Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-667/2022 24.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin inzibatı binasında xx.xx.1974-cü ildə İsmayıllı rayonu, ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, İsmayıllı rayonu, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2022-ci ıl tarixdə gecə saatlarında yaşadıqları Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 10, mənzil 58 ünvanında aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs əli ilə sol budun aşağı 1/3dən budun orta 1/3-nə kimi davam edən geniş ölçülü qançırı, alt dodağın selikli qişasının orta hissəsinin qançırı, sağ saidin aşağı 1/3-nin arxa səthində 05 (beş) ədəd, sol qulaqönü nahiyəsinin 03 (üç) ədəd sıyrıqları xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs qəsdən YÜNGÜL dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, aralarında ailə məişət münasibətləri zəmnində münaqişə zamanı onun əlindən tutub dartanda barmağını dartıb zədələmiş və həmçinin boynundan və çiynindən əlləri ilə tutub dartıb ona zədə yetirmişdir. Onların mübahisələrinə əsas səbəb həyat yoldaşı Lalənin yaxınlıqdakı binada yaşayan xəstə anası Şükufəyə həmişə gedib yalnız onun baxması və evə gec gəlməsi, uşağına isə baxmaması, qayğı göstərməməsi olmuşdur. O isə ona həmişə səndən başqada ananın övladları var, hərdən heç olmasa onlar da çedıb baxsınlar iradını bildirmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə gecən gecə yenə də qeyd etdiyi kimi Lalə evə gec gəlməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əsəbləşmiş, onu tutub dartan zaman ona zədə yetirmişdir. Bundan sonra Lalə yaxınlıqda olan anası evinə gedib oradan isə 102 xidmətinə zəng edib məlumat verdiyini o sonradan bilmişdir. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi.. İş materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həyat yoldaşı Təqsirləndirilən şəxs ilə 2009-cu ildə ailə qurmuşlar və birgə nikah münasibətlərindən 2011-ci ildə X3 oğlu və 2013-cü ildə X2 oğlu adlı uşazqları doğulmuşdur. Həyat yoldaşı Oktayla aralarında yaranmış münaqişəyə əsas səbəb onun hazırda yaşadığı binanın yaxınlığında yaşayan xəstə tənha anasına gedib qulluq etməyinə onun narazılıq etməsi və ümumiyyətlə buna görə bir neçə dəfə münaqişələri olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdən 21 07.2022-cı il tarixə keçə gecə Oktay yaşadıqları evdə yenə də qeyd etdiyi kimi onun həmin gün gedib anasına qulluq etməyinə narazılıq etməsi bəhanə gətirərək münaqişə yaratmış, münaqişə zamanı o, əsəbləşib sağ əlinin adsız barmağını tutub burmuş və eyni zamanda əli ilə sağ qoluna bədəninin müxtəlif nahiyələrinə burub zədə yetirmişdir. Eyni zamanda əlləri ilə boğaz nahiyəsindən tutub sıxıb ona fiziki ağrı yetirmiş, bundan sonra Oktay özü sakitləşmiş və yatmışdır. xx.xx.2022-ci il tarixdə saat 07:00 radələrində o Sumqayıt şəhəri, 9-cu mikrorayonda yaşayan qardaşı Azərin evinə gedib qardaşına onu bır daha anasına baxmağa icazə verməyəcəyini və anasına baxmaq uçün başqa adam göndərməsini deməyi üçün göndərmişdir. O gəlmiş, lakın qardaşı evdə olmadığı üçün qayıtmış, xəstə anasının yaşadığı 12-ci mikrorayondakı evinə həmin gün axşam radələrində qardaşı Azər gəlmiş, ona bu barədə demiş və eyni zamanda 102 xidmətinə zəng edib bununla bağlı müraciət etmişdir. Hazırda onlar barışmışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o bacısı Lalənin göstərdiyi xüsusatları təsdiq edir və bildirmək istəyir ki, xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində o evinə gələndə bacısı Laləni həyat yoldaşı Oktayın döydüyü ona məlum olmuşdur. Ona görə o dərhal anasının yaşadığı ünvan 3 ünvana getmiş, orada bacısını görmüş, ondan nə baş verdiyini soruşanda ona Oktayın onu döyüb xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra bacısına bununla bağlı təcili şikayət etmək lazım olduğunu izah etmiş, bacısı onunla tam razılaşmış və 102 xidmətinə zəng edib məlumat vermişdir. Bu birinci hal deyil, Oktay mütəmadi olaraq bacısı ilə ailə münaqişəsi yaradaraq onu incitmiş, təhqir etmiş və hətda onu döymüşdür. Ona dəfələrlə başa salıb izah etməyinə baxmayaraq öz hərəkətlərini davam etdirmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 1078 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər – sol budun aşağı 1/3-dən budun orta 1/3-nə kimi davam edən geniş ölçülü qançırı, alt dodağın selikli qişasının orta hissəsinin qançırı, sağ saidin aşağı 1/3-nin arxa səthində 05 (beş) ədəd, sol qulaqönü nahiyəsinin 03 (üç) ədəd sıyrıqları vardır. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-667/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində həbssiz axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 02 (iki) azyaşlı uşağı vardır (xx.xx.2011-ci il təvəllüdlü X3 oğlu və xx.xx.2013-cü il təvəllüdlü X2 oğlu). İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2873 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Sumqayıt Tibb Mərkəzi X4 2 nömrəli xəstəxananın poliklinika şöbəsindən verilmiş 260 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan 10 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 05 (beş) saat vaxt sərf etmişdir. Ona görə də, 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-667/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-667/2022
24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver