Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-667/2023 16.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1971-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Sumqayıt şəh., 15-ci məh., yat-4, otaq 52 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:05 radələrində Sumqayıt şəhəri, 15-ci məh., yat-4, otaq 52 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunu bıçaqla vuraraq sol saidin yuxarı 1/3-nin arxa səthinin kəsilmiş yarası xəsarətlərini yetirərək sağlamlığa “Yüngül” dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək qeyd etdi ki, 2006-ci il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuş, həmin nikahdan 2008-ci il tarixdə Liliya adlı qızları, 2013-cü il tarixdə Umaxan adlı oğlu dünyaya gəlmiş, münasibətləri normal olsada hər ailədə olduğu kimi onlarında ailəsində də bəzən söz- söhbətlər olmuşdur. Belə ki, Əhmədxan mütəmadi olaraq spirtli içki qəbul etmiş, bu hala öz iradını bildirən zaman Əhmədxan onunla mübahisələr etmiş və münaqişələr yaratmışdır. xx.xx.2023-cü il tarixdə, təxminən saat 00:05 radələrində yaşadığı ünvanda olan zaman Əhmədxan yenə spirtli içki qəbul etdiyi üçün ona öz iradını bildirmiş, bu onun xoşuna gəlməmiş, onunla mübahisə etmiş, aralarında münaqişə baş vermişdir. Həmin vaxt Əhmədxan qəflətən yumruqla onun burun, dodaq, çənə, sifət və bədən nahiyyəsinin digər yerlərinə vurub ona xəsarət yetirmişdir. Bu zaman Əhmədxan onu döydüyü üçün əsəbləşmiş, stolun üzərində olan tiyəsi qara rəngli olan mətbəx bıçağını götürüb onun üzərinə getmiş, bıçaqla onun sol qol nahiyyəsinə vurmuşdur. Əhmədxan cəld həmin an onun əlindən bıçağı alıb kənara atmış, ona tərəf gəlməyərək kənara çəkilmiş, ara sakitləşdikdən sonra üçün xəsarət almaları barədə o, Sumqayıt şəhər TTYS-na məlumat vermiş, həkimlər gəldikdən sonra onlara ilkin tibbi yardım göstərilmişdir. Onların arasında dava-dalaş təxminən 7-8 dəqiqə davam etmiş, dava-dalaş zamanı konkret olaraq yuxarıda qeyd etdiyi kimi bıçaqla Əhmədxanın sol qol nahiyyəsinə vurub ona xəsarət yetmişdir. Əhmədxanın həmin vaxt qara rəngli bıçağı götürüb ona xəsarət yetirə bilsə də bunu etməmiş, belə ki, bunu o, həm xəsarət almamışdan əvvəl, həm də xəsarət aldığından sonra, eyni zamanda onu döyən zaman da edə bilmə imkanı olsa da etməmişdir. Əhmədxan onu döydükdən sonra onun burun nahiyyəsindən qan gəlmiş, bu ona pis təsir etdiyi üçün, eyni zamanda Əhmədxanın mütəmadi olaraq spirtli içki qəbul edib onunla münaqişlər yaratdığı yadına düşdüyü üçün bir anlıq əsəbləşib ondan əvəz çıxmaq qərarına gəlmiş, buna görə bıçağı götürüb ona xəsarət yetirmiş, özünü müdafiə etmək üçün etməmiş, sadəcə bütün olanlardan bezdiyi üçün anidən əsəbləşib bunu etmişdir. Dava-dalaş zamanı Zərərçəkmiş şəxs tərəfindən döyülərək burun, dodaq, çənə, sifət və bədən nahiyyəsinin digər yerlərindən xəsarət almış, bununla bağlı Sumqayıt ŞPİ-nin 3-cü PB-nə müraciət etmişdir. Əhmədxanın onu döyməsi ilə əlaqədar 11 iyul 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə sonuncu altı ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, həyat yoldaşı ilə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, 2006-ci il tarixdə həyat yoldaşı olan Təqsirləndirilən şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuş, həmin nikahdan 2008-ci il tarixdə Liliya adlı qızları, 2013-cü il tarixdə isə Umaxan adlı oğlanları dünyaya gəlmiş, onların münasibətləri normal olsada hər ailədə olduğu kimi onlarında ailəsində də bəzən söz-söhbətlər olmuşdur. Belə ki, o, spirtli içki qəbul etdiyi üçün Leyla bunu xoşlamamış, buna görə Leyla ona öz iradını bildirmiş, bu da ona xoş olmamış, əsəbləşib onunla mübahisə etmiş, aralarında münaqişələr yaranmışdır. O, xx.xx.2023-cü il tarixdə, təxminən saat 00:05 radələrində yaşadığı ünvanda olan zaman spirtli içki qəbul etdiyi üçün Leyla ona öz iradını bildirmiş, o, buna görə əsəbləşib onunla mübahisə etmiş, aralarında münaqişə baş vermiş, həmin vaxt o, yumruqla Leylanın burun, dodaq, çənə, sifət və bədən nahiyyəsinin digər yerlərinə vurub ona xəsarət yetirmişdir. O, Leylanı döydükdən sonra kənara çəkilmiş, bu zaman Leyla stolun üzərində olan tiyəsi qara rəngli olan mətbəx bıçağı ilə onun üzərinə gəlmiş, həmin an sol qol nahiyyəsinə bıçaqla vurmuş, o, cəld onun əlindən bıçağı alıb kənara atmış, onun burun nahiyyəsindən qan gəldiyi üçün ona tərəf getməmiş, kənara çəkilmişdir. Ara sakitləşdiyi üçün xəsarət almaqları ilə bağlı Sumqayıt şəhər TTYS-na məlumat vermişlər, həkimlər gəldikdən sonra onlara ilkin tibbi yardım göstərmişlər. Dava-dalaş zamanı orada, yalnız o və Leyla olmuş, onların arasında dava-dalaşın təxminən 6-7 dəqiqə davam etmiş, dava-dalaş vaxtı səs-küy olmadığı üçün kənar şəxslər ora gəlməmişdir. Leyla Əhmədanovanı döydüyü üçün Sumqayıt Şəhər Məhkəməsinin 11 iyul 2023cü il tarixli hökmü ilə altı ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkir. Təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. Sumqayıt ŞPİ 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Səbuhi Dadaşovun 11 iyun 2023-cü il tarixli “təqdim etmə və götürmə haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bıçaq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş,foto-şəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. (i.v. 14-15) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X4 xx.xx.2023-cü il tarixli, 896 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol saidin yuxarı 1\3-nin arxa səthinin kəsilmiş yarası. Qeyd olunan xəsarətlər küt iti kənara və uca malik olan əşyanın ola bilsin ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa “YÜNGÜL” zərərvurmaya aid edilir (i.v. 16-19). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1005 nömrəli 23 iyun 2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrürfat-məişət təyinatlı mətbəx bıçağıdır, üzərində düzəlişlər edilməmişdir və soyuq silah hesab edilmir. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. (i.v. 30) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 59). İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-641/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Zərərçəkmiş şəxs AR CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 24 iyun 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində AR CM-nin 130, 221 və 228-ci maddələrinin tərkib əlamətləri olmadığından cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçaq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsnun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut-Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan 01 ədəd bıçaq məhv edilməlidir. Cinayət işi üzrə məhkəmə-ballistik ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsnun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 16 (on altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 96 (doxsan altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut-Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan 01 ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Səfizadə X2 Leyla Kərim qızına məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 96 (doxsan altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-667/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-667/2023
16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver