Məhkəmə qərarları › İş №1(060)-664/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-664/2022

28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-664/2022 28.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin inzibatı binasında xx.xx.1989-cu ildə Laçın şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, AZMİD QSC-də çilingər işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2022-ci ıl tarixdə, saat 15:00 radələrində Sumqayıt şəhəri, 45ci məhəllə, bina 13/11, mənzil 4 ünvanında birgə yaşadıqları mənzilin qonaq otağında həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət zəminində baş vermiş mübahisə zamanı o Zərərçəkmiş şəxs baş və sifət nahiyyələrinə sillə və yumruq zərbələri ilə qəsdən bir neçə zərbə vuraraq sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Əzizə Vəliyevə ilə 2013-cü ildə ailə həyatı qurmuşlar və birgə nikahdan 02 (iki) azyaşlı övladları vardır. Ər-arvad münasibətləri hər zaman normal olmuşdur. O xaraktercə təmizlik sevən adamdır. Evdə səliqə səhman olmayanda onun əsəblərinə təsir edir. Buna görə həyat yoldaşı Əzizə ilə söz-söhbətləri olur. Ona hər zaman evi və hamamı təmiz saxlasını demişdir. xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində uşaqlarını götürüb gəzməyə aparmış və saat 15:00 radələrində qayıdıb evə gəlmişlər. Nahar etdikdən sonra həyat yoldaşı Əzizə əmisi oğlunun həyat yoldaşı Əfsanənin onlara gələcəyini bildirmişdir. O həmin adamı sevmədiyinə görə onlara gəlməsini istəmir və bu səbəbdən həyat yoldaşına onlara gəlməsin demiş, əgər gəlsələr də qəti şəkildə onlarda qalmamaqlarını bildirmişdir. Lakin Əzizə bu sözü Əfsanəyə deyə bilmədiyini demişdir. Bu səbəbdən də evdə aralarında mübahisə yaranmışdır. Həmçinin bundan öncə hamamın sulu olması ilə əlaqədar da aralarında mübahisə yaranmışdır. Həyat yoldaşı Əzizə ona cavab qaytardığından o əsəbləşib qonaq otağında onun başına və sifətinə əli ilə bir neçə zərbə vurmuşdur. Onu vurduqdan sonra Əzizə ağladığına görə o ondan uzaqlaşmış və Əzizə evdən çıxıb qonşuya getmişdir. Bundan sonra onun barəsində polisə şikayət etdiyini bilmişdir. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Tapdılq oğlu onun həyat yoldaşımdır. O onunla 2013-cü ildə ailə həyatı qurmuş, birgə nikahdan hazırda 02 (iki) azyaşlı övladları vardır. Evdə azyaşlı uşaqlar olduğundan evi demək olar ki, hər zaman üçün ideal vəziyyətdə təmiz saxlamaq olmur. Məhz evdə bəzən tör-töküntülüyün olmasına görə həyat yoldaşı Təqsirləndirilən şəxs dəfələrlə onunla mübahisələr etmişdir. xx.xx.2022-ci il tarixdə həyat yoldaşı Mətləb bütün günü evdə olmuş, saat 15:00 radələrində hamama girərkən hamamın bir qədər nəm olduğunu görmüş və nəyə görə hamamı təmiz saxlamadığımı soruşmuşdur. O da uşaq su töküb, indi təmizləyəcəyini bildirmişdir. Bu məsələnin üstündə Mətləb onunla mübahisə etməyə başlamışdır. O adi bir məsələni böyütməyin lüzumsuz olduğunu dedikdə evin qonaq otağında Mətləb onu divanın üzərinə yıxaraq sillə və yumruq zərbələri ilə başına, sifətinə çoxsaylı zərbələr vurmuşdur. O uca səslə qışqırdığından Mətləb səslərinə qonşuların gələ biləcəyindən qorxduğu üçün bir qədər onu buraxmış və o onun əlindən çıxıb qapı qonşuları Qələnfir xala gilin evlərinə qaçmış və orada halım pisləşmişdir. Qələnfir xala ona dərman vermiş, özünə gəldikdən sonra DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Hal-hazırda onlar barışmışlar. Ona görə də, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 1082 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər – sağ təpə-gicgah nahiyyənin dərialtı henatoması və sol gözaltı nahiyyənin qançırı vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2863 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X4 “Sumqayıt Tibb Mərkəzi” X3 1 nömrəli şəhər xəstəxananın poliklinika şöbəsindən verilmiş 392 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatr kabinetində ambulator və dispenser müşahidəsində yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC tərəfindən verilmiş 20 nömrəli, xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar