Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-665/2021 10.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçinun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1971-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, оrtа təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarında ümumilikdə 0,617 qram çəkidə narkotik vasitə heroini əldə edib saxlamaqla üzərində daşımış, 19.07.2021-ci il tarixdə saat 14:30-da Sumqayıt ŞPİ 3-ci PB-nin əməkdaşlarının tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilяряк, üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli üzərində ağ zolaqları olan idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə 0,617 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, bədənində ağrılar olduğu üçün 08 ildir narkotik vasitələrdən istifadə edir. 19 iyul 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, “20 Yanvar” adlanan dairənin yaxınlığında təsadüfən tanınmadığı şəxsdən 10 (on) manata öz şəxsi istifadəsi üçün 01 büküm narkotik vasitə olan heroin almış və Sumqayıt şəhərinə gəlmişdir. Həmin gün saat 14:30-da yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində olan zaman üç nəfər şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək, narkotik vasitələrinin qanunsuz əldə olunmasında, üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirmişlər. Bölmədə olarkən polis əməkdaşları üstündə bütün qanunsuz əşyaları təqdim etməyi təklif etmişlər. Əynində olan şalvarının sağ yan cibində saxladığı bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş kütləni polis əməkdaşlarına təqdim etmiş və narkotik vasitə olan “heroin” olduğunu onlara bildirmişdir. Həmin narkotik vasitəni həmin gün səhər saatlarında Bakı şəhəri, 20 Yanvar ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata şəxsi istifadəsi üçün alaraq üstündə gəzdirdiyini etiraf etmişdir. Polis əməkdaşları sonra üzərindən aşkar edilib götürülmüş narkotik vasitəni elektron tərəzidə çəkmişlər. Daha sonra üzərindən aşkar edilmiş narkotik vasitə heroin götürülmüş və qablaşdırılmış, tərtib olunmuş protokol ucadan oxunmuş və tərəfindən imzalanmışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əməlindən peşmandır. Bir daha belə əməl etməyəcəyinə söz verir və barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 bildirdi ki, Sumqayıt ŞPİ 3-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, 19.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkilləri, polis mayoru Aqşin Mehdiyevdən və polis leytenantı Kamran Şahbazovdan ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin gün Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında 19.07.2021-ci il tarixdə saat 14:28-də əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisinə getmişlər. Orada olan zaman əlamətləri Təqsirləndirilən şəxs əlamətlərinə oxşayan bir nəfər şəxsin gəldiyini görərək saxlamışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma və gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra üzərində şəxsi axtarış aparılması üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət olunmuş Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş, onlarla birlikdə 3-cü PB-nə getmişlər. PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş, o da heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və müdafiuəçi, Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X2 təqdim olunmuşdur. Vəkil və iştirakçıların iştirakı ilə videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması, olduğu halda təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt əynindəki şalvarın sağ yan cibində saxlayıb gizlətdiyi 01 (bir) ədəd siqaret kağızı bükümü təqdim etmişdir. Həmin kağız bükümdə narkotik vasitə olan heroin olduğunu və 19.07.2021-ci il tarixdə Bakı şəhəri, “20 Yanvar” metrostansiyansın yaxınlığında 10 manata tanımadığı şəxsdən şəxsi istifadəsi üçün alaraq üstündə gəzdirdiyini demişdir. Şahid qismində dindirilmiş Sumqayıt ŞPİ 3-cü PB-nin sahə rəisi Şahid2 ifadəsində Şahid1 göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan "Şəxsi axtarışın keçirilməsi barədə" 19.07.2021-ci il tarixli protokoldan və şəxsi axtarışın keçirilməsi barədə 01 ədəd diskdən Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarında ümumilikdə 0,617 qram çəkidə narkotik vasitə heroini əldə edib saxlamaqla üzərində daşıması təsdiqini tapmışdır.(i.v 24-25) Məhkəmə-kimyəvi ekspertizasının 19.07.2021-ci il tarixli, 6/2974 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Vət. Şübhəli şəxs “ və.s .yazılar, imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,617 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.(i.v 32-35) İş materiallarında olan tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 19.07.2021-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 0,617 qram narkotik vasitə heroindən tədqiqat zamanı 0,05 qram götürülmüş və qalıq çəkisi 0,567 qram olmuşdur.(i.v 36) İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,617 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkisi 0,567 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınaraq məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir.(i.v 59-60) İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir.(i.v 86-89) Məhkəmə-narkoloji ekspertizasının 23.07.2021-ci il tarixli, 2435 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodların və psixotrop maddə olan metamfetaminlə birgə qəbulu nəticəsinə yaranan aşlılıq sindromu aşkar olunur. Hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olduğundan ona narkomaniyadan məcburi müalicə təyin edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 83-85) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 19.01.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum eidlmişdir. 17.04.2018ci il tarixdə cəzasın sonu ilə azad edilmişdir. Ona görə, də Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilmişdir.(i.v 67-73) İş materiallarında olan protokola əsasən Təqsirləndirilən şəxs 19.07.2021-cu il tarixdə saat 14:30-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v 16) İş materiallarında olan "Qətimkan tədbiri seçilməsi haqqında" 21.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 21.07.2021-ci il tarixdə, saat 13:00da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, MSY-dən azad edilmişdir.(i.v 56- 58) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 2797 saylı 11.08.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 05.2010-cu il tarixdən narkomaniya diaqnozu ilə qeydiyyatdadır(i.v 76) İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəliklə İİ qrup əlildir. (i.v.54) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir və barəsində heç bir şikayət daxil olmamışdır. Qonşularla münasibəti kafidir.(i.v 82) Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 19.02.2008 və 21.11.2009-cu il təvəllüdlü iki uşağı var. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,617 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs İİ qrup əlil olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 10.11.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin oluna bilməz və onun artıq ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 8 (səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 48 (qırx səkkiz) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,567 qram çəkidə olan narkotik vasitə-heroin məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd DVD-R formatlı disk iş materiallarında saxlanılmalıdır. İşdə olan 19.07.2021-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 19 iyul 2021-ci il tarixdən 21 iyul 2021-ci il tarixədək tutularaq saxlanmış və tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 iyul 2021-ci il tarixdən 21 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı iki gün ona təyin edilən cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 10 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 48 (qırx səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,567 qram çəkidə olan narkotik vasitə-heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-665/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-665/2021
10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver