Məhkəmə qərarları › İş №1(060)-664/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-664/2021

26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-664/2021 26.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 06 avqust 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 6/10, mənzil 10-da qeydiyyatda olan və ünvan 1 ünvanında qeydiyyatsız yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxsistintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,421 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edərək onu üzərində daşıyaraq saxlamış, 04.06.2021-ci il tarixdə saat 20:40-da Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində saxlanılanılmış və oğurluq hadisəsi törətməkdə şübhəli olduğu bildirilərək, Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparıldığı zaman onunla sorğu keçirildiyi zaman üzərində psixotrop madə olan metamfetamin olduğunu bildirmiş, polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibində 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,421 qram psixotrop maddə olan “metamfetamin” aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə aydır ki, narkotik vasitə olan “şüşə” istifadə edir. 04.06.2021-ci il tarixdə saat 20:40 radələrində Sumqayıt şəhəri, 30-ci məhəllə ərazisində piyada hərəkətdə olduğu zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını demişlər. Oğurluq hadisələri törətməkdə şübhəli bilindiyi üçün onu Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nə dəvət etmişlər.Bölməyə getdikləri müddətdə yolda o, sorğu zamanı polis əməkdaşlarına üzərində narkotik vasitə olmasını bildirmişdir.Bölməyə gəldikdən sonra onu xidməti otaqların birinədəvət etmişlər. Bölmədə xidməti otaqların birində videoçəkiliş başlanılmış, şübhəli şəxs kimi saxlanıldığı üçün ona hüquq və vəzifələr barədə bildiriş təqdim edilmiş, o, həmin bildirişlə tanış olmuş, sonra araşdırma müddətində hüquqlarını müdafiə edəcək vəkil Sumayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkil təqdim edilmişdir. Daha sonra da videoçəkilişin müşayiəti ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarışa başlanılmazdan əvvəl üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulan zaman o, özü əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümün içərisində olan ağ rəngli kristal maddəni təqdim edərək həmin maddənin özünə məxsus olduğunu demişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar olunan ağ rəngli kristalşəkilli maddə tərəziyə qoyulub çəkilmişdir. Sorğu zamanı o, bildirmişdir ki, üzərindən aşkar olunan həmin maddə “şüşə”dir, həmin maddəni 04.06.2021-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsində olan zaman səhər saatlarında tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün almış və üzərində saxlamış, həmin maddəni almaqda satış məqsədi olmamışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd 1 manatlıq əskinaz , 1 ədəd 20 qəpik, 1ədəd 50 qəpik, pul və iki ədəd alışqan araşdırma üçün əhəmiyyət kəsb etmədiyindən ona geri qaytarılmışdır. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman, polis bölməsinə gətirildiyi müddətdə, habelə polis bölməsində olduğu müddətdə ona qarşı qanunsuz olaraq heç bir hərəkət edilməmiş, eyni zamanda heç bir oğurluq hadisəsi törətməmiş və iştirakçısı olamadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, 04.06.2021ci il tarixdə Sumqayıt şəhəri, 30-cu məhəllə, ərazisində xidmətdə olduqları zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görmüş, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, onun ərazidə baş vermiş oğurluq hadisələri ilə əlaqəsi olub-olmadığını dəqiqləşdirmək üçün özləri ilə Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə gətirilən zaman yolda şifahi sorğu edilmiş, üzərində qanunsuz olaraq hər hansısa vasitə olub- olmamsı soruşulmuş və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Onlar birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gəlmişlər. Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsində Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təqdim olunmuş və müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim olunmuşdur. Təqsirləndirilən şəxs tutulduqdan sonra üzərində şəxsi axtarış aparılacağı bildirilərkən buna etiraz etməmiş və üzərində videoçəkilişlə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs ilk növbədə əynində olan şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümün içərisində ağ rəngli kristal maddəni təqdim edərək, həmin maddənin metamfetamin olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin şəxsin üzərindən aşkar olunan 01 ədəd büküm elektron tərəzi vasitəsilə çəkilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin “şüşə” yəni metamfetamin olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını, 04.06.2021-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Həmin sellofanda olan kristalşəkilli kütlə içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılaraq, üzəri möhürləndikdən sonra o və digər iştirakçılar tərəfindən imzalanaraq təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid2 də Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 05 iyun 2021ci il tarixli, 6/2261 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “ Təqsirləndirilən şəxs üzərindən.... “ yazılar və imzalar olan 01 ədəd bükümdə təmiz çəkisi 0.421 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir.Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. İş üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 27 avqust 2021ci il tarixli, 3111 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan Asılılıq SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, «Şəxsi axtarış və götürmə aparılması haqqında» 04 iyun 2021-ci il tarixli qərara əsasən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasında olan xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı Kənan Hacıyev tərəfindən, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid1 və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə şəxsi axtarış və götürmə aparılmağa başlanıldı. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs ilk növbədə əynində olan şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümün içərisində ağ rəngli kristal maddəni təqdim edərək, həmin maddənin “şüşə” olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Onun üzərindən aşkar olunan 1 ədəd büküm elektron tərəzi vasitəsilə çəkildikdə şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 0.47 qram olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin “şüşə” olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını, 04.06.2021-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldıqda iş üzrə əhəmiyyək kəsb edən hər hansı əşya və ya maddə aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofanda olan kristalşəkilli kütlə içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılaraq, üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanaraq təhqiqatçı tərəfindən götürülür. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 04 iyun 2021-ci il tarixli şəxsi Təqsirləndirilən şəxs üzərində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı Kənan Hacıyev tərəfindən, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid1 və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə şəxsi axtarış və götürmə aparılmağa başlanıldı. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs ilk növbədə əynində olan şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümün içərisində ağ rəngli kristal maddəni təqdim edərək, həmin maddənin “şüşə” olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Onun üzərindən aşkar olunan 1 ədəd büküm elektron tərəzi vasitəsilə çəkildikdə şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 0.47 qram olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin “şüşə” olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını, 04.06.2021-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldıqda iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və ya maddə aşkar olunmur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar oluraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0.371 qram narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilmişdir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 17.08.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 11AY 28 GÜN azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon məhkəməsinin qərarı ilə 04 ay 26 gün vaxtından əvvəl şərti azad olunaraq, cazanın sonu ilə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda məhkumluğu məhkumluğu ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs Suraxanı rayon məhkəməsinin 19.03.2018-ci il tarixli qərarı ilə 04 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuş və cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır, belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, ********* nömrəli cinayət işi Sumqayıt ŞPİnin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Xanlar Həsənli tərəfindən 05 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanaraq icraatına qəbul edilmişdir. İş materiallarında olan 04 iyun 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2021-ci il tarixində saat 20:40-da Sumqayıt şəhəri 30-cu məhəllə ərazisində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Kənan Hacıyev tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, 08 avqust 2021-ci il tarixində Təqsirləndirilən şəxs barəsində axtarış elan olunaraq cinayət işi üzrə icraat dayandırılmışdır. 26 avqust 2021-ci il tarixində Təqsirləndirilən şəxs tutularaq istintaqa təqdim olunmuş və həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 12 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Sumqayıt şəhər Probasiya şöbəsindən daxil olmuş 3169 saylı arayışdan görünür ki,Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu Məhkəməsinin 19 mart 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 04 ay 26 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir.cəzasının sonu iə əlaqədar barəsində olan şəxsi iş 15 avqust 2018-ci il tarixində qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 14.09.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə-bioloji ekspertizasının rəyi, maddi sübutlar habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamlmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Rəsəbov Kamran Aslan oğlunun cəzasını yüngülləşdirən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxsə hansı cəza növünü təyin etmək məsələsini həll edərkən Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmasada əvvəllər də CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və onun cəzasını çəkib qurtardıqdan sonra yenidən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun şəxsiyyətini mənfi xarakterizə edən hal olaraq qiymətləndirilməlidir. Odurki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməldir. Məhkəmə iclas zalından həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçək məmüddətinin əvvəli 26 noyabr 2021-ci il tarixindən hesablanmalı və CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs və təqsirləndirilən şəxs kimi tutulduğu cəmi 03 gün ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza təyin edilməlidir. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 0,371 qram olan psixotrop maddə olan metamfetamin qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmasına ehtiyac olmadığını nəzərə alaraq ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114 (yüz on dörd manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional VəkilBürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 28sentyabr 2021-ci il tarixli (iş № 1(060)-664/2021) qərarını icra edərək, 29sentyabr 2021-ci il tarixli 1224 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional VəkilBürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04-06 iyun 2021-ci il tarixində şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət və 26 avqust 2021-ci il tarixində təqsirləndirilən şəxs kimi tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 26 noyabr 2021-ci il tarixindən hesablansın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 0,371 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd manat) manat Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar