradan özünü İnara kimi təqdim edən qadının Təqsirləndirilən şəxs olduğunu öyrənmişlər. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə, saat 13-17-də Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “İdeal Parfymeru” mağazasında quraşdırılmış “Milli ön” ödəmə terminalından Təqsirləndirilən şəxs məxsus “Unibank” bankına aid 5243 7544 4335 3634 kart hesabına köçürmüş olduğu 1500 manat pulun qəbzinin kserosurətini materiala əlavə olunmasından ötrü təqdim etmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmiş 06 iyun 2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqına iltizam qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmiş 20 avqust 2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqına iltizam qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən imtina etdiyi üçün barəsində seçilmiş qətimkan tdbiri dəyişdirilərək həbs qətimkan ədbiri seçilərək 07 noyabr 2025-ci il tarixdə barəsində axtarış elan edilmişdir. Bakı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş məktubdan görünür ki, təqsirləndirilən şəxs X7 27 noyabr 2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 məhkəmə baxışı zamanı mülki iddia verərək Təqsirləndirilən şəxs ona verdiyi 5100 manat və dövlət rüsumu kimi ödədiyi 72 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 məhkəmə baxışı zamanı mülki iddia verərək Təqsirləndirilən şəxs ona verdiyi 1550 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 183.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanadək mülki iddiasına əlavələr və dəyişiklik etməyə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində işin istintaqını aparan müstəntiqin onu həyat yoldaşı və azyaşlı övladı ilə təhdid etdiyi üçün etirafedici ifadələr verməsi, Zərərçəkmiş şəxs3 ona pulları faizlə verməsi, Zərərçəkmiş şəxs3 aldığı pulları tam qaytarması barədə ifadəsində göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun gəlmədiyindən, təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər arasında aparılmış votçap yazışmaları, istintaq hərəkəti protokolları və digər istintaq materialları ilə təzkib olunduğundan, iişn faktiki hallarına uyğun gəlmədiyindən sübut kimi qəbul edilməməli, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin faktiki hallarına uyğun jəldiyindən sübut kimi qəbul edilməlidir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı azadlıqda olmuş, buna baxmayaraq təqsirləndirilən şəxs müstəntiqin ona təzyiq edərək etirafedici ifadələr verməyə məcbur etməsi barədə hər hansı orqana şikayət etməmişdir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin mühkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 aldığı pulları ona tam həcmdə qaytarması, bununla bağlı məhkəmə məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərinə münasibətdə hesab edir ki, təqsirləndirilən şəxs rəsmi olaraq heç bir yerdə işləməmiş, vergi ödəyici olmamış, özünün də ifadəsində qeyd etdiyi kimi zərərçəkmiş şəxslər aldığı pulları bir iki gün sonra faizlə geri qaytarması onun məhz zərərçəkmiş şəxslərin etibarını qazanmaqla onların əmlakını ələ keçirmək məqsədi ilə bir vasitə kimi çıxış etmişdir. Belə ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X4 mühkəməyə təqdim etdiyi bank kartından köçürmələr edilməsinə dair çıxarışlardan görünür ki, Zərərçəkmiş şəxs3 bank kartına ümumilikdə 15600 manat ödəniş edilmişdir.Lakin, zərərçəkmiş şəxs X10 tərəfindən məhkəmə istintaqı zamanı məhkəməyə təqdim edilmiş kartdan bankdaxili karta köçürmələrə dair qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus kartlara ümumilikdə 36550 manat pul köçürülsə də, Təqsirləndirilən şəxs tərəfindən həmin vəsaitdən ona yalnız 15210 manat pul qatarılmışdır.Pulun bir hissəsini qaytarsa da ümumiyyətlə 21500 manat pulu müxtəlif bəhanəlrə qaytarmaqdan imtina etmişdir.Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 aldığı pulları tam həcmdə geri qaytarması barədə ifadəsini iişin faktiki hallarına uyğun gəlmədiyindən sübut kimi qəbul etmir, təqsirləndirilən şəxsin özünü müdafiə məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxslərin, şahidinn ifadəsi və digər iş materialları ilə onun etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını təkrarən, xeyli miqdarda ziyan vurmaqla ələ keçirməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cüi maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakı ələ keçirmə –dörd min manatdan yeddi min manatadək miqdarında cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası DİN-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı vardır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aldığı pullardan 880 manat Zərərçəkmiş şəxs2, 150 manat Zərərçəkmiş şəxs4 qaytarışdır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olması və CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İttiham aktında CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsi təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi göstərilsə də, məhkəmə hesab edir ki, cinayətin təkrar törədilməsi CM-in 178.2.2-ci maddəsinin tövsifedici əlaməti kimi nəzərdə tutulduğundan, təkrarən cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, cinayətin törədildiyi vaxtdan uzun müddət vaxt keçməsinə baxmayaraq təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə vurduğu zərərin ödənilməməsi, zərərçəkmiş şəxslərinn ondan şikayətçi olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X3 oğlunun 05 iyun 2025-ci il tarixdən 06 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün, həmçinin19 avqust 2025-ci ildən 20 avqust 2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 1 gün, cəmi 2 gün ona təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 27 noyabar 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin təqsirləndirilən şəxs X5 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum edilməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia təmin edilməli, maddi zərərə görə 5100 manat və 72 manat dövlət rüsumu təqsirləndirilən şəxsdən alınıb zərərçəkmiş (mülki iddiaçı) şəxsə ödənilməlidir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, maddi zərərə görə 1400 manat təqsirləndirilən şəxsdən alınıb zərərçəkmiş (mülki iddiaçı) şəxsə ödənilməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X6 məhkəməyədək icraat zamanı şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia təmin edilsini, maddi zərərə görə 5100 manat və 72 manat dövlət rüsumu təqsirləndirilən şəxsdən alınıb zərərçəkmiş (mülki iddiaçı) şəxs Zərərçəkmiş şəxs3 Qürət qızına ödənilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, maddi zərərə görə 1400 manat Təqsirləndirilən şəxs alınıb zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 ödənilsin. Zərərçəkmiş şəxslər X8 və Zərərçəkmiş şəxs2 onlara dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasınlda idlia qaldırmaq hüquqları izah edilsin. Təqsirləndirilən şəxs azyaşlı övladının həyat yoldaşı X4 himayəsində olması nəzərə alınsın. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar