Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-664/2024 22.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X6, X3, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Fazil qızının iştirakları ilə xx.xx.2004-cü il tarixdə İmişli rayonununda anadan olmuş, orta təhsilli, subay, məhkumluğu olan, İmişli rayonu, Bəhramtəpə qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə“ qətimkan tədbiri seçilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-690/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,253 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 13 mart 2024-cü il tarixdə, saat 20:30 radələrində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, “Emin” şadlıq sarayı ilə üzbəüz, parkda keçirilən əməliyyataxtarış tədbirlərin nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə olan heroin əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər Azərbaycan respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hal-hazırda həmin cəzanı çəkir. Qedy edir ki, Şahid4 ilə dostdur. Toğrul işləmək üçün Bakı şəhərinə gəlmiş, və o, Toğrulla tez-tez görürmüşdür. Belə ki, xx.xx.2024-cü il tarixdə Toğrul ona “instaqram” sosial şəbəkəsindən tanımadığı səhifədən narkotik vasitə almaqda köməklik göstəriləcəyi məzmunlu mesajlar gəldiyini bildirmiş, o, Toğrulla birlikdə həmin şəxslə “WhatsApp" ani mesajlaşma vasitəsilə əlaqə saxlamışdır. X15 Respublikasının vətəndaşı kimi təqdim edən şəxs onlarla xarici nömrə ilə yazışmışdır. Həmin şəxs onlara "patı” təşkil edəcəyini, həmin psixotrop maddəni qoyduğu ərazinin konumunu (məkanı) onlara göndərəcəyini, psixotrop maddəni əldə etdikdən sonra onlardan pul alacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə o, Şahid4lə Sabunçu rayonu ərazisində yerləşən parklardan birində olduğu vaxt özünü İİR-nın vətəndaşı kimi təqdin edən şəxs Şahid4 konum (məkan) göndərmiş, həmin vaxt onların yanında digər dostları Şahid5 də olmuşdur. Onlar taksi sifariş etmiş və Murada da onlarla birlikdə gəlməsini təklif etmişlər. Murad ilk olaraq gəlmək istəməmiş, lakin sonra onlarla razılaşmışdır. X9 şəhərinə getdikərini bildirmiş, yolda olarkən “nasosnu” adlanan ərazidə işlərinin olduğunu tez ora gedib qayıdacaqlarını bildirmişlər. Onlar məkanın olduğu yerə gəlib, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, “Emin” şadlıq sarayının qarşısında taksidən düşmüşlər. Murada burada gözləməsini bildirərək şadlıq sarayının qarşısındakı parka getmişlər. Konumun (məkan) göndərildiyi ərazidə “Magna” markalı siqaret qutusu olduğunu görmüş, Toğrul siqaret qutusunu götürmüş və açdıqda içərisində bir neçə büküm olduğunu görmüş, Toğrul bükümlərdən birini ona verərərək siqaret qutusunu cibinə qoymuşdur. Həmin vaxt mülki geyimli şəxslər onlara yaxınlaşaraq polis əməkdaşları olduğunu bildirib və onlara narkotik vasitələrin qəbulu və üzərlərində gəzdirməsində şübhəli olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onları polis idarəsinə dəvət etmiş, Şahid5 də polis idarəsinə gətirilmişdir. Onlar polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmiş, İdarədə xidməti otaqların birində ona üzərində şəxsi axtarış aparılmışdır. Ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuşdur. Bunda sonra üzərində hər hansı qadağan olunmuş əşya vardırsa təqdim etməsi təklf edilmiş, o, əynində olan cins şalvarın cibində saxladığı 01 ədəd nəzarət aparatını, 01 ədəd üzərində ***-***-**-** nömrəsi olan "Samsung" markalı mobil telefonu, 01 ədəd bükümü, 01 ədəd alışqanı, 01 ədəd “Umico” bank kartını və 02 ədəd metro kartını stolun üzərinə qoymuşdur. Polis əməkdaşı tərəfindən büküm açıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə olduğu aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmişdir. Qeyd edir ki, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qədəbəsi ərzisində “Emin” şadlıq sarayı ilə üzbəüz yerləşən parkdan, onlara göndərilən konum vasitəsilə əldə etmişdir. Əməlindən peşmandır, vəziyyətini nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanımamış, onunla arasında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə Şahid4 və Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bununla bağlı rəhbərliyə raporta müraciət edərək müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmiş, raport əsasında əməliyyat qrupu yaradılmışdır. Şahid4 və Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:00 radələrində onlar tərəfindən həmin gün saat 20:30 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, “Emin” şadlıq sarayı ilə üzbəüz parkda saxlanılmışdır. Onlar həmin şəxslərə özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək nədə şübhəli olduqlarını deyib onlarla birlikdə Sumqayıt ŞPİ-nə getməli olduqlarını bildirmişlər. Həmin şəxslər etiraz etməyib birlikdə Pİ-nə gəlmişlər. Pİ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Emil Mirzəyev təqdim edilmiş, bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, o, həmin vaxt cibindən 01 ədəd nəzarət aparatını, 01 ədəd “Samsung" markalı mobil telefonu və 01 ədəd bükümü, 01 ədəd bank kartını təqdim elmişdir. Təqdim olunmuş büküm elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin “kakos” olduğunu, dostu Toğrulla birlikdə “Whatsapp” sosial şəbəkəsində tanış olduğu, tanımadığı İran vətəndaşının onlara göndərdiyi konum üzrə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, “Emin” şadlıq sarayı ilə üzbəüz, parkın yaxınlığında yol kənarından götürdüyünü bildirmişdir. Həmin büküm xüsusi qaydada qablaşdırılaraq üzəri DİN-in 124 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilən 2-ci PB-nin kiçik inspektoru, polis baş serjantı X7 və ifadəsi elan olunmaqla tədqiq edilmiş 2-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 də Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ərizəsi nəzərə alınmaqla ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, İmişli rayonu, Bəhramtəpə qəsəbəsində yaşayır. Heç bir dövlət işində işləmir. Günəmuzd işləmək üçün bir müddətdir Bakı şəhərinə gəlmiş, Bakı şəhərində Təqsirləndirilən şəxsla dostluq etmiş, Təqsirləndirilən şəxs Bakı şəhərində yaşamasına baxmayaraq İmişli rayonu, Bəhramtəpə qəsəbəsində anadan olmuşdur. “İnstaqram” sosial şəbəkəsində X15 Respublikasının vətəndaşı kimi təqdim edən şəxs tərəfindən narkotik vasitə istəməsi məzmunlu mesajlar qəbul elmiş, o, dostu Aminlə birlikdə həmin şəxslə “WhatsApp” ani mesajlaşma şəbəkəsi ilə əlaqə saxlamışdır. Həmin şəxsin mobil nömrəsi xarici nömrə olmuş və X15 Respublikasının vətəndaşı kimi təqdim etmişdir. Onlar həmin şəxsdən şəxsi istifadələri üçün narkotik vasitə istəmiş, bu zaman həmin şəxs narkotik vasitəni qoyacağı ərazinin məkanını “WhatsApp” vasitəsilə onlara göndərəcəyini bildirmişdir. Onların məqsədi həmin məkana qoyulmuş narkotik vasitəni götürdükdən sonra pulunu ödəməmək olmuşdur. xx.xx.2024-cü il tarixdə özünü İİR-nın vətəndaşı kimi təqdim edən şəxslə aralarındakı razılığa əsasən həmin şəxs onlara istifadələri üçün “patı” verəcəyinə söz vermişdir. xx.xx.2024-cü il tarixdə axşam radələrində özünü həmin şəxs ona “patını” qoyduğu ərazinin konumunu atmış, həmin vaxt o, Amin və digər dostları Muradla birlikdə olmuşdur. Onlar Muradla həmin gün axşam tərəfi Bakıxanov parkında rastlaşmışlar. Murad hadisədən xəbərsiz olmuş, o, Aminlə birlikdə taksi sifariş verərək onları həmin məkana aparmasını xahiş etmişlər. Murad onlardan hara getdiklərini soruşduqda ona Xırdalan şəhərinə getdiklərinə bildirərək, onlarla gəlməsini təklif etmişlər. Lakin Murad üzərində pul olmadığını bildirərək gəlməkdən imtina etmiş, sonradan Aminin təkidi ilə razılaşaraq onlarla birlikdə taksiyə əyləşmişdir. Onlar konumun atıldığı əraziyə gəldikdə, buranın Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, “Emin” şadlıq sarayı ilə üzbəüz yerləşən park olduğunu görmüş, o və Amin taksidən düşərək onlara göndərilən məkana doğru getmiş və bu vaxt Şahid5 yolun kənarında gözləmələrini bildirmişlər. Narkotik vasitə bükümünün qoyulduğu yerə çataraq, oraya qoyulmuş “Magna" markalı siqaret qutusunu götürmüş, o, siqaret qulusunu götürmüş və açaraq içərisindən 01 (bir) bükümü Aminə vermişdir. Bu vaxt mülki geyimli şəxslər onlara yaxınlaşaraq polis əməkdaşları olduğunu bildirmiş və onlara narkotik vasitələrin qəbulu və üzərlərində gəzdirməsində şübhəli olduqlarını bildirmişlər. Polis əməkdaşları onları Pİ-nə dəvət etmiş, etiraz etməyərək polis idarəsinə gəlmişlər. İdarədə otaqlardan birində ona üzərində şəxsi axtarış keçirilmişdir. Ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 təqdim olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmiş, üzərində hər hansı qanunla qadağan olunmuş əşya vardırsa təqdim etməsi təklfi edilmişdir. O, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd qara rəngli mobil telefonu, əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və “Leobank” bank kartını stolun üzərinə qoymuşdur. Daha sonra o əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən "Magna’’ markalı siqaret qutusunu stolun üzərinə qoymuşdur. Siqaret qutusuna baxış keçirilən zaman orada 03 ədəd qızılı rəngli və 01 ədəd göy rəngli bükülüdə narkotik vasitə heroinə bənzər küllə, 01 ədəd şəffaf sellofanda kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 şəffaf rəngli sellofanda narkotik vasitə tiryəkə bənzər kütlə olduğu müəyyən edilmişdir. Təqdim eldiyi büküm elektron tərəzidə çəkilərkən qızılı rəngli bükümlərdən hər biri müvafiq olaraq 0,75, 0,12 və 0,36 qram, göy rəngli sellofan bükümün çəkisi 1,0 qram, ağ rəngli kristal küllənin çəkisi 0,58 qram və 01 (bir) ədəd bükümdə qara rəngli kütlənin çəkisi 8,26 qram olması müəyyən olunur. Təhqiqatçının sualına cavab olaraq o üzərindən aşkar olunmuş narkotik vasitəni saxlanıldığı gün axşam saatlarında, özünü İİR-nın vətəndaşı kimi təqdim edən şəxsin ona verdiyi konum üzrə Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, "Emin" şadlıq sarayı ilə üzbəüz parkdan götürdüyünü, siqaret qutusunu açaraq bükümlərdən birini onunla birlikdə gəlmiş dostu Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər küllə ƏN-nin MEM-nə göndərilməsi üçün qablaşdırılaraq üzəri DİN-in 124 saylı möhürü ilə möhürlənmişdir. Müdafiəçinin sualına cavab olaraq o polis əməkdaşları tərəfindən saxlanılan zaman heç bir fiziki və psixoloji təzyiqə məruz qalmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 14 mart 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 13 mart 2024-cü il tarixdə, saat 21:05 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur ( i.v.22); 15 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. ( i.v. 61-62). “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 15 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 70-73); “təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə” 15 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 60- 61); “şəxsi axtarışın keçirilməsi barədə” 14 mart 2024-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı Elnur Feyzullayev şübhəli şəxs qismində saxlanılmış şəxsə özünü təqdim etdiyi görsənir. Bundan sonra şübhəli şəxsdən özünü təqdim etməsini tələb edir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınmasında şübhəli olduğu üçün 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq PB-nə gətirildiyini bildirir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra təhqiqatçı şübhəli şəxsə hüquqlarının müdafiə olunması üçün vəkil X4 təqdim edir, ona hüquq və vəzifələri qeyd olunmuş bildiriş təqdim edir. Şübhəli şəxs vəkilə etirazının olmadığını bildirdikdən sonra təhqiqatçı ona üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verir. Şəxsi axtarış başlamazdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edir. Təqsirləndirilən şəxs həmin vaxt cins şalvarının sol yan cibindən 01 ədəd nəzarət aparatını, 01 ədəd "Samsung" markalı mobil telefonu və sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddə olan bükümü və əynində olan qırmızı rəngli gödəkçənin sol iç cibində saxlamış olduğu 01 ədəd “Umico” bank və 02 ədəd metro kartını təqdim etdi. Bükümün içərisinə baxış keçirilən zaman narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs təqdim eldiyi büküm elektron tərəzidə çəkilərkən çəkisinin 1,36 qram olması müəyyən olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmur. Suala cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin “kakos” olduğunu, dostu Şahid4lə birlikdə dünən "Whatsapp" sosial şəbəkəsində tanış olduğu tanımadığı İran vətəndaşının onlara göndərdiyi konum üzrə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, “Emin" şadlıq sarayı ilə üzbəüz parkın yaxınlığında yol kənarından Toğrulun narkotik vasitəni götürdüyünü, siqaret qutusunun içərisində olan bükümlərdən birini ona verdiyini, həmin vaxt həmçinin onlarla birlikdə olan dostu Şahid5 məsələdən məlumatsız olduğunu, narkotik vasitəni götürdükdən sonra ödəniş etmək fikrində olmadıqlarını və şəxsi istifadələri üçün aldıqlarını bildirmişdir. Həmin büküm Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılaraq üzəri DİN-in 124 saylı möhürü ilə möhürləndi. Həmçinin üzərindən aşkar edilmiş digər əşyalar iş üçün əhəmiyyət kəsb eldiyindən qablaşdırılaraq götürüldü. ( i.v 32-33) Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə fiziki- kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/1506 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN zərflər üçün dairəvi möhür əksi olan “Saxalanılan şəxs: Təqsirləndirilən şəxs” imza və. digər ad, soyad, imzalar qeyd edilmiş 01 ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,253-qram olan açıq qəhvəyi rəngli maddə qustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Yuxarıda qeyd edilən həmin bu açıq qəhvəyi rəngli heroin ilə xx.xx.2024-cü il tarixdə (bax: 3-16-16/2-6/1505 nömrəli ekspert rəyi) ekspertiza tədqiqatına təqdim olunmuş Şahid4 üzərindən aşkar olunmuş üzərində “Azərbaycan respublikası DİN arayışlar üçün nömrə 126” dairəvi möhür əksi olan “Saxlanılan şəxs: Şahid4 “imza" “ və digər ad, soyad, imzalar qeyd edilmiş zərfdəki 01 (bir) ədəd üzəri qızılı rəngli kağız bükümdəki təmiz çəkisi -0,241 qram olan aşıq qəhvəyi rəngli heroin öz aralarında xarici əlamətlərinə və kimyəvi komponenmel tərkiblərinə görə eynilik təşkil edirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitəmin siyahısına (Siyahı İ) daxildir. (i.v. 44-49) Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 Şəxsi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2438 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN VƏ PSİXOSTİMULYATORLARİN birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 131-132) “maddi sübut kimi tanıma haqqında” 01 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 1,253 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1,153 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v. 110). “Sumqayıt şəhər MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 446 nömrəli ekspert rəyindən” görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. AR DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-690/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ona təyin olunmuş cəzadan 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gününü çəkmiş, çəkilməmiş cəzası 03 (üç) ay 26 (on) gün təşkil etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayəti törədərkən məhkumluğu ödənilməmişdir. Lakin onun əməli CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətlərin residivini yaratmır. (i.v.121-122, 123-130) Bakı şəhər Probasiya İdarəsinin 22 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmışdır. 22 oktyabr 2024-cü il tarixə cəzasının 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gününü çəkmiş, çəkilməmiş cəzası 03 (üç) ay 26 (on) gün təşkil edir. “sübutların qiymətləndirilməsi haqqında” 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-kimyəvi ekspertizasının 6/1506 nömrəli 14 mart 2024-cü il tarixli rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2438 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, iş üzrə sonuncunun üzərindən aşkar edilərək götürülmüş ilkin təmiz çəkisi 1,253 qram, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1,153 qram olan narkorik vasitə heroin maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. ( i.v.141-149); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 5-ci bəndinə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il tarixli 28 iyun tarixli Qanunun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair, 1.0.9-cu maddəsində qanunsuz əldə edilməsinin izahları verilmişdir. Saxlama - bu həmin maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı AR Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya əsasən heroinin 0,15 qram daxil olmaqla yuxarı hədləri xeyli miqdardan artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il). Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməklə, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin miqdarını, yəni şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, cəzasını yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, AR CM-in 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuş olsa belə, onu həmin cəza ilə islah etmək mümkün deyildir. Ona əvvəlki cinayətinə görə qeyd olunan cəza təyin olunmuş, lakin o, həmin cəza ilə islah olunmamış, yenidən qəsdən az ağır cinayət törətmişdir. Göründüyü kimi onun narkotik maddələrdən asılılığı vardır. Məhkəmə məhz qeyd edilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi daha ədalətli, qanuni və əsaslı hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-690/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 03 (üç) ay 26 (iyirmi altı) gün bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə birləşdirilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən sonuncu tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 22 oktyabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar cəmi 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut - Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1,153 qram olan narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Fazil qızı tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-690/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi, yəni 03 (üç) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası 01 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 mart 2024-cü il tarixdən 15 mart 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 01 (bir) il 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 22 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1,153 qram olan narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi Fazil qızı tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-664/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-664/2024
22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver